Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-286/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 118590 (yüz on səkkiz min beş yüz doxsan) manat məbləği, o cümlədən ödənilmiş 408,59 manat dövlət rüsumunun ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında 07 oktyabr 2022-ci il tarixdə, 07/10/22 saylı müqavilə bağlanılıb. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı hazırkı müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə Müəssisəyə (Cavabdeh MMC-yə) geri qaytarılan faizsiz maliyyə yardımını təqdim edir, müəssisə isə təqdim edilən pul vəsaitlərini geri qaytarmaq öhdəliyini götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, geri qaytarılan maliyyə yardımı Azərbaycan milli valyutasında, ƏDV-siz 100000 (yüz min) manat həddində təqdim edilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, ŞəxS 15 iş günü əvvəldən Müəssisəni yazılı xəbərdar etməklə təqdim edilən geri qaytarılan maliyyə yardımının vaxtından əvvəl geri qaytarılmasını tələb etmək hüququna malikdir. Ödəniş tapşırıqlarına əsasən, ərizəçi 2022ci ili oktyabr-dekabr tarixlərdə 118590 (yüz on səkkiz min beş yüz doxsan) manat məbləğində pul məbləğini "xxxx" ASC vasitəsi ilə Müəssisənin "xxxx" ASC-nin Binəqədi filialında olan (ərizəyə əlavə edilmiş müqavilənin son səhifəsində qeyd edilmiş hesab nömrəsi: AZ59AİİB400600C**********115) bank hesabına köçürülüb. Qeyd edilən müqavilənin 6.2-ci maddəsini rəhbər tutaraq ərizəçi 2023-ci ilin avqust ayında cavabdeh "xxxx" MMC-nin direktoru X1 istifadə etdiyi +**********84 və +**********75 mobil nömrələrinin “Whatsapp” telefon tətbiqi vasitəsi ilə (yazışma qoşmaya əlavə edilib) pulun qaytarılması ilə bağlı rəsmi müraciət edib. Bundan əlavə, pul məbləğinin qaytarılması ilə bağlı tərəfindən pretenziya qaydasında ərizə göndərilib və xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən ərizə qəbul edilib. Hesab edir ki, cavabdehin pul məbləğinin qaytarılması ilə bağlı müraciətlərə məhəl qoyulmaması müqavilə öhdəliklərinin icra edilməməsini ehtiva edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia tələbini qəbul etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, borc pulun ödənilməsi üçün bank hesablarına qoyulmuş sərəncam götürülməlidir. Pul 1 il müddətinə hissə-hissə ödəniləcəkdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X2 (Şəxs) ilə Cavabdeh MMC (Müəssisə) arasında bağlanmış “Geri qaytarılan faizsiz maliyyə yardımın təqdim edilməsi” barədə xx.xx.2022-cü il tarixli 07/10/22 saylı müqavilənin tərcümə edilmiş surətindən görünür ki, Şəxs hazırkı müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə Müəssisəyə geri qaytarılan faizsiz maliyyə yardımı təqdim edir, Müəssisə isə təqdim edilən pul vəsaitlətinin geri qaytarmaq öhdəliyini götürür. Geri qaytarılan maliyyə yardımı Azəbaycan milli valytasında, ƏDV-siz 100000 (yüz min) manat həddində təqdim edilir. Geri qaytarılan maliyyə yardımı Müəssisəyə əvəzsiz əsaslarla verilir, yəni pul vəsaitlərindən istifadəyə görə ödəniş tutulmur. Geri qaytarılan maliyyə yardımı müqavilənin imzalandığı tarixdən Şəxsin və ya etibarnaməsi əsasında digər şəxslərin vəsaitiləri Müəssisənin carı hesabına köçürülməsi yolu ilə 364 təqdim günü müddətində təqdim edilir. Geri qaytarılna maliyyə yardımı hazırkı müqavilənin müddətinin bitməsinə qədər və ya Şəxsin onun qaytarılması tələbini verməsi anına qədər təqdim edilir. Geri qaytarılan maliyyə yardımı xx.xx.2023-cü il tarixinə qədər geri qaytarılmalıdır. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X4 Cavabdeh MMCnin hesabına 25425 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X4 Cavabdeh MMCnin hesabına 45765 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X4 Cavabdeh MMCnin hesabına 33800 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X4 Cavabdeh MMC-nin hesabına 13600 manat məbləğində pul köçürülmüşdür. - X4 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış petenziyadan görünür ki, iddiaçı 15 iş günü ərzində 118590 manat pul ödənilməsini təbəb etmiş, əks halda cavabdeh məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi X4 tərəfindən xx.xx.2023cü il tarixdə 408,59 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X4 ilə TRAUBENFELD” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 oktyabr 2022-ci il tarixli, 07/10/22 saylı müqavilə ilə iddiaçı cavabdehə geri qaytarılan faizsiz 100000 manat həddində maliyyə yardımını təqdim edir, müəssisə isə təqdim edilən pul vəsaitlərini xx.xx.2023-cü il tarixinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 118590 manat pul köçürülmüşdür. Hazırda iddiaçı həmin pulu cavabdehdən tələb edir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh nümayəndəsi Nümayəndə Əbdulrəhim oğlu iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə Əbdulrəhim oğlunun iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 118590 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 118590 (yün on səkkiz min beş yüz doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 408,59 (dörd yüz səkkiz manat əlli doqquz qəpik) manat pul tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-286/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-286/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver