Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2232/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı "əmrin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə qarşı "əmrin ləğvi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin işdən kənarlaşdırmağı barədə xx.xx.2021-ci il tarixli 133 №-li əmrin ləğv edilməsi və bütün məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildən başlayaraq uzun illərdir ki, müddətsiz əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində müəllim vəzifəsində işləyir. O, Gürcüstan vətəndaşı olduğu üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasında daimi yaşama icazəsi əsasında onunla əmək müqaviləsi bağlanırdı. 2021-ci ilin avqustunda onun Azərbaycan Respublikasında daimi yaşama icazəsinin müddəti bitəndə Azərbaycan Respublikası DMX ona yenidən Azərbaycan Respublikasında daimi yaşama icazəsi verməkdən imtina edərək Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməyini tələb etdi. O da Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək üçün sənədlərini toplayaraq Azərbaycan Respublikası DMX-ə təqdim etdi. Lakin aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq ona vətəndaşlıq verilməsi məsələsi uzandı. Buna görə də, cavabdeh onun Azərbaycan Respublikasında daimi yaşama icazənin müddətinin bitməsini və hələ Azərbaycan Respublikasının vətəndaşlığını ala bilməməyini əsas gətirərək müvəqqəti olaraq onu işdən kənarlaşdırdı. O, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli 3654 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdən sonra cavabdehə müraciət edərək onu tutduğu vəzifəyə bərpa etməsini xahiş etdi. Lakin cavabdeh heç bir əsas olmadan onu vəzifənə bərpa etməkdən imtina etdi. Hesab edir ki, cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını kobud şəkildə pozur. Buna görə də, onun pozumuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Hesab edir ki, cavabdeh qanunsuz hərəkətləri ilə onun hüquqlarını pozduğu üçün cavabdehin işdən kənarlaşdırma barədə xx.xx.2021-ci il tarixli 133 № li əmr ləğv edilməli və bütün məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən alınaraq ona ödənilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcmini azaldaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin işdən kənarlaşdırmağı barədə xx.xx.2021-ci il tarixli 133 №-li əmrin §2-nin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, cavabdeh müəssisədə ibtidai sinif müəllimi işləyib. 2021-ci ilin avqust ayının 28-də məzuniyyətdən qayıdanda onu işdən kənarlaşdırıblar. 16 dekabr 2022-ci ildə vətəndaşlıq əldə edib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 16 dekabr 2022-ci ildə vətəndaşlıq əldə edib. Sadəcə arayış sonradan təqdim olunub. 2022-ci ilin dekabr ayının sonlarında iddiaçı şəxsiyyət vəsiqəsini alıb. 2023-cü ilin yanvar ayının 15-də iddiaçı cavabdeh təşkilata şəxsiyyət vəsiqəsini alması və işə bərpa olunması barədə şifahi şəkildə müraciət edib. Sonradan iddiaçı ona bu məsələni deyib, o da iddiaçıya cavabdeh təşkilata yazılı şəkildə müraciət etməli olduğunu bildirib. 08 fevral 2023-cü ildə iddiaçı yazılı formada ərizə ilə cavabdehə müraciət edib. Cavab gəlməsi üçün təxminən 15 gün gözləyib, cavab olmadığı üçün 2023cü ilin mart ayının əvvəlində Bakı İnzibati Məhkəməyə müraciət edib. Bakı İnzibati Məhkəmə işi ümumi məhkəmə aidiyyəti olduğu üçün geri qaytarıb, həmin qərardadın sistemə yerləşdirilməsi 15-20 gün çəkib. İnzibati Məhkəməsi iddiasını mümkünsüz hesab edən kimi mediasiyaya müraciət edib, daha sonra həmin qərardadı mediasiya orqanına təqdim edib və mediasiya prosesi 1 ay davam edib. Daha sonra mediasiya arayışını götürərək məhkəməyə müraciət edib. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçının sənədi düzgün olmadığı üçün məktəbin direktoru tərəfindən vəzifəsindən kənarlaşdırılıb. İddiaçının miqrasiya sənədinin vaxtı tamam olub və avqust ayının 28-də əmr verilərək işdən kənarlaşdırılıb. İddiaçının işdən kənarlaşdırılmasında məqsəd o odur ki, hər rübdə baş mühasib kimi o, Vergilər İdarəsinə vahid bəyannamə verir. Vahid bəyannamədə gəlir vergisi 22%, əmək haqqından 3% və işsizliyə görə tutma göstərilir. Bu da hər bir işçinin şəxsiyyət vəsiqəsinin kodu və sosial sığorta şəhadətnaməsinin nömrəsi ilə olmalıdır. Sistemə daxil etdikdə isə iddiaçının adı çıxmır. Yəni iddiaçı Azərbaycan Respublikasında yaşamayan kimi qeyd olunub. İddiaçı vətəndaşlıq alandan sonra məktəbin direktoruna müraciət edib. İddiaçı 2022-ci ilin dekabr ayında sənədinin düzəldiyini bildirir. Ondan sonra da işlə təmin olunmamağının səbəbi təhsil sahəsində, məktəblərdə sentyabr ayının 15-də müəllimlərin tarifikasiyası təsdiq olunur və Təhsil Nazirliyinə verilir. Tarifikasiyanı belə izah edir. Məsələn o, baş mühasib kimi işləyir və əmək haqqı fondu yanvarın birindən digər ilin yanvarın birinə qədər təsdiq olunur. Amma təhsil sahəsində müəllimlərin əmək haqqı fondu sentyabr ayından digər ilin sentyabr ayına qədər təsdiq olunur. Tarifikasiyada müəllimin təhsili, dərs saatlarının miqdarı və alacağı əmək haqqı əmək haqqı göstərilir. Bu təsdiq olunaraq Təhsil Nazirliyinə 1C proqramı ilə təqdim olunur və möhürlənir. Həmin vaxt müəllimə neçə saat verilirsə, onunla müqavilə bağlanılır. Yəni iddiaçı dekabr ayında sənədini təqdim edənə qədər dərs saatları bölünmüş və müəllimlərlə müqavilə bağlanıb. Ona görə də, qəbul etməyiblər. Məhkəmə nə qərar çıxaracaqsa, onlar də həmin qərarı qəbul edəcəklər, həmin qərarla da razıdırlar. İddiaçını işə bərpa etmək mümkündür, ancaq ondan asılı deyil. Bir neçə dəfə məhkəmə iclasları olub, Bakı İnzibati Məhkəməsi iddianı qəbul etməyib. Əmək Müfəttişliyi məhkəmədən yüksək orqan deyil, lazım olsa onlar da məhkəməyə müraciət edirlər. Hazırda yeni dərs ili başladığına görə onlarda dərs bölgüsüdür. Məhkəmə iddiaçının işlə təmin olunması barədə qərar versə, iddiaçı işə bərpa olunacaq. Onlarda hər ilin sentyabrında illik müqavilə bağlanır, tarifikasiya təsdiq olunur. İdiaçı vətəndaşlığı qəbul etdikdən sonra internat məktəbinə 2023-cü ilin yanvar ayının əvvəlində, təxminən 15-də gəlib və şifahi müraciət edib. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-5/2-16591/2023 saylı məktubundan görünür ki, araşdırma zamanı Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbinin rəhbərliyi tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı həmin məktəbin sabiq direktoru X4 tərəfindən xx.xx.2021-ci il tarixli 133 №-li əmrlə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin tələbləri pozularaq müvəqqəti işdən kənarlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq 3 №-li Respublika Xüsusi İnternat məktəbinin sabiq direktoru X4 tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılması barədə verilmiş xx.xx.2021-ci il tarixli 133 №-li əmrin ləğv olunmasını təmin edib X5 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 87 saylı məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixindən şəxsiyyətini təsdiq edən sənədin (miqrasiya sənədinin) etibarlılıq müddəti bitdiyinə görə sabiq direktor B.Z.Kərimovanm xx.xx.2021-ci il tarixli 133 №-li əmrinə əsasən işdən kənarlaşdırılmışdır. Ona görə də, 2021-2022, 2022-2023-cü tədris illərində ona dərs yükü verilməmişdir və adı tarifikasiyaya salınmamışdır. Müəyyən vaxt keçdiyinə görə Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanında iştirakı tövsiyyə olunur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 133 saylı məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixindən məktəbdə tərbiyəçi və xx.xx.2005-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müəllim vəzifəsində çalışmışdır. Şəxsiyyətini təsdiq edən sənədinin 2021-ci il tarixində etibarlılıq müddəti bitmişdir. İddiaçı şəxsiyyət vəsiqəsinin alınması və Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi ilə bağlı mübahisəli halların yaranması və “Əmək müqaviləsi bildirişi” altsistemində Azərbaycan Respublikasının vətəndaşlığı ilə bağlı şəxsiyyət vəsiqəsinin qeydiyyatı olmadığı səbəbindən xx.xx.2021-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Ona görə də 2021-2022-ci tədris ilindən etibarən ona dərs yükü verilməmiş və müəllimlərin tarifikasiyasına salınmamışdır. İddiaçı 2020-2021-ci iş ili üzrə 56 təqvim günü müddətində xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək əmək məzuniyyətində olmuşdur. Ona məzuniyyət haqqı olaraq 2129,72 manat hesablanmış və tutulmalar çıxıldıqdan sonra 1698,83 manat Kapital bankda olan hesabına köçürülmüşdür. Məzuniyyət müddəti qurtardığı günü, yəni xx.xx.2021-ci ildən işdən kənarlaşdırıldığına görə ona son hesab qanunauyğun olaraq verilməmişdir. - ЗT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində tərbiyəçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixindən müəllim vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci ildə müəllim vəzifəsinə təyin edilmişdir. - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2021-ci il tarixli 97 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin müəllimi İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixi də daxil olmaqla 2020- 2021-ci iş ili üzrə 56 təqvim günü müddətində + 2 gün Qurban bayramı (20, 21 iyul) da daxil olmaqla əmək məzuniyyətinə buraxılması və xx.xx.2021ci il tarixindən işdə hesab edilməsi əmr edilmişdir. - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin xx.xx.2021-ci il tarixli 133 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin müəllimi İddiaçı şəxsiyyət vəsiqəsinin alınması və Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi ilə bağlı mübahisəli halların yaranması və “Əmək müqaviləsi bildirişi” altsistemində Azərbaycan Respublikasının vətəndaşlığı ilə bağlı şəxsiyyət vəsiqəsinin qeydiyyatı olmadığı səbəbindən xx.xx.2021-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Əsas: Tədris işləri üzrə direktor müavini R.Cabbarovanm xx.xx.2021-ci il tarixli təqdimatı və Elektron sistemdən çıxarış. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli 3654 nömrəli Sərəncamı ilə 16 avqust (18 iyul) 1962-ci ildə Gürcüstanda anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2003-cü il tarixindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində tərbiyəçi və xx.xx.2005-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müəllim vəzifəsində çalışmışdır. İddiaçının şəxsiyyətini təsdiq edən sənədinin 2021-ci il tarixində etibarlılıq müddəti bitmişdir. Məktəbin xx.xx.2021-ci il tarixli 133 nömrəli əmri ilə İddiaçı şəxsiyyət vəsiqəsinin alınması və Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi ilə bağlı mübahisəli halların yaranması və “Əmək müqaviləsi bildirişi” altsistemində Azərbaycan Respublikasının vətəndaşlığı ilə bağlı şəxsiyyət vəsiqəsinin qeydiyyatı olmadığı səbəbindən xx.xx.2021-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması səbədindən xx.xx.2021-ci il tarixli 133 №-li əmrin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsi işçinin işdən kənarlaşdırılması qaydasını tənzimləyir. Həmin məcəlləsinin 62-ci maddəsinin İ bəndinə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə İİ bəndinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İİİ bəndinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.[ V bəndinə əsasən işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qanunvericilikdə işçinin işdən kənarlaşdırılması qaydası müəyyən edilmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsi səbəbi iddiaçının şəxsiyyət vəsiqəsinin alınması və Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi ilə bağlı mübahisəli halların yaranması və “Əmək müqaviləsi bildirişi” altsistemində Azərbaycan Respublikasının vətəndaşlığı ilə bağlı şəxsiyyət vəsiqəsinin qeydiyyatı olmaması olmuşdur. Lakin qeyd edilənlər işçinin işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Bununla bağlı X5 tərəfindən məktəbə məlumat ünvanlanmışdır. Bununla belə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat Məktəbinin xx.xx.2021-ci il tarixli 133 nömrəli əmri ilə iddiaçı xx.xx.2021-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Hazırda isə iddiaçının müvəqqəti olaraq işdən çıxarılmasına səbəb olan hallar aradan qaldırılmış və iddiaçı Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Bundan sonra iddiaçı yanvar ayında şifahi olaraq məktəbə işə bərpa olunmağı ilə bağlı müraciət etmiş, müraciəti nəticəsiz qaldığından xx.xx.2023-cü il tarixdə yazılı qaydada müraciət etmiş, xx.xx.2023cü il tarixdə müraciətinə cavab aldıqdan sonra mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsinə, məhkəmə tərəfindən iddiası mümkün sayılmadıqdan sonra isə Mediasiya təşkilatına müraciət etmişdir. Həmçinin, qeyd edilməlidir ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat Məktəbi xx.xx.2021-ci il tarixli 133 nömrəli əmri ilə iddiaçını müvəqqəti olaraq işdən kənarlaşdırmaqla artıq onun yenidən işə bərpa olunması ehtimalını nəzərdə tutmuşdur. Lakin cavabdeh iddiaçının işdən müvəqqəti olaraq kənarlaşdırılması üçün əsas olmuş halın aradan qalxması halını araşdırmamış, həmçinin iddiaçının bununla bağlı müraciətlərini təmin etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində işdən müvəqqəti olaraq kənarlaşdırılması üçün əsas olan hallar aradan qalxdığından iddia təmin edilməli, cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin İddiaçı “Müvəqqəti olaraq işdən kənarlaşdırılması barədə” xx.xx.2021-ci il tarixli 133 nömrəli əmri (§2) ləğv edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğində pul iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin İddiaçı “Müvəqqəti olaraq işdən kənarlaşdırılması barədə” xx.xx.2021-ci il tarixli 133 nömrəli əmri (§2) ləğv edilməli, ödənilmiş 50 manat məbləğində mediasiya xərci ididaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin İddiaçı “Müvəqqəti olaraq işdən kənarlaşdırılması barədə” xx.xx.2021ci il tarixli 133 nömrəli əmri (§2) ləğv edilsin. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2232/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2232/2023
27.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver