Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2625/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "xxxx" MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- 11 noyabr 2021-ci il tarixli müqavilə. Müqavilənin predmeti- alqı-satqı və kommunal xidmət haqqının ödənilməsi. Tələb olunan məbləğ: 1237 manat xidmət haqqı, 30 manat dövlət rüsumu. Sübutlar: Alqı-satqı və kommunal xidmət haqqının ödənilməsi, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, qaimə, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 449.1-ci, 462.1-ci, 465.2-ci maddələri; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.3 və 136.2-ci maddələri. Qeyd edilənlərlə müəyyən olundu ki, "xxxx" MMC ilə alıcı olaraq Cavabdeh arasında bağlanan 23 avqust 2021-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 40, bina 2, 2 nömrəli mənzilə dair kommunal, istismar və xidməti xərclərin vaxtlı-vaxtında ödənilməsini cavabdeh üzərinə götürmüş, lakin, müqavilə üzrə ödənişləri həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı və kommunal xidmət haqqının ödənilməsi müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ödənilmiş 32.37 manat dövlət rüsumunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 11 noyabr 2021-ci il tarixli müqavilə üzrə 1237 manat xidmət haqqı və 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-2625/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2625/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver