Məhkəmə qərarları › İş №e-2(007)-231/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-231/2025

28.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-231/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh Oktay qızına qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə köçürülmə və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Oktay qızının, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Oktay qızına qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Oktay qızına qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən azyaşlı övladları xx.xx.2023-cü il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülmələri və həmin mənzilə köçürülmələri üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1980-cı il tarixində ünvan 2 ünvanında anadan olmuş və 2020-ci il tarixinədək qeydiyyatda olduğu həmin ünvanda yaşamışdır. 2008-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 2020-ci ildə aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X8 adlı bir övladı var. Ayrılarkən cavabdehin xahişinə görə və qızı kiçik olduğundan o, müvəqqəti olaraq cavabdehin onun evində qalmasına etiraz etməmiş, özü isə qızının xatirinə evdən çıxmışdır ki, o sakit şəraitdə böyüsün. Hər ay məhkəmə qətnaməsi üzrə alimentini və digər xərclərini də ödəmiş, indi də ödəyir. Cavabdehlə ayrıldıqdan bir müddət sonra o, İddiaçı2 ilə ailə qurmuşdur və həmin tarixdən də onunla birlikdə başqa ünvanda kirayədə yaşayır. Hal-hazırda birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X10 adlı bir övladı var. Onlar övladları ilə birlikdə yenə də kirayədə yaşayırlar. Lakin artıq kirayədə yaşamağa maddi imkanı yoxdur. Daimi qeydiyyatda olduğu, babanənəsindən miras qalmış öz evinə köçmək istəsə də, cavabdeh buna imkan vermir. Hər dəfə gedəndə dava-dalaş salır, hətta iş polisə qədər gedib çıxır. Onun başqa bir yaşayış yeri yoxdur. Kiminsə evində kirayə yaşamağa isə maddi imkanı yoxdur. Həm də o, tək deyil artıq, həyat yoldaşı və bir körpə övladı da var. Mübahisələndırilən ev Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasa da, onun həmin evdə daimi qeydiyyatı və yaşamaq hüququ vardır. Lakin cavabdehin ucbatından o, öz hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sözügedən ev xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydiyyata alınmasa da, mövcud qanunvericiliyə əsasən, anası X6 həmin mənzilin potensial mülkiyyətçisidir. Cavabdeh ona məxsus evdə heç bir qeydiyyatı və ailə üzvü olmadan bu gün də yaşadığı halda, o, babanənəsindən ona qalan, doğulub böyüdüyü və daimi qeydiyyatda olmaqla yaşadığı, ona məxsus mənzil üzərində hüquqlarını həyata keçirə, ondan istifadə edib yaşaya bilmir.

İş materialları :

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-801/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2, azyaşlı uşaqları xx.xx.2023-cü il təvəllüdlü X10 ilə birlikdə ünvan 3 ünvanına köçürülməsi, iddiaçıların həmin ünvana köçmələrinə Cavabdeh Oktay qızı tərəfindən yaradılmış maneələrin qaldırılması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 3740/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh Oktay qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nizami rayon Məhkəməsinin e- 2(007)-801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanılması qət edilmişdir.

5. AZ-İ seriyalı, 411607 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı1 ilə Cavabdeh Oktay qızı arasında bağlanmış nikaha Nəsimi rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 194 nömrə ilə qeyd edilmişdir.

6. AZ-İV seriyalı, 853652 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə doğulmuş və bu barədə 2 saylı Bakı “ASAN Xidmət” X2 doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 599 nömrə ilə qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı2 xx.xx.2022-ci il tarixdən etibarən ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Azərbaycan Respublikası Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən ev X16 məxsusdur.

9. AZ-İİ seriyalı, 488009 “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 ilə X4 arasında xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1293 nömrə ilə qeyd edilmişdir.

10. İİ-ИЕ seriyalı, 287453 nömrəli “ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X20 09 dekabr 1967-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 820 nömrə ilə qeyd edilmişdir.

11. İİ-ЖГ seriyalı, 491736 nömrəli “ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, Kinovaz Kərim qızı xx.xx.1995-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 726 nömrə ilə qeyd edilmişdir.

12. AZ-İİ seriyalı, 025870 nörəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 691 nömrə ilə qeyd edilmişdir.

13. İ- ЖГ seriyalı, 475437 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X22 ilə X7 arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmışdır.

14. Azərbaycan Respublikası "xxxx" MMC-nin Fiziki və Hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair X5 məxsus ünvan 1-a dair hesabat cədvəli əlavə edilmişdir. 15.İş materiallarına fotoşəkillər və 1 ədəd disk əlavə olunmuşdur.

16. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-580/2023 saylı qərarından görünür ki, İddiaçı1 AR CM-nin 128 maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi qərara alınmışdır.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, valideynləri- X23 (xx.xx.1967-ci ildə vəfat etmişdir) ilə Kinavaz Kərim qızı olan xx.xx.1951-ci il təvəllüdlü Məmmədin (soyadı qeyd edilməmişdir), xx.xx.1955-ci il təvəllüdlü Xuraman Manafovanın və xx.xx.1952-ci il təvəllüdlü Rəsulun (soyadı qeyd edilməmişdir; xx.xx.2019-cu ildə vəfat etmişdir) doğumunun Nərimanov rayon Qeydiyyat Şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Həmin doğum haqqında akt qeydlərinə baxış keçirilərkən adıçəkilən şəxslərin valideynlərinin nikahının 1947-ci ildə qeydə alındığı müəyyən edilmişdir. Həmçinin “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X13 adına Respublikanın notariat ofislərində vərəsəlik işinin açılması faktı aşkar edilməmişdir.

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh Oktay qızı xx.xx.2009-cu il tarixdən hazırki vaxtadək ünvan 5 ünvanında qeydiyyatdadır. xx.xx.1980-ci il təvəllüdlü İddiaçı1 xx.xx.1997-ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır.

19. Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı1 Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin Sabir küçəsində 69 saylı evdə qeydiyyatdadır. O, 07 may 1997-ci il tarixdən bu ünvanda qeydiyyatdadır.

20. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilmədiyi bildirilmiş və ünvana dair idarənin arxivində saxlanılan 1963-cü il tarixli texniki pasportun təsdiq edilmiş surəti təqdim edilmişdir.

21. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, nümayəndəliyin aparıcı mütəxəssisi tərəfindən ünvan 7 ünvanına baxış keçirilmiş və baxış zamanı İddiaçı1, keçmiş həyat yoldaşı Cavabdeh Oktay qızının hal-hazırda qonşuların aktına əsasən 2006-cı il tarixdən X8 ilə birgə Sabir küçəsi 69 ünvanında qeydiyyatsız yaşadığı müəyyən olunmuşdur.

22. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2114/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 X7 və Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılması qərara alınmışdır.

23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1898/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X7 və Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılması qərara alınmışdır.

24. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2843/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılması qərara alınmışdır.

25. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

26. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o cavabdehə həmin evdə yaşamağa müvəqqəti, uşaq böyüyənədək yaşaması üçün icazə vermiş, evdən özü gedərək kirayədə yaşamışdır. O, 2014-cü il tarixdə evdən bezdiyi, çox şeyləri gördüyü üçün getmişdir. Həyat yoldaşı onu anasına qısqanmışdır. Atası vəfat etdikdən sonra xoşagəlməz hadisə olmuşdur. O, iddia qaldırmış, evə köçmək istəmiş, işə baxan hakim ona bildirmişdir ki, “sənin həmin evdə yaşamaq hüququn var, heç kim sənə heç nə deyə bilməz”. O da evə girmiş, söz-söhbət olmuş, polislər gəlmişlər. O, 2022-ci il tarixində ikinci dəfə evlənmişdir. İkinci nikahından bir övladı var. Yoldaşı mübahisə predmeti olan evdə yaşamamışdır. O, İddiaçı2 ilə faktiki 2015-2016cı il tarixlərində yaşamağa başlamışdır İddiaçı2 ilə toyunun nə vaxt olması dəqiq yadında deyil, toyları olduqdan sonra birlikdə yaşamağa başlamışlar. 2014-cü ildə evdən çıxdıqdan sonra hər gün işdən gəldikdən sonra gedib qızı ilə maraqlanmışdır. Mübahisə predmeti olan evdə uzağı 1 saat qalmışdır. 2019-cu il tarixindən sonra həmin evə getməmişdir. O anasının yanına getmiş, lakin həmin evə getməmişdir. 2019-cu ildən sonra uşaqla görüşmüşdür. Həmin evin qaz pulu onun tərəfindən ödənilmişdir.

27. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

28. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq izahatında bildirmişdir ki, İddiaçı1 2019-cu il tarixində baş vermiş xoşagəlməz hadisədən sonra evə getməmişdir. İddiaçı özü hazırda kirayədə yaşayır. İddiaçı həmin evdə böyüyüb başa çatmış, orada qeydiyyatdadır. İddiaçının həmin evdə köçüb yaşamaq hüququ var. Həmin ev ailəsi tərəfindən iddiaçıya verilib, ona məxsusdur. İddiaçı cavabdehə uşağa görə humanistlik edib yaşamasına icazə veribsə, bu onun istifadə hüququnun itirlməsi demək deyil. Cavabdeh iddiaçıya evə gəlməsinə, yaşamasına maneə olb. Evə gəlməməsinə əsaslı səbəb olmuşdur. Sadəcə bu səbəbi deməyə utanırlar.

29. Məhkəmə iclasında iştirak edən Cavabdeh Oktay qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 11 il əvvəl iddiaçı onunla yaşaya-yaşaya o qadına görə evdən çıxıb getmişdir. Raminlə olan nikahları 2022-ci il tarixində pozulmuşdur. Onunla boşanmamış həmin qadınla toy etmişdir. O, da qadındır və onun da həyatında kimsə ola bilər. İddiaçı onları o qadına görə tərk edib getmişdir. Qoyub gedəndə, atıb gedəndə heç demirdi ki, utanır, indi isə deyir ki, deməyə utanır. Onda iddiaçı onun yanında yox idi. Hamının həyatında kimsə ola bilər. Ramin onunla qızı olan evə 2015-ci ildən 2019cu ilə qədər gəlib uşağı görmüşdür. Elə gün olub ki, qapıdan gəlib uşağı soruşub gedib. O, uşağı parkada aparmış və Ramin parkada da uşağı görmüşdür. Ramin evdən çıxıb getsə də, bir-birlərini görürdülər. Ona iddiaçı 2019-cu ilə qədər pul vermişdir. Həmçinin qaz pulunu Ramin ödəyir, qazın pulunu ondan almamışlar, işıq pulunu isə özü ödəyir.

30. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2014-cü il tarixində faktiki ayrılmışlar. İddiaçı 2014-2015-ci illərdə İlahə xanımla faktiki nikaha daxil olmuş, iddiaçının həyatında başqa xanım olmuşdur. 2019-cu ildən sonra iddiaçı mübahisə predmeti olan evə gəlməmişdir. Hal-hazırda 2025-ci il olduğuna görə 6 il müddətinə istifadə hüququ itirilmiş hesab olunur. Evin hal-hazırki şəraiti iş materiallarına əlavə edilmiş fotoşəkillərdə də görünür ki, 2 bir-biri ilə iç-iç otaqlardan ibarətdir. Yataq otağına kənar giriş yoxdur. Həmin mənzildə iddiaçılar ilə cavabdehin birgə yaşaması mümkün deyildir. Çünki Mənzil Məcəlləsinə əsasən, bir şəxs üçün olan 12 kv.m yaşayış sahəsi nəzərdə tutulmuşdur. Bu baxımdan 5 nəfərin mübahisəli mənzilə köçürülüb yaşaması qeyri-mümkündür. Həm də iki ailənin yaşaması üçün reallıq olmalıdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarından da görünür ki, tərəflər arasında münaqişəli vəziyyət yaranmış, iddiaçı CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə icraatı dövründə tərəflər barışdığı üçün işə xitam verilmişdir. İddiaçılar oraya köçürüləcəyi halda bu hal davam edə bilər. Digər tərəfdən cavabdehin yetkinlik yaşına çatmayan övladı var. İki otaqlı mənzildə tərəflərin yaşaması qeyri-mümükündür. İstifadə hüququnun axımı şəxsin könüllü iradəsi əsasında qırılırsa müddət, o istifadə hüququnu itirmiş hesab olunur. Qonşuların ərizəsi də var ki, iddiaçı 2014-cü ildən orada yaşamamışdır. Mübahisəli mənzilin mülkiyyət hüququnun kimə məxsus olması müəyyən olunmayıb. Cavabdeh də uzun müddətdir ki, orada yaşayır. Yaşamaq özü istifadə hüququdur. İddiaçı könüllü olaraq 2014-cü ildən orada yaşamır. 2019-2023-cü ilə qədər polis mübahisə olana qədər iddiaçı özü kimsənin maneəsi olmadan evə gəlməmişdir. Milli mentaltitetə uyğun olaraq hər hansı qadın nikahda olan şəxsin keçmiş həyat yoldaşının yanına getməyinə razı olmaz. İddiaçının evə getməməsinin səbəbi ona evə getməsinə maneə yaradılması deyil də, onun arvadının təsiri və ya öz arvadına hörmət etdiyinə görə getməmişdir.

Şahidin ifadəsi:

31. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, cavabdeh oğlunun evə gedib gəlməsinə mane olmuşdur. Dəfələrlə baş vermiş mübahisə zamanı polis gəlmişdir. Bir dəfə bundan öncə məhkəmədə cavabdehə qarşı iddia qaldırdıqları zaman hakim oğluna “sənin mübahisə predmeti olan evdə yaşamaq hüququn var, Sən evə girib yaşaya bilərsən” demişdir. Bundan sonra oğlu evə girmək istəmiş və cavabdeh isə dəhşətli hay-küy yaratmışdır. Buna görə də polislər gəlmişdilər. Oğlu onun həyat yoldaşı öldükdən sonra yəni, 2019-cu il tarixindən sonra baş vermiş hadisədən sonra həmin evə getməmişdir. Oğlu evdən çıxdıqda cavabdehə “evdə sakit yaşa, sənə heç kim heç nə deməyəcək”-deyə bildirmişdir. Ailədaxili mübahisə olmuşdur. Lakin baş vermiş hadisənin nə olduğunu demək istəmir. Çünki ayıbdır. Cavabdeh özü bunu yaxşı bilir. Oğlu bu hadisəni bildikdən sonra evə gəlməmişdir. Oğlu evə 2019-cu il tarixinədək gedib-gəlir, uşağı ilə maraqlanmışdır. Cavabdeh onun həyat yoldaşından çəkinirdi. O, əvvəlcə özü cavabdehə qarşı iddia qaldırmışdır. İddia tələbinə məhkəmədə baxılmışdır. Lakin onun cavabdehə uşaq olduğu üçün yazığı gəlmiş, buna görə də iddia ərizəsini geri götürmüşdür. Evin kommunalını oğlu ödəmişdir. Oğlu gedəndən sonra cavabdeh kommunal ödəniş etmir. Onlar da həyət ümumidir. Bir babanın adına olan həyətdə qapıları ayrı evlər var. Kiçik oğlunun, digər oğlunun orada evləri var. İddiaçı ilə cavabdeh rəsmi 2022-ci il tarixində boşanmışlar. 2019-cu il tarixinədək oğlu evə gələndə həm gəlib ona baş çəkir, həm də gedib öz qızını görürdü. O, 2019-cu il tarixinədək hər gün gəlirdi. 2019dan sonra onun yanına gəlmişdir. Babadan qalan əmlakda həmişədən yoldaşı yaşayırdı. Həmin yaşayış sahəsinə ona görə çıxarış almamışlar ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə onların evindən başqa həm də qaynının övladlarına məxsus olan mənzillər var. Qayınının 4 uşağı var. Vərəsələr sayca çox olduğu üçün çıxarış almaq çətindir. Hazırda həyətin əsas yeri onlara məxsusdur.

İşin faktiki halı :

32. ünvan 1 ünvanına dair İddiaçı1 babası X14 adına 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır.

33. İddiaçı1 babası X20 09 dekabr 1967-ci ildə və nənəsi Kinovaz Kərim qızı xx.xx.1995-ci ildə ölmüşdür. İddiaçının atası X21 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

34. ünvan 1 ünvanında X15 övladları yaşayır.

35. İddiaçı1 xx.xx.1997-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, anadan olduğu vaxtdan (xx.xx.1980) 2014-cü il tarixədək həmin fərdi yaşayış evində yaşamışdır.

36. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsi İddiaçı1 ailəsi tərəfindən onun sahiblik və istifadəsinə verilmişdir.

37. İddiaçı1 ilə Cavabdeh Oktay qızı 2006-cı il tarixdə faktiki nikah, 2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin tarixdən (2006) mübahisə predmeti olan evdə birlikdə yaşamışlar. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X8 anadan olmuşdur.

38. İddiaçı1 2014-cü ildə cavabdeh ilə münasibətləri pozulduğu üçün həmin tarixdən mübahisə predmeti olan mənzildən köçməklə başqa ünvanda kirayədə yaşayır. Həmin tarixdən Cavabdeh Oktay qızı həmin ünvanda qızı ilə birlikdə yaşayır.

39. İddiaçı 2014-cü ildən atası rəhmətə getdiyi vaxtadək mübahisə predmeti olan 2 otaqlı yaşayış sahəsinə daim getmiş, uşağı ilə maraqlanmış və cavabdehə maddi köməklik etmiş, atası rəhmətə getdikdən sonra isə həmin ünvana anasının yaşadığı yaşayış sahəsinə getmişdir. Mübahisə predmeti olan yaşayış sahəsinin qaz pulu iddiaçı tərəfindən ödənilir.

40. İddiaçı1 ilə Cavabdeh Oktay qızı arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.

41. İddiaçılar X12 ilə X4 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X10 anadan olmuşdur.

42. İddiaçı1 və anası X7 tərəfindən cavabdehə qarşı iddia tələbləri ilə məhkəməyə müraciət edilmiş, lakin iddia ərizələri qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarılmışdır.

43. Hazırda Cavabdeh Oktay qızı İddiaçı1 ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsində yaşamasına maneəçilik törədir.

Məhkəmə baxışının hədləri:

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq :

45. Azərbaycan Respublikası Konstitusiyasının :

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin :

101. Vətəndaşın şəxsi mülkiyyətində bir yaşayış evi və ya bir evin müəyyən hissəsi ola bilər. Bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumi mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə olan mülkiyyət hüququndan məhrum etmir.

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin.

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

48. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

49. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Məhkəmənin mövqeyi :

50. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

51. İddiaçı1 Cavabdeh Oktay qızına qarşı olan “mənzilə köçürülmə və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbini ona məxsus mənzildə yaşamasına Cavabdeh Oktay qızı tərəfindən maneə yaradılması ilə, İddiaçı2 isə Cavabdeh Oktay qızına qarşı olan “mənzilə köçürülmə və cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbini İddiaçı1 ailə üzvü olması və həmin mənzildə qeydiyyatda olması ilə əsaslandırmışdır.

52. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

53. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

54. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

55. Məhkəmə qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və.s

56. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması tələb olunan yaşayış sahəsinin statusu məsələsidir. Mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir.

57. İşin faktiki hal odur ki, ünvan 1 ünvanı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin fərdi yaşayış evinə dair İddiaçı1 babası X14 adına 1963cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport vardır.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin əsaslardan biri Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqani (AR Prezidenti) tərəfindən müəyyən edilən sənədlərdir.

59. Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na dəyişiklik edilərək “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” həmin siyahıya əlavə edilmişdir.

60. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında, o cümlədən “İatridis Yunanıstana qarşı” işində qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir.

61. Məhkəmə Avropa İnsan hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, ünvan 1 ünvanı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da özbaşına tikili deyil, həmin əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hüquqi akta əsaslandığı üçün həmin əmlaka “gözlənilən” mülkiyyət hüququ vardır.

62. Məhkəmə həmçinin qeyd edir ki, 1963-cü il tarixli texniki pasport ilə iddiaçının anası X3 adına olan “fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılması”na dair hesabat cədvəli müqayisəli tədqiq edildikdə torpaq sahəsinin və tikilinin ölçüsü arasında fərq olduğu müəyyən edilsədə, hazırki mübahisə predmeti olan 2 otaqlı yaşayış sahəsinin texniki pasportda nəzərdə tutulub-tutulmaması mübahisə predmeti olmamış, həmçinin həmin yaşayış sahəsinin özbaşına tikili olması mübahisələndirilməmişdir.

63. Belə olduğu halda belə məhkəmə qeyd edir ki, həmin yaşayış sahənin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ olduğundan, həmin tikili özbaşına tikili olsa idi belə, mülki qanunvericiliyə əsasən ona mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ vardır.

64. Məhkəmə qeyd edir ki, hazırki mərhələdə məhkəmə tərəfindən qiymət verilməli olan digər məsələ həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququnun İddiaçı1 keçib-keçməməsi, onun tərəfindən miras əmlak kimi qəbul edilib-edilməməsidir. Məhkəmə bu məqamda qeyd etməyi zəruri hesab edir ki, həmin fərdi yaşayış evinə “gözlənilən” mülkiyyət hüququ olduğundan miras kütləsinə daxil edilməlidir.

65. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, İddiaçı1 babası X17 məxsus olmuş ünvan 1 ünvanı onun övladları arasında faktiki bölünmüş və İddiaçı1 atası X21 öz ailəsi ilə birlikdə həmin ünvanda (öz payına düşən hissədə) yaşamışdır. X23 1967-ci il tarixdə, arvadı Kinavaz Kərim qızı 1995-ci il tarixdə, iddiaçının atası X21 2019-cu il tarixdə vəfat etmişdir. Yəni işin müəyyən edilmiş halı odur ki, həmin fərdi yaşayış evi faktiki olaraq İddiaçı1 atası X21 tərəfindən qəbul edilmiş və ölənədək həmin ünvanda yaşamışdır. Hazırda isə onun ailə üzvləri arvadı X7, digər oğlu həmin ünvanda yaşayır.

66. Mülki qanunvericiliyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

67. Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur.

68. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir.

69. Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.

70. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur.

71. Belə ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

72. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.

73. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).

74. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

76. Həmçinin həmin Plenum Qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.

77. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, miras əmlak, yəni həmin əmlaka gözlənilən mülkiyyət hüququ İddiaçı1 tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin əmlaka faktiki olaraq yiyələnmişdir.

78. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı1 doğulduğu vaxtdan 2014-cü ilədək ünvan 1 ünvanında yaşamışdır. O 2006-cı ildə Cavabdeh Oktay qızı ilə faktiki, 2008-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı1 2014cü ilədək Cavabdeh Oktay qızı və qızı Nuranə ilə birlikdə həmin ünvanda yaşamış, 2014cü il tarixdən isə cavabdehlə faktiki olaraq ayrılaraq başqa ünvanda kirayədə yaşamağa başlamışdır. İddiaçı1 həmin mənzili daimi olaraq deyil, müvəqqəti olaraq tərk etmişdir. Həmin mənzili müvəqqəti tərk eməsinə səbəb isə onunla keçmiş yoldaşının arasında yaranan problemlər olmuşdur. Yəni, onun mənzildən çıxması başqa yaşayış sahəsinə sahib olması ilə bağlı deyil, məcburiyyət qarşısında qalmağı ilə bağlı olmuşdur. İddiaçı cavabdehlə aralarında yaranmış problemlərlə bağlı, münasibətləri pozulduğu üçün onunla birlikdə yaşamaq istəməmiş, lakin qızının azyaşlı olmasını nəzərə alaraq, müvəqqəti olaraq evi özü tərk etmiş, mənzili tərk edərkəndə həmin ev ilə əlaqəsini itirməmiş, həmin evi cavabdehə bağışlamaq şəklində iradə ifadəsi olmamışdır. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı1 həmin ünvanla əlaqəsini itirməmiş, faktiki ayrıldığı vaxtdan hər gün evə gedib-gəlmiş, uşağı ilə maraqlanmış, həmçinin cavabdehə maddi köməklik də etmişdir. O cümlədən evin qaz pulu iddiaçı tərəfindən ödənilir. Lakin İddiaçı1 atası vəfat etdikdən sonra, yəni 2019-cu il tarixdən sonra Cavabdeh ilə aralarında mübahisəli vəziyyət yarandığı üçün həmin ünvana anasının yanına getmiş, lakin cavabdehin yaşadığı hazırki mübahisə predmeti olan 2 otaqlı evə getməmişdir. Həmin tarixdən sonra isə İddiaçı1 mənzilə köçmək istəmiş, lakin cavabdeh tərəfindən maneələr yaradıldığı üçün məhkəməyə iddia tələbləri ilə müraciət edilmiş, lakin iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarılmışdır.

79. Qeyd edilən faktiki hallar həm İddiaçı1 və Cavabdeh Oktay qızının izahatları ilə, həmçinin şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.

80. Məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı1 anası X7 izahatında bildirmişdir ki, oğlu onun həyat yoldaşı vəfat edənədək hər gün evə gəlib uşağı görmüşdür, lakin 2019-cu il tarixindən sonra onun yanına gəlsə də, baş vermiş hadisədən sonra evə getməmişdir. Baş vermiş hadisənin isə ayıb olduğu üçün nə olduğunu demək istəmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, oğlu dəfələrlə evə köçüb yaşamaq istəmiş, lakin cavabdeh ona maneə olmuş, mübahisə yaranmış, hər dəfə polis gəlmişdir. Həmçinin onun özü də cavabdehə qarşı evdən çıxarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onu da qeyd etmişdir ki, həmin evin kommunal xərcləri onun oğlu tərəfindən ödənilmişdir.

81. İşin müəyyən edilmiş digər halı odur ki, İddiaçı1 ilə Cavabdeh Oktay qızı arasında olan nikaha 18 noyabr 2020-ci il tarixdə xitam verilmişdir. Artıq cavabdeh iddiaçının ailə üzvü deyildir. Cavabdeh boşanmadan sonra da mübahisəli evdə uşağı ilə birlikdə yaşamaqdadır. İddiaçı1 Cavabdeh Oktay qızı ilə ayrıldıqdan sonra İddiaçı2 ilə faktiki nikah münasibətinə (deməsinə əsasən 2015-2016-cı illər), xx.xx.2022-ci il tarixdə isə rəsmi nikah münasibətinə daxil olmuş və tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X10 anadan olmuşdur.

82. Məhkəmə qeyd edir ki, iddiaçının həmin evlə əlaqəsini itirməməsi, həmin evə dair qaz pulunun onun tərəfindən ödənilməsi, o cümlədən həmin mənzilə köçürülməsi ilə bağlı etdiyi hərəkətlər onun həmin yaşayış sahəsini faktiki qəbul etməsini, onun tərəfindən idarə edilməsini, yiyələnməsini göstərən hərəkət kimi qiymətləndirilməlidir.

83. O da nəzərə alınmalıdır ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı1 anası X7 izahatında onu da qeyd etmişdir ki, həmin yaşayış sahəsi onlar tərəfindən, faktiki olaraq övladları arasında bölüşdürülməklə hər birinə öz payları verilmişdir. Hazırda cavabdehin yaşadığı ev də oğlu İddiaçı1 verilmişdir.

84. Məhkəmə qeyd edir ki, İddiaçı1 mübahisə predmeti olan yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə qanuni gözlənti hüququ olduğundan həmin əmlaka köçürülməsinə dair iddia tələbi əsaslıdır.

85. Cavabdehin İddiaçı1 mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılması üçün qanuni əsasları olmadığından, onun sonuncuya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur.

86. Qeyd etmək lazımdır ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə qüvvədə olan qanunvericilik ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

87. İşin müəyyən edilmiş halı odur ki, iddiaçı onun ailəsinə məxsus olan yaşayış sahəsində uşağının azyaşlı olmasını nəzərə alaraq cavabdehə müvəqqəti yaşamaq üçün icazə vermiş, lakin uşaq böyüdükdən sonra İddiaçı1 həmin evə köçmək istədikdə cavabdeh buna maneə olmuşdur.

88. Aşkar surətdə görünür ki, cavabdeh iddiaçıya münasibətdə Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuş və bu pozuntunun nəticələri hal-hazıra kimi davam edir.

89. İşin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, İddiaçı1 olaraq onun həmin mübahisəli mənzildə yaşamaq hüququ, həmin yaşayış sahəsindən istifadə etmək və sahiblik etmək hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdə yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir.

90. Məhkəmə həmçinin İddiaçı1 “mənzilə köçürülmə” tələbini onun həmin mənzilə istifadə hüqanunun yarandığı vaxtda qüvvədə olan qanunvericiliyin tələbləri baxımında yoxlayaraq belə nəticəyə gəlmişdir ki, həmin normalaraın tələbləri baaxımından iddiaçının tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşır.

91. Belə ki, işin müəyyən edilmiş halı odur ki, İddiaçı1 anadan olduğu vaxtdan ünvan 1 ünvanında yaşamışdır. Belə olan halda iddia tələbinin qanuni əsası qismində qeyd etdiyimiz kimi həmin mənzilin hüquqi statusu, həmin yaşayış sahəsinə dair 1963-cü il tarixli texniki pasport olması nəzərə alınaraq, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından əsasən 1964-cü il tarixli Mülki Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.

92. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən vətəndaşın şəxsi mülkiyyətində bir yaşayış evi və ya bir evin müəyyən hissəsi ola bilər. Bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumi mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə olan mülkiyyət hüququndan məhrum etmir.

93. Qeyd etdiyimiz kimi işin müəyyən edilmiş faktiki halı odur ki, iddiaçının babası öldükdən sonra iddiaçının atası öz ailəsi ilə birlikdə həmin əmlakda yaşamağa davam etmiş, yəni həmin əmlakı faktiki olaraq qəbul etmişdir. Beləliklə, 1964-cü il tarixli Mülki Məcəllənin tələbləri baxımından həmin əmlaka mülkiyyətçinin ailə üzvü olaraq hüququ olmuşdur. İddia tələbinin İddiaçı2 aid hissəsi:

94. Qeyd etdiyimiz kimi mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və.s

95. İddiaçı2 Cavabdeh Oktay qızına qarşı olan “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbini İddiaçı1 ailə üzvü olaraq həmin mənzildə yaşamaq hüququnun olması və həmin mənzildə qeydiyyatda olması ilə əsaslandırmışdır.

96. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, İddiaçı1 ilə İddiaçı2 2015-2016cı illərdə faktiki nikah münasibətinə, 2022-ci ildə isə rəsmi nikah münasibətinə daxil olmuşdur.

97. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

98. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

99. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən isə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkittəçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

100. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi mülkiyyətçinin ailə üzvlərinin mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə etmək hüquq vardır.

101. İşin faktiki halı odur ki, İddiaçı2 həmin yaşayış sahəsində yaşamamışdır. O iddiaçı ilə ailə qurduqları vaxtdan başqa ünvanda kirayədə yaşamışlar.

102. Məhkəmə qeyd edir ki, hazırda İddiaçı1 həmin yaşayış sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Lakin hazırda həmin əmlak onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan yarandığından İddiaçı1 hazırki işin faktiki halları baxımından həmin yaşayış sahəsinə dair sərəncamverici hərəkətlər edərək ailəsini köçürməsi onun hüququnun rəsmiləşdirilməsindən sonra mümkün olacaqdır. İddiaçı2 İddiaçı1 tərəfindən həmin əmlaka olan hüququ rəsmiləşdirildikdən sonra qüvvədə olan Ailə Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək hüququ yaranacaqdır. Hazırda isə İddiaçı1 da həmin ünvanda yaşamır və həmin əmalaka olan hüququ rəsmiləşdirilməmişdir.

103. Məhkəmə iddiaçının tələbinin faktiki əsası qismində məhkəməyə bildirdiyi həmin ünvanda qeydiyyatda olması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, İddiaçı2 hazırda mənzildə qeydiyyatda olması onun mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır.

104. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

105. Məhkəmə həmçinin onu da nəzərə çatdırmağı zəruri hesab edir ki, iddiaçı X1 barədə tələb irəli sürdüyü yaşayış sahəsi 2 otaqlı olmaqla, faktiki olaraq İddiaçı2 həm həmin yaşayış sahəsinin ölçüsü, həmçinin İddiaçı1 qızı və keçmiş arvadının həmin evdə yaşaması nəzərə alınaraq həmin ünvanda birlikdə yaşaması mümkün deyildir.

106. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı2 həmin yaşayış sahəsindən istifadə hüququnun olmadığı müəyyən edildiyindən onun mənzilə köçürülmə tələbi təmin edilə bilməz.

107. İddiaçı1 ilə Cavabdeh Əliş qızının birgə nikahından anadan olmuş azyaşlı uşağa münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı2 mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququ olmadığı müəyyən edildiyindən və hazırda uşağın yaşı nəzərə alınaraq onun ana himayəsinə ehtiyacı olduğundan həmin hissədə iddia tələbi təmin edilə bilməz.

Nəticə :

108. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı1 ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməli və cavabdeh tərəfindən İddiaçı1 həmin evdə yaşamasına və istifadəsinə yaradılan maneə aradan qaldırılmalı, iddia tələbi qalan hissədə, o cümlədən İddiaçı2 iddia tələbi təmin edilməməlidir.

109. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı1 ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülsün və Cavabdeh Oktay qızı tərəfindən İddiaçı1 həmin evdə yaşamasına və istifadəsinə yaradılan maneə aradan qaldırılsın. İddia tələbi qalan hissədə və iddiaçı Cavabdeh Əliş qızının iddia tələbi təmin edilməsin. İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar