Məhkəmə qərarları › İş №e-2(007)-2763/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2763/2024

30.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2763/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, arvadı İddiaçı 2007-ci ilin iyun ayından Cavabdeh MMC-nin X2 hesabdar olaraq əmək fəaliyyətinə başlamışdır. İyun 2007-iyul 2009-cu il tarixlərində hesabdar, iyul 2009 - dekabr 2012-ci il tarixlərində mühasib (xərclər üzrə), yanvar 2012 - yanvar 2014 tarixlərində aparıcı mühasib (xərclər üzrə) olaraq çalışmışdır. 2014-cü ilin fevral ayından ailə vəziyyətiylə bağlı yaşayış yerini dəyişərək Bakı şəhərinə köçdüyü üçün filialdan mərkəzi ofisə (Cavabdeh MMC-nin) keçirilmişdir. Fevral 2014 - oktyabr 2014 tarixlərində Cavabdeh MMC-də rəsmi olaraq əmək haqqı üzrə mühasib olaraq çalışmışdır. 2014-cü ilin oktyabr ayından 2017-ci ilin iyul ayınadək analıq məzuniyyətində olmuşdur. O, məzuniyyətdən geri dönüb yenidən 2017-ci ilin iyul ayından 2017-ci ilin oktyabr ayınadək faktiki olaraq uçot əməliyyatları üzrə mühasib olaraq çalışmışdır. 2017-ci ilin oktyabr ayından təkrar analıq məzuniyyətində olmuşdur. 2017-ci ilin oktyabr ayından çıxdığı məzuniyyətini bitirməmişdən 2020-ci ildə təkrar analıq məzuniyyətinə çıxmışdır. Dörd, altı və doqquz yaşında üç qız övladları var. Sonuncu analıq məzuniyyətini 17 iyul 2023-cü il tarixində bitirmiş və analıq məzuniyyətində olan əməkdaş kimi məzuniyyətinin bitmə tarixində işə başlamaq məqsədi ilə Cavabdeh MMCyə müraciət etmişdir. Şirkətin insan resursları üzrə çalışan əməkdaşları ilə görüşdükdən sonra, iş yeri olmadığı üçün ona 01 sentyabr 2023-cü il tarixinədək ödənişsiz məzuniyyətə çıxmaq “tövsiyə olunmuş”, o da məcburiyyət qarşısında qalaraq onların “tövsiyəsi” ilə razılaşmışdır. 01 sentyabr 2023-cü il tarixindən sonra, ona uyğun iş olacağı vədi verilsə də, sentyabr ayında şirkətə yaxınlaşdıqdan sonra, o yenə də işə buraxılmadı və ona CV (tərcümeyi-hal) göndərmək “tövsiyə” olundu. O, şirkətə CV (tərcümeyi-hal) göndərsə də, bu səfər email vasitəsilə (01 oktyabr tarixində) ona cavab verildi və guya şirkətdaxili ixtisas komissiyasının (18 sentyabr tarixində təşkil edilən onlayn görüşə əsasən) qərarına əsasən işə uyğun olmadığı bildirildi. Qeyd edir ki, onu çalışdığı sahədə yox, guya fərqli sahədə qiymətləndirmək üçün müsahibə etmişdilər. Daha sonra, dəfələrlə ərizəçi və onun tərəfindən Cavabdeh MMC ilə əlaqə saxlansa da, o işə buraxılmadı və ona işə gəlməməyi və gələcəyi təqdirdə işə buraxılmayacağını bildirdilər (şirkətin ərazisinə daxil olmaq üçün xüsusi giriş-çıxış rejimi mövcuddur və giriş-icazə kartı olmayanların mühafizə xidməti əməkdaşları tərəfindən şirkət ərazisinə daxil olmasına, yol verilmir). O, şirkətə dəfələrlə yaxınlaşsa da, qeyd etdiyi səbəbə görə onu işə buraxmadılar. Bundan sonra, 2023-cü ilin oktyabr ayında vakansiya olmadığı üçün onun ixtisar ediləcəyi bildirildi. İddiaçıya şirkət tərəfindən məlumat verilsə belə onu ixtisar etmədilər. Sonradan, 27 oktyabr 2023-cü il tarixində ona şirkət tərəfindən bir daha email göndərildi və həmin emaildə iltizama imza atıb öz ərizəsi işdən azad olunmağı “tövsiyə” edildi. Bu hadisələrdən sonra, o və iddiaçı dəfələrlə şirkətin rəhbərliyinə və X7 Xidmətinə müraciətlər ünvanlamışlar. Təəssüf ki, həmin müraciətlər nəticəsiz qaldı. Şirkətin insan resursları departamentində rəhbər dəyişikliyi olduqdan sonra, Fuad Novruzov (departament rəhbəri) adlı şəxslə əlaqə saxlamışlar. Bundan sonra, vəziyyət və şirkət və onun arasındakı münasibətlər daha da pisə doğru dəyişdi. Fuad Novruzov ona qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirir və hər vəchlə onun işdən azad olunması üçün əlindən gələni edirdi. Həmin dövrdə o, təkrarən X7 Xidmətinə müraciət etmişdir. Cari ilin may ayında Müfəttişliklə müraciətinin nəticəsi barədə maraqlandıqda, ona şifahi formada şirkət tərəfindən 2024-cü ilin mart ayının 29-da əmək müqaviləyə xitam verilməsi bildirildi. Buna baxmayaraq, ona Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə hazırki tarixədək hər hansı məlumat verilməyib, Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq xitam əmrinin surəti və əmək kitabça ona ümumiyyətlə verilməyib (xüsusilə qeyd etmək istəyir ki, 5 dəfə vəzifə dəyişikliyi edilməsinə baxmayaraq əmək kitabçasında, heç bir qeyd aparılmayıb hətta, məlum olmuşdur ki, əmək kitabçası belə yoxdur). Qeyd edir ki, məzuniyyət müddətinin bitdiyi tarixdən 29 mart 2024-cü il tarixinədək ona ayrı-ayrı tarixlərdə cəmi 2 dəfə ödəniş olmuşdur: xx.xx.2024-cü il tarixində 478 AZN (bu ödənişin şirkət tərəfindən geri ödənilməsi tələb olunmuşdu və əsas olaraq mühasibatlığın yanlışlıqla ödəməsi əsas göstərilmişdi) və 29 mart 2024-cü il tarixində 1158 AZN. İddiaçı, bu sonuncu ödənişin son haqq-hesab olmasını heç təsəvvürünə belə gətirməmişdir. Çünki, hər hansı formada bununla bağlı ona məlumat verilməmişdi və həmin ərəfədə onun müraciəti X7 Xidmətində araşdırılırdı. İddiaçı, əmək müqaviləsinə xitam verilməsindən yalnız X7 Xidmətindən müraciətinin nəticəsini maraqlanarkən xəbər tutmuşdur. Bundan sonra, tərəflərindən qanunvericiliyin tələbinə müvafiq olaraq mediasiyaya müraciət edilmişdir və 10 iyul 2024-cü il tarixində bizə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Şirkətlə aparılan danışıqlar, X7 Xidmətinə müraciətləri, mediasiyaya müraciəti nəticə vermədiyinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göründüyü kimi, iddiaçının əmək hüquqları Cavabdeh MMC tərəfindən kobud şəkildə pozulmuş, ona qarşı davamlı şəkildə qərəzli münasibət sərgilənmişdir. Onun əmək fəaliyyətimə başlamağına süni maneələr yaradılmış, şirkət tərəfindən gah məzuniyyətə çıxmağı, gah CV (tərcümeyi-hal) göndərməyi, gah müsahibələrə dəvət olunmağı, gah öz ərizəsi ilə çıxmağı “tövsiyə” olunmuş, gah da ixtisar olunacağı bildirilmişdir. Xitam prosesi barədə iddiaçıya məlumat verilməməsi, əmrin surətinin və əmək kitabçasının ona hələ də təqdim olunmaması kobud pozuntuların ən bariz sübutudur. Qeyd edilənlərə əsasən hesab edirlər ki, 29 mart 2024-cü il tarixində tərtib edilmiş qeyri-qanuni xitam əmri etibarsız hesab edilməlidir, İddiaçı işə bərpa edilməli və məcburi işburaxma dövrünə görə ona əmək haqqı məbləği ödənilməlidir. Göstərilənlərə əsasən, 29 mart 2024-cü il tarixində tərtib edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi; İddiaçı Cavabdeh MMC-də mühasib vəzifəsinə işə bərpa edilməsi; Məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 29 mart 2024-cü il tarixində tərtib edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi; İddiaçı Cavabdeh MMC-də mühasib vəzifəsinə işə bərpa edilməsi; Məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi, İddiaçı xx.xx.2007-ci il tarixindən sonuncu iş gününə qədər olan tarixi əhatə edən əmək stajının dəqiq və faktiki icra etdiyi vəzifələrə müvafiq olaraq əmək kitabçasında qeyd edilməsinin təmin edilməsi və mənəvi ziyanın vurulmasına görə 10000 manat təzminatın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, ilkin olaraq qeyd edir ki, İddiaçı ilə 2007-ci ilin iyun ayında əmək müqaviləsi bağlanmışdır. Həmin tarixdən etibarən İddiaçı Cavabdeh MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2014-cü ilin oktyabr ayından 2017-ci ilin iyul ayına, 2017-ci ilin oktyabr ayından 2020-ci ilə, 2020-ci ildə vəzifələrinin icrasına başlamadan yenidən 2023-cü ilin avqust aymadək analıq məzuniyyətində olmuşdur. 2023cü ilin avqust ayında analıq məzuniyyəti bitdiyindən Şirkətə yaxınlaşaraq xx.xx.2023-cü il tarixədək öz hesabına məzuniyyət ərizəsi yazmış, lakin xx.xx.2023-cü il tarixdən öz vəzifələrinin icrasına başlamamışdır. İddiaçı əmək məzuniyyət ərizəsinin yazılmasına məcbur edildiyini bildirsə də istinad etdiyi halları sübut edə biləcək hər hansı dəlil təqdim etməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən öz əmək funksiyalarının icrasına başlamalı olsa da başlamamışdır. Bununla bağlı iddiaçıya ilkin olaraq şifahi qaydada dəfələrlə məlumat verilmişdir. Daha sonra rəsmi qaydada xəbərdarlıq məktubu göndərilərək xx.xx.2023-cü il tarixdə məzuniyyətin bitməsi bildirilmiş və əmək funksiyalarının icrasına başlamaq üçün şirkətə dəvət edilmişdir. Qeyd olunan müraciətlərə heç bir cavab verilmədiyindən iddiaçıya müxtəlif tarixlərdə eyni məzmunlu təkrar məktublar göndərilmişdir (məktublar və poçt qəbzləri etiraza əlavə olunur). Sonuncu xəbərdarlıq məktubu ilə İddiaçı yenə şirkətə dəvət edilərək əmək funksiyalarının icrasına başlanılması təklif edilmiş, əks təqdirdə AR Əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş (AR Əmək Məcəlləsinin 186-cı maddəsi) intizam tənbeh tədbirlərinin görüləcəyi bildirilmişdir. Lakin iddiaçı yenə də Şirkətə yaxınlaşmamış, işə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə işəgötürənə heç bir məlumat verilməmişdir. Yuxarıda qeyd olunan rəsmi xəbərdarlıq məktubları ilə yanaşı iddiaçı ilə elektron poçt və istifadəsində olan mobil nömrə vasitəsilə də əlaqə saxlanılmışdır. Belə ki qeyd olunan xəbərdarlıq məktubları eyni zamanda iddiaçıya məxsus Elektron ünvan ünvanına və istifadəsində olan +**********61 mobil nömrəsinə “WhatsApp” vasitəsilə göndərilmiş lakin müraciətlər nəticəsiz qalmışdır. Bununla yanaşı məsul şəxslər tərəfindən iddiaçının işə gəlməməsi, gəlməməsinin üzrlü səbəbləri barədə işəgötürənə məlumat verməməsinə dair çoxsaylı aktlar tərtib edilmişdir. Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla İddiaçı işə gəlmədiyindən onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilənlərə uyğun olaraq həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsasında xx.xx.2024-cü il tarixdə xitam verilmiş, son haqq-hesabı hesablanaraq əmək haqqı kartına köçürülmüşdür. Həmçinin bu barədə iddiaçıya rəsmi məktub ünvanlanmış, eyni zamanda rəsmi məktubun skan edilmiş nüsxəsi ona məxsus elektron poçt ünvanına və mobil telefonuna göndərilmiş, əmək kitabçasının təqdim edilməsi üçün şirkətə dəvət edilmişdir. Təqdim edilmiş sübutlardan da göründüyü kimi, işçi məzuniyyəti bitdikdən sonra dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq əmək funksiyalarının icrasına başlamamışdır. Bununla bağlı Şirkət tərəfindən ona şifahi, və yazılı xəbərdarlıqlar edilməklə yanaşı elektron poçt və mobil nömrə vasitəsilə də əlaqə saxlanılmış, məktublar göndərilmişdir. Lakin qeyd olunan xəbərdarlıqlara baxmayaraq iddiaçı işəgötürənə nə hər hansı məlumat vermiş, nə də işə gəlməmişdir. Göründüyü kimi xitam əmri tamamilə qanuni və əsaslıdır. İddia ərizəsində istinad olunan hallarla bağlı iddiaçı hər hansı mötəbər dəlil təqdim etməmiş, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 cavabdehin etirazının əsassız olmasına dair “mülahizə” ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda e-2(007)-2763/2024 nömrəli iş məhkəmənin icraatındadır. Cavabdehin etirazına dair mülahizələrinə aşağıda qeyd olunan əsas və sübutları əlavə edərək təqdim edir: 1) Cavabdeh "xxxx" edərək İddiaçı 2007-ci ilin iyun ayından Veysəloğlu MMC-də əmək müqaviləsi ilə çalışdığını qeyd etmişdir. İddiaçı bu faktı özü də təsdiq etdi. xx.xx.2007-ci il onun əmək stajının ilk günü olmuşdur. Lakin ƏMAS alt sistemində bu tarix xx.xx.2008-ci ildən hesablanır. Bu hal onu göstərir ki, cavabdeh İddiaçı Səməd qızını qanunun tələbinə uyğun olaraq işə qəbulunu həyat keçiriməmişdir. AR ƏM-nin 81-ci Maddəsinin (Əmək Müqaviləsinin bağlanmasının sənədləşdirlməsi) tələbi pozulmuşdur. AR İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək müqaviləsi qüvvəyə minmədən fiziki şəxsin işə cəlb edilməsi 20000-25000 manatadək cərimə, vəzifəli şəxsə 3000-5000 manatadək cərimə və AR VM-nin tələblərinin pozulmasına görə 6000 manatadək maliyyə sanksiyası tətbiq edilir. Cavabdehdən 6 aylıq stajın bərpa edilməsini, əmək haqqı olaraq əlavə 6 aylıq əmək haqqının və DSMF ödənişlərinin ödənilməsinin və bütün edilmiş düzəlişlərdən sonra ƏMAS sistemindən çıxarışın və əmək müvaqiləsinin iddiaçıya təqdim edilməsinin təminini xahiş edirlər. 2) Əmək məzuniyyəti ərizəsinin yazılmasına məcbur edilməsinə dair sübut olaraq həmin dövrdə İR struktur bölməsində çalışan əməkdaşın ehtiyac olarsa (Günay xanımın) məhkəmə iclasına dəvət edilməsi və şahid olaraq idafəsinin dinlənilməsi və həmçinin məhkəməyə təqdim etdikləri e-mail yazışmaları və (xx.xx.2023-cü il tarixli) müsahiblərin nəticələrinə dair materiallar sübut olaraq qəbul edilə bilər. Məhkəməyə təqdim edilən yazışmalar (Öz xahişi ilə işdən çıxış ərizəsini yazmağa məcbur edilmə, iltizam yazmağa məcbur edilmə, müsahibəyə cəlb olunaraq aidiyyatı olmayan sahədə müsahibə edilmə və guya uyğun görülməmə barədə yazılı rəyin bidirilməsi, OBA X3 Resursları nümayəndələri ilə görüşmək üçün göndərilməsi və s) bu məzuniyyətin İddiaçı tərəfindən könüllü deyil, məhz müəssisə İnsan Resurslarının təkidi və işin olmamasını bəhanə gətirməsinə görə iş təklif edilməməsi nəticəsində “məcburi könülli” olaraq edilmişdir. Əks halda İddiaçı bu müddəti niyə məhz bir ay olaraq qeyd etsin ki!? Əgər Məqsəd daha uzun müddətli işə çıxmamaq olmuşdusa bu zaman onlar qanunun onlara verdiyi hüquqlardan istifadə edərək (Əmək Məcəlləsi Maddə 130. a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək;) bir il ərzində ödənişsiz məzuniyyət hüququndan istifadə edə bilərdi. Əslində isə müəssisənin nümayəndələri iş yerinin olmamasını bahənə edərək bu addımı atmışdılar. Həmçinin İR və Maliyyə Departamentinin rəhbərləri tərəfindən qeyd edilmişdir ki, idiaçının birbaşa çalışdığı vəzifəsi olan “Əmək haqqı üzrə Mühasib” vəzifəsi daxili struktur dəyişikliyinə əsasən X6 bölməsinə keçirilmişdir. Buna görə də hazırda bu vəzifə Maliyyə Departemanetinin tərkibində yoxdur. Bunun üçün də Sizin əmək hüququnuzu təmin edə bilmirik. Bu məqamın özü elə birbaşa müəssisənin rəhbər əməkdaşları tərəfindən təsdiq edilmişdir. İddiaçı həmin vaxt X4 Samir Əmirov, Mühasibatlıq struktur-bölmə rəhbəri Samir bəylə, və Maliyyə Departamentinin rəhbəri Orxan Alyarov ilə birbaşa görüşmüşdür. Bununla yanaşı iddiaçı işin olmaması arqumentinə adekvat olaraq cavabdehin onu işə çağıra biməməsi və ixtisar etməsi vəziyyəti “labüddürsə” əmək müqaviləsinə əmək məcəlləsinin müvafiq maddələrinin (Maddə 77) şərtləri ilə xitam verilməsini tələb etmişdir. Bu halın faktiki və qanuni mümkün olmadığını bilərək bu addımı atmışlar. Cavabdehin nümayəndəsi bunun mümkün olmadığını ifadə etdi. Qeyd edir ki, o dövrdə 40000 nəfərə yaxın və hal hazırda 21000 nəfərə yaxın ümumi heyəti olan müəssisədə 17 il çalışan loyal əməkdaşına müvafiq Departamentdə (200+əməkdaşı olan) vakansiyanın olmamasının bu cür kobud bir üslubla bildirlməsinin qərəzli addımdan başqa bir hal kimi heç bir izahı yoxdur. Hal hazırda Veysəloğlu MMC-nin öz səhifəsində buna dair məlumatlar açıq dərc olunur. Hazırda 2000 yeni əməkdaşın qəbul olunduğunun qeyd olunduğu məlumatı məhkəmənin nəzərinə təqdim edir. Cavabdeh qeyd edir ki, İddiaçı öz xahişi ilə yazdığı məzuniyyətindən sonra (xx.xx.2023) işə başlamalı idi. Lakin əslində iddiaçı elə xx.xx.2023-cü ildən əmək fəaliyyətinə başlamalı idi. Çünki analıq məzuniyyəti həmin tarixdə bitmişdi. Lakin iddiaçı bu təşəbbüsünün nəticəsiz qalmasına görə (xx.xx.2023-cü il tarixindən şəxsən özü müraciət etmişdir) xx.xx.2024-cü il tarixində isə məcburi məzuniyyət ərizəsi yazmışdır. Ona qanunvericiliyin tələbinə uyğun olaraq hüququnu (Əmək məcəlləsi Maddə 47 “iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti” olduqda) təmin etmək yerinə etinasızca iş yerimiz yoxdur. “Ya Məzuniyyət yazıb gözləyin və ya da ərizənizi öz xahişinizlə yazıb çıxın” deyilmişdir. Hətta öz xahişi ilə işdən çıxma mövzusunda təkid edən İnsan Resursları ona işdən çıxış üçün (Məhkəməyə təqdim edilmişdir) e-mail ünvanlamışdır. 3) Cavabdehin qeyd etdiyi tarixdən (xx.xx.2023-cü ildən) İddiaçı əmək fəaliyyətinə başlaması onun qanuni hüququ, mənəvi haqqı və arzusu idi. Lakin bu hüququn təmini cavabdehin təyin etdiyi nümayəndələrin etinasızlığı və qərəzli şəkildə yanaşması nəticəsində reallaşmamışdır. Cavabdeh qanuna müvafiq rəsmi bidirişin yazıldığını qeyd etmişdir. Məktubların onlara çatmaması halını belə istisna etsələr (Tutalım ki, məktublar onlara çatmış olsa idi) yazışmalar bunu sübut edir ki Mələk Həməzyevaya təqdim edilən ilk rəsmi məktub xx.xx.2024-cü il tarixlidir ki, burda söz olaraq sadəcə "xxxx" ifadəsi işlədilir. Lakin məlum olduğu kimi Veysəloğlu MMC-nin onlara ilk faktiki geri dönüşü yanvar (xx.xx.2024-cü ildə) ayının sonu etinasızca təqdim etdiyi Whatsapp yazışmasındakı “sənəd” olmuşdur. Bu tarixdən əvvəl onlara hər hansısa bir bildiriş və ya məktub təqdim edilməmişdir. Hər iki məktub eyni məzmun və formadadır. Məzuniyyət bitdikdən sonra noyabr ayında X5 cavab ala bilməmişdir. 2023-cü ilin 27 oktyabr tarixində Veysəloğlu adından Ayşən Tarverdiyeva onlarla əlaqə saxlayaraq vakansiyanın olmadığını bildirmiş və və öz xahişi ilə ərizə yazaraq işdən ayrılmağını tələb etmişdirlər. Bunu sübut edən e-mail yazışmaları məhkəməyə təqdim edilmişdir. Müəssisənin bu addımdan sonra iddiaçı əmək müfəttişliyinə müraciət etməyə qərara almışdır. Bu vaxta qədər müəssisə heç bir bildiriş təqdim etməmiş və İddiaçı faktki olaraq işə dəvət etmək yerinə işdən çıxarmaq üçün fərqli bəhanələr axtarmışdır. İddiaçı isə çıxış yolu kimi Əmək Müfəttişliyinə müraciət etmişdir. Xüsusi olaraq bildimək istəyir ki, işdən çıxarmaq üçün səylərə nümunə kimi cavabdehin “Whatsapp” ilə təqdim etdiyi möhürsüz, məqsədli olaraq tarixsiz (gün və ay qeyd olunmayan, güya çoxdan tərtib edilib) təqdim edilən sənədinin məzmunu bunu sübut edir. Sənədə imza atan Fuad Novruzovun işə başlama tarixini nəzərə alsaq və həmçinin sənədin “Whatsapp” üzərindən təqdim edildiyi tarix 29 yanvar 2024-cü ildir ki bu onlara ilk (qeyri rəsmi) geri dönüş tarixləridir. Bu dövrdə Fuad Novruzovun cəmi ikinci ay idi ki Veysəloğlu MMC-də işə başlamışdı. Bundan əvvələ heç bir bildiriş təqdim olunmamışdır. Bu məktubda da “Sizi bir neçə dəfə dəvət etsək də dəvətimiz nəticəsiz qalmışdır” kimi ifadə işlədərək heç bir rəsmi bildiriş və etinalı çağırış etmədikləri halda gələcəkdə “sübut kimi” əməkdaşı məsuliyyətiz biri kimi təsvir etməyə çalışmaları idi ki, bu hal əvvəl başdan məqsədin nəyə hesablandığını müəyyən etməyə imkan verir. Bu məktub işə dəvət edilmə ilə bağlı tələb olunan heç bir informativ məlumat daşımır və həmçinin rəsmi sənədləşmə qaydalarına əsasən yarımçıq təşkil edilmişdir. Həmçinin bu zaman ƏM-nin 55. maddəsinin “Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir” tələbləri pozulmuşdur. Xülasə işə başlamaq üçün iddiaçı dəfələrlə müraciət etmiş lakin faktiki olaraq nəticə ala bilməmişdir. Bunu DƏMX-nə yazılan məktublar və həmçinin Veysəloğlu Şirkətinin rəhbərliyinə edilən rəsmi müraciətlər də təsdiq edir. 4) Rəsmi xəbərdarlıq məktublarının (İnformativ olmasa belə) tərəflərinə çatmamasını və həmçinin mobil nömrə vasitəsi ilə birbaşa əlaqə saxlayaraq (birbaşa işə dəvət edilmənin olmamasını) hər hansısa bir məlumatın verilmədiyini nəzərə almağı xahiş edir. Məktub göndərilən ünvanda onların yaşaşamamağı doğrudur, amma həmin ünvanda onların heç kəsin tanımaması sadə absurd iddiadan başqa heçnə deyil. Məktublar xüsusi üsulla yollanılıb və kuryer özü bütün qeydləri aparıb ki, bu da onlar üçün sual doğuran məqamdır. Əlavə olaraq qeyd edir ki, maillər üzərindən onlara məlumatlar təqdim edildiyinə dair məlumat təqdim etmişdir. Lakin xx.xx.2024, xx.xx.2024 və həmçinin xx.xx.2024-cü il tarixli e-maillər (Ayşən Tarverdiyeva təərfindən yollanıldığı qeyd olunan) onlara gəlməmişdir. Qeyd edir ki, digər e-maillərin hamısı tərəflərindən qəbul edilmişdir və əlavə edilmişdir. Sübut kimi Elektron ünvan ünvanına gələn mailləri təqdim edir. DƏMX-nə müraciətdən sonra sadəcə bizə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ilk dəfə 29 yanvar tarixinə olan formal (Əlavə edilmiş) və sifarişli yazılar göndərilmişdir. Bu yazılar müəyyən aralıqlarla bir neçə dəfə eyni məzmunda “whatsapp” vasitəsi ilə göndərilmişdir. Həmin yazıların nə məqsədlə yazıldığını müəyyən etmişlər. Yazıların məzmunundan göründüyü kimi məqsəd İddiaçı işə dəvət etmək yox, işdən çıxarmaq üçün məlumat (data) toplamaq məqsədi daşıyır. Yəni “ona məlumat vermişik amma O özü işə çıxmaqdan imtina edib”. Bunun sübutu kimi İddiaçı yolladıqları yazıların məzmunu və həmçinin öz ərizəsi ilə işdən çıxış məktubu, iltizam və hətta telefon danışıqlarını (Mobil operatordan təmin edərək) və s...qeyd etmək olar. Niyyətin və motiv əvvəlcədən bəllidir. Qeyd edir ki, cavabdehin dəvətindən sonra onlar telefon vasitəsi ilə bir neçə dəfələrlə uzun-uzun hüquq şöbəsinin əməkdaşı Əzimağa bəy ilə görüşmüşlər. O, çox adekvat və hüquqi nöqteyi nəzərdən yanaşmışdı məsələyə. Lakin o vaxt bu movzunun yekunan dair bir nəticə əldə edə bilməmişlər, səbəb isə Fuad Novruzovun razılaşmaması və qərəzli çəkildə təkid edərək onların (qərəzli) şərti ilə razılaşmalıdır yanaşması olmuşdur. Əzimağa bəy məsələni hüquqi müstəvidə analiz edərək təklifni vermiş lakin qərar vermə iqtidarında olmadığı üçün mövzu Fuad Novruzov tərəfindən blok edilmişdir. Buna dair hüquqşünasdan ətraflı məlumat almışdı. Bu iddianı qüvvətləndirən bir başqa əsas isə İnsan Resursları tərəfindən əmək haqqı və həmçinin vəzifənin təkidlə təyin edilməməsi və Fuad Novruzovla telefon danışığımız zamanı şəxsən Mənə “Mələk xanım ya 478 AZN məbləğə gəlib işləyəcək ya da ki maddə ilə işdən çıxaracağam” ifadəsi olmuşdur. Bunun müqabilində axı o əmək haqqı bugünün əmək haqqısı deyil dediyində. Köhnə tarixdir və.s qeyd etdiyi də onda olan sənəddə budur. “İstəyirsə gəlsin, gəlməsə bu şərtlə onsuzda çıxaracağam” deyerək qeyd etmişdir. O da belə olacağı təqdirdə iş uzanıb məhkəməyə gedəcək demişdir. Dedi ki, olsun! Bunu iddianın sübutu kimi yenə də mobil operatorun məlumat bazasından almaq olar. Qeyd edir ki, İddiaçı ƏMAS elektron sistemi üzərində qeyd olunan köhnə əmək haqqısı belə bu məbləğdən xeyli yuxarı idi. Məhkəməyə təqdim edilir. Hazırda isə O vəzifənin maaşı tam fərqlidir. Fuad Novruzov bu məbləği köhnə bazadan (2011-2014-cü illərin əmək haqqı bazasından) tapdığını qeyd etmişdi. Həmin dövrdə əmək haqqılar üç hissədən (rəsmi, kassa və bonus) ibarət idi. Təqdim edilən sadəcə rəsmi hissə olmuşdur. O, əməkdaşın müəssisənin səhlənkarlığı ucbatından xeyli müddət işə başlamasının gecikməsini, üç uşaqlı (sonuncunun 4 yaşına çatmamasını) ana olmasını, həmçinin 17 illik təcrübəsini və çalışdığı müddət ərzində yaxşı işçi kimi xarakterizə olunmasını nəzərə alaraq tutduğu vəzifənin əmək haqqısını təyin etmək şərti ilə işə dəvət etmək yerinə əsassız olaraq köhnə bazalardan tapdığını iddia etdiyi əmək haqqısını təhdid aləti (işdən imtina etməsinə səbəb olmaq üçün) kimi istifadə edərək Onun işə başlama prosesinə maniə olmuş və Ona ya bu şərtlə razılaş ya da ki işdən çıx seçimi qarşısında qoymuşdur. Qeyd edir ki hal hazırda bu maaşa Veysəloğlu MMC də çalışan nəinki mühasib ümumiyətlə əməkdaş yoxdur. Əksini sübut etmək cavabdehin hüququdur. 5) İddiaçı işə çıxamaması və vəzifə öhdəliklərini icra etməkdən imtina etməsinə dair qeyd edilənlərə etiraz olaraq bidirir ki, cavabdeh heç bir şəkildə Ona hansı işə qəbul edildiyinə dair şifahi və ya yazılı məlumat təqdim etməmişdir. Əvvəlki vəzifənin struktur dəyişikliyi səbəbindən dəyişdirilməsini və yeni vəzifəyə təyin olunmasına və bunun nəticəsində (ƏM Maddə 55- Əmək şəraitinin əlavə şərtləri) qanuna müvafiq yeni vəzifəyə dair heç bir məlumat təqdim edilməmişdir. Amma Qanunvericiliyə müvafiq olaraq Ona vəzifəsi və buna müvafiq olaraq yeni əmək haqqısı və əmək şəraiti şərtlərinin (əgər dəyişdirilib isə) dəyişdirilməsinə dair müqavilə və ya müqaviləyə əlavə və əmr təqdim edilməli idi. AR ƏM Maddə 57. İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir tələbinə müvafiq olaraq cavabdeh bu proseslərdən heç biri yerinə yetirilməmişdir. Əlavə olaraq qeyd edir ki əgər həmin vəzifə İnsan Resursları tərkibində deyil Maliyyə Departamentinin tərkibində qalmış belə olsa Onda Ona həmin vəzifə üzrə vəzifə maaşı qeyd edilərək işə başlama tarixi təyin edilməli idi. Lakin heç bir təyin əmrindən söhbət belə gedə bilməz. Çünki qarşı tərəf çox yaxşı bilirdi ki əgər İddiaçını vəzifəyə təyin edəcək olsa Ona Şirkətin əmək haqqı siyasətinə və əmək haqqı dərəcələndirmə cədvəlinə müvafiq olaraq maaş təyin etməlidir. Bu halda təbii ki İddiaçı bu təklifi qəbul edəcək və işə başlamış olacaqdı. Səbəb isə burda çox sadədir. İşə başlamaq yerinə prosesi əsassız və bezdirici üsullarla uzadaraq Onu şirkətdə çalışmaq fikrindən soyutmaq. Nəticədə onun bezərək emosinal qərar qəbul etməsinə və nəhayətdə iddiasından və hüququndan əl çəkməsinə nail olmaq. Prosesin bu qədər uzanması buna ən bariz sübutdur. 6) İddiaçı təyin əmri ilə işə çağırlmayıbsa, ona yeni vəzifəsi təyin edilməyibsə, əmək haqqısı müəyyən edilməyibsə, vəzifə təlimatı haqqında məlumat verilməyibsə və məzuniyyətdən sonra bir gün belə işə çıxmayıbsa (Müəssisəyə giriş-çıxış xüsusi kart ilə həyat keçirilir) hər hansısa bir vəzifənin icrasından məsul hesab ediməsi və nəticədə heç bir pzountu etməsi mümkün olmadığı təqdirdə işdən çıxarılmasının qərəzli niyyətdən başqa bir izahı ola bilməz. Bu faktı qüvvətləndirən sübutlardan biri kimi DƏMX-ninin əməkdaşının onları Əmək Müfəttişliyinə dəvət etməsi və çox rahat yolla danışıq apararaq məsələnin həll edilə bilməsinin (Müəssisə tərəfindən düzəliş aktının təqdim edilməsi ilə) mümkünlüyünü qeyd etməsi də gizli sövdələşmə üçün əsaslı şübhələrdən biri idi. Buna görə də ƏƏSMN-nə müraciət edərək DƏMX-nin əməkdaşın işinin araşdırılmasını tələb etmiş və əsaslı iddianın nəticəsi olaraq işin həmin əməkdaşdan alınaraq Daxili Auditə verilməsinə nail olmuşlar. Təcrübəsinə əsaslanaraq qeyd edir ki, bu halda müəssisə verilən əmrin yanlış olmasına dair məktub yazmaq yolu ilə iddiaçı haqqında verilən qərarı çox rahat dəyişə bilir. Yəqinki bu maddənin dəyişdirilməsinin iddiaçı üçün bir sıra gözlənilən maddi (Kompensasiya tələbindən məhrum olma və iddialarından əl çəkdirmək kimi) nəticələri olacaqdı. İndiyə qədər intizam tənbehi belə almayan bir əməkdaş maddə ilə işdən çıxarılır və bu halın aradan qaldırlmasının özü belə cavabdehin nümayəndəsi (Fuad Novruzov) nəzərindən minnətdarlıq duyğusu ilə qarşılana biləcək hal sayılacaqdı. Qeyd etdiyi addımın bu şəkildə atılması bu mövzuda əsaslı şübhələrin olmasını sübuta yetirir. 7) Əmək Müqviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 fevral 2026-cı il tarixli Qərardadında qeyd olunduğu kimi Əmək Məcəlləsinin 72 ci maddəsinin “a” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Lakin bu halda cavabdeh məzuniyyətdən sonra faktiki olaraq bir gün belə işə çıxmayan, rəsmi olaraq əmək haqqısı təyin edilməyən, hansı vəzifəni tutduğu haqqında heç bir məlumatı olmayan əmək müqaviləsində hansı dəyişikliyin edildiyindən xəbəri olmadan evdə oturaraq işə götürənin onu işə dəvət edəcəyini gözləyən, üç uşaq anası (ən balaca uşağın yenicə 3 yaşını bitirməsini bilərək) olan əməkdaş kimi yanaşmamışdır. Həmçinin həmin dövürdə tək gəlir yerinin həmin müəssisədə çalışmış olmasına diqqət etməyərək (Qeyd edir ki, həmin tarixdə o hətta faktiki olaraq işdən ayrılmışdı və çalışmırdı və bunu sübut edən dəlil kimi ƏMAS və Əmək kitbaçamdakı qeydləri məhkəməyə təqdim edə bilər) əməkdaşın əmək müqaviləsinə əsassız və qərəzli şəkildə xitam vermişdir. Müəssisədə çalışan bir sıra əməkdaşların “Akt” tərtib edərək əməkdaşı işdən azad edə bilmələri qanuni olaraq əməkdaşın əmək müqaviləsinə xitam verməsi üçün əsas ola bilməz. İddiaçı müəssisədə işə başlamaq üçün müraciət edərkən AKT-da imzası olan əməkdaşlardan Arifə Səfərova özü də analıq məzuniyyətində olmuşdur. Maraqlıdır ki, Arifə Səfərova özü bu AKT-a imza atarkən özünü köhnə iş yoldaşı və tanışı olan əməkdaş İddiaçı yerinə qoya bilmişdirmi!? AKT-ların tərtibindən göründüyü kimi AKT-lar ardıcıllıqla məqsədyönlü olaraq 11-15 mart tarixində tərtib edilmişdir. Bu barədə məlumat sadəcə birdəfəlik 19 mart tarixində “whatsapp” üzərindən təqdim edilmişdir. Həmin tarixlər bayram və tətil günlərinə düşmüş və işəgötürən tətildən dərhal sonra iddiaçının müqaviləsinə xitam vermişdir. Onlar da həmin aktlar ilə sonradan tanış olmuşlar. İlkin baxışda əvvəlki məqamları nəzərə almasaq sənədlər və.s qaydasında görünür, lakin cavabdeh bir məqamı hesablamır ki, İddiaçı xx.xx.2023-cü il tarixindən işinin başında olmalı idi. Necə olur ki, əməkdaş işə başlamalı olduğu tarixdən 8 ay sonra onun işə gəlmədiyi və vəzifə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilir. Özüdə ardıcıl olaraq 5 gün. Aktların tərtib olunduğu 11 mart tarixi hansı milada əsasən qəbul edilmişdir?! Bu qərarı işəgötürənin nümayəndələri hansı ƏMR əsasında qəbul ediblər? Bu işə başlama əmri ilə (həmçinin müqavilə ilə) nəyə görə iddiaçı tanış edilməyib?! Qeyd olunan məqamlar onu sübuta yetirməyə kifayət edir ki, cavabdeh bu müddət ərzində iddiaçının iddiasından geri dönmədiyini və təkidlə hüququnun təmin edilməsinə çalışdığını (DƏMX-n müraciət ünvvanlamasını) görərək məsələsini bu yolla həll etməyi çıxış yolu olaraq qəbul etmişdir. Həmçinin əməkdaş əmrin surəti ilə tanış edilməmişdir. X10 ilə yalnız Məhkəməyə təqdim edildikdən sonra tanış olmuşlar. İşdən azad edilmə ilə bağlı məlumatı isə şikayəti ilə maraqlandığıı zaman (May ayında) DƏMX-dən almışlar. Qeyd edir ki, xitamdan sonra Veysəloğlu MMC-nin əməkdaşları +**********91 nömrəsi ilə əlaqə saxlayaraq iddiaçıdan iş ilə bağlı nə düşünürsünüz deyə məqsədli şəkildə soruşmuş və heçnədən xəbəri olmayan iddiaçı “məsələmiz DƏMX-nini icraatındadır” deyərək qeyd etmişdir. Sonradan məlum olmuşdur ki bu zəng məhz onların nəbzini yoxlamaq məqsədi ilə edilmişdir. Lakin bu zəngdə onlara xitam ilə bağlı heç bir məlumat (bir söz belə) təqdim edilməmişdir. Həmçinin rəsmi olaraq bu tarixdə heç bir məktub ünvanlanmayıb. Ünvanlanan məktubların biri yanvar, ikisi fevral və son bir məktub isə 19 mart tarixində (Məktubun çatıb çatmadığına dair heç bir qeyd yoxdur) aktlar üçün yalnız “whatsapp” üzərindən yollanılmışdır. Cavabdeh Əmrdə qeyd etdiyi kimi ƏM-nin 83-cü maddənin 2-ci bəndinin tələbinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, İşçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməlidir. Bu sənədlər nəinki onlara təqdim edilməyib ümumiyyətlə heç bu barədə məlumat belə edilməyib. Biz bu prosesi DƏMX-dən öyrənmişlər. 8) Mənəvi zərərin ödənilməsinə dair onu qeyd edir ki, İddiaçı dəflərlə Şirkətə müraciət edərkən Onunla kobud rəfatar edilmiş, ona bir görüşdə “Siz 5 ildir ki artıq birbaşa əmək fəaliyyəti ilə məşğul olmursunuz və Sizin bilikləriniz artıq köhnəlib və Siz artıq “tələbə” səviyyəsində biliklərə sahibsiniz” kimi ifadələr işlədilmişdir. İfadələrin sahibi İnsan Resurlarının nümayəndəsi Fəridə xanım olmuşdur. Halbuki bu zaman nəzərə alınmalı idi ki, İddiaçı o tarixdən əvvəl sahəyə dair 12 illik gücülü əmək stajına sahib idi. Eyni zamanda Fəridə xanım İddiaçının bilik səviyyələrini ölçə biləcək səviyyədə bir expert deyildi, faktiki olaraq ölçməmişdi və qanunla ölçə də bilməzdi. Həmçinin əmkdaşın biliklərinin ölçülməsi kimin isə şəxsi fikri ilə deyil yalnız attestasiya qaydaları ilə müəyyən edilə bilərdi. Eyni zamanda analıq məzuniyyətindən qayıdan xanım ilə bağlı İnsan Resursları nümayəndəsi bilməli idi ki, AR ƏM Maddə 66 da - Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiya olunmurlar. Mələk xanım isə hələ heç işə başlamamışdı. Bunun müqabilində təəsüfki mənəvi travma yaşayan İddiaçı bu kimi haqsız təziqlər ilə bir daha qarşılaşmaq üçün sahəsinə dair 5 aylıq xüsusi kursda iştirak etmiş və bu kursu müvəffəqiyyətlə bitirmişdir. Bundan əlavə olaraq bu müddət ərzində cavabdeh bir dəfə belə olsun onu işə bərpa etmək kimi xoş məramlı bir niyyət ilə iddiaçını müəssisəyə dəvət etməmişdir. Əksinə hər dəfə onu özünə inamını alçaltmaq və iddiasından əl çəkdirmək məqsədi ilə qərəzli və düşünülmüş şəkildə whatsapp yazıları yazmış və təhdit edici şəkildə zənglər ilə bu məsələni qəlizləşdirmiş, prosesi uzatmış və nəticə olaraq iddiaçının mənəvi ruh düşkünlüyünə, özünə inamının azalmasına ləyaqətini alçaldılmış hiss etməsinə və hətta ailə daxili münasibətlərinin pozulmasına təsir etmişdir. Xüsusi qeyd edir ki, üç uşaq böyüdən bir ana kimi, 17 illik stajı olan bir əməkdaş kimi cavabdeh onu heç vaxt xoş məramlı dinləmək üçün dəvət etməmişdir. Əməkdaş müraciət etdikdə onunla nəyinki qanunun tələbinə, heç etik normlara sığmayan bir üslubda aidiyyatı olmayan satış sahəsi üçün “müsahibə” etmək yolu ilə onunla ləyaqətini alçaldılmış hiss etməsinə səbəb olan hərəkətlərə yol vemiş və həmçinin nəticə olaraq ona daha bir zərbə kimi “Siz qeyd olunan vakansiyaya uyğun görülmədiniz” demiş və sanki əməkdaş heç bu müəssisədə çalışmırmış kimi ona “Linkedin” səhifəmizdən vakansiyalarımızı izləməyi Sizə tövsiyyə edirik” şəklində e-mail ünvanlamışdır. Bunula yanaşı cavabdeh (17 il öz işçisi olmuş) iddiaçıdan CV hazırlamasını tələb etmişdir. Sonra isə ona CV ilə OBA Marketlər şəbəkəsinə və digər müəssisələrinə müraciət etməyini “tövsiyyə” etmişdir. Əməkdaş OBA Marketlər şəbəkəsinə yaxınlaşmış və görüş tələb etdiyində başa düşmüşdür ki bu bir bir oyundur və heç OBA X1 bu prosesdən xəbəri yoxdur. Nəhayət zəngi ilə keçmiş həmkarı olan Emil Hüseyinli iddiaçı ilə görüşmüş və Onun simvolikdə olsa İnsan Resurslarının nümayəndəsi Ülvi bəy ilə görüşdürmüşdür. İddiaçı orda da “işə qəbul anketi” doldurmuşdur. OBA Marektləri İddiaçıya “Sizi Mərkəzdə öz işinizə dəvət etməlidirlər” deyə qeyd etmişdir. Qeyd olunan məqamın və ƏM-Maddə 47-ci maddəsinin tələbini cavabdehin nümayəndələri yəqinki bilirdilər və bilməyə borclu idilər. 15 ildən çox sahəyə dair təcrübəsi olan expert kimi qeyd edir ki müasir iş dünyasında insan resursları nümayəndələri müəssisə ilə əməkdaşlar arasında körpü rolunu oynamalı olan heyətdir. Bu zaman onlar əməkdaşın stajını, keçmiş iş təcrübəsində nümayiş etdirdiyi xarakteri və həmçinin Şirkətin nüfuz, yanaşma və siyasətini əsas almalıdırlar. Bura da isə əməkdaşların etinasız, qərəzli, diqqətsiz, kobud və egosentrik davranışları nəticəsində 17 illik əməkdaş ilə müəssisə arasında bu müstəvidə problem yaranmışdır. Bu işlə məşğul olan hüquq şöbəsinin əvvəlki əməkdaşı ilə görüşəndə də qeyd etmişdir ki, 2 ay əvvəl təyin olunmuş əməkdaşın 17 illik stajı olan əməkdaşı öz şəxsi qərəzinə görə bu müstəvidə əsassız münasibət bəsləyərək qiymətləndirməsi doğru addım deyil. Bu addımı atmaq üçün şəxsi (ego) qərəzindən başqa heç bir əsası yoxdur. X9 bu işi inadla davam etdirmiş, məsələnin həll olunmasına dəstək olacaq kanalları qapamış, vəzifəsinin ona verdiyi səlahiyyətdən istifadə edərək iddiaçını işdən uzaqlaşdırmaq istəmiş və buna öz aləmində müvəffəq olmuşdur. Əks halda əməkdaşın işə çağırılmamsı, əsas olmadan vəzifə öhdəliklərini icra etməməsi ilə ittiham olunaraq xüsusi maddə ilə (ləyaqətinin alçaldıması hissi vermək məqsədi ilə) işdən çıxardılmasının başqa izahı yoxdur. Hətta barışığın əldə olunması ilə bağlı danışıqlar zamanı cavabdehin nümayəndəsi İddiaçının DƏMX-nə şikayət etdikdən sonra artıq yəqin bilsin ki burada çalışmaq onun özü üçündə xoş olmaz kimi cümlələr quraraq təhdid etməsi ciddi sübutlar sayılmalıdır. Səbəb kimi güya O, körpüləri zədələmişdir. Amma reallıqda vəziyyət tam fərqli idi. İddiaçının həmin şirkətdə uzun müddət çalışdığı iş yoldaşları və ümumi müəssisə rəhbərliyi ilə heç bir problemi olmamışdır. O, hüququnun bərpası üçün qanun çərçivəsində haqqını tələb etmişdir. Əksinə isə müəssisə rəhbərliyi qarşısında özünü sübut etməyə çalışan yeni rəhbərlik bu məsələni güc yarışına çevirmiş və daxili aləmində qalib olmuşdur. Bunun başqa cür izahı olmadığı üçün bu ümumi vəziyyəti analiz edərək son anda yenə bu nəticəyə gəldiyi üçün bu ifadləri qeyd edir. Yuxarıda qeyd olunan kifayət qədər əsaslı dəlilləri və halları diqqətə çatdırıb AR Əmək Məcəlləsinin və AR MPMnin müvafiq maddələrini rəhbər tutaraq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır, 2007-ci ildən Cavabdeh MMC-də işləyirdi, lakin 2008-ci ildən sənədləşdirilib. Hətta onlar da orada tanış olmuşlar, 3 övladı var. İddiaçı analıq məzuniyyətinə çıxmış, yenidən işə qayıdan zaman baxmayaraq ki, 16 illik iş təcrübəsi var, çoxlu sayda təltifnamələri var, onu müsahibəyə dəvət etdilər. Soruşanda ki, buna nə ehtiyac var, dedilər ki, “biliklərinin təkmilləşdirilməsi üçün lazımdır”. İddiaçı bununla əlaqədar olaraq 3 aylıq kursa getdi, lazımi sənədləri iş materiallarına əlavə etmişlər. Sonra xanımı 2014-cü il üçün nəzərdə tutulan maaş müqabilində iş üçün çağırdılar. Onlar qəbul etmədilər, çünki mövcud bazar qiymətindən qat-qat aşağı idi. Əmək Müfəttişliyinə müraciət edəcəyini bildirən zaman onun hərəkətini özlərinə qarşı qərəzli hərəkət kimi dəyərləndirdilər. Xanımı müsahibə edən zaman ona “yox” cavabını veriblər. O, Əmək Müfəttişliyinə müraciət edən zaman xanımın kartına 2 dəfə 478 manat köçmüşdür. Sonradan onlara bildirirlər ki, “yanlışlıq olub, o pulu geri vurun”. Bunun üçün onlara yeni kart atdılar. Lakin o, hələ də o pulu geri vurmamışdır, bu iş yekunlaşan zaman lazımi tədbiri görəcək. Xanıma ordan iltizam göndərdilər ki, “imza atmalısınız ki, müəssisəyə heç bir ziyan vurulmayıb”. Onlar baxanda görmüşlər ki, sənədin məğzi öz ərizəsi ilə könüllü surətdə işdən çıxmadır, buna görə də imzalamamışlar. Lakin o, sonradan Əmək Müfəttişliyindən bilmişdir ki, xanımı işdən çıxarıblar. Onlar yoldaşı analıq məzuniyyətdə olan zaman çox ağır qəza keçirmişdir. Bu səbəbdən yoldaşı dərhal işə çıxa bilməmişdir. Onun qolu, qızının başı çox ağır zədələnmişdir. Qarşı tərəfin hüquq şöbəsinin heç bu prosedurlardan xəbəri də yoxdur. Onun həyat yoldaşı sonuncu dəfə analıq məzuniyyətindən sonra işə davam etmək üçün müraciət etmiş, dəfələrlə müsahibələr olmuş, fərqli sahələr üzrə müsahibələrdən keçirilmişdir. Sonra ona vakansiya olmadığı bildirilmişdir. Xanımın giriş-çıxış kartı olmadığından o işə gedə bilməmişdir. Onu işə çağırdıqda isə 2014-cü il üçün nəzərdə tutulan maaş təklif edilmişdir. Bu isə artıq onlar müfəttişliyə müraciətlər etdikdən sonra olmuşdur. İddiaçı şirkətə getmiş, ona yer olmadığı üçün məzuniyyət ərizəsi yazdırdılar. Onlar müfəttişliyə müraciət etdilər deyə, insan resurslarında qıcıq yarandı. Hətta onlar ona dedilər ki, xanımı maddə ilə çıxaracaqlar. Onlara xəbərdarlıq məktubları çatdırılmayıb. Deyilən ünvanda yaşayış var və onların valideynləri, nümayəndələri yaşayır. İşin məhkəmədə gedişi zamanı onlara məlum olmuşdur ki, Mələk xanım 2007-ci ildən Veysəloğlu şirkətində işləsə də, o altsistemə 2008ci ildən etibarən işçi kimi daxil edilib. Onlar bununla bağlı sübutlarını da məhkəməyə təqdim etmişlər. İnzibati Xətalar Məcəlləsində də bununla bağlı cərimələr nəzərdə tutulur. Xanımın 1 il sonra altsistemə əlavə edilməsi onun hüquqlarına toxunur. Buna görə də onun stajının bərpa edilməsini xahiş edirlər. Bu, həm pensiya, həm də staj baxımından iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdehin etirazında göstərdiyi nüansa gəldikdə isə, qeyd edir ki, sözügedən məzuniyyət ərizəsi məcburi “könüllü” yazılmışdır. Mələk xanım dəfələrlə müsahibələrə cəlb edilmişdir. Öz sahəsindən kənar müsahibə edilmişdir. Bundan başqa, əgər Mələk xanım işə çıxmaq istəməsə idi, özü ərizə yazaraq analıq məzuniyyətini 1 il də uzada bilərdi. Çünki onun bu addımı atmağa hüququ var idi. Onlar, yəni cavabdeh tərəf demişdi ki, analıq məzuniyyətindən qayıdan zaman onun vəzifəsi üzrə vakant yer yoxdur və ya ümumiyyətlə belə vəzifə yoxdur. Onlar da cavab olaraq demişlər ki, “əgər həqiqətən belədirsə, o zaman əmək müqaviləsinə ixtisar şərti ilə xitam verin”. Bu qeyd edilən məlumat düzgün məlumat deyildi deyə, xanımın işinə ixtisara salma ilə xitam verə bilmədilər. Veysəloğlu şirkəti öz elektron saytında göstərir ki, bu il 2000 nəfər işçini işə götürüb, amma 17 illik əməkdaşına vakant yeri yoxdur. Bu uzun çəkən mübahisə və prosedur zamanı onlar bir ailə olaraq çox dərin mənəvi sarsıntı və əzab keçirmişlər. Analıq məzuniyyətindən qayıtdığı halda işinə qayıda bilməmək, qanunla müəyyən edilmiş hüquqlarının pozulması Mələk xanıma mənəvi zərər vurmuşdur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyib izahatlarında bildirmişdir ki, iddiaçının sosial məzuniyyəti bitdikdən sonra onun rəsmi ünvanına 5 dəfə məktub göndərilmiş və həmin məktublarda 3 gün ərzində şirkətə yaxınlaşması bildirilmişdir. Xanım gəlməmişdir. Bununla bağlı aktlar tərtib edilmişdir. Bundan sonra xanıma xəbərdarlıq edilmiş və əmək münasibətlərinə xitam verilmişdir. Ona verilən şifahi məlumata əsasən, xanım işə gəldikdə ona təklif edilən əmək haqqı məbləğindən narazı olmuşdur. Xanıma tutduğu vəzifə ştatı üzrə əmək haqqı təklif edilmişdir. Göndərilən məktublarda “bu ünvanda yaşamır” yazılmışdır. Əvvəlcə qeyd edir ki, qüvvədə olan qanuna görə məhkəmənin baxışı zamanı iddia tələbinin həcmini artırmaq olmaz. Ona görə də iddia tələbinin artırılması barədə verilmiş ərizənin icraata götürülməsindən imtina edilməsini xahiş edir. İddiaçı tərəf əvvəlki məhkəmə iclaslarında xəbərdarlıq və bildirişləri almadıqlarını, bunlardan məlumatsız olduqlarını deyirdi. İndi isə deyir ki, vhatsap və maildən onlara qeyri-rəsmi məlumat verilib. Əməkdaşın işə buraxılmaması qeyri-mümkündür və həqiqətə uyğun deyil. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixindən etibarən məzuniyyətinin müddəti bitmişdir. Şifahi olaraq bir neçə dəfə işə bərpa olunmağı üçün onu şirkətə dəvət etsələr də dəvətləri nəticəsiz qalmışdır. Məktubu əldə etdiyi gündən etibarən 3 (üç) iş günü ərzində şirkətə yaxınlaşmağı və vəzifəsinin icrasına başlamağı ondan xahiş edilmişdir. - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli VO-XO-RM-1096 nömrəli məktubdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən müvafiq kompensasiya (müavinət) ödənilməklə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin bildirirlər ki, qanunvericiliyə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə ərizəsi əsasında xitam verilməsi ilə əlaqədar müraciəti olacağı təqdirdə məsələyə baxılacaqdır. Son olaraq nəzərinə çatdırılmışdır ki, tərəflərindən ona xəbərdarlıq məktubu göndərilmiş və xx.xx.2023-cü il tarixindən etibarən sosial məzuniyyətinin müddətinin bitməsi ilə əlaqədar vəzifəsinin və əmək funksiyasının icrasına başlamaq barədə bildiriş nəzərinə çatdırılmışdır. Lakin hal-hazırkı müraciətindən də göründüyü kimi xəbərdarlığı almasına baxmayaraq, hələ də vəzifəsi və əmək funksiyalarının icrasına başlamadığı müşahidə edilir. Yuxarıda qeyd olunanlara əsasən, bu məktubu elektron və ya kağız daşıyıcıda aldığı gündən sonrakı ilk iş günündən etibarən vəzifəsinin icrasına başlamağı ondan tələb olunmuşdur. Əks təqdirdə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən barəsində intizam tənbehi tətbiq ediləcəkdir. - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona bir neçə dəfə xəbərdarlıq məktubu göndərilməklə xx.xx.2023-cü il tarixdən etibarən sosial məzuniyyətinin müddətinin bitməsi ilə əlaqədar vəzifəsinin və əmək funksiyasının icrasına başlamağı tələb olunmuşdur. Lakin, tərəfindən sözügedən xəbərdarlıqlarına məhəl qoymadığı və hələ də vəzifəsinin və əmək funksiyalarının icrasına başlamadığı müşahidə edilir. Yuxarıda qeyd olunanlara əsasən, bu məktubu elektron və ya kağız daşıyıcıda aldığı gündən sonrakı ilk iş günündən etibarən vəzifəsinin icrasına başlamağı ondan təkrar tələb olunmuşdur. Əks təqdirdə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən barəsində intizam tənbehi tətbiq ediləcəkdir. - Məhkəməyə təqdim edilmiş “Mega Express” sürətli poçt qaimələrinin surətlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişlərin çatdırılma qaimələrində “kənddə bu şəxsi tanıyan yoxdur”, “ünvanda bu şəxs yoxdur”, “ünvanda yaşamır” qeydləri ilə məktublar geri qaytarılmışdır. - Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktların surətlərindən görünür ki, cəmiyyətin Maliyyə direktorluğunda mühasib vəzifəsində işləyən İddiaçı işə gəlməsi və ya gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, həmin tarixlərdə bütün iş günləri ərzində işə gəlməmiş, əmək funksiyalarının icrasına başlamamış, işə gəlməməsinin səbəbləri barədə heç bir yazılı və ya şifahi məlumat verməmişdir. - Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, cəmiyyətin Maliyyə direktorluğunda mühasib vəzifəsində işləyən İddiaçı işə gəlməsi ilə əlaqədar ona dəfələrlə telefon zəngi edilməsinə, elektron poçt ünvanına və whatsapp nömrəsinə mesajlar yazılmasına, elektron SMS vasitəsilə əməkdaşa bildiriş göndərilməsinə, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə əməkdaşın rəsmi qeydiyyat ünvanına xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, o, bu çağırışlara məhəl qoymayaraq xx.xx.2024-cü il tarixdə bütün iş günü ərzində işə gəlməmişdir. Həmçinin təsdiq edirlər ki, aparılan telefon danışığı zamanı İddiaçı işə davamiyyətlə bağlı bütün məsələləri hüquqşünasa həvalə etdiyini və onun MMC ilə əlaqə saxlayacağını bildirmişdir. - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, onunla Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024cü il tarixli “021.1/K” nömrəli əmrin surəti ona təqdim olunmaqla, əmək kitabçasının əslinin təhvil alınması məqsədi ilə Cavabdeh MMC-yə yaxınlaşmağı xahiş olunur. - Cavabdeh MMC-nin baş direktoru Bəxtiyar Allahverdi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 021.1/K nömrəli əmrdən görünür ki, Cəmiyyətin Maliyyə Direktorluğu, Mühasibat uçotu Departamenti, Mühasibatlıq şöbəsi, Uçot Əməliyyatları bölməsində mühasib vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cü il tarixdən işə gəlmədiyindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilənlərə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsasında xx.xx.2024-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2008-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 73.63 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə ödənilməsi, əmrin surətinin bu barədə zəruri qeydlər aparılmaqla işçinin əmək kitabçasının əslinin özünə təhvil verilməsi əmr edilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər MMC-də mühasib vəzifəsində çalışmışdır. Əməkdaş xx.xx.2024-cü il tarixində işdən ayrılarkən ona 73.63 məzuniyyət qalığına müvafiq olaraq 1158,63 manat son haqq-hesab hesablanmışdır. - MŞB/2/2024-00641 nömrəli xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. - İddiaçı məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına əmək haqqının köçürülməsini təsdiq edən çıxarışlar məhkəməyə təqdim edilmişdir. - ƏƏSMN yanında X7 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli məktublarından görünür ki, müraciətinin ətraflı araşdırılması ilə əlaqədar izahata və əmək haqqına dair bank hesabından çıxarışa ehtiyac olduğundan elektron poçt (mailto:meleksemedqizi@gmail.comElektron ünvan ) ünvanına 3-17-5/2-H-19060/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, o, araşdırmaya müvafiq qaydada izahatını təqdim etsə də, əmək haqqına dair bank hesabından çıxarışı təqdim etməmişdir. Araşdırma zamanı müəssisənin Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci eninə 2 ünvanına 3-17-5/2-19059/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə tərəfindən sənədlər təqdim edilmişdir. Müəssisə tərəfindən təqdim olunmuş xəbərdarlıq məktubunda xx.xx.2023-cü il tarixindən etibarən məzuniyyətinin müddətinin bitdiyi və şifahi olaraq bir neçə dəfə işə bərpa olunmağı üçün şirkətə dəvət edilsə də, dəvətlərinin nəticəsiz qaldığı bildirilmişdir. Eyni zamanda məktubu əldə etdiyi gündən etibarən 3 (üç) iş günü ərzində şirkətə yaxınlaşmağı və vəzifəsinin icrasına başlamağı ondan xahiş olduğu qeyd edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində müəssisənin vəzifəli şəxsləri tərəfindən müvafiq aktlar tərtib edilərək onun hər hansı bir üzrlü səbəb olmadan işə getmədiyi rəsmiləşdirilmişdir. Təqdim edilmiş sənədlərdə ona son haqq-hesab olaraq xx.xx.2024-cü il tarixində 1158.63 (bir min bir yüz əlli səkkiz manat 63 qəpik) manat məbləğində ödəniş edildiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə və müəssisə tərəfindən təqdim edilmiş sənədlərə tərəflərindən baxış keçirilərkən, eyni zamanda Cavabdeh MMC tərəfindən təqdim olunmuş məktubdan onunla Cavabdeh MMC arasında xx.xx.2008-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. - ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubu ilə, məhkəmənin sorğusu əsasında tələb edilmiş sığortaolunan İddiaçı **********843 nömrəli fərdi şəxsi hesabında əks olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-də işə qəbul edilmiş və müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.2008-ci il tarixdə əmək müqaviləsi əsasında Cəmiyyətin Maliyyə Direktorluğu, Mühasibat uçotu Departamenti, Mühasibatlıq şöbəsi, Uçot Əməliyyatları bölməsində “mühasib” vəzifəsində işləmişdir. Sonuncu dəfə 2017-ci il və 2020-ci illərdə İddiaçı sosial məzuniyyət hüququndan istifadə etmiş, bundan sonra 1 aylıq məzuniyyət hüququndan istifadə etmiş və xx.xx.2023-cü il tarixədək məzuniyyətdə olmuşdur. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlara əsasən, cəmiyyətin Maliyyə direktorluğunda mühasib vəzifəsində işləyən İddiaçı işə gəlməsi və ya gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, həmin tarixlərdə bütün iş günləri ərzində işə gəlməmiş, əmək funksiyalarının icrasına başlamamış, işə gəlməməsinin səbəbləri barədə heç bir yazılı və ya şifahi məlumat verməmişdir. Bu səbəbdən sözügedən aktlar işəgötürən tərəfindən tərtib edilmişdir. Cavabdeh MMC-nin baş direktoru Bəxtiyar Allahverdi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 021.1/K nömrəli əmrə əsasən, Cəmiyyətin Maliyyə Direktorluğu, Mühasibat uçotu Departamenti, Mühasibatlıq şöbəsi, Uçot Əməliyyatları bölməsində mühasib vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cü il tarixdən işə gəlmədiyindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilənlərə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi əsasında xx.xx.2024-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2008-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 73.63 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə ödənilməsi, əmrin surətinin bu barədə zəruri qeydlər aparılmaqla işçinin əmək kitabçasının əslinin özünə təhvil verilməsi əmr edilmişdir. Hazırda iddiaçı, “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməsi, iddiaçının Cavabdehndə mühasib vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Məhkəmə iddia tələbinin “əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr”in etibarsız hesab edilməsi, iddiaçının Cavabdehndə mühasib vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli 021.1/K saylı əmri ilə mühasib vəzifəsində çalışan İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bu yerdə ilk növbədə məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- 72-ci maddələrində təsbit olunmuş normaların tələbinə münasibətdə qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdə sadəcə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq, onun xx.xx.2023-cü il tarixindən işə gəlməməsi əsas kimi göstərilmiş, əmrin verilməsinə səbəb olmuş əsaslar (aktlar, digər zəruri sübutlar və.s) göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamış, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrdə göstərilməmişdir. O cümlədən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbi baxımından qeyd edilməlidir ki, işəgötürən xx.xx.2024-cü il tarixli əmrdə işçi ilə bağlanmış əmək müqaviləsinə həmin maddənin “a” bəndinə uyğun olaraq xitam verilməsini qeyd etmişdir, hansı ki, həmin maddənin tələbinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işçinin işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bu yerdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən hallar, işçinin üzrlü səbəb olmadan və ya qəsdən hər hansı formada işə gəlməkdən imtina etməsi kimi hallar sübuta yetirilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçının məzuniyyəti bitdikdən sonra onun rəsmi ünvanına 5 dəfə məktub göndərildiyini və həmin məktublarda 3 gün ərzində şirkətə yaxınlaşmasının bildirildiyini, iddiaçının işə gəldikdə isə ona vəzifə ştatı üzrə təklif edilən əmək haqqından narazı olduğunu və üzürlü səbəb olmadan işə gəlmədiyini və bu barədə müvafiq olaraq aktlar tərtib edildiyini və qanuni olaraq onun işdən azad olunması barədə əmrin verildiyini qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçının nümayəndəsi məhkəmə iclasında sözügedən müddətdə iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmadığını, ona başqa iş təklif olunduğunu, əmək haqqının və vəzifə ştatının əvvəlki vəzifəsinə uyğun olmadığını, iddiaçı hüquqlarının pozulduğunu bildirdikdə isə onlara işdən çıxma barədə ərizəni imzalamalarının təklif edildiyini və məhz X7 Xidmətinə mövcud qanun pozuntuları ilə əlaqədar çoxsaylı şikayət ərizələri ünvanladıqdan sonra isə Cavabdeh MMC tərəfindən iddiaçı barəsində müvafiq aktlar tərtib edilməklə onun işdən azad olunması barədə əmr verildiyini, xx.xx.2023-cü il tarixdən əmrin verildiyi xx.xx.2024cü il tarixədək olan zaman ərzində isə işçinin bir dəfə olsun tam iş günü işə buraxılmadığını, MMC-nin ərazisində giriş-çıxışların kart vasitəsilə olduğunu və cavabdeh tərəfin göstərdiklərinin həqiqətə uyğun olmadığını qeyd etmişdir. Halbuki, əmək qanunvericiliyinin mənasına görə, sosial məzuniyyətdən sonra işçinin hüquqları əsasən məhz əmək qanunvericiliyi ilə tənzimlənir. Bu hüquqlar, xüsusilə əmək müqaviləsi, əmək şəraiti və işçinin sosial təminatına dair qanunlar əsasında müəyyən edilir. Sosial məzuniyyətdən sonra işçinin hüquqlarına aşağıdakılar daxildir: 1) İşə qaytarılma hüququ: Sosial məzuniyyətdən (məsələn, doğum məzuniyyəti və ya xəstəlik məzuniyyəti) sonra işçinin əvvəlki vəzifəsinə və ya ona uyğun bir vəzifəyə qaytarılma hüququ vardır. İşə qayıdan işçinin işə başlamasından sonra əvvəlki əmək haqqı və iş şəraiti qorunmalıdır. 2) Əmək haqqı və digər faydalar: Sosial məzuniyyət dövründə işçi müəyyən şərtlərlə əmək haqqı alır və ya sosial sığorta faydalarından istifadə edir. Məzuniyyətdən sonra isə işçi əvvəlki əmək haqqı və digər faydaları, o cümlədən illik məzuniyyət hüququnu bərpa edir. 3) Qarşılıqlı razılaşma: sosial məzuniyyətdən sonra işə qayıdanda, işçi və işəgötürən arasında iş şəraiti ilə bağlı hər hansı bir dəyişiklik baş verə bilər. Lakin işçi ilə əvvəlki şərtlərlə işləmək hüququ qorunmalıdır. İşin faktiki halları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla isə təsdiq olunur ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmaqla, sosial məzuniyyət hüququndan istifadə etmiş işçinin (hazırkı iddiaçının) əvvəlki vəzifəsinə və ya ona uyğun bir vəzifəyə qaytarılma hüququ pozulmuşdur. Bu yerdə qeyd edilməlidir ki, cavabdehin hazırkı iddia tələbinin əmrin əsassızlığı ilə bağlı razılaşmadığı, qəbul etmədiyi hal ondan ibarətdir ki, cavabdeh tərəf hazırkı iddiaçının yuxarıda qeyd olunan hüquqlarının pozulmadığını, məhz iddiaçının Əmək Məcəllənin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq, 11-15 mart 2024-cü il tarixlərdə tam iş günü ərzində işə gəlməməsi və bu barədə qeyd olunan tarixlərdə müvafiq aktlar tərtib edilməsini, o cümlədən bu barədə iddiaçının lazımı qaydada xəbərdar edilməsini, lakin sonuncunun həmin xəbərdarlıqlara əhəmiyyət verməməsi və yekunda MMC tərəfindən xx.xx.2024-cü il tarixdə işçisinin hər hansı üzürlü səbəb olmadan işə gəlməməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsini qeyd etməklə, əmrin əsaslı olduğunu bildirir. Lakin, məhkəmə araşdırması zamanı sözügedən hal sübuta yetirilməmişdir, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla isə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə işçi, sosial məzuniyyətdən sonra əvvəlki vəzifəsinə bərpa edilməməsi və eyni həddə əmək haqqı almasının təmin edilməməsi barədə işəgötürənə, daha sonra isə X7 Xidmətinə çoxsaylı müraciətlər etmiş, müraciətləri müsbət həllini tapmamışdır. Cavabdeh tərəfindən isə işçinin əmək qanunvericiliyinə uyğun formada, işçinin əvvəlki vəzifəsinə və ya ona uyğun bir vəzifəyə qaytarılma hüququnun təmin edilməsi istiqamətində hər hansı tədbirin görülməsinə və ya bu barədə müvafiq bildiriş verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər yandan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən Cavabdeh MMC tərəfindən işçi İddiaçı verilmiş məzuniyyət müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir və həmin tarixdən etibarən İddiaçı MMC-də əmək fəaliyyəti ilə məşğul olmamışdır, hazırkı cavabdeh isə yalnız 2024-cü ilin mart ayından etibarən 5 dəfə müvafiq aktlar tərtib etməklə sonuncunun məhz həmin tarixlərdə işə çıxmamasını və bu barədə ona xəbərdarlıq edilməsini qeyd etmiş və yalnız bundan sonra işçinin işdən azad edilməsi barədə əmr qəbul etmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı onun xx.xx.2023-cü il tarixdən etibarən məzuniyyətinin bitməsi və işə bərpa olunması üçün şirkətə müraciət etməsinə dair 2024-cü il tarixli xəbərdarlıqdan isə görünür ki, həmin məktubda ümumiyyətlə MMC tərəfindən məktubun tarixi və qeydiyyata alınma nömrəsi göstərilməmiş, həmin xəbərdarlıq məktubunun çatdırılmasını təsdiq edən sübutlar əlavə edilməmişdir, o cümlədən qeyd olunan məktubun məzuniyyət müddəti bitdikdən sonra ağlabatan müddətdə deyil, 3 aydan artıq müddət keçdikdən sonra tərtib edilməsi müəyyən edilmişdir. Halbuki, işin faktiki halları ilə də təsdiq olunur ki, xx.xx.2023-cü il tarixdən etibarən sözügedən aktların tərtib edildiyi, habelə əmrin verildiyi tarixədək olan müddət ərzində iddiaçı tərəfindən əmək hüquqlarının pozulması ilə əlaqədar aidiyyatı təşkilatlara müraciətlər edilmiş, məhz həmin müddətdən sonra cavabdeh tərəfindən müvafiq aktlar qəbul edilməklə sonuncu işdən azad edilmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas olmuş, işçinin işə çıxmaması ilə bağlı tərtib edilmiş ona ünvanlanmış məktublara münasibətdə isə qeyd edir ki, məhkəməyə təqdim edilmiş “Mega Express” sürətli poçt qaimələrinin surətlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişlərin çatdırılma qaimələrində “kənddə bu şəxsi tanıyan yoxdur”, “ünvanda bu şəxs yoxdur”, “ünvanda yaşamır” qeydləri ilə məktublar geri qaytarılmışdır. Belə olan halda, işəgötürən tərəfindən işçinin rəsmi qaydada məlumatlandırılması sübuta yetirilmir. Cavabdeh tərəfindən tərəfindən təqdim edilmiş e-mail poçt ünvanından çıxarışlar isə həmin poçt ünvanı vasitəsilə konkret olaraq hansı sənədlərin göndərilməsi və çatdırılıb-çatdırılması müəyyən edilmədən iddiaçının rəsmi qaydada məlumatlandırılmasını təsdiq edə biləcək mötəbər sübut qismində qəbul edilib qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmrdə göstərilən hal öz təqdiqini tapmamış, müəyyən edilən hallara münasibətdə isə işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehin xx.xx.2024-cü il tarixli 021.1/K saylı əmrin etibarsız hesab edilməsi (Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci hissələrinin tələbləri nəzərə alınmaqla) hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməli, bu zaman məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməsi müddətinin axımının xx.xx.2023-cü il tarixdən (əmək hüquqlarının pozulduğu andan) hesablanmalı olması nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi ziyana görə 10000 manat məbləğində pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı əmək hüquqlarının kobud surətdə pozulması nəticəsində mənəvi sarsıntıya məruz qalmışdır, cavabdehdən mənəvi ziyanın əvəzi olaraq ağlabatan həddə 1000 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin “İddiaçı xx.xx.2007-ci il tarixindən sonuncu iş gününə qədər olan tarixi əhatə edən əmək stajının dəqiq və faktiki icra etdiyi vəzifələrə müvafiq olaraq əmək kitabçasında qeyd edilməsinin təmin edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin həmin hissədə təmin edilməsini əsaslı hesab edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 021.1/K nömrəli əmri etibarsız hesab edilməli, İddiaçı əvvəlki iş yerinə - Cavabdeh Maliyyə Direktorluğu, Mühasibat uçotu Departamenti, Mühasibatlıq şöbəsi, Uçot Əməliyyatları bölməsində mühasib vəzifəsinə bərpa olunmalı, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə İddiaçı xx.xx.2023-cü il tarixdən hesablanmaqla əmək haqqı verilməli və mənəvi ziyanın əvəzi qismində 1000 manat pul vəsaiti cavabdehdən tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunduğu kimi, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun 40 manat hissəsi cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 021.1/K nömrəli əmri etibarsız hesab edilsin, İddiaçı əvvəlki iş yerinə - Cavabdeh Maliyyə Direktorluğu, Mühasibat uçotu Departamenti, Mühasibatlıq şöbəsi, Uçot Əməliyyatları bölməsində mühasib vəzifəsinə bərpa olunsun. Qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə xx.xx.2023-cü il tarixdən hesablanmaqla əmək haqqı və mənəvi ziyanın əvəzi qismində 1000 manat pul vəsaiti Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumunun 40 manat hissəsi Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar