Məhkəmə qərarları › İş №e-2(007)-2372/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2372/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2372/2023 03.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 253 (iki yüz əlli üç) manat pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2372/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair e-2(007)-2372/2023 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilləsi barədə ərizə verərək Cavabdeh 553 manat pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışa əsasən Cavabdeh rəsmi qeydə alındığı ünvan Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi cavabdehin rəsmi qeydə alındığı yer Naxçıvan Muxtar Respublikası, Babək rayonu olduğu üçün mülki işə Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi ilə bağlı cavabdehin fikrini öyrənmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh mülki işin Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə, qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırlıq iclası mərhələsində aidiyyət məsələsi həll edilməli, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 44.2.2, 45.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair e- 2(007)-2372/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar