Məhkəmə qərarları › İş №e-2(007)-2756/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2756/2022

29.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2756/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Xəlil-zadə Rüstəm Oktay oğlunun, onun vəkili Vəkil3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğlunun və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiаçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və Xəlil-zadə Rüstəm Oktay oğlunun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğluna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 3 saylı Xüsusi Mənzil Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə “yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi, mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğlunun ilkin iddia üzrə iddiаçılar qarşılıqlı iddia üzrə cavabdehlər Xəlil-zadə Rüstəm Oktay oğlu və İddiaçı1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiаçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və Xəlil-zadə Rüstəm Oktay oğlu ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğluna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 3 saylı Xüsusi Mənzil Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə “yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi, mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülmələri, mübahisəli mənzilin 19,7 kv.metr olan otağına X10 və mənzilin sahəsi 11,5 kv.metr olan otağına İddiaçı2 istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 Asaylı evin 22 saylı mənzili xx.xx.1972-ci il tarixli 105557 saylı orderlə mərhum ataları Xəlil-zadə Oktay Abduləvvəl oğluna və onun ailə üzvlərinə (Sevil Xəlil-zadə, övladları Sevda Xəlilzadə, Adil Xəlil-zadə və İddiaçı2) verilmişdir. xx.xx.2000-ci il tarixdə Oktay Xəlil-zadə vəfat etmiş və ondan sonra həmin evdə həyat yoldaşı Sevil Xəlil-zadə və qızı İddiaçı1 yaşamağa davam etmişlər. Ataları rəhmətə gedəndən sonra cavabdeh və ailə üzvləri isə qonşuluqda yerləşən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 17 saylı mənzilinə köçərək həmin mənzildə yaşamışlar və hazırda da həmin mənzildə yaşamaqda davam edirlər. Cavabdeh 2004-cü ildə İddiaçı1 və mərhum anası Sevil Xəlil-zadənin məlumatı və yazılı razılığı olmadan mübahisəli mənzili öz adına özəlləşdirmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1850/2019 saylı qətnaməsi ilə İddiaçı1 və mərhum anası Sevil Xəlil-zadənin iddiaları təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, Elşən süleymanov küçəsi 162 A saylı evin 22 saylı mənzilinin cavabdeh X17 adına özəlləşdirilməsi etibarsız hesab edilmişdir. Qeyd edilən qətnamədə bir çox hallara hüquqi qiymət verilmişdir. İddiaçılardan İddiaçı1 1972-ci ildən mübahisəli mənzildə istifadə hüququ əldə etməklə yaşaması qeyd edilən məhkəmə qətnaməsində də öz təsdiqini tapmışdır. Digər İddiaçı2 isə ailə quraraq bir müddət başqa evə köçüb ailəsi ilə birlikdə yaşasa da, həmişə mübahisəli mənzilə gəlib getmiş, son bir neçə ildə isə Sevda işdə olan zaman xəstə anasının yanında olmuş və onun qulluğunda dayanmışdır. Hazırda İddiaçı2 mənzil şəraiti çox acınacaqlıdır (dörd nəfər yetkinlik yaşına çatmış ailə üzvü ilə birlikdə bir otaqlı mənzildə yaşayır). Bu səbəbdən İddiaçı2 də vaxtilə atasına və onlara (Rüstəmin adı mənzilin orderində var) yaşamaq üçün verilmiş mübahisəli mənzilə köçüb yaşamaq niyyətindədir. Mərhum anaları xəstə olan zaman da ona iddiaçılar baxmışdır. Mənzilin təmiri, kommunal xərcləri iddiaçı Sevda Xəlilzadə tərəfindən qarşılanmışdır. Mübahisəli mənzil sahəsi 19,7, 14,9 və 11,5 kv.metr olan üç otaqdan ibarətdir. Mənzilin hər üç otağı İddiaçı1 və mərhum anasının istifadəsində olmuşdur. Mənzilin özəlləşdirilməsi məhkəmə qaydasında etibarsız hesab edildikdən sonra cavabdeh mənzilin sahəsi 14,9 kv.metr olan otağından anasını qovub çıxartmış və həmin otağı açarla bağlamışdır. Bundan sonra mənzilin iki otağı- sahəsi 19,7 və sahəsi 11,5 kv. m olan otaqları İddiaçı1 və anasının istifadəsində qalmışdır. Mənzilin sahəsi 14,9 kv.metr olan otağı cavabdeh tərəfindən açarla bağlansa da, cavabdeh və ailə üzvləri həmin mənzildə yaşamamışlar. Tərəflərin anaları Sevil Xəlil-zadə 2021-ci ilin sentyabr ayının 19-da vəfat etmişdir. 2022-ci ildə cavabdehə mənzili üç vərəsənin (Sevda, Adil və İddiaçı2lərin) adına 1/3 payla özəlləşdirilməsi təklif olunsa da, Cavabdeh təklifi qəbul etməmiş, bir neçə ay bu məsələ ilə bağlı danışıqlar aparılsa da, cavabdeh mənzili təklif olunan qaydada özəlləşdirməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə hazırkı iddia ilə müraciət etmək məcburiyyəti yaranmışdır. Hətta 2022-ci ilin iyul ayında danışıqlar nəticə vermədiyi halda iddiaçıların məhkəməyə müraciət edəcəyi barədə məlumat alandan sonra cavabdeh A.X32-zadənin evdə olmamasından istifadə edərək uzun illər İddiaçı1 istifadəsində olan sahəsi 19,7 kv.m. olan otağın qapısına açar salıb bağlamış (həmin otağın qapısında əvvəllər açar olmamışdır), bununla da İddiaçı1 həmin otaqdan istifadəsinə məhdudiyyət yaratmışdır. İddiaçı1 məxsus əşyaların əksəriyyəti, o cümlədən yataq dəsti, çarpayısı məhz həmin otaqdadır. Həmçinin, ataları Oktay Xəlil-zadə vəfat etdikdən sonra nənələrindən atalarına miras qalmış Şəki şəhərində yerləşən əmlak da hazırda Cavabdeh mülkiyyətindədir. Digər vərəsələrə həmin əmlakdan hər hansı bir pay çatmamışdır. X42-zadə bu nüansı da nəzərə almadan hazırkı mübahisəli mənzili vərəsələrin paylarına uyğun özəlləşdirməkdən imtina edir, hətta onların mənzildə yaşamalarına maneçilik törədir. Mənzil xüsusi mülkiyyət deyil. Dövlət fonduna məxsus mənzildir. İddiaçı1 isə həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, İddiaçı2 adı isə mənzilin orderində var. İddiaçılar cavabdehlə eyni hüquq və vəzifələrə malikdir. Mənzilin sahəsi və otaqların yerləşməsi iddiaçılarla ayrıca icarə müqaviləsinin bağlanmasına icazə verir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğlunun ilkin iddia üzrə iddiаçılar qarşılıqlı iddia üzrə cavabdehlər Xəlil-zadə Rüstəm Oktay oğlu və İddiaçı1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - İddiaçı1 və İddiaçı2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzili xx.xx.1972-ci il tarixli, 105557 saylı orderlə atası Xəlil-zadə Oktay Əbdüləvvəl oğluna verilmişdir. Orderdə bütün ailə üzvlərinin (atası Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu, anası X18, bacısı İddiaçı1, qardaşı İddiaçı2 və o) adları göstərilmişdir.xx.xx.1989-cu il tarixdə atası mübahisəli mənzildən qeydiyyatdan çıxdığına görə “Azərdənizneftinşaat” trestinin Mənzil-Kommunal Kontorunun xx.xx.2002-ci il tarixli, 34 saylı əmri ilə sözügedən mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. Bu tarixdən başlayaraq bu günə kimi evin bütün kommunal xərcləri (su, qaz, işıq, MKİS və telefon pulları) onun tərəfindən ödənilir. Qardaşı Xəlil-zadə Rüstəm Oktay oğlu 1991-ci ildə Xəlil-zadə Şəhla Əli qızı ilə ailə həyatı qurduqdan dərhal sonra validenləri tərəfindən alınmış: Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçmüş və hal-hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayır. X35-zadə ailə qurduqdan sonra heç vaxt ona məxsus mənzildə yaşamamış və hal-hazırda mübahisəli mənzildə ona aid heç bir əşya mövcud deyildir. Atası xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. O, sağlığında həmişə deyərdi ki, böyük oğlu Rüstəmə ev almış, yaşadıqları mənzili də kiçik oğlu Əbdüləvvələ verir. Qızı Sevda da ailə qurub ər evinə köçər. "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli, 217 saylı arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanda etdiyi 1 saylı binanın 43 saylı mənzili İddiaçı1 məxsusdur. 2007-ci ildə bacısı İddiaçı1 "xxxx" MTK-nin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanında inşa etdiyi 1 saylı binanın 43 saylı mənzilini almış, 2008-ci ildə təmir etdirərək yeni mənzilinə köçmüş və həmişə də bu mənzildə yaşamışdır. Sonradan bacısı Sevda onların yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilinə, anaları X11 baş çəkmək üçün qonaq qismində gəlmişdir. Anaları xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra Sevda onlara gəlmir. Onun ailəsi ilə birgə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilində ona aid olan heç bir əşya yoxdur. X41-zadə heç vaxt ailə qurmamış və Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında tək yaşayır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğlunun vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə etiraz və yazılı çıxış təqdim edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Çıxışda qeyd edilmişdir ki, ilkin idddia üzrə iddia ərizəsində qəsdən çaşqınlıq yaratmaq üçün həm Xəlil-zadə Adil Oktay oğlunun, həm də iddiaçıların ünvanları düzgün göstərilməmişdir. Belə ki, Xəlil-zadə Adil Oktay oğlunun həm qeydiyyat, həm də yaşadığı ünvan: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 162 A mənzil 22-dir. İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 162 A mənzil 22 ünvanda qeydiyyatda olsa da, faktiki yaşayış ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 94 bina 1 mənzil 43-dür. İddiaçı2 ünvan 4 ünvanda qeydiyyatda olmaqla, bu ünvanda da yaşayır. İddia ərizəsini İddiaçı2 imzalamamış, onun yerinə başqa bir şəxs başqa xətlə “Xəlil-zadə” soyadını yazmışdır. İddia ərizəsində tarix qeyd edilməmişdir. Ərizə həqiqətə uyğun olmayan, heç bir hüquqi əsası olmayan cümlələrdən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində yol verilmiş səhvlər təkrar edilməklə tərtib olunmuşdur. Məsələn: qarşılıqlı iddiaçının ailə üzvlərilə birlikdə, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 162 A, mənzil 17-də, İddiaçı1 mənzil 22 ünvanda yaşadığı qeyd edilmişdir. Mənzili 2004-cü ildə deyil, 2014-cü ildə özəlləşdirmişdir. Anaları Sevil xanım heç vaxt yataq xəstəsi olmamışdır. Sevda işdə olan zaman Rüstəmin bir neçə il analarının yanında qalması, ona qulluq etməsi tam yalandır. Mübahisəli mənzildə o, ailə üzvlərilə birlikdə yaşadığı üçün kommunal xərclərini özü ödəmişdir. Çox maraqlıdır, neçə olur ki, Sevda sözügedən mənzildə yaşamaya-yaşamaya kommunal xərclərini ödəyir??? 2008-ci ilin yay ayından Sevda mübahisəli mənzildə yaşamamış, bu səbəbdən otaqlar Sevdanın istifadəsində olmamış, otaqların qapılarını heç vaxt açarla bağlamamışdır. Hal-hazırda da otaqların qapıları açıq şəkildədir. Anaları rəhmətə gedəndən sonra Sevda bir neçə dəfə onlara qonaq qismində gəlib getmiş, onlarla birlikdə mübahisəli mənzildə yaşamamışdır. Mübahisəli mənzil dövlət qeydiyyatından keçmədiyinə görə miras əmlakı sayılmır və burada heç bir vərəsəlikdən söhbət belə gedə bilməz. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzili xx.xx.1972-ci il tarixli, 105557 saylı orderlə atası Xəlil-zadə Oktay Əbdüləvvəl oğluna verilmişdir. 1997-ci ildə X6 ilə ailə həyatı qurduqdan sonra həyat yoldaşı onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilinə gəlin köçmüşdür. Birgə nikahdan 1998-ci ildə Rüfət, 2000-ci ildə isə İlahə adlı övladları anadan olmuşlar. Hal-hazırda da o, ailə üzvlərilə birlikdə bu mənzildə yaşayır. Atası sağlığında həmişə böyük oğlu Rüstəmə ev aldığını, yaşadıqları mənzili də kiçik oğlu Əbdüləvvələ verdiyini, qızı Sevdanın da ailə qurub ər evinə köçəcəyini demişdir. 1999-cu ilin noyabr ayından başlayaraq bu günə kimi evin bütün kommunal xərcləri (su, qaz, işıq, MKİS, telefon, internet və s. pulları) tərəfimdən ödənilir. Lakin buna baxmayaraq, İddiaçı1 yaşadığı mənzilə qonaq qismində gələn vaxt, tərəfindən ödənilmiş bəzi kommunal xərclərinin qəbzlərini icazəsiz olaraq götürmüş, sonradan onları məhkəməyə təqdim edərək, guya mübahisəli mənzildə yaşadığını sübuta yetirmək məqsədilə onun kommunal xərclərini onun tərəfindən ödənilməsi barədə fikir formalaşdırmağa cəhd göstərmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilmişdir (səh. 5, abzas 1): "xxxx" MTK tərəfindən 15 may 2019-cu il tarixdə verilmiş 16 №-li məktubdan görünür ki,"xxxx"MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Babək pr. 94 ünvanında yerləşən 1 saylı binasının 11-ci mərtəbəsində ümumi sahəsi 77,93 kv. m olan 2 otaqlı 43 saylı "xxxx" MTK payçılarının xx.xx.2007-ci il tarixli ümumi yığıncağının 24 saylı protokoluna əsasən həmin tarixdən xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı1 məxsusdur və 2007-ci ildən hazırki dövrə qədər həmin mənzildə yaşayır. MTK-nın rəhbərliyi verdiyi arayışa aşağıdakı şəkildə düzəliş etmişdir: "xxxx" MTK tərəfindən xx.xx.2019-cu il tarixli 16 saylı məktuba xx.xx.2019-cu il tarixli düzəliş məktubuna əsasən İddiaçı1 anası tək olduğu üçün anasına məxsus evdə yaşayıb və hal-hazırda orada yaşayır.” Onda olan şifahi məlumata əsasən, bacısı Sevda tərəfindən anası Sevilin adına hansısa MTK tərəfindən inşa edilmiş yeni tikilidə mənzil alınmışdır. İddiaçı1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda baş mütəxəssis vəzifəsində çalışır, onlar birbaşa MTK-ların fəaliyyətinə nəzarəti həyata keçirirlər. Halhazırda yaşadığı, mübahisəli mənzil heç vaxt anası X11 məxsus olmamışdır. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzili anasının mülkiyyətində olmuş, sonradan onu qardaşı Rüstəmə bağışlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********17 saylı arayışına əsasən ünvan 6 ünvanı xx.xx.2018-ci il tarixdə X7 adına qeydiyyata alınmış, lakin Bakı şəhəri 52 saylı notariat kontorunun 4Ə-545 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2018- ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli, 217 saylı arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanda etdiyi 1 saylı binanın 43 saylı mənzili İddiaçı1 məxsusdur və arada bir həmin evdə yaşayır. 2007-ci ildə bacısı İddiaçı1 "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti, 94 ünvanında inşa etdiyi 1 saylı binanın 43 saylı mənzilini almış, 2008-ci ildə təmir etdirərək yeni mənzilinə köçmüş və həmişə də bu mənzildə yaşamışdır. Sonradan bacısı Sevda onların yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilinə, anaları X11 baş çəkmək üçün qonaq qismində gəlmişdir. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilində ona aid olan heç bir əşya yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, qətnaməsində qeyd edilmişdir (səh.4, abzas 1): “Bakı şəhəri 143 saylı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2019-cu il tarixli 95 №-li Forma-2 arayışına əsasən İddiaçı1 1980-ci ildən, Cavabdeh 1983-cü ildən, X3 2000-ci ildən, X23 2000-ci ildən, X24 2000-ci ildən və Sevil Xəlilzadə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilində daimi qeydiyyatdadırlar.” Sözügedən arayış İddiaçı1 verilmiş və onun bu ünvanda yaşamadığı qeyd edilmişdir. Sevda xanım özü bu arayışı məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, mübahisəli mənzilə görə bacı-qardaşlar arasında konflikt mövcuddur. Belə olan halda, niyə görə Sevda yeni tikilmiş binada aldığı, təmir etdirdiyi, tək yaşadığı mənzilini, gözəl şəraitini buraxaraq, guya onunla və ailə üzvləri ilə birlikdə yaşayır? Məntiqlə götürəndə, nə Sevda, nə də digər şəxslər heç vaxt belə bir addım atmazlar! Həyatda bir şəxs öz rahatçılığı üçün çalışır, rahat, sərbəst yaşamaq istəyir. Qardaşı İddiaçı2 1991-ci ildə Xəlil-zadə Şəhla Əli qızı ilə ailə həyatı qurduqdan dərhal sonra valideynləri tərəfindən alınmış Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçmüş və hal-hazırda da ailə üzvləri ilə birlikdə orada yaşayır. X35-zadə ailə qurduqdan sonra heç vaxt ona məxsus mənzildə yaşamamış və hal-hazırda mübahisəli mənzildə ona aid heç bir əşya mövcud deyildir. Atası Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 57 saylı arayışda qeyd edilmişdir ki, Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu xx.xx.2000-ci il tarixdə, onun həyat yoldaşı Xəlil-zadə Sevil Məmməd qız isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onların hər ikisi həyatlarının sonuna kimi Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində qeydiyyatda olmuş və bu ünvanda yaşamışlar. Lakin sonradan "xxxx" MTK-nın rəhbərliyi xx.xx.2022-ci il tarixli, 70 saylı arayışında valideynlərimin yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olduqlarını göstərmişdir. Həmçinin, bacısı İddiaçı1 da heç vaxt yeni tikilidə gözəl şəraitini, geniş mənzilini buraxıb onlarla bir yerdə yaşamaz. Yaşadığı mənzildə mərhum valideynlərindən miras qalmış 1-2 ədəd köhnə mebel əşyasını Sevda özününki sayır. Məhkəmədə X8, X4 və Quliyev Azər Cəmiyyət oğlunun şahid qismində dindirilmələri barədə xx.xx.2022-ci il tarixdə vəsatət qaldırılsa da, məhkəmə iclasında onlardan Ruzigar Təsilov və Taryel Nəsirov ifadə versələr də, qarşı tərəfin təzyiqlərinə, hədə-qorxularına məruz qalan Azər Quliyev məhkəmədə dindirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nuriyə Niftəliyeva əsəbi halda məhkəməyə həqiqətə uyğun olmayan ifadə verərək bildirdi: “Sevil xanımın dayəsi olmuşdur. Xəstə olduğuna görə ona baxmışdır. Qızı Sevda ona 250 manat maaş verirdi. Heç vaxt Adili orada görməmişdir. X5 Sevil xanımın yataq xəstəsi olması, ona qulluq edilməsi sual verilmiş, o, verilən suala cavab vermişdir ki, bəli, Sevil xanım yataq xəstəsi idi. Bu zaman İddiaçı1 şahidin verdiyi cavaba etiraz edərək, anasının heç vaxt yataq xəstəsi olmadığını vurğuladı. Daha sonra şahid Niftəliyeva Nuriyə xəstə Sevil xanıma gah hər gün səhər saat 08-dən axşam saat 08-dək, gah da gün ərzində 3-4 saat qulluq etdiyini bilidirirdi. Xəlil-zadə Rüstəmin isə xəstə anasına gəlb baş çəkdiyini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Rəşad Əzizov vəziyyətin nə yerdə olduğunu, nədən söhbət getdiyini bilməyərək, iddia tələbinə uyğun olmayan, Rüstəm Xəlil-zadənin hal-hazırda yaşadığı mənzili nəzərdə tutaraq, qeyd etmişdir ki, Rüstəm əmigillə qonşudurlar. O, bu mənzildə ailəsi ilə yaşayır. Başqa şəxslərin orada yaşadığını görməmişdir.” Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 vəkili-nümayəndəsi Vəkil1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsində DİN-nin verdiyi 2019-cu il tarixli arayışda ünvan 7 ünvanında digər şəxslərlə yanaşı Xəlil-zadə Sevil Məmməd qızının da qeydiyyatda olduğu qeyd edilmiş və mərhum Sevil xanım həmişə ölənədək, yəni 2005-ci ilə qədər orada yaşamışdır. Çünki digər ev bir otaqlı olmuş və bu birotaqlı mənzildə o qədər adamın yaşaması mümkün deyildir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 52, 147 saylı mənzil mərhum Sevil xanımın adına özəlləşdirilmiş və sonra oğlu Rüstəm müəllimə bağışlanmışdır. Rüstəmin evində Sevil xanım yaşamamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Xəlil-zadə Rüstəm Oktay oğlu ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, anasına həmişə bacısı baxmış və bacısı da orada qeydiyyatda olmuşdur. Qardaşı Adil anası öləndən sonra bacısını evdən qovmuş və evin açarını dəyişmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Xəlil-zadə Rüstəm Oktay oğlunun vəkili Vəkil3 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, MM-nin 139-1.10-ci maddəsindən dövlət özəllişdirməsi üçün lazım olan sənədlər qeyd edilmiş, orada olan sənədlərdən biri də order olmuşdur. Qanunvericiliyə əsasən mənzil özəlləşdirilən zaman orderdə adı çəkilmiş şəxslərin razılığı alınmırsa artıq order özlüyündə etibarsızdır. Çünki həmin order verilərkən mənzildə olan şəxslərin hər biri nəzərə alınaraq verilir. Artıq həmin şəxslərin da istifadə hüququ həmin orderlə öz təsdiqini tapmışdır. Məhkəmənin də qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Yəni, orderdə olan adamların hüquqları yaranmış, iddiaçıların anası 2005-ci ildə rəhmətə getmiş, iddiaçıların analarına baxmaması deyilsə də, onlar analarına baxmışdır. Ev Adilə verilmədiyindən, atalarına verildiyindən Adil evi özgəninkiləşdirə bilməz. Həmçinin, şəxsi hesabın dəyişdirilməsi də mənzilin Adilin adına keçməsi üçün əsas deyil. Orada bütün şəxslərin payı vardır. Qarşı tərəf sayğacın onun adına olmasını əsas gətirsə də, sayğac bir şəxsin adına ola bilər. Ona qalsa kommunal vaxtı ilə atalarının adına olanda bunların orada heç bir hüququ mövcud olmamışdır? Rüstəm müəllimin qətnamədə adının olmamasının səbəbi onun orada tərəf olmaması və şikayət verməməsidir. Rüstəm müəllimin orada yaşamaması o demək deyil ki, onun mübahisəli mənzildə hüququ mövcud deyil. Əgər, tərəf 1-2 dəfə mənzilə gedib gəlirsə onun artıq həmin mənzilə hüququ yaranmışdır. Qarşı tərəfin qarşılıqlı iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur, çünki həmin mənzil ona məxsus deyil. Ev hazırda Nizami Rayon İcra Hakimiyyətinin balansındadır. Həmçinin, Rüstəmin isə iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Çünki hər iki iddiaçının orderdə adı çəkilmiş və məhkəmə qərarları əsasında müəyyən olunmuşdur ki, orderdə adı çəkilən şəxslər bərabər hüquqa malikdir, heç bir şəxs digər şəxsdən üstün deyil. Bütün tərəflərin evləri var və işin mübahisəsiz halıdır. O, həmçinin məhkəmə çıxışında məsələlərə münasibətdə bildirir ki, iddia ərizəsində olan imzanı ancaq hüququnu müdafiə etdiyi şəxs mübahisələndirə bilər, başqa şəxs deyil. Eyni zamanda iddia ərizəsi elektron formada verilmiş və bu zaman tarixin və imzanın qeyd edilməsi mühüm deyil. Eyni zamanda qarşılıqlı iddiaçı şahidlərin gəlmədiyini bildirsə də, MPM-nin 78-ci, 80, 88, 89-cu maddələrinə əsasən tərəflər özləri sübut təqdim edib onu müdafiə etməlidirlər. Məhkəmə sübut toplayan orqan deyil. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğlu qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin, etirazın və yazılı çıxışın məzmununa uyğun izahat verərək onun təmin olunmasını, ilkin iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qarşı tərəfin vəkili qətnaməyə istinad etsə də, onun anasına məxsus olan ev Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 52, 147 saylı mənzil olmuş, qətnamədə də həmin mənzilin anasına məxsus olduğu qeyd edilmiş, mübahisəli mənzil anasına məxsus olmamışdır. Bu ilin dekabr ayında qızının ad günündə digər tərəflərə gəlib iştirak etmələrini demiş, Sevda da əgər keçmişi yada salaıncaqsa gəlməyəcəyini demiş, sonra onların arasında mehribançılıq yaranmışdır. İndi də ona heç bir söz demədən bu məsələni qaldırmış və bu ona arxadan zərbə kimi olmuşdur. Əgər Sevda yaxşı bacı olsa idi, məhkəmyə gəlməmişdən qabaq onunla söhbət edərdi. O,həmçinin bildirdi ki, 2001-ci ildə yoldaşını döydüklərinə görə kirayədə qalmışdır. O, evini 2003-cü ildə almış, 2013-cü ilə qədər 10 il müddətinə təmir etmişdir. O, anasına baxmışdır. Anası rəhmətə gedənə kimi həm onun, həm də öz evində yaşamışdır. Onun hazırda evi yoxdur, evi girovdadır, banka qoyub borc götürmüşdür. Rüstəm uşaqlıqda mübahisəli mənzildə yaşamış, Rüstəmin kitabxanası dedikdə 2 kitab Rüstəm alanda, 3 kitab da o almışdır. O, Rüstəmlə özü danışmışdır ki, gəlib mübahisəli mənzildə qalsın. Hətta Rüstəmdə heç vaxt açarlar olmadığından, amma onda mənzilin açarları olduğundan şəxsən açarı gedib qalması üçün Rüstəmə vermiş, amma Rüstəm qalmayacağını demişdir. Buna qohumu da şahid olmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğlunun vəkili-nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin, etirazın və yazılı çıxışın məzmununa uyğun izahat verərək onun təmin olunmasını, ilkin iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, İddiaçı1 2007-ci il tarixdən aldığı yeni tikilidəki evində tək yaşayır, özləri də yaxşı bilir ki, bunların münasibəti yaxşı deyil və İddiaçı1 özünün yeni tikilisindən çıxıb, öz yaxşı şəraitini qoyub gəlib Adil ilə bir evdə yaşamaz. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 3 saylı Xüsusi Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, hər üçünün də evi var, Adilin yoldaşı ilə də qohumdurlar, onun valideynlərindən də ev, çoxlu mal-mülk qalmışdır, yəni Adilgilin yaşamağa yetərincə evləri var. Bundan başqa atasının Şəkidə də evi olmuş, onlar atası rəhmətə gedəndən sonra şifahi olaraq Adilə Şəkidəki evi ona bağışladıqlarını, buradakı evdə onun payının olmadığını, buradakı evin qardaşı ilə onun olduğunu demiş və buna da Adil razılıq vermişdir. Amma buradakı evi istəmədiyini, payının olmadığını da deməmiş, sadəcə Şəkidəki evi ona verdiklərinə görə heç nə bildirməmişdir. Anası rəhmətə gedəndən sonra o, məzuniyyətə çıxana qədər yəni, bu ilin avqustuna qədər həmin mübahisəli mənzildə yaşamış, orada qonaqlıq məclisləri vermişdir. Məzuniyyətə çıxıb bir həftəlik istirahətə gedib gələndə görmüşdür ki, Adil onun və anasının yatdığı otağı açar salmışdır. Hamı bilir ki, o, tək qala bilmir, rəfiqəsi ilə qalır. Həmin mənzilin su kartı da onda olmuş, Şəkidən gələndən sonra suyun sındırıldığını, suyun kartını da ondan aldığını görmüşdür. Adil avqust ayından qapıya açar salıb onu evə buraxmamış, ondan sonra kommunalın ödənişini etmişdir. Əgər Adil orada qalıbsa nə yaxşı 70 qəpik və 1 manat pul keçirdirdi. Bundan başqa həmişə kommunal ödəmişdirsə əvvəlki ödəniş qəbzləri haradadır? O, avqust ayınadək həmişə ödəniş etmişdir. Hazırda o, ona görə böyük otağı istəyir ki, anasına özü baxmışdır. O, bir dəfə Adilə ya anasına bazarlıq etməsini, ya da baxıcının pulunu verməsini demiş, Adil pul verməmək üçün dava-dalaş, qışqırıq salmış, ona görə də anasına baxmaq üçün o, yarım gün baxıcı tutmuş, yarım günündə də qardaşı Rüstəm gəlib baxmışdır. Rüstəm Adilin anasını öz yataq otağından qovub çıxatmasına şahid olmuşdur. O, həmçinin bildirmişdir ki, 2007-ci ildə bina tikildiyi vaxt onlar müqavilə bağlamış, o da 5-6 ilə təmir etmiş, 2015-ci ildə də ora qaz çəkilmişdir. Rüstəm elm adamı olmuş, onun kitabları anasının evindədir. Ona Adil heç vaxt zəng etməmiş, Rüstəm zəng etmişdir. Adilin uşaqları Türkiyədə yaşayır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X25 şahid qismində ifadə verərək göstərmişdir ki, o, İddiaçı1 həm rəfiqəsi, həm qonşusu, həm də sinif yoldaşı olmuşdur. Tərəflərin anasına Sevda və həmçinin, o işdən gələnədək saat 4-5-ə qədər Rüstəm baxmış, anasının bütün həkim xərcini Sevda çəkmişdir. Sevda bir yerə gedən zaman analarına o özü baxmışdır. Mübahisəli mənzildə də Sevda qalmışdır. O, Adilin həmin evə gəldiyini bir dəfə anası 2021-ci il tarixdə rəhmətə gedəndə, bir dəfə də əlində sənədlərlə gəlib Sevdanın onu məhkəməyə verdiyini deyəndə görmüşdür. Adil həmin binada öz evində qalırdı. Düzdür, Adilin evinin sənədini görməmiş, amma qaldığı evin Adilin öz evi olduğunu, Adilin neçə illərdir ki, orada yaşadığını, heç vaxt nə qızı, nə də yoldaşının Sevdanın anasının evinə gəlmədiyini bilirdi. Sevdanın anası rəhmətə gedəndən sonra da Sevda orada yaşamış, axırıncı dəfə Sevda Şəkiyə gedəndən sonra qapı bağlı olduğunu görmüşdür. Sevda ona zəng edərək Adilin açararı dəyişdiyini demişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X12 şahid qismində ifadə verərək göstərmişdir ki, Adil ilə dostdur və onu 2007-ci ildən tanıyır. Ev Xalqlar dostluğunda, 4-cü mərtəbədə, sol tərəfdə yerləşirdi, ağ qapı var idi. Həmin evdə Adilin anası, atası olmuş, evdə Adilin yoldaşını, uşaqlarını da görmüşdür. Adilin bacısı Sevda xanımı anasının yanına gedib gələrkən görmüşdür. O, Sevdanı əşyalarını gətirərkən görmüşdür. Sevdanın öz evi olmuşdur. Onlara gedəndə Sevda xanımın harada olduğunu soruşmuş, onlar da öz evində olduğunu bildirmişdir. O, 2008-ci ildə də həmin evə gedib-getmiş, adını xatırlamasa da Adilin atasını da görmüş, onunla söhbəti də olmuşdur. Rəhmətlik Rüstəmin evi olduğunu, Adilə toy etdiyini və bu evində onun olduğunu demişdir. Adil ona başqa evinin olduğunu deməmiş, və Adilin elə bir evi də olmamışdır. Onun evi kirayə olmuşdur. Adil aşağıda yaşamış, həmişə 4-cü mərtəbəyə gedəndə Adilin yuxarı anasının yanına getdiyini görmüşdür. O, Adilin anasının rəhmətə getməsi karantin vaxtına düşdüyü üçün bilməmiş, bunların arasındakı ev söhbətindən də məlumatı olmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X19 şahid qismində ifadə verərək göstərmişdir ki, o, Xəlil-zadə Adil Oktay oğlu ilə 1987-ci ildən tanışdır, qohum deyillər, dostluq etmişlər. O, onlara gedib-gəlirdi. Axırıncı dəfə Adilgilə bir həftə bundan qabaq getmiş, Sevdanı orada görməmişdir. O, hal-hazırda Ramanada yaşayır. Adilin başqa evinin olmasını bilmir, kirayədə yaşadığı barədə eşitmişdir. Adilin evi 5 mərtəbəli binanın 4cü mərtəbəsində 22 nömrəli mənzildə olmuşdur, evin qapısı sol tərəfdə yerləşən ağ rəngdə 2 laylı qapı idi. Adil həmin evdə ailəsi ilə qalmış, Sevda, anası Sevil orada yaşamışdır. Adilin anası həmişə Adilin evinin balaca olduğunu, evin də Adilin olduğunu demişdir. Rüstəm o vaxtlar ev alıb öz evinə köçmüş, o, Rüstəmgilin evində də olmuşdur. 2008-ci ildə o, Adili oğlunun toyuna çağıranda, Adilgildə oturub çay içən zaman Sevda xanımı görməmiş, harada olduğunu soruşmuş, ona Əhmədli tərəfdə ev alıb köçdüyünü demişlər. o evə qonaq kimi gedib-gələndə, elə vaxt olmuşdur ki, Sevda evdə olmamışdır. Sevda 1988-1990-cı illərdə orada yaşamış, ev alandan sonra da gedib gəlirmiş, amma anaları Sevil xanım həmin vaxt da orada yaşamışdır.Əvvəllər Sevil xanım Sevda ilə yaşamış, Sevil xanım xəstə olan vaxt yanına gedəndə ona Adil və Adilin ailəsi baxırdı. Sevil xanımın yas mərasimində iştiraketmiş, Rüstəmi orada görmüş, yasda qarışıqlıq olduğu, kişi qadın ayrı olduğu üçün Sevdanı görməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X13 şahid qismində ifadə verərək göstərmişdir ki, Sevda xanımla qohumluq əlaqəsi olmamış, onunla qonşu olmuşlar. Sevda xanımı onun anasına baxmamışdan öncə tanımış, sonradan Sevda xanım anasına baxmaq üçün ona müraciət etmiş və o da Sevil xanıma 2019-cu ilin mart-fevral ayından 2020-ci ilin avqust ayına qədər hər şənbə-bazar günləri, həftə içi səhər saat 8-dən saat 6a qədər baxmışdır. Sevil xanım yataq xəstəsi olmamış, sadəcə tək qalmaqdan qorxmuşdur. Həmin mənzildə 2 qapı olmuş, Sevil xanım ona həmişə qapının ikisini də bağlamağını demiş, o da səbəbini soruşanda Sevil xanım Adilin gəlib dava salacağını, onu otaqdan çıxartdığını, zalda yatdığını bildirmişdir. Həmişə ona Sevil xanım onu pəncərənin qabağına aparmasını, oğlunun orada qaldığını, oğlunu görmək istədiyini demişdir. Ona aylıq 250 manatı Sevda xanım ödəmişdir. Sevda mübahisəli evdə daimi yaşamış, Rüstəm müəllim orada yaşamasa da oraya onun işi olanda gəlib anasının yanında 1-2 saatlıq oturub anasına baxmışdır. O, bunlardan başqa bir şəxs orada görməmiş, həmin vaxt Adil oraya heç vaxt gəlməmişdir. O, heç vaxt Adil ilə söhbət etməmiş, ilk dəfə Sevil xanımın yasında onu görmüşdür. Sevdanın başqa mənzili olması barədə onun məlumatı olmamışdır. Mübahisəli mənzil 3 otaqdan ibarət olmuş, çarpayılar zalda olmuşdur və Sevil xanım orad da qaılırdı. Bir otaq bağlı olmuş, balaca bir otaqda da Sevda xanımın əşyaları olmuşdur və Sevda xanım orada yatırdı, sonrdan isə zalda anası ilə birgə yatırdı.O evdə bütün əşyalar Sevdaya məxsus olmuş, o, orada olduğu müddətdə Sevda bütün əşyaları təzələmiş, stolları, divanı təmir etdirmiş, evdə bütün ərzaqları, anasına lazım olan hər şeyi Sevda xanım almışdır. O, həmçinin bildirmişdir ki, hal-hazırda işləmir, yaxın adamlarının uşalarına baxır, vergi uçotu yoxdur. 3 uşağı var, işlədiyi müddət uşaqlara qayınanası baxırdı. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X26 şahid qismində ifadə verərək göstərmişdir ki, o, B.Nuriyev küçəsində yerləşən mənzildə Rüstəm müəllimin qapı qonşusudur. Rüstəm müəllim həmin 1 otaqlı mənzildə qızı, oğlu və yoldaşı ilə birgə yaşayır. O, 1988-ci ildə anadan olmuş, orada olduğu müddət ərzində Rüstəm müəllimin anasının, atasının orada yaşadığını görməmişdir. Qonaq gəlib-gəlmədiklərini bilmir. O, Rüstəmin oğlu Azəri nənəsigildən çağırırdı. Adilin adını eşitsə də, üzbəüz onu birinci dəfədir ki, görür. 2019-2020-ci illərdə Azəri evə gəlib çağıranda bibisi Sevdanı görmüşdür. Mənzilin qapısının necə olmasını xatırlamır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 162a saylı evin 22 saylı mübahisəli mənzili xx.xx.1972-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 105557 №li xx.xx.1972-ci il tarixli order əsasında tərəflərin atası mərhum Xəlil-zadə Oktay Əbdüləvvəl oğluna və ailə üzvləri X21, Xəlil-zadə Rüstəm Oktay oğlu, İddiaçı1 və X1 (Xəlil-zadə Adil Oktay oğlu) birlikdə yaşamaq üçün verilmişdir. Bundan sonra həmin şəxslər həmin ünvanda yaşamışlar. 1989-cu ildə icarədar olan Oktay Xəlil-zadənin həmin mənzildən qeydiyyatdan çıxması ilə əlaqədar mənzilin şəxsi hesabı onun oğlu Xəlil-zadə Adil (Əbdüləvvəl) Oktay oğlunun adına dəyişdirilmişdir. 2014-cü ildə Adil Xəlil-zadə həmin mənzilin özəlləşdirilməsi ilə bağlı DƏDRX-nə müraciət etmiş, xx.xx.2014-cü ildə onun həmin mənzillə bağlı mülkiyyət hüquqları Dövlət qeydiyyatına alınmışdır. İddiaçı1 və anası Xəlil-zadə Sevil Məmməd qızı qeyd edilən özəlləşdirmə aparılan zaman mübahisəli mənzildə yaşasalar da, əraziyə xidmət edən Bakı şəhər İH MKTD-nin 3 saylı XTMKTB tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Forma-2 arayışında onların adları mənzildə yaşayan icarədarın ailə üzvləri siyahısında göstərilməmişdir. İddiaçı1 və Xəlil-zadə Sevil Məmməd qızı mübahisəli mənzilin cavabdeh tərəfindən özəlləşdirilməsindən yalnız həmin mənzilin sənədləşdirilməsi ilə bağlı müraciət edən zaman xəbərdar olmuşlar. Bununla bağlı məhkəməyə müraciət etmişlər, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(007)-1850/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, Elşən süleymanov küçəsi, 162A saylı evin 22 saylı mənzilinin cavabdeh X17 adına özəlləşdirilməsi etibarsız hesab edilmiş və onun adına xüsusi mülkiyyət hüququ ilə verilmiş çıxarış ləğv edilmişdir. Göründüyü kimi, ilkin İddiaçı1 1972-ci ildən mübahisəli mənzildə istifadə hüququ əldə etməklə yaşaması qeyd edilən məhkəmə qətnaməsində də öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsində Xəlil-zadə Adil Oktay oğlu məhkəmə iclasında bildirmişdir ki, ailə qurduqdan sonra yoldaşı ilə Bakı şəhəri, Nizamı rayonu, Elşən Süleymanov küçəsi 162A saylı evin 22 saylı mənzildə anası və bacısı ilə birlikdə yaşamışlar. xx.xx.2003-cü il tarixdə o mübahisəli mənzillə qonşuluqda yerləşən, yəni Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162A saylı evin 17 saylımənzilini almışdır. Beləliklə, 17 saylı mənzil ona mülkiyyət huququ ilə məxsus olmuş, mübahisəli 22 saylı mənzilin şəxsi hesabı da ona məxsus olmuş və həmin evə dair icarə müqaviləsi onunla bağlanmışdır. Onun bacısı Sevdanın Xətai rayonunda yerləşən yeni tikilmiş yaşayış binasında özünə məxsus mənzili vardır. Hal-hazırda o, öz həyat yoldaşı və uşaqları ilə birlikdə Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi 162A saylı evin 17 saylı mənzilində, anası və bacısı isə mübahisəli mənzildə yaşayırlar. İddiaçıların həmin mənzildə yaşamalarına onun heç bir etirazı yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 54142866 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı1, Xəlil-zadə Adil Oktay oğlu, Xəlil-zadə Rüfət Adil oğlu və Xəlil-zadə İlay Adil qızı mübahisəli mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd olunmuş "Göhər” MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 16 №-li məktubda "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Babək pr. 94 ünvanında yerləşən 1 saylı binasının 11-ci mərtəbəsində ümumi sahəsi 77,93m2 olan 2 otaqlı 43 saylı "xxxx" MTK payçılarının 24 avqust 2007-ci il tarixli ümumi yığıncağının 24 saylı protokoluna əsasən həmin tarixdən xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı1 məxsusdur və 2007-ci ildən hazırki dövrə qədər həmin mənzildə yaşaması bildirilmişdir. Hazırki iş üzrə əlavə edilmiş "Göhər” MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 20 saylı məktubda həmin məktuba düzəliş olaraq bildirilmişlər ki, İddiaçı1 anası tək olduğu üçün anasına məxsus evdə yaşayıb və hal-hazırda da orada yaşayır. Hazırda Xəlil-zadə Rüstəm Oktay oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində qeydiyyatdadır və həmin mənzil xüsusi mülkiyyət hüququna əsasən ona məxsusdur. "xxxx" MTK İdarə Heyətinin xx.xx.2022-ci il tarixli, 56 saylı arayışında Xəlilzadə Oktay Əbdüləvvəl oğlu və X14 ölüm tarixlərinə qədər Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində qeydiyyat olmaları, həmin təşkilatın iddiaçı Xəlilzadə Adil Oktay oğlunun vəkili Vəkil2 sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli, 57 saylı məktubunda Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu və X14 vəfat tarixlərinə qədər Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində qeydiyyat olmaları və bu ünvanda yaşamaları, xx.xx.2022-ci il tarixli, 65 saylı arayışda isə X7 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək qeydiyyatda olduğu, lakin orada heç vaxt yaşamadığı qeyd edilmişdir. Məhkəmə tərəfindən "xxxx" MTK X34-zadə Oktay Əbdüləvvəl oğlu, X14 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 52 saylı evin 147 saylı mənzilində qeydiyyatda olmaqla ömrlərinin sonunadək həmin mənzildə yaşayıb-yaşamaması ilə bağlı xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlar arasında yaranmış ziddiyyətin aradan qaldırılması üçün tərəflərin vəsatəti ilə dəvət edilmiş "xxxx" MTK İdarə Heyətinin sədri X2 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, birinci dəfə arayış verilən zaman Adil müəllim gəlib anasının və atasının B.Nuriyev küçəsində yerləşən mənzildə yaşayıb ölməsi barədə arayış istəmiş, o da onun bildirdikləri əsasında Adil müəllimə inandığı və Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu, X21 ölənədək mənzildə qeydiyyatda olduğu üçün həmin arayışı vermişdir. Lakin, sonradan araşdırarkən həmin şəxslərin onun binasında yaşamadığı müəyyən olunmuşdur. Həmçinin, ozünün də həmin binada yaşamasını, onları özü və qonşular tərəfindən həmin binada heç vaxt görməməməsini bildirmiş və bildirdiklərinin təsdiqi ilə bağlı xx.xx.2022-ci il tarixli məktub və qonşuların iştirakı ilə tərtib olunmuş həmin tarixli akt akt təqdim etmişdir. Belə ki, "xxxx" MTK İdarə Heyətinin xx.xx.2022-ci il tarixli aktında Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilində Xəlil-zadə Oktay Əbdüləvvəl oğlu və X14 vəfat tarixlərinə qədər orada qeydiyyatda olsalar da həmin mənzildə yaşamadıqları qeyd edilmişdir. Məhkəmə ilk öncə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Xəlil-zadə Rüstəm Oktay oğlunun vəkili Vəkil3 “qarşı tərəfin subyektiv hüququ yoxdur, çünki həmin mənzil ona məxsus deyil. Ev hazırda Nizami Rayon İcra Hakimiyyətinin balansındadır.” dəlili ilə bağlı bildirir ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi icarədarla birlikdə yaşayan ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduqlarını və bütün vəzifələri yerinə yetirməli olduqlarını təsbit etdiyindən Xəlil-zadə Adil Oktay oğlu hazırkı qarşılıqlı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Buna görə də qarşılıqlı iddianın qaldırılması ilə bağlı subyektiv hüququn olmaması barədə dəlil əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 105557 №li xx.xx.1972-ci il tarixli order əsasında tərəflərin mübahisəli mənzildə yaşamaq haqqı yarandığından, məhkəmə qətnaməsi ilə İddiaçı1 və Cavabdeh orada qeydiyyatda olduğundan, həmçinin Xəlil-zadə Rüstəm Oktay oğlu 1989-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçüb yaşadığından və tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığından məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə ilkin iddia tələbinin İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülməsi hissəsi və qarşılıqlı iddia tələbinin və İddiaçı1 Xəlil-zadə Adil Oktay oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı1 və Xəlil-zadə Adil Oktay oğlunun mübahisəli mənzildə qeydiyyatda olduğu, İddiaçı1 oraya köçərək yaşamağa başladığı və həmin andan da mənzildən istifadə etmək hüququnun yarandığı qeyd edilmişdir. Hazırda İddiaçı1 mübahisəli mənzildə istifadə hüququ olsa da, o, sözügedən mənzilə qarşılıqlı iddia üzrə iddiaçı Xəlil-zadə Adil Oktay oğlunun yaratdığı süni maneələrə görə hazırda köçə bilmir. Həmçinin, onun altı ay və daha uzun müddətə başqa yerə getməsi yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Buna görə də ilkin iddia və qarşılıqlı iddia tələbləri də bir-birləri ilə bağlı olduğundan ilkin iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilərək İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülməli, qarşılıqlı iddia tələbi isə bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 162 A, 22 saylı mənzilinə köçürülməsi hissəsi və qarşılıqlı iddia tələbinin və Xəlil-zadə Rüstəm Oktay oğlunun Xəlil-zadə Adil Oktay oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 162 A saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsi ilə bağlı bildirir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda məhkəmədə mübahisələndirilən mənzildə Xəlil-zadə Adil Oktay oğlu, onun ailə üzvləri və bacısı İddiaçı1 qeydiyatdadırlar. Lakin Xəlilzadə Rüstəm Oktay oğlu mübahisəli mənzildə qeydiyyatda deyildir. O, özünə məxsus mənzildə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə hal-hazırda həmin mənzildə yaşayır. Qanunvericilin sadalanan normalarının məzmunundan göründüyü kimi, Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi və həmin mənzilə olan ehtiyacının aradan qalxması müəyyən edilməlidir. Xəlil-zadə Rüstəm Oktay oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə köçmüş, orada yaşamışdır. Həmin mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. İş materiallarına əlavə edilmiş sənədlərdə və qanuni qüvvəsini almış məhkəmə qətnaməsində də Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi ilə bağlı anası ilə bacısı ilə birlikdə qardaşına qarşı iddia qaldırmamış, onun mübahisəli mənzildə daimi yaşaması və ya qalması barədə həmin qətnamədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Məhkəmə araşdırması ilə də onun mübahisəli mənzillə bağlılığının olması və mənzildə yaşaması üçün ehtiyacının aradan qalxmamasına dair hallar müəyyən olunmamışdır. Əksinə qarşı tərəf Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi, yəni sözügedən yaşayış sahəsinə ehtiyacın aradan qalxmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etmişdir. Bu mənada, diqqətə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi aid edilmişdir. Həmçinin, onun mübahisəli mənzilə 1-2 saatlıq anasına baxmaq üçün gəlməsi, həmin mənzildə kitablarının və ya kitabxanasının olması halları onun mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edilməklə həmin mənzilə köçürülməsi üçün əsas hesab edilə bilməz. Belə ki, o, başqa yaşayış məntəqəsinə gedərək, başqa yaşayış sahəsinə köçmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməli və Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 52 saylı evin 147 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki qarşılıqlı iddia ilə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə tələb irəli sürülsə də, işin mahiyyətindən görünür ki, Xəlil-zadə Rüstəm Oktay oğlunun mənzilə köçürülməsi ilə bağlı ilkin iddia tələbi onun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi əsası ilə təmin edilməmişdir. Bu əsasdan çıxış edərək məhkəmə hesab edir ki, qarşılıqlı iddiada cavbdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi tələb edilsə də qarşılıqlı iddia tələbini qismən təmin etməklə Xəlil-zadə Rüstəm Oktay oğlunun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə məhkəmənin gəldiyi qənaət iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Belə ki, yaşayış sahəsinə istifadə hüququna o zaman xitam verilə bilər ki, qeyd olunan şəxs həmin mənzildə daimi yaşasın və həmin mənzillə əlaqəsini kəsməmiş olsun. Həmin hüquqa isə ailə üzvi kimi yalnız kompensasiya verilməklə xitam verilə bilər. Hazırda Xəlil-zadə Rüstəm Oktay oğlu mübahisəli mənzildə uzun müddət yaşamadığı üçün onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə ilkin iddia tələbinin “mübahisəli mənzilin 19,7 kv.metr olan otağına X10 və mənzilin sahəsi 11,5 kv.metr olan otağına İddiaçı2 istifadə qaydasının müəyyən edilməsi” hissəsi ilə bağlı bildirir ki, ilkin iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki halda mübahisəli mənzil ondan istifadə hüququ olan şəxslərin ümumi istifadəsində olduğundan, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi icarədarla birlikdə yaşayan ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduqlarını və bütün vəzifələri yerinə yetirməli olduqlarını təsbit etdiyindən, həmin mənzildə onlar bərabər hüquqa malik olduğundan, İddiaçı2 mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab olunduğundan, həmçinin mənzilə istifadə qaydaları müəyyən edilərkən digər istifadəçilərin razılığı alınmalı olduğundan mübahisəli mənzilin 19,7 kv.metr olan otağına X10 və mənzilin sahəsi 11,5 kv.metr olan otağına İddiaçı2 istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbinin təmin edilməsi qanunauyğun olmazdı. Bununla yanaşı, məhkəmə hesab edir ki, ilkin iddiaçılar mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə tələb irəli sürməklə digər istifadəçilərin mübahisəli mənzildən sahiblik və istifadə hüquqularının məhdudlaşdırılmasını tələb etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 162 A saylı evin, 22 saylı mənzilinə köçürülməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 162 A saylı evin, 22 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ilkin İddiaçı1 tərəfindən ödənilmiş 100 manat və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 162 A saylı evin, 22 saylı mənzilinə köçürülsün. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Xəlil-zadə Rüstəm Oktay oğlunun Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 162 A saylı evin, 22 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar