Məhkəmə qərarları › İş №e-2(007)-2541/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2541/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2541/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi Cavabdeh3 iştirakı ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada göstərilmiş tibbi xidmətin qarşılığı olan 10279.21 manat məbləğində pulun, ödənilmiş 122 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödədiyi 300 manat və ümumilikdə 10702 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC “Hospital”-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada göstərilmiş tibbi xidmətin qarşılığı olan 10279.21 manat məbləğində pulun, ödənilmiş 122 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödədiyi 300 manat və ümumilikdə 10702 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC “Hospital”-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İşdə iştirak edən şəxslər:

3. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi məhkəməyə ərizə verərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianın baxılmamış saxlanılmasına etiraz etmədi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə hesab edir ki, iddiaçının vəkil və nümayəndəsinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

10. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

11. İş materiallarına əlavə edilmiş **********48 nömrəli mədaxil qəbzindən (“Hökumət ödəniş portalında və ya Asan Pay” vasitəsi, qəbz nömrəsi: **********48, tarix: xx.xx.2025, saat: 15:11:11) görünür ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 122 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

12. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 122 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

13. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

Ərizə təmin edilsin. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 122 manat (“Hökumət ödəniş portalında və ya Asan Pay” vasitəsi, qəbz nömrəsi: **********48, tarix: xx.xx.2025, saat:15:11:11) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar