Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2863/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Bakı Şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə qarşı “ümumi yığıncağın qərarından-protokoldan çıxarışın təqdim edilməsi öhdəliyinin təmin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Bakı Şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə qarşı “ümumi yığıncağın qərarından-protokoldan çıxarışın təqdim edilməsi öhdəliyinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 157 nömrəli müqaviləyə əsasən, 14-15 mərtəbəli binanın, 3-cü girişi, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 150.7 kv.м.-dən ibarət 3 otaqlı, 179 saylı mənzilə dair cəmiyyətin ümumi yığıncağının qərarından - protokoldan çıxarışın verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun - iddiaçı X1 qaytarılması, 2. xx.xx.2017-ci il tarixli 26 nömrəli müqaviləyə əsasən, 14-15 mərtəbəli binanın, 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 106.3 kv.м.-dən ibarət 3 otaqlı, 102 saylı mənzilə dair cəmiyyətin ümumi yığıncağının qərarından – protokoldan çıxarışın verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun – İddiaçı2 qaytarılması, 3. xx.xx.2019-cu il tarixli 236 nömrəli müqaviləyə əsasən, 14-15 mərtəbəli binanın, 1-ci girişi, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60.57 kv.м.-dən ibarət 2 otaqlı, 20 saylı mənzilə dair cəmiyyətin ümumi yığıncağının qərarından – protokoldan çıxarışın verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun - İddiaçı1 qaytarılması, 4. xx.xx.2018-ci il tarixli 166 nömrəli müqaviləyə əsasən, 14-15 mərtəbəli binanın, 1-ci girişi, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.05 kv.м.-dən ibarət 3 otaqlı, 55 saylı mənzilə dair cəmiyyətin ümumi yığıncağının qərarından – protokoldan çıxarışın verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun - İddiaçı5 qaytarılması, 5. xx.xx.2022-ci il tarixli 220 nömrəli müqaviləyə əsasən, 14-15 mərtəbəli binanın, 3-cü girişi, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 54.72 kv.м.-dən ibarət 1 otaqlı, 168 saylı mənzilə dair cəmiyyətin ümumi yığıncağının qərarından – protokoldan çıxarışın verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun - İddiaçı4 qaytarılması, 6. xx.xx.2018-ci il tarixli 113 nömrəli müqaviləyə əsasən, 14-15 mərtəbəli binanın, 1-ci girişi, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60.57 kv.м.-dən ibarət 2 otaqlı, 74 saylı mənzilə dair cəmiyyətin ümumi yığıncağının qərarından – protokoldan çıxarışın verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun - İddiaçı7 qaytarılması, 7. xx.xx.2018-ci il tarixli 117 nömrəli müqaviləyə əsasən, 14-15 mərtəbəli binanın, 3-cü girişi, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 137.09 kv.м.-dən ibarət 3 otaqlı, 177 saylı mənzilə dair cəmiyyətin ümumi yığıncağının qərarından – protokoldan çıxarışın verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun – İddiaçı6 qaytarılması, vəzifəsinin cavabdehlər Cavabdeh2 MMC və Olympus Park MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi:
3. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.
4. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 ünvanı AZ 1154, ünvan 1deh Cavabdeh2 ünvanı isə AZ 1141 , ünvan 2 ünvanıdır. Göründüyü kimi, qanunverici hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qeydə alındığı yerlərə görə aidiyyatı məhkəməyə müraciət etməlidir.
5. Belə olan halda, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində və ya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır.
6. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
7. İş materiallarına əlavə edilmiş **********30 nömrəli mədaxil qəbzdən görünür ki, (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********30, büdcə təsnifat kodu: 14221301, tarix: xx.xx.2024, saat 12:37:00) iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
8. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya, cavabdehin hüquqi ünvanının olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Nəticə:
11. Beləliklə belə qənaətə gəlirəm ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Bakı Şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə qarşı “ümumi yığıncağın qərarından-protokoldan çıxarışın təqdim edilməsi öhdəliyinin təmin edilməsi” dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
12. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldım:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Bakı Şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə qarşı “ümumi yığıncağın qərarından-protokoldan çıxarışın təqdim edilməsi öhdəliyinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı3 tərəfindən ödənilmiş 100 manat (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********30, büdcə təsnifat kodu: 14221301, tarix: xx.xx.2024, saat 12:37:00) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova