Məhkəmə qərarları › İş №e-2(007)-2814/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2814/2025

26.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2814/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa olunma və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı Əhmədov Əhlı̇ man Aftandı̇ l oğlunun, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11- X/25 saylı xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsinə və işə bərpa olunmağına, məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsinə, həmçinin 50 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü ildən Cavabdeh MMC-də sürücü vəzifəsinə işə qəbul olunub və xx.xx.2025-ci ilədək də həmin vəzifə üzrə fəaliyyət göstərib. Onun əmək müqaviləsi müddətli olub, xx.xx.2025-ci ilədək qüvvədə olub, aylıq vəzifə maaşı 1584 manat təşkil edib. İş fəaliyyəti ərzində həmişə nümunəvi davranışı və işə olan məsuliyyəti ilə fərqlənib, öz əmək funksiyalarını hər zaman vicdan və dəqiqliklə yerinə yetirib. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin direktor müavini Nurlan Məmmədov Cavabdeh MMC-nin ümumi “whatsapp” qrupuna SMS yazaraq işdən çıxarıldığını qeyd edib. Onların kollektivdə rəhbərliklə aralarında səmimi münasibət olduğundan, o, Nurlan Məmmədovun yanına gedərək bu qərarından döndərmək istəyib. Lakin o fikrindən dönməyəcəyini bildirdiyindən, o həm Nurlan Məmədovun xahişini etmək, həm də bir şirkətlə bağlı digər məsələni müzakirə etmək üçün Cavabdeh MMC-nin direktoru Ülvi Əzizovun yanına gedib. Orada direktorun arvadı Esmira xanımın olduğunu görüb və onunla səmimi şəkildə salamlaşıb hal-əhval tutduqdan sonra Nurlan Məmmədov həmin yerə özünə məxsus çantanı götürüb çıxmaq üçün gəlib. O isə Nurlan Məmmədovdan gözləməsini, onunla işi olduğunu bildirib, o, isə onun xahişini eşidib çantasını götürmədən otaqdan çıxıb. X1 danışığını görən Esmira xanım onun üstünə qışqıraraq ona “sən kimsən, bizim qovduqlarımızı tutub qolundan içəri salırsan? Burnunu hara gəldi soxursan” deyə ifadələr işlədib. O isə “kimi qovduğunuzu, kimi çıxardığınızı özünüz daha yaxşı bilirsiniz, mənim borcuma qalmayıb. Siz Nurlanı məndən daha yaxşı tanınıyırsınız, mənə dəxli yoxdur. Mən Ülvi bəylə söhbət eləməyə gəlmişəm” deyib. Bundan sonra Ülvi Əzizov da otağa gəlib. Esmira xanım Ülvi Əzizovun da yanında onun bu sözlərinə əhəmiyyət verməyərək yenə də qışqıra-qışqıra eyni sözləri daha ağır şəkildə işlətməkdə davam edib. O, yenə də ona qarşı heç bir təhqiramiz davranış və sözlərə yol vermədən ona “Olar ki, səs tonunuzu aşağı salasınız, qarşınızda uşaq yoxdur” deyib. Bu sözümdən sonra Ülvi Əzizov arvadından otaqdan çıxmasını xahiş etsə də, o, çıxmayıb və məcbur olub otaqdan kənara çıxıb 40 dəqiqə söhbət ediblər. Ülvi Əzizov xanımın bəlkə başqa məsələyə əsəbi olduğunu, qarşıdakı şəxs xanım olduğundan onun addım atıb üzr istəməli olduğumu bildirib. O, bundan sonra otağa qayıdıb Esmira xanımdan ona “sizin xətrinizə dəymişəmsə, amma düşünürəm ki, dəyməmişəm, amma yenə də xanım olduğunuz üçün sizdən üzr istəyirəm” deyə bildirib. O da bu söhbətin bitdiyini qeyd edib. Bu söhbətdən sonra Ülvi Əzizov birinci gün, yəni xx.xx.2025-ci il tarixdə söhbətlərini davam edəcəklərini bildirib və o, ofisdən çıxaraq evə gedib. xx.xx.2025-ci il tarixdən sonra isə direktor müavini onun artıq işə gəlməməsini, işdən çıxarıldığını bildirib. Lakin ondan hər hansı bir izahat alınmayıb. xx.xx.2025-ci il tarixdə isə maaş kartına son haqq-hesabı oturulduğu üçün o, artıq işdən çıxarıldığını anlayıb. Bundan sonra o, Ülvi Əzizovun mobil nömrəsinə dəfələrlə zəng vursa da, telefonu açmayıb və o, məcbur olub “whatsapp” vasitəsi ilə SMS yazaraq müavinin ona işdən azad edildiyini bildirdiyini, onun təhvil-təslim aktının və işdən çıxarılmağına dair əmrin surətinin ona verilməsini xahiş edib. Ülvi Əzizov isə cavab olaraq onun gəlib öz ərizəsi ilə işdən çıxmağını gözlədiklərini, onunla işləmək istəmədiyini, yoxsa ondan əmək müqaviləsinin sonuna qalan bir neçə ayın əmək haqqını istədiyini bildirərək, onu ağır sözlərlə təhqir edib. O da cavab olaraq ondan heç bir pul istəmədiyini, qanunla müəyyən olunan qaydada və məkanda görüşəcəyini qeyd edib. Həmçinin, həmin danışıqda Ülvi Əzizov onun mübahisə vaxtı guya digər işçi qadınlara hədə-qorxu gəldiyimi, barmaq silkələdiyini bildirib, lakin belə bir hal ümumiyyətlə baş verməyib. O, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə də yazılı müraicət edərək, barəsində Cavabdeh MMC tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə əmrin surətinin ona verilmədiyini, həmin əmrin surətini əldə etməyi üçün mənə kömək edilməsini xahiş edib. Bundan sonra xx.xx.2025-ci il tarixdə ona Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11-X/25 saylı xx.xx.2025-ci il tarixli əmrinin surəti təqdim edilib. Hesab edir ki, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11-X/25 saylı xx.xx.2025-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11-X/25 saylı xx.xx.2025-ci il tarixli əmri verilərkən onun iştirakı təmin edilməyib, Həmkarlar Komitəsinin iclası qanunla müəyyən edilmiş qaydada və müddətdə keçirilməyib, orada onun iştirakı ilə müzakirə aparılmayıb, ondan izahat alınmayıb. Əgər cavabdeh orqan tərəfindən formal olaraq belə bir iclasın keçirilməsi göstərilsə və həmçinin həmin iclas keçirilmiş olsa belə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona müvafiq məlumat verilməyib. Bu baxımdan hesab edir ki, mübahisələndirilən əmr qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Bundan əlavə, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11-X/25 saylı xx.xx.2025-ci il tarixli əmri verilərkən əmək müqaviləsinə xitam verilməsinin əsası göstərilməyib, həmçinin həmin əmrdə müəssisənin faktiki fəaliyyət göstərdiyi ünvanı (müəssisə ünvan 1 habelə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər qeyd olunmayıb, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulub. Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə baş tutan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməyib və ona bununla bağlı müvafiq arayış təqdim olunub.

Cavabdehin etirazın əsasları və dəlilləri:

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi işin halları həqiqəti əks etdirmir, maddi və mənəvi sübutlara istinad olunmayıb, iddia ərizəsi qəbul olunmazdır. İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixindən 1 il 6 ay müddətinə müqavilə bağlanıb və sürücü kimi fəaliyyətə başlayıb. Əmək müqaviləsi bağlanarkən əmək haqqı, iş qrafiki, vəzifəsi, eləcə də ona MMC-nin daxili nizam-intizam qaydaları, baş ofisdə məsul şəxlərin kimliyi və davranış qaydaları tam olaraq izah olunub. İşlədiyi müddə ərizndə Cavabdeh MMC tərəfindən müqavilədən kənar heç bir tələb edilməyib, yükdaşıma olmadığı müddətdə ailəli olduğunu nəzərə alaraq evdə qalmasına, ailə məişət qayğıları ilə məşğul olmasına müəyyən güzəştlər olunsa da, əmək haqqı vaxtında və tam olaraq ödənilib. Tərəflərindən iddiaçıya xoş, səmimi münasibət göstərilsə də, danışıq, nitq qabiliyyəti ilə bağlı dəfələrlə irad tutulub, şifahi xəbərdarlıq olunub. Belə ki Əhliman Əlmədov peşə fəaliyyəti ilə (yükdaşıma) əlaqəli airport və anbar ərazisində olmalı olduğu halda dəfələrlə o əraziləri heç bir icazə almadan tərk edərək Nərimanov rayon ərazisində yerləşən baş ofisə gəlib, icazəsiz, etik normalara riayət etmədən məsul şəxslərin iş otağına bir başa daxil olub, kimlərin işdən azad olunması, kimin işə qəbul olunması kimi halları müzakirə və mübahisə edib. Belə halların olmasına sübut kimi iddiaçı öz iddia ərizəsində direktor müavini Nurlanla başqa şirkət barədə müzakirə etmək istədiyini, Nurlan Məmmədov çantanı götürüb getmək istədiyi halda “götürmə, gözlə işim var” kimi cümlələrin iddiaçının özünün qeyd etməsi onun baş ofisdə özünü sürücü deyil, idarə heyyətinin üzvü, özünə aidiyyəti olmayan işlərə qarışması, hər kəsə göstəriş verən adam kimi aparmasını öz ərizəsi ilə təsdiq etməkdədir. Tərəfindən və arvadı, ofisin baş meneceri vəzifəsində çalışan Esmira Qurbanlı tərəfindən ona iş sahəsini özbaşına tərk etməsi, ona aidiyyəti olmayan işlərə qarışmaması, əl-qol hərəkətləri, jarqon ifadələrlə yüksək səs tonu ilə danışması barədə dəfələrlə irad tutularaq xəbərdarlıq olunub. Bütün xəbərdarlıqlara baxmayaraq iddiaçı öz davranışı, kriminal xarakterli əl-qol işarələri, yüksək tonla kobud danışıqları ilə onun və ofis işçilərinin sərbəst qərar qəbul etməsinə hədə-qorxu ilə əngəl törədib. Son baş vermiş hadisədə İddiaçı səlahiyyətlərini aşaraq baş ofisə gəlib, digər əməkdaşın işdən azad olunma səbəbini öyrənməyə çalışıb və özünü idarə heyətinin üzvü kimi apararaq qəbul edilmiş qərarlara qarşı çıxıb, ofisə isə emosional və aqressiv şəkildə daxil olub. Həmin vaxt Əhliman dəhlizlə gələrkən bu işə aidiyyəti olmayan ümümi “call center” otağında işləyən qızlara barmaq yelləyərək “baxarsız mən kiməm” qışqıraraq, onun arvadı, ofisin baş meneceri vəzifəsində çalışan Esmira xanımın iş otağına daxil olaraq kobud qaydada yüksək tonla “bu nə məsələdir, digər əməkdaşı niyə işdən azad etmisiz” deyə soruşub. Esmira xanım qısa və lokanik cavab olaraq “mən bilmirəm rəhbərliyin qərarıdır” deməklə kifayətlənib. İddiaçı yüksək tonda danışığını eşidərək Esmira xanımın otağına daxil olub, onun arvadına qışqıraraq mübahisə etdiyini gördükdən sonra əsəblərini cilovlayıb, onu otaqdan çıxararaq öz otağında söhbət ediblər və onu bu şirkətdə işləməsi mümkünsüz olduğunu izah edib, yola salıb. O, şirkət rəhbəri olması ilə yanaşı ailə başçısıdır və işlədiyi şirkət arvadı Esmira xanımla sıfırdan birgə qurub, 40-dan artıq iş yerləri açıb, dövlət büdcəsinə kifayət qədər vergi ödəyirlər. Onun üçün biznes maraqlarından ailə, milli mentalitet, ən azında istənilən qadınla davranış qaydaları daha önəmlidir. Bu mübahisəli məsələdə Esmira xanım onun rəsmi arvadı olmasını nəzərə alında, rəhbərlik etdiyi şirkətin sürücüsünün arvadına qışqırması, kobud davranışına qarşı əsəblərini cilovlayaraq İddiaçı humanistlik nümayiş etdirib. Hesab edir ki İddiaçı hərəkətlərində AR-nın 221-ci maddəsinin əlamətləri olub və DİN-nin 102 xidmətinə müraciət edə bilərdi. O, yenə də mübahisədə sülh mövqeyini seçərək İddiaçı barəsində AR-nin qanunlarına uyğun tədbir görüb. İddia tələbini heç bir halda qəbul etmir. Belə ki, iddia tələbinin təmin olunması Şirkətin işgüzar nüfuzuna, Ailə münasibətlərinin pozulması, iş kollektivində rəhbər şəxslərə qarşı mənfi rəy formalaşdıra bilər. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları:

4. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı sürücü vəzifəsinə qəbul olunub, xx.xx.2025-ci il taroxədək 1 il 6 ay müddətinə bağlanmışdır. İşçiyə hər ay 1584 manat məbləğində əmək haqqı ödənilir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir, iş saatı 14:00 başlanılır, saat 22:00-da qurtarır, nahar vaxtı isə 18:00-dan saat 19:00-dəkdir (həftəiçi), Vİ gün iş vaxtı 16:00-dan 22:00-dək, nahar vaxtı isə 18:00-dan saat 19:00dəkdir.

5. Cavabdeh “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli 11- X/25 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, İddiaçı Cavabdehndə sürücü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

6. Cavabdehn filiallar üzrə direktor müavini Nurlan Məmmədov tərəfindən cəmiyyətin direktoru Ülvi Əzizova ünvanlanan xx.xx.2025-ci il tarixli təqdimatın surətindən görünür ki, o, İddiaçıla əmək münasibətlərinə son verilməsi qərarının tam əsaslı və zəruri olduğunu bildirmişdir.

7. Məhkməyə Cavabdehndə direktor müavini Nurlan Məmmədov, ofis meneceri Esmira Qurbanlı, operator Fidan Əhmədova tərəfindən tərtib edilmiş izahat məktubları təqdim edilmişdir.

8. Məhkəməyə Cavabdeh direktoru Ülvi Əzizov və iddiaçı arasında “Whatsapp” proqramı vasitəsi ilə aparılmış söhbətlərdən çıxarışlar təqdim edilmişdir.

9. Məhkəməyə iddiaçının nümayəndəsi və vəkili tərəfindən 1 ədəd disk (Nurlan Məmmədov ilə iddiaçı arasında aparılmış söhbətlərin səs yazıları) təqdim edilmişdir.

10. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00675 nömrəli “İlkin mediasiya sessiyası (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh nümayəndəsi isə iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS xərci ödənilmişdir.

Tərəflərin izahatları:

11. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, əmək funksiyanı yerinə yetirərkən heç kəsin işinə qarışmayıb, heç bir kəsin söhbətini həll etməyib. Sadəcə direktor müavini Nurlan Məmmədovla bir yerdə işləyiblər və çox yaxşı münasibətləri var idi. Nurlan Məmmədovun işdən çıxarıldığını eşidəndə direktordan xahiş edib ki, əgər mümkündürsə, səhvi varsa, keçə bilirsə, onu işdə saxlasın, ailəsi var, çətin vəziyyətdədir. O, təkcə bu xahişi edib, başqa heç nə deməyib. X3 haqqında lazım olmayan ifadələr işlədib, hətta direktor müavini özü şahiddir. O, cavabdeh şirkətdə 3-4 ay işləyib və çox ağır iş qrafiki olub. Onun haqqında ofisə gəlməyini, hər şeyə qarışmağını bildirirlər. O, şahid çağırıb sübut edə bilər ki, ofisə gəlməyə, orada olan işlərə qarışmağa vaxtı olmayıb. Qəbul edir ki, xidməti avtomobillə yol-nəqliyyat hadisəsi törədib və ilk ay əmək haqqını alıb avtomobili təmir etdiirb. Hazırda taksi fəaliyyəti ilə məşğul olur. O, cavabdeh şirkətdə sürücü işləyib, şəhərin hər bir bölgəsinə və hətta Sumqayıt şəhərinə daşınmaları həyata keçirib. X6 işdən çıxarılmağı barədə soruşub. Nurlan Məmmədovun işdən çıxarılmasının səbəbini bilmir, şirkətin ümumi WhatsApp qrupunda işçilərdən biri bu barədə xəbər verib. O, əmək kitabçasını götürməyib. Ona avtomobilin təhvil vermə aktını təqdim etmək uçün ofisə yaxınlaşmağa imkan verməyiblər, həmin aktı Nurlan Məmmədova ofisdən kənarda verib. O, Şahid Cavabdehndə işləyəndə tanıyıb. O, işdən ayrılan vaxt Şahid orada olmayıb. O, avtomobilə dəymiş ziyanı özü ödəyib, təxminən 1270-1370 manat avtomobilin təmiri üçün ödəniş edib. Cavabdeh tərəf onun avtomobili təhlükəli idarə etdiyini qeyd edir, lakin həmişə onun yanında başqa işçilər olub. Yol-nəqliyyat hadisəsi isə saat 03:00 radələrində olub, onun yanında Samir adlı şəxs və bacısı oğlu Kamran Bağırov onun yanında olub. Cavabdeh iddia edir ki, onun bacısı oğlu ona görə işdən çıxarılıb. Lakin o, özü işdə olan bəzi problemlərə görə Kamran Bağırovu işdən çıxartdırıb. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin qarşısına başqa adam çıxıb, o zərurətdən yol-nəqliyyat hadisəsi törədib. Hadisə 2024-cü ilin may ayında olub. Dəymiş ziyanı da ödəyib. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Esmira Qurbanlı şirkətin direktoru Ülvi Əzizovun arvadıdır, məhz bu mübahisənin başlama səbəbi o olub. X5 İddiaçı arasında olan söhbət var. Nurlan Məmmədov təyziq altında izahat verdiyini, Cavabdeh onun iş yeri olduğunu, başqa necə edə biləcəyini, işdən çıxmamaq üçün deyilənləri yazdığını bildirib. Təqdimat və digər sənədlər hamısı sonradan tərtib edilib. Məhkəməyə təqdim edilmiş yazışmalarda iddiaçının xanımlarla münasibəti onun işdən çıxarılma səbəbi kimi göstərilib. Cavabdeh bundan sonra şahid ifadələrini məhkəməyə təqdim edə bilməz, indiyə kimi kifayət qədər vaxtı olub ki, şahidlərin dindirilməsi üçün məhkəməyə vəsatət təqdim etsin. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etirazın dəlillərinə uyğun izahat verərək, bildirdi ki, izahatlar alınıb, iddiaçı iş yoldaşlarına psixoloji təyziq edib, etik davranış qaydalarını pozub. İddiaçının bununla bağlı X2 Xidmətinə müraciəti olub. Onlar X2 Xidməti tərəfindən iddiaçının müraciətinin yekun nəticəsinin əldə edilməsi üçün sorğu veriblər, hələlik sorğuya cavab şirkətə daxil olmayıb. İddiaçı işə qarşı biganə və laqeyd olub. İddiaçı ilə işdə şifahi olaraq danışıq aparılıb, çox aqressiv cavab verib. İddiaçı ilə son görüşdə də mübahisə yaranıb, aqressiv davranıb, heç bir suala cavab verməyib. İddiaçı cavabdeh şirkətdə sürücü vəzifəsində çalışıb. İddiaçı çoxsaylı şikayətlərə, işçilərin psixoloji vəziyyətinə, təhdidlərə, xanımlara qarşı özünü rəhbər kimi apardığına, “məni heç kim işdən çıxara bilməz” bu kimi ifadələr işlətdiyinə görə işdən çıxarılıb. İddiaçı xidməti avtomobillə yol-nəqliyyat hadisəsi törədəndə onlardan xahiş edib ki, bu barədə polisə məlumat verməsinlər, bunu özü həll edəcək. Daha sonra məlum olub ki, avtomobil lazımi qaydada təmir olunmayıb, vizual görünüşünü itirib. Cavabdeh müəssisə iddiaçının bu səhvinin də üzərindən keçib. Bundan başqa, İddiaçı iş yoldaşlarına qarşı psixoloji təzyiq göstərib, etik davranış normalarını kobud şəkildə pozub, xanımlara barmaq hərəkətləri edib, “görərsiz mən sizin başınıza nə oyun açacam” deyərək hər şeyə qarışıb. İşçilər iddiaçının kim olduğunu soruşur, hər işə qarışdığını bildirirlər. Bununla bağlı işçilərin izahatları da var. İddiaçı rəhbərliyin qərarlarına qarışır, “sən bu qərarı niyə almısan, bu işçini niyə mənə deməmiş işdən çıxarırsan” cümlələri işlədir. Heç bir işçinin rəhbərlə belə danışmaq ixtiyarı yoxdur. İddiaçının göndərdiyi “WhatsApp” yazışmalarından da görünür ki, direktor onu dəvət etmək, normal şəkildə işdən azad etmək istəyib. İddiaçı daxili qərarlara müdaxilə edib. Fidan Əhmədova şirkətin əməkdaşıdır, Çağrı Mərkəzində operator işləyir, müştərilərlə bağlı zəngləri cavablayır. Esmira Qurbanlı şirkətimizdə ofis meneceri vəzifəsində çalışır. İddiaçı Şahid X9un pulunun olduğunu, ondan pul əldə etmək üçün məhkəmədə 30000-40000 manat tələb edəcəyini bildirib. İddiaçıla Şahid işləri birbirilərindən asılı idi. İddiaçı sürücü idi, məhsul gətirdirirdi, Şahid da məhsulu qəbul edirdi. İddiaçı avtomobili özü düzəltdirəcəiyini bildirib. Hər dəfə iddiaçı barəsində rəhbərliyə şikayət edilib. İddiaçının taksi fəaliyyəti ilə bağlı məşğul olması, avtomobilə dəymiş ziyanla bağlı sübutları yoxdur. İddiaçıya taksi fəaiyyəti ilə məşğul olmaması barədə göstəriş olmayıb, sadəcə şərait yaradılıb. İddiaçı özü, işçilərlə danışanda taksi fəaliyyəti ilə məşğul olduğunu deyib. Onlar iddiaçıya bununla bağlı xəbərdarlıq etməyiblər, əksinə şərait yaradıblar. İddiaçı həmin vaxt cəmiyyətin işçisi olub. Növbəti prosesə əlavə şahidlər gətirilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.

Şahid ifadəsi:

14. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid ifadəsində göstərdi ki, o, hazırda Cavabdehndə anbardar vəzifəsində işləyir. O, iddiaçını tanıyır, iddiaçı sürücü işləyirdi. Əvvəllər özü gömrük işləri üzrə broker vəfizəsində işləyirdi. Yol nəqliyyat hadisəsi ilə, iddiaçının avtomobilə ziyan vurması barədə məlumatlıdır, amma dəymiş ziyanla bağlı məlumatsızdır. O, gömrük işləri üzrə broker vəzifəsində işləyəndə çoxlu söz-söhbət olub. İddiaçı ilə fikirləri üst-üstə düşmürdü, əsəbləşdiyi vaxtlar olub. İşin halları ilə bağlı məlumatı yoxdur.

İşin faktiki halı:

15. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü ildə Cavabdehndə sürücü vəzifəsinə qəbul edilib, xx.xx.2025-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilib. Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixli əmri mübahisələndirir. İddiaçı tələbində məhkəmədən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 11-X/25 saylı əmrin ləğv edilməsi, iş yerinə bərpa olunmağı, buraxılmış iş günlərinin əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi, mediasiya təşkilatına ödədiyi 50 manat xərcin və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

20. Mübahisələndirlən Cavabdeh “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli 11-X/25 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, İddiaçı Cavabdehndə sürücü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

21. Yuxarıda da qeyd edildiyi kimi əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununun tərtib edilməsi qaydası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilmişdir. Hazırda əmr tam şəkildə göstərilənlərə əməl edilməklə tərtib edilməmişdir. Belə ki, əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi qeyd edilən “Ü.A.ƏZİZOV təqdimatı” isə ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir.

22. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

23. Bundan başqa, həmin məcəllənin 80-ci maddəsində həmkarlar ittifaqının üzvü olan işçi ilə əmək müqaviləsinin ləğv edilməsi əsasları göstərilmişdir. Hazırda isə cavabdeh tərəfindəm məhkəməyə təqdim edilmiş “Kargolux Company" Məhdud Məsuliyyətli Cəmiyyətin filiallar üzrə direktor müavini Nurlan Məmmədov tərəfindən cəmiyyətin direktoru Ülvi Əzizova ünvanlanan xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, X7 Əhlimanla əmək münasibətlərinə son verilməsi qərarının tam əsaslı və zəruri olduğunu bildirmişdir.

24. Halbuki, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

25. Hazırda isə ümumiyyətlə göstərilən qaydalara əməl edilməmiş, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli olduğu halda, məhkəməyə təqdim edilmiş təqdimatda cəmiyyətin direktor müavini işəgötürənə müraciət etmişdir.

26. Ümumiyyətlə mübahisələndirilən əmr tətqiq edilərkən məhkəməyə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilmə əsasları məlum olmamışdır. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən təqdimat adı altında tərtib edilmiş sənədə əsasən müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqavilənin ləğv edilməsinin səbəbləri iddiaçını iş sahəsini icazəsi tərk etməsi, daxili qərarlara müdaxilə etməsi, ofis meneceri Esmira Qurbanlı ilə yüksək səslə, kobud danışması, qeyri-etik davranış sərgiləməsi, onun istifadəsində olmuş avtomobilə maddi ziyan vurması və dəymiş ziyanını ödəməməsi, dəfələrlə yol hərəkəti qaydalarını pozması, cərimə olunması, digər əməkdaşlarının həyatını riskə atması, vətəndaşlar tərəfindən müraciətlər daxil olması, daxili nizam-intizam qaydalarını dəfələrlə pozması, iş yerində etik normalara zidd və kobud ifadələr işlətməsi, xüsusi ilə qadın əməkdaşlara qarşı etikadan kənar, aqressiv və zorakı davranışlar müşahidə olunması, özünü idarə heyətinin üzvü kimi aparması, digər əməkdaşlara göstəriş verməsi, malların çatdırılmasını vaxtında təmin etməməsi, iş vaxtında taksi fəaliyyəti ilə məşğul olması, cəmiyyətdə müştəri itkisinə səbəb olması, şirkət dəyərlərinə uyğun gəlməyən şəkildə davranması, əvvəlcədən edilən xəbərdarlıqlara baxmayaraq, davranışında müsbət dəyişiklik müşahidə olunmaması olmuşdur.

27. Məhkəmə araşdırması zamanı qeyd edilən halları təsdiq edən mötəbər sübutların təqdim edilməsi cavabdehə təklif edilsə də, cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəticədə, iddiaçının iş sahəsini icazəsi tərk etməsi, iddiaçının ona təhkim olunmuş avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması, avtomobilə maddi ziyan vurması, iş vaxtı ərzində başqa fəaliyyətlə məşğul olması, malları vaxtında çatdırmaması, işçiyə xəbərdarlıqlar olunması və s. hallar öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ziyan dəydiyini və dəymiş ziyanı öz hesabına aradan qaldırdığını qeyd etmiş, cavabdehin nümayəndəsi isə buna dair öz etirazını bildirməmişdir. Cavabdehin hazırki vaxtadək iddiaçıya qarşı maddi ziyanın ödənilməsini tələb etməməsi vurulmuş ziyanın aradan qaldırılması halını təsdiq edir.

28. Məhkəməyə təqdim edilmiş “izahat məktubları”ndan görünür ki, cəmiyyətin direktor müavini Nurlan Məmmədov, ofis meneceri Esmira Qurbanlı və operator Fidan Əhmədova xx.xx.2025-ci ildə iddiaçının ofisdə normal iş rejimini pozması, Esmira Qurbanlı ilə söhbət zamanı səsini qaldırdığı, yüksək səslə danışdığı, kollektivdə gərginlik yaratması ilə bağlı izahatlar vermişlər.

29. Məhkəməyə təqdim edilmiş “whatsapp” yazışmalarından olan çıxarışlara əsasən cəmiyyətin direktoru Ülvi Əzizov iddiaçının işdən çıxarıldığını, onun xanım işçiləri təhdid etdiyini, barmaq salladığını, iddiaçı ilə işləmək istəmədiyini, ərizəsini yazıb işdən çıxmasını tələb etdiyini qeyd etmişdir.

30. Məhkəmə qeyd edir ki, Nurlan Məmmədov özünün də izahatında həmin vaxt ofisdə deyil, ofisin qarşısında olduğunu qeyd etmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş səs yazılarından da görünür ki, Nurlan Məmmədov iddiaçı ilə söhbət zamanı ona təqdim edilən sənədləri imzaladığını, imzalamadığı təqdirdə onu da işdən çıxara biləcəklərini, əmək müqaviləsinin müddətinin bitməsinə az qalması və s. fikirlər səsləndirmişdir. Bu səbəbdən məhkəmə onun tərəfindən tərtib edilmiş izahat məktubunu mötəbər sübut kimi qəbul etmir. Belə ki, Nurlan Məmmədovun həmin məktubu iradəli şəkildə tərtib edilməsi şübhə doğurmuş, onun səsləndirdiyi fikirlərə əsasən təzyiq altında olduğu müşahidə edilmişdir.

31. Məhkəmə ofis meneceri Esmira Qurbanlı və operator Fidan Əhmədovanın izahatlarına münasibətdə qeyd edir ki, həmin şəxslər cavabdeh cəmiyyətdə əmək fəaliyyətlərinə davam edirlər, onlarda cavabdeh arasında tabeçilik münasibəti mövcuddur, həmçinin, Esmira Qurbanlı cəmiyyətin direktoru Ülvi Əzizovun arvadıdır. Həmin şəxslərin məhkəmə iclasında şahid kimi dindirilməsi də təmin edilməmişdir. Bu səbəbdən həmin şəxslər tərəfindən verilən izahatlar məhkəmə araşdırması zamanı başqa sübutlarla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilmir.

32. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. Birinci əsasla bağlı qeyd edilməlidir ki, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin.

33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.

34. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4- 1-ci hissəsi).

35. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

36. Belə ki, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

37. Hazırda mübahisələndirilən əmrdə isə cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edib kifayətlənməklə, əmri lazimi qaydada əsaslandırmamışdır. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir.

38. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək müqaviləsi xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmr qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməmiş, yuxarıda qeyd edildiyi kimi əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zamanı müəyyən edilmiş prosedur qaydalarla əməl etməmiş, iddiaçıdan əmr tərtib edilməmişdən öncə izahatı alınmamış, əmrin tərtib edilmə əsasları kimi məhkəmə araşdırması zamanı göstərilən hallar öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi prosesi tamamilə yanlış aparılmışdır.

39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehin xx.xx.2025-ci il tarixli 11-X/25 saylı əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.

40. Məhkəmə iddia tələbinin işdən çıxarılma ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir 41 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh tərəfindən əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir.

Nəticə:

43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli 11-X/25 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə - Cavabdeh “sürücü” vəzifəsinə bərpa olunmalı, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqı ödənilməlidir.

Məhkəmə xərcləri:

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

45. Qeyd olunduğu kimi, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

46. Məhkəmə hesab edir ki, müvafiq sübutlar (qəbz, müqavilə) təqdim edilmədiyindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir.

47. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

48. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 11-X/25 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə - Cavabdeh “sürücü” vəzifəsinə bərpa olunsun, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu Cavabdehnə aid edilsin və Cavabdehndən 50 manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülsün. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul Cavabdehndən tutulub, İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar