Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2467/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının, məcburi işburaxmaya görə əmək haqqının bir faizi həcmində kompensasiyanın ödənilməsi”) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə, Cavabdehin nümayəndəsi (təsisçisi) Nezir Turanın, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının, məcburi işburaxmaya görə əmək haqqının bir faizi həcmində kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının, məcburi işburaxmaya görə əmək haqqının bir faizi həcmində kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilən əmək müqaviləsinin xitamına dair əmrin ləğv edilməsi, onun Cavabdeh MMC-də direktor müavini kimi işə bərpa edilməsi, ödənilməmiş əmək haqlarının və məcburi iş buraxdığı hər gün üçün iddiaçının əmək haqqısının 1%-i həcmində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 29 oktyabr 2021-ci il tarixində Cavabdeh MMC-də direktor müavini vəzifəsi üzrə işə qəbul edilib. Onun üçün əmək haqqı ilk əvvəl, yəni 2022-ci ilin mart ayından iyun ayınadək 800 AZN, həmin ilin iyul ayından 2023-cü ilin fevral ayınadək 1400 AZN məbləğində hesablanıb. Qeyd edir ki, onun öz əmək haqqı kartı cavabdeh şirkətin investoru olan Nezir Turan adlı şəxsdə olmuş aralarındakı razılığa görə bir illik fəaliyyət dövrünün sonunda ümumi əmək haqqının cəmi və şirkətin fəaliyyəti nəticəsində əldə ediləcək xalis mənfəətdən 20% pay verilməli idi. Lakin təəssüflər olsun ki, bir illik fəaliyyət dövrünün sonunda cavabdeh şirkətin faktiki rəhbəri Nezir Turan yaratmış olduğu süni mübahisələr nəticəsində yığılmış əmək haqlarını ödəməyi yubadıb. Belə ki, bir müddət öncə onun tərəfindən “mygov.az” elektron sistemə daxil olunan zaman məlum olub ki, Cavabdeh MMC ilə bağlamış olduğu xx.xx.2021-ci il tarixli, xxxxxxx000204 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2023-cü il tarixində xitam verilib. Halbuki, nə əmək müqaviləsinə xitam verilən zaman, nə də xitam verildikdən sonra cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməyib və ya hər hansı bir əmr təqdim edilməyib. Normalda qanunvericiliyin tələblərinə əsasən işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsi ilə xitam verilən zaman əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi işəgötürən tərəfindən əsaslandırılmalı və bu əsaslandırılmış əmr ilə rəsmiləşdirilməlidir. Həmçinin, son haqq-hesab sonuncu iş günü əmək müqaviləsinə xitam verilən şəxsə ödənilməlidir. Lakin cavabdeh tərəfindən əsaslandırılmış əmr və ya son haqq-hesab bir tərəfə dursun, heç bu barədə ona məlumat belə verilməyib. O, elektron sistemə daxil olana qədər işdən çıxarılmağı ilə bağlı heç bir məlumatı olmayıb. Həmçinin, onun işdən çıxarılmasının üzərindən kifayət qədər vaxt keçsə də, əmək kitabçası hələ də ona geri qaytarılmayıb. O, işdən çıxarılması barədə məlumatı oluqdan dərhal sonra Cavabdeh MMC-ilə əlaqə saxlayaraq əmək müqaviləsinin xitamına dair əmrin və digər müvafiq sənədlərin qısa müddət ərzində təqdim edilməsini xahiş edib. Lakin MMC-dən heç bir geri dönüş əldə olunmayıb. Bu səbəblə də mediasiyaya müraciət edilib və mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışılıb. Qeyd edir ki, cavabdehin heç bir əsaslandırılmış əmri olmadan, yalnız ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə istinad etməklə onun əmək müqaviləsinə xitam verməsi tamamilə qanunsuzdur. Əgər işəgötürən əmək müqaviləsinin ləğvi zamanı 70-ci maddənin "ç" bəndinə istinad edirsə, konkret pozuntuları dəqiq göstərməli və bu halları sübutlarla əsaslandırmalıdırlar. Ümumiyyətlə, əmək müqaviləsinin 70-ci maddənin "ç" bəndi ilə ləğv edilməsi onun gələcəkdə bir sıra problemlərlə üzləşməsinə səbəb ola bilər. Buna görə də, heç bir əsaslı səbəb olmadan xitam əsası kimi bu bəndin qeyd olunması heç də düzgün deyil. Necə olur ki, onun tərəfindən həmin bəndə göstərilən hərəkətlərə yol verilib və işəgötürən, yəni cavabdeh bu barədə heç bir akt, əmr və s. tərtib etmədən birbaşa elektron sistemdə əmək müqaviləsinə xitam verir. Bütün bunların hamısı onun əmək hüquqlarının kobud şəkilə pozulmasına gətirib çıxarır. Qeyd edilən normanın tələblərinə uyğun olaraq tərəflərindən mediasiya sessiyasında iştirak üçün ərizə ünvanlanıb. Bakı 16 X4 tərəfindən MŞB/16/2025-00602 saylı, xx.xx.2025-ci il tarixli X2 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilib. Mediasiya prosesi nəticə vermədiyindən tərəflərindən məhkəməyə müraciət edilib.
Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizəsi:
3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəkəməyə müraicət edərək qeyd etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Belə ki, AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsaən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əks halda hüquqların məhkəmədə müdafiəsi mümkünsüz hala gəlir. AR əmək qanunvericiliyinin tələbinə görə hazırkı iş üzrə iddia müddəti keçmişdir. Yuxarıda qeyd olunanlara əsasən və AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən iş üzrə yekun məhkəmə aktı qəbul edilən zaman iddia müddətini tətbiq edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddiaçının ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehin nümayəndəsi (direktor) dörd sənədi bir zərfin içərisinə yerləşdirərək göndərdiyini bildirir. Akt, xidməti yazı, əmrləri, yəni dörd sənədi zərfin içərisinə qoyanda çəki məsələsi var. Dörd kağızı bir zərfin içərisinə qoyanda çəkisi 0.015 qram vermir. Zərfin özünün də çəkisi var. Zərflə birlikdə çəkilib. Sadəcə zərfin içərisində bir kağız olsa, çəkisi 0.015 qram verə bilər. Dörd kağızı bir zərfin içərisinə qoyanda çəkisi 0.020-0.030 qram verməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlər o vaxt tərtib edilmiş sənədlər deyil. Elektron kabinet vasitəsi ilə göndərdikləri sənəddə möhür, imza yox idi. Əmrə möhür də səhvən iki dəfə vurulub. Hesab edir ki, zərfin içərisində dörd ədəd kağız olmayıb. Kim poçtla nə göndərir göndərsin, rüsum, banderol və məktub yazılır. Bu üç kateqoriyadır, şablon sözlərdir. Zərfin içində nə qədər vərəq sayı artırsa, ona görə rüsum alınır. 90 qəpik ayrı, 7 qəpik isə zərfin çəkisinin rüsumudur. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlər heç biri məhkəmə hazırlıq iclasında təqdim olunmayıb, baxış iclasında təqdim edilə bilməz. İmza nümunəsini mübahisələndirdiyi sənədin iddiaçıya göndərilməsi ilə bağlı qəbzi cavabdeh məhkəmə baxış iclasında təqdim etsə, məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etməyəcəyini bildirib, digər sənədlər isə məhkəmə baxış iclasında təqdim edilə bilməz. Şahid1 onların ofisinə dəvət ediblər, o da ofislərinə yaxınlaşıb. O, şirkətin 25%-nin iddiaçıya verilməsi barədə yazısında qeyd edib. Cavabdeh tərəfin təqdim etdiyi səs yazısında 17 iyul 2023-cü ildə iddiaçı işdən çıxdığını bildirir. Amma iddiaçı həmin dövrdə deyil, 20 sentyabr 2023-cü ildə işdən çıxarılıb. Şəxsin işdən çıxıb-çıxmadığını deməyinin heç bir əhəmiyyəti yoxdur. Rəsmi şəkildə məlumat verilməlidir. İddiaçı orada faktiki olaraq işindən kənarlaşdırıldığını göstərib.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi kio, sənədləri iddiaçıya göndərib. Akt, xidməti yazı, əmrləri, dörd sənədi bir zərfin içərisinə qoyaraq göndərib. İddiaçı son haqq-hesab ödənilməyib. Çünki həmin vaxt iddiaçı ortalıqda yox idi. Həm də İddiaçı məsul olduğu pul var idi, 65000 manat kəsr var idi, ona görə də ona son haqq-hesab ödənilməyib. Ümumiyyətlə son haqq-hesabın hansı qaydada ödənildiyindən məlumatı yoxdur. İddiaçıya müəyyən müddət zəng edib, zəngi açmırdı, iddiaçı ilə görüşmək olmurdu. Onlar 2022-ci ilin dekabr ayının 26-sı və ya 28-də anbarda haqqhesab ediblər, o, iddiaçı, iddiaçının bacısı oğlu orada idilər. Ondan sonra 2023-cü il başladı, iddiaçı yeni ildən iş olaraq işə gəlməyib, sadəcə buradan keçəndə elə-belə şirkətə gəlirdi. İddiaçı anbara gəlib, orada çox şey haqqında danışıblar, lakin işdənçıxma söhbəti olmayıb. Çünki orada kəsr, mənimsənilmə, pul söhbəti olub. 2023-cü ilin sentyabr ayında iddiaçı rəsmi qaydada işdən çıxarıldıqdan sonra o, iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlayıb, ona artıq işdən çıxarıldığını bildirib. İddiaçı rəsmi qaydada işdən çıxarıldıqdan sonra ona həm rəsmi qaydada məktub göndəriblər. İddiaçıya məktub Qıvraq qəsəbəsinə göndərilib. İddiaçıdan hansı ünvandan məktub gəlibsə, həmin ünvana da göndəriblər. İddiaçı həmin məktubda ünvan olaraq Qıvraq qəsəbəsini yazıb. İddiaçıdan bir deyil, bir neçə məktub gəlib. İddiaçı sentyabr ayında rəsmi qaydada işdən çıxarıldıqdan sonra ona həm rəsmi qaydada məktub göndəriblər. Onlar həmin ərəfədə onu tapa bilməyib. Daha sonra 2024-cü ildə iddiaçı gələrək Nezir Turanla görüşüb. Onda iddiaçı hansı səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığını soruşub.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (təsisçisi) Nezir Turan iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, dörd sənədin hər biri poçt vasitəsi ilə ayrı-ayrı zərfdə iddiaçıya göndərilib. İddiaçı və əmisioğlu Nəvail Ələkbərov məhkəmənin inzibati binasında Şahid1 qarşısını kəsərək nəyə görə şahid qismində ifadə verdiyinə görə hədələyiblər. Təqdim etdikləri səs yazılarında Ələkbərovlar üçlüyünün onun pulunu necə oğurlayacaqlarını, başına nə iş gətirəcəklərini bildirirlər. Bildiyinə görə iddiaçının əmək kitabçası onlarda olmayıb. 2022-ci ilin ən sonuncu günü anbarda məhsul sayımı edib, hesabı bildirib, ondan sonra 5-10 gün düzəltməyə gəlib, ondan sonra onların yanından qaçıb gedib. İddiaçı 2024-cü ilin ilk günü arvadı, anası ilə birlikdə üzr istəyə-istəyə onların yanlarına gəlib, xahiş-minnət edib, onun pullarını oğurladığını, əmisi oğullarının sözünə uyduğunu, yığıb-gətirəcəyini, nədisə onunla razılaşacağını bildirib. Ondan 1-2 ay sonra pul verib. İddiaçının anası polisdə ifadə verib. O, 2023-cü ilin ikinci ayının ilk həftəsi İddiaçı şikayət edib. O, özü də, Nümayəndə da iddiaçıya işə gəlməməsi barədə məlumat veriblər. İddiaçı 2023-cü ilin ilk ayında 10-20 gün işə gəlib-gedib. İddiaçı onlara işdən ayrıldığını, əmisi oğlu ilə şirkət qurduğunu, orada işləyəcəyini bildirib. O, iddiaçıya başqa işə getməməsini, onun pulunu oğurladığını bildirib, pulları qaytarmasını tələb edib və ondan sonra haraya istəsə gedə biləcəyini bildirib. Onun şirkətdə hüquqi olaraq heç bir şeyi yox idi. Amma hər kəs bilirdi ki, o, şirkətə pulu qoyub. O vaxt şirkəti öz adına rəsmiləşdirməməyinin səbəbi onun Azərbaycan Respublikasında yaşayış icazəsi almamığı idi. Ona görə də, şirkəti Şahid1 adına rəsmiləşdirib. Şahid1 şirkətin onun olduğunu etiraf edir. O, iddiaçının əmək kitabçasının, bildirişin polisdə olduğunu deməyib. İddiaçı özü də, anası da polisdə etiraf ediblər. İddiaçı yeni ildən sonra demək olar ki, onların şirkətinə gəlmirdi, əmisi oğlu ilə ondan oğurladığı pullarla qurduqları şirkətə gedib. O, bunu dəfələrlə arvadı və anasının şahidliyi ilə etiraf edib. Onlar iddiaçıya bir neçə dəfə bildiriblər, o cavab vermədi, onun barəsində cinayət işi açılıb, aydın olub ki, iddiaçı cinayətkardır, cinayətkar kimi də işdən çıxardıblar. İddiaçının barəsində cinayət işi 2023-cü ilin yay aylarında açılıb. İddiaçının əmək haqqı kartı onda olmayıb. Onlar iddiaçını işdən çıxaran vaxt tapa bilmirdilər. Əmisi oğlu Nəvai Ələkbərov da iddiaçını 2 ay axtarırdı, tapa bilmirdi. İddiaçı ona “mənim əmioğlularım başıma iş açacaqlar, mən əmioğlularımdan gizlənirəm” deyə etiraf edib. 2024-cü ilin ilk ayının 10 günündə əlində pul yanına gəlib və ona “Nəzir məni bağışla, əmioğlularım məni başdan çıxardı, sənə zülm etdik, pulunu oğurladıq, pulu əmimoğluna verdim, şirkət açdıq, əmimoğlu mənim çənəmi vurdu” deyə bildirib, oğurladığı pullardan 30000-40000 manatı verdiyini bildirb. Hər şeyin arxasında iddiaçının əmisi oğlu Nəvail Ələkbərov dayanır, ona görə də, bütün proseslərdə iddiaçı deyil, əmisi oğlu Nəvail Ələkbərov iştirak edir. O, iddiaçını 2024-cü ilin ilk günlərində görüb, iddiaçı 30000-40000 manat gətirib verib, onunla son haqq-hesab edib halallaşacağını bildirib. Daha sonra iddiaçı yoxa çıxıb. O, iddiaçıya son haqq-hesabın hansı şəkildə ödənildiyini bilmir. İddiaçıya əmək haqqı verilib.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı işdən çıxarılmasından məlumatlı olub. İddiaçı 26 fevral 2024-cü ildə protokolda bildirir ki, 2 aydır işsizdir. Nəvai adlı şəxs də bildirir ki, iddiaçı onun yanına gələrək 2 ay işsiz olduğunu, işdən çıxdığını bildirib. 13 avqust 2024-cü ildə müstəntiq iddiaçıdan ifadə alanda anket məlumatlarını dəqiqləşdirən zaman orada işsiz kimi qeyd olunub. Müstəntiq iddiaçıdan ifadə alarkən Cavabdehndə hansı vəzifədə hansı dövrlərdə işlədiyini soruşub. İddiaçı cavabında Cavabdehndə 2020-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayının sonuna kimi direktor müavini vəzifəsində işlədiyini bildirib. İddiaçının işdən çıxarılması barədə əmr 20 sentyabr 2023-cü ildə tərtib edilib. 12 sentyabr 2023-cü ildə iddiaçı özünü işləyən kimi təqdim edib, iş yerini isə Cavabdehndə direktor müavini olduğunu qeyd edib. Amma 26 yanvar 2024-cü ildə artıq o işləmədiyini bildirib. Buradan da məlum olur ki, iddiaçının işdən çıxarılmasından tam məlumatlı olub. Anası Bəsti adlı qadın oğullarının arasında olan münasibətdən danışıb. Anası da bildirib ki, iddiaçı işdən ayrılandan sonra gətirdiyi digər oğlunu sürücü vəzifəsinə işlədib. 23 avqust və 14 sentyabr 2023-cü ildə iddiaçının Nezir Turanla olan üzləşmədə “pozuntular aşkar olduqdan 2 ay sonra işlədik, ondan sonra işləmədik” kimi ifadələr var. Eyni zamanda iddiaçının direktorla səs yazıları, yazışmaları da var. İddiaçı səs yazılarında artıq oradan çıxdığını bildirib. Polisdə olan materiallardan görünür ki, həmin ifadələr mövcuddur. İddiaçı işdən çıxarılmasından xəbərdar olub. Ona görə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülüb. Təqdim etdikləri qəbz cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin göndərilməsini təsdiq edən sənəddir. Eyni zamanda iddiaçı ilə X1 üzləşməsi olub, həmin üzləşmədə iddiaçı “mən sənin yanında sürücü işləsəydim, niyə Nəzirin yanından ayrılırdım” ifadə verib. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmri iddiaçıya göndərib.
Şahid ifadələri:
8. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, iddiaçını tanıyır, iddiaçı Cavabdehndə direktor müavini olaraq çalışırdı. O, Cəmiyyətin mühasibatlıq işlərini aparıb. İddiaçı ilə şirkətin gedişatı, şirkətdə yaranan ümumi vəziyyət barədə danışıqları olub, görüşüb, söhbət ediblər. İddiaçının işdən çıxarılması barədə məlumatı var, o, sənədləşməni aparıb. İddiaçıya işdən çıxarılması barədə direktor Nümayəndə vasitəsi ilə məlumat verib. Onların təxminən 2023-cü ilin aprel ayında məlumatları olub. 2023-cü ilin aprel ayından başlayaraq bildirilib ki, oğurluq halı yaşanıb. Həm şirkətdə aparılan audit tərəfindən yoxlamalar nəticəsində, həm də təsisçi və direktor Nümayəndə tərəfindən ona oğurluq halının olduğu bildirilib. O da oğurluq hadisəsi vasitəsi ilə aktlaşdırıb, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “e” bəndinə istinad edərək iddiaçını işdən çıxarıblar. O, Auditorlar Palatasının üzvüdür. O, 2022-ci ildən Cavabdehnə xidmət göstərib. İddiaçının boyu maksimum 160-170 sm olardı. O, 2022-ci ildə yay aylarında Xırdalan şəhərində yerləşən restoranda iddiaçı ilə birlikdə oturub, şirkətin ümumi vəziyyəti barədə danışıblar. Şirkət tərəfindən ona oğurluq hadisəsinin olması ilə bağlı məlumat verilib. Audit Misir adlı şəxsi görüb. O, həqiqətən də bu halın olduğunu təsdiq edib. 65000 manat kəsir yaranıb. Sənədlərlə də tanış olub. Nümayəndə, Nezir Turan tərəfindən də ona məlumat verilib. Eyni zamanda İddiaçı polisdə oğurluq etməsi barədə izahat verib. Bunu ona Nümayəndə və Nezir Turan bildirib. İddiaçının işdən çıxarılmasının rəsmiləşdirməsində iştirak edib. Oğurluq faktını aktlaşdırıblar. Həmin aktda Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərinin pozulması, eyni zamanda şirkətin mənafeyinə zərər vurulması qeyd olunub. Ona görə də, 20 sentyabr 2023-cü il tarixdə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edib 72-ci maddəsinin “e” bəndinə əsasən işdən çıxarıblar. Ümumi olaraq aprel ayından ona oğurluq faktı barədə məlumat verilib. Sentyabr ayında da aktlaşdırılaraq, iddiaçı işdən çıxarılıb. Aprel ayından sentyabr ayına qədər araşdırma aparılırdı, ona görə də, iddiaçı sentyabr ayında işdən çıxarılıb. İddiaçının işdən çıxarılmasının əsası oğurluq etməsi və işə gəlməməsidir. Yəni, iddiaçıya zəng edilərək əlaqə saxlanılıb. O, iddiaçıya zəng etməyib. Bu barədə ona Nümayəndə tərəfindən bildirilib. Akt 20 sentyabr 2023-cü ildə tərtib edilib. X8 metrostansiyasının yaxınlığında onun ofisində, başçılığı altında tərtib olunub. O, aktı hazırlayıb. Akt Nümayəndə təqdim olunub, Nümayəndə da onu imzalayıb, möhür vurub, sənədləşdirib, 20 sentyabr 2023-cü il tarixdə Nümayəndə vasitəsi ilə iddiaçıya göndərilib. İddiaçını həmin akt əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edib 72-ci maddəsinin “e” bəndinə əsasən işdən çıxarıblar. Aktlaşdırmada iştirak etmək üçün iddiaçıya Nümayəndə vasitəsi ilə zəng olunub. Nümayəndə onun yanında iddiaçıya zəng etməyib. Akt hazırlanıb, onların “WhatsApp” qrupları var, “WhatsApp” vasitəsi ilə WORD və ya PDF variantında Nümayəndə göndərilib. O, həmin akta imza çəkməyib. İddiaçı ilə bağlı başqa akta imza çəkib. O, Nümayəndə və xatırlamadığı şəxslərin iştirakı ilə olan digər akta imza çəkib.
9. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, iddiaçı ilə Cavabdehndə birlikdə işləyib. Hansı dövrdə iddiaçı ilə birlikdə işlədiyini xatırlamır. Çünki həmin vaxtdan artıq 4-5 il keçib. O, Cavabdeh yaradıb, təsisçisi və direktoru olub. Həmin illər ərzində iddiaçı da onunla birlikdə çalışıb. Sonra o, işi ilə əlaqədar işinə qayıdıb. "xxxx" MMC-nin direktoru Nümayəndə olub. Bir müddət o, "xxxx" MMC-nin təsisçisi kimi qalıb, sonra təsisçiliyi verərək, uzaqlaşıb. İddiaçının işdən uzaqlaşdırılması ilə bağlı onu deyə bilər ki, bir gün Nümayəndə zəng edərək, bildirib ki, o, gedəndən sonra İddiaçı işə gəlmir, telefonlara cavab vermir, bildiriş göndərib, işə çağırıblar, onlar da iddiaçının işə gəlməməyi ilə bağlı akt tərtib ediblər, təsisçi kimi iştirak edib. O da akta imza çəkib gedib. Əvvəlki məhkəmə iclasında iddiaçını məhkəmənin inzibati binasında görüb. Bunun məsələyə nə aidiyyəti olduğunu başa düşmür. İddiaçı ona heç nə deməyib, salamlaşıblar. İddiaçı barəsində cinayət işi açıldığından məlumatlıdır, ortada pul çatışmır, dəqiq məbləği bilmir. Cavabdehndən uzaqlaşmağının dəqiq tarixini bilmir, şəxsi VÖEN hesabından çıxararaq, məlumat verə bilər. Onlar fiziki şəxs kimi fəaliyyət göstərirdilər, iddiaçı gəlib, sonra müəssisə yaranıb. Onlar oraya gələndə müəssisəni İddiaçıla birlikdə yaradıblar. İddiaçıla nə qədər müddətdə birlikdə işləməyini xatırlamır. O, yazısında şirkətin 25%-nin iddiaçıya verilməsini qeyd etməyib. Şirkət nə ona, nə də iddiaçıya məxsusdur. Söhbət şirkətin qazancının 25%-dən gedir. Şirkətin 25%-i heç kimə məxsus olmayıb. Sonra o, İddiaçıla danışanda ona 25 faiz verildiyini bildirib. O, təxminən 2-3 il əvvəl iddiaçı ilə bağlı akta imza çəkib. Ona bildirilib ki, iddiaçı işə gəlmir, işdən yayınır, onunla bağlı akt tərtib ediblər, o da akta imza çəkib. Həmin vaxt iddiaçının barəsində gəzən söz-söhbətlərə görə iddiaçının telefonuna 50 dəfə zəng edib, iddiaçı zənglərinə cavab verməyib. Onda iddiaçının 2-3 ədəd nömrəsi var. O, akta imza çəkərkən direktorluqdan çıxmışdır. O, tək təsisçi olduğuna, vahid pay ona məxsus olduğuna görə akta təsisçi kimi imza çəkib. Aktın kiməsə göndərilməsi ilə bağlı məlumatı yoxdur. İddiaçının işdən çıxmasının rəsmiləşdirilməsi, iddiaçıya məlumat verilməsi ilə bağlı məlumatı yoxdur.
İş materialları:
10. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviəsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci ildə “TURAN AZƏR-TÜRK" MMCdə direktor müavini kimi işə başlayıb. Aylıq əmək haqqı məbləği 1440 manat təşkil edir.
11. “TURAN AZƏR-TÜRK" MMC-nin xx.xx.2023-cü il tarixli 01/23T saylı əmrdən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən 01 fevral 2023-cü il tarixindən 30 aprel 2023-cü il tarixinədək öz hesabına ödənişsiz məzuniyyət verilmişdir. İşçı xx.xx.2023-cü il tarixdən işə başlamalıdır.
12. “Əmək müqaviəsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli 03/23T saylı əmrdən görünür ki, “TURAN AZƏR-TÜRK" bölməsində "Direktor müavini" vəzifəsində işləyən İddiaçı Səyyub oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
13. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikaıs ƏMək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir.
14. Azərbaycan Respublilasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Tətqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-5/2-14234/2025 saylı məktubundan görünür ki, Türkiyə Respublikası vətəndaşı Turan Nezirin pulunun ələ keçirilməsi faktına görə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılmış cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin edilmədiyindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hazırda Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaq davam etdirilir.
15. Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, o, icraatında Türkiyə Respublikasının vətəndaşı X3 “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı"nda 09 yanvar 2023-cü il tarixdə 1/227 sayla qeydə alınmış ərizəsi əsasında toplanan materialı nəzərdən keçirib, həmin ərizə əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraatıma qəbul edilməklə ibtidai istintaqı aparılmasını qərara almışdır.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-594/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə və təqdimat təmin edilməmişdir.
17. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Əliyev.Ə, direktoru Əhmədov Rafail, mühasib Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1 saylı aktdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “direktor müavini” vəzifəsində çalışan İddiaçı 01 iyul 2023-cü il tarixindən bu aktın tərtib edildiyi 16 avqust 2023-cü il tarixinədək olan müddət ərzində, yəni bütün iş günləri ərzində, heç bir üzürlü səbəb olmadan və əvvəlcədən xəbərdarlıq etmədən iş yerinə gəlməmiş, əmək funksiyalarını icra etməmiş, habelə işə gəlməməsinin səbəbləri barədə hər hansı yazılı və ya şifahi məlumat təqdim etməmişdir.
18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Əliyev.Ə, direktoru Əhmədov Rafail, mühasib Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3 saylı aktdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “direktor müavini” vəzifəsində çalışan İddiaçı 01 iyul 2023-cü il tarixindən bu aktın tərtib edildiyi 19 sentyabr 2023-cü il tarixinədək olan müddət ərzində, yəni bütün iş günləri ərzində, heç bir üzürlü səbəb olmadan və əvvəlcədən xəbərdarlıq etmədən iş yerinə gəlməmiş, əmək funksiyalarını icra etməmiş, habelə işə gəlməməsinin səbəbləri barədə hər hansı yazılı və ya şifahi məlumat təqdim etməmişdir.
19. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 03/23 saylı məktubun surətindən görünür ki, "xxxx" MMC tərəfindən şirkətdə aparılmış audit yoxlamasının nəticələrinə əsasən onun MMC-də işləyərkən satılmış mallara görə müştəriləndən aldığı 99344 manat pulun şirkətin xəzinəsinə mədaxil edmədiyi və müştərilə satdığı mallar üzrə 400000 manat vaxtı ötmüş debitor borcunun yarandığı məlum olmuşdur. Bununla bağlı, şirkətin şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı o, göstərilən halları təsdiq edib və şirkətə məxsus pul vəsaitlərini qısa müddətdə şirkətə ödəməyi öhdəsinə götürüb. Lakin indiyədək şirkətə vurduğu külli miqdarda ziyanı ödəməmişdir. Eyni zamanda xx.xx.2023-cü ildən işə gəlmir, əmk funksiyalarını yerinə yetirmir. Yuxarıdakılara əsasən, 2 gün ərzində göstərilən hallarla əlaqədar izahat verilməsi xahiş edilmişdir.
20. İddiaçı tərəfindən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 03/23 saylı bildirişinə dair ünvanlanmış cavab məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən mənə xx.xx.2023-cü il tarixli, 03/23 nömrəli bildiriş ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli, 03/23 nömrəli bildirişdə əks olunmuş heç bir bir hal həqiqəti əks etdirməməkdədir. Belə ki, onun tərəfimdən Cavabdehnə məxsus hər hansı bir pul vəasitinin mənimsənilməsindən söz belə gedə bilməz. Həmçinin həmin bildirişdə qeyd edilib ki, o, sözügedən pul vəsaitlərinin götürülməsini etiraf edib, halbuki, heç bir zaman və heç bir yerdə bu barədə etiraf mahiyyətli hər hansı bir fikir bildirməyib. Qeyd edir ki, sözügedən məsələ ilə bağlı audit yoxlaması həyata keçirilərkən etirafla bağlı məsələ açılıb, lakin həmin halın da yalan olduğu ortaya çıxıb. Tərəfindən auditora izahat verilib ki, həmin izahatla da tanış ola bilərlər. İzahatda etiraf mahiyyətli hər hansı halla qarşılaşarlarsa, məhz o zaman onu vurğulaya bilərlər. Lakin olmayan bir halın etirafı da olmaz. Əlavə olaraq qeyd edilməlidir ki, həyata keçirlən audit yoxlaması belə polis tərəfindən təyin olunduğu üçün (bu barədə halı auditor dilə gətirmişdir) həmin audit yoxlamasının bitərəf olması belə şübhəli haldır. Auditor proseslər başlayan andan onların tərəfindən mövqe nümayiş etdirdiyi üçün həmin audit rəyinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Qeyd etmiş olduğu bütün bu hallara münasibətdə isə tam əksinə, onlar tərəfindən ona ödənilməli olan əmək haqqı məbləğləri mövcuddur. Bu səbəbdən, ona ödənilməli olan əmək haqqı ödənişlərini tam şəkildə həyata keçirilməsi xahiş olunmuşdur.
21. “TURAN AZƏR-TÜRK" MMC-nin direktor Nümayəndə tərəfindən tərtib edilmiş “İşçının iş vaxtnında işdə olmaması” barədə Xidməti yazıdan görünür ki, nəzarət etdiyi şirkətin direktor müavini vəzifəsində işliyən İddiaçı xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 72 e: əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) iş yerində olmamışdır, işçi işə gəlməməsi barədə heç bir xəbərdarlıq etməmiş, üzrlü səbəb gətirməmişdir. Mütəmadi işçi və qohumları ilə mobil və ev telefonu ilə əlaqə yaratmaq cəhdləri uğursuzluqla nəticələnmişdir.
22. “TURAN AZƏR-TÜRK" MMC-nin direktor Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “İşçının üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı” aktdan görünür ki, həqiqətən yuxarıda qeyd olunan tarixdə, cəmiyyətdə Direktor müavini vəzifəsində çalışan əməkdaşı İddiaçı Əmək Məcələssinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 72 e: əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməmişdir.
23. İddiaçı Seyyub oğlu tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktub və qaimədən görünür ki, o, əmək hüquqlarının bərpa edilməsini və müvafiq sənədlərin rəsmi qaydada 1 iş günü ərzindən ona təqdim edilməsini xahiş edib. ZƏrf xx.xx.2025-ci ildə göndərilib, “qapı bağlıdır” əsası ilə çatdırılmayıb.
24. “Mediasiya Şurası” Bakı 16 X4nın xx.xx.2025-ci il tarixli MŞB/16/2025-00602 nömrəli “X2 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, iddiaçı və cavabdehin təsisçisi Tiran Nesir ilkin mediasiya sessiyasında iştirak etmişlər, mediasiya prosessinin davam etdirməyə razılıq verilməmişdir, İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödənilmişdir.
25. Məhkəməyə cavabdehin nümayəndəsi və vəkili tərəfindən 1 ədəd disk təqdim edilmişdir.
İşin faktiki halları:
26. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı Seyyub oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsi”nə əsasən İddiaçı Seyyub oğlu direktor müavini vəzifəsinə qəbul edilmişdir. Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışan işçisi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
10.10. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3.5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsininn 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 172-ci maddəsinin:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 296-cı maddəsinin:
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia təmin edilməməlidir.
31. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı Seyyub oğlu arasında bağlanmış xx.xx.2021-ci nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı Seyyub oğlu direktor müavini vəzifəsinə qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
32. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehlə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və iddiaçı Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsaən fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli idi. Bu səbəbdən də müddət tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir.
33. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci, 3-cü və 4-cü hissələrinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
34. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
37. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
38. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
39. Belə ki, cavabdeh tərəf mübahisələndirlən əmrin və əmək kitabçasının xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərildiyini qeyd etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzə əsasən xx.xx.2023-cü ildə iddiaçıya çatdırılması üçün bir ədəd zərf ünvanlanmış, Sumqayıt Regional Poçt Filialı tərəfindən məhkəməyə təqdim edilmiş məlumata əsasən həmin zərf xx.xx.2023-cü ildə təyinatı üzrə çatdırılmışdır.
40. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, cavabdeh cəmiyyəti təsisçisi Nezir Turan xx.xx.2023-cü ildə iddiaçının barəsində Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmiş, xx.xx.2023-cü ildə həmin ərizə əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İstintaq zamanı iddiaçı xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutumuş, xx.xx.2023-cü ildə İddiaçı barəsindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə və təqdimat təmin edilməmişdir. İddiaçı istintaq zamanı 2023-cü ildə verdiyi izahatlarda Cavabdeh MMC-nin direktor müavini vəzifəsində işlədiyini qeyd etmiş, 2024-cü ildə verdiyi izahatlarında (xx.xx.2024-cü il tarixli təqsirləndirlən şəxsin əlavə dindirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol) isə işləmədiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli Üzlədirmə haqqında protokolda “Mən sənin yanında sürücü işləsəydim, niyə Nəzirin yanında ayrılırdım”, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokola əsasən “mən 2021-ci ilin təxminən oktyabr ayından 2022-ci ilin dekbar ayının sonunadək Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışmışam” məzmununda izahat vermişdir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
42. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyindən məlumatlı idi və o, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, həmin müddətə əməl etməmişdir. Bununla yanaşı mübahisələndirlən əmr xx.xx.2023-cü ildən qəbul edilib, bundan sonra iddiaçı işə ümumiyyətlə getməmiş, əmək funskiyalarını icra etməmişdir. İddiaçı işdən azad edildiyi bilmədiyini qeyd etsə də, bütün bu müddət ərzində işə gəlməməsi səbəbləri aydın deyil.
43. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi haqqlı olaraq “xx.xx.2023-cü il tarixi 03/23T №-li əmrin ləğv edilməsi” hissəsində təmin edilməməlidir.
44. Məhkəmə iclasında şahid kimi dindirilən şəxslər mübahisələndirilən əmrin qəbul edilməsi üçün əsas olmuş aktların tərtibində iştirak etmişlər, onlar iddiaçı barəsində araşdırılma aparıldığı, onun işə gəlməməsi və s. hallar barədə məlumat vermişlər. Mübahisələndirlən hissədə iddia tələbi “iddia müddəti tətbiq edilməklə” təmin edilmədiyindən, məhkəmə şahid ifadələrinə qiymət verilməsini zəruri hesab etmir.
45. Həmçinin, “iddiaçının işə bərpa edilməyi, məcburi iş buraxdığı hər gün üçün əmək haqqının 1 faizi həcmində kompensasiyanın ödənilməsi” tələbi, ilkin tələbdən törəmə tələb olduğundan və ilkin hissədə iddia təmin edilmədiyindən digər hissələrdə də təmin edilməməlidir.
46. Məhkəmə iddia tələbinin “ödənilməmiş əmək haqlarının cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı məcburi iş buraxdığı hər gün üçün əmək haqqı tələbi irəli sürməmişdir. Belə ki iddiaçı iddia ərizəsində 29 oktyabr 2021ci il tarixində Cavabdeh MMC-də direktor müavini vəzifəsi üzrə işə qəbul edildiyini, əmək haqqı ilk əvvəl, yəni 2022-ci ilin mart ayından iyun ayınadək 800 AZN, həmin ilin iyul ayından 2023-cü ilin fevral ayınadək 1400 AZN məbləğində hesablandığını, əmək haqqı katının cavabdeh cəmiyyətin təsisçisi Nezir Turanda olduğunu, aralarında olan razılığa əsasən ümumi əmək haqlarının və cəmiyyətin fəlaiyyəti nəticəsində əldə ediləcək xalis mənfəətdən ona 20 faiz pay veriləcəyi barədə razılığa gəldiklərini qeyd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi işlədiyi müddət ərzində ona əmək haqqı ödənilməməsi ilə bağlıdır.
47. Məhkəmə qeyd edir ki, iddia tələbi göstərilən hissədə natamam tərtib edilmişdir. İddiaçı tələbini qeyri-dəqiq ifadə etməklə, hansı dövlər üçün, hansı miqdarda əmək haqqı ödənilmədiyini qeyd etməmişdir, məhkəmə araşdırması davam edən müddət ərzində də tələbini dəqiqləşdirməmişdir. Qeyd ediləməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının barəsində olan cinayət işinin materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilsə də, iddiaçı ümumiyyətlə 2023-cü ildə əmək funsiyalarını icra etməmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə (təqdirləndirilən şəxsin dindirilməsi haqqında protokol) verdiyi izahatında 2021-ci ilin oktyabr ayından 2022-ci ilin dekabr ayınadək Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışdığını qeyd etmişdir. Məhkəməyə cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilən xx.xx.2023-cü ildən əvvəlki dövrə aid səs yazısında iddiaçı işdə olmadıdığını, işdən çıxdığını qeyd etmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş əmr və aktlara əsasən iddiaçı 2023-cü ildə ödənişsiz məzuniyyətdə olmuş və ya ümumiyyətlə işə gəlməmişdir.
48. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslandırılmamış, iddiaçının əmək haqqı kartının ona təqdim edilməməsi, ona əmək haqqı ödənilməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır.
49. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “ödənilməmiş əmək haqlarının cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində də təmin edilməməlidir.
Məhkəmə xərcləri:
50. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
52. Qeyd olunduğu kimi, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
53. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının, məcburi işburaxmaya görə əmək haqqının bir faizi həcmində kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının, məcburi işburaxmaya görə əmək haqqının bir faizi həcmində kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva