Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2926/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "Kapital Bank” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- "Kapital Bank” ASC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - xx.xx.2023-cü il tarixli X1 Kart müqaviləsi. Tələb olunan məbləğ- 724 manat pul və 30 manat dövlət rüsumu. Sübutlar- X1 Kart müqaviləsi, ödəniş kartı üzrə çıxarış, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 427.2-ci, 14.2.7-ci, 1091-ci və 1092.1-ci, 445.7-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli X1 Kart müqaviləsinin 3.2 və 3.3-cü bəndlərinə əsasən hesabda kredit xəttindən və (və ya) hər cür öhdəliklərdən azad 500 manat ekvivalentində və ya daha çox məbləğ olduqda, Bank tərəfindən hesab qalığına aylıq maksimum 10 manat ekvivalentində olmaqla 0.1% dərəcəsində faiz hesablanır. Hesablanmış faiz məbləği hər növbəti ayın ilk iş günü Müştərinin cashback hesabına köçürülür. Bu bankın hüququdur, vəzifəsi deyildir. Bank müvafiq faizlərin hesablanmasını birtərəfli qaydada dayandıra və ya faiz şərtlərini artıra, azalda bilər. hesaba yanlış daxilolma olduqda Müştəribu barədə 3 iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin hesabına silinə bilər. Hesabda limitdən artıq borc-overdraft (valyutada məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, Müştəri Bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda, Bank Müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixinə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus plastik kartdan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üzrə 1336,49 manat məbləğində pul vəsaiti məxaric olunmuş, 392 manat məbləğində pul vəsaiti isə həmin karta mədaxil olunmuş, həmin vəsait kartdan məxaric edən zaman kartda 220,49 manat məbləğ olmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçının hesabına hüquqi əsas olmadan (texniki overdraft nəticəsində) 724 manat məbləğində pul vəsaiti əldə etmişdir. Hazırda iddiaçı cavabdehin qaytarmadığı həmin vəsaiti tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydalarına uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 724 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "Kapital Bank” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2926/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2926/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver