Məhkəmə qərarları › İş №e-2(007)-2261/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2261/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2261/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair və digər iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 318,35 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 348,35 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 13/25400 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin yaşayış evinə İddiaçı İB tərəfindən **********01270 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda təbii qazla təchiz edən qaz xəttinin üzərində ZENNER G-4T mexaniki markalı, **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, xx.xx.2018-ci il tarixdə İddiaçı İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin yaşayış erində quraşdırılmış qaz sayğacına baxış keçirərkən sayğacın yivli birləşməsinə vurulmuş plomb yerində aşkar olunmamışdır. İTRİ-nin İddiaçı İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə xx.xx.2018-ci il tarixli 58/0891 saylı “Təbii X2nın pozulması haqqında” akt tərtib edilmişdir. Beləliklə, göstərilən akta əsasən dəymiş ziyana görə abonentin 345,60 manat borcu yaranmışdır. Bu günə kimi cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (artıq ödənilmiş məbləğləri nəzərə alaraq) ümumi olaraq 318,35 manat təşkil etməkdədir. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 23 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məlum olduğu kimi, sahə üzrə qanunvericilikdə (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarla təsdiq edilmiş “X2”) sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma hallarında təbii qazın talanması nəticəsində olunmuş qazın dəyərinin müəyyən edilməsi ilə əlaqədar münasibətlər tənzimlənilmir. Bu münasibətlər vaxtı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 16 noyabr 2006-cı il tarixli, 55 nömrəli əmri ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” ilə nizamlanırdı. Lakin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin 31 yanvar 2011-ci il tarixli 8nömrəli əmri ilə 16 noyabr 2006-cı il tarixli 55 nömrəli əmr qüvvədən düşürülmüş və nəticədə faktiki münasibətlər hüquqi nizamlanmadan kənar qalmışdır. Beləliklə, sahə üzrə qanunvericilikdə yaranmış boşluq zahiri xarakter daşımadığına, normativ tənzimləməyə zərurət olduğuna (qaz xətlərinə qeyri-qanuni qoşulma nəticəsində böyük həcmdə istehlak olunan, lakin həqqi ödənilməyən təbii qaz itkisi halları kütləvi xarakter daşımağa başlayıb), normativ tənzimləmə qanunla qadağan olunmadığına və normativ tənzimləmə mövcud olmadığına görə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.1-ci maddəsindən (konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər) irəli gələrək, qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) SOCAR-ın kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”nı təsdiq etmişdir (Əlavə olunur). Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə əsasən “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli 258 nömrəli Fərmanı (258 nömrəli Fərman) ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişikliklərə görə, istehsalın səmərəliliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi (2.3-cü bənd) müəyyən edilmişdir. Fəaliyyət növlərinin səmərəli həyata keçirilməsinin təmin edilməsi üçün isə Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli Fərmanına əsasən, Nizamnaməsinin 2.4-cü bəndində “yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəalar əsas götürülsün”. Beləliklə, sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 258 nömrəli Fərmanla Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən verilmiş səlahiyyətləri daxilində SOCAR istehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması üzrə münasibətləri tənzimləyə bilər. Bundan başqa, istehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının “SOCAR”ın Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənməsinə dair müddəa Müqavilənin 3.3-cü bəndində təsbit olunmuşdur. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd etdikləri sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən sayğaca müdaxilə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Digər iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 345 manat borcun ünvan 1-nin hesabından (Abonent kodu **********01270) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildən ünvan 1 ünvanında yaşayır. Laçın rayonundan olan məcburi köçkündür. Azəriqaz İBnin Bakı Regional Qaz Satışı Departamenti yaşadıqları mənzillərə qazın verilməsini 2021ci ilin noyabr ayından qismən, dekabr ayından isə tamamilə dayandırmışdır. Yaşadığı mənzildə qazdan istifadə barədə əvvəlki illərdə bağlanan müqavilələrdə paylayıcı Nizami rayon qaz istismar idarəsi olmuşdur. 2017-ci ildə verilən 13/25400 saylı 31 iyul 2017-ci il tarixli yeni müqavilədə isə, paylayıcının İddiaçı İB-nin Bakı RQSD olduğu göstərilmişdir. Mənzildə qazdan istifadə Smart kartla aparılmışdır. Qazın kəsilməsi səbəbini öyrənmək üçün İddiaçı İB-nin Bakı RQSD-nə müraciət etdikdə, bildirmişlər ki, qazın verilməsini 4 il əvvəl yazdıqları cəriməni tam ödəmədikləri üçün dayandırmışlar. 4 il sonra onlara verilən sənədlərlə tanış olduqları zaman məlum olmuşdur ki, 2018-ci ilin mart ayında İddiaçı İBnin Bakı RQSD tətəfindən 58/0891 saylı Akt tərtib olunmuşdur. Həmin Aktda göstərilmişdir ki, Sayğacın qayka birləşməsinə vurulan plomb yoxdur. Həmçinin, göstərilmişdir ki, guya onlar akta imza etməkdən imtina etmişlər. Aktda baxışın xx.xx.2018-ci il tarixdə keçirildiyi göstərilmişdir. Departament sədri isə həmin aktı hətta baxış keçirilməzdən 3 gün əvvəl, yəni xx.xx.2018-ci il tarixdə təsdiq etmişdir. Aktda göstərdikləri nöqsana görə istehlakçıya cərimə müəyyən etmələrinin heç bir hüquqi əsası yoxdur. İstehlakçı ümumi yaşayış binalarının pilləkən qovşaqlarında quraşdırılmış sayğaclara gözətçilik edə bilməz və buna borclu deyil. Plombun bağlandığı simi, yol keçən uşaq da, sayğacı oğurlamaq istəyən oğru da qıra bilər. Buna görə istehlakçıya cərimə yazmaq absurddur. Pilləkən qovşağında əlavə xətt qoşmaq və ya digər müdaxilə şansı yoxdur. Akta görə 3 ay üçün 1728 kub.m qaz sərfi müəyyən edərək, 345 manat 60 qəpik məbləğində cərimə yazmışlar. Hesabladıqları qaz sərfi onun üç aylıq deyil, üç illik qaz sərflərindən də çoxdur. Onların aylıq qaz sərfləri 50 kub.m-dən artıq olmamışdır. 2021-ci ilin noyabr ayında İddiaçı İB-nin Bakı RQSD-ə rəsmi ərizə yazaraq bildirmişdir ki, 4 əvvəl yazılmış cərimədən xəbəri yoxdur. Ona qarşı qaldırılan ittihamlar əsassızdır, şər və böhtandır. Onun sayğaca hec bir müdaxiləsi olmamışdır. Sayğacı açan da, bağlayan da özləridir. Qazın verilməsinin bərpa edilməsini və sələflərinin yazdıqları əsassız cərimələri silmələrini xahiş etmişdir. Departament isə 4 il əvvəl ev sakinlərindən xəbərsiz yazdıqları qüsurlu aktlar əsasında şəxsi mülahizə ilə müəyyən etdikləri, hüquqi əsası olmayan, cərimə məbləğlərini ödəməyini tələb etmişdir. Yazdıqları cavab məktubunda istehlakçının vəzifəsi olmayan, “Ölçmə vasitələrinə tələblər” barədə ki, 9.2-ci maddəsini əsas kimi göstərərək sələflərinin yanlış əməllərinə haqq qazandırmışlar. Cərimələrin hesablanmasının hüquqi əsasının olmadığını, sosial şəbəkələrdə, Azəriqaz İB-nin hörmətli sədri də söyləmişdir. İddiaçı İB-nin Bakı RQSD-nin cavab məktubu qane edici olmadığı və qazın verilməsini bərpa etmədikləri üçün, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayları ərzində, İddiaçı İB və SOCAR-ın Email ünvanlarına bir neçə dəfə ərizələr göndərmişdir. Bütün sənədləri də əlavə etmişdir. Müraciətlərində məsələni sosial şəbəkələrdə yayımlamaq istəmədiklərini diqqətə çatdırmışlar və xahiş etmişlər ki, qazın açılmasına göstəriş versinlər. Ya da ərizələrinə cavab yazaraq, qazın kimin sərəncamı, əmri və ya qərarı ilə dayandırmaları barəsində məlumat versinlər. Ancaq nə qaz, nə də ərizələrə cavab vermişlər. İddiaçı İB-nin Bakı RQSD-nin cavab məktubunda da göstərilmişdir ki, 4 il əvvəl yazdıqları 345 manat cəriməni onun istehlakçı hesabına daxil etmişlər və qış mövsümü dövründə qaz verilməsini dayandırmaqla əsassız cərimələrin ödənilməsini tələb etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalar”nın 5.2-ci bəndində bildirilir ki, qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində göstərilir ki, qaz sayğacları qaz paylayıcı tərəfindən bu qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.7-cü bəndində göstərilir ki, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olmaqla) qaz paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Təəssüf ki, cəriməni istehlak borcu kimi göstərməklə, cərimə müəyyən edərkən əvvəlki ayların orta aylıq günlərindəki qaz sərflərinin nəzərə almamaqla və qazın verilməsini dayandırarkən istehlakçının iştirakını təmin etməməklə də istehlakçı hüquqlarını pozmuşlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair 2(007)-2301/2022 saylı mülki işin, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(007)-2261/2022 saylı mülki işlə birləşdirilməsi, 2(007)-2301/2022 nömrəli mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İlkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdrilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, X1 Bakı Regional Qaz Satışı Departamenti tərəfindən yazılmış 345,60 AZN cərimə borcundan 47,55 AZN ötən 3 il 9 ay ərzində Smart karta yüklədiyi pullardan tutulmuşdur. Tutulmuş məbləğin qaytarılmasını iddia etmir. Qeyd edilənlərə əsasən iddia ərizəsində göstərdiyi 345,60 AZN miqdarında deyil, Departamentin son bildirişlərində ödəniləcək məbləğ kimi göstərdikləri 298,05 AZN miqdqrında olan məbləğin silinməsi barəsində qətnamə çıxarmasını xahiş etmişdir (ünvan 1-nin hesabından (Abonent kodu **********01270) qaiməni əlavə edir). Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdeh fasiləsiz qazdan istifadə etmişdir. Cavabdeh tərəfindən kartının bloka düşməsi ilə bağlı idarəyə məlumat daxil olmamışdır. Cavabdeh tərəfindən 2017-ci il tarixində qazdan istifadəyə görə kommunal xərc ödənilməmişdir. Sayğacın plombu qırılmaqla ona müdaxilə edilmişdir. Sayğac 2018-ci il tarixində dəyişdirilmişdir. Cavabdeh qazdan istifadə edərək faydalanmışdır. Sayğac mənzilindən kənarda yerləşir. 2021-ci il tarixində sayğac dəyişdirilmiş və akt üzrə dəymiş ziyan əməkdaşlar tərəfindən hesablanmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh digər iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, departamentin son bildirişində ödəniləcək məbləğ kimi göstərilən 298,05 manatın silinməsini xahiş edir. Smart kartdan tutulan pulları tələb etmir. Akt qanunsuz və əsasız tərtib edilmişdir. Belə ki, akt 30 mart 2018-ci il tarixində tərtib edilmiş, lakin sayğaca baxış isə 2018-ci ilin aprel ayında olmuşdur. Onun yaşadığı binanın bütün şəxslərə eyni cərimə yazılmışdır. Ona 2018-ci il tarixində cərimə yazılmış, lakin 3 il 6 aydır ki, heç kim həmin cərimə ilə bağlı ona müraciət etməmişdir. Smart kartdan cərimə məbləği tutulmuşdur. O, 8 aydır ki, qazdan istifadə edə bilmir. Qazdan istifadəsinə qadağa qoyulmuşdir. Sayğacın öz plombu qırılmışdır. Hazırkı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia təmin edilməməli, digər iddia isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2017-ci il tarixli, 13/25400 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Müqavilə üzrə Paylayıcı adlanacaq İddiaçı İB şəxsində bir tərəfdən və bundan sonra İstehlakçı adlanacaq Cavabdeh şəxsində Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” №-li qərarı ilə təsdiq edilmiş “X2”na uyğun olaraq Müqavilə bağlamışlar. Müqavilənin 1-ci maddəsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. - Təbii X2nın pozulması haqqında xx.xx.2018-ci il tarixli 58/0891 nömrəli aktdan görünür ki, xx.xx.2018-ci il tarixdə G-4 markalı, 1402AZ**********77 saylı qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, sayğacın qayka birləşməsinə vurulan plomb yoxdur. Cavabdeh məxsus R.Teymur küçəsi, ev 63, mənzil 127 ünvanında təbii qazın uçotu yoxlanılarkən 1728 m3 qaz sərfiyyatı müəyyən edilmişdir. Qaz işlədici avadanlıqlar - PQ-4, QSQ. - Cavabdeh tərəfindən Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh sayğacın onun xəbəri olmadan dəyişdirildiyini, sayğacın blombunun qırılmasından və akt tərtib olunduğundan xəbəriz olduğunu qeyd etmiş və yaranmış borc məbləğinin silinməsini və qanunsuzluğun aradan qaldırılması xahiş edilmişdir. - Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı 30.03 2018-ci il tarixində növbəti baxış zamanı Nizami royunu, Rizvan Teymurov 63/127 ünvanında istifadədə olmuş evvəlcədən ödənişli G-4 markalı 1402AZ**********77 nömrəli aaz sayğacının filyans birləşmələrinə vurulmuş xüsusi nömrəli plomb aşkar olunmadığı üçün 58/0891 saylı akt tərtib olunaraq 345,80 AZN məbləğində hesabat aparıldığı və istehlakçı hesabınıza daxıl edildiyi məlum olmuşdur. Nəzərə çatdırırlar ki, ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə əsasən ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz sazlama və müdaxilənin qarşısının alınması məqsədi ilə ölçmə vasitələrinin konstruksiyası proqram təminatı da daxil olmaqla onun müvafia hissələrinə müdaxilə edilmənin məhdudluğu təmin editmişdir. Məlumat üçün qeyd edirlər ki, məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Halhazırda iş məhkəmə qaydasında mübahisələndirilmə ərəfəsindədir. - Abonentin saldosundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, 63 saylı evin 127 saylı mənzilində Cavabdeh adlı abonentə 26 avqust 2021-ci il tarixdə ZENNER G4T MEXANİKİ markalı, **********9 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********01270-dir. Abonentə 345,60 manat borc hesablanmışdır. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 20 manat daxil etmiş, 4,20 borca görə tutma olmuş, 15,80 manat isə karta yüklənmişdir. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 20 manat daxil etmişdir. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 20 manat daxil etmiş, 4,20 borca görə tutma olmuş, 15,80 manat isə karta yüklənmişdir. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 20 manat daxil etmiş, 4,20 borca görə tutma olmuş, 15,80 manat isə karta yüklənmişdir. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 20 manat daxil etmiş, 4,20 borca görə tutma olmuş, 15,80 manat isə karta yüklənmişdir. - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 20 manat daxil etmiş, 4,20 borca görə tutma olmuş, 15,80 manat isə karta yüklənmişdir. - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı İB Smartkarta 10 manat daxil etmiş, 2,10 borca görə tutma olmuş, 7,90 manat isə karta yüklənmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Cavabdeh ödənilməmiş 298,05 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli akta əsasən Cavabdeh yaşadığı ünvan 4 ünvanına quraşdırılmış qaz sayğacının qayka birləşməsinə vurulan plomb olmadığı aşkar edilmiş, təbii qazın uçotu yoxlanılarkən 1728 m3 qaz sərfiyyatı müəyyən edilmişdir. İddiaçıya qaz sərfiyyatına görə borc kimi 345,60 manat hesablanmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı "Azəriqaz” İstehsalat Birliyi borcun ödənilməsini, digər iddia üzrə iddiaçı Cavabdeh isə borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın: 3.1.7-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.6-cı maddəsinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin (blombun olmaması) məhz Cavabdeh və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla iddiaçı Cavabdeh (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün, cavabdeh isə hesablamanın hansı qaydada aparıldığını, borcun hansı meyarlarla aparıldığını göstərmədiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən tərtib olunmuş “Təbii qazdan sitifadə qaydalarının pozulması” haqqında Aktdan görünür ki, Cavabdeh məxsus ünvan üzrə yerləşmiş sayğaca xx.xx.2018-ci il tarixdə biliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin həmin akt xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir. Göstəriənlərə əsasən məhkəmə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və hesab edir ki, İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli 58/0891 nömrəli akt üzrə Cavabdeh 345,60 manat borcu silinməlidir. Qeyd etmək lazımdır ki, akt tərtib edildikdən sonra Cavabdeh tərəfindən qaz sərfiyatına görə ödənişlər edilmiş və həmin ödənişlərdən bir hissəsi borc məbəğindən silinmişdir. Hazırda isə onun xx.xx.2022-ci il tarixinə 298,05 manat borcu vardır. Həmçinin, Cavabdeh yaşadığı mənzilə qazın verilməsi 2021-ci ildən dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, digər iddia üzrə Cavabdeh iddiası təmin edilməli, ünvan 4 ünvanı üzrə İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli 58/0891 nömrəli akt əsasında hesablanmış borcun ödənilməmiş hissəsi, yəni 298,05 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Digər iddia üzrə Cavabdeh iddiası təmin edilsin. ünvan 4 ünvanı üzrə İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli 58/0891 nömrəli akt əsasında hesablanmış borcun ödənilməmiş hissəsi, yəni 298,05 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin, ilkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılsın (Hökümət ödəniş portalı, "xxxx" ASC, mədaxil qəbzi: 921981015, xx.xx.2022-ci il, 16:23:19, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar