Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2539/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı olan 5958,65 (beş min doqquz yüz əlli səkkiz manat atmış beş qəpik) manat məbləğində pulun, ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumunun və hüquqi yardım üçün ödədiyi 300 (üç yüz iyirmi beş) manat, ümumilikdə 6342 (altı min üç yüz qırx iki manat) AZN cavabdehdən tutularaq İddiaçı MMC “Hospital”a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 avqust 2024-cü il tarixində İddiaçı MMC “Hospital”a müraciət edib. Həmin müqaviləyə əsasən övladı X3 tibbi xidmətlər göstərilib. Tərəflərin qarşılıqlı razılığına və Müqavilənin 3.3-cü maddəsinin tələblərinə görə pasiyentə göstəriləcək xidmətlərə dair hesablanan məbləğ tibbi yardımın göstərilməsindən əvvəl nəğd qaydada və ya köçürmə yolu ilə həyata keçirilməli idi. Qeyd etmək lazımdır ki, imzalanmış “Tibbi Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC “Hospital”ın xəzinədarlığına ödəməli idi. Beləliklə xəstə X3 İddiaçı MMC “Hospital”da tibbi xidmət göstərilmiş tibbi xidmətlərin qarşılığı olaraq hesablanmış 5958,65 (beş min doqquz yüz əlli səkkiz manat atmış beş qəpik) manat borc məbləği tərəflərindən edilən xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödənilməyib. Bundan başqa, X1 son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərilən tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. X2 vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi yardımın qarşılığı olan məbləğin xəstə və xəstə yaxınları tərəfindən vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəbiyyət verir. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-üzə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Nəzərə çatdırılır ki, cavabdehin övladına göstərilmiş tibbi xidmətlər hospitalda mövcud “Qiymət Cədvəli” əsasında qiymətləndirilib və şəffaf şəkildə fakturalarda əks etdirilərək xəstə yaxınlarına təqdim olunub. Xəstə ilə aralarında bağlanan 05 avqust 2024-cü il tarixli “Tibbi Xidmət Müqaviləsi”nin 3-cü maddəsinə əsasən“Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Həmçinin, qeyd olunduğu kimi “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC “Hospital” ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olub. Cavabdeh oğlu X3 göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum edib və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini İddiaçı MMC “Hospital”a ödəməyi öhdələrinə götürüb. Nəzərə alınsa ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, İddiaçı MMC “Hospital” üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirib. Belə ki, İddiaçı MMC “Hospital” tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürüb və həmin öhdəliyi icra edib. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməyib. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdeh İddiaçı MMC “Hospital”qarşısında öhdəlik daşıyaraq, 5958,65 (beş min doqquz yüz əlli səkkiz manat atmış beş qəpik) manat məbləğində pulu ödəməyə borcludur.
İş materialları:
3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Tibbi Baxım və Müalicəyə dair müqavilənin surətindən görünür ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirir, xəstə və/və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə Qiymət Cədvəlinə əsasən fakturada müəyyənləşdirilmiş məbləği ödəyirlər və tərəflər müqavilədə göstərilən məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. X6, xidmətin adı kardio yatış.
4. İddiaçı xx.xx.2024-cü il tarixli xəbərdarlığından görünür ki, cavabdeh, MMC-yə ödənilməmiş 5958,65 manat borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur;
5. İddiaçı xx.xx.2025-ci il tarixi məlumatından (məhkəmə baxışı mərhələsində təqdim edilib) görünür ki, X4 xx.xx.2024-cü il tarixində X8 Hospitalda uşaq reanimasiya şöbəsinə yatışa gəlmişdir və müalicə olunmuşdur. Çıxış zamanı fakturası 21018 AZN borc yaranmışdır. 15034 AZN ödəniş edilib, 5983 AZN borcla xəstəxanaan taburcu olmuşdur.
6. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 83 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraicət edərək qeyd etmişdir ki, iddiaları tam olaraq əsaslıdır və iddianı müdafiə edir. Bundan əlavə, cavabdeh məhkəmə iclasında borcunun olduğunu və iddia ərizəsində tələb olunan məbləği etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim edib. Qeyd olunanları nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Etirafın nətiəcləri ona aydındır.
Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
İşin faktiki halı:
12. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Tibbi Baxım və Müalicəyə dair müqaviləyə əsasən cavabdehin övladı Kərim Dəmirova müvafiq tibbi xidmətlər göstərilmişdir. Cavabdeh göstərilən tibbi xidmətlər üzrə 5958,65 manat pulu ödəməmişdir. Cavabdeh borcunun ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı sonuncu tələbində Cavabdeh (Kərim Dəmirova) göstərilmiş tibbi xidmətin qarşılığı olan 5958,65 AZN (min dörd yüz doxsan doqquz manat, otuz altı qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
14. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir.
15. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Nəticə:
16. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5958,65 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir.
Məhkəmə xərcləri:
17. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 5958,65 manat iddia tələbinə münasibətdə 83 manat dövlət rüsumu ödəmişdir.
19. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 79,6 manatı cavabdehə aid edilməli, 3,4 manatı isə dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.
20. Məhkəmə hesab edir ki, müvafiq sübutlar (müqavilə və s.) təqdim edilmədiyindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 5958,65 manat məbləğində pul və ödənilmiş 79,6 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Artıq ödənilmiş 3,4 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə qaytarılsın (VÖEN: **********, X5, qəbz nömrəsi: **********33, tarix və vaxt: xx.xx.2025, 14:34:01). Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva