Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2295/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1322/2022 saylı qərardadı və 2(007)-1816/2022 saylı, 18 may 2022-ci il tarixli İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qətnamə olması, həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğundan imtina edilməsi, qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3988/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə həmin məlumatın elektron informasiya sisteminə daxil edilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(007)- 37/2019 saylı qərardadı ilə qətnaməyə izah verilərək qətnamədə "elektron informasiya sistemi" Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsinin elektron informasiya sisteminin müəyyən edilməsi qərara alınmışdır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmədə işə baxılaraq qətnamə çıxarılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(007)-37/2019 saylı qərardadı ilə qətnaməyə izah verilərək qətnamədə "elektron informasiya sistemi" Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsinin elektron informasiya sisteminin müəyyən edilməsi qərara alınmışdır. Həmçinin, məhkəmə izah edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini məhkəmə qətnaməsinin icrası qaydasında işəgötürən "xxxx" MMC-dən tələb edə bilər. Belə olan halda, hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qətnamə olması, həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğundan iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2295/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2295/2022
04.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver