Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2555/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov ramil firusin oğlunun katibliyi, İddiaçınnı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbi onunla əsaslandırdı ki, 19 iyun 2019-cu ildə İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X4 müqavilədə nəzərdə tutulan qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür.Tərəflər arasında bağlanan müqavilənin 5.1-ci maddəsinə əsasən 1 tədris ili üçün təhsil haqqı 7500 azn təşkil edir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. İddiaçı həmin müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 2400 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməyib.İddiaçı tərəfindən valideynə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanan dəbbə pulunu ödənilməsini xahiş etmişlər.Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 01 iyul 2022ci il tarixli xəbərdarlıq ünvanlanıb.Lakin bu xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanan dəbbə pulu ödənilməyib. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxardıb.Tərəflər arasında bağlanan müqavilənin 3.2.5-ci maddəsinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqını tam və vaxtında ödənilməsini tələb edə bilər.Əlavə olaraq, həmin müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valdeyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür.Cavabdeh 2019/2020-ci tədris ili üzrə təhsil haqqını tam ödəməyib və 2400 manat borc qalıb. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilib və heç bir dəbbə pulu hesablanmayıb. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bittiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulu hesablanıb. Nəticədə, cavabdehin 2400 manat təhsil haqqı borcu və 8796 manat dəbbə pulu borcu hesablanıb.Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edir.Müqaviləyə əsasən yaranan vəziyyətdə valideyn üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur.Müqavilənin 6.4-cü bəndinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir.Müqavilənin 9-cu maddəsinə əsasən,mübahisələrin həlli qaydasına əsasən tərəflər arasında razılıq mümkün olmadıqda mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun müvafiq məhkəmə orqanı tərəfindən baxılır.Qeyd olunanlara əsasən Cavabdeh müqavilə üzrə 2400 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 0,5% olmaqla 8796 manat həcmində dəbbə pulu və iddia ərizəsi üçün verilən 123,59 manat məbləğində dövlət rüsumu olmaqla,cəmi 11319,59 manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddia ərizəsində göstərilənlər və hazırda iddiaçının nümayəndəsinin bildirdikləri ilə razı deyil. Aralarında müqavilə bağlanıb, həmin müqaviləyə əsasın o, ödəniş etmişdir. Baş verən pandemiya ilə bağlı məktəblərdə təhsil onlayn keçirildiyi üçün o, qarşı tərəfə müraciət etmiş,və ödənilən vəsaiti nəzərə almalarını xahiş etmişdir. Bağlanmış müqavilədə uşağın qidalanması, ev tapşırıqlarının məktəbdə həll edilməsi, dərsdən kənar vaxtlar uşağın istrahətinin təmin edilməsi, idmanın müxtəlif növləri ilə məşğul olması, dərsliklərlə təmin edilməsi vəzifəsi qarşı tərəfin üzərinə qoyulub,lakin dərslər onlayn keçirildiyi üçün bu şərtlərdən istifadə edilməsi məhdudlaşıb,o da bunları nəzərə alıb, qarşı tərəfə təklif etmişdir ki, aralarında olan müqavilə şərtləri dəyişsin,lakin bunun müsbət nəticəsi olmayıb. Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki,iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: 20 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin müqavilə üzrə pandemiya dövrünə olan güzəşt tətbiq edildikdən sonra 2400 manat tədris haqqı borcu, 8796 manat ödənişin gecikdirilməsi ilə əlaqədar yaranmış cərimə borcu vardır. İddiaçı Bakı filialı ilə Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı filialı Cavabdeh övladı X4 müqavilədə nəzərdə tutulan qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür.Tərəflər arasında bağlanan müqavilənin 5.1-ci maddəsinə əsasən 1 tədris ili üçün təhsil haqqı 7500 azn təşkil edir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Müqavilənin 3-cü bəndinə əsasən lisey öz üzərinə “təhsil prosesi zamanı,gün ərzində müəyyən olunmuş vaxtlarda şagirdi gügiyenik tələblərə uyğun keyfiyyətli qida ilə təmin etmək,məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti üçün şərait yaratmaq,Liseyin idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq,məktəbdə olduğu müddətdə şagirdlərin təhlükəsizliyini təmin etmək,şagirdləri dərsliklərlə təmin etmək,zərurət olduqda şagirdə ilkin tibbi yardım göstərmək”kimi öhdəliklər götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 222.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixdə yazılı müqavilə bağlanmışdır. Lakin 2019-cu ildən başlayaraq uzun müddət davam edən pandemiya dönəmində iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş,pandemiya ilə əlaqədar əyani dərsləri davam etdira bilməmiş,müqavilənin 3-cü bəndində nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə bütün ölkədə əyani dərslərin keçirilməsi dayandırılmış distant tədris tətbiq olunmuşdur. Bununla yanaşı özəl təhsil müəssisələri,hazırkı halda İddiaçıLiseyi şagirdlərlə bağlanmış müqavilələrin pandemiya dövranə uyğunlaşdırılması,şagirdlərin distant təhsillə həmin tədris müəssisəsində təhsil almağa davam edib-etməməsi ilə bağlı onlara təklif göndərməli, müqavilənin mühüm şərtlərinin dəyişdirilməsinə nail olmalı idi. Lakin İddiaçıLiseyi müqavilədə hər-hansı bir dəyişikliyə cəhd etmədən,birtərəfli qaydada distant təhsilə keçmiş(bu dərslərin faktiki olaraq keçirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir) və Cavabdeh övladı X2 distant dərslərdə iştirak edib-etməməsini araşdırmadan cavabdehdən 2400 manat təhsil haqqı,eləcə də tədris haqqının gecikdirilməsi ilə əlaqədar əsas məbləğdən təqribən 4 dəfəyə yaxın çox məbləğdə-8796 manat cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış müqavilə cavabdehin təqsiri üzündən pozulmamışdır. Belə ki,iddiaçı tədris müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi barədə cavabdehə təklif göndərməmiş, cavabdehin həmin şərtlərlə razı olub-olmamasını araşdırmamış, sadəcə təhsil haqqının və gecikmə məbləğinin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd olunanları ümüumiləşdirib belə bir nəticəyə gəlir ki,iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Onun təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçn kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı-nin Cavabdeh qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2555/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2555/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver