Məhkəmə qərarları › İş №e-2(007)-2569/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2569/2025

07.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2569/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2017-ci il tarixində X1 şəhərində anadan (doğulmuş) olmuş X3 (atası – X11; anası – Ərizəçi) doğumunun qeydə edilməsi faktının müəyyənləşdirilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, 0, xx.xx.2016-cı il tarixində Niderland Krallığının (həmçinin Rusiya Federasiyasının vətəndaşıdır) vətəndaşı olan X12 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikah X10 bələdiyyəsində qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra Ləyden şəhərində keçmiş əri Teymur İsmayılovla birgə yaşamağa davam etmişdir. Bu nikahlarından xx.xx.2017-ci il tarixində Artur adlı övladları dünyaya gəlmişdir. Orada onun doğumu qeydiyyata alınmışdır, lakin Azərbaycanda doğum faktı qeydə alınmamışdır. İllər keçdikcə Teymurla olan ailə münasibətləri təcridən pisləşmiş və nəticədə, o Azərbaycana qayıtmaq məcburiyyətində qalmışdır. Vətəninə qayıtdıqdan sonra aralarındakı olan nikahları pozmaq qərarına gəlmiş və qanuna müvafiq qaydada mediasiya prosesindən işi keçirirək iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nikahlarının pozulması üzrə aparılmış məhkəmə işi uzun müddət davam etmişdir. Cavabdeh keçmiş əri İsmayılov Teymur işin obyektiv və surətlə aparılmasına maneələr süni törətmişdir. Belə ki, uşağı Niderland Krallığında doğulduğundan onun bütün sənədlərin əsli orada imiş. Bundan sui-istifadə edərək, T.İsmayılov məhkəmənin tələbinə baxmayaraq, övladının sənədlərinin əslini təqdim etməmişdir. Məhkəmə tərəfindən müxtəlif sorğular Azərbaycandakı Niderland Krallığına göndərilsə də, onlara cavab verilməmişdir. Əlavə olaraq Xarici İşlər Nazirliyinin vasitəsilə Azərbaycanın Niderland Krallığındakı səfirliyinə müraciət olunsa da, səfirlik Artur İsmayılovun doğumu haqqında sənədlərin əldə edilməsində köməklik göstərə bilməmişdir. Nəticədə, işdə olan digər sənədlər əsasında iddia tələbinə baxılmış və Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Niderland Krallığında qeydə alınmış nikahları pozulmuş, nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X13 onun yanında qalması və aylıq 193 manat alimentin tutulması qət edilmişdir. Hazırda nikahın pozulması qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və bu haqda ona şəhadətnamə də verilmişdir. Lakin övladının doğum faktı qeydə alınmamış və şəhədatnamə də ona verilməmişdir. Qeyd etmək istəyir ki, o, Azərbaycana qayıtdıqda uşağının doğum haqqında şəhadətnaməsinin apostillə təsdiq olunmuş əsli olmamış və ona görə də iddianı məhkəməyə verərkən yalnız Azərbaycan dilinə tərcümə olunmuş surəti verilmişdir. Daha sonra işə məhkəmədə baxılarkən də, məhkəmə tərəfindən verilmiş sorğulara Azərbaycandakı Niderland səfirliyi sorğuya cavab verməmişdir. Həmçinin doğum haqqında şəhadətnamənin əsli cavabdeh Teymur İsmayılovdan tələb olunsa da, müxtəlif bəhanələrlə sənədin əsli məhkəməyə təqdim olunmamışdır. Nəticədə etibarı ilə işdə olan surət əsasında işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmışdır. Ona görə də, doğum qeydə alınması üçün tələb olunan doğum haqqında şəhadətnamənin əsli onda yoxdur. Lakin Arturun doğum faktının Azərbaycanda qeydə alınması onun üçün zəruridir. Çünki, bu şəhadətnamə olmadan ona şəxsiyyət vəsiqəsi sənədi verilmir və bu sənəd olmadıqda isə o, onun hər hansı bir tam orta məktəbdə təhsil alması üçün qeydə alındıra bilmir. Nəzərə alsalar ki, o 6 yaşından məktəbin 1-ci sinifinə getməli idi, onun artıq 8 yaşı var və bu günə qədər hər hansı bir məktəbə yazılması mümkün olmamışdır. Belə olduğu halda Azərbaycanda rahat, qanuni şəkildə yaşayıb təhsil alınması üçün onun doğumu Azərbaycanda qeydə alınaraq müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Bununla əlaqədar olaraq o, ilk növbədə Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Şöbə tərəfindən faktiki olaraq imtina edilmiş və tövsiyə edilmişdir ki, övladının doğumunun qeydə alınması faktını məhkəmə yolu ilə müəyyənləşdirsin. Ona görə də, o, övladının doğumunun qeydə alınması faktının məhz məhkəmə yolu ilə müəyyənləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, kifayət qədər faktlar var ki, uşağının doğumu qeydə alınması faktı müəyyən edilsin və bu haqda müvafiq qətnamə çıxarılsın. Əlavə olaraq qeyd etmək istəyir ki, müəyyən səbəblərə görə o, Niderlan Krallığına gedə bilmir və orada övladının doğum faktını əks etdirən sənədləri də müstəqil qaydada götürə bilmir. Uşağın atası ilə normal münasibəti də yoxdur.

İş materialları :

3. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1067/15/2 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın aşağıdakı bəndlərinə əsasən: 2.1 Doğum bu barədə məlumat verən seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. 2.5.3. Doğumun dövlət qeydiyyatına alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və 2.5.4. bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 29 dekabr 1999-cu il tarixli 770 nömrəli əmri ilə təsdiq edilmiş konsul leqallaşdırılması haqqında təlimatın 4. Bəndinə əsasən xarici dövlətlərin idarələrinə, təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları tərəfindən baxılmaq uçun qəbul edilir. Göstərilənlər nəzərə alınaraq bildirilir ki, övladlarının doğumunun dövlət qeydiyyatına alınması üçün təqdim etdikləri Niderland Krallığı tərəfindən verilmiş doğum faktını təsdiq edən tibbi şəhadətnamələr leqallaşdırılmadığından onların doğumunun qeydiyyat şöbəsində qeydə alınması imkan xaricindədir.

4. “S&K” Tərcümə Mərkəzi tərəfindən Holland dilindən Azərbaycan dilinə edilmiş xx.xx.2021-ci il tarixli tərcümədən görünür ki, Niderland Leiderdorp şəhər X6 Dövlət Qeydiyyatı İdarəsinin 1A0603 nömrəli doğum haqqında şəhadətnamədən çıxarışa əsasən İsmaılov Arthur xx.xx.2017-ci il tarixində Leiderdorp şəhərində doğulmuşdur, atası X14, anası X15r.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-59/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X19 (X21) oğlu ilə Ərizəçi arsınd X9 şəhərində xx.xx.2016-cı il tarixdə bağlanmış və 300369 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2017-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında qalması, X19 (X21) oğlundan xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi ödənilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2700/2024 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-59/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(007)-59/2023 saylı qətnaməsinin apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3551/2024 saylı qərarından görünür ki, cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2700/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şəxslər arasında təxminən 2015-2016-cı ildə Niderland krallığında nikah bağlanmışdır. Ərizəçi müvəqqəti olaraq Azərbaycana gəlmişdir. Ərizəçinin geri qayıtmama ehtimalından ehtiyat edən keçmiş həyat yoldaşı ona sənədlərin əslini təqdim etməmişdir. Hətta məhkəmə tərəfindən sənədlər tələb olunsa belə digər tərəf sənədləri təqdim etməmişdir. Sənədin surəti ilə işə baxılıb nikah pozulmuşdur. Qana şəhər məhkəməsinin qərarı da vardır, amma o qərar Ali Məhkəmə tərəfindən tanınmamışdır. Ərizəçi hazırda geri qayıtsa, ondan uşağı alacaqlar, belə ki, orada ona qarşı uşaq oğurluğu ilə bağlı barəsində axtarış veriblər. Uşağın anada qalmasına dair qətnamə vardır, ona görə ərizənin təmin edilməsi heç bir problem yaratmayacaqdır. Maraqlı şəxsin nümayəndəsi də bildirmişdir ki, məhkəmə qətnaməsi olarsa, onlar tərəfindən icra olunacaqdır. Sənədlərin əsli Krallıqda olsa da, ərizəçi oraya müəyyən səbəblərdən gedə bilmir. Belə ki, ərizəçi oraya getməyə ehtiyat edir. Əvvəlki işdə də məhkəmə və onlar tərəfindən sorğular verilmiş amma cavab ala bilməmişlər. O, özü şəxsən sorğunu krallığın nümayəndəsinə vermiş, amma ona cavab verilməmiş və ona bildirmişlər ki, onlar cavab verməyə və əsaslandırmağa borclu deyillər. Ona görə hazırki sənədlər əsasında iddia tələblərinin təmin edilməsini xahiş edir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:

1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.

İşin faktiki halı :

14. Ərizəçi və X12 xx.xx.2016-cı il tarixdə X9 şəhərində nikaha daxil olmuş, orada yaşamışlar və tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X16 anadan olmuşdur. Ərizəçi və X12 arasında bağlanılmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-59/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur.

15. Ərizəçi övladı X16 ilə birlikdə X12 tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək verilmiş icazə əsasında Azərbaycana gəlmişdir.

16. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X7 Niderland Krallığı tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin əsli X5 qalmış, nikahın pozulmasına dair məhkəmə icraatı zamanı məhkəmə tərəfindən X2 tələb edilməsinə və Azərbaycan Respublikasındakı Niderland Krallığının Səfirliyinə sorğu ünvanlanmasına baxmayaraq həmin sənədin əslinin əldə edilməsi mümkün olmamışdır.

17. Ərizəçi doğumun qeydə alınması üçün Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Niderland Krallığı tərəfindən verilmiş doğum faktını təsdiq edən tibbi şəhadətnamə leqallaşdırılmadığından onun doğumunun qeydiyyat şöbəsində qeydə alınması imkan xaricində olduğundan mümkün olmamışdır.

18. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi övladının doğumunun qeyd edilməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.

19. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixində X9 şəhərində anadan olmuş X8 (atası – X19 (X21) oğlu, anası – Ərizəçi) doğumun qeyd edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə ərizəçinin və vəkil-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

21. Ərizəçi tərəfindən Maraqlı şəxsnə qarşı olan “doğumun qeyd edilmə faktının müəyyən olunması”na dair ərizə X12 ilə birgə nikahından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X3 doğumunun Niderland Krallığında qeydə alınması və həmin akt qeydi üzrə verilmiş doğum haqqında şəhadətnamənin əslinin keçmiş əri X12 tərəfindən verilməməsi ilə əlaqədar uşağın doğumunun Azərbaycan Respublikasında qeydə alınmasının mümkün olmaması ilə əsaslandırılmışdır.

22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.

23. İşin faktiki halı odur ki, ərizəçi uşağın doğumunun qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi tərəfindən ərizəçi tərəfindən təqdim edilən Niderland Krallığı tərəfindən verilmiş doğum faktını təsdiq edən tibbi şəhadətnamələr leqallaşdırılmadığından uşağın doğumunun qeydə alınmasından imtina edilmişdir.

24. Belə olan halda, məhkəmə tərəfindən ilk növbədə, Qeydiyyat şöbəsi tərəfindən imtinanın səbəbləri və imtina üçün əsas olan halların ərizəçi tərəfindən aradan qaldırılmasının mümkün olub-olmaması aydınlaşdırılmalıdır.

25. Qeydiyyat şöbəsi tərəfindən uşağın doğumunun qeydə alınmasından imtina edilməsinin səbəbi ərizəçi tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 29 dekabr 1999-cu il tarixli 770 nömrəli əmri ilə təsdiq edilmiş “Konsul leqallaşdırılması haqqında təlimatın” 4-cü bəndinin tələbinə riayət edilməməsi olmuşdur.

26. Belə ki, həmin təlimata əsasən xarici dövlətlərin idarələrinə, təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib edən idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları tərəfindən baxılmaq üçün qəbul edilir.

27. Nəzərə alınmalıdır ki, bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Həmin rəsmiləşdirilmənin növlərindən biri də konsul leqallaşdırmasıdır.

28. Sənədin əslininin konsul leqallaşdırılması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir. Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırılması üçün ilk növbədə onun surəti və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının həqiqiliyi və möhürün həmin notariat kontoruna məxsus olması Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində və ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluq xidmətində leqallaşdırılır.

29. Notariat haqqında Azərbaycan Respublikası Qanununa görə isə şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.

30. Göründüyü kimi sənədin surətinin leqallaşdırılması üçün onun surəti və ya tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir.

31. İşin faktiki halı odur ki, ərizəçidə uşağın doğum haqqında şəhadətnaməsinin əsli yox surəti vardır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

33. Hazırki işin mübahisəsiz halıdir ki, ərizəçi tərəfindən uşağın doğum haqqında şəhadətnaməsinin əslinin əldə edilməsi onun tərəfindən mümkünsüzdür.

34. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 2(007)-59/2023 saylı qətnaməsinin əsaslandırcı hissəsində qeyd olunur: “Məhkəmə ilk öncə nikah və doğum haqqında şəhadətnamələrin əslinin mülki iş materiallarında olmamasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclaslarında cavabdeh sənədlərin əslini məhkəməyə təqdim edəcəyini bildirsə də, sənədləri məhkəməyə təqdim etməkdən yayınmışdır. Lakin cavabdeh iddiaçı ilə rəsmi nikahda olmasını məhkəmə iclasında etiraf etmişdir. Həmçinin bununla bağlı iddiaçının vəkili-nümayəndəsi və məhkəmə tərəfindən Azərbaycan Respublikasındakı Niderland Krallığının Səfirliyinə xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sorğular ünvanlanmışdır. Qeyd edilən səbəblərdən iddiaçı tərəfindən məhkəməyə nikah və doğum haqqında şəhadətnamələrdən tərcümə olunmuş çıxarış təqdim edilmişdir.”

35. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).

36. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 2(007)-59/2023 saylı qətnaməsindən də görünür ki, cavabdeh yəni X19 (X21) oğlu doğum haqqında şəhadətnamənin onda olduğunu etiraf etmiş, məhkəməyə təqdim edəcəyini bildirsə də, təqdim etməmişdir.

37. Yuxarıda qeyd edilənlər onu göstərir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsinin əsli onun iradəsindən asılı olmayan səbəblərdən Ərizəçi deyil və onun tərəfindən əldə edilməsi isə hazırki işin faktiki halları baxımından mümkünsüzdür.

38. Məhkəmə qeyd edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt- doğumun qeyd edilmə faktının müəyyən olunması hüquqi əhəmiyyətli olmaqla, ərizəçinin və onun övladının bir sıra hüquqlarının müdafiəsi üçün zəruridir.

39. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 hazırda 8 yaşı olmasına baxmayaraq doğum haqqında şəhadətnamənin əsli olmadığına və ərizəçi həmin sənədin əslini başqa qaydada əldə edə bilmədiyinə görə məktəbdə təhsil ala bilmir. Yəni, xx.xx.2017-ci il təvəllüdlü X4 doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi ilk növbədə onun pozulmuş təhsil hüququnun bərpasına xidmət edəcəkdir.

40. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 doğumunun qeyd edilməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və X4 xx.xx.2017-cı il tarixində X1 şəhərində doğumunun qeyd edilmə faktı və ata adının X19 (X21), ana qrafasında ana adının Ərizəçi olaraq qeyd edilməsi faktı müəyyən olunmalıdır.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Nəticə :

42. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və X4 xx.xx.2017-cı il tarixdə X1 şəhərində doğumunun qeydə alınması faktı və doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X12, ana qrafasında ana adının Ərizəçi qeydə alınması faktı müəyyən edilməlidir.

43. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

Ərizə təmin edilsin. X4 xx.xx.2017-cı il tarixdə X1 şəhərində doğumunun qeydə alınması faktı və doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X12, ana qrafasında ana adının Ərizəçi qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar