Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2827/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin veridiyi ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil üzərində xx.xx.2010-cu il tarixində mülkiyyət hüququm qeydə alınıb və həmin mənzil ona məxsusdur. Daha sonra təqribən 2010-cu ilin yayında oğlu Zaurun qızı və nəvəsi Cavabdeh yuxarıda qeyd olunan mənzildə digər ailə üzvləri ilə birlikdə yaşamağa başlayıb və o, daha sonra cavabdehin ona məxsus olan mənzilə də qeydiyyata düşməsinə razılıq verib. Münasibətləri bu gün də nəvəsi ilə yaxşıdır. Daha sonra nəvəsi Cavabdeh Rusiya Federasiyasına köçüb, Rusiya Federasiyası, Moskva şəhəri, Taqanskiy rayonu, Mərkəzi Bibloteçnaya küçəsi ev 27, mənzil 94 ünvanına qeydiyyata düşərək orada yaşayır, 19 yanvar 2024-cü ildə isə Rusiya Federasiyası vətəndaşlığını qəbul edib. Həmçinin, 24 yanvar 2024-cü il tarixində adını X1raq, dəyişib. Eyni zamanda 27 iyun 2024-cü ildə Rusiya Federasiyasında ailə qurub. Faktiki olaraq, cavabdeh özü də iddia tələbini qəbul edir. Lakin Azərbaycan Respublikasında qeydiyyata düşəcək başqa evinin olmadığını, ümumiyyətlə Azərbaycan Respublikasına gəlməyəcəyini əsas gətirərək bunu edə bilmir. Hazırda Rusiya Federasiyası vətəndaşlığını qəbul edən, faktiki olaraq həmin ölkədə daimi yaşayan və qeydiyyatda olan ailə üzvünün ona məxsus olan yaşayış sahəsindən istifadə hüququnun qalması və onun qeydiyyatda olması onun öz mülkiyyət hüquqlarını, konkret sərəncam vermək hüququmun icrasını məhdudlaşdırır. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, başqa ölkədə qeydiyyatda olub həmin ölkənin vətəndaşlığını qəbul etməsi və bunlara baxmayaraq, onun mənzilində pasport qeydiyyatında olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Əlavə olaraq, cavabdeh Rusiya vətəndaşıdır və həm rəsmi, həm də faktiki yaşayış ünvanı Rusiya Federasiyası, Moskva şəhəri, Taqanskiy rayonu, Mərkəzi Bibloteçnaya küçəsi ev 27, mənzil 94-dür.
İş materialları:
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli, ******* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1123 nömrəli reyestr kitabının 101727 nömrəli vərəqində qeydiyyata alınmışdır;
4. Asan-Quba tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
5. İ-МЮ № 758148 saylı adın dəyişdirilməsi haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü, Rusiya vədandaşı, milliyyətcə Azərbaycanlı Cavabdeh soyadını, adını, ata adını X2 dəyişdirmişdir.
Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
7. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərildiyi kimi, 2010-cu ilin yayından nənəsi İddiaçı Əsgərəli qızının razılığı ilə ona məxsus ünvan 5 ünvanında yerləşən mənzildə yaşayıb. Sonradan həmin ünvanda qeydiyyata alınıb. Sonradan Rusiya Federasiyasına köçərək, hazırda yaşadığı Rusiya Federasiyası, Moskva şəhəri, Taqanskiy rayonu, Biblioteçnaya küçəsi, ev 27, mənzil 94 ünvanında qeydiyyata alınıb. 19 yanvar 2024-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edib. 24 yanvar 2024-cü il tarixdə adı X3 kimi dəyişdirilib. 27 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasının ərazisində ailə qurub və soyadı dəyişərək, Məmmədova olub. Azərbaycan Respublikasında yaşamadığı, Rusiya Federasiyasının daimi sakini və vətəndaşı olduğu üçün nənəsi İddiaçı Əsgərəli qızının qaldırdığı iddianı qəbul edir, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edir.
8. Məhkəmə işə cavabdehin iştirakı olmada baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
İşin faktiki halı:
11. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı qıznın mülkiyyətindədir. İddiaçının nəvəsi olan Cavabdeh həmin mənzilə qeydiyyata alınsa da, Rusiya Federasiyasına köçərək, Rusiya Federasiyası, Moskva şəhəri, Taqanskiy rayonu, Biblioteçnaya küçəsi, ev 27, mənzil 94 ünvanında qeydiyyata alınıb. 19 yanvar 2024-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edib, 24 yanvar 2024-cü il tarixdə soyadı, adı, ata adını X3 kimi dəyişdirilib və həmin ölkədə də nikaha daxil olub. Cavabdeh mübahisəli mənzildə yaşamasa da, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmış, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.
Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
13. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.
Nəticə:
14. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilməlidir.
Məhkəmə xərcləri:
15. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etmədiyindən Azərbaycan respublikası MPMnin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva