Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2241/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kommunal xidmət haqqının ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi (sədr) Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı "Nizami-11” MMMC Cavabdeh1 qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 1174,53 (bir min yüz yetmiş dörd manat əlli üç qəpik) AZN məbləğində pulun, həmçinin ödənilmiş 32 manat dövlət rüsumunun və çəkilmiş 3 AZN poçt xərcinin, ümumlikdə 1209,53 (bir min iki yüz otuz doqquz manat, əlli üç qəpik) AZN məbləğində pulun cavabdehdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "Nizami-11” MMMC-nin Cavabdeh1 qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 cavabdeh kimi işə cəlb edilmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək (sonuncu), Cavabdeh1 mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 1174,53 manat, Cavabdeh2 mənzilə göstərilmiş xidmətə görə ödənilməmiş 335,58 manat pulun ayrı-ayrılıqda, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğin, ödənilmiş dövlət rüsumunun və 3 manat poçt xərcinin birgə qaydada cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
5. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya təşkilatı yaradılıb və yaradılan Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə İddiaçı MMMC adı altında dövlət qeydiyyatına alınıb və bu qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri İddiaçı MMMC-nin idarəçiliyinə keçib. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-ci maddəsinə əsasən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarınımüəyyən etmək hüququ vardır. İddiaçı MMMC qeyd olunan bu qanunun tələbinə əsasən binanın əmlakının saxlanması üçün ödəniş haqları müəyyən edilməsi haqqında qərar qəbul edib. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlıçəkilən xərclərin (işçilərin əmək haqqı – 2910 manat, DSMF-na köçürmələr- 778 manat, İşsizlik fonduna köçürmə– 32 manat, su vurma motorlarının sərf etdiyi Elektrik enerjisi xərcləri – orta aylıq xərci - 1300 manat, liftlərin servis xidməti haqqı-800 manat, Zibilin daşınması - 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və s.) 130 manat, su pulu və qrunt sulara dair xərc- 30 manat, vergi və sair hesabatların verilməsi -100 manat, sair gözlənilməz xərclər ( zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və s) -197, cəmi 6797 manat), binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir kv.m-nə görə 0,22 (iyirmi iki qəpik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 (bir) kv.m sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilib. Məlumat üçün qeyd etmək lazımdır ki, İddiaçı MMMC-nin idarəçiliyində olan ünvan 2 (yeni qaydalarla ünvan 3 ünvanda yerləşən 79,9 kvadrat metr yaşayış sahəsinin mülkiyyətçisi İmamverdiyev Nazim binanın saxlanması üçün müəyyən olunan ödənişləri vaxtında ödəməməsi nəticəsində, hazırda onun bu xərclərdən dolayı İddiaçı MMMC-yə 1174,53 (bir min yüz yetmiş dörd manatəlli üç qəpik) AZN məbləğində borcu yaranıb. Eyni zamanda, iddia ərizəsində göstərilən cavabdehə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyanın göndərilməsi üçün tərəfimizdən poçt xərcləri çəkilib. Belə ki,cavabdehin hər iki ünvanına (həmin pretenziyalar həm cavabdehlərin faktiki yaşadığı ünvanlara, həm də, onların MAPS arayışları üzrə rəsmi qeydiyyatda olduğu ünvanlara göndərilib) pretenziyalar göndərilərkən 3 AZN məbləğində poçt xərcləri çəkilib.
Cavabdehlərin etirazları və ərizələri:
6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, aşağıdakı səbəblərdən, iddia tələbinin rədd edilməsini zəruri hesab edir. Birinci növbədə, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığına diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. İddiaçı hüquqi şəxs, həmin məcəllənin 120.1-ci maddəsinin təıləblərinə uyğun olaraq təsis edilməyib, iddiaçı hüquqi şəxs binanın sahə mülkiyyətçiləri deyil, buna səlahiyyəti olmayan şəxslər tərəfindən təsis edilib. Məhz bu səbəbdən də, iddiaçı cavabdehlərə qarşı kommunal ödənişlər və digər pul xarakterli tələblər irəli sürmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyəti vardır. Həmin məcəllənin 126.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən müəyyən edilir. Həmin məcəllənin 126.3-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında yazılı bildiriş bu Məcəllənin 44.4-cü və 44.5-ci maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunur və göndərilir. Cavabdehə, iddiaçı hüquqi şəxsin ümumi yığıncağının çağırılmasına dair bildiriş göndərilməsi, ümumi yığıncağın çağırılması və kommunal ödənişlərin müvafiq protokolla rəsmiləşdirilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin məcəllənin 137.7-ci maddəsinə əsasən, bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Həmin məcəllənin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Cavabdehlərlə kommunal ödənişlərə dair hər hansı müqavilələr mülki işin materiallarında yoxdur. Beləliklə şərh olunanlardan, iddia tələbinin mülki prosessual qanunvericiliyə uyğun əsaslandırılmadığı məlum olur. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Etiraza əlavə edilmiş Cavabdeh1 məxsus pasportdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olub. xx.xx.2025-ci il tarixdə məhkəmənin inzibati yaxınlaşaraq iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin surətlərini qəbzə imza etməklə götürüb. Beləliklə, cavabdeh tərəfindən, MPM-nin 154.1-ci maddəsində nəzərdə tutulmuş 20 günlük müddət ötürülməyib. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMMC-nin Cavabdeh1 qarşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə qeyd etmişdir ki, iddia tələbinin ona aid hissəsinə iddia müddəti tətbiq edilməklə rədd edilməsini zəruri hesab edir. O, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü və 375.2-ci maddələrinə istinad edərək, iddia tələbinin ona aid hissəsinə münasibətdə iddia müddəti tətbiq ediməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə qeyd etmişdir ki, iddia tələbinin ona aid hissəsinə iddia müddəti tətbiq edilməklə rədd edilməsini zəruri hesab edir. O, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü və 375.2-ci maddələrinə istinad edərək, iddia ərizəsi verildiyi vaxtdan sonra 3 il ərzində yaranmış borcdan əvvəlki borca münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
İş materialları:
9. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 62/25 saylı maliyyə arayışının surətindən görünür ki, 165 saylı mənzili mülkiyyətçisi Cavabdeh2 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayınadək İddiaçı MMMC-yə olan kommunal xidmətlər üzrə borcu 335,58 (79,9x0,30=23,97; 23,97x14=335,58) manat və İmamverdiyeva Nazirinin 2021-ci ilin iyun ayından 2025-ci ilin iyul ayınadək İddiaçı MMMC-yə olan kommunal xidmətlər üzrə borcu 1174,53 (79,9x0,30=23,97; 23,97x49=1174,53) manat təşkil edir.
10. İddiaçı tərəfindən İmamverdiyeva Nazirə ünvanlanmış xx.xx.2024-cü il tarixli 06/24 saylı bildirişin surətindən görünür ki, kommunal xidmətlərə görə borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli qərarları və digər sənədlər əsasında xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyini, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək cəmiyyətinin fəaliyyət predmeti və məqsədidir.
12. İddiaçı İdarə Heyətinin xx.xx.2020-ci il tarixli ilk iclas protokolundan görünür ki, mülkiyyətçinin mülkiyyətində olan sahənin hər kvadrat metri üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması qərara alınmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81, mənzil 165 Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzil Cavabdeh2 mülkiyyətindədir.
14. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81, mənzil 165 Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzil Cavabdeh1a bağışlamışdır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81, mənzil 165 Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzil iddiaçı Cavabdeh1 mülkiyyətindədir.
16. Dövlət rüsumu haqqında məlumatlardan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə uyğun olaraq 32 manat və 6 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (sədr) Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, "Nizami-11” Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyəti MTK tərəfindən yaradılmayıb. "Nizami-11” MMMC Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. İclaslar keçiriləndə iclasın keçirilmə vaxtı barədə elanlar verirlər, iclasda iştirak etmək üçün bütün mənzillərə xəbərdarlıq edirlər. Amma bəzi sakinlər xarici ölkələrdə yaşayırlar. Ona görə də, həmin sakinlərə xəbərdarlq edə bilmirlər. Binada sakinlərin yaşayıb-yaşamaması kommunal xərclərin ödəməməsinə mane olmur. Binada sakinlərdən çoxu mənzillərdə yaşamayan imkanlı şəxslərdir. Həmin şəxslər də binanın saxlanmasında iştirak etməlidirlər. Əgər bina təmir olunmasa, liftləri düzəlməsə, həmin şəxslər də gələcəkdə mənzillərini sata bilməz. "Nizami-11” Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyəti bina sakinlərinin 50+1 səs çoxluğu ilə təsis edilib. Bu barədə protokol mövcuddur. "Nizami-11” MMMC Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. "Nizami- 11” MMMC-nin sənədləri tam qaydasında olmasaydı, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçməzdi. Binada neçə mənzilin olması yadında deyil. "Nizami-11” MMMC tərəfindən bina sakinlərinə xidmətlər göstərilir. Binada yaşayan sakinlərinin hamısı iclasda olub, xaricdə yaşayanlar isə iştirak etməyiblər. Cavabdeh Nazim İmamverdiyev onunla dəfələrlə əlaqə saxlayıb. Borcun həcmini mübahisələndirib. Onda səs yazıları var. Hazırda binanın idarə edilməsi ilə bağlı xərclər daha da artıb. Xaricdə yaşayan mülkiyyətçilər də ödənişləri edir.
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyətinin ümumi yığıncağının qərarı hazırda qüvvədədir, Ədliyyə Nazirliyinə təqdim olunub, Nazirlik tərəfindən reyestrdə qeydiyyatdan keçib. Qeyd olunan qərar bu günə kimi mübahisələndirilməyib. Qarşı tərəfin bununla bağlı hər hansı bir iddiası varsa, həmin qərarı mübahisələndirə bilər. İddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Hesab edir ki, hazırki iddia tələbi qanundan irəli gələn tələb olduğuna görə 10 il ümumi iddia müddəti tətbiq olunmalıdır. İddiaçının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçməsi barədə çıxarış təqdim olunub. Bu iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu təsdiq edən sənəddir. İddiaçı MTK tərəfindən yaradılmayıb. 5 ildir ki, iddiaçı Cəmiyyətin MTK ilə mübahisəsi davam edir. Bina sakinlərinin əksəriyyəti Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə gediblər. Həmin qurumlar tərəfindən sakinlərə özlərinə Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyəti yaratmaları və binanı idarə etmələri tövsiyyə edilib. Bundan sonra da "Nizami-11” MMMC yaradılıb. Bu günə qədər MTK Cəmiyyətin fəaliyyətinə maneə yaradır. Bu gün MTK-nın nüfuzunda olan 15 nəfər şəxs ödənişləri etməkdən yayınır. Mənzil Məcəlləsinin tələblərinə əsasən sahə mülkiyyətçiləri müqavilə bağlandığı vaxtdan mənzildə yaşamasa belə, binanın saxlanması xərclərini ödəməlidir. İddiaçı tərəfindən tələb olunan məbləğ kommunal pulu deyil, binanın saxlanması xərcidir. Bu pullar binanın saz vəziyyətdə saxlanması üçündür. İddiaçı binanın fasadını, bütün bloklarını təmir edib, binanın həyətində işlər görüb, kanalizasiya sistemini təmir edib, generatoru saz vəziyyətdə saxlayıb. Subyektiv hüquq məsələsinə hakim tərəfindən müşavirə otağında qiymət verilməlidir. İllər üzrə kommunal ödənişlərin məbləğinin müəyyən olunması ilə bağlı ümumi yığıncağın iclası keçirilib. Dövlət reyestrinin əsaslılığı prezumpsiyası var. Nə qədər ki, ləğv olunmayıb, o deməkdir ki, "Nizami-11” MMMC 50+1 səs çoxluğu ilə təsis olunub. Ümumi yığıncağın iclası keçirilib, haqq 30 qəpikdən müəyyən olunub. İddia tam qanuni və əsaslıdır. "xxxx" MTK iddiaçının qeydiyya şəhadətnaməsinin etibarsız sayılması ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırsa da, iddiası mümkün sayılmayıb. İddiaçı yaranan zaman binanın girişində elan yerləşdirilib. Sakinlər öz müştərək cəmiyyətlərinin yaradanda onların bəzilərində mülkiyyət sənədləri yox idi, bəziləri MTK-dan sənədlərini ala bilməyib. Yığıncağın iclasında iştirak edənlərdən sənədləri təqdim edənləri müəyyən ediblər, edə bilməyənləri isə müəyyən etmək iqditarında deyillər. İddiaçının yaradılmasının qanuniliyə bir dəfə artıq qiymət verilib və bu məsələ hazırki iddianın predmeti deyil. Mənzil Məcəlləsinin 44.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Hesab edir ki, onlar tərəfindən qanunvericiliyin tələblərinə əməl olunub.
19. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib etirazın dəlillərinə uyğun izahat verərək bildirdi ki, ümumi yığıncağın protokolu tərtib edilərkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə əməl edilməyib. İddiaçının nümayəndəsi və vəkili çıxışında mənzillərin mülkiyyətçilərinin kim olduqları haqqında dəqiq məlumatlarının olmadığını bildirir, buna baxmayaq 290 nəfərin imzalaması barədə siyahı təqdim edilib. Mənzillərin mülkiyyətmilərinin kim olduğu məlum deyilsə, onda ümumi yğıncağın iclası ümumiyyətlə çağrıla bilməz. Çünki iclasda iştirak etmək hüququ məhz mənzil mülkiyyətçilərinə məxsusdur. Ümumi yığıncağın üzvlərinə bildiriş göndərilməyib. “İnzibati İcraat” haqqında qanunun müddəaları hazırki işə tətbiq edilə bilməz, tərəflərin heç biri inzibati orqan deyil. Əgər mənzil mülkiyyətçilərin kim olduğu məlum deyildisə, deməli ümumi yığıncağın çağırılması üçün yetərli resurslara, məlumata sahib olmayıblar. Konkret olaraq heç bir mənzil mülkiyyətçisinə bildiriş göndərilməyib. Binanın girişində o halda elan yerləşdirilə bilər ki, bunu ümumi yığıncaq müəyyən etmiş olsun, amma bununla bağlı sübut yoxdur. Bu səbəbdən iddia əsassızdır, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməyi, son üç illik borcun qəbul edilməsi kimi nəzərə alınmamalıdır. Bütün imkanlardan yararlanmaq üçün həmin ərizə verilib. Amma iddia tələbi tamamilə əsassızdır. Mənzil mülkiyyətçiləri barədə məlumat əldə etmək çətin bir proses deyil, sorğu verilməklə əldə edilə bilər. Bir protokol cəmiyyətin yaranması, digər isə ödənişlərlə bağlıdır. Sonuncu iclasla bağlı mənzilin mülkiyyətçiləri barədə sorğu verilməklə əldə edilə bilərdilər. Ümumiyyətlə iclasın keçirilməsi real deyil, 290 nəfərin bir məkana yerləşdirilməsi üçün akt zalının olması müəyyən deyil. Ümumi yığıncağın qərarı iş materiallarında yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, o, 2007-ci ildən 2021-ci ilə qədər Cavabdeh1lə rəsmi nikahda idi. O vaxt Cavabdeh1 mənzili onun adına rəsmiləşdirib. Nikah pozulan vaxt Cavabdeh1 onu qorxudaraq ona heç nə verməyəcəyini bildirdi və mənzili onun adına rəsmiləşdirməyimi tələb etdi. Baxmayaraq ki, mənzil alınan vaxt onlar rəsmi nikahda idilər və Cavabdeh1 bir neçə evi var idi, o 2021-ci ildə nikah pozulan vaxt mənzili notarial qaydada Cavabdeh1 bağışlayıb. Mənzilin çıxarışı onun adına rəsmiləşdirildiyinə görə o vaxta qədər olan borc onun adına görünür. Nikah pozulan vaxt mənzili Cavabdeh1 bağışlayanda, notarius tərəfindən borcun olması barədə məlumat verilmədi. Cavabdeh1 ondan mənzili tələb etdi, o da heç bir problem yaratmadan mənzili ona verib. O, evi verməyibsə, nəyə görə ona aid olmayan mənzilin kommunal borcunu illər keçəndən sonra ödəməlidir. Hazırda mənzilin mülkiyyətçisi Cavabdeh1dir, o, hansı səbəbdən həmin borcu ödəməlidir. O, borcu ödəmir. O, binada heç kimi tanımır, orada yaşamır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 122.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçünyaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.1-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.1.1. yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); 136.1.2. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq. Çoxmənzilli binanın ümumi əmlakının əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin hesabına həyata keçirilir; 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra - ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil- tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8-ci maddəsinə əsasən, yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 140.1-ci maddəsinə əsaəsn çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
İşin faktiki halı:
26. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" MTK-nın ünvan 1 ünvanda inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsəttüfat subyekti olmaqla İddiaçı” (İddiaçı MMMC) adlı qeyri-kommersiya Hüquqi şəxsi yaradılmış və yaradılmış Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə İddiaçı MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri "xxxx" MMMC-nin idarəçiliyinə keçmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışlara əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81, mənzil 165 Yeni qaydalarla: ünvan 5 ünvandakı 79,9 kv.m sahə xüsusi mülkiyyət hüququ ilə əvvəl Cavabdeh2 məxsus olmuş, hazırda isə Cavabdeh1 məxsusdur. İddiaçı göstərilmiş kommunal xidmətlərə görə ödənilməmiş borcla bağlı məhkəmədə iddia qaldırmışdır.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
29. Mənzil Məcəlləsinin 122.1 və 122.1.1-ci maddələrinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququ kimi müəyyən olunmuş, həmin Məcəllənin 125.2 və 125.2.12-ci maddələrinə əsasən çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək ümumi yığıncağın səlahiyyətinə aid edilmişdir. Yəni, idarəçinin seçilməsi yalnız ümumi yığıncağın səlahiyyətində olan məsələdir və Məcəllənin 127.2-ci maddəsində də qeyd olunmuşdur ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər.
30. Belə ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 81 saylı çoxmənzilli bina kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə İddiaçı təsis olunmuş, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilib və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2020-ci il tarixdə 1120-MM7-0180 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır.
31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81, mənzil 165 Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2019-cu ildə Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış, o, həmin mənzili xx.xx.2021-ci ildə digər cavabdehə bağışlamışdır. Hazırda isə iddiaçı Cavabdeh2 2020-ci ilin aprel ayından 2021-ci ilin may ayınadək hesablanmış 335,58 manat göstərilmiş kommunal xidmətlərə görə ödənilməmiş borcun tutulmasını tələb etmişdir. Cavabdeh2 isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
32. Belə ki, Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
35. Qərarda həmçinin göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
36. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81, mənzil 165 Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək Cavabdeh2 mülkiyyətində olmuş və iddiaçı qanunveriliklə müəyyən edilmiş müddətləri ötürməklə, ona qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
37. Bu baxımdan, məhkəmə, iddiaçının Cavabdeh2 olan tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı “Cavabdeh2 335,58 məbləğində pulun tutulması” tələbi təmin edilə bilməz.
38. Məhkəmə iddia tələbinin digər hissəsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81, mənzil 165 Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış və hazırda mülkiyyətindədir (xx.xx.2025-ci il tarixə olan məlumata əsasən). İddiaçı tələbində Cavabdeh1 2021-ci ilin iyun ayından 2025-ci ilin iyul ayınadək İddiaçı MMMC-yə olan kommunal xidmətlər üzrə borcu 1174,53 (79,9x0,30=23,97; 23,97x49=1174,53) manat borcun tutulmasını xahiş etmiş, Cavabdeh1 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, son üç ildən əvvəlki dövr üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
39. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin (yaşayış və ya qeyri-yaşayış sahəsi olmasından asılı olmayaraq) hesabına ödənilir. Çoxmənzilli binanın ümumi əmlakına həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər daxildir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları tərəfindən müəyyən edilmiş mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
40. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır, iddia müddəti tətbiq edilməklə Cavabdeh1 son üç üzrə kommunal xidmətlərin göstərilməsinə görə yaranmış borc sadə riyazi üsulla, mənzilin hər kvadrat metr üçün 0,30 manat olmaqla hesablanmalı (79,9 kv.m x 0,30 AZN x 36 ay=862,92) və cəmi 862,92 manat iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
41. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 862,92 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
42. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən ümumilikdə 38 manat dövlət rüsumu ödənilmişdir.
44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 38 manat dövlət rüsumunun 30 manatı Cavabdeh1 və 8 manatı iddiaçıya aid edilməlidir.
45. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən hüquqi yardım üçün 320 manat pul ödənilmişdir.
46. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 manatın əvəzi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 862,92 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 8 manatı İddiaçınə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva