Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2298/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzili Azərbaycan SSR Bakı şəhəri Əmək Deputatları S ovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 18 yanvar 1967-ci il tarixli 47537 saylı orderə əsasən bibisi X13 istifadasinə verilmişdir. Orderdə bibisi X14 başqa atası X20, X15 adı da, qeyd olunmuşdur. Bibisinin vəfatından sonra Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 sayli evin 49 saylı mənzilinə dair mənzil kirayə müqaviləsi Nizami Rayon İcra Hakimiyyətinin 27 sentyabr 1994-cü il tarixli 2486 saylı sərəncamı ilə bacısı X2 adına bağlanmış və ailə üzvləri siyahısında anası X8, İddiaçı, X21, X22, X16 göstərilmişdir. Qeyd olunan mənzil ilk növbədə bacısı X2 adına özəlləşdirilərək, onun adına çıxarış verilsə də, sonradan Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən mənzilin X2 adına özəlləşdirilməsi etibarsız hesab edilmiş və onun adına verilmiş çıxarış ləğv edilmişdir. Bundan sonra, Ali Məhkəmənin yekun qərarı qəbul edildikdən sonra İddiaçı mənzilin hazırki iş üzrə iddiaçı X9 adına özəlləşdirilməsinə razılıq versə də, həmin vaxt münasibətləri normal olduğundan, cavabdeh mənzili heç vaxt satmayacağına söz verdiyindən, mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Lakin Azərbaycan dilində yazıb oxumağı bacarmadığından, onun adından tərtib edilmiş ərizənin mahiyyətini tam başa düşməmişdir. Mənzil cavabdehin adına rəsmiləşdirildikdən sonra iddiaçı X23 cavabdeh Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı X10 üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 11, mənzil 49 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Baki şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2016-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X2 ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması Bakı şəhəri Nizami Rayonu Polis İdarəsinin üzərinə qoyulmuşdur. Sonrada, 2024-cü ildə Nizami rayon Məhkəməsində iddia qaldıraraq, İddiaçı və X5rşı Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, istifadə hüququnun itirilməsini və mənzildən çıxarılmasını tələb etmişdir. Hesab edir ki, ünvan 5 ünvanında yerləşən mənzilin X9 adına özəlləşdirilməsi etibarsız hesab edilməli və onun adına verilmiş 14 mart 2018-ci il tarixli ********** saylı çıxarış ləğv edilməlidir. Cavabdeh qeyd olunan mənzili yararsız vəziyyətə gətirmiş, mənzildə olan əşyaları sındırmaqla, orada onların yaşamaqlarına maneçilik törətmək məqsədilə yaşayış üçün zəruri olan su, elektrik enerjisini, qaz xəttini kəsməklə yaşamaqlarına maneçilik törətmək məqsədilə yaşayış üçün zəruri olan su, elektrik enerjisini, qaz xəttini kəsməklə yaşamaqlarına maneçilik törədir. O, mənzilə yaranmış mülkiyyət hüququndan sui-istifadə edir. İddiaçı X23 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilindən çıxarılmaqla istifadə hüququna xitam verilməsi və onun ailə üzvləri ilə birlikdə mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı və X11 Bakı şəhəri, Nizami rayonu, C.Nvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzildən çıxarılması, cavabdeh İddiaçı vurduğu maddi ziyana görə 10000 manat məbləğin X9 xeyrinə tutulması, X9 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh X6rşı “mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 11, mənzil 49 ünvanında yerləşən mənzilin X12 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh İddiaçı və X11 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzildən çıxarılması, cavabdeh İddiaçı vurduğu maddi ziyana görə 10000 manat məbləğin X9 xeyrinə tutulması, X9 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(007)-597/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X23 yetkinlik yaşına çatmayan uşaqları - 16 avqust 2020-ci il təvəllüdlü X20 və 02 avqust 2022-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-597/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X7rşı “mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə əsası ilə xitam verilmişdir. Nizami rayon Məhkəməsinin qətnaməsində hazırlə iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, özəlləşdirmənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi hissəsində iddia tələbinə inzibati qaydada məhkəməyə müraciət etməlidir. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 11, mənzil 49 ünvanında yerləşən mənzildə o yaşayır. Cavabdeh qardaşı X9 arvadıdır. xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh evdə qeydiyyatda olan şəxlərin, eləcə də onun razılığı və xəbəri olmadan onlara məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 11, mənzil 49 ünvanında yerləşən mənzilə qeydiyyata alınmışdır. Halbuki, o, Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 11, mənzil 49 ünvanında yerləşən mənzilin X9 adına özəlləşdirilməsinin etibarsız hyesab edilməsi, X9 adına verilmiş 147 mart 2018-ci il tarixli reyestrdə ********** nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iş hal-hazırda məhkəmənin icraatındadır. X3 adına verilmiş çıxarışın ləğv olunacağını ehtimal edərək, məhkəmənin gedişində xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh onların yaşadıqları mənzilə qeydiyyata aldırmışdır. xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh onun ailə üzvü deyildir və həmin şəxsin hansı qaydada ona məxsus evə qeydiyyata alınmaları barədə məlumatı yoxdur. Onun ona məxsus evə dair hər hansı hüququ istifadə və ya sahiblik hüququ yaranmamışdır. Qeyd edilən üçüncü şəxs Cavabdeh ünvan 7 ünvanda yerləşən mənzildə istifadə hüququ olmayan şəxs hesab edilməlidir.
Tərəflərin izahatları :
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq :
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
6. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
7. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, mülki iş baxılmamış saxlanılmalıdır.
8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
10. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə məhkəmə baxış iclası təyin edilmişdir. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2026-cı il tarixdə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmiş və Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir.
9. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
10. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
Nəticə :
11. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən baxış icraatı mərhələsində mülki işin baxılmamış saxlanılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva