Məhkəmə qərarları › İş №e-2(007)-259/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-259/2024

05.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-259/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-259/2024 və e-e- 2(007)-47/2024 nömrəli mülki işlərin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı “mirasa əmlak payın müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə və **-BO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000ci il olan “Mercedes Benz E320" markalı minik avtomobilinə azyaşlı oğlu X3 2/3 hissədə pay hüququnun tanınması, Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisi tərəfindən buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320" markalı minik avtomobilinə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh1 verilmiş 13.03,2019-cu il tarixli və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş 16,11.2020-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Maraqlı şəxs Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə və **-BO- *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320" markalı minik avtomobilinə azyaşlı oğlu X3 ½ hissədə pay hüququnun tanınması və minik avtomobilin əvəzi olaraq həmin avtomobilin ½ hissəsinin dəyərəinin, yəni 8750 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı Maraqlı şəxs ödənilməsi, Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisi tərəfindən buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320" markalı minik avtomobilinə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh1 verilmiş 13.03,2019-cu il tarixli və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh1 adına verilmiş xx.xx.2020-d il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və verilmiş 16,11.2020-ci il tarixli, ********** nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş xx.xx.2022-ci il tarixdə məhkəmənin hakimi Qumru Əliyevanın icraatına daxil olmuşdur. İddiaçı cavabdehlər Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisinə, Cavabdeh1 və Maraqlı şəxs qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ötürülmüş müddətin bərpa edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlaka dair Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli şəhadətnamələrin etibarsız hesab edilməsi, İddiaçı xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilə və mülkiyyətində olmuş ** BO *** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mersedes Benz E 320” markalı, minik avtomobilinə dair ötürülmüş vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətin ötürməsinin üzürlü hesab edilməsi və miras qalmış əmlakların 1/3 hissədə payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan mülki iş 07 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və e- 2(007)-2852/2023 nömrə ilə qeydə alınaraq tərəfimdən icraata qəbul olunmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə ərizə verərək icraatımda olan e-2(007)-259/2024 saylı mülki işin e-2(007)-47/2024 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Vəsatəti və işin materiallarını nəzərdən keçirərək, hesab edirəm ki, vəsatət təmin edilməli, işlər bir-biri ilə əlaqəli olduğundan qeyd edilən mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Eyni məhkəmənin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edirəm ki, mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qumru Əliyevanın icraatına daha əvvəl (xx.xx.2022-ci ildə) daxil olduğundan və iddiaçının vəkili və nümayəndəsi mülki işlərin bir icraatda, e-2(007)- 259/2024 saylı mülki işin e-2(007)-47/2024 nömrəli mülki işə birləşdirilməsini xahiş etdiyindən icraatımda olan İddiaçı cavabdehlər Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisinə, Cavabdeh1 və Maraqlı şəxs qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ötürülmüş müddətin bərpa edilməsi və payların müəyyən edilməsi” tələbinə dair e-2(007)-259/2024 nömrəli mülki iş, iddiaçı Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı “mirasa əmlak payın müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair e-2(007)-47/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda e-2(007)-47/2024 nömrə saxlanılmaqla e-2(007)-259/2024 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Vəsatət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş icraatımda olan İddiaçı cavabdehlər Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisinə, Cavabdeh1 və Maraqlı şəxs qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ötürülmüş müddətin bərpa edilməsi və payların müəyyən edilməsi” tələbinə dair e-2(007)-259/2024 nömrəli mülki iş, iddiaçı Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Ağcabədi Regional Cavabdeh2ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı “mirasa əmlak payın müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair e-2(007)- 47/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş e-2(007)-47/2024 nömrəli mülki iş saxlanılmaqla e-2(007)- 259/2024 nömrəli mülki işin icraatına xitam verilsin. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar