Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3613/2025 11.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 11 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 40220 manat borcun gecikdirilmiş vaxt üçün illik 5% nəzərə alınmaqla hesablanmış 4102,144 manat gecikdirilmiş faiz borcu, 190 manat dövlət rüsumunun, vəkilə və kredit, ipoteka müqaviləsinə ödənmiş xərclərin cəmi kimi 500 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərər tələbimə dair iddia tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixdə 2(013)- 1049/2023 saylı qətnamə qəbul edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1049/2023 saylı qətnaməsi ilə Cavabdeh 40000 manat və 220 manat dövlət rüsumu olmaqla, ümumilikdə 40220 manat pul tutularaq İddiaçı xeyrinə verilməlidir. Ağdam Rayon Məhkəməsinin 2(013)- 1049/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Cavabdeh 40000 manat alınaraq İddiaçı ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq qərar və bildiriş tərəflərə göndərilmişdir. Cavabdeh Azərbaycan Respubnlikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Eyni zamanda icra məmuru tərəfindən Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixdə təqdimatla müraciət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8-(010)-128/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin olunmuş və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırki günə qədər cavabdeh tərəfindən mövcud olan borc tam icra olunmamışdır. 40220 manat pulun cavabdehə verildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hazırki dövrə qədər xx.xx.2020-ci il tarixinə hesablanmaqla Cavabdeh İddiaçı qarşısında mövcud olan öhdəlikləri aşağıdakı qaydadadır: Müqavilə üzrə qalıq borc 40220 manatdır. Gecikdirilmiş vaxt üçün illik 5% məbləğində faiz borcunun hesablanması aşağıdaki qaydada olmuşdur: qalıq əsas borc (40220 manat x 5% (2,011) = 1 gün üçün hesablanan borc məbləği 360 gün. 1 gün üçün hesablanan borc məbləği gecikdirilən günlərin sayı. Müqavilə üzrə qalıq borc məbləğinin 40220 manat olduğunu nəzərə alaraq 40220 manat x 5% = 2,011 manat (bir gün üçün) x 360 gün 2,011 manat x 2104 gün = 4231.144 manat kredit müqaviləsinin müddəti bitmiş, hazırki iddia ərizəsi xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim edilmişdir ki, bu müddət 5 il 10 ay 04 günü ehtiva etməkdədir və bu müddətlərin ümumi cəmi 2104 gün təşkil edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, hazırki vaxta qədər iddiaçıya 12799 manat ödəmiş, qalan pulu isə hissəhissə olmaqla hər ay ödəyir. Arvadı və qardaşı xəstə olmaqla onun himayəsində yaşayırlar. Təxminən 1 il bundan əvvəl pul məbləği indeksasiya edilmiş və üzərinə 2000 manat əlavə edilmişdir. Borcu ödəməyə imkanının olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş sənədlərdən məlum olduğu kimi Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş 8i 2458 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 40000 manat tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq qərar və bildiriş tərəflərə göndərilmişdir. Eyni zamanda Ağdam Rayon Məhkəməsinin 2-(013)-1049/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh 40000 manat alınaraq tələbkar İddiaçı ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq qərar və bildiriş tərəflərə göndərilmişdir. İcra sənədi üzrə tələb tam şəkildə könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq sorğular verilmiş, və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Keçirilən icra hərəkətləri zamanı borclu Cavabdeh "xxxx" QSCdə operator vəzifəsində işləməsi və 524 manat əmək haqqı alması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tələbkar İddiaçı ilə əlaqə saxlamış, sonuncuya «lcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1.1-ci maddəsinin tələbləri izah edilərək,borclunun iş yeri olması səbəbindən onun əmək haqqından tələbkarın xeyrinə tutulmalar aparılması üçün bank hesabının açması bildirilsə də tələbkar İddiaçı borclu Cavabdeh əmək haqqından onun xeyrinə aparılacaq tutulmaların onu qane etmədiyini bildirmiş və icra sənədində qeyd olunan məbləğin tam şəkildə ona ödənilməsini tələb etmişdir. Bu səbəbdən borclunun əmək haqqından tələbkarın xeyrinə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin depozit hesabına ödəniş olunması üçün Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş 8i 2458 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iş yerinə göndərilmişdir. Hal hazıradək borclunun əmək haqqından tələbkarın xeyrinə 4920 manat tutularaq Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə tələbkarın şöbəyə təqdim etdiyi bank hesabına Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin depozit hesabından 4920 manat köçürülmüşdür. Həmin dövrə qalıq borc məbləği 34380 manat təşkil etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1049/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə prosessi zamanı borclu Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Eyni zamanda Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixdə təqdimatla müraciət edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-128/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin olunaraq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan qərardad icra olunması üçün üçün xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş və icra olunması üçün Ədliyyə Nazirliyinin lcra Xidmətinə göndərilmişdir. Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş 8i 2458 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bütün məcburi icra tədbirləri ləğv edilmiş və "xxxx" QSC-nə növbəti tutulmaların Bakı şəhər 40 saylı notariat ofisinin 8i-2458 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydi ilə deyil, Ağdam Rayon Məhkəməsinin 2-(013)-1049/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə davam etdirilməsi barədə müraciət ünvanlandırılmışdır. Hal hazırdək borclu X1 əmək haqqından tələbkar İddiaçı xeyrinə 12799 manat ödəniş olunmuşdur. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus 40220 manat məbləği xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər özündə saxlamamış və belə olan halda cavabdeh həmin məbləği özündə qanunsuz saxladığı 1 il 15 gün müddət üçün illik 5 faiz olmaqla cavabdehə 2094,79 manat ödəməlidir. Bundan başqa cavabdeh iddiaçıya məxsus 27421 manat məbləği xx.xx.2024cü ildən iddia ərizəsi məhkəməyə verilən xx.xx.2025-ci il tarixə qədər özündə saxlamış, belə olan halda cavabdeh həmin məbləği özündə qanunsuz saxladığı 1 il 4 ay gün müddət üçün illik 5 faiz olmaqla cavabdehə 1810,06 manat ödəməlidir. Beləliklə cavabdeh iddiaçıya məxsus pul vəsaitini xx.xx.2025-ci ilə qədər özündə saxladığına görə 3904,85 manat ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçıin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsində göstərilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsində göstərilmişdir ki, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilmişdir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın vəkilə, kredit və ipoteka müqaviləsinə ödənilmiş xərclərə görə 500 manat hissəsi əsaslandırılmağından təmin oluna bilməz. İddiaçı tərəf həmin məbləğin xərclənməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib hesablanmaqla cavabdehdən 59,04 manat alnaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3904 (üç min doqquz yüz dörd) manat 85 (səksən beş qəpik) və ödənilmiş dövlət rüsumu əvəzində 59 (əlli doqquz) manat 04 (dörd) qəpik alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı olan iddiasının 197,29 manat, vəkilə, kredit və ipoteka müqaviləsinə ödənilmiş xərclərə görə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 130 (yüz otuz) manat 96 (doxsan altı) qəpik tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-3613/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3613/2025
11.02.2026 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver