Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-245/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cəlb edilməklə Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2016-cı il tarixdə sahə mülkiyyətçilərinin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2016-cı il tarixdə 1116-MM3-0022 nömrə ilə qeydiyyata alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətnin Nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Bildirirlər ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 178,40 kv.m olan 13 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh yuxarıda qeyd edilən mənzilin mülkiyyətçisi olaraq ümumi əmlakın saxlanılması üçün kommunal haqları ödəmək öhdəlikləri yaranıb. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcları ödəməkdən yayınır. Belə ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iştirakçılarının ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, yığıncaq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə xx.xx.2016-cı il tarixli 18 №-li və xx.xx.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, Хətai-5 MMMC-nin aylıq kommunal tarifləri dəyişdirilərək, sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,90 manat, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,50 manat, sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,35 manat müəyyən olunması barədə qərar qəbul edilib. "xxxx" MMMC-nin maliyyə arayışlarından görünür ki, Cavabdeh kommunal xərclər üzrə 2021-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayına qədər olan borcu 2408,40 (iki min dörd yüz səkkiz manat qırx qəpik) manat təşkil edir. Həmin borc mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,50 AZN olmaqla hesablanmışdır. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 178,40 kv.m olan 13 saylı mənzil üzrə kommunal xidmətlərə görə xx.xx.2023-cü il tarixinə olan 2408,40 (iki min dörd yüz səkkiz manat qırx qəpik) manat məbləğində borcun və ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia əsassızdır və rədd olunmalıdır. Belə ki, onun adına respublika ərazisində daşınmaz əmlakı mövcud deyil, mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. Nəzərə çatdırır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ünvan 2 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil üzrə alınmış ipoteka kredit borcu 2017-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ötürülüb. İpoteka krediti ilə ünvan 2 ünvanı, 5ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil tərəfindən borc əvəzinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təklif etdikdən sonra 15 mart 2021-ci il tarixində qeyd edilən mənzil "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilib. Mənzil rəsmiləşdirildikdən sonra borc balansından sıfırlanmış və onun 20 sentyabr 2023-cü il tarixinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə heç bir öhdəliyi qalmayıb. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraicət edərək, Sadıqcan küçəsi 5, ev 13-də 2023-cü ilin sentyabr ayına kimi yaşadığını, lakin ona xəbərdarlıq olunmadığını və mənzilin təhvil verilməsi barədə heç bir yerə imza atmadığını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh 2023-cü ilin sentyabr ayına kimi mənzildə yaşayaraq kommunal xidmətlərdən istifadə edib. Bu səbəbdən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış kommunal xidmət haqlarına görə yaranmış borc tələb edilir. Cavabdehə xəbərdalıq göndərilib, hətta cəmiyyət kommunal xidmətlərə görə mövcud olan məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun hərəkətlərindən də şikayət etmişdir. Cavabdeh əvvəldən kommunal xidmətləri ödəməkdən imtina edib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, mənzil 2021-ci ilin mart ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilib. Onlar 2023-cü ilin sentyabr ayına kimi mənzildə yaşayıb. Mənzildən istifadə edirsə, kommunal xidmət haqlarını ödəməlidir. Lakin bu vaxta kimi ondan kommunal xidmət haqları tələb edilməyib. Binanın sədri hər gün onu görüb, lakin ödənişi tələb etməyib, xəbərdalıq məktubu göndərməyib. Məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsindəki imza ona məxsus deyil. O, mənzili 2021-ci ilin mart ayında rəsmi qaydada təhvil verəndə binanın komendantına da məlumat verib. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 izahat verərək bildirdi ki, mənzil xx.xx.2021-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT-un adına rəsmiləşdirilərək, dövlət qeydiyyatına alınıb. Lakin cavabdeh həmin ünvanda yaşamağa davam edib. Belə ki, həmin mənzil bahalı mənzil olduğu üçün cavabdeh mənzilin satılmamasını istəmişdir. Bununla da, cavabdeh yenidən güzəşt hüququ əldə edərsə, borcu ödəyib və mənzili yenidən özünə götürə bilərdi. İki il ərizində göstərilən hal olmadığı üçün mənzil İftixar adlı şəxsə satılıb və xx.xx.2023-cü tarixindən kommunal xidmətlə bağlı heç bir problemli olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvandakı 13 saylı mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzil üzrə 2021-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayına qədər İddiaçı MMMC-yə olan kommunal xidmətlər üzrə borcu 2408,40 manat təşkil edir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 08 saylı bildirişin surətindən görünür ki, kommunal xidmətlərə görə borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı sahə mülkiyyətçilərinin xx.xx.2016-cı il tarixli qərarı və digər sənədlər əsasında xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyini, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək cəmiyyətinin fəaliyyət predmeti və məqsədidir. - İddiaçı iştirakçılarının ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2016-cı il tarixli, 18 №-li və xx.xx.2016-ci il tarixli, 19 №-li qərarlarına müvafiq olaraq, Xətai-5 MMMC aylıq kommunal xidmət tariflərinin aşağıdakı kimi dəyişdirilməsini qərara almışdır: 1. Sahə mülkiyyətçisinə qış mövsümündə (15.11- 15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,90 AZN, 2. Sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,50 AZN. Bu zaman mənzilin istilik və isti su boruları müvafiq qaydada bağlanır, 3. Sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,35 AZN. Bu zaman mənzilin istilik və isti su boruları müvafiq qaydada bağlanır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra - "xxxx" ASC) ünvan 4 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil üzrə alınmış ipoteka kredit borcu 2017-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - "xxxx" QSC) ötürülmüşdür. İpoteka krediti ilə ünvan 4 ünvanı, 5-ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil Cavabdeh tərəfindən borc əvəzinə "xxxx" QSC-yə təklif etdikdən sonra 15 mart 2021-ci il tarixində qeyd edilən mənzil "xxxx" QSC-nin adına rəsmiləşdirilmişdir. Mənzil rəsmiləşdirildikdən sonra borc balansdan sıfırlanmış və onun 20 sentyabr 2023-cü il tarixinə “Aqrarkredit" QSC-yə heç bir öhdəliyi qalmamışdır. - Satıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə alıcı X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov (keçmiş Sadıqcan küçəsi), məhəllə 2934, ev 2A, mənzil 13, korpus 5 ünvanında yerləşən 177,02 kv.m sahədən ibarət mənzili alıcıya hissə-hissə ödənilmək şərti ilə 234200 manata satmışdır. Müqavilənin sonunda Nümayəndə2 evi xx.xx.2023-cü ildə təhvil verdiyi qeyd edilmiş, Nümayəndə2 və İ.Hüseynov tərəfindən imzalanmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2922/2021 saylı xx.xx.2021-ci i tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 1200 manat ödənilməyən kommunal xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-749/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Cavabdeh İddiaçı MMMC-nin xeyrinə kommunal xidmətlərə görə 2702 manat məbləğində pul tutulması qət edilmişdir (xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək olan müddət üçün ödənilməmiş borc) - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 45 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 122.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün- yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.1-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.1.1. yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra - ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil- tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8-ci maddəsinə əsasən, yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsindəki 2A saylı çoxmənzilli bina kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə İddiaçı təsis olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28 mart 2016-cı il tarixdə 1116-MM3-0022 nömrə ilə qeydiyyata alınmışdır. Daha əvvəl tərəflər arasında kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2021-ci il tarixədək hesablanmış 2702 manat (mənzilin aylıq saxlama xərci 178,40 x 0,5=89,20 manat olmaqla) kommunal xidmətlərə görə borcun tutuması qət edilmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 4 ünvanı, 5ci korpus, 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 178,4 kv.m olan 12 saylı 3 otaqlı mənzil Cavabdeh tərəfindən borc əvəzinə "xxxx" QSC-yə təklif etdikdən sonra 15 mart 2021-ci il tarixində qeyd edilən mənzil "xxxx" QSC-nin adına rəsmiləşdirilmişdir. Mənzil rəsmiləşdirildikdən sonra borc balansdan sıfırlanmış və Cavabdeh 20 sentyabr 2023-cü il tarixinə "xxxx" QSC-yə heç bir öhdəliyi qalmamışdır. Bundan sonra mənzil "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə alıcı X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ilə X1. Lakin mənzil xx.xx.2023-cü il tarixdə X2 da, 2023-cü ilin sentyabr ayına kimi cavabdehin istifadəsində qalmış və cavabdeh mənzildə yaşamışdır. Belə ki, həmin müqavilənin sonunda Nümayəndə2 evi xx.xx.2023-cü ildə təhvil verdiyi qeyd edilmişdir. Məhkəmə iclasında Nümayəndə2 həmin qeydin onun tərəfindən edilmədiyini və imzanın ona məxsus olmadığını qeyd etsə də, məhkəmə iclasında izahatında, həmçinin məhkəməyə təqdim etdiyi ərizədə cavabdehin nümayəndəsi 2023-cü ilin sentyabr ayınadək həmin mənzildə yaşadıqlarını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi adı çəkilən qərarında kommunal xidmətlərə görə haqqın yazılı müqavilə əsasənda ödəməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi daha sonra qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında isə göstərmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir... Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. İşin faktiki hallarından görünür ki, cavabdeh çoxmənzilli binanın saxlanması xərcləri ilə bağlı İddiaçı MMMC ilə yazılı müqavilə bağlamasa da, faktiki olaraq xx.xx.2021-ci ildən 2023-cü ilin sentyabr ayınadək ünvan 5 ünvanında yaşamaqla İddiaçı MMMC-nin göstərdiyi kommunal xidmətlərdən istifadə etmişdir. Belə ki, cavabdeh iddiaçının təmin etdiyi kommunal xidmətlərdən istifadə etməklə, bu xidmətdən imtina etməmiş, həmçinin göstərilən xidmətlərin əvəzsiz olmadığını bildiyi halda ödənişlərlə bağlı narazılıq olduğu təqdirdə, bununla bağlı iddiaçıya müraciət etməmiş, iddiaçının göstərdiyi kommunal xidmətlərdən yararlanmışdır. Hansı ki, bu hallar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli Qərarı ilə gəldiyi hüquqi mövqe ilə uyğunluq təşkil etdir. Məhkəmə həmçinin, hesab edir ki, cavabdeh ilə MMMC-nin yazılı müqavilə bağlamaması və ya yaşayış sahəsinin rəsmi olaraq xx.xx.2021-ci ildən "xxxx" QSC BOKTun adına rəsmiləşdirilməsi çoxmənzilli binanın saxlanması xərclərini ödəmək vəzifəsindən azad etmir. Belə ki, cavabdehin 2023-cü ilin sentyabr ayınadək mənzildə yaşaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehdən xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək kommunal xidmətlərin göstərilməsinə görə yaranmış borc sadə riyazi üsulla, mənzilin hər kvadrat metr üçün 0,50 manat olmaqla hesablanmalı (178,40 kv.m x 0,5 AZN x 27 ay=2408,4) və cəmi 2408,4 manat iddiaçının xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2408,4 manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 45 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2408,4 manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-245/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-245/2024
17.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver