Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2922/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin Cavabdeh qarşı kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Cavabdeh qarşı kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 mart 2016-cı il tarixdə sahə mülkiyyətçilərinin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28 mart 2016-cı il tarixdə 1116-MM3-0022 nömrə ilə qeydiyyata alınan İddiaçı Nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri, Xətai rayonu, Məhəlllə 2934, Sadıqcan küçəsi ev 2A, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlakın kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. İddiaçı MMMC-nin Nizamnaməsinə əsasən cəmiyyət qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq, illik gəlir və xərclər smetasını, o,cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilən məqsədlər üçün digər xərcləri müəyyən etmək, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququndan payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək və sair hüquqlara malikdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 178,40 kv.m. olan 13 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh qeyd olunan mənzilin mülkiyyətçisi olduğu üçün ümumi əmlakın saxlanılması üçün kommunal haqları ödəmək öhdəliyi vardır. Lakin cavabdeh öhdəliklərini yerinə yetirmir, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yaranan borcunu ödəməkdən yayınır. Azərbaycan Respublikası Tarif Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləməsi barədə” 28 noyabr 2016-cı il tarixli 18 nömrəli və 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarlarına müvafiq olaraq, İddiaçı MMMC-nin aylıq kommunal tariflərin dəyişdirilməsinə dair İddiaçı MMMC-nin idarə heyətinin 28 dekabr 2016-cı il tarixli 5 saylı iclas protokoluna əsasən aylıq kommunal xidmət tariflərinin dəyişdirilməsi qərara alınıb. Belə ki, sahə mülkiyyətçisinə qış mövsümündə istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,90 manat, sahə mülkiyyətçisinə qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,50 manat və sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,35 manat müəyyən olunub. İddiaçı MMMC-nin maliyyə arayışlarından görünür ki, cavabdeh kommunal xərclər üzrə borcu 2016-cı ilin fevral ayına kimi 1868 manat 16 qəpik və 2016-cı ilin fevral ayından 2021-ci ilin iyun ayına qədər 3758 manat 80 qəpik, cəmi 5626 manat 96 qəpik təşkil edir. Həmin borc mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0.50 manat olmaqla hesablanıb. Ona görə də cavabdehdən 5626 manat 96 qəpik borcun və 30 manat dövlət rüsumunun İddiaçı MMMC-nin xeyrinə tutulması,cavabdehə nöbəti aylar üçün mülkiyyətindəki mənzil üzrə kommunal haqların Xətai-5” MMMC-nə ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti 18.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək iddia tələbinin həcmini azaltmış, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 178,40 kv.m. olan 13 saylı mənzil üzrə kommunal xidmətlərə görə 01.06.2021-ci il tarixinə olan 5016,16 məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, dəfələrlə cavabdehdən borcun ödənilməsi tələb olunsa da, bunun müsbət nəticəsi olmayıb. Cavabdeh borcu qəsdən ödəməkdən yayınır. Cavabdehlə iddiaçı arasında müqavilə yoxdur. Digər sakinlərlə müqavilə bağlanıb, cavabdehə təklif olunub, lakin o, müqaviləni imzalamayıb. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin idarə heyətinin sədri Nümayəndə3 izahatında bildirdi ki, hazırda məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehin həyat yoldaşıdır, özü də, polis orqanında işləyib. O dəfələrlə Nümayəndə2 borcun ödənilməsini tələb etmişdir, lakin cavabdeh borcu ödəməkdən yayınır. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, o iddia ərizəsində göstərilənlərlə razı deyildir. İddia tələbi tamamilə əsassızdır. Tələb olunan məbləğ həddən artıq şişirdilib, hansı meyarlarla hesablanması da, ona məlum deyil. Tərəflər arasında hər hansı bir müqavilə öhdəliyi də yoxdur. Buna baxmayaraq, əvvəllər də, ödənişlər etmişdir, ağlabatan məbləğin ödəməkdən də, yayınmır. Onun bu günə qədər ödədiyi vəsaitdən əlavə özünün hesablamasına görə cəmi 1200 manat kommunal borcu vardır. O, pulu da, hissə hissə ödəyəcəkdir. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28 mart 2016cı il tarixdə 1116-MM3-0022 nömrə ilə qeydiyyata alınan İddiaçı Nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri, Xətai rayonu, Məhəlllə 2934, Sadıqcan küçəsi ev 2A, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlakın kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. İddiaçı MMMC-nin Nizamnaməsinə əsasən cəmiyyət qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq, illik gəlir və xərclər smetasını, o,cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilən məqsədlər üçün digər xərcləri müəyyən etmək, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququndan payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək və sair hüquqlara malikdir. İş materiallarında olan İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzil üzrə 2016-cı ilin fevral ayına kimi -1868,16 manat və 2016-cı ilin fevral ayından 2021-ci ilin iyun ayına qədər İddiaçı MMMC-yə kommunal borcu 3148 manat, cəmi 5016 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh 05.09.2020-ci il tarixdə 100 manat, 25.01.2020-ci il tarixdə 50 manat, 30.04.2020-ci il tarixdə 100 manat, 28.11.2020-ci il tarixdə 200 manat, 21.10.2020-ci il tarixdə 200 manat, 22.12.2020-ci il tarixdə 200 manat, 21.01.2021-ci il tarixdə 200 manat, 19.03.2021-ci il tarixdə 100 manat, 24.02.2021-ci il tarixdə 200 manat kommunla xidmətlərə görə İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə ödənişlər etmişdir. İş materiallarında olan 12.01.2019-cu il və 01.09.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, 01.01.2019-cu il tarixə Cavabdeh sahibliyində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil üzrə kommunal xidmətlərə görə 3740.16 manat məbləğində borc yaranmışdır.Bununla əlaqədar olaraq, həmin borcun 7 gün müddətində ödənilməsi xahiş olunur. Əks təqdirdə qanunla müəyyən olunmuş tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsindəki 2A saylı çöxmənzilli bina kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə İddiaçı təsis olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28 mart 2016-cı il tarixdə 1116-MM3-0022 nömrə ilə qeydiyyata alınmışdır.Həmin cəmiyyətin nizamnaməsindən görünür ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün binada yaşayan bütün mülkiyyətçilərlə kommunal xidmətlərlə bağlı müqavilə bağlanmalıdır. Cavabdeh ilə bu məzmunda müqavilə bağlanmamışdır. İddiaçı bunu onunla izah edir ki, cavabdeh müqavilə bağlamaqdan imtina edir. Lakin cavabdehə müqavilə bağlamaq üçün rəsmi müraciət olunması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının cavabdehdən 5016,16 manat borcun ödənilməsini tələb etmək üçün hüquqi əsaslar mövcud deyil. Bununla yanaşı cavabdeh iddianı qismən, yəni 1200 manat hissəsində etiraf etdiyindən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh kommunal xidmətlərə görə 1200 manat və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat ödənilməyən kommunal xərc ə 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-2922/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2922/2021
03.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver