Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-288/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı MMMC-nin vəkili və nümayəndəsi Nümayəndə1, İddiaçı MMMC-nin nümayəndəsi X4, Cavabdeh5, Cavabdeh X5 nümayəndəsi Cavabdeh5, Cavabdeh7, Cavabdeh10 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və X12 qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Sadıkhova Zahraya qarşı “mənzilə göstərilən xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 1905,27 manat, X3 682 manat, Cavabdeh4dan 1288 manat, Cavabdeh5 777 manat, Cavabdeh6 1078 manat, Cavabdeh7 567 manat, Cavabdeh81064 manat, Cavabdeh11 – 3248,43 manat, Cavabdeh9 8678,88 manat, Cavabdeh10 4054,08 manat, Cavabdeh2 1067,04 manat, Cavabdeh12 – 1269,84 manat olmaqla ümumilikdə 25679,54 manatın ayrı-ayrılıqda, eynizamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 AZN poçt xərclərinin, həmçinin ödənilmiş 168 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər X3 682 manat, Cavabdeh4dan 1357 manat, Cavabdeh5 840 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 2845,68 manat, Cavabdeh12 1443 manat, X7 264,96 manat olmaqla ümumilikdə 30390,20 manatın ayrı-ayrılıqda, eyni zamanda, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 200 manatın, cavabdehlərə pretenziyaların göndərilməsi üçün ödənilən 61 manat poçt xərclərinin, həmçinin ödənilmiş 145 manat dövlət rüsumunun, ümumlikdə 406 manat məbləğində pulun isə müştərək qaydada cavabdehlərdən tutulub İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nin ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı İH başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın sahə mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il tarixli və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı Mənzil Mülkiyytçilərinin Müştərək Cəmiyyəti adlı qeyri-kommersiya təşkilatı yaradılmış və Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə İddiaçı MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 2 ünvanında yerləşən və hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMMC-nin idarəçiliyinə keçmişdir. İddiaçı MMMC Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən, binanın əmlakının saxlanılması üçün ödəniş haqlarının müəyyən edilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, İddiaçı MMMC “Ümumi Yığıncağı”nın həmin qərarına əsasən binaların saxlanması ilə bağlı çəkilən xərclərin (işçilərin əmək haqqı 2910 manat, DSMF köçürmələri778 manat, işsizlik fonduna köçürmə 32 manat, su vurma motorlarının sərf etdiyi elektrik enerjisi xərcləri orta aylıq xərci 1300 manat, liftlərin servis xidmət haqqı 800 manat, zibilin daşınması 450 manat, telefon və ASAN imzanın saxlanması xərci 20 manat, bank xərcləri 20 manat, təsərrüfat (süpürgə, təmizlik bezləri, dəftərxana ləvazimatı və.s) 130 manat, su pulu və qrunt sulara dair xərc 30 manat, vergi və sair hesabatların verilməsi 100 manat, sair gözlənilməz xərclər (zirzəmiyə dolan suların çəkilməsi, liftlərin xarab olmuş hissələrinin yenisi ilə əvəzlənməsi və.s) 197 manat, cəmi 6797 manat, binalarda mülkiyyəti olan hər bir mülkiyyətçinin mülkiyyətində olan əmlakın hər bir m2- nə görə 0,22 (iyirmi iki qərik) manat, binanın təmiri və sair xərclər üçün isə 0,08 (səkkiz qəpik) manat, cəmi isə hər 1 m2 sahəyə görə 0,30 (otuz qəpik) manat müəyyən edilmişdir. Cavabdeh1 iddia tələbində müəyyənləşdirilən məbləğin bir hissəsini ödəmiş, qalan hissəsini isə noyabr ayının sonuna qədər ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Bununla əlaqədar olaraq İddiaçı MMMC iddia tələbində Cavabdeh1 qarşı olan 1905,27 manat məbləğində pul tələbindən imtina etmişdir. Bununla yanaşı, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 73.6 m2 olan qeyri-yaşayış sahəsini 21 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 mülkiyyətinə vermişdir. Buna görə də, həmin tarixdən etibarən kommunal ödənişləri ödəmək öhdəliyi məhz Natiq Məmmədovun üzərinə düşür. Bununla bağlı, 2022-ci ilin dekabrından 2023-cü ilin dekabr ayınadək olan 264,96 manat məbləğində pul vəsaitinin X7 tutulması ilə bağlı iddia tələbinə dəyişiklik edilməsi zərurəti yaranmışdır. Həmçinin, digər cavabdeh "xxxx" Market MMC-nin fəaliyyət göstərdiyi qeyri-yaşayış obyekti olan daşınmaz əmlak Cavabdeh11 xüsusi mülkiyyətindədir. İcarə müqaviləsi əsasında "xxxx" Market MMC-yə icarəyə verilmişdir. Analoji qaydada, bu qeyri-yaşayış obyektin mülkiyyəçisi Cavabdeh11 binanın saxlanma xərclərini qarşılama öhdəliyi daşıyır. Növbəti Cavabdeh9 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ölçüsü 38.7 kvm və 111.8 kvm olan qeyri-yaşayış sahələrini tam mülkiyyəti üzrə Cavabdeh12-ya (MYV: MYİ0513880, xx.xx.2020, DMX; FİN: 216151; d/t xx.xx.1987) 04 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satmışdır. Bunlardan əlavə, iddia ərizəsində göstərilən cavabdehlərə qeyd olunan borc məbləğlərinin ödənilməsi barədə pretenziyaların göndərilməsi üçün tərəflərindən 61 manat poçt xərcləri çəkilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə yazılı etiraz təqdim etməklə, öz etirazında göstərmişdir ki, iddia ərizəsinə nəzər saldıqda sonuncuya qarşı irəli sürülmüş tələbin hansı əmlaka, hansı müddət ərzində iddia olunan məbləğin hesablanmasına rast gəlməmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair bir neçə ərizə verilmişdir. Hər dəfə müxtəlif rəqəmlərin yazılmasına şahid olurlar. Nə iddia ərizəsində, nə əlavə olunmuş sənədlər arasında Cavabdeh2 mülkiyyətində olan əmlakına dair heç bir hüquq müəyyənedici sənəd əlavə olunmamışdır. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı özü 2020-ci ilin 08-ci ayı təsis olunmuşdur, lakin təsis olunduğu müddətdən əvvəlki tarixlərə belə xidmət göstərdiyini iddia edərək, əsassız olaraq pul vəsaiti tələb edir. Bundan əlavə mənzil mülkiyyətçilərindən fərqli olaraq qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə tərəflər arasında müqavilənin bağlanması mütləq xarakter daşıyır. Belə ki, mənzil mülkiyyətçisindən fərqli olaraq, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin binada ümumi mülkiyyəti yoxdur, onun adətən özünün binanın çöl tərəfindən ayrı girişi çıxışı olur, məhlənin təmizlənməsi, zibilin atılması, binanın mühafizə olunması, məhlənin işıqlandırılması, liftlərdən istifadə olunması xidmətlərindən istifadə etmədiyi üçün, mənzil mülkiyyətçilərinə göstərilən xidmətlərdən fərqli olaraq, burada göstərilə xidmətlər müqavilə ilə müəyyən olunmalıdır. Cavabdeh10 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən təqdim olunan yazılı etirazda göstərilmişdir ki, iddia tələbi tamamilə əsassız və yalan məlumatlara əsaslanmışdır. İddiaçı MMMC cavabdeh hesab etdiyi Cavabdeh10 həmin çoxmənzilli binada yaşayış sahəsinin olduğu və ya onun neçə m2 sahədən ibarət olmasını, məbləğin hansı formada hesablanmasını göstərməmişdir. Cavabdeh10 həmin binada təxminən 100 m2 olan qeyri-yaşayış sahəsi vardır. Digər qeyri yaşayış sahələri isə başqa şəxslərə satılmışdır. Özündə olan qeyri-yaşayış sahəsi isə təmirsiz vəziyyətdədir. Cavabdeh10 həmin binada olan qeyri-yaşayış sahəsindən istifadə etmir və orada hər hansı bir formada sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Belə olan halda iddiaçının göstərdiyi bu xərclərin cavabdehə aiddiyyəti yoxdur. İddiaçının təqdim etdiyi iddia ərizəsinə nəzər salınsa Cavabdeh10 hansı əsaslara görə 6147,84 manat pul tələb etmələri, həmin rəqəmin necə və hansı qaydada hesablanması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMMC-nin vəkili və nümayəndəsi Nümayəndə1, nümayəndələri X9 və Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər, əlavə olaraq xx.xx.2020-ci il tarixdən İddiaçı MMMC qeydiyyatdan keçdiyini bildirdilər. Binanı tikənlər iş üzrə cavabdeh olan Cavabdeh10gildir və binanın qeyri-yaşayış sahələrinin çox hissəsi və qarajların çoxu onlarındır. 2019-cu ildən etibarən MTK-nın rəhbərliyi idarə edə bilmədi və xx.xx.2020-ci il tarixdə "xxxx" MTK rəsmi məktub yazıb komendant olmadığını bildirdi. Onlar da kənardan MTK-ya kömək etmək üçün sakinlərdən pulları yığıb idarə etmişdilər. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 (həmçinin cavabdeh X5 nümayəndəsi) bildirdi ki, iddia tələbini qəbul etmirlər. Heç bir xidmət göstərilmir. Həyət natəmizlik içindədir. Yaşlı gözətçi qoyublar həyətdən malları oğurlanıb. Zibil həyətdə yığılır qalır. Pulları yiğıllar anacaq nəyə xərclənir bilmirlər. Nümayəndəsi olduğu qardaşı Salmanlı Coşqun evi 2 ildir satıb. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh10 vəkili və nümayəndəsi Nümayəndə2 etirazında göstərdiklərini müdafiə edərək iddia tələbini qəbul etmədiyini, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh7 bildirmişdir ki, iddia tələbini qəbul etmir. iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, iddia tələbini qəbul etmir. iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12 və X8 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi 81 saylı çoxmənzilli yaşayış binasının mülkiyyətçiləri tərəfindən həmin binanın Cəmiyyət yaradaraq idarə olunmasına dair razılıqdan görünür ki, C.Naxçıvanski küçəsi 81 saylı binanın mülkiyyətçiləri və faktiki yaşayan sakinlərinin 08 dekabr 2019-cu il tarixində, "xxxx" MTKdan qalma, binada yanğına qarşı su borularınında suyun hətta rezin boru və vintillərin olmaması, mərtəbələrdə və zirzəmi hissədə elektrik xətlərinin təhlükəli vəziyyətdə olması, binanın təməlində daima suların yığılması, mərtəbələrdə təmirin çox pis vəziyyətdə olması, binanın həyətində oturacaqların olmaması, uşaqlar üçün heç nəyin olmaması, binanın fəsad hissəsinin tökülməsi, həyətə giriş hissənin-bərbad və çox natəmiz olması, binanın arxa hissəsində tikinti işlərinin yarımçıq qalması, həyətin və giriş hissənin işıqlandırılmaması, kommunal haqların və bina üzrə digər daxilolmaların necə xərclənməsi, digər problemlər və onların aradan qaldırılması məqsədilə yığıncaq keçirərək aşağıda imzaları ilə razılıq verirlər ki, bina sakinləri tərəfindən cəmiyyət yaradılsın (hansı ki, "xxxx" MTK-a tərəfindən mülkiyyətçilərin fikir və rəyləri nəzərə alınmadan aparılırdı) və binanın idarə edilməsi Azərbaycan Respublikası müvafiq qanunvericiliyi çərçivəsində rnüikiyyətçilər tərəfindən həyata keçirilsin. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sakinlərə ünvanlandığı 13 aprel 2020-ci il tarixli məktubdan görünür ki, komendant X14 MMC ilə bağladığı müqavilənin vaxtının uzadılmasından imtina etmişdir. Ona görə də hal-hazırda bu binalara baxıb xidmət edən komendant vəzifəsini heç kim icra etmir. Bəzi sakinlərin MMMC-nin yaratmasına qədər müvəqqəti olaraq 4 gün müddətində sakinlərdən 1 nəfəri komendant vəzifəsinə namizəd seçib “Atlantik Servis-A" MMC ilə müqavilə bağlamasını təşkil edəsiniz. Əgər 4 gün müddətində Siz öz namizədinizi təqdim etməsəniz, "xxxx" MMC tender yolu ilə bu məsələni özü həll edəcəkdir. - Sakinlərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladıqları 16 aprel 2020-ci il tarixli məktubdan görünür ki, X14 ilə aranızda binanın idarə edilməsi haqqında müqavilə mülkiyyətçilərin heç birinin yazılı razılıqları olmadan Azərbaycan Respublikasının müvafiq qanunlarına zidd olaraq bağlanılmışdır. Binalar (13 mərtəbəli-4 blok və 16 mərtəbəli-1 blok olmaqla) çoxlu sayda çatışmamazlıqlarla (bir neçə dövlət qurumlarına müraciət edilmiş və faktiki çatışmamazlıqlar müvafiq məktub və aktlarla öz təsdiqini tapmışdır) istismara təhvil veilmişdir. İstismara verildiyi vaxtdan bu günə qədər idarə edici şəxsin və ya şəxslərin heç biri mənzil mülkiyyətçisi olmamışdır. Sizin bilavasitə rəhbərliyiniz və göstərişinizlə komendantın mülkiyyətçilərdən topladığı kommunal haqları təyinatı üzrə deyil, bir çox hallarda buradakı obyektlərinizin təmirinə xərclənmiş, binaya heç bir cari təmir işləri aparılmamışdır nəticədə bina bərbad hala düşmüşdür. Binanın sakinləri tərəfindən idarə edilməsi üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC)-nin yaradılması məqsədilə artıq 2019-cu ilin noyabr ayında Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon Bələdiyyəsinin nümayəndələrinin mülkiyyətçilərlə birlikdə binanın həyətində ilkin iclas keçirilmiş və MMMC-nin yaradılması istiqamətində işlərin aparılması razılığına gəlinmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, binanın idarə olunması müvafiq qanunvericiliklə mənzil mülkiyyətçiləri tərəfindən yeni yaradılacaq (mülkiyyətçilərin imzalarla razılıqları Sizə təqdim olunub) “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti” tərəfindən həyata keçiriləcək. Bununla bağlı müvafiq sənədləri bizə qısa zamanda təqdim etməsəniz, yuxanda qeyd edilən və bir çox qeyd edilməyən qanunsuzluqlara son qoymasanız, biz bu hərəkətləriniz barədə dəlil və sübutlarla hüquq mühafizə orqanlarına, məhkəməyə həmçinin ölkə rəhbərliyinə bir daha müraciət etmək məcburiyyətindəyik. - 0960928 nömrəli, 04 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh9 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 111.8 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Sadıkhova Zahranın mülkiyyətinə vermişdir. - 1110600 nömrəli, 21 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 111 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı X8 mülkiyyətinə vermişdir. - 1110601 nömrəli, 21 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 73.6 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı X8 mülkiyyətinə vermişdir. - 0960929 nömrəli, 04 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh9 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 38,7 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Sadıkhova Zahranın mülkiyyətinə vermişdir. - 0960930 nömrəli, 04 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqavləsinə əsasən, satıcı Cavabdeh9 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 41.9 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Sadıkhova Zahranın mülkiyyətinə vermişdir - 1091989 nömrəli, 01 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, satıcı Cavabdeh10 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 187.2 kv/m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2046/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3677/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçivanski küçəsində yerləşən 81 saylı evin 91,8 kv/m sahədən ibarət 22 saylı mənzilinə 13 ay xidmət göstərilməsinə görə Cavabdeh7 İddiaçı MMMC-nin xeyrinə 351 manat xidmət haqqı və 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh7 qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Cavabdeh7 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3677/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X10 arasında bağlanmış 27 yanvar 2008ci il tariixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, 2566-67 saylı məhəllədə yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasında 207 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqında vaxtında ödəməyi öhdəsinə götürür. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi haqqında 118 nömrəli müqaviləsinə əsasən, sifarişçinin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsini sifarişinə əsasən podratçı ünvan 6 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişdə, 9 mərtəbəsində, 2 otaqlı, 361 nömrəli mənzlini tikib sifarişçiyə təhvil verilməsini və sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürürlər. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh8 arasında bağlanmış 29 oktyabr 2007-ci il tariixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləsinə əsasən, Bakı şəhəri Nizami rayonu, Naxçivanski küçəsi, 2566-67 saylı məhəllədə yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasında 201 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********00-05101-093140 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil Cavabdeh4 xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********45-05***-******* reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 81A, Yeni qaydalarla AZ1118, ünvan 8 ünvanında yerləşən mənzil Cavabdeh9 xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış 29 aprel 2014-cü il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi haqqında 76 nömrəli müqaviləsinə əsasən, sifarişçinin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsini sifarişinə əsasən podratçı ünvan 9 ünvanında inşa etdiyi çoxmmənzilli yaşayış binasının 13 mərtəbəsində, 2 otaqlı, 388 nömrəli mənzlini tikib sifarişçiyə təhvil verilməsini və sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürürlər. - Maliyyə arayışından görünür ki, Cavabdeh6 58520 manat borcunu tam ödəmişdir. Kooperativə borcu yoxdur. - 16 oktyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh11 Bakı şəhəri, Nizami rayonu, Cəmşid ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “X19” MMC-yə icarəyə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********00-05301-083019 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh11 xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi onun adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - ünvan 5 ünvanında yerləşən, 187.2 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0- 05301-083005 olan qeyri-yaşayış sahəsi, reyestr nömrəsi **********0-05301-083004 olan 115.4 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083043 olan 19.6 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083045 olan 17.9 m2 qeyriyaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083046 olan 51.1 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083042 olan 19.2 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083048 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083050 olan 43.1 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083020 olan 15.9 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083047 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083049 olan 24.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh10dur. - ünvan 5 ünvanında yerləşən, 41.9 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00- 05301-083012 olan qeyri-yaşayış sahəsi, reyestr nömrəsi **********00-05301-083014 olan qeyri-yaşayış sahəsi, reyestr nömrəsi **********0-05301-083008 olan 300.7 m2 qeyriyaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083010 olan 126.2 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083009 olan 15.6 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083013 olan 19.7 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083014 olan 20.8 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083036 olan 13.9 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083011 olan 22.5 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083017 olan 16.9 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083016 olan 17.7 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083064 olan 57.3 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083015 olan 24.2 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083018 olan 15.5 m2 qeyri-yaşayış sahəsinin, reyestr nömrəsi **********0-05301-083044 olan 17.9 m2 qeyri-yaşayış sahəsinin, mülkiyyətçisi Cavabdeh9dur. - 125754 nömrəli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X10 300 manat ödəniş etmişdir. - 28.12.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMMC hüquqi xidmət göstərilməsi üçün 500 manat ödəniş etmişdir. - İddiaçı İdarə Heyətinin 01 sentyabr 2020-ci il tarixli ilk iclas protokolundan görünür ki, mülkiyyətçinin mülkiyyətində olan sahənin hər kvadrat metri üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması qərara alınmışdır. Komunal haqqı kimi "xxxx" ASC-yə 08/3115 koduna ödənilən 6772.00 (altı min yeddi yüz yetmi iki) manat, nağd şəkildə toplanan vəsait 10718 (on min yeddi yüz on səkkiz) və xərclər 16707.00 (on altı min yeddi yüz yeddi) manat, kassa qalığı 783.00 (yeddi yüz səksən üç) və 08/3115 kodunda 1001.91 (bir min bir manat 91 qəpik) manat depozit qalığı təsdiqlənmişdir. - 062891 nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 673 manat ödəniş etmişdir. - İddiaçı tərəfindən təqdim edilən sakinlərin kommunal borclarının öz əksini tapdığı cədvəldən görünür ki, X5 – 2022 manat, Cavabdeh4 1357 manat, Cavabdeh5– 2019 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 – 3486.12 manat, Cavabdeh9nın-10410.60 manat, Cavabdeh10-6147.84 manat, Cavabdeh2-2845.68 manat, Cavabdeh12–1443 manat, X8-264.96 manat kommunal borcları var. - İddiaçı MMMC məhkəməyə müraciət etmək üçün xx.xx.2023-cü il tarixdə 168 manat və xx.xx.2023-cü il tarixdə 13,60 manat dövlət rüsumları ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MTK-nin ünvan 1 ünvanında inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binası istismara qəbul edildikdən sonra hər 2 binanın sahə mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il tarixli və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla İddiaçı Mənzil Mülkiyytçilərinin Müştərək Cəmiyyəti adlı qeyrikommersiya təşkilatı yaradılmış və Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120-MM7-0180 saylı Qərarı ilə İddiaçı MMMC adı altında dövlət qeydiyyatına alınmış və bu Qərar ilə ünvan 1 ünvanında yerləşən və hər 2 binanın yerləşdiyi 0,7 torpaq sahəsində yerləşən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahiblik, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ "xxxx" MMMC-yə verilmişdir. Hazırda iddiaçı cavabdehlərin mülkiyyətində olan əmlakın hər m2 0,30 manat olmaqla, binanın saxlanması üçün yaranmış borcu tələb edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulmuşdur. Onlardan biri də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətidir. Belə olan halda hazırki işdə ümumi əmlakının saxlanmasına çəkilən xərclərlə bağlı ödənişlərin mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlərin MMMC-yə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli ünvan 1 də yerləşən çoxmənzilli yaşayış binasının mülkiyyətçiləri tərəfindən, Cəmiyyət yaradılaraq idarə olunmasına dair razılıqda mülkiyyətçilərin böyük əksəriyyəti öz imzaları ilə təsdiq etmişlər ki, binanın idarəçiliyi "xxxx" MTK-a tərəfindən düzgün idarə olunmadığından və çoxlu sayda nöqsanlar mövcud olduğundan binanın idarə edilməsi qanunvericilik çərçivəsində mülkiyyətçilər tərəfindən həyata keçirilsin. Bu səsbəbdən də xx.xx.2020-ci il tarixdə mənzil mülkiyyətçilərinin şoxluğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 Dövlət Qeydiyyatı haqqında şəhadətnamə ilə dövlət qeydiyyatına alınaraq İddiaçı yaratmışlar. Göstərilən xidmətlərə görə İddiaçı MMMC-nin İdarə Heyətinin 01 sentyabr 2020-ci il tarixli ilk iclas protokolu ilə mülkiyyətçinin mülkiyyətində olan sahənin hər m2 üçün 0,30 manat olmaqla kommunal xərcin hesablanması qərara alınmışdır "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X10 ilə 27 yanvar 2008-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləsinə əsasən, ünvan 1-də yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasında 207 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. X10 2022-ci ilin aprel ayında mülkiyyətində olan əmlakı satmışdır. X5 nümayəndəsi binanın saxlanma xərcinin ödənilməsi ilə bağlı keçmiş komendant fiziki şəxs X11 2020-2021-ci il üçün ödədiyini bildirən ƏEİ/1 № 125754 nömrəli qəbz təqdim etmişdir. Buna etiraz olaraq İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, Salmanlı Coşqun keçmiş komendantın dostudur bu qəbzi qərəzli olaraq yazıb. Cavabdeh heç vaxt komendanta ödəniş etməmişdir, Nizami-11 MMMC-yə bir neçə dəfə 2020-ci il üçün binanın saxlanma xərcinin bir hissəsini ödəmişdir. Necə olur ki, ali təhsilli adam eyni ayları iki dəfə odəyir. Faktiki olaraq Fəttayev Elçin 2019-cu ilin sonlarından fəlaliyyət göstərmirdi qonşuların yaratdıqları qrup şəklində bina idarə olunurdu. Fəttayev Elçin 2020-2021-ci illərdə ümumiyyətlə xidmət göstərməmişdir və o, qəbzin maliyyə hesabatlılıq kökü yoxdur həmin məbləğ İddiaçı MMMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin bildirdiklərini təsdiq edən başqa sübut təqdim edilmədiyi üçün qəbz nəzərə alınmalı və X5 mülkiyyətində olan 73.3 m2 mənzilə görə 2022-ci ildə ödənilməmiş 3 ay üzrə ödənilməli olan xidmət haqqının məbləği aylıq 22 manatdan olmaqla cəmi 66 manat borc X3 tutulmalıdır. AR Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* nömrəli çıxarışına əsasən Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 81, 305 nömrəli mənzilin mülkiyyətçisidir. Binanın saxlanması xərcləri üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 23 manat binanın saxlanma haqqını ümumilikdə 59 ay (2019, 2020, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 59 ay üzrə ödənilməli olan xidmət haqqı 1357 manat borc Cavabdeh4 tutulmalıdır. Cavabdeh4 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh5 ilə 24 noyabr 2020-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi haqqında 118 nömrəli müqaviləsinə əsasən, sifarişçinin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsini sifarişinə əsasən podratçı ünvan 6 ünvanında inşa etdiyi çoxmmənzilli yaşayış binasının 5-ci girişdə, 9 mərtəbəsində, 2 otaqlı, 361 nömrəli, 76,42 m2 olan mənzlini tikib sifarişçiyə təhvil verilməsini və sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürürlər. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlində cavabdehin borcu 2019-cu ildən 7 ay, 2020, 2021-ci ildən 10 ay, 2022 və 2023-cü ildən 11 ay hesablanmaqla 840 manat qeyd olunmuşdur. Lakin, "xxxx" MMC ilə Cavabdeh5 arasında 24 noyabr 2020-ci il tarixdə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi haqqında müqavilə imzalanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı müqavilədən öncəki tarixə olan borcu cavabdehdən tələb edə bilməz. Tələb bu hissədə qismən təmin olunmalıdır və Cavabdeh5 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 21 manat binanın saxlanma haqqını 33 ay (2021-ci ildən 10 ay, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etmədiyi üçün 33 ay üzrə ödənilməli olan xidmət haqqı 693 manat borc Cavabdeh5 tutulmalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh6 ilə 29 aprel 2014-cü il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi haqqında 76 nömrəli müqaviləsinə əsasən, "xxxx" MMC ünvan 11 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 2 otaqlı 388 nömrəli mənzilini tikib Cavabdeh6 təhvil verməyi, sonuncu öz növbəsində mənzili qəbul edib haqqın ödənilməsini öz öhdəliyinə götürür. "xxxx" MMC tərəfindən möhürlə təsdiq olunmuş arayışa əsasən, "xxxx" MMC-nə ünvan 12 ünvanında tikilən 81 saylı yaşayış binasının 388 saylı mənzilinin vəsaitini 100% tam ödəmişdir. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh6 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 22 manat binanın saxlanma haqqını ümumilikdə 52 ay (2019-cu ildən 5 ay, 2020, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 52 ay üzrə ödənilməli olan xidmət haqqı 1144 manat borc Cavabdeh6 tutulmalıdır. Cavabdeh6 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3677/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, sahə mülkiyyətçisi ilə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair xx.xx.2020-ci il tarixli, 20 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 81-də yerləşən 91.8 kv.m sahəsi olan 22 saylı mənzilin mülkiyyətçisi Cavabdeh7 müqavilədə qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, hər ay kommunal haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 13 ünvanındakı 91.8 m2 sahə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh7 məxsusdur. Binanın saxlanması ilə bağlı ödənilməli olan xidmət haqqı üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh7 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 27 manat binanın saxlanma haqqını ümumilikdə 24 ay (2021-ci ildən 1 ay, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 24 ay üzrə ödənilməli olan xidmət haqqı 648 manat borc Cavabdeh7 tutulmalıdır. İddiaçının nümayəndəsi yuxarıda qeyd olunan 09 dekabr 2021-ci il tarixli qətnamə ilə müəyyən olunmuş borcu hesablamadıqlarını, sadəcə cavabdehin əvvəllər də ödəmədiyi üçün məhkəməyə müraciət etdiklərini məhkəmənin nəzərinə çatdırmaq üçün əlavə etdiyini bildirdi. Cavabdeh7 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh8 ilə 29 oktyabr 2007-ci il tariixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləsinə əsasən, Bakı şəhəri Nizami rayonu, Naxçivanski küçəsi, 2566-67 saylı məhəllədə yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasında 201 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. "xxxx" MMC tərəfindən möhürlə təsdiq olunmuş arayışa əsasən, Cavabdeh8 "xxxx" MMCnin xəzinəsinə ünvan 14 ünvanında tikilən 81 saylı yaşayış binasının 201 saylı mənzilinin vəsaitini 100% tam ödəmişdir. Binanın saxlanması ilə bağlı xərcləri üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh8 mülkiyyətində olan yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 19 manat binanın saxlanma haqqını ümumilikdə 59 ay (2019, 2020, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 59 ay üzrə ödənilməli olan xidmət haqqı 1121 manat borc Cavabdeh8 tutulmalıdır. Cavabdeh8 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********00-05301-083019 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C. ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh11 xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, Cavabdeh11 həmin qeyri-yaşayış sahəsini “X19” MMCyə icarəyə vermişdir. Müqavilənin 13-cü bəndindən görünür ki, yalnız elektrik, qaz, su, istilik, kanalizasiya və telefon xərclərini icarəçi ödəyir. Belə olan halda kommunal xidmətlərə görə haqqın ödənilməsi mülkiyyətçinin üzərinə düşür. Binanın saxlanması ilə bağlı ödənilməli olan xidmət haqqı üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh11 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 79,23 manat binanın saxlanma haqqını ümumilikdə 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022 və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 44 ay üzrə ödənilməli olan xidmət haqqı 3486,12 manat borc Cavabdeh11 tutulmalıdır. Cavabdeh11 iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. 04 noyabr 2021-ci il tarixli 0960928, 0960929, ******* nömrəli daşınmaz əmlakların “alqı-satqı” müqavilələrinə əsasən, satıcı Cavabdeh9 Bakı şəhəri, Nizami rayonu, 2566-67 məhəllə, C.Naxçivanski küçəsi 81 saylı yaşayış binasında yerləşən, ümumi sahələri 111,8 m2, 38,7 m2 və 41.9 m2 qeyri-yaşayış sahələrini tam mülkiyyət hüququ üzrə alıcı Sadıkhova Zahranın mülkiyyətinə vermişdir. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Sadıkhova Zahra mülkiyyətində olan cəmi 192.4 m2 qeyri-yaşayış sahələrinin hər m2 görə 0,30 manat olmaqla aylıq 57.72 manat binanın saxlanma haqqını ümumilikdə 25 ay (2021-ci ildən 02 ay, 2022, 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 25 ay üzrə ödənilməli olan xidmət haqqı 1443 manat borc Sadıkhova Zahradan tutulmalıdır. Cavabdeh Sadıkhova Zahra iddiaçının nümayəndəsi tərəfindən qeyd etdiklərinin əksini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. 1091989 nömrəli, 01 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın “alqı-satqı” müqaviləsinə əsasən, satıcı Cavabdeh10 ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 187.2 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301-083005 olan qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Binanın saxlanması xərci üzrə borcu olan sakinlərlə bağlı məlumat cədvəlindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hər m2 görə 0,30 manat olmaqla aylıq 56,16 manat binanın saxlanma haqqını 12 ay (2022-ci ildən 1 ay, 2023-cü ilin noyabr ayı da daxil olmaqla) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 12 ay üzrə ödənilməli olan xidmət haqqı 673,92 manat təşkil edirdi. Lakin Cavabdeh2 İddiaçı MMMCyə 25 dekabr 2023-cü ildə GJF/1 № 062891 nömrəli qəbzlə 673.0 manat borcunu ödəmişdir. Bundan əlavə həmin cədvəldə Cavabdeh2 111 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301-083006 olan qeyri-yaşayış sahəsinə hər m2 görə 0,30 manat olmaqla aylıq 33,3 manat binanın saxlanma haqqını 10 ay (2022-ci ildən 10 ay) ərzində 333 manat, həmçinin mülkiyyətçinin 73.6 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0- 05301-083013 olan qeyri-yaşayış sahəsinə görə aylıq 22.08 manat olmaqla 32 ay (2020ci ildən 9 ay, 2021, 2022-ci ildən 11 ay) üzrə 706,56 manat üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən Cavabdeh2 borcuna münasibətdə iddia qismən təmin edilərək ödənilməli olan xidmət haqqı 1039,56 manat borc Cavabdeh2 tutulmalıdır. Cavabdeh2 etirazı ilə bağlı məhkəmə qeyd edir ki, irəli sürülmüş tələbin hansı əmlaka, hansı müddət ərzində iddia olunan məbləğin hesablanmasına rast gəlinməməsi ilə bağlı etirazı əsassızdır. Belə ki iddiaçı hansı əmlaka (m2 30 qəpik olmaqla) hansı əsasla xidmət haqqının hesablanması ilə bağlı məlumatları məhkəməyə təqdim etməklə iddia tələbini əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli Qərarına əsasən, bina sakinləri ilə Cəmiyyət arasında yaşayış kompleksinin saxlanılması üçün kommunal xidmətlərin ödənilməsinə dair müqavilə bağlanılmasa da, başqa sözlə, həmin bina sakini bu müqavilənin bağlanılmasından imtina etsə də, bu hal bina sakininin ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Cavabdeh2 ünvan 5 ünvanında yerləşən 73.6 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301-083013 olan qeyri-yaşayış sahəsini ******* nömrəli, 21 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən alıcı X1. Sonuncu öz növbəsində mülküyyət hüququ əldə etdiyi 73.6 m2 qeyri- yaşayış sahəsinin hər kvadrat metrinə görə 0,30 manat olmaqla aylıq 22.08 manat binanın saxlanma haqqını 12 ay (2022-ci ildən 1 ay və 2023-cü ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 12 ay üzrə ödənilməli olan xidmət haqqı 264,96 manat borc X7 tutulmalıdır. Cavabdeh10 ünvan 5 ünvanında yerləşən, 187.2 m2 daşınmaz əmlak reyestr nömrəsi **********0-05301-083005 olan qeyri-yaşayış sahəsi hər m2 görə 0,30 manat olmaqla aylıq 56.16 manat binanın saxlanma haqqını ümumilikdə 32 ay(2020-ci ildən 9 ay, 2021, 2022-ci ildən 11 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 32 ay üzrə ödənilməli olan xidmət haqqı 1797,12 manat borc, həmçinin reyestr nömrəsi **********0- 05301-083004 olan 115.4 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 34,62 manat xidmət haqqı olmaqla ümumilikdə 1523, 28 manat; reyestr nömrəsi **********0-05301-083043 olan 19.6 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,88 manat xidmət haqqı olmaqla ümumilikdə 258,72 manat; reyestr nömrəsi **********0-05301-083045 olan 17.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,37 manat xidmət haqqı olmaqla ümumilikdə 236,28 manat; reyestr nömrəsi **********0-05301-083046 olan 51.1 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 15,33 manat xidmət haqqı olmaqla ümumilikdə 674,52 manat; reyestr nömrəsi **********0-05301-083042 olan 19.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,76 manat xidmət haqqı olmaqla ümumilikdə 253,44 manat; reyestr nömrəsi **********0- 05301-083048 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 3,48 manat xidmət haqqı olmaqla ümumilikdə 153,12 manat; reyestr nömrəsi **********0-05301-083050 olan 43.1 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 12,93 manat xidmət haqqı olmaqla ümumilikdə 568,92 manat; reyestr nömrəsi **********0-05301-083020 olan 15.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,77 manat xidmət haqqı olmaqla ümumilikdə 209,88 manat; reyestr nömrəsi **********0-05301-083047 olan 11.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 3,48 manat xidmət haqqı olmaqla ümumilikdə 153,12 manat; reyestr nömrəsi **********0-05301-083049 olan 24.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 7,26 manat xidmət haqqı olmaqla ümumilikdə 319,44 manat. Beləliklə, ödənilməli olan xidmət haqlarının cəmi məbləği 6147,84 manat borc Cavabdeh10 tutulmalıdır. Cavabdeh9 ünvan 5 ünvanında yerləşən, 41.9 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00-05301-083012 olan qeyri-yaşayış sahəsi, həmin ünvanda yerləşən 111.8 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00-05301-083014 olan qeyri-yaşayış sahəsi, həmin ünvanda yerləşən 38.7 m2 daşınmaz əmlak reyestr nömrəsi **********00-05301- 083015 olan qeyri-yaşayış sahəsi cəmi 192.4 m2 qeyri-yaşayış sahələrinin hər m2 görə 0,30 manat olmaqla aylıq 57.72 manat binanın saxlanma haqqını ümumilikdə 19 ay (2020-ci ildən 9 ay, 2021-ci ildən 10 ay) ərzində üzərinə düşən öhdəliyi icra etməmişdir və 19 ay üzrə ödənilməli olan xidmət haqqı 1096,68 manat borc, həmçinin reyestr nömrəsi **********0-05301-083008 olan 300.7 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 90,21 manat xidmət haqqı olmaqla ümumilikdə 3969,24 manat; reyestr nömrəsi **********0-05301-083010 olan 126.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023cü ildən 11 ay) üzrə aylıq 37,86 manat xidmət haqqı olmaqla ümumilikdə 1665,84 manat; reyestr nömrəsi **********0-05301-083009 olan 15.6 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,68 manat xidmət haqqı olmaqla ümumilikdə 205,92 manat; reyestr nömrəsi **********0- 05301-083013 olan 19.7 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,91 manat xidmət haqqı olmaqla ümumilikdə 260,04 manat; reyestr nömrəsi **********0-05301-083014 olan 20.8 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 6,24 manat xidmət haqqı olmaqla ümumilikdə 274,56 manat; reyestr nömrəsi **********0-05301-083036 olan 13.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,17 manat xidmət haqqı olmaqla ümumilikdə 183,48 manat; reyestr nömrəsi **********0-05301-083011 olan 22.5 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 6,75 manat xidmət haqqı olmaqla ümumilikdə 297 manat; reyestr nömrəsi **********0-05301-083010 olan 21.5 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 6,45 manat xidmət haqqı olmaqla ümumilikdə 283,8 manat; reyestr nömrəsi **********0- 05301-083012 olan 15.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,56 manat xidmət haqqı olmaqla ümumilikdə 200,64 manat; reyestr nömrəsi **********0-05301-083017 olan 16.9 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,07 manat xidmət haqqı olmaqla ümumilikdə 223,08 manat; reyestr nömrəsi **********0-05301-083018 olan 15.5 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 4,65 manat xidmət haqqı olmaqla ümumilikdə 204,6 manat; reyestr nömrəsi **********0-05301-083044 olan 17.9 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,37 manat xidmət haqqı olmaqla ümumilikdə 236,28 manat; reyestr nömrəsi **********0-05301-083016 olan 17.7 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 5,31 manat xidmət haqqı olmaqla ümumilikdə 233,64 manat; reyestr nömrəsi **********0- 05301-083015 olan 24.2 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 7,26 manat xidmət haqqı olmaqla ümumilikdə 319,44 manat; reyestr nömrəsi **********0-05301-083064 olan 57.3 m2 qeyriyaşayış sahəsinin mülkiyyətçisi kimi 44 ay (2020-ci ildən 9 ay, 2021, 2022, 2023-cü ildən 11 ay) üzrə aylıq 17.19 manat xidmət haqqı olmaqla ümumilikdə 756,36 manat. Beləliklə, ödənilməli olan xidmət haqlarının cəmi məbləği 10410,60 manat borc Cavabdeh9 tutulmalıdır. Cavabdeh10 nümayəndəsi və vəkili Nümayəndə2 Alixan oğlu tərəfindən təqdim olunan yazılı etirazla bağlı məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh10 yaşayış sahəsinin olduğu və ya onun neçə m2 sahədən ibarət olması, məbləğin hansı formada hesablanmasını göstərməməsi ilə bağlı etirazları əsassızdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-1062/2023 nömrəli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-29095/2023 **********95 nömrəli cavab (daşınmaz əmlakların çıxarışların sürəti təqdim edilməklə) məktubu ilə Cavid Hüseyinlinin ünvan 6 ünvanında iddiaçı tərəfindən qeyd edilən əmlaklarının olması sübut olunmuşdur. Cavabdeh10 mülkiyyətçisi olduğu qeyri-yaşayış sahələrindən istifadə etməməsi və onların təmirsiz vəziyyətdə olması ilə bağlı məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 137.10-cu bəndinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Binaların saxlanması üçün Cəmiyyətlərə xidmət haqqı ödənilməsi üçün həmin binadakı yaşayış və ya qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi kimi tələb nəzərdə tutulmamlşdır. Mülkiyyətçinin öz əmlakından istifadə etməməsi həmin əmlakın yerləşdiyi binaın saxlanması üçün xidmət haqlarının ödənilməsini istisna etmir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə tələb edilən 200 manat pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən qəbzdən görünür ki, hüquqi xidmət üçün 500 manat ödəniş edilmişdir. Odur ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə poçt xərcləri üçün 61 manat pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaç tərəfindən məhkəməyə təqdim edilən qəbzlərdən aydın olur ki, 42,90 manat ödəniş edilmişdir. İddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən 145 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada İddiaçınə aid edilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X3 66 manat, Cavabdeh4 1357 manat, Cavabdeh5 693 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 1039,56 manat, Cavabdeh12 1443 manat və X7 264,96 manat məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilməli, cavabdehlər X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12 və X7 müştərək qaydada hüquqi xidmətə görə 200 manat (cavabdehlərin hər birindən ayrıayrılıqda 16,06 manat), poçt xidmətlərinə görə 42,90 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 3,57 manat) və ödənilmiş dövlət rüsumu 145 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 12,08 manat) tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X3 66 manat, Cavabdeh4 1357 manat, Cavabdeh5 693 manat, Cavabdeh6 1144 manat, Cavabdeh7 648 manat, Cavabdeh8 1121 manat, Cavabdeh11 3486,12 manat, Cavabdeh9 10410,60 manat, Cavabdeh10 6147,84 manat, Cavabdeh2 1039,56 manat, Cavabdeh12 1443 manat və X7 264,96 manat məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. Cavabdehlər X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12 və X7 müştərək qaydada hüquqi xidmətə görə 200 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 16,06 manat), poçt xidmətlərinə görə 42,90 manat (cavabdehlərin hər birindən ayrı-ayrılıqda 3,57 manat) və ödənilmiş dövlət rüsumu 145 manat (cavabdehlərin hər birindən ayrıayrılıqda 12,08 manat) tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-288/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-288/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver