Məhkəmə qərarları › İş №e-2(007)-2879/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2879/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2879/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63C, bina 5, 41 və 63 saylı mənzillərə dair kommunal xərclərinə görə avqust 2024-cü il tarixə 1209 (bir min iki yüz doqquz) manat manat xidmət haqqının, 32.09 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanan 30 mart 2018-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 63C, bina 5, 41 və 63 saylı mənzillərə dair kommunal, istismar və xidməti xərclərin vaxtında ödənilməsini cavabdeh öhdəsinə götürmüşdür. Ümumi yığıncağın 01 sentyabr 2022-ci il tarixli qərarına əsasən 1 kv.m sahə üçün kommunal xərcinin dəyəri 0.40 qəpik müəyyən edilmişdir. Cavabdeh mənzillərinin 1 kv.m sahəsi üçün 0.40 qəpik hesablamaqla hər ay 68.25 kv.m sahəsi və 63 kv.m sahəsi üçün komunal xidmətlərə görə, 41 saylı mənzilə 27.30 manat, 63 saylı məzilə 25.20 qəpik haqq ödəməlidir. Müqaviləyə əsasən Cavabdeh mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq xidmət xərclərini aylıq ödəməlidir. Belə ki, Mənzil Məcəlləsinin 135.2.3.-cü maddəsinə əsasən yaşayış sahəsi verildiyi andan cavabdehin kommunal xidmətlərə görə haqq ödəməsi vəzifəsi yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2024-cü ilin avqust ayı da daxil olmaqla komunal borcu 1209 (bir min iki yüz doqquz) manat təşkil edir. Bununla bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir.

İş materialları :

3. İş materiallarına "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-cü il tarixli “kommunal xidmətin göstərilməsinə dair müqavilə” əlavə edilmişdir.

4. ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında kommunal xidmətlərinin ödəniş məbləği yaşayış sahəsinin hər kvadratmetri üçün 40 qəpik müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında binada məskunlaşan hər bir mənzil mülkiyyətçisi ilə müvafiq qaydada müqavilə bağlamaq vəzifəsi binada idarəedici təşkilat kimi fəaliyyət göstərən "xxxx" MM-nin rəhbərliyinə həvalə edilməsi qərara alınmışdır.

5. xx.xx.2024-cü il tarixli, 129 saylı "xxxx" MMC-nin bildirişindən görünür ki, cavabdehin müqavilə üzrə öhdəliklərinizi vaxtında icra etmədiyi üçün onun kommunal borcunun 2024cü ilin avqust ayı daxil olmaqla 554 (beş yüz əlli beş) manat təşkil etməsi, bildirişi aldıqdan 7 gün müddətində borcunu ödəməyi xahiş edilmişdir. Əks halda kommunal haqqını ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı və məhkəmə xərcləri cavabdehdən tutulacağı barədə xəbərdar edilmişdir.

6. xx.xx.2024-cü il tarixli, 128 saylı "xxxx" MMC-nin bildirişindən görünür ki, cavabdehin müqavilə üzrə öhdəliklərinizi vaxtında icra etmədiyi üçün onun kommunal borcunun 2024cü ilin avqust ayı daxil olmaqla 655 (altı yüz əlli beş) manat təşkil etməsi, bildirişi aldıqdan 7 gün müddətində borcunu ödəməyi xahiş edilmişdir. Əks halda kommunal haqqını ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı və məhkəmə xərcləri cavabdhdən tutulacağı barədə xəbərdar edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, 140 saylı arayışdan görünür ki, "xxxx" MMC ilə bağlanmış 30 mart 2018-ci il tarixli müqaviləyə əsasən X1 Bakı şəhəri, Nizmai rayonu Şirin Mirzəyev 63C küçəsi, bina 5, 41 və 63 nömrəli mənzillərə dair kommunal xidmətlər görə borcu avqust ayı daxil olmaqla 2024-cü il tarixə 1209 (bir min iki yüz doqquz) manat təşkil edir.

8. xx.xx.2024-cü il tarixli, **********70 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 33 manat məbləğində dövlət rüsumu ödəmişdir.

9. "xxxx" MMC tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, 2(007)-2879/20247 saylı mülki iş üzrə cavabdeh X2 "xxxx" MMC-yə olan kommunal xidmət borcunu tam ödədiyi üçün iddia tələbindən imtina etdiyini, qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin mövqeləri :

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. İddiaçının nümayəndəsi X3 tərəfindən xx.xx.2024-cü tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edilərək, tərəflər arasında barışıq əldə olunduğundan “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddiadan imtina etdiklərini bildirmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir .

12. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

13. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi X3 xx.xx.2024-cü tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən kommunal borc tam ödənildiyindən “kommunal xərclərin ödənilməsi” tələbinə dair iddiadan imtina etdiklərini bildirmişdir. Odur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə olunduğunu və buna görə də iddiadan imtina etdiklərini bildirmişdir.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddiaçı "xxxx" MMC-nın Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.

16. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunduqda məhkəmə iş üzrə icraata xitam verir.

17. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçının nümayəndəsi X3 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən tərəflər arasında barışıq baş tutduğundan iddiadan imtina etdiklərini bildirmişdir.

18. İddiaçının nümayəndəsinin tələbindən imtina etməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur.

19. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM maddə 52.5).

20. Məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında ərizəni iş materailları, işin halları ilə birlikdə araşdıraraq qeyd edir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur.

21. Bu səbəbdən də, iddiaçı nümayəndəsinin iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş etibarnamədən aydın olur ki, iddiaçı "xxxx" MMC- tərəfindən öz nümayəndəsinə iddiadan imtina etmək səlahiyyəti verilmişdir.

22. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

23. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.

Nəticə :

24. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən baxış icraatı mərhələsində iddiadan imtina olunması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.

25. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu (Ödəyici : "xxxx" MMC VÖEN:**********; əməliyyat nömrəsi: **********; qəbzin nömrəsi:**********70; tarix:xx.xx.2024, saat:13:27) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı "xxxx" MMC-nın Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu (Ödəyici : "xxxx" MMC VÖEN:**********; əməliyyat nömrəsi: **********; qəbzin nömrəsi:**********70; tarix:xx.xx.2024, saat:13:27) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar