Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2395/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun Cavabdehndən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işəgötürən Cavabdeh (bundan sonra işəgötürən) ilə əmək müqaviləsi bağlayaraq xx.xx.2018-ci il tarixli 132 nömrəli əmrlə “xəstə məsləhətçisi” vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli 157b nömrəli əmrlə vəzifəsində irəli çəkilərək “xəstə məsələhtçisi” vəzifəsindən “kardiologiya üzrə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. İşəgötürən müəssisədə işlədiyi dövrdə əmək müqaviləsi üzrə üzərinə götürmüş olduğu əmək funksiyalarını layiqincə yetirməklə, nöqsansız əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) əmək müqaviləsinə xitam verilmişdir (əmrin surəti iddiaçıya təqdim edilmədiyinə görə əmək kitabçasında işəgötürən tərəfindən edilmiş qeydə əsasən). İddiaçı işəgötürən müəssisənin “insan resurslarının idarə edilməsi” şöbəsi tərəfindən bir neçə dəfə şifahi olaraq öz xahişi ilə ərizə yazmaqla, işdən çıxmasını, yazmayacağı təqdirdə isə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Buna səbəb olaraq isə müəssisədə aparılan struktur islahatlarının və rəhbərliyin bu qaydada göstəriş verdiyi deyilmişdir. Bu zaman iddiaçı ipoteka ödənişinin olduğunu və azyaşlı övladına təkbaşına baxdığını əsas gətirərək, yeni iş tapana kimi müəssisədə işləməsinə şərait yaradılmasını daha sonra öz ərizəsiylə işdən ayrılacağını bildirmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məlumatı müəssisənin “insan resurslarının idarə edilməsi” şöbəsi tərəfindən çağırılaraq əmək kitabçasının ona təqdim edildiyi zaman əldə etmişdir. Bu zaman həmin maddəsinin gələcək iş fəaliyyətində ona mane olacağını və öz ərizəsi ilə işdən çıxmasına razı olduğunu bildirsə də, artıq işdən azad olunduğu bildirilmişdir. Bu zaman işdən azad olunmasına əsas olan əmrin surətini tələb etsə də, ona təqdim edilməmişdir. Bu minvalla xx.xx.2023-cü il tarixdə işəgötürən müəssisəyə “teleqram” göndərməklə əmrin surəti tələb etməsinə baxmayaraq, bugünədək əmrin surəti ona verilməmişdir. Bundan əlavə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq, onunla son haqq hesab olunmamış, son haqq hesabı gec verilmişdir. Bununla da iddiaçıya əmrin surətinin verilməməsi və son haqq hesabının gec köçürülməsi nəticəsində cavabdeh tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi cəlb olunmuşdur. Məhkəmənin 20 sentyabr 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 2018-ci ilin aprel ayından klinikada işləyir. Onun işi xəstələrlə həkimləri əlaqələndirmək idi. Çoxdan işlədiyinə görə hamı onu tanıyırdı, hətta başqa şöbənin həkimləri xəstələri onun yanına göndərirdilər ki, xəstəni yönləndirsin. Bu illər ərzində bir dəfə xəstənin doğum tarixini səhv yazıb ona görə şifahi xəbərdarlıq alıb. Onu əsassız yerə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediblər ona görə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hüquqlarını təmsil etdiyi İddiaçı 2018-ci ildən cavabdeh klinikada işləyir və həmin müddətdə nümunəvi işçi kimi özünü göstərməklə, heç bir intizam tənbehi almamışdır, bundan əlavə əmək funksiyalarını lazımınca icra etdiyindən “xəstə məsləhətçisi” vəzifəsindən xx.xx.2020-ci il tarixli əmrlə irəli çəkilərək “kardiologiya üzrə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. Lakin daha sonra cavabdeh klinikada rəhbərlik dəyişəndən sonra İddiaçı və onun kimi başqa işçilərə də münasibət fərqli olmuş və işçilərin kütləvi işdən azad etməklə bağlı proseslər başlanılmışdır. Digər tərəfdən İddiaçı əmək müqaviləsinin əmək funksiyalarına diqqət yetirilsə, görünər ki, o klinikada xəstələri əməliyyat otaqlarına yönləndirən və xəstələrin tibbi xidmətlərdən keçməsinə köməklik göstərən xəstələrlə həkimlər arasında əlaqəni yaradan əlaqələndirici kimi işləmiş və xəstələrdən hər hansı bir ödəniş almaq və buna oxşar bir vəzifə öhdəliyi olmamışdır. Ən əsası hüquqlarını müdafiə etdiyi İddiaçı klinikada kassir işləməmişdir. Belə ki, X2 təbibin elektron portalından çıxarılmış xəstə qeydiyyatı məlumatlarından da aydın olur ki, cavabdeh klinika göstərilmiş tibbi xidmətin ödənişini icbari sığorta vəsaiti hesabına həyata keçirmişdir. X7 icbari tibbi sığorta üzrə xidmət göstərilən xəstədir, hamının da bildiyi kimi icbari tibbi sığortanın ödənişi əsasında tibbi yardım göstərilən xəstədən hər hansı ödəniş alınması qanunsuzdur. Bundan başqa, pasientin oğlu X10 adından yazılmış xx.xx.2023-cü il tarixli məlumat sənədin mətnindən aydın olur ki, xəstə X7 əməliyyatın səhəri oğlu X6 yığaraq əməliyyatın ödənişini xəstəxanaya ödənilməsini demişdir. Göründüyü kimi yazılanlar cəfəngiyyatdan ibarətdir, belə ki, heç bir xəstəxana ödəniş almadan xəstəyə heç ambulator xidmət belə göstərmir, necə ola bilər ki, xəstə cərrahi əməliyyat olunsun, lakin əməliyyatın pulu sonradan ödənilsin? X7 məhkəmə iclasında şəxsən ifadə vermiş və ifadəsində “İddiaçı görsəm, bəlkə də heç tanımaram, mən və oğlum nə ödəniş etmişiksə” kassaya etmişik deyə söyləmişdir. Mövcud tibbi qanunvericiliyə əsasən xəstə tibbi xidmət almaq üçün dövlət xəstaxanasına ilk olaraq müraciət edir və dövlət xəstəxanasında zəruri texniki avadanlıqlar və başqa səbəblərə görə tibbi xidmət göstərmək mümkün olmadığı halda müvafiq tibbi göndərişlə özəl xəstəxanaya göndərilir. Yəni ki, xəstə artıq özəl xəstəxanaya gələrkən onun istifadə edəcəyi tibbi xidmətin ödənişsiz olduğunu bilir. Lakin hazırki tibbi praktikada Bakı şəhərində özəl tibbi fəaliyyətlə məşğul olan bir sıra xəstəxanalar vətəndaşların bu sahədə lazımınca məlumatlı olmamasından istifadə edərək, icbari tibbi sığortanın göndərdiyi xəstələrdən də müxtəlif bəhanələr gətirmək yolu ilə əlavə ödənişlər almaqdadırlar. Bunu da müraciət edən xəstələrə həkimlər tərəfindən əlavə tibbi xidmətlərin göstərilməsinin vacibliyi vurğulanır. Hazırda onlarda olan məlumata görə cavabdeh klinika icbari tibbi sığorta hesabına xəstə qəbul edə bilmir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi belə hallardan məlumatlı olduğundan klinikaya sığorta xəstələri göndərmir. Klinika sığorta xəstələrindən aldığı qanunsuz və əsassız ödənişlərə görə məsuliyyətdən kənar qalmaq üçün təmsil etdiyi İddiaçı və bu kimi digər işçiləri etmədikləri bir əməllə ittiham edərək işdən azad edir. Bundan əlavə klinikanın təqdim etdiyi sənədlərdə təzadlar mövcuddur, belə ki, klinikanın nümayəndəsi və vəkili tərəfindən ümumi tibbi xidmətin 6800 manat təşkil etdiyi 4100 manat xəstəyə endirim edildiyi və 3500 manatın İddiaçı tərəfindən mənimsənildiyi 2700 manatın isə mədaxil edildiyi deyilsə də iddia olunanları təsdiq edəcək heç bir sənəd məhkəməyə təqdim edilməmiş, edilən sənədlər isə klinikanın mövqeyi ilə üst-üstə düşməmişdir. Daha sonra X2 telefon danışıqlarının qanunsuz qeydə alınaraq CD diskə köçürələrək məhkəməyə baxış iclasında təqdim edilməsi, qəbuledilməzdir. Belə ki, telefon danışıqlarının mətnindən də göründüyü kimi İddiaçı birbaşa pul almasını təsdiq edən hal mövcud olmamışdır. Bununla belə həmin CD diskin sübut kimi qəbul edilməsi qanunvericiliyə ziddir, belə ki, klinika həmin diski hazırlıq iclasında təqdim etmək imkanı olduğu halda onu baxış iclasında təqdim etmişdir. Digər tərəfdən klinikanın məhkəməyə təqdim etdiyi X3 adından yazılmış xx.xx.2023-cü il tarixli ərizənin mətnindən də göründüyü kimi klinika tərəfindən hazırlanmış hazırki ərizə iddia tələbinin rədd olunmasına hesablanmış bir sənəddir. Ona görə ki, təmsil etdiyi İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh klinika tərəfindən işdən azad olunmuş, lakin sözügedən ərizə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Ərizədən göründüyü kimi xx.xx.2023-cü il tarixdə göstərilən tibbi yardımdan narazı qalan xəstə necə ola bilər ki, 7 ay sonra klinikaya şikayətlə bağlı ərizə yazmış olsun? Məhkəmə iclasında tədqiq edilmiş materiallardan da görünür ki, Klinika İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün hüquqi əsas yaratmaq istəsə də buna nail ola bilməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirmiş və izahatında İddiaçı xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş hüquq pozuntuları, həm qeydə alınmış, həm də qeydə alınmamış vətəndaş şikayətləri olmuşdur. Cavabdeh MMC-yə şikayət ərizəsi ilə X10 müraciət etmiş və bunun əsasında xəstə X7 ilə əlaqə saxlanılmışdır. X8 xidmətlə əlaqədar 6200 manat israrla ödənildiyini və ödənişlərin əlbəəl Vəfa adlı əməkdaşa verdiyini, ancaq bu barədə heç bir ödəniş qəbzinin verilməməsini bildirmişdir. Daxili araşdırmada məlum olmuşdur ki, kassaya mədaxil edilən vəsaitin 6200 manat yox, 2700 manat olduğu, lakin tibbi sənədlərə əsasən vətəndaşa göstərilən tibbi xidmətlərin dəyəri qiymət cədvəlinə görə həqiqətən də 6800 manat dəyərində olduğu aydınlaşdırılmışdır. Xəstəxana tərəfindən X4 4100 manat məbləğində endirim edilmişdir. Araşdırma zamanı qeydiyyatçı İddiaçı Məbbət qızının vətəndaşa xidmət göstərilərkən rəhbərliyə şəxsən müraciət edərək müvafiq endirim tələb etməsi, həmin endirim edildikdən sonra kassaya həmin şəxsdən 6200 manat almasına baxmayaraq, 2700 manat mədaxil etməsi və geri qalan 3500 manatı özü mənimsəməsi toplanan materiallar və ifadələr əsasında öz təsdiqini tapmışdır. Belə olan halda rəhbərlik öz əməkdaşının qüsuruna görə məsuliyyəti öz üzərinə götürərək xx.xx.2023-cü il tarixdə rəhbərlik tərəfindən məsələ qaldırılaraq yaranmış fərqin aradan qaldırılmaqla vətəndaşa 6200 manatlıq ƏDV çekinin verilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 3 dəfə ayrı-ayrı vaxtlarda Cavabdeh xəstəxanasında cərrahi əməliyyat olunmuşdur və xəstəxanaya ayrı-ayrı vaxtlarda 1500, 2200 və 2500 manat, cəmi 6200 manat ödəniş etmişdir. İddiaçı heç bir ödəniş etməmişdir. Oğluna isə Vəfa adlı xanımı tapmasını və Vəfanın ona neynəməsini izah edəcəyini demişdir. Vəfa xanıma ver deməmişdir. Bütün ödənişləri o, ya da oğlu klinikanın kassasına etmişlər, lakin ƏDV çeki verilməmişdir. Daha sonra klinikadan zəng olunaraq 6200 manatlıq çek təqdim olunmuşdur. Oğlunun ərizə yazmasından məlumatsız olmuşdur. Oğlu ona bildirmişdir ki, adını dəqiq bilmədiyi Əhməd ya Əvəz adlı şəxs klinikada ona ərizə yazdırmışdır. O, da bildirib ki, səhv edib, onların öz aralarında mübahisə var, onu qarışdırmamalı idilər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 2 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC-də “xəstə məsləhətçisi” vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Müqavilədə əmək münasibətlərinin müddəti 1 il göstərilmişdir. - xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən işçiyə əmək müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar işəgötürənin daxili qaydalarına uyğun olaraq əmlak, maddi və ya digər sərvətləri etibar edir, işçi isə ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasını və bununla bağlı tam maddi məsuliyyəti öhdəsinə götürür. - xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 50 manat ilkin mediasiya xərci və 5 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. - xx.xx.2023-cü il tarixli 731 saylı əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - İddiaçı X14 Xidmətinin Bakı şəhər İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh MMC-də kardiologiya üzrə aparıcı məsləhətçi vəzifəsində çalışmışdır. Həmin müəssisədə çalışdığı müddətdə qüsursuz fəaliyyəti ilə seçilmişdir. Lakin son dövrlər müəssisədə olan struktur dəyişikliklərindən sonra ona öz xahişi ilə əmək müqaviləsinə xitam verilməklə bağlı kadrlar şöbəsi tərəfindən xəbərdarlıq olunmuşdur. Belə ki, o, bununla razılaşmadı. Razılaşmadığı təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı şifahi xəbərdar olundu. Daha sonra ona məlumat verilmədən xx.xx.2023-cü il tarixdə iş gününün sonunda işdən azad olunmağı barədə məlumat verildi. Əmrin surətini tələb etdiyi halda ona verilmədi. Son haqq-hesabını tələb etdiyi halda işdən azad olunduğu gün ona ödənilmədi. Əmək haqqını bank kartı vasitəsilə əldə edirdi. əmək haqqı aylıq 1409 manat təşkil edir. Əmək müqaviləsində isə əmək haqqı 1790 manat qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, X7 Cavabdeh MMC-yə 1500, 2500 və 2200 məbləğlərində ödəniş etmişdir. - Səmədov Güləlinin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, məlumat üçün bildirir ki, xx.xx.2023-cü il tarixdə X22 klinikasında anju oldu. Anju olduğu gün xx.xx.2023cü il tarixdə oğlu X1 adlı xanıma 500 manat ödəniş etmiş xx.xx.2023-cü il tarixdə yenidən Vəfa xanıma 450 manat ödəməklə cəmi 950 manat pul ödəmişdir. Ödənişdən sonra onlara hər hansı bir ödənişini təsdiq edən çek verilməmişdir. - X2 icbari tibbi sığortasından görünür ki, koronar anqioqrafiya üçün xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. - Xəstə xidmətləri şöbəsinin müdiri X21 tərəfindən Cavabdeh MMC-nin baş direktoru Taner Ozbekə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportun surətindən görünür ki, X20lə əlaqə saxlanılmış və xəstəxanada 3 dəfə əməliyyat olunduğunu xx.xx.2023-cü il tarixində olduğu əməliyyat zamanı 1500 manatı həkim kordioloq Şəfəq Nəzirovaya verdiyini bildirməsinə baxmayaraq ödəniş barədə pusula sistemində hər hansı məlumat tapılmamışdır. X20 xx.xx.2023-cü il tarixində növbəti dəfə xəstəxanada olduğu əməliyyat zamanı 2500 manat ödəniş etdiyini bildirsə də, pusula sistemində 1500 manat ödəniş edildiyi, xəstənin oğlu Rəşad Tarverdiyevin tərəfindən verilən məlumata görə 2500 manat ödəniş edildiyini, lakin özünə bu əməliyyata görə hər hansı bir təsdiqləyici sənəd verilmədiyini, X20 xx.xx.2023-cü il tarixində növbəti dəfə xəstəxanada olduğu əməliyyat zamanı 2200 manat pulu İddiaçı özünə yatdığı palata da verdiyini bildirsə də ona ödəniş barədə hər hansı bir təsdiqləyici sənədin verilməməsi və pusula sistemində 1200 manat ödəniş edilməsi təsbit edildi. Bu məsələ ilə bağlı iclasda xəstə ilə telefon əlaqəsi saxlanıb və xəstə danışıq vaxtı 2200 manatı israrla Vəfa xanıma ödədiyini bildirdi. Son olaraq kardiologiya üzrə aparıcı məsləhətçi İddiaçı barəsində qanuna uyğun olaraq müvafiq tədbir görülməsi xahiş edilmişdir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin xəstəxana xidmətləri şöbəsinin kardiologiya üzrə aparıcı məsləhətçisi İddiaçı əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları zamanıl klinikanın nüfuzuna ziyan vurması barədə insan resurslarının idarə edilməsi şöbəsinə daxil olmuş raport əsasında xx.xx.2023-cü il tarixində izahat verməyə dəvət olunsa da izahat verməkdən imtina etdi. - X5 Cavabdeh MMC-nin direktoru Tanel Özbekə ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, 29-30 tarixlərində (tarixi dəqiq bilmədiyim üçün) atam Cavabdeh hospitalında ayaq damarlarına əməliyyat üçün stent qoyulmuşdu. Əməliyyatın səhəri günü zəng edərək mənə bildirdi ki, əməliyyatın qiyməti 2500 manatdı həmin pulu gətir ödə hospitala. Mən pulu götürüb xəstəxanada atamın gəldim yanına o mənə bildirdiki pulu kassaya yox əlbə-əl Vəfa xanıma ver, çünki Vəfa xanımın özü atama deyib ki, pulu mənə verin. Mən də Vəfa xanımın otağına girib 2500 manat pulu sayaraq ona verdim, o da əlavə olaraq sayıb pulu məndən qəbul elədi. Pulu qəbul etdikdən sonra mənə qəbz və ya çek vermədi. - 1 ədəd CD diskdən görünür ki, X7 ilə klinikanın işçi heyəti arasında telefon danışıqlarını əks etdirir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də “xəstə məsləhətçisi” vəzifəsinə işə qəbul edilmişdir. Lakin o, X5 və X3 müraciət etmələri səbəbindən xx.xx.2023-cü il tarixli 731 saylı əmrlə işdən azad edilmişdir. Hazırda İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmağını, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun Cavabdehndən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə X13 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək izahat vermişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə (bundan sonra – X13 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X13 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Məhkəmə iddia tələbinin “Cavabdeh xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətindən göründüyü kimi iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir. Həmin əmək funksiyalarının dairəsinə görə iddiaçı müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin qeydiyyatını aparmalı, xəstələrin tibb kartoçkalarının saxlanılmasını və həkimin kabinetinə çatdırılmasını təmin, edir; tibbi sığorta da daxil olmaqla lazımi sənəd və blankların doldurulmasında xəstəyə yardım edir; sığorta şirkətləri tərəfindən daxil olan zənglər əsasında sığortalı şəxsin qeydiyyatını aparır; müayinə xərcləri də daxil olmaqla bütün informasiyaların düzgünlüyünü yoxlayır; klinikanın prosedur və qaydaları haqqında xəstəni məlumatlandırır; xəstə haqqında qeydlər aparır və məlumatlar bazasına daxil edir; xəstənin müəyyən olunmuş ardıcıllığa əsasən tibbi xidmətlərdən keçməsinə yardımçı olur və onu müşayiət edir; gələn zəngləri və sorğuları cavablandırır; zəngləri tələbə uyğun şəkildə yönləndirir: müəyyən olunmuş iş normalarını və istehsalat tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirir; sənədlərlə iş qaydasını, müəssisənin daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını bilməlidir kimi vəzifə öhdəlikləri daşımışdır. Göründüyü kimi tibbi yardım üçün müraciət edən şəxslərdən göstəriləcək tibbi yardımın müqabilində pul vəsaitini qəbul edərək kassaya mədaxil etmək kimi vəzifə öhdəliyi olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MMC-nin istifadəsində olan proqram təminatından edilmiş çıxarışlarda və digər sənədlərdə iddiaçının X4 endirim etməsini təsdiq edən hal aşkar edilməmişdir. Proqram təminatından edilmiş çıxarışlardan həmçinin görünür ki, X2 hər üç müraciəti zamanı əməliyyatı aparan şəxs Aygün Mehdiyeva adlı işçi olmuşdur. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 vermiş olduğu ifadə cavabdeh təşkilatın istinad etdiyi halları təkzib edir. Həmçinin iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu ildə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Lakin cavabdeh qeyd olunan məbləğin İddiaçı tərəfindən mənimsəməsi barədə səlahiyyətli orqanlara müraciət etməmişdir. Əksinə cavabdehin nümayəndəsi klinika tərəfindən X4 4100 manat məbləğində endirim edilməsini bildirsə də xəstənin ödədiyi tam məbləğə dair xx.xx.2023-cü il tarixdə ona 6200 manatlıq ƏDV çekləri verilir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrdən görünür ki, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) qeyd olunsa da əmrdə işçinin konkret hansı hüquq pozuntularına yol verməsi qeyd olunmamışdır. Halbuki, Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa sözügedən əmrin verilməsinin əsası rəhbərliyin göstərişi qeyd olunmuşdur. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçının işdən azad olunmasına ciddi səbəb olmamış, sadəcə rəhbərliyin göstərişi ilə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş ən ağır maddəsi ilə iddiaçının karyerasına son qoyulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Bundan başqa Cavabdeh MMC-nin vəkili və nümayəndəsi İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə səbəb X5 xx.xx.2023-cü il tarixli məlumatı və X3 xx.xx.2023-cü il tarixli ərizəsinin olmasını bildirmişdir. Göründüyü kimi iddiaçının işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verilsə də, X11 iki aydan sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edib, xx.xx.2023cü il tarixdə “X22” klinikasında anju olunduğunu və “Vəfa” adlı xanıma 500 manat ödəniş etdiyini, xx.xx.2023-cü il tarixdə yenidən “Vəfa” xanıma 450 manat ödəməklə, cəmi 950 manat pul ödədiyini qeyd etmişdir. Lakin, cavabdeh tərəfindən məhkəmə iclasında təqdim olunan X3 “koronar angioqrafiya üçün Razılıq forması”ndan görünür ki, G.Səmədov xx.xx.2023-cü il tarixdə koronar angioqrafiya olunmuşdur. “Əlavə tibbi xidmətlərin ödənilməsi üçün Razılıq forması”nda müalicə həkimi qrafasında Məhərrəm Nəsifov imza etmədən xx.xx.2023, xəstə qrafasında Səmədov Güləli xx.xx.2023 qeyd olunmuşdur. Beləliklə ərizə ilə razılıq formaları arasında tarix baxımından ciddi ziddiyyət mövcuddur. Eyni zamanda maraqlı məqam ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunduqdan sonra, Güləli Səmədov qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə anju olunduğu halda 7 aydan sonra ödənişi soyadını və ata adını qeyd etmədiyi hansısa Vəfa xanıma pul ödədiyi yadına düşür və ərizə ilə Cavabdeh MMC-nin baş direktoruna müraciət edir. Digər ərizəçi X10 xx.xx.2023-cü il tarixli məlumatında atasının ona 2500 manatı kassaya yox əlbə-əl “Vəfa” xanıma verməsini bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, o, Rəşada Vəfanı tapıb ondan neynəmək lazım olduğunu soruşmasını demişdir, pulu əlbə-əl ona verməsini deməmişdir. Oğlu Rəşad klinikanın işçisi olan adını dəqiq bilmədiyi Əhməd ya Əvəz adlı şəxsin ona ərizə yazdırdığını demiş. O, da bildirib ki, səhv edib yazıb. Klinika ilə işçilər arasında mübahisə var onu qarışdırmamalı idilər. Cavabdeh tərəfin təqdim etdiyi CD diskə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahidin də iştirakı ilə dinlənilmiş səs yazısından müəyyən olunur ki, əsas mübahisə ƏDV-nin verilməməsi və X7 tərəfindən ödənilmiş pulun 1200 manat yox, 2200 manat olmasıdır. Beləliklə, həm X5 yazdığı məlumatda, həm X3 ərizəsində pulun “Vəfa” adlı xanıma verilməsi qeyd olunmuşdur. Lakin məhz İddiaçı verilməsi sübuta yetirilmir. Cavabdeh tərəfin məhkəmə iclasında qeyd etdiyi dəlillərə əsasən xx.xx.2023-cü il tarixli əmrin verilməsinin səbəbi kimi yuxarıda qeyd olunan məlumat və ərizənin yazılması olmuşdur. Lakin istər şikayətçilər X10 və X11, istərsə də Cavabdeh MMC İddiaçı xəstələrdən ödənişləri alıb mənimsəməsi barədə hüquq mühafizə orqanlarına şikayət verilməmişdir. Məhkəmə iddia tələbinin “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli 731 nömrəli əmr ləğv edildiyindən İddiaçı “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə bərpa olunmalıdır. Əmək Məcəlləsinin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə iddia tələbinin “işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 1790 manat əmək haqqı almaqla “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə qəbul olunmuşdur. Beləliklə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 731 nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə hesab edir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132.1-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 132-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Odur ki, xx.xx.2023-cü il tarixli 731 nömrəli əmr ləğv edildiyindən və işçi əvvəlki vəzifəsinə işə bərpa edildiyindən İddiaçı işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödədiyi rüsumlarla bağlı məhkəməyə sübutlar təqdim etdiyindən iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli 731 nömrəli əmr ləğv edilməli, İddiaçı “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə bərpa olunmalı, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumu Cavabdeh MMC-dən tutulub dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 731 nömrəli əmr ləğv edilsin. İddiaçı “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə bərpa olunsun. İşdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-2395/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2395/2023
21.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver