Məhkəmə qərarları › İş №e-2(007)-234/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-234/2022

12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-234/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun vəkili və nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh2 MTK-nın nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 cavabdehlər İddiaçı, Orbita MTK-ya, Cavabdeh3na və Cavabdeh4 qarşı “alqı-satqı və bağışlama müqavilələrin, çıxarışların etibarsız hesab edilməsi, əmlak üzərində payların müəyyən olunması və. s” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında inşa edilmiş 24 saylı (hazırda yeni ünvanla ünvan 3ququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla nikahları Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 185 saylı akt qeydi ilə qeydə alınmaqla nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Daha sonra cavabdeh tərəfindən Nizami rayon Məhkəməsinə müraciət edilərək, ünvan 4 ünvanında inşa edilmiş 24 saylı mənzilin (hazırda yeni ünvanla ünvan 5 əldə edilmiş mülkiyyət olduğunun müəyyən edilməsi və həmin mənzilə ½ hissədə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 iddia tələbi rədd edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı inistansiya məhkəmələri tərəfindən təmin edilməmiş Nizami rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh iddiaçının razılığı olmadan ona məxsus ünvan 4 ünvanında inşa edilmiş 24 saylı mənzilə (hazırda yeni ünvanla ünvan 6a onun mülkiyyət hüquqlarını pozmaqla həmin mənzildən qanunsuz və onun razılığı olmadan istifadə edir. Belə ki, cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə onun mülkiyyət hüququnu məhdudlaşdırmış və onu mənzilindən çıxararaq faktiki olaraq mənzili zəbt etmişdir. Bu hal da iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı X7 tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmədə mübahisələndirdiyi ünvan 4 ünvanında inşa edilmiş 24 saylı mənzili (hazırda yeni ünvanla Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi 17, m 4, mənzil 8) qızı İddiaçı bağışlamasını və sonuncunun adına mülkiyyət hüququ ilə bağlı xx.xx.2021-ci il tarixli şəhadətnamənin olmasını əsas gətirərək iddiaçı X3 İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 MTK-ya, Cavabdeh3na və Cavabdeh4 qarşı “alqı-satqı və bağışlama müqavilələrin, çıxarışların etibarsız hesab edilməsi, əmlak üzərində payların müəyyən olunması və. s” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh qismində cəlb edilməsi, ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili cavabdeh X7 ilə Cavabdeh1 birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə, ailənin ümumi qazancı hesabına əldə edilmiş əmlak olaraq tanınmasını və həmin əmlakın onların üzərində bərabər paylarda hüquqları olan ümumi birgə mülkiyyətlərinin hesab edilməsi, cavabdeh X7 ilə Cavabdeh2 MTK arasında, ünvan 8 ünvanında yerləşən yaşayış binasının sökülməsi səbəbilə həmin binanın 8 nömrəli mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsi, 8 nömrəli mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 nömrəli mənzillərə dair cavabdeh MTK və A.Bayramov arasında bağlanmış müqavilələr və həmin mənzillərdən 20 nömrəli mənzilin digər cavabeh Cavabdeh4 satılması məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mübahisələndirdiyi Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi 17 ünvanında inşa edilmiş binanın 24 nömrəli, bir yaşayış otağından ibarət mənzilinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və həmin əməliyyata əsaslanmaqla, Bakı şəhəri 50 saylı notariat ofisində, X7 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 161 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə İ.Nəsimi küçəsinin kəsişməsindəki 2532-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının inşa ediləcəyi ərazidəki, binalar o cümlədən də ünvan 8 ünvanında yerləşən yaşayış binası sökülməli olduğundan və həmin binanın 8 nömrəli mənzili X3 adına olduğundan onunla iddiası üzrə digər Cavabdeh2 MTK arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış və həmin müqavilə ilə onlar bu şərtlərlə ümumi razılığla gəlmişlər. Onlar arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə razılaşmaya görə X7 adına olan mənzili boşaldıb cəvabdeh MTK-ya təhvil verməyi MTK isə həmin mənzilin əvəzinə ona yeni tikiləcək binadan bir və iki yaşayış otağından ibarət iki mənzil verməyi öhdəsinə götürmüş və həmin mənzillərdən birində, yəni ünvan 14-də hazırda qeydiyyatda olmaqla yaşayır, eyni binada yerləşən ikinci mənzil isə, yəni iki yaşayış otağından ibarət, ümumi sahəsi 79 kv.metrə yaxın olan 20 saylı mənzil bu onlar arasındakı razılaşma əsasında iddiası üzrə digər cavabdeh olan Cavabdeh4, Arif Bayramovun adına olan müqavilənin Cavabdeh4 adına cavabdeh MTK tərəfindən keçirilməklə 85.000 (səksən beş min) manata satılmış və məbləğ Arif Bayramaova ödənilmişdir. Cavabdeh1 həmin 8 nömrəli mənzildən öncə dövlət tərəfindən order əsasında verilmiş, sonradan cavabdeh A.Bayramovun mülkiyyətində olmuş ünvan 9 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzilində cavabdeh A.Bayramovla ərarvad olaraq yaşamışlar. Sonra həmin 18 saylı mənzili 1998-ci ilin avqust ayının 22-də Quliyeva Zöhrə ad və soyadlı birisinə həmin dövrə uğun bazar qiymətinə (40.000000) qırx milyon manata indiki hesabla 8.000 (səkkiz min) manata satılıb. Satışdan əldə olunmuş pulun böyük hissəsi cavabdeh A.Bayramovun istəyinə uyğun onun əvvəlki nikahından doğulmuş övladları arasında bölünmüş, yerdə qalmış hissəsinə ailənin büdcəsi hesabına əldə olunmuş pul əlavə olunmaqla elə həmin 1998-ci ildə də sözügedən, ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili, həmin dövrə uyğun bazar qiymətinə, yəni 48.000.000 (qırx səkkiz milyon) manata, indiki hesabla 9600 (doqquz min altı yüz) manata alınıb. O məhz “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2.04.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən hesab edir ki, ünvan 8 ünvanında yerləşən yaşayış binasının sökülməsi səbəbi ilə cavabdehlər arasında bağlanmış yeni mənzillərə dair müqavilələr, onun tərəf olaraq iştirakı ilə bağlanmadığı üçün qanuni sayıla bilməz. Belə ki, həmin müqavilələr üzrə verilmiş yeni mənzillərin əvəzinə sökülmüş ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili cavabdeh A.Bayramovla birgə nikahda olduqları və ailə təsərrüfatını onunla birgə idarə etdikləri dövrdə alınıb ki, buda sökülən mənzilin 1/2 hissəsinə onun mülkiyyət hüququnun olduğunu göstərir. Cavabdehlər Arif Bayramovla “Orbita MTK” öz aralarında müqavilə bağlayarkən müqaviləni təsdiq edən digər cavabdeh, Cavabdeh3, müqavilə predmetinə hüququ olan və yaxud ola bilməsi ehtimal olunan şəxslərin olub- olmadığını müəyyən etmədən tərəflər arasındakı müqaviləni təsdiq edib. Halbuki, qeyd olunan, ünvan 8 ünvanında yerləşən yaşayış binası sökülməsi ilə əlaqədar həmin binanın, Arif Bayramovun mülkiyyətində olan 8 nömrəli mənzilinin yeni mənzillərlə əvəzləşdirilməsi ilə əlaqədar digər cavabdeh “Orbita MTK” ilə müqavilə bağlanarkən Arif Bayramov onunla nikahda olub, sökülən mənzildə o qeydiyyatda olmuş və həmin mənzil birgə nikah dövrü əldə olunmuş mənzil olub. O, ərizəsində iş üzrə İddiaçı cavabdeh qismində cəlb edilməsi ilə bağlı bildirir ki, mübahisə predmeti olan mənzilə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alındığını göstərmişdir. O, həmçnin hesab edir ki, İddiaçı adına olan qeydiyyat, eləcə də həmin qeydiyyata əsas olmuş bağışlama müqaviləsi və buna qədər əldə olunmuş mənzilə dair hüquqmüəyyən edən sənədlər, yəni mənzilin dövlət reyestrində ilkin qeydiyyatına əsas olmuş sənədlər də etibarsız sayılmalıdır. Bunu onunla əsaslandırır ki, sözügedən mübahisəli mənzilə dair aparılmış həmin əməliyyatlar həmin mənzil üzərində olan onun hüquqlarının pozulması ilə aparılmışdır. Tubu xanım Arifə 23 ildir xidmət göstərmişdir. Həmin mənzildə Tubu xanım qeydiyyatdadır onun razılığı olmadan həmin ev bağışlanılmış və notarius tərəfindən qanunsuz hərəkət edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, mübahisəli evi atası cavabdehə vermək istəyirdi, lakin Tubu onun atasını evdən qovmuş, evin qapısının kilidini dəyişmişdir. Atasını Tubu polisə vermişdir. Atası ünvan 9 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzilin satışından əldə olunmuş vəsaitə oğulları Əlibabaya və Müşviqə ev almamışdır. Əlibaba tresdən ev almışdır. Həmin vəsait hesabına ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili almışdır. Tubu xanım bildirdiyi kimi onun ailəsinin mal-qarasının satılmasından ona pul hədiyyəsi verilməmişdir. Atası 3 il səkkiz ay onun yanında yaşamış, onun eviində rəhmətə getmişdir. Mənzilə görə cavabdehə kompensasiya verməyi düşünmür. Lakin hümanistlik göstərərək 6 ay ərzində mənzildə yaşamasına icazə verir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar kompensasiya verməyi düşünmürlər, çünki mənzil hədiyə edilmiş mənzildir. İddiaçı 6 ay mənzildə cavabdehin qalmasına icazə verir. İş üzrə Orbita MTK-nın nümayəndəsi də bildirdi ki, Çobanzadə küçəsi 24 saylı mənzil Arifə hədiyyə olaraq verilmiş və bu qətnamələrdə öz əksini tapmışdır. Digər mənzil satılmışdır və mübahisə predmenti deyil. Bir məhkəmə qətnaməsində mübahisələndirilən hal digər məhkəmə işində mübahisələndirilmir və yenidən sübuta yetirilmir. O hesab edir ki, həmin hissədə artıq nəyisə sübut etməyə ehtiyac yoxdur və hədiyə olunmuş mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilə bilməz. Bundan başqa həmin mənzillə bağlı qanuni qüvvəsini alan qətnamə var və qətnamədə həmin mənzilin bir nikah dövründə əldə edilmiş mənzil hesab edilməməsi öz əksini tapır. Tubu xanımın orada istifadə hüququnun yaranması ilə bağlı məhkəməyə arayış təqdim etmiş və orada Tubu xanımın orada yaşadığı üçün qeydiyata saldıqları və qeydiyyata düşməsinin qanunsuz olduğu qeyd edilmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqında” qanunun 5-ci maddəsində sadalanıb ki, şəxs mülkiyyətçinin razılığı, kirayə müqaviləsi, ona yaşayış hüququ verilmiş yerin və ya təşkilatın razılığı, mənzilin özünün mülkiyyətində olduğu halda qeydiyyata düşə bilər. Tubu xanım arayış alıb gətirib ki o, həmin ünvanda yaşayır, qanunvericilik bunları tənzimləmir və hər şey qanuna uyğun olmalıdır. Tubu həmin evi zəbt etmişdir və Arifin həmin məzildə istifadəsini məhdudlaşdırmışdır. Bu gün artıq Arif rəhmətə getmişdir, amma rəhmətə getməmişdən əvvəl, hətta nikah pozulduqdan sonra qətnamə ilə qiymət verildikdən sonra da həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzil olmamışdır. Həmin mənzili Arif öz qızı İradəyə bağışlayıb, İradə məhkəmənin təşəbüsü ilə kompensasiya məsələsinə münasibət bildirərək Tubu xanımın həmin mənzildə 6 ay yaşamasına razı olduğunu bildirmişdir. Yəni kompensiya kimi 6 ay yaşadıqdan sonra çıxarılmasını bildirmişdir. Olmayan mənzil necə birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilə bilər. Mənzilin bağışlama müqaviləsində əgər əqd etibarsız olsa müqavilə etibarsız olar. Qarşılıqlı iddianın bu hissəsi tamamilə əsasızdır və formal xarakter daşıyır. Arif nikah pozulduqdan sonra mənzili qızına bağışlamışdır və Arif mənzil üzərində istədiyi sərəncamı verə bilərdi. Qarşı tərəfin istinad etdiyi məqam odur ki, norarius notariat haqqında təlimatın tələblərini pozub, hər bir halda hər şeyin əsasında qanun dayanırsa notariat haqqında təlimat Mülki Məcəllədən aşağıda dayanan normativ hüquqi aktdır. Qarşılıqlı iddiada Orbita MTK tərəfindən bağlanmış müqavilələrin etibarsız hesab edilməsini istəyirlər, həmin mənzillər satılan və verilən zaman hər iki tərəfin razılığı və imzası olmuşdur. Qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə istinad edir, amma həmin iş üzrə həmin vaxt iddiaçı Tubu xanım, cavabdeh Arif müəllim olmuşdur. Bugünki gün dünyasını dəyişmiş birinə qarşı iddia irəli sürməsi qeyri-mümkündür. Bu günkü gün iddiaçı İradədir və dünyasını dəyişmiş şəxs barəsində bütün olan işlərə bütün hallarda xitam verilir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində həmin mənzillə bağlı nəsə yazıla bilər, amma bu o, demək deyil ki məhkmə onu müəyyən olunmuş fakt olaraq qiymət verməli idi. Bu günkü gün sökülmüş binanın yerində olmayan mənzilə dair tələb irəli sürülməsi əsasızdır. Nizami rayon Məhkəməsinin hakimi Babək Qasımovun qətnaməsinədə Cavabdeh2 MTK işə cəlb edilmiş və bu həmin işdə müəyyən olunmuş faktdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddianı qəbul etmədiyini bildirdi və qarşılıqlı iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, o, 1996-cı il tarixdən Ariflə birlikdə yaşamış, onların yaşadıqları ünvan 9 ünvanında yerləşən yaşayış binası 18 saylı mənzil keçmiş həyat yoldaşı tərəfindən özəlləşdirilmiş, həmin vaxt o da mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsi vermiş, bundan sonra mənzili sataraq ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili, həmin dövrə uyğun bazar qiymətinə, yəni 48.000.000 (qırx səkkiz milyon) manata, indiki hesabla 9600 (doqquz min altı yüz) manata almışlar. Arif ünvan 9 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzilin satışından əldə olunmuş vəsaitə oğulları Əlibabaya və Müşviqə ev almışdır. Onun ailəsi rayonda mal-qarasını satmış həmin ev alınmasında onlara köməklik etmişdir. Sonradan həmin mənzilin sahəsini artırmışlar. Onların 100 kvadrat metr evlərinə görə onlara 20 və 24 nömrəli iki mənzil vermişlər. Mənzil 2016-cı ildə verilib. 2017-ci ildə mənzilə köçüblər, birinci 20 nömrəli mənzildə 1 il yaşamış, sonra 24 nömrəli mənzildə yaşamışlar. 20 saylı mənzilin satılması ilə bağlı o, Bayramov Arifin pay verməsi şərti ilə razılıq vermiş, amma ona pay verilməmişdir. Mənzili satandan sonra X7 85000 manatı qızının evində gizlətmiş və ailəsinin dağılmasına qızı səbəb olmuşdur. Arif evə gəlmək istəsə də qızı İradə buna maneə olmuşdur. Əgər Orbita MTK hədiyə verirdisə, cibindən verərdi. O mənzilə görə ona kompensasiya verilməsini ümumiyyətlə qəbul etməməsini, həmin mənzildə yamaq istəməsini bildirdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 ilkin iddianı qəbul etmədiklərini bildirərək, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bidirirdi ki, mübahisəli 24 nömrəli mənzil Orbita MTK tərəfindən Arifə hədiyyə olunmuşsa qarşı tərəf bu barədə məhkəməyə bağılama müqaviləsi təqdim etməli idi. Orada alqı-satqı müqaviləsi olmuş, alqı-satqı müqaviləsinə əsasən həmin 8 saylı mənzil sökülmüş və əvəzində 2 ədəd mənzil verilmişdir. Orbita MTK tərəfkeşlik etmiş, bugünkü gün dedikləri formal xarakter daşıyır və Babək Qasımovun qətnaməsində nümayəndənin dedikləri öz əksini tapmır. Babək Qasımovun prosesində rəhmətlik Arif müəllim özü iştirak etmiş və əvvəlki mənzili satdığına, oğluna ev aldığını və yerdə qalanın üstünü düzəldib sökülən evi aldığını qeyd etmişdir. Həmin sökülən 8 saylı mənzil birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilməlidir. Tubu xanım Arif müəllimin həyat yoldaşı kimi həmin mənzillərdə yaşayıb. Qarşı tərəfin vəkili qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh1 sözügedən mənzilə, yəni ünvan 10 ünvanında inşa edilmiş binanın 24 nömrəlii, bir yaşayış otağından ibarət mənzilinə istifadə hüququ yoxdur və olmayıb. Guya Tubu xanım mənzili zəbt edib, qanunsuz yollarla mənzilin yaşayış sahəsinə qeydiyyata alınıb. Belə ki, həmin mənzili binanı tikən şirkət, yəni Cavabdeh2 MTK hədiyyə edib. İlk iddia üzrə tərəfin vəkili və nümayəndəsi onu da əlavə edərək bildirmişdir ki, ilk iddia üzrə iddiaçı X7 əsl iddiaçı ilə əvəz olunmuş, mənzilin mülkiyyətçisi olaraq çıxış edən İddiaçı humanistlik nümayiş etdirərək Cavabdeh1 altı aylıq müddətdə mənzildə yaşamasına imkan yarada bilər. Vəkil bu iddianın digər əsasları kimi, artıq mənzilin mülkiyyətdə olmasını və hətta yeni mülkiyyətçi ilə əvəz olunduğunu və bununla da Cavabdeh1 bu mənzilə hər hansı istifadə hüququnun qalmadığını bildirmişdır. Qarşılıqlı iddiaya münasibətdə də Vəkil1 qeyd etmişdir ki, qarşılıqlı iddia əsassızdır və onun qənaətinə görə şirkət bu mənzili Arif Bayramova bağışladığı üçün həmin mənzil nikah dövrü qazanılan əmlak sayıla bilməz. O, ilk öncə ilk iddia tələbinə münasibət olaraq onu məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, əvvəla mənzil şirkət tərəfindən Arif Bayramova bağışlanmayıb, Vəkil1 mənşəyi bilinməyən bu “faktı” tamamilə yanlışdır və həqiqətə uyğun deyil. Belə ki, həmin mənzil Cavabdeh1 ilə Arif Bayramovun birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə əldə etdikləri qazanc hesabına alınmış, ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzilinin “Pilot layihə üzrə” sökülməsi əvəzinə verilmiş iki mənzildən biridir və bunu təsdiq edən Cavabdeh2 MTK ilə Arif Bayramov arasında bağlanan müqavilələr var. Bundan başqa əmlakın mülkiyyətçisinin dəyişməsi həmin əmlaka olan, yaranan hüquqların, o cümlədən istifadə hüququnun xitamına səbəb olmur və hətta həmin hüququn mülkiyyətçinin özünün belə tərəfindən pozmasına yol verilmir. İddiaçı humanistik hesab etdiyi, kompensasiya olaraq təklif etdiyi altı aylıq yaşamaq icazəsi ilə bağlı münasibətlərlə əlaqədar, yəni yaşayış sahəsinə yaranmış istifadə hüququna kompensasiya verilməklə xitamı, bunu istəyən tərəfin hansı kompensasiya məbləğindən çıxış etməsinə baxmayaraq, məhkəmə tərəfindən müəyyən olunan kompensasiya məbləği qarşılığında gerçəkləşə bilər. Bundan başqa Cavabdeh1 mənzilin yaşayış sahəsinə, tam qanuni əsaslarla qeydiyyata alınıb və buna əsas verən sənədlərdən biri məhz "xxxx" MTK-nın arayışıdır. Cavabdeh1 fərqli olaraq mənzilin mülkiyyət hüququ üzrə qeydiyyata alınması tamamilə qanun pozuntuları ilə aparılıb. Buna bir faktı, mənzil dövlət reyestrində qeydiyyata alınarkən həmin mənzildə qeydiyyatda olanların razılığının olub-olmadığının araşdırılmamasını göstərmək kifayətdir. Belə ki, mənzil qeydiyyata alınarkən Cavabdeh1 həmin mənzildə qeydiyyatda olub və bu qeydiyyata onun razılığı alınmayıb. Halbuki, dövlət reyestrində qeydiyyat zamanı tələb olunan sənədlərdən biri məhz mənzilə hüququ ola biləcək şəxslərin mənzilin özəlləşdirilməsinə razılıqlarının olmasına dair sənədin olmasıdır. O qeyd edir ki, göstərdiyi faktlar, eləcə də ilk iddia ərizəsinin özündə qeyd olunanlar ilk iddianın təmin olunmasını rədd edir. İddiaya qoşma edilmiş, məhkəmə prosesi zamanı məhkəməyə təqdim edilmiş notariat işi, mənzillərin alqı-satqısı barədə müqavilələr, aparılmış əməliyyatlara dair müqavilələr, qəbul edilmiş məhkəmə aktlarından da görünür ki, qarşılıqlı iddia əsaslıdır. Ailə qanunvericiliyinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər- arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Cavabdeh2 MTK tərəfindən “Pilot layihə” əsasında söküntüsü həyata keçirilmiş, ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 №li mənzildən öncə dövlət tərəfindən order əsasında verilmiş, sonradan cavabdehin mülkiyyətində olmuş ünvan 9 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzilində Cavabdeh1 Arif Bayramovla ər-arvad olaraq yaşayıb. Sonra həmin 18 saylı mənzili 1998ci ilin avqust ayının 22-də Quliyeva Zöhra adlı birisinə həmin dövrə uğun bazar qiymətinə 40.000000 manata indiki hesabla 8.000 manata satılıb. Satışdan əldə olunmuş pul Arif Bayramovun istəyinə uyğun onun əvvəlki nikahından doğulmuş övladları arasında bölünmüş, yerdə qalmış az bir hissəsinə, Cavabdeh1 ilə Arif Bayramovun birgə əldə etdikləri vəsait əlavə olunmaqla elə həmin 1998-ci ildə də birgə nikah dövrü əldə olunmuş vəsait hesabına alındığı iddia olunan, “Orbita" MTK tərəfindən sökülmüş, ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili həmin dövrə uyğun bazar qiymətinə, yəni 48.000.000 manata, indiki pulnan 9600 manata alıb. ünvan 8 ünvanında yerləşən yaşayış binasının sökülməsi səbəbi ilə qarşlıqlı iddia üzrə arif Bayramovla MTK arasında bağlanmış yeni mənzillərə dair müqavilələr, onların bağlanmasında Cavabdeh1 tərəf olaraq iştirak etmədiyi üçün qanuni sayıla bilməz. Həmin müqavilələr üzrə verilmiş yeni mənzillərin əvəzinə sökülmüş ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 №-li mənzili Cavabdeh1, əri olmuş (mərhum) Arif Bayramovla birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə qazandıqları vəsait hesabına alınan mənzildir və bu faktlar da sökülən həmin 8 nömrəli mənzilin ½ hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun olduğunu təsdiq edir. Hazırki mənzil 1 otaqlı mənzildir. Məhkəmə iclasında Cavabdeh2 MTK-nın nümayəndəsi X10 qarşılıqlı iddia qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Orbita MTK heç bir tərəfkeşlik etmir. Rəhmətlik Arif müəllim o vaxt ilk Orbita MTK köçürmələrində fəallıq göstərdiyi, onlara köçürmələrdə köməklik etdiyi, MTK həmin sakinləri rahat köçdüyü üçün rəhbərlik tərəfindən Arif müəllimə iki mənzil verilmiş, evin biri hədiyyə edilmişdir. Bundan başqa onlar artıq özbaşına tikililərə görə əlavə mənzil vermir və nəzərə almırlar. Onlar mənzilləri çıxarışda olan kvadratlar üzrə verirlər. İlkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 17, 24 saylı mənzil, (yeni qaydalarla Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi 17, mərtəbə 4, mənzil 8) X3 adına xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək yaşadığı ünvana qeydiyyata alınmasını xahiş etmiş və Cavabdeh1 ünvan 11 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 ünvan 12 ünvanla Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi 17, mərtəbə 4, mənzil 8) qızı İddiaçı bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 17, 24 saylı mənzil, (yeni qaydalarla Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi 17, mərtəbə 4, mənzil 8) İddiaçı adına xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci ildən X7 ilə bərabər ünvan 14 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixili məktubdan görünür ki, Bakı şəhəri, M.Abbasov küçəsi, 6A, 18 saylı mənzil X3, Cavabdeh1, Osmanova A.A qızının razılıq ərizələrinə əsasən xx.xx.1997-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. 15 saylı DNK-nın xx.xx.1998-ci il tarixdə X5 adına özgəninkiləşdirilmişdir və hazırda mülkiyyətindədir. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya MH 178140 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 8 saylı evin 8 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X3 adına xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. - X7 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixili müqavilədən görünür ki, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 6 saylı evin 8 saylı mənzilini boşaldaraq Cavabdeh2 MTK-ya təhvil verməyi, Cavabdeh2 MTK isə bunun müqabilində Bakı şəh, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə inşa edilən 3 saylı binanın, 4-cü mərtəbəsindəki 24 saylı mənzili təmirli vəziyyətdə X3 mülkiyyətinə verməyi, yeni yaşayış sahəsi təmir edilənədək kirayə haqqı qismində hər ay 350 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2016-cı il tarixili Arayışdan görünür ki, MTK tərəfindən 3 saylı binadakı 4-cü mərtəbə,1 otaqlı, 24 saylı 57.85 kv metrlik yaşayış sahəsini, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 6-da istismar müddətini başa vurmuş 8 saylı mənzillə əvəzləşdirilmişdir. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, “ünvan 4 ünvanında inşa edilmiş 24 saylı mənzilin (hazırda yeni ünvanla ünvan 5 əldə edilmiş mülkiyyət olduğunun müəyyən edilməsi və həmin mənzilə ½ hissədə onun mülkiyyət hüququnun tanınması, eləcə də ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının 20 saylı mənzilinin satışından əldə olunmuş 85000 manat pulun ½ hissəsi yəni 42500 manat pulun cavabdehdən alınıb ona verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3709/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1038/2021 saylı, xx.xx.2021 tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3709/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 1996-cı il tarixdən X7 ilə rəsmi nikaha daxil olaraq xx.xx.1970-ci il tarixli 093806 saylı orderə əsasən X3 istifadəsində olan Bakı şəhəri, M.Abbasov küçəsi, 6A, 18 saylı mənzilə köçmüşdür. Həmin mənzil X3, Cavabdeh1, Osmanova A.A qızının razılıq ərizələrinə əsasən xx.xx.1997-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. 15 saylı DNK-nın xx.xx.1998-ci il tarixdə X5 adına özgəninkiləşdirilmişdir. Bundan sonra X7 həmin mənzildən əldə edilmiş vəsait hesabına ünvan 8 saylı evin 8 saylı mənzili almış və həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin vaxtdan 2016-cı ilin mart ayınadək Cavabdeh1 ailə üzvü kimi X7 ilə həmin mənzildə yaşamışdır. X7 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixili müqaviləyə əsasən X2 rayonu, Ə.Hacıyev küçəsi, 6 saylı evin 8 saylı mənzilini boşaldaraq Cavabdeh2 MTK-ya təhvil verməyi, Cavabdeh2 MTK isə bunun müqabilində Bakı şəh, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə inşa edilən 3 saylı binanın, 4-cü mərtəbəsindəki 24 saylı mənzili təmirli vəziyyətdə X3 mülkiyyətinə verməyi, yeni yaşayış sahəsi təmir edilənədək kirayə haqqı qismində hər ay 350 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Həmin MTK-nın xx.xx.2016-cı il tarixili arayıda da MTK tərəfindən 3 saylı binadakı 4-cü mərtəbə,1 otaqlı, 24 saylı 57.85 kv metrlik yaşayış sahəsini, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 6-da istismar müddətini başa vurmuş 8 saylı mənzillə əvəzləşdirilməsi qeyd edilmişdir. Cavabdeh1 X3 ailə üzvi kimi onunla 2017-ci ildə 20 saylı mənzilə köçmüş, orada 1 il yaşamış, həmin mənzil satıldıqdan sonra mübahisəli 24 nömrəli mənzildə yaşamışlar. Cavabdeh1 xx.xx.2021-ci ildən ünvan 14 ünvanında qeydiyyatdadır. Hazırda həmin mənzildə yaşayır. Onun başqa yaşayış yeri mövcud deyildir. Mübahisəli mənzilə dair xx.xx.2021-ci il tarixdə X3 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Cavabdeh1 X7 ilə nikahları Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. X1 vəfat etmişdir. O vəfat etməmişdən öncə xx.xx.2021-ci il tarixdə Cavabdeh1 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə həmin mənzili qızı İddiaçı bağışlamış və sonuncu tərəfindən həmin əmlaka dair xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququnu təsdiq eədən çıxarış alınmışdır. Buna görə də o, əsl iddiaçı kimi məhkəmə iclasında X7 ilə əvəz olunmuşdur. Hazırda ilkin İddiaçı Cavabdeh1 ünvan 1 ünvanında inşa edilmiş 24 saylı (hazırda yeni ünvanla ünvan 3ququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh1 isə cavabdehlər İddiaçı, Cavabdeh2 MTK-ya, Cavabdeh3na və Cavabdeh4 qarşı ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili cavabdeh X7 ilə Cavabdeh1 birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə, ailənin ümumi qazancı hesabına əldə edilmiş əmlak olaraq tanınmasını və həmin əmlakın onların üzərində bərabər paylarda hüquqları olan ümumi birgə mülkiyyətlərinin hesab edilməsi, cavabdeh X7 ilə Cavabdeh2 MTK arasında, ünvan 8 ünvanında yerləşən yaşayış binasının sökülməsi səbəbilə həmin binanın 8 nömrəli mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsi, 8 nömrəli mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 nömrəli mənzillərə dair cavabdeh MTK və cavabdeh A.Bayramov arasında bağlanmış müqavilələr və həmin mənzillərdən 20 nömrəli mənzilin digər cavabeh Cavabdeh4 satılması məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mübahisələndirdiyi Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi,17 ünvanında inşa edilmiş binanın 24 nömrəli, bir yaşayış otağından ibarət mənzilinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və həmin əməliyyata əsaslanmaqla, Bakı şəhəri 50 saylı notariat ofisində, X7 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməs barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4.-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 255.8-ci maddəsinə görə daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 1996-cı il tarixdən rəsmi nikaha daxil olaraq xx.xx.1970-ci il tarixli 093806 saylı orderə əsasən X3 istifadəsində olan Bakı şəhəri, M.Abbasov küçəsi, 6A, 18 saylı mənzilə köçdüyü andan onun həmin mənzilə dair istifadə hüququ yaranmış, həmin mənzil özəlləşdirilərək onun razılıq ərizəsinə əsasən xx.xx.1997ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bu mənzilin satışından əldə olunana vəsait hesabına ünvan 8 saylı evin 8 saylı mənzili almış və həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Bu mənzildə də Cavabdeh1 əvvəlki mənzildə olduğu kimi istifadə hüququ həmin mənzil Orbita MTK tərəfindən başqa mənzillərlə əvəzləşdirilənədək mövcud olmuşdur. Cavabdeh1 ünvan 8 saylı evin 8 saylı mənzilə olan istifadə hüququ onun əvəzində verilmiş və ünvan 16 ünvanında inşa edilmiş binanın 24 nömrəli mənzilə ötürülmüşdür. Yəni onun mənzilə olan istifadə hüquqları həmin mənzillə əvəzləşdirilmiş digər mənzilə keçmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh1 başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədlər, o cümlədən onun yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasına dair sübut növləri məhkəməyə təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı “Cavabdeh1 ünvan 1 ünvanında inşa edilmiş 24 saylı (hazırda yeni ünvanla ünvan 3ququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi” ilə bağlı ilkin iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli ünvan 16 ünvanında inşa edilmiş binanın 24 nömrəli mənzil X7 ilə Cavabdeh1 arasında birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmamyaraq bölünməməsi həmin mənzilin xx.xx.1970-ci il tarixli 093806 saylı orderə əsasən X3 istifadəsində olan Bakı şəhəri, M.Abbasov küçəsi, 6A, 18 saylı mənzilin özəlləşdirilməsi və bu zaman Cavabdeh1 tərəfindən razılıq ərizəsinin verilməsi, bu mənzilin satılması nəticəsində ondan əldə olunmuş vəsait hesabına ünvan 8 saylı evin 8 saylı mənzilin alınması və həmin mənzilin sonradan sökülərək, ünvan 16 ünvanında inşa edilmiş binanın 20 və 24 nömrəli mənzillərlə əvəzləşdirilməsi halları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Qərarı əsas götürülərək onlar arasında birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməyərək onlar arasında bölünməmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” qərarının: 1-ci bəndinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ərarvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Həmin qərarın 2-ci bəndinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması, mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması, yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması, özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmçinin, qanunvericilik mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Məhkəmə Cavabdeh1 cavabdehlər İddiaçı, Orbita MTK-ya, Cavabdeh3na və Cavabdeh4 qarşı “alqı-satqı və bağışlama müqavilələrin, çıxarışların etibarsız hesab edilməsi, əmlak üzərində payların müəyyən olunması və. s” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı bildirir ki, həmin tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh1 hazırki halda ünvan 8 saylı evin 8 saylı mənzilin onunla mərhum həyat yoldaşı X7 ilə birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə, ailənin ümumi qazancı hesabına əldə edilmiş əmlak olaraq tanınmasını və həmin əmlakın onların üzərində bərabər paylarda hüquqları olan ümumi birgə mülkiyyətlərinin hesab edilməsi, 8 nömrəli mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 nömrəli mənzillərə dair cavabdeh MTK və A.Bayramov arasında bağlanmış müqavilələr və həmin mənzillərdən 20 nömrəli mənzilin digər cavabeh Cavabdeh4 satılması məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 8 nömrəli mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 nömrəli mənzillərə dair cavabdeh MTK və A.Bayramov arasında bağlanmış müqavilələr və həmin mənzillərdən 20 nömrəli mənzilin digər cavabeh Cavabdeh4 satılması məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mübahisələndirdiyi ünvan 17 ünvanında inşa edilmiş binanın 24 nömrəli, bir yaşayış otağından ibarət mənzilinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və həmin əməliyyata əsaslanmaqla, Bakı şəhəri 50 saylı notariat ofisində, X7 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, xx.xx.1970-ci il tarixli 093806 saylı orderə əsasən X3 istifadəsində olan sonuncunun da razılıq ərizəsinə əsasən özgənikiləşdirilmiş Bakı şəhəri, M.Abbasov küçəsi, 6A, 18 saylı mənzilin özəlləşdirilməsi hesabına əldə olunmuş vəsaitlə alınmış ünvan 8 saylı evin 8 saylı mənzilin alınması və həmin mənzilin sonradan sökülərək onun əvəzində verilmiş ünvan 16 ünvanında inşa edilmiş binanın 24 nömrəli mənzili onunla keçmiş həyat yoldaşı arasında birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməmiş, eyni zamanda ünvan 17 ünvanında inşa edilmiş binanın 24 nömrəli mənzili də Ə.Hacıyev küçəsi, 6 saylı evin 8 saylı mənzilin əvəzində verildiyi üçün iddia tələbi həmin hissədə də əsaslı hesab oluna bilməz. Digər tərəfdən məhkəmə qarşılıqlı iddia tələbinin ünvan 18 ünvanında inşa edilmiş binanın 24 nömrəli, bir yaşayış otağından ibarət mənzilinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və həmin əməliyyata əsaslanmaqla, Bakı şəhəri 50 saylı notariat ofisində, X7 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirir ki, qeyd olunan mənzil X6 tam mülkiyyət hüququ ilə məxsus olduğundan və özgənikiləşdirməyə dair bağışlama müqaviləsi və ona əsasən mülkiyyətə dair verilmiş çıxarış etibarsız hesab oluna bilməz. Qeyd olunmalıdır ki, mübahisəli 24 saylı mənzilə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyat, bağışlama müqaviləsi və sonrakı qeydiyyat X7 ilə Cavabdeh1 nikahları pozulduqdan sonra həyata keçirilmişdir. Mülkiyyətçi kimi X7 tərəfindən ilkin qeydiyyatın onun adına sonradan isə İddiaçı adına aparılmış sonrakı qeydiyyat əsaslı olmuşdur. Ona görə də mülkiyyət hüququna dair daşınmaz əmlaka dair reyestr üzrə qeydiyyatların və X7 ilə İddiaçı arasında bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə qarşılıqlı iddia tələbinin Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi 17 ünvanında inşa edilmiş binanın 20 nömrəli mənzilinin Cavabdeh4 satılması məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirir ki, Cavabdeh4 vicdanlı alıcıdır. Mübahisəli mənzil satılarkən ər-arvad arasında mübahisə olmamış və həmin vaxt qarşılıqlı iddiaçı həmin mənzilin satılmasını mübahisələndirməmişdir. Belə ki, onun tərəfindən Bakı şəhəri Nizami rayon məhkəməsində yalnız həmin ünvanda yerləşən 24 saylı mənzilin onlar arasında bölünməsinə dair iddia qaldırılmışdır. Mübahisəli 20 saylı mənzilin satışından əldə olunmuş 85000,00 manat vəsaitin isə 1\2 hissədə bölünməsi tələbini irəli sürmüşdür. Həmin tələb məhkəmə tərəfindən təmin edilməmişdir. Ona görədə iddia tələbi ona münasibətdə də təmin olunmamalıdır. İddiaçı Cavabdeh1 cavabdehlər X6, Cavabdeh2 MTK-ya, Cavabdeh3na və Cavabdeh4 qarşı iddia tələbinin “ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili cavabdeh X7 ilə Cavabdeh1 birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə, ailənin ümumi qazancı hesabına əldə edilmiş əmlak olaraq tanınmasını və həmin əmlakın onların üzərində bərabər paylarda hüquqlar olan ümumi birgə mülkiyyətlərinin hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “ünvan 4 ünvanında inşa edilmiş 24 saylı mənzilin (hazırda yeni ünvanla ünvan 20ldə edilmiş mülkiyyət olduğunun müəyyən edilməsi və həmin mənzilə ½ hissədə onun mülkiyyət hüququnun tanınması, eləcə də ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının 20 saylı mənzilinin satışından əldə olunmuş 85000 manat pulun ½ hissəsi yəni 42500 manat pulun cavabdehdən alınıb ona verilməsi” tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3709/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1038/2021 saylı, xx.xx.2021 tarixli qərarı ilə də iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3709/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia tələbinin əsasını təşkil edən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “ünvan 4 ünvanında inşa edilmiş 24 saylı mənzilin (hazırda yeni ünvanla ünvan 5 əldə edilmiş mülkiyyət olduğunun müəyyən edilməsi və həmin mənzilə ½ hissədə onun mülkiyyət hüququnun tanınması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə əsaslı hesab edilmədiyi üçün iddia tələbi iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 qarşı “Cavabdeh1 ünvan 1 ünvanında inşa edilmiş 24 saylı (hazırda yeni ünvanla ünvan 3ququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi” tələbinə dair ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Orbita MTK-ya, Cavabdeh3na və Cavabdeh4 qarşı “ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili cavabdeh X7 ilə Cavabdeh1 birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə, ailənin ümumi qazancı hesabına əldə edilmiş əmlak olaraq tanınmasını və həmin əmlakın onların üzərində bərabər paylarda hüquqlar olan ümumi birgə mülkiyyətlərinin hesab edilməsi, cavabdeh X7 ilə Cavabdeh2 MTK arasında, ünvan 8 ünvanında yerləşən yaşayış binasının sökülməsi səbəbilə həmin binanın 8 nömrəli mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsi, 8 nömrəli mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 nömrəli mənzillərə dair cavabdeh MTK və cavabdeh A.Bayramov arasında bağlanmış müqavilələr və həmin mənzillərdən 20 nömrəli mənzilin digər cavabeh Cavabdeh4 satılması məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mübahisələndirdiyi Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi 17 ünvanında inşa edilmiş binanın 24 nömrəli, bir yaşayış otağından ibarət mənzilinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və həmin əməliyyata əsaslanmaqla, Bakı şəhəri 50 saylı notariat ofisində, X7 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 qarşı “Cavabdeh1 ünvan 1 ünvanında inşa edilmiş 24 saylı (hazırda yeni ünvanla ünvan 3ququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi” barədə ilkı̇ n ı̇ ddı̇ a tələbi təmin edilməsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Orbita MTK-ya, Cavabdeh3na və Cavabdeh4 qarşı “ünvan 8 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili cavabdeh X7 ilə Cavabdeh1 birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə, ailənin ümumi qazancı hesabına əldə edilmiş əmlak olaraq tanınmasını və həmin əmlakın onların üzərində bərabər paylarda hüquqlar olan ümumi birgə mülkiyyətlərinin hesab edilməsi, cavabdeh X7 ilə Cavabdeh2 MTK arasında, ünvan 8 ünvanında yerləşən yaşayış binasının sökülməsi səbəbilə həmin binanın 8 nömrəli mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsi, 8 nömrəli mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 nömrəli mənzillərə dair cavabdeh MTK və cavabdeh A.Bayramov arasında bağlanmış müqavilələr və həmin mənzillərdən 20 nömrəli mənzilin digər cavabeh Cavabdeh4 satılması məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mübahisələndirdiyi Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi 17 ünvanında inşa edilmiş binanın 24 nömrəli, bir yaşayış otağından ibarət mənzilinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və həmin əməliyyata əsaslanmaqla, Bakı şəhəri 50 saylı notariat ofisində, X7 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı ı̇ ddia ibələṫ təmin edilməsin. İlkin iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh1 tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar