Məhkəmə qərarları › İş №e-2(007)-227/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-227/2025

02.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-227/2025 02.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “uşaqların atanın himayəsinə verilməsi və aliment” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahında olan xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017ci il təvəllüdlü X7 İddiaçı himayəsinə verilməsi və İddiaçı ilə Cavabdeh birgə nikahında olan xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi hər uşağa 235 manat olmaqla, üç uşağın saxlanılması üçün Cavabdeh 705 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

İddia ərizənin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və nikahın pozulması haqqında şəhadətnamənin surətini iddia ərizəsinə əlavə edir. Məhkəmə qətnaməsi ilə uşağlar ananın himayəsinə verilsə də onlar anaları ilə qalmaq istəmir və uşaqlar nikah ləğv olunmadan öncə özləri iddiaçının yanına gəlmiş və halhazırki müddətə kimi onlara iddiaçı baxır. Cavabdehlə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X12 dünyaya gəlmişlər. Hər üç uşaq onun himayəsindədir və onların maddi və mənəvi problemləri iddiaçı tərəfindən dəstəklənir. Cavabdeh uşaqların saxlanlması üçün heç bir köməklik etmir və hətta bu məsələnin barışıq yolu ilə mediyasiyaya müraciət olunsa da Mediyasiyaya gəlməkdən imtina etmiş və Bakı 3 saylı Mediyasiya Təşkilatının cavab məktubunu iddia ərizəsinə əlavə edirəm.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X7 onun himayəsinə verilməsini və üç uşağın saxlanılması üçün hər uşağa 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X9 iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdı.

6. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmənin əvvəlki iclasında psixoloq X2 iştirakı ilə dinlənilən azyaşlı X10 bildirmişdir ki, 11 yaşı var. 5-ci sinifə keçib. Dərslərini yaxşı oxuyur, 4,5 qiymətlər alır. Futbolçu olmaq istəyir. Hücumçudur. Atası, nənəsi, qardaşı və bacısı ilə yaşayır. Anasını sevmir. Onun anası deyil. Onları ac saxlayırdı. Səhər evdən çıxırdı, gecə saat 2-də 3-də gəlirdi. Məktəbə getmirdilər. Onları məktəbə getməyə qoymurdu. Əslində o, 7-ci sinifdə oxumalıdır. 1 dəfə gəlib direktorla görüşüb, soruşub ki, dərslərini necə oxuyurlar. Direktor da yaxşı oxuduqlarını bildirib. 3-ü də 52 nömrəli məktəbdə oxuyur. O, atası ilə qalmaq istəyir.

10. Məhkəmənin əvvəlki iclasında psixoloq X2 iştirakı ilə dinlənilən azyaşlı X5 bildirmişdir ki, 13 yaşı var. 7-ci sinifdə oxuyur. Əlaçıdır. Polis Akademiyasında oxumaq istəyir. Atası, nənəsi, qardaşı və bacısı ilə yaşayır. 5, 6 ay olar ki, anası onlarla yaşamır. Əvvəl anası ilə kirayədə qalırdılar. Atası Bosniyada idi. Atası gələndə ona xəbər verdilər və anaları bilmədən evdən çıxıblar. Anası məktəbə gəlir, onlarla görüşmür, ancaq müəllimlərlə görüşüb dərslərini necə oxuduqlarını soruşur. Onlara zülm edirdi, döyürdü, başlarını divara vururdu. Onda limfa düyünü xəstəliyi var. Onu əsəbləşdirirdi. Çox vaxt içkili olurdu. Atası ilə qalmaq istəyir.

11. Məhkəmənin əvvəlki iclasında psixoloq X2 iştirakı ilə dinlənilən azyaşlı X12 bildirmişdir ki, 7 yaşı var. 1-ci sinifdə oxuyur. Əlaçıdır. Atası, nənəsi və qardaşları ilə yaşayır. Anası onları döyürdü, onlara zülm edirdi. Oğlanla yatırdı. Oğlanın ayaqqabısını öz gözü ilə görüb. Gecə saat 2-də, 3-də gəlirdi. İçkili gəlirdi evə. Onlara baxmırdı, atası gəlib yemək bişirirdi. Onlara deyirdi ki, atalarına desələr, onları pəncərədən atacaq. O, atası ilə qalmaq istəyir.

İş materialları:

12. AZ-İ seriyalı 464838 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 fevral 2024-cü il tarixdə 74 nömrəli qeydlə pozulmuşdur.

13. AZ-İİ seriyalı, 772904 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5, 07 sentyabr 2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir.

14. AZ-İİİ seriyalı, 062126 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 fevral 2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir.

15. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 10 mart 2017-ci il tarixdə, Almaniyada anadan olmuşdur.

16. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 08 aprel 2024-cü il tarixli MŞB/3/2024-00237 saylı arayışdan görünür ki, Cavabdeh 08 aprel 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

17. 14.08.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

18. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1950/2023 nömrəli, xx.xx.2023cü il tarixli Qətnaməsi ilə iddia təmin edilmiş. İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 08 yanvar 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş nikah pozulmuş. Tərəflərin birgə nikahından doğulmuş 07 sentyabr 2011-ci il təvəllüdlü X5, 23 fevral 2013cü il təvəllüdlü X10 və 10 mart 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək anaları Cavabdeh yanında qalmaları. İddiaçı 07 sentyabr 2011-ci il təvəllüdlü X1, 23 fevral 2013cü il təvəllüdlü X4 və 10 mart 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 480 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması. Qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi. Məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

19. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 29 yanvar 2025-ci il tarixli rəyinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 ataları İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun sayır və Cavabdeh övladları ilə davamlı ünsiyyət hüququnun təmin olunmasını onların arasında yaranmış mübahisənin ədalətli həlli hesab edir.

İşin faktiki halları:

20. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X12 dünyaya gəlmişlər, Tərəflərin nikahı 24 fevral 2024-cü il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən pozulmuşdur. İddiaçı övladları xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 onun himayəsinə verilməsini və onların yetkinlik yaşına çatana kimi hər uşağa 235 manat olmaqla, üç uşağın saxlanılması üçün Cavabdeh 705 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı:

a) Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. b) Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. c) Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Belə ki, məhkəmə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 faktiki olaraq atalarının yanında qalmalarını, uşaqların mənafeyini və fikrini, həmçinin Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın 29 yanvar 2025-ci il tarixli rəyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7, tərəflərin nikahının pozulması zamanı qətnamə ilə anaları Cavabdeh yanında qalmalarına baxmayaraq, hazırda uşaqların atalarının himayəsinə verilməsi məqsədəmüvafiqdir.

25. Məhkəmə xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün aliment tutulması ilə bağlı qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatana kimi hər uşağın saxlanılması üçün 235 manat olmaqla, üç uşağın saxlanılması üçün Cavabdeh 705 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsini xahiş edir.

26. Məhkəmə belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmamış uşaqları saxlamaq hər iki valideynin borcu olduğu üçün və hər iki valideyn rəsmi olaraq işlədiyi üçün iddia tələbi alimentin tutulması hissəsində qismən təmin edilməlidir və Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 avqust 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmə xərcləri:

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən çox olduğundan iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir.

30. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. Respublika Pediatriya Mərkəzinin psixoloqu X2 göstərdiyi xidmətə görə 50 manat məbləğində pul İddiaçı tutularaq ("xxxx" ASC, VÖEN: **********, hesablaşma hesabı AZ31AİİB********************, ********************, SWİFT AİİBAZ2X) X2 hesabına köçürülməlidir.

Nəticə:

32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək ataları İddiaçı himayəsinə verilməlidirlər. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 avqust 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdırsun. İddia qalan hissədə təmin edilməməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək ataları İddiaçı himayəsinə verilsinlər. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 avqust 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Respublika Pediatriya Mərkəzinin psixoloqu X2 göstərdiyi xidmətə görə 50 manat məbləğində pul İddiaçı tutularaq ("xxxx" ASC, VÖEN: **********, hesablaşma hesabı AZ31AİİB********************, ********************, SWİFT AİİBAZ2X) X2 hesabına köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi aliment hissəsində qətnamənin icrasını dayandırmır. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar