Məhkəmə qərarları › İş №e-2(007)-2231/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2231/2023

12.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2231/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndələri Nümayəndə, X5 və X6 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərə görə kompensasiya” tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərə görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunması barədə 15 may 2023-cü il tarixli, 037.1/K əmrinin ləğv edilməsi, məcburi işburaxmaya görə işləmədiyi aylar üzrə əmək haqqının ödənilməsi, əvvəlki işinə, vəzifəsinə (müqaviləsinə xitam əmri verilməzdən əvvəl olduğu vəzifəyə və icra etdiyi işlərə), əvvəlki müqaviləsinin şərtləri (müddətsiz müqavilə) ilə bərpa edilməsi, vəkil, məhkəmə xərclərinin, mediasiya xərclərinin və dövlət rüsumunun işəgötürən tərəfindən ödənilməsi, işdən çıxdıqdan sonra işəgötürənin təqsiri üzündən məcburi işburaxma səbəbindən ödənilməyən əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc verilməsi, baş vermiş qanunsuz hərəkətlərə və hərəkətsizliklərə görə rəsmi qaydada üzr istənilməsi və 5.000 AZN (beş min manat) mənəvi təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2023cü il tarixinə qədər Cavabdeh MMC-də (bundan sonra “Şirkət”) Kiçik mühasib, Mühasib və Xərclər üzrə aparıcı mühasib vəzifələrində işləmişdir. Şirkətin verdiyi 15 may 2023-cü il tarixli, 037.1/K nömrəli əmr ilə onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. Şirkətdə çalışdığı müddət ərzində hər zaman dəqiqliyi, məsuliyyəti, şirkətin korporativ qaydalarına, təlimat və prosedurlarına ciddi riayət etməyi ilə nümunəvi əməkdaş olmuşdur və bu illər ərzində ona qarşı heç vaxt, hər hansı intizam tənbehi tətbiq edilməmiş, öz zəhməti və çalışqanlığı ilə Kiçik mühasib vəzifəsindən Aparıcı mühasib vəzifəsinə qədər yüksəlmişdir. Şirkətin Mühasibat uçotu departamentinin müdiri Samir Süleymanovun (bundan sonra “Baş mühasib”), İdarə Heyətinin üzvü, X7, Nizam- İntizam Komissiyasının üzvü Samir Əmirovun (bundan sonra “İR direktoru”) və İdarə Heyətinin üzvü, Maliyyə direktoru Ziya Məmmədovun (bundan sonra “Maliyyə direktoru”) ona qarşı qərəzli münasibəti nəticəsində əmək müqaviləsinə real olmayan ixtisar əmri ilə xitam verilmişdir. İddiaçı hesab edir ki, onun işdən çıxarlması barədə ixtisar əmri qərəzli olaraq verilmişdir. Samir Süleymanov xx.xx.2021-ci il tarixindən Mühasibatlıq departamentinə Baş mühasib təyin edilmişdir. Fəaliyyətə başladığı ilk 3-4 ay ərzində iddiaçı ilə münasibətləri normal olmuşdur. Həmin ərəfələr Şirkətin “SAP” proqram təminatına keçid və ilin bağlanması dövrlərinə təsadüf etmişdir. Bu səbəbdən çox vaxt iş vaxtından sonra qeyri-iş saatlarında, şənbə-bazar qeyri-iş günlərində, hətta Samir Süleymanovun xahişi ilə gecədən səhər saat 5-ə qədər işlədiyi vaxtlar olmuşdur, lakin bunların qarşılığında ona hər hansı əlavə ödəniş edilməmişdir. Samir Süleymanov onun bilik-bacarıqlarından, işə yanaşma prinsipindən razı olduğunu bildirirmiş, bütün bunların qarşılığında ona mükafat (bonus) ayrılması üçün rəhbərliyə məlumat verəcəyini, həmçinin, əmək haqqı artımında da onu nəzərə alacağını bildirmişdir Demək olar ki, hər gün ona belə vədlər verilirmiş, lakin Mühasibatlıq departamenti əməkdaşlarına 2022-ci ilin mart ayında bonus verildiyi haqda söz-söhbətlər gəzirmiş. xx.xx.2022-ci il tarixində Samir Süleymanov 2700 AZN “SAP” proqram təminatına keçid ilə bağlı bonus məbləğini kassadan almış və həmin məbləği Mühasibatlıq departamenti əməkdaşları arasında bölüşdürmüşdür. O, bu söz-söhbətlərin doğru olduğuna əmin olduqdan, bu haqda dəqiq məlumatı olduqdan sonra xx.xx.2022-cü il tarixində e-mail üzərindən cc-də keçmiş İdarə Heyətinin üzvü, Maliyyə direktoru Tural Cəfərli və hal-hazırki X7 Samir Əmirovu əlavə etməklə, Baş mühasibə və keçmiş Xərclər bölmə müdiri Orxan Alyarova müraciət ünvanlamışdır. E-maildə mükafat (bonus), əmək haqqı, vəzifə artımı kimi məsələlərdə ona qarşı ayrı-seçkilik olduğunu və bu kimi məsələlərin Şirkətin prinsipləri, prosedurları əsasında əməkdaşlar arasında ayrı-seçkiliyə yol vermədən baxılmalı olduğunu bildirmişdir. X7 və Baş mühasib həmin dövrlərdə Şirkətdə yeni fəaliyyətə başladıqları üçün onlara email ilə müraciətindən sonra iddiaçının əmək haqqı 920 AZN-dən 1100 AZN-ə qaldırılmışdır. Bu e-maildən sonra Baş mühasibin ona qarşı münasibətində soyuqluq yarandığı hiss olunmuşdur. İş yükünün çoxluğundan məzuniyyətə çıxa bilməmişdir, çox vaxt qeyri-iş saatlarında da işləməyə məcbur olmuşdur. Bu səbəbdən Samir Süleymanov Baş mühasib kimi fəaliyyətə başlayandan həm ona, həm də keçmiş Bölmə müdiri Orxan Alyarova iş yükünün çoxluğu, əməkdaşlar arasında iş bölgüsünə yenidən baxılmasını, xüsusilə bilet və otel ödənişləri ilə bağlı işlərin bölmənin digər əməkdaşlarına yönləndirilməsini dəfələrlə şifahi və yazılı olmaqla xahiş etmişdir. Lakin hər dəfə tezliklə iş bölgüsünə yenidən baxılacağı bildirilərək vədlər verilmiş və səbrli olmağı bildirilmişdir. 2022-ci ilin avqust ayında onun işlədiyi bölmənin əməkdaşı Xərclər üzrə aparıcı mühasib vəzifəsində çalışan bir əməkdaşı və həmin ilin sentyabr ayında Bölmə müdiri də işdən ayrılmışdır. Onların yerinə yeni əməkdaşlar götürülməmişdir və onların əmək haqqlarının müəyyən hissəsi onların işlərini faktiki icra edən bölmə əməkdaşları arasında bölüşdürülməmişdir. Bu hal onun iş yükünün daha da artmasına gətirib çıxarmışdır. 2022ci ilin sentyabr və oktyabr aylarında digər bölmə yoldaşları, Xərclər üzrə aparıcı mühasib vəzifəsini tutan daha iki əməkdaşı da Xərclər bölməsindən ayrılmışdır. Bu əməkdaşların əvəzinə uyğun olaraq Xərclər üzrə aparıcı mühasib Gültac Bəkirova və Mühasibatlıq departamentinin digər bölməsindən Xərclər üzrə aparıcı mühasib Samirə Kərimova təyin edilmişdir. Göründüyü kimi 2022-ci ilin avqust, sentyabr, oktyabr aylarında xərclər bölməsindən 4 əməkdaş işdən ayrılmış, 2 əməkdaşın yerinə işçi təyin olunmuş, işdən çıxmış digər 2 əməkdaşın yerinə isə işçi götürülməmişdir. Xərclər bölməsinin 4 nəfər köhnə əməkdaşı işdən ayrıldıqdan və bölməyə yeni əməkdaşlar gəldikdən sonra Baş mühasibin iddiaçıya qarşı münasibətində təzyiqlər daha da artmış, bölmənin ən çox iş stajı olan əməkdaşı kimi hədəfdə olduğu hiss olunmuşdur. İddiaçı bildirir ki, Xərclər bölməsinin ən çox iş stajı olan əməkdaşı olduğundan işlədiyi bölməyə yeni gələn əməkdaşlara iş zamanı yaranan sualların cavablandırılmasında dəstək olmuşdur. Həmçinin, Xərclər bölməsindən ayrılan əməkdaşların yerinə yeni əməkdaşlar götürülmədiyi üçün onlara aid işləri də icra etmişdir. Bütün bunlar isə onun iş yükünə ciddi təsir etmişdir. Gültac Bəkirova adlı əməkdaş iddiaçının işlədiyi bölməyə yeni təyin edildikdə Baş mühasib Samir Süleymanov onun iş yükünün çoxluğunu nəzərə alıb, ona şifahi olaraq bilet və otel ödənişləri ilə bağlı işləri Gültac Bəkirovaya və bölmənin digər əməkdaşı Xərclər üzrə aparıcı mühasib Sevilcan Əlibabayevaya yönləndirməyi tapşırmışdır. Lakin xx.xx.2022-ci il tarixində Gültac Bəkirovanın bilet və otel ödənişləri ilə bağlı işlərin hansı əməkdaş tərəfindən icra edilməsi ilə bağlı e-mail üzərindən verilmiş sualına Baş mühasib tərəfindən ona etmiş olduğu şifahi tapşırığına zidd fikir bildirməyi və bunu təkzib etməyi aralarında email üzərindən mübahisə yaratmışdır. İddiaçı isə rəhbər şəxsləri, 2022-ci ilin avqust ayından yeni təyin edilmiş Maliyyə direktoru Ziya Məmmədovu və X7 Samir Əmirovu emaildə cc-yə əlavə edərək, Samir Süleymanovun bu kimi davranışlarını, iş bölgüsündəki natamamlıqları tənqid etmişdir və bu kimi məsələlərə nəzarətin İnsan Resursları departamentinin vəzifə səlahiyyətlərinə aid olduğunu qeyd etmişdir. Bu mübahisə ilə bağlı İnsan Resurslar direktoru e-mail üzərindən ona “iş bölgüsü ilə əlaqədar” mövzusu ilə görüş təyin etmişdir. X7nun mübahisəyə reaksiyası və onunla görüşmək istəməsindən çox şad olmuşdur. Lakin görüşün mövzusu “iş bölgüsü ilə əlaqədar” olsa da görüş zamanı İR direktoru iş bölgüsündən qətiyyən bir cümlə belə olsun danışmamış, əksinə, görüş zamanı ona kommunikasiya, ünsiyyət problemi olduğunu və onun kimi əməkdaşla 1-2 aya yollarını ayıracağını bildirmişdir. İddiaçı isə İnsan Resursları departamenti tərəfindən rəsmi təsdiqlənmiş, işçilərlə razılaşdırılmış vəzifə öhdəliklərinin, əmək funksiyalarının olmaması və bu haldan Samir Süleymanovun rəhbər olmasından istifadə etməsini, əmək haqqı və vəzifə artımları zamanı ayrı seçkiliyə yol verildiyini və bununla bağlı prosedurlar hazırlanmasını təklif etdiyini, bölmədən iki əməkdaşın ayrılmasına baxmayaraq əvəzinə yeni işçilər götürülməməsi və onların əmək haqqlarının müəyyən hissəsinin onların işlərini faktiki icra edən əməkdaşlar arasında bölüşdürülməməsini bildirmişdir. İddiaçı İnsan Resurslar direktorunun görüş zamanı ona qarşı qərəzli münasibətinin şahidi olmuş və görüş zamanı danışdıqları problemlər haqqında Şirkətin prosedurlarına əsasən protokol hazırlanmasını təklif etsə də İnsan Resurslar direktoru bunu qəbul etməmişdir. Bundan sonra X7nun “sənin kimi işçi ilə 1-2 aya yollarımı ayıraram” ifadəsindən ehtiyyat etdiyi üçün o, görüş zamanı şifahi olaraq bildirdiyi problemləri xx.xx.2022 tarixində e-mail üzərindən də yazılı şəkildə bildirmişdir. Baş mühasib X7 ilə olan görüş və iddiaçının ona yazdığı e-mailə görə ona bir söz deməsə də münasibəti birmənalı olmamışdır. xx.xx.2023cü il tarixində Baş mühasib ilə görüş zamanı bir neçə aydır ki, Bölmə müdiri və Xərclər üzrə aparıcı mühasib vəzifəsinin boş qaldığını, onun iş təcrübəsi və bilikləri, rəsmi olmasa da faktiki bölmə müdiri əvəzi olaraq çalışdığını nəzərə alıb, onun Bölmə müdiri kimi namizədliyini dəyərləndirməsini, əmək haqqı artımları zamanı onu də nəzərə almasını xahiş etmişdir. Baş mühasib isə yuxarıda qeyd olunan 2022-ci ilin aprel ayında mükafat (bonus), əmək haqqı ilə bağlı iddiaçının yazdığı e-maili, xüsusilə 2022-ci ilin noyabr ayında X7na yazdığı e-maili öz komputerindən oxuyaraq, məhz bu e-mailə görə onunla birgə işləməyinin sual altında olduğunu bildirmişdir. Buna baxmayaraq, sonda iddiaçının xahişi ilə bağlı Maliyyə direktoru Ziya Məmmədov ilə danışacağını bildirmişdir. Bu görüşdən təxminən 3-4 gün sonra iddiaçının işlədiyi departamentdə ixtisarlar ilə bağlı söz-söhbətlər gəzmiş və hətta əməkdaşlardan bəziləri Baş mühasib ilə onun münasibətlərinin normal olmadığını bildiyindən onun ixtisar olunmaq ehtimalını da bildirmişlər. O, bu sözsöhbətlərdən narahat olsa da Şirkətin günü-gündən böyüməsi, genişlənməsi, iş yükünün çoxluğundan məzuniyyətə çıxa bilməməyindən onun ixtisar ilə işdən uzaqlaşdırılacağına inanmamışdır. xx.xx.2023-cü il tarixində o, Baş mühasib ilə yenidən görüşmüşdür. Görüş zamanı onu Bölmə müdiri kimi görmədiyindən bu vəzifə üçün dəyərləndirməyəcəyini, əmək haqqı ilə bağlı artımların isə ona aid edilməyəcəyini qeyd etmişdir. İxtisar ilə bağlı gəzən söz-söhbətlər ilə bağlı soruşduqda isə qeyd etmişdir ki, bu haqda ona keçən dəfə böyük sual altında olduğunu bildirmişdir. Bundan sonra o, Baş mühasibə baş verənlərlə bağlı subordinasiya qaydalarına riayət etməklə aiddiyatı rəhbər şəxslər ilə görüşüb problemi həll etməyə çalışmağa cəhd edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixində o, baş verənlərlə bağlı X13 Tərəfdaşlıq və X16 müdiri Samirə Məmmədovaya (bundan sonra “İR Biznes təfədaşlıq şöbə müdiri”) “Microsoft Teams” yazışma proqramı üzərindən məlumat vermiş, onunla görüşməsi üçün vaxt ayırmasını xahiş etmişdir. Çox çətinliklə xx.xx.2023-cü il tarixində İR Biznes tərəfdaşlıq şöbə müdiri və İnsan Resursları üzrə aparıcı biznes tərəfdaş (bundan sonra “İR aparıcı biznes tərəfdaş”) Fəridə Qurbanovanın iştirakı ilə görüş baş tutmuşdur. Görüş zamanı bütün baş verənlər haqqında iddiaçı məlumat vermişdir, noyabr ayında X7 ilə görüşdüyünü, lakin görüşün nəticəsiz qaldığı üçün yenidən X7na müraciət etməyinin əhəmiyyətsiz olduğunu, əksinə yazdığı tənqidi emailə görə böyük sual altında olduğunu, bu e-mailə görə Baş mühasib tərəfindən işdən çıxarılmağı ilə hədələndiyini bildirmişdir. Şirkətin “Davranış kodeksi” ilə bağlı proseduruna əsasən İnsan Resursları əməkdaşlarına yaranan vəziyyət ilə bağlı ona dəstək olmalarını, rəhbərini tənqid etdiyi üçün onu əvəzçıxmadan qorumalarını xahiş etmişdir, lakin İnsan Resursları əməkdaşları prosedurun qüvvədən düşdüyünü, iddiaçının onlara deyil, Maliyyə direktoruna müraciət etməli olduğunu bildirmişlər. Daha sonra o, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər “Microsoft Teams” üzərindən 3 dəfə Maliyyə direktoruna bəzi problemlər ilə bağlı görüşmək istədiyini, ona vaxt ayırmasını xahiş etsə də ilk dəfə oxuyub cavab yazmamış, növbəti dəfə isə vaxtı olmadığını, vaxtı olduqda ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra İddiaçı 13.03.23 tarixində X14 rəhbərləri (bundan sonra “Mərkəz İR rəhbərləri”) ilə görüşmüş, görüş zamanı Baş mühasibin biznes mühitinə, korporativ mühitə uyğun olmayan davranışı, tənqidi e-maillərinə görə onun böyük sual altında olduğunu bildirməsi, o cümlədən əmək haqqı, vəzifə artımlarında ayrıseçkiliyə məruz qaldığını bildirmişdir. X14 rəhbərləri iddiaçının onlara deyil, Şirkətin Baş direktoru Qabil Əhmədova müraciət etməli olduğunu bildirmişlər və Qabil Əhmədov ilə görüşməyi tövsiyyə etmişlər. Lakin onun Qabil Əhmədov ilə görüşməsi baş tutmamışdır. Bundan sonra, 2023-cü ilin mart ayının sonlarında Maliyyə direktorluğu, Mühasibatlıq departamenti ilə bağlı struktur dəyişikliyinin təsdiq edildiyi, əsas dəyişikliyin Xərclər, Kreditor, Anbar uçotu bölmələrinin birləşdirilərək vahid Kreditor şöbəsi; Debitor, Faktura nəzarəti və uçotu bölmələrinin birləşdirilərək vahid Debitor şöbəsi; Pul vəsaitlərinin idarə edilməsi bölməsinin Mühasibatlıq departamentinin tərkibindən çıxarılıb, Maliyyə direktorluğunun tərkibinə ayrıca Xəzinədarlıq şöbəsi kimi keçirilməsi, iddiaçının işlədiyi Departamentdə şöbə müdiri, ekspert kimi yeni vəzifələrin yaranması, bəzi əməkdaşlarda vəzifə artımları haqqında fikirlər eşidilmişdir. İnsan Resursları tərəfindən əməkdaşlara rəsmi elan olunmasa da mart ayının sonlarında, aprel ayının əvvəllərində Şirkət böyük kollektivə sahib olduğundan əməkdaşlar arasında gedən müzakirələr, danışıqlar, əməkdaşların bir-birilərini təbrik etməsindən, iş elanı saytlarından bu struktur dəyişikliyi nəticəsində Mühasibatlıq departamentində əvvəllər heç vaxt mövcud olmayan Kreditorlar və Debitorlar şöbə müdirləri kimi 2 yeni şöbə müdiri vakansiyasının yarandığını, 1 Bölmə müdirinin Şöbə müdiri, 4 Bölmə müdirinin Ekspert, 2 Aparıcı mühasibin Ekspert, 2 Mühasibin Aparıcı mühasib, 1 nəfər Kiçik mühasibin isə Mühasib kimi vəzifə və əmək haqqı artımları olduğunu, Şirkətdə və o cümlədən iddiaçının işlədiyi Departamentdə əksər əməkdaşlarda vəzifə artımı olmasa da, əmək haqqı artımları olduğunu bilmişdir. Bu vəzifə və əmək haqqı artımları isə ona şamil edilməmişdir. O, xx.xx.2023-cü il tarixində Maliyyə direktoru, İR direktoru və Baş mühasibi e-maildə cc-də əlavə etməklə X13 tərəfdaşlıq şöbə müdirinə Maliyyə Direktorluğunun yeni strukturu, yeni vəzifə dərəcələndirmə siyasəti və mühasibatlq departamenti əməkdaşları üçün nəzərdə tutulmuş əmək haqqı tarif cədvəli ilə bağlı məlumatın təqdim edilməsində köməklik göstərməsi üçün email üzərindən xahiş etmişdir. E-maili cavablandırılmadığı üçün eyni məzmun ilə xx.xx.2023-cü il tarixində xatırlatma məqsədilə yenidən e-mail yazmış, göndərilmiş e-maili isə yenə cavablandırılmamışdır. xx.xx.2023-cü il tarixində, təxminən 14:30-da İnsan Resursları aparıcı biznes tərəfdaşı Fəridə Qurbanova iddiaçının işlədiyi departamentə gələrək, iddiaçını Departament müdiri, Baş mühasib Samir Süleymanovun otağına dəvət etmişdir. Baş mühasibin yanında yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixində İR Biznes tərəfdaş şöbə müdiri Samirə Məmmədovaya yazılmış e-mailə görə Maliyyə direktoru Ziya Məmmədov və X7 Samir Əmirovun qərarı ilə Şirkətin onunla yollarını ayırmaq istədiyini bildirmişdir. O, hansı maddə ilə işdən çıxarılacağını soruşduqda isə ixtisar edildiyini bildirmişlər. Bundan sonra yaranmış hal ilə bağlı onun səhhəti kəskin pisləşmiş və bu səbəbdən Şirkətin tibb məntəqəsinə müraciət etmişdir. Şirkətin həkimi Qədir həkim və tibb bacısının müayinəsi zamanı qan təzyiqinin yüksək olması (təqribən 180/110), ürək döyüntüsünün normadan çox (110) olması aşkar edilmiş, səhhətinin nisbətən normallaşması üçün dərman verilmişdir. Qədir həkim tərəfindən SƏTƏM meneceri Şahin Vəliyevə məlumat verilərək onun səhhəti ilə əlaqədar olaraq bir neçə günlük məzuniyyət götürməsi tövsiyyə edilmişdir. Həmin gün şifahi danışıqlar zamanı o, İnsan Resursları aparıcı biznes tərəfdaşına, Baş mühasibə baş verənlərin qanunsuz olduğunu Şirkətin Prezidenti Aydın Talıbova da bildirəcəyini, hüquqlarını qanunvericilik çərçivəsində, məhkəmə yolu ilə qoruyacağını bildirsə də ironiya ilə gülərək “buyur, nə istəyirsən elə” deyərək Baş mühasib bildirmişdir. Həmin gün Hüquq və təşkilati işlər üzrə şöbə müdiri Orxan Səfərov (bundan sonra “Hüquq şöbə müdiri”) ona “Microsoft Teams” üzərindən yazaraq görüşmək istədiyini bildirmişdir. O, görüş zamanı bütün baş verənləri danışmış, ona qarşı bir neçə aydır ki, qərəzli münasibət olduğunu, Baş mühasibin ona “böyük sual altındasan” deməsini, bu sözlərdən sonra rəhbərlərlə görüşsə də bunun nəticəsiz olmasını və İR Biznes tərəfdaş şöbə müdirinə yazdığı e-mailə görə onu qərəzli olaraq real olmayan ixtisarla şirkətdən uzaqlaşdırmaq istədiklərini, şirkətin hüquq rəhbəri kimi baş verən qanunsuzluqlara müdaxilə etməsini xahiş etmişdir. Hüquq şöbə müdiri isə ona qarşı haqsızlıq edənləri boş buraxaraq, öz xahişi ilə ərizə yazmağı tövsiyyə etmişdir. Daha sonra eyni təklifi X7 da etmişdir. Hüquq şöbə müdiri və X7 o, öz xahişi ilə ərizə yazarsa, ixtisarla bağlı ayrılmış orta əmək haqqı məbləğinin 3.1 misli ilə bağlı təminatların (1.4 – 6 həftəlik xəbərdarlıq müddəti əvəzinə və 1.7 – 5 ildən çox iş stajı olduğu üçün) mükafat şəklində ödəməyə razı olduqlarını bildirsələr də bu təklifi qəbul etməmiş, baş verənlərin qanunsuz olduğunu, səhhətinin çox pis olduğunu, bu haqda Şirkətin həkimi və SƏTƏM menecerinin də məlumatlı olduğunu, səhhəti ilə əlaqədar xx.xx.2023-cü il tarixindən 3 günlük məzuniyyət götürəcəyini bildirmişdir. X7 isə cavabında “artıq saat 18:00-i keçib, İnsan Resurslarında heç bir əməkdaş ofisdə yoxdur. Əgər sabah ofisə gəlməsən, səni 70 ç ilə işdən çıxartmasam, mənə də Əmirov Samir deməsinlər” deyərək gülmüş, səhhətinin pisləşdiyini belə nəzərə almadan tez-tez onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə hədələmiş, öz xahişi ilə işdən çıxmağı təklif etmişdir. İddiaçı isə o zaman Şirkətin ofis əməkdaşları üçün nəzərdə tutulmuş ay ərzində 4 gün distant iş rejimində çalışmaq hüququndan istifadə edib, xx.xx.2023-cü il tarixində distant iş rejimində işlərini davam etdirmək istədiyini bildirdikdə isə gülərək “distant iş rejimini sənin üçün ləğv etmişəm” deyə bildirmişdir. Bundan sonra 12.04.23-cü il tarixində iddiaçı səhhətinin çox pis olmasına baxmayaraq, Şirkətə gəlib 3 günlük (12.04.23-14.04.23) əmək məzuniyyəti ilə bağlı ərizə yazmış və 11.04.23-cü il tarixində baş verən hadisələri aiddiyyatı şəxsləri e-mailə əlavə edərək bu haqda e-mail yazmış. Həmin gün ona ixtisar bildirişi təqdim edilərkən, bildirişdə Şirkətin Baş direktoru tərəfindən imzalanmış 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrə istinad edildiyi üçün iddiaçı həmin əmri həmin gün və sonrakı günlərdə də şifahi və yazılı olmaqla dəfələrlə Şirkətdən istəsə də ona təqdim etməkdən imtina etmişlər. Bütün bunlara əsasən, o, hesab edir ki, onun işdən çıxarılmasının əsasını təşkil edən ixtisar əmri real olmamış, onun işdən çıxarılması qərəzli və qanunsuz olmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-ə qarşı “işdən çıxarma əmrinin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki işə baxılmaqdadır. Aşağıda qeyd edəcəyi bir sıra faktlara uyğun olaraq hesab edir ki, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan bütün hallar əsassızdır və bu səbəbdən iddiaçının iddia tələbi təmin edilə bilməz. Bildirmək istəyir ki, iddia ərizəsinin məzmununda iddiaçı ilk olaraq ona qarşı soyuq münasibətin və qərəzli mövqenin olduğunu qeyd etməklə bu istiqamətdə həqiqətə uyğun olmayan qeydlər etmiş, daha sonra isə onun qənaətinə əsasən ixtisar əmrinin qeyri-qanuni, real olmamasını sübut edən bir neçə halı qeyd etmişdir. İddia ərizəsinin əsasən bu iki istiqamətdə tərtib edilməsini və iddia ərizəsində qeyd edilən məsələlərin ardıcıllıqla cavablandırılmasının məntiqi olaraq daha düzgün olacağını nəzərə alaraq etiraz ərizəsini də qeyd olunan istiqamətlərə müvafiq olaraq iki istiqamətdə tərtib etməyi məqsədə müvafiq hesab edirlər. İxtisar əmrinin qərəzli olaraq verilməsini sübut edən hallara dair qeyd olunanlara münasibətdə bildirir ki, iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi 12 fevral 2018-ci il tarixdən 15 may 2023-cü il tarixədək Cəmiyyətdə müxtəlif vəzifələrdə işləmişdir. Hər nə qədər iddiaçı öz iddia ərizəsində ona qarşı Cəmiyyətin bir sıra rəhbər vəzifəli şəxslərinin qərəzli münasibətinin olduğunu və özünün qeyd etməsinə görə məhz bu səbəbdən ştatının ixtisar olunduğunu bildirsə də qeyd edilən bu 5 il müddətində Cəmiyyətin nəinki iddia ərizəsində adı çəkilən rəhbər vəzifəli şəxsləri, ümumiyyətlə heç bir əməkdaşı ilə iddiaçı arasında hər hansısa bır mübahisə mövcud olmamış, ona qarşı hər hansısa bir qərəzli mövqe tutulmamışdır. Baxmayaraq ki, aşağıda qeyd edəcəyi bir sıra faktlardan da göründüyü kimi iddiaçı Cəmiyyətdə işlədiyi son dövrlərdə bir sıra pozuntulara, bilavasitə tabe olduğu rəhbər vəzifəli şəxslərlə ünsiyyətdə ciddi uyğunsuzluqlara yol vermiş, bununla da sərgiləmiş olduğu sərt və bir o qədər aqressiv mövqeyindən dolayı öz əmək fəaliyyəti ilə yanaşı işləmiş olduğu şöbənin digər əməkdaşlarının da iş axınına ciddi mənfi təsir göstərmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cəmiyyətin informasiya sisteminin “SAP” proqram təminatına inteqrasiya olunması ilə əlaqədar, o və işlədiyi şöbənin digər əməkdaşları bu istiqamətdə böyük işlər görmüş, hətta gecə saatlarında o cümlədən, qeyri-iş günləri belə işə cəlb edilmiş, görülən bu işlərin əvəzi olaraq digər əməkdaşlara bonus mükafat ayrılmış, iddiaçıya isə heç bir həvəsləndirmə tədbiri tətbiq edilməmiş, yalnız onun Baş mühasibə və digər İdarə Heyəti üzvlərinə edilən e-mail müraciətindən sonra onun aylıq əmək haqqı məbləği 920 manatdan 1100 manata qaldırılmış, lakin bu məsələ ilə bağlı e-mail yazdığına görə Baş mühasibin ona qarşı soyuq münasibəti yaranmış və bundan sonra təzyiqlər daha artmış, şöbənin ən çox iş stajı olan əməkdaşı kimi hədəfdə olmuşdur. Bildirir ki, iddiaçının iş vaxtından kənar işə cəlb edilməsi, o cümlədən, iddiaçının ona təzyiqlər edilməsi və ona qarşı soyuq münasibət bəslənməsinə dair qeyd etdikləri tamamilə yalan məlumatlardır. Sual olunur ki, əgər ona qarşı soyuq münasibət və qərəzli mövqe mövcud idisə nə üçün digər əməkdaşlardan fərqli olaraq onun əmək haqqı məbləği artırılırdı? Bu faktın özü bir daha sübut edir ki, iddiaçıya qarşı Cəmiyyətin hər hansısa bir əməkdaşının heç bir qərəzli mövqeyi olmamışdır. Ona qarşı soyuq münasibətin və qərəzli mövqenin mövcudluğu, həmçinin özünün bildirdiyi kimi onun “hədəfdə” olması yalnız iddiaçının özünün heç bir fakta əsaslanmayan, absurd və xəyali təhlillərinin nəticəsi olmaqla heç bir həqiqəti əks etdirməmiş, bütün bu qeyd olunanları heç bir sənəd, məlumat və ya faktla sübut edə bilməmişdir. Daha sonra iddia ərizəsində qeyd olunur ki, Baş mühasib tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünü düzgün həyata keçirməmiş, iddiaçıya daha çox işin icrasını tapşırmış, bu isə onun haqlı narazılıqlarına səbəb olduğundan əvvəl də etdiyi kimi iddiaçının strukturuna aid olmayan İdarə Heyəti üzvlərinə e-mail üzərindən müraciət edərək Baş mühasib barədə olan iradlarını bildirmiş, bu müraciətindən sonra X7 Samir Əmirovla iş bölgüsünə dair görüş keçirilmiş, lakin görüş onun gözlədiyi kimi olmamış, görüşdə yenə ona qarşı soyuq münasibət bəslənilərək qərəzli mövqe tutulmuş və ona qarşı “səninlə 1-2 aya yollarımızı ayırarıq” kimi ifadələr səsləndirilmişdir. Qeyd olunan bu fikirlər ilə bağlı bir çox məsələyə toxunulmalıdır. İlk öncə qeyd olunmalıdır ki, iddiaçı hər dəfəsində problem olduğunu düşündüyü hallarla bağlı işlədiyi strukturdan kənara çıxmaqla cəmiyyətdaxili qaydalara zidd hərəkət etmişdir. Belə ki, iddiaçı hər dəfəsində X8 direktorluğunun direktoru, İdarə Heyətinin üzvü Samir Əmirova e-mail üzərindən müraciət etməklə və bu müraciətlərdə şöbəsinin fəaliyyəti barədə yanlış hesab etdiyi məlumatları qeyd etməkdə çox ciddi pozuntuya yol vermişdir. Belə ki, iddiaçının baş mühasibin fəaliyyəti ilə əlaqədar hər hansısa bir şikayəti, təklifi və yaxud da digər bu kimi müraciətləri olduqda bu zaman bu müraciətlərini şikayət olunan şəxsin bir üst rəhbərinə etməli, bu mümkün olmadıqda və ya həmin üst rəhbər tərəfindən verilən qərar iddiaçını qane etmədikdə də həmin üst rəhbərin tabe olduğu rəhbər vəzifəli şəxsə etməli idi. Qeyd edilməlidir ki, X8 direktorluğunun direktoru, İdarə Heyətinin üzvü Samir Əmirov mühasibatlıq departamenti direktorunun üst rəhbəri olmamaqla yanaşı, strukturlarda iş bölgüsünə nəzarət edən və yaxud bu bölgünü həyata keçirən şəxs olmamışdır. Bütün bu qeyd olunanlara baxmayaraq, Samir Əmirov ilə iddiaçı arasında görüş keçirilmiş, görüşün nəticəsində iddiaçıda kommunikasiya və ünsiyyət problemlərinin olduğu müəyyən edilmiş və ona əmək funskiyalarının düzgün icrasına dair bir sıra tövsiyyələr verilmişdir. Lakin, iddiaçı bu görüşdən də nəticə çıxarmamış, onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyini zənn edərək, önləyici tədbirlər alınması düşüncəsi ilə işlədiyi şöbə ilə əlaqəli olmayan struktur rəhbərlərinə e-mail müraciətlər etməyə, eyni zamanda onlarla görüşməyə çalışmış, mövcud şikayət və təkliflərə baxmalı olan Cəmiyyətin baş direktoru Qabil Əhmədova öz şikayətləri barədə ümumiyyətlə müraciət etməmiş bu halı isə iddia ərizəsində “bu və ya digər səbəblərdən Qabil Əhmədov ilə görüşməyim baş tutmadı” olaraq qısaca qeyd etmişdir. Bildirir ki, Cəmiyyətin insan resursları üzrə işləyən əməkdaşları mütəmadi olaraq bütün əməkdaşlara e-mail müraciətlər edərək Cəmiyyətin baş direktoru Qabil Əhmədov ilə Cəmiyyət əməkdaşları arasında ünsiyyətin qurulmasını, Cəmiyyətin inkişafı üçün əməkdaşların təkliflərini və eyni zamanda əməkdaşların üzləşmiş olduğu problemləri Baş direktora birbaşa deyə bilmələrinin təmin edilməsi məqsədi ilə Baş direktorun iştirakı ilə müxtəlif tədbirlərin təşkil edildiyi barədə məlumatlar əməkdaşların diqqətinə çatdırır. Bununla bağlı sözügedən e-mail müraciətlər məhkəməyə təqdim oluna bilər. Göründüyü kimi, iddiaçı istənilən zaman Cəmiyyətin baş direktoru Qabil Əhmədovla görüşə bilmə və problem olduğunu düşündüyü məsələləri ona bildirə bilmə imkanında ola-ola, bu imkanlarından istifadə etməyərək, cəmiyyətdaxili subordinasiya qaydalarını pozmaqla onun işlədiyi strukturun fəaliyyəti ilə əlaqəli olmayan şəxslərə cəmiyyətin baş mühasibi barədə həqiqətə uyğun olmayan məlumatlar vermiş, diqqətini daima bu tip məsələlərə ayırdığından əmək funksiyalarının icrasında ciddi nöqsanlara - tapşırıqların icrasının gecikdirilməsi, tapşırıqların tam icra olunmaması, struktur daxili kommunikasiya qaydalarının pozulması və s. kimi nöqsanlara yol vermişdir. İddia ərizəsində qeyd olunan daha bir məqamı qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı qeyd edir ki, 01 fevral 2022-ci il tarixində Baş mühasiblə yenidən görüşmüş və görüş zamanı Baş mühasibə müraciət edərək onun bölmə müdiri vəzifəsinə təyin edilməsini xahiş etmişdir. Daha sonra qeyd edilir ki, baş mühasib yazdığı e-mail müraciətlərə görə onunla işləməyin sual altında olduğunu bildirsə də ən sonda, onun bölmə müdiri təyin edilməsi üçün Maliyyə direktoru Ziya Məmmədovla danışacağını bildirmişdir. Göründüyü kimi, bütün baş verənlərə rəğmən, yəni iddiaçının Baş mühasib barədə aidiyyəti olmayan rəhbər vəzifəli şəxslərə tənqidi, həqiqətə uyğun olmayan müraciətlər etməsinə rəğmən Baş mühasib iddiaçının bölmə müdiri olması üçün zəruri addımı atacağını, yəni bu barədə səlahiyyətli şəxslə danışacağını bildirmişdir. Belə olan halda, iddiaçıya qarşı hansı soyuq münasibətdən, hansı qərəzli mövqedən danışmaq olar? Bu fakt bir daha sübut edir ki, iddiaçıya qarşı soyuq münasibətin, qərəzli mövqenin olması tamamilə iddiaçının xəyali məhsuludur və cəfəngiyyatdır. Əlavə olaraq iddiaçının məzuniyyət hüququndan istifadə etməsinə imkan verilməməsi, o cümlədən distant iş rejimində işləmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar olaraq bildirir ki, iddiaçının məzuniyyət hüququndan istifadə etməsi ilə bağlı işəgötürənə ünvanlamış olduğu elektron müraciətlərdə qeyd olunan müddətlər üzrə onun bu hüququndan istifadə etməsi təmin edilmişdir. Beləliklə, iddiaçı 2019-cu il üzrə 32 gün, 2020-ci il üzrə 14 gün, 2021-ci il üzrə 13 gün, 2022-ci il üzrə 24 gün və 2023-cü il üzrə 4 gün müddətində məzuniyyət hüququndan istifadə etmiş, işləmiş olduğu bütün dövrlər üzrə qalıq məzuniyyətə görə pul əvəzi isə son haqq-hesabı zamanı ona ödənilmişdir. Distant iş rejiminə gəldikdə isə məlum olduğu kimi Azərbaycan Respublikası əmək qanunvericiliyində işin distant rejimdə təşkil edilməsi ilə əlaqədar müddəalar öz əksini tapmamışdır. Sadəcə olaraq, Covid-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə ölkədə tətbiq olunan karantin rejimi müddətində bütün digər dövlət qurumları, müəssisə və təşkilatlar kimi Cəmiyyət də işin məsafədən təşkili ilə bağlı Azərbaycan Respublikası Nazirlər X1 tövsiyyə və göstərişlərinə ciddi əməl etmək və vətəndaşların, o cümlədən, Cəmiyyət əməkdaşlarının sağlamlığını qorumaq məqsədi ilə işin məsafədən təşkil edilməsinə şərait yaratmışdır. Lakin, sonradan epidemiyanın sona çatdırılması və bu sahədə tətbiq edilən qadağaların yumşaldılması nəticəsində Cəmiyyət tərəfindən işin ənənəvi qaydada, yəni iş yerlərində həyata keçirməsinə keçid edilmiş, bununla da məsafədən işin təşkili, yəni iddiaçının bildirdiyi kimi “distant iş rejimində işin təşkili” ləğv edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçı heç bir məntiqi əsaslandırması olmayan qeydlər etməklə ixtisar əmrinin qərəzli olaraq verilməsini sübut edə bilməmişdir. İxtisar əmrinin qeyri-qanuni, real olmamasını sübut edən hallar üzrə qeyd olunanlara münasibətdə isə aşağıdakı faktların qeyd edilməsini məqsədə müvafiq hesab edir. İddia ərizəsində qeyd edilir ki, əgər həqiqətən də ixtisar əmri var idisə, o zaman ixtisar bildirişi təqdim edildikdən bir neçə gün sonra niyə iddiaçı Şirkətdə işləməyinə baxmayaraq onun yerinə yeni işçi təyin edilirdi? - Bu suala cavab olaraq bildirir ki, iddiaçının işlədiyi vəzifə üzrə ştat ixtisar olunduqdan sonra Cəmiyyət tərəfindən onun yerinə işçi alınmamışdır. Ümumiyyətlə əgər ştatın ixtisarından söhbət gedirsə, iddiaçı başa düşməlidir ki, artıq həmin ştat faktiki olaraq möcud deyil və belə olan təqdirdə yeni işçinin işə götürülməsindən söhbət belə gedə bilməz. İddia ərizəsində adı çəkilən Murad Niftalızadə adlı əməkdaş İxtisar əmrinin verilməsindən xeyli müddət əvvəl, yəni 18 mart 2022-ci il tarixində Cəmiyyətin Maliyyə Direktorluğunun; Mühasibat şöbəsinin, Faktura Nəzarəti və Uçotu Bölməsinin mühasibi vəzifəsi üzrə işə qəbul edilmişdir. Göründüyü kimi, Murad Niftalızadə yeni əməkdaş olmamış sadəcə olaraq yeni iş bölgüsü zamanı iddiaçının əmək funksiyalarından bəziləri ona həvalə edilmişdir. İddiaçı isə iddia ərizəsində bu bölgünü işlərinin təhvil verilməsi kimi qələmə vermiş, əmək funksiyasının həvalə edilməsi ilə hər hansısa bir işin həvalə edilməsi kimi anlayışları qarışdırmışdır. Digər nüans qeyd olunan səs yazıları ilə əlaqədardır. Belə ki, iddia ərizəsində qeyd olunur ki, məhkəməyə təqdim ediləcək səs yazılarından müəyyən olunur ki, Baş mühasib ixtisar əmrinin qərəzli olduğunu etiraf edərək bildirmişdir: “indi məndə ki, yenə deyirəm də Azərbaycandır da. İndi hər hansı x səbəbdən, y səbəbindən bizim aramızda nəsə olub, tək səninlə mənim aramda olmayıb, nəsə bir şey olub, qərar verilib ki, sənin “sakraşeniyanla” bağlı. Düzdümü? Yəni onun işlə nə dəxli var ki?”. Məlum olduğu kimi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ bəndinin tələbinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bildirir ki, iddiaçı heç bir məlumat vermədən, gizli yolla Baş mühasibin səsini yazmaqla Baş mühasibin konstitusion hüquqlarını pozmuşdur. O da məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinin tələbinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarının əsaslandırma hissəsində də qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Göründüyü kimi, AR Konstitusiya Məhkəməsi səs yazısının sübut kimi qiymətləndirilməsinə dair öz mövqeyini bildirərkən “qarşı tərəfin bildirdiyi” ya “başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqları” kimi ifadələri qeyd etməklə qarşı tərəfin kimliyinin və səlahiyyətlərinin müəyyən olunmasının, onun bu işdə tərəf olub - olmamasının dəqiqləşdirilməsinin vacibliyini bir daha vurğulamışdır. Qeyd edilməlidir ki, hazırki iddia tələbi üzrə birbaşa əlaqədar şəxs Cəmiyyətin Baş direktoru Qabil Əhmədovdur və yalnız Baş direktor Qabil Əhmədovla olan danışıqların səs yazısı məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə, digər əməkdaşların səs yazısı sübut kimi qiymətləndirilə bilməz. Eyni ilə, iddia ərizəsində səs yazılarının olduğu qeyd olunan Cəmiyyətin digər əməkdaşlarından Hüquq və Təşkilati İşlər şöbəsinin müdiri Orxan Səfərovun və insan resursları əməkdaşı Leyla Məmmədovanın da səs yazıları onların xəbəri və razılığı olmadan, gizli şəkildə yazıldığından yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən sübut kimi qiymətləndiirlə bilməz. Daha sonra iddia ərizəsində sual formasında qeyd olunur ki, “işdən azad olunma barədə xitam əmrində Kreditorlar şöbəsinin aparıcı mühasibi ştatının ixtisar edilməsi qeyd edilib. Ştatın ixtisarı isə həmin ştatda çalışan bütün əməkdaşların ixtisarı deməkdir. “Kreditorlar şöbəsində məndən başqa 8 nəfər aparıcı mühasib olsa da ixtisar əmri zaman niyə yalnız ona münasibətdə tətbiq edilib?” Departamentdə Kreditorlar, Debitorlar, Vergi və gömrük, Xəzinədarlıq şöbəsi olmaqla 15 nəfər aparıcı mühasib vəzifəsində çalışdığından, o zaman sual yaranırdı ki, hansı şöbənin aparıcı mühasibi 1 ştat vahidi qədər ixtisara salınır və niyə məhz İddiaçı ixtisar edilir?-Qeyd olunan bu sualları aşağıdakı qaydada konkretləşdirərək bu aşağıdakı kontekstdə izah verilməsinin daha məqsədə uyğun olduğu qənaətindədirlər: 1)Struktur dəyişikliyinə dair əmrdə sözügedən ştatın ixtisar olunmasına zərurət var idi mi, belə bir zərurət mövcud idisə, bu zərurətin əsaslandırılması nəyə əsasən aparılmışdır? 2)Hansı əsaslara uyğun olaraq məhz iddiaçının işlədiyi vəzifə üzrə ştat vahidi ixtisar olunmuşdur? Birinci sualın izahı ilə əlaqədar olaraq bildirir ki, Cəmiyyət tərəfindən sahibkarlıq fəaliyyəti üzrə görülən işlərin effektivliyinin yaxşılaşdırılması, ümumi xərclərin minimallaşdırılması və bir sıra ştatların optimallaşdırılması sözügedən əmrin verilməsini zəruri edən başlıca amil olmuşdur. Belə ki, sözügedən əmrin preambulasında Mühasibatlıq Departamentinin fəaliyyətinin analizinin aparılması nəticələrinə əsasən, bu analizin nəticələri üzrə ştatların optimallaşdırılmasına zərurət olması, ştatların optimallaşdırılması nəticəsində əldə ediləcək qazancın çəkisinin müəyyən olunmasına dair qeydlər öz əksini tapmışdır. Göründüyü kimi, Mühasibatlıq departamentinin iş analizi həyata keçirilmiş, bu analiz nəticəsində Mühasibatlıq departamenti üzrə ştatların optimallaşdırılmasının məqsədə uyğunluğuna dair rəy verilmiş və bu analizin nəticələri Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli, 002/Ş saylı əmrinin verilməsini zəruri etmişdir. Digər sualın izahı ilə əlaqədar olaraq bildirir ki, Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrinin 2-ci maddəsinin tələbinə əsasən Mühasibatlıq Departamentinin Kreditorlar Şöbəsinin aparıcı mühasib vəzifələri üzrə optimallaşmanın aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri və Cəmiyyətin müvafiq komitəsinin “işçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokolu əsas götürülməklə əmək funksiyasının icrası üçün tələb olunan peşənin və peşəkarlıq səviyyəsinin daha aşağı göstəricilərinə malik olan işçisi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Yuxarıda qeyd olunan, “işçilərin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokoldan da göründüyü kimi iddiaçı qiymətləndirilən meyarlar üzrə digər əməkdaşlara münasibətdə daha aşağı göstəricilərə malik olmuşdur. Bundan əlavə digər aparıcı mühasib vəzifəsində işləyən əməkdaşların sosial vəziyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tələbləri ilə əhatə olunduğundan, həmin şəxslərin işdə saxlanılmasına üstünlük verilmişdir. Yuxarıda qeyd olunanlardan və Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrindən də göründüyü kimi iddiaçının vəzifəsi üzrə ştatın ixtisarı əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və ştatların optimallaşdırılmasını təmin etmək məqsədi ilə tam qanuni və əsaslandırılmış şəkildə aparılmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, Cəmiyyət ərzaq və qeyri-ərzaq məhsulların istehsalı, idxalı, ixracı, topdan və pərakəndə satışı sahəsində ölkənin qabaqcıl müəssisələrindən biri olmaqla mövcud qlobal biznes mühitinə uyğun fəaliyyət göstərməkdədir. Qeyd olunan bu uyğunlaşma bir neçə istiqamətdə insan əməyi ilə görülən işlərin avtomatlaşdırılmasına gətirib çıxarır ki, bu da öz növbəsində bir çox vaxt ştatların ixtisarına gətirib çıxarır. Misal üçün, iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu və istifadəsi bütün dünyada geniş yayılmış “SAP” proqram təminatına keçid qeyd olunan faktora başlıca misal olaraq göstərilə bilər. Ona görə ki, bu proqram təminatı insan əməyi ilə ərsəyə gətirilən bir çox işin avtomatlaşdırılmış rejimdə emalına xidmət edir. Məhz qeyd olunan bu səbəblərdən dolayı mütəmadi olaraq Cəmiyyətin ştatlarında optimallaşdırılmanın aparılması ilə əlaqədar ştatların ixtisar edilməsi zəruri olmuşdur. 2022-ci ilin avqust ayından etibarən müxtəlif vaxtlarda verilmiş struktur dəyişikliklərinə dair əmrlərlə təkcə iddiaçının işləmiş olduğu Mühasibatlıq Departamentində 15 ştat vahidinin ixtisar olunaraq ləğv edilməsini qeyd olunanlara başlıca misal olaraq göstərmək olar. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “işdən çıxarma əmrinin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan sözügedən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, bütün böyük şirkətlərdə SAP proqramından istifadə olunur. xx.xx.2023-cü il tarixdə 55 nəfərin debitor, kreditor, vergi şöbələri arasında qiymətləndirilmə aparılmışdır. Bu göstəricilər arasında ən aşağı göstərici İddiaçı idi. xx.xx.2023-cü il tarixdə Cavabdehndə İdarəetmə Komitəsi tərəfindən iclas keçirilmiş və iclasla bağlı protokol tərtib olunmuşdur. Protokola əsasən Cəmiyyətin Mühasibatlıq Departamentinin ştat vahidlərinin il sonunadək 10 vahidə qədər, əmək haqqı xərclərinin isə 150.000 manat məbləğinədək azaldılması və Mühasibatlıq Departamentinin işçilərinin qiymətləndirmə və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair sənədləşmələr müvafiq qərar qəbulu üçün baş direktora təklif olunmuşdur. 03 aprel 2023-cü il tarixdə baş direktor Qabil Əhmədov tərəfindən əmr imzalanmışdır. Əmrə əsasən Maliyyə direktorluğunun Mühasibatlıq departamenti üzrə optimallaşmanın aparılmasını təmin etmək məqsədi ilə həmin Departamentin ştatı halhazırda 1 vahid azaldılması və il sonunadək qiymətləndirmə və Peşəkarlıq səviyyəsinin ölçülməsi prosesi davamlı olaraq aparılmaqla ştat vahidləri ümumi olaraq 10 vahidədək azaldılması; bu Əmrin 1-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla və Cəmiyyətin İdarəetmə Komitəsinin xx.xx.2023-cü il tarixli, 2023/05/1 saylı “Mühasibatlıq Departamentinin işçilərinin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokolu əsas götürülməklə qiymətləndirmə və peşəkarlıq səviyyəsi üzrə aşağı göstəriciyə malik əməkdaşın tutduğu vəzifə üzrə ştat vahidi ixtisar edilməsi və həmin əməkdaşla bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinə uyğun xitam verilməsi; Mühasibatlıq Departamentinin yenilənmiş strukturu təsdiq edilməsi; insan resursları direktorluğuna tapşırılsın ki, Maliyyə direktorluğunun təşkilati strukturunu hazırlayaraq aidiyyəti üzrə razılaşdırmaqla təsdiq üçün Cəmiyyətin Baş direktoruna təqdim etməsi və bu əmrdən irəli gələn digər zəruri sənədləşmə məsələlərinin həllinin təmin edilməsi əmr olunmuşdur. 15 may 2023-cü il tarixdə İddiaçı işdən azad olunması barədə əmri çıxmışdır. Lakin daha öncə yəni 12 aprel 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək, Azərbaycan Respublikası əmək qanunvericiliyinə uyğun olaraq Şirkətin daxili strukturuna dəyişikliklər edilməsi və ştat vahidlərinin azaldılmasına dair qərar qəbul edildiyi, bu dəyişikliklər nəticəsində şirkətdə tutduğu aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidi ixtisara salınacağı, bununla əlaqədar olaraq bağlanmış xx.xx.2018-ci il tarixli Əmək Müqaviləsinə “24" may 2023-cü il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xəbərdar olunmuşdur. Əmrə əsasən AR Əmək Məcələsinin tələbləri nəzərə alınmaqla və Cəmiyyyətin İdarəetmə Komitəsinin xx.xx.2023-cü il tarixli, “Mühasibatlıq Departementinin işçilərinin qiymətləndirilməsi ve peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokolu əsas götürülməklə qiymətləndirmə və peşəkarlıq səviyyəsi üzrə aşağı göstəriciyə malik olan əməkdaşın tutduğu vəzifə üzrə ştat vahidi ixtisar edilməklə həmin əməkdaşla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hansı meyarlara əsasən qiymətləndirmə aparılması barədə ərizə təqdim edir. Hər müəssisə fərqli qiymətləndirmə qaydaları keçirir. Bununla bağlı konkret meyar və ya konkret sistem mövcud deyil. Məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X11 etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi və iddia tələbbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X12 etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi və iddia tələbbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də aylıq əmək haqqı 321 manat olmaqla Maliyyə Departamentində mühasibatlıq şöbəsinə (əsas) kiçik mühasib vəzifəsinə işə qəbul edilmişdir. - 13.07.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı “Sirius” vəkil bürosuna 700 manat məbləğində ödəniş etmişdir. - Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 12 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi Şirkətin daxili strukturuna dəyişikliklər edilməsi və ştat vahidlərinin azaldılmasına dair qərar qəbul etmişdir. Dəyişikliklər nəticəsində aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidi ixtisara salınacaqdır. Bununla əlaqədar olaraq onunla bağlanmış xx.xx.2018-ci il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə 24 may 2023-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulur. Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq 6 təqvim həftəsi əvvəlcədən xəbərdar edirlər. - Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-də mövcud olan boş iş yerləri haqqında məlumat verilmişdir. - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, şirkətdən bir neçə dəfə xx.xx.2023-cü il tarixli 002/Ş saylı əmrin surətini tanış olmaq üçün istəməyinə baxmayaraq həmin əmr ona təqdim edilməmişdir. - Samir Süleymanov tərəfindən Gültac Bəkirovaya e-mail ilə ünvanlanan məktubdan görünür ki, İddiaçı işdən ayrıldığı üçün onun işlərinin bölüşdürülməsinə münasibət bildirilməsini xahiş etmişdir. - Struktur dəyişikliyinin nəticəsi barədə 2023-cü ilin mart-aprel ayı üçün məlumatdan görünür ki, İddiaçı ixtisara düşmüşdür. - Samir Süleymanov tərəfindən Mirsəməd Süleymanova e-mail ilə ünvanlanan məktubdan görünür ki, İddiaçı bütün yetkilərini Maurda Niftəlizadəyə verilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən Samir Süleymanova e-mail ilə ünvanlanan məktubdan görünür ki, o, işlərinin bəzilərini yeni əməkdaş Murad Niftəlizadəyə, Gültac Bəkirovaya və Sevilcan Əlibabayevaya təhvil verir. - İddiaçı tərəfindən Samirə Məmmədovaya e-mail ilə ünvanlanan məktubdan görünür ki, maiyyə direktorluğu ilə bağlı yeni strukturu, həmçinin mühasibatlıq departamentinin əməkdaşları üçün nəzərdə tutulmuş əmək haqqı tarifləri və dərəcələndirmə siyasəti ilə bağlı məlumatların təqdim edilməsində köməklik göstərilməsini xahiş etmişdir. - İddiaçı Samirə Məmmədovaya ünvanlandığı e-mail ilə ünvanlanan məktubdan görünür ki, “Samirə xanım, dünən təxminən 14:30 radələrində Fəridə Qurbanova departamentimizə gələrək Samir Süeymanovun otağında Sizə yazdığım bu e-mailə görə Ziya Məmmədov və Samir Əmirovun qərarı ilə şirkətin mənim ilə yolları ayırmaq istədiyini bildirdi. Hansı maddə ilə işdən çıxarılmağımı soruşduqda isə ixtisar edildiyimi bildirdi. Fəridə xanım, zəhmət olmasa mənim ixtisar edilməm haqqında əmri bugün mənə təqdim edəsiniz”. - xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən işçi 5 günlük iş qrafikində fəaliyyət göstərir. İ-V günlər 09:00-dan 18:00dək şənbə və bazar günləri istirahət günü təyin edilir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 23 iyun 2023-cü il tarixli, MŞB/16-01212 nömrəli arayışından görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. - 0198094 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də maliyyə departamenti mühasibatlıq şöbəsinə kiçik mühasib vəzifəsinə işə qəbul olunub. xx.xx.2022-ci il tarixdə X3 uçotu departamenti Mühasibatlıq şöbəsi xərclər bölməsinə xərclər üzrə aparıcı mühasib vəzifəsinə keçirilib. xx.xx.2023-cü il tarixdə X2 departamenti Kreditorlar şöbəsinə aparıcı mühasib vəzifəsinə keçirilib. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli 037.1/K nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə əsas Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 83-cü maddəsi olmuşdur. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan ərizədən görünür ki, 12 aprel 2023-cü il tarixdə ona ştat vahidlərinin ixtisarına dair xəbərdarlıq bildirişi təqdim olunmuşdur. Bildirişə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq ona 6 həftə gözləmə müddəti təyin edilmişdir. Xəbərdarlıq müddəti xx.xx.2023-cü il tarixdə bitəcək. Qalan 10 gün xəbərdarlıq müddətinin əvəzinə müavinətin ona ödənilməsinə yardımçı olmalarını və xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvana 3-17-5/82-H-18895/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilərək Bakı şəhəri üzrə hər hansı DOST Mərkəzlərinin birinə dəvət olunmağına baxmayaraq müvafiq qaydada iştirak etməmişdir. Cavabdeh MMC tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunan cavab məktubunda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin əsasının (“struktur dəyişikliyinə dair” 03 aprel 2023-cü il tarixli, 002/Ş saylı əmr) Cəmiyyətin idarəetmə fəaliyyəti ilə bağlı kommersiya sirri təşkil edən məlumatları özündə əks etdirdiyindən həmin əmrin əsasının təqdim edilməsinin məqsədə uyğun hesab olunmadığı, qeyd olunan məlumatların yalnız məhkəmənin müvafiq müraciəti əsasında məhkəməyə təqdim edilə biləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəflərindən baxış zamanı və Cavabdeh MMC tərəfindən təqdim olunan sənədlərdən onunla cəmiyyətin rəhbərliyi arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində 037.1/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. - Hədəflərin müəyyən edilməsi və qiymətləndirməsi formasından görünür ki, İddiaçı fəaliyyəti Cavabdeh MMC tərəfindən qiymətləndirilmişdir. Nəticədə: İddiaçı gözləntilərə cavab vermir (performans vəzifə üzrə minimum tələblərə cavab vermir və məqbul hesab olunmur, performansda araşdırılmalı və təcili tədbir görülməli boşluqlar var). - xx.xx.2023-cü il tarixli 037.1/K nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.3 və 77.4-cü maddələrinin tələbinə əsasən xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq işdənçıxarma müavinəti və istifadə etmədiyi 93 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli “Struktur, ştat və işçi məsələlərinə dair” 002/Ş nömrəli əmrdən görünür ki, Maliyyə direktorluğunun Mühasibatlıq departamenti üzrə optimallaşmanın aparılmasını təmin etmək məqsədi ilə həmin Departamentinin ştatı halhazırda 1 (bir) vahid azaldılsın və il sonunadək qiymətləndirmə və Peşəkarlıq səviyyəsinin ölçülməsi prosesi davamlı olaraq aparılmaqla ştat vahidləri ümumi olaraq 10 vahidədək azaldılması; Bu Əmrin 1-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla və Cəmiyyətin İdarəetmə Komitəsinin xx.xx.2023-cü il tarixli, №2023/05/1 saylı “Mühasibatlıq Departamentinin işçilərinin qiymətləndirilməsi və peşəkarlıq səviyyəsinin ölçülməsinə dair” protokolu əsas götürülməklə qiymətləndirmə və peşəkarlıq səviyyəsi üzrə aşağı göstəriciyə malik əməkdaşın tutduğu vəzifə üzrə ştat vahidi ixtisar edilməsi və həmin əməkdaşla bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinə uyğun xitam verilməsi, Mühasibatlıq Departamentinin yenilənmiş strukturu təsdiq edilməsi (əlavə olunur); insan resursları direktorluğuna tapşırılsın ki, Maliyyə direktorluğunun təşkilati strukturunu hazırlayaraq aidiyyəti üzrə razılaşdırmaqla təsdiq üçün Cəmiyyətin Baş direktoruna təqdim etməsi və bu əmrdən irəli gələn digər zəruri sənədləşmə məsələlərinin həllini təmin etməsi əmr edilmişdir. - Cavabdeh MMC-nin 31 mart 2023-cü il tarixli iclas protokolundan görünür ki, İddiaçı Əmək Məcəlləsinin bütün tələblərinə uyğun olaraq bütün təminatları təmin edilməklə işdən çıxarılması uyğun hesab edildi. Cəmiyyətin Mühasibatlıq Departamentinin ştat vahidlərinin il sonunadək 10 vahidə qədər, əmək haqqı xərclərinin isə 150.000 manat məbləğinədək azaldılması qərara alınmışdır. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də mühasib vəzifəsinə qəbul edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də aylıq əmək haqqı 321 manat olmaqla Maliyyə Departamentində mühasibatlıq şöbəsinə (əsas) kiçik mühasib vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə X3 uçotu departamenti Mühasibatlıq şöbəsi xərclər bölməsinə xərclər üzrə aparıcı mühasib vəzifəsinə yüksəlmişdir. xx.xx.2023-cü il tarixdə X2 departamenti Kreditorlar şöbəsinə aparıcı mühasib vəzifəsinə keçirilib. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli “Struktur, ştat və işçi məsələlərinə dair” 002/Ş nömrəli əmri ilə Maliyyə direktorluğunun Mühasibatlıq departamenti üzrə optimallaşmanın aparılmasını təmin etmək məqsədi ilə həmin Departamentinin ştatı hal-hazırda 1 (bir) vahid azaldılması və il sonunadək qiymətləndirmə və Peşəkarlıq səviyyəsinin ölçülməsi prosesi davamlı olaraq aparılmaqla ştat vahidləri ümumi olaraq 10 vahidədək azaldılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli 037.1/K nömrəli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri işçilərin sayı və ya ştatları ixtisar edilməsidir. 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 84.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı. 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin “iddiaçının işdən azad olunması barədə 15 may 2023-cü il tarixli, 037.1/K əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Qanunvericiliyin tələbinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksək olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İddiaçıya təqdim edilmiş xəbərdarlıq məktubunda və işdən azad olunma barədə xitam əmrində bir-birinə zidd məqamlar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməklə 2 cür ixtisar mümkündür. Yəni, işçilərin sayı və ştatların ixtisarı fərqli anlayışlardır. Cavabdeh müəssisənin xəbərdarlıq məktubunda aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidinin ixtisara salınacağı qeyd edilir ki, bu hal işçilərin sayı halına uyğundur. Lakin işdən azad olunma barədə əmrdə isə Kreditorlar şöbəsinin aparıcı mühasibi ştatının ixtisar ediməsi qeyd edilib. Əgər aparılan ixtisar ştatın ixtisarı olmuşdursa, həmin dövrdə ştatda çalışan bütün əməkdaşlar ixtisar edilməli idi. Kreditorlar şöbəsində həmin dövrdə iddiaçıdan başqa 8 nəfər aparıcı mühasib olsa da ixtisar əmri yalnız iddiaçıya münasibətdə tətbiq edilmişdir. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə Maliyyə direktorluğu, Mühasibatlıq departamentində iddiaçıdan başqa heç bir əməkdaş ixtisar edilməmişdir. Bundan başqa, iddiaçıya təqdim olunmuş xəbərdarlıq məktubunda Cəmiyyətin Baş direktoru tərəfindən imzalanmış 03 aprel 2023-cü il tarixli, 002/Ş saylı əmrinə istinad edilir və Aparıcı mühasib vəzifəsi üzrə 1 ştat vahidi ixtisara salınacağı qeyd edilir. İddiaçının işlədiyi departamentdə Kreditorlar, Debitorlar, Vergi və Gömrük, Xəzinərdalıq şöbəsi olmaqla ümumilikdə 15 nəfər Aparıcı mühasib vəzifəsində çalışdığından, hansı şöbənin tərkibində olan aparıcı mühasib ştatının 1 ştat vahidi qədər ixtisara salınması və niyə məhz iddiaçının ixtisar edilməsi mübahisə doğurur. Cavabdeh müəssisədə mühasibatlıq departamentində təxminən 55 nəfər işçi çalışmasına baxmayaraq, ixtisar əmri məhz iddiaçıya aid edilmişdir. Lakin iddiaçının ixtisar edilməsi ilə bağlı analiz, təhlilin hansı meyarlara uyğun aparılması və bu barədə işçilərin daha öncədən məlumatlandırılması aparılmamışdır. Əgər ixtisarın məhz idiaçıya aid edilməsi ilə bağlı şirkətdaxili performans dəyərləndirilməsi aparılması ilə bağlı iddiaçının da xəbəri olmamışdır. Əks halda o iş ili ərzində qarşıya qoyulmuş meyarlar üzrə özünü inkişaf etdirərdi. İddiaçı bildirir ki, onun əmək funksiyaları, vəzifə öhdəlikləri ilə bağlı ümumiyyətlə hər hansı sənəd olmamışdır və işə götürülərkən məhz hansı funksiyaları icra edəcəyi əmək müqaviləsində də detallı olaraq göstərilməmişdir. İddia ərizəsində qeyd edildiyi, həmçinin cavabdehin nümayəndəsinin də bildirdiyi kimi 2023-cü ilin mart ayının sonlarında Mühasibatlıq departamentinin əksər əməkdaşlarında vəzifə və əmək haqqı artımları olmuş, əvvəllər heç vaxt mövcud olmayan yeni ştatlar (Kreditorlar üzrə şöbə müdiri, Debitorlar üzrə şöbə müdiri və Ekspert) yaradılmışdır. Bu struktur dəyişiklikləri zamanı məhz yeni yaradılmış Kreditorlar şöbəsində işləyən 2 nəfər əməkdaşın vəzifələri artırılaraq mühasib vəzifəsindən aparıcı mühasib vəzifəsinə keçirilmiş, iddiaçıya isə Kreditorlar şöbəsində aparıcı mühasib vəzifəsində işlədiyi halda ixtisar əmri verilmişdir. Göründüyü kimi ixtisar əmrinin verilməsi üçün heç bir zərurət olmamışdır. Bu struktur dəyişikliyi zamanı Mühasibatlıq departamentində ixtisara məruz qalan yalnız iddiaçı olmuşdur. İşəgötürən isə struktur dəyişikliyi zamanı Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissənin “ə” bəndinə əsasən işçilərin sayı və ya ştatların ixtisarı kimi hüququndan qanunvericiliyin tələblərini pozmaqla sui-istifadə etmişdir. Əmək Məcəlləsi 71-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Eyni zamanda Əmək Məcəlləsinin 83-cü maddəsi də bu Məcəllənin 70-ci maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsini işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməsini tələb edir. İddiaçının işdən azad olunması barədə əmrdən və ixtisar ilə bağlı xəbərdarlıq məktubundan göründüyü kimi ixtisar ilə bağlı hər hansı əsaslandırılma göstərilməmişdir. Cəmiyyətin baş direktorunun struktur dəyişikliyinə dair 03 aprel 2023-cü il tarixli 002/Ş saylı əmrinə istinad edilməyi əsaslandırma deyil, yalnız məlumat xarakteri daşıyır. Struktur dəyişikliyinin və bunun nəticəsində ixtisarın hansı zərurətdən yarandığı, ixtisar zamanı xərclərin necə minimallaşdırılması, ştatların necə optimallaşdırılması, effektivliyin necə yaxşılaşdırılması, ixtisar nəticəsində qarşılanacaq itkilərlə əldə ediləcək qazancın çəkisi necə olacağı, ixtisar nəticəsində əldə olunacaq nəticələr və.s ilə bağlı hər hansı əsaslandırma yoxdur. “Məşğulluq haqqında” Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. Göründüy kimi qeyd olunan məlumatlar da işəgötürən tərəfindən müvafiq orqana təqdim edilməmişdir. İxtisar ilə bağlı xəbərdarlıq məktubu iddiaçıya təqdim edilərkən cavabdeh müəssisədə olan mühasibatlığa aidiyyatı olmayan boş vakansiyaları təqdim etmək əvəzinə əmək şəraitinin şərtlərinin dəyişməsi halı olaraq mühasib kimi fəaliyyətini davam etdirməyi təklif edilə bilərdi. Hərçənd ki, cavabdeh müəssisədə yeni vakansiyaların yaranması, Kreditorlar şöbəsində 2 nəfər Mühasib, Aparıcı mühasib vəzifəsi verilməsi, əksər əməkdaşlarda vəzifə və əmək haqqı artımların olması və s. əmək şəraitinin şərtlərinin bu cür dəyişməsinə də heç bir zərurət olmadığını göstərir. İxtisar zamanı iddiaçının əmək müqaviləsinin müddətsiz olması, Cavabdeh MMC-nin Mühasibatlıq departamentində 5 ildən artıq iş stajı nəzərə alınmayıb. İxtisar zamanı müəssisədə olan Xərclər bölməsi, struktur dəyişikliyindən sonra isə Kreditorlar şöbəsi olaraq adlandırılan şöbədə müddətli müqavilə ilə çalışan əməkdaşların olduğu nəzərə alına bilərdi. Əgər işçilərin sayının azaldılması zərurəti var idisə o zaman müqaviləsinin vaxtı bitən əməkdaşlara Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə müqaviləsinə xitam verilə və əvəzində yeni işçi götürülməyə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 15 may 2023-cü il tarixli, 037.1/K nömrəli əmr əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “əvvəlki işinə, vəzifəsinə (müqaviləsinə xitam əmri verilməzdən əvvəl olduğu vəzifəyə və icra etdiyi işlərə), əvvəlki müqaviləsinin şərtləri (müddətsiz müqavilə) ilə bərpa edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Əmək Məcəlləsinin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən 15 may 2023-cü il tarixli, 037.1/K nömrəli əmr ləğv edildiyindən İddiaçı “əvvəlki işinə, vəzifəsinə (müqaviləsinə xitam əmri verilməzdən əvvəl olduğu vəzifəyə və icra etdiyi işlərə), əvvəlki müqaviləsinin şərtləri (müddətsiz müqavilə) ilə bərpa olunmalıdır. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə işləmədiyi aylar üzrə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, İddiaçı “aparıcı mühasib” vəzifəsinə qəbul olunmuşdur. Beləliklə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 037.1/K nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə hesab edir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132.1-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 132-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Odur ki, xx.xx.2023-cü il tarixli 037.1/K nömrəli əmr ləğv edildiyindən və işçi əvvəlki vəzifəsinə işə bərpa edildiyindən İddiaçı işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “işdən çıxdıqdan sonra cavabdehin təqsiri üzündən məcburi işburaxma səbəbindən ödənilməyən əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində cavabdeh tərəfindən ödənc verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Buna əsasən, məhkəmə hesab edir ki, hazırki iş üzrə qətnamə qanuni qüvvəsini aldığı və iddiaçı işə bərpa olunduğu halda məcburi işburaxma səbəbindən ödənilməyən əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 % -i məbləğində ödəniş edilməlidir. Məhkəmə, iddia tələbinin “baş verən qanunsuz hərəkətlərə və hərəkətsizliyə görə rəsmi qaydada üzr istənilməsi və 5000 (beş min) manat mənəvi zərərin ödənilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsini qeyd etsə də, zərərin dəyməsi halları müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı mübahisə yarandığı dövrdə onun səhhətinin pozulmasını bildirsə də, iddiaçının səhhətində baş verən pisləşmələrlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması sübuta yetirilmir. Bu səbəbdən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Məhkəmə tələbin “vəkil, məhkəmə xərclərinin, mediasiya xərclərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödədiyi rüsumlarla bağlı məhkəməyə sübutlar təqdim etdiyindən tələb bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 may 2023-cü il tarixli, 037.1/K nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə, vəzifəsinə (müqaviləsinə xitam əmri verilməzdən əvvəl olduğu vəzifəyə və icra etdiyi işlərə), əvvəlki müqaviləsinin şərtləri (müddətsiz müqavilə) ilə bərpa edilməli, məcburi işburaxmaya görə işləmədiyi aylar üzrə İddiaçı əmək haqqı ödənilməli, işdən azad olunduqdan sonra məcburi işburaxma səbəbindən Cavabdeh tərəfindən ödənilməyən əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc İddiaçı ödənilməli, Cavabdehndən hüquqi xidmətə görə ödənilmiş 700 (yeddi yüz) manat, mediasiya xərci 50 manat, ödənilmiş dövlət rüsumu 70 manat alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasına baxmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən 70 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 may 2023-cü il tarixli, 037.1/K nömrəli əmr ləğv edilsin. İddiaçı əvvəlki işinə, vəzifəsinə (müqaviləsinə xitam əmri verilməzdən əvvəl olduğu vəzifəyə və icra etdiyi işlərə), əvvəlki müqaviləsinin şərtləri (müddətsiz müqavilə) ilə bərpa edilsin. Məcburi işburaxmaya görə işləmədiyi aylar üzrə İddiaçı əmək haqqı ödənilsin. İşdən azad olunduqdan sonra məcburi işburaxma səbəbindən Cavabdeh tərəfindən ödənilməyən əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc İddiaçı ödənilsin. Cavabdehndən hüquqi xidmətə görə ödənilmiş 700 (yeddi yüz) manat, mediasiya xərci 50 manat, ödənilmiş dövlət rüsumu 70 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar