Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3004/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC-nin idarə heyyətinin sədri X1 imzası ilə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli, 50-Xnömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı il tarixdə Göyçay şəhərində anadan olmuşdur. “X13” MMC-nin direktorunun xx.xx.2019-cu il tarixli, 03-nömrəli əmri ilə “X13” MMC-nin X8 monitorinq əməkdaşı olaraq təyin edilmişdir. “X13” MMC-nin 03 iyun 2020-ci il tarixli, 04 nömrəli əmri ilə Cavabdeh MMC adlandırılmışdır. Cavabdeh MMC-nin 04 avqust 2020-ci il tarixli, 05 nömrəli əmri ilə Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassir inkassator vəzifəsinə keçirilmişdir. Bundan sonra Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06-nömrəli əmri ilə işdən azad olunmuşdur. Daha sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 50-X nömrəli əmrin ləğv edilməsi, mühasibatlıq şöbəsində “kassir inkassator” vəzifəsinə bərpa edilməsi, mediasiyaya ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(50-X0)-5574/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-307/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2713/2023-nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-307/2023 nömrəli mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədində qeyd olunan tələbin borclu tərəfindən tam şəkildə təmin olunması əsası ilə icra sənədinə xitam verilmişdir. Bundan sonra Cavabdeh MMC-nin rəhbəri “sən mənim işçilərim üçün pis nümunəsən, sənə baxıb hamı məhkəməyə müraciət edəcək” deyib, məni işdən azad olunmağım barədə ərizə yazmağımı, əks halda məni işdən azad edəcəyini bildirdi. Beləliklə, Cavabdeh MMC-nin idarə heyyətinin sədri X1 imzası ilə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli, 50-X-nömrəli əmri ilə işdən azad olunmuşdur. Cavabdeh MMC-nin idarə heyyətinin sədri X1 imzası ilə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli, 50-X nömrəli əmri ona 30 may 2022-ci il tarixdə təqdim edilmişdir. O, bu əmri qanunsuz və əsassız hesab edir.
Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :
3. Cavabdeh MMC iddia tələbinin dəlillərinə qarşı qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etrmişdir.
4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, 519-K saylı Əmri və həmin tarixdə bağlanmış müddətli (6 aylıq, xx.xx.2020-ci il tarixədək) Əmək Müqaviləsinə əsasən İddiaçı 420 manat əmək haqqı məbləği ilə Daxili Nəzarət Departamentinə monitorinq əməkdaşı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdən Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli, 235 saylı Əmrlə işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) xitam verilmiş, son haqq-hesab olaraq işçiyə 350.66 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd edilən əmri qanunsuz hesab etdiyindən İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilməsi, mediasiyaya ödənilmiş 50 manat pulun Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi və iddiaçıya məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işin Sumqayıt Şəhər Məhkəməsində araşdırıldığı zaman iddiaçı 10 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş ******* nömrəli “X5 Vərəqəsi”ni məhkəməyə təqdim edərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “kəskin lyumbaqo” diaqnozu ilə xəstə olmuş və əmək qabiliyyətinin olmadığı vaxtda onun əmək müqaviləsinə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)- 5574/2022 saylı qətnaməsi ilə iddiaçının iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 saylı Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli Qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı Cavabdehndə mühasibatlıq şöbəsinə kassir inkassator vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının iddiaçıya işə bərpa olunduğu günədək hesablanaraq ödənilməsi qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2713/2023 saylı Qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmıdır. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə İcra vərəqəsi verilmiş, Nizami Rayon İcra Şöbəsinin müvafiq məktubu əsasında icra sənədi icra edilərək, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 07/K saylı Əmri ilə iddiaçı işə bərpa edilmiş, iddiaçıya 7422.88 manat məbləğində ödəniş edilmiş, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam icra edildiyindən, Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədinə xitam verilmişdir. İcra məmurunun həmin Qərarından iddiaçı (tələbkar) şikayət versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(105)-48/2024 saylı Qərardadı ilə şikayəti təmin edilməmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 07/K №-li əmrinə əsasən İddiaçı işə bərpa edilsə də, cəmi bir neçə gün işə çıxmış, xx.xx.2024-cü il tarixdə isə Şirkətə ərizə ilə müraciət edərək 4 (dörd) gün müddətində əmək məzuniyyətinin verilməsini xahiş etmiş, bu səbəbdən ona xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məzuniyyət verilmişdir. İddiaçı məzuniyyət bitdikdən sonra xx.xx.2024-cü il tarixdə işə başlamalı olsa da, həmin tarixdən etibarən əmək müqaviləsinin ləğv edildiyi xx.xx.2024-cü il tarixədək işə çıxmamış və işə çıxmamasının səbəbləri barədə şirkətə hər hansı məlumat verməmişdir. Bununla bağlı İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublar (ümumilikdə 7 dəfə) göndərilmiş və hər bir məktubda işə çıxmamağın səbəbləri barədə məlumat verməyi istənilmiş, habelə onun bu davranışının əmək qanunvericiliyinin tələblərinə zidd olduğu və Şirkət tərəfindən müvafiq tədbirlərin görülməsi üçün əsas olduğu barədə ona məlumat verilmişdir. Bütün bunlara baxmayaraq, İddiaçı işə çıxmamış və xx.xx.2024-cü il tarixdə ona sonuncu bildiriş məktubu göndərilmiş və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) xx.xx.2024-cü il tarixindən xitam veriləcəyi bildirilmişdir. Eyni zamanda, AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində qeyd olunan üzrlü səbəblərin mövcud olduğu halda, bu barədə Cavabdeh MMC-yə təxirəsalınmadan rəsmi qaydada məlumat verməyi xahiş olunmuşdur. Bundan əlavə, İddiaçı xx.xx.2024-cü il tarixdə eyni mətnli Teleqram göndərilmiş və həmin Teleqram xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılmışdır. İşin hallarından göründüyü kimi, iddiaçının xəstələnməsi, habelə hər hansı digər üzrlü halların baş verməsi barədə Şirkətin məlumatı olmamış və iddiaçı bununla bağlı hər hansı məlumat təqdim etməmişdir. Cavabdeh MMCnin xx.xx.2024-cü il tarixli, 50-x saylı Əmri ilə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) xitam verilmiş və həmin tarixdə bu barədə ona bildiriş məktubu təqdim edilmiş, habelə xx.xx.2024-cü il tarixdə əmək haqqı kartına son haqqhesab məbləği olaraq 521,32 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı hazırki mübahisə ilə bağlı xx.xx.2024-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Təklif göndərmiş, xx.xx.2024-cü il tarixdə İMS iştirak edilməməsi barədə MŞB/10/2024-00405 saylı Arayış əldə etmiş, xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində İddiaçı işdən çıxma əmrinin ona xx.xx.2024-cü il tarixdə təqdim edildiyini bildirsə də, əslində onun bu barədə həmin gün, yəni xx.xx.2024-cü tarixdə məlumatı olmuş, çünki yuxarıda da qeyd olunduğu kimi, o həm öncədən Teleqram vasitəsilə bu barədə məlumatlandırılmış, mübahisələndirilən əmr və işçinin əmək müqaviləsinə xitam verildiyi barədə məlumatı işçi elektron informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə əldə edə bilmiş, bundan əlavə, işçi xx.xx.2024-cü il tarixdə 521,32 manat məbləğində son haqq-hesabını da almışdır. İşçi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (əmək müqaviləsi üzrə son iş günü tarixinədək) işə çıxmasa da, onun əmək haqqı kartına 521,32 manat məbləğində son haqq-hesab məbləğinin köçürülməsi faktının özü də, işçinin əmək müqaviləsinə xitam verildiyini və bu məbləğin təyinatının məhz son haqq-hesab olduğunu aşkar surətdə təsdiq edir. Beləliklə də, İddiaçı iddia müddətini ötürməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, hazırki mübahisə üzrə iddia müddəti tətbiq edilməli və iddiası rədd edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad olunduğunu bildiyindən iddia müddətinin axımı məhz həmin tarixdə başlamış, mediasiya prosesinin tətbiq olunduğu xx.xx.2024-cü il tarixədək iddia müddətinin hesabından 27 gün keçmiş, mediasiya arayışının alındığı və bununla da iddia müddətinin axımının bərpa olunduğu xx.xx.2024-cü il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixədək iddia müddətinin hesabından 25 gün keçmiş, bununla da iddiaçı hazırki mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə 52 gün sonra müraciət etmiş və iddia müddətini 21 gün ötürmüşdür. AR Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bundan əlavə, İddiaçı əvvəlki məhkəmə mübahisəsində olduğu kimi, hazırki mübahisə zamanı da məhkəməyə X5 Vərəqəsini təqdim etmiş və onun işdən çıxma əmri verildiyi tarixdə guya “kəskin bronxit” diaqnozlu xəstəliklə bağlı xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında bülletendə olmasını sübut etməyə çalışmışdır. Bu məsələ Şirkət rəhbərliyində əsaslı şübhələr yaratdığından, hadisənin hüquqi müstəvidə araşdırılması üçün hüquq-mühafizə orqanına müraciət edilmiş və aparılmış ilkin yoxlama nəticəsində Qaradağ Rayon Prokurorluğunun xx.xx.2024- cü il tarixli Qərarı ilə fakta görə AR Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Həmin Qərarda da qeyd olunduğu kimi, ilkin araşdırma zamanı İddiaçı “kəskin bronxit” xəstəliyindən əziyyət çəkməməsi və xx.xx.2024-cü il tarixdə “X12” publik hüquqi şəxsə müraciətinin daxil olmamasına baxmayaraq həmin müəssisənin vəzifəli şəxsləri tərəfindən sonuncuya heç bir faktiki və hüquqi əsasları olmadan, saxtalaşdırılmaqla “kəskin bronxit” diaqnozu əsası ilə hüquq müəyyən edən SN 00008 № ******* saylı X5 vərəqəsinin verilməsinə əsaslı şübhələr yaranmışdır. Araşdırma ilə “X12” publik hüquqi şəxsin vəzifəli şəxslərinin əməllərində AR CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə işarə edən kifayət qədər dəlillərin olmasını, cinayət təqibini istisna edən halların ilkin araşdırma zamanı müəyyən olunmamasını, hadisə ilə bağlı ictimai ittiham qaydasında cinayət təqibinin aparılması zərurətinin yaranmasını nəzərə alaraq, cinayət işi başlanılmalı və ibtidai istintaqı aparılmalıdır. Göründüyü kimi, İddiaçı hüququndan sui-istifadə etmiş və əvvəlki məhkəmə təcrübəsinin təkrarlanacağına arxayın olaraq, yenidən əvvəlki mübahisə hallarına oxşar mübahisə halının (guya bülletendə olduğu dövrdə əmək müqaviləsinə qanunsuz şəkildə xitam verilməsi halının) görüntüsünü yaratmaq istəmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı qaldırdığı iddia ərizəsini qeyri-qanuni yolla əldə etdiyi sənədlə əsaslandırmış, hazırki iddia vasitəsilə Şirkətə məqsədli şəkildə ziyan vurmaq niyyətində olmuş və məhz bu hallara görə hesab edirlər ki, iddiaçı hüquqdan sui-istifadə halına yol vermişdir.
İş materialları :
5. Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/10/2024-00405 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 5 manat poçt və kargüzarlıq xərci ödənilmişdir.
23. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 50-X nömrəli əmrdən görünür ki, “Maliyyə departamenti/Mühasibatlıq Şöbəsi” bölməsində “Kassa-inkassator” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 “b”- əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xitam verilməsi, işçinin xx.xx.2019-cu il tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 42 məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
6. Cavabdeh MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ilə aralarında xx.xx.2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməsi və əmək kitabçasını təhvil almaq üçün ofisə yaxınlaşması və ya qeydiyyat ünvanına göndərilməsi üçün ərizə ilə müraciət etməsi bildirilmişdir.
7. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir.
8. “X12” tərəfindən verilmiş ******* nömrəli, SN00008 seriyalı, “işçinin X5 vərəqəsi”ndən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmiş və işə başlaması tarixi xx.xx.2024-cü il tarix göstərilmişdir.
9. Qaradağ rayon Prokurorluğuna Cavabdeh MMC tərəfindən ünvanlanmış şikayət ərizəsindən görünür ki, Cavabdeh MMC X9 İddiaçı verilmiş ******* nömrəli, SN00008 seriyalı, “işçinin X5 vərəqəsi”nin tibbi və hüquqi əsasları araşdırılması və ləğv edilməsi, habelə qanunvericiliyi pozan şəxslər barəsində, o, cümlədən X3 və digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq hüquqi tədbirlərin görülməsi barədə göstəriş verilməsini xahiş etmişdir.
10. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 519-K saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Cəmiyyətin Daxili nəzarət bölməsinə xx.xx.2019-cu il tarixdən etibarən monitorinq əməkdaşı vəzifəsində işə qəbul edilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 420 manat müəyyən edilmişdir.
11. “X13” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 6 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək Daxili nəzarət departamenti-Daxili nəzarət şöbəsi-Opertaiv Nəzarət bölməsində monitorinq əməkdaşı vəzifəsi üzrə işə qəbul edilmişdir.
12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2020-ci il tarixindən Maliyyə Departamentinin Mühasibatlıq şöbəsində kassirinkassator vəzifəsinə keçməsinə etiraz etmədiyini bildirmişdir.
13. xx.xx.2020-ci il tarixli, “əmək müqaviləsinə əlavə”dən görünür ki, xx.xx.2019-cu il tarixindən bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə İddiaçı kassir-inkassator vəzifəsinə keçirilməsi ilə bağlı dəyişiklik edilmişdir.
14. Cavabdeh MMC tərfindən verilmmiş xx.xx.2020-cu il tarixli, 451 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə xx.xx.2020-ci il tarixdən kassir-inkassator vəzifəsinə keçirilməsi əmr edilmişdir.
15. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 235 nömrəli əmrindən görünür ki, “Maliyyə departamenti/Mühasibatlıq Şöbəsi” bölməsində “Kassa-inkassator” vəzifəsində işləyən İddiaçı Mahir oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 “b”-əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xitam verilməsi, işçinin xx.xx.2019-cu il tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
16. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-5574/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-5574/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh MMCyə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı iddiaçıya işə bərpa olunduğu günədək hesablanaraq ödənilməsi qət edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2713/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
19. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 07/K nömrəli əmrindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı, xx.xx.2023-cü il tarixli, icra sənədi üzrə tələblərin icrasının təmin edilməsi məqsədilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 235 nömrəli əmrin ləğv edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən Cəmiyyətin mühasibatlıq şöbəsinin kassir-inkassator vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əməkhaqqı ödənişi, həmçinin iş üzrə mediasiya ödənilmiş 50 manat pul hesablanaraq İbrahim Mənsimovun bank hesabına ödənilməsi əmr edilmişdir.
20. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 151 nömrəli əmrindən görünür ki, İddiaçı 2023-22024-cü iş illərinə görə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 4 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, xx.xx.2023-cü il tarixindən vəzifəsinin icrasına başlanılması əmr edilmişdir.
21. Cavabdeh MMC tərəfindən İddiaçı Məhir oğluna ünvanlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, İddiaçı işə bərpa edilmiş, əmək fəaliyyətinə başlamış, xx.xx.2024-xx.xx.2024 tarixləri üzrə yazılıı ərizəsinə əsasən əmək məzuniyyətinə çıxmış, xx.xx.2024-cü il tarixində işə başlamalı olduğu halda heç bir üzrlü səbəb göstərmədən bugünədək işə gəlməməmişdir. 3 iş günü ərzində işə gəlməməsi ilə bağlı əsaslı səbəblər təqdim etməsi və işə çıxması xahiş olunmuşdur.
22. Cavabdeh MMCtərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı icra sənədi üzrə İddiaçı bank hesabına xx.xx.2024-cü il tarixdə məcburi iş buraxma müddətinə görə 7248.50 manat əmək haqqı ödənişi həyata keçirilmişdir.
23. Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə icra sənədinin borclu tərəfindən tam şəkildə icra edilməsinə görə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 8(105)-48/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardaddan görünür ki, tələbkar İddiaçı şikayət ərizəsinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
25. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, İddiaçı 23. 05.2024-cü il tarixin sonuncu iş günü olduğu və onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam veriləcəyinə dair məlumat verilmişdir.
26. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı son iş gününun xx.xx.2024-cü il tarixi olması və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam veriləcəyinə dair məlumat verilmişdir.
27. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X4 məxsus bank hesabına Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində 521.73 manat məbləğində ödəniş edilmişdir.
28. Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xitam əmrinin ƏMAS portalında ləğv edilməsi məqsədi ilə ondan əmək kitabçasının Cavabdeh MMC-yə təqdim edilməsinə dəstək edilməsi xahiş edilmişdir.
29. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli xitam əmrinin ƏMAS portalında ən qısa zamanda ləğv edilməsinə dəstək edilməsi xahiş edilmişdir.
30. Qaradağ rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, Cavabdeh MMC-nin İddiaçı qanunsuz əsaslarla “X5 vərəqəsi” almasına dair şikayəti əsasında Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır.
31. İş materiallarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi və anten məlumatlar əlavə edilmişdir.
32. Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, ********* nömrəli məktubundan görünür ki, ilkin araşdırma zamanı X2 “kəskin bronxit” xəstəliyindən əziyyət çəkməməsi və xx.xx.2024-cü il tarixdə “X12” PHŞ-ə daxil müraciətinin daxil olmamasına baxmayaraq həmin müəssisənin vəzifəli şəxsləri tərəfindən sonuncuya heç bir faktiki və hüquqi əsasları olmadan, saxtalaşdırılmaqla “kəskin bronxit” diaqnozu əsası ilə hüquq müəyyən edən SN 00008 №0622847 saylı X5 vərəqəsinin verilməsinə əsaslı şübhələr yaranmışdır. Odur ki, Qaradağ rayon prokurorluğunda xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ********* saylı cinayət işi başlanaraq istintaq aparılır.
Tərəflərin izahatları :
33. Məhkəmə baxış iclasında (xx.xx.2024) iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, yanvar ayında bir həftə ərazi ilə tanış olmuşdur. O əvvəlki vəzifəsinə bərpa edilməmişdir. 1 həftə ərzində başqa şəxsin yanında sadəcə gedib-gəlmişdir. O, işə necə buraxılmışdır ki, ərazi ona təhvil-təslim edilməmişdir. Ona şirkətdən demişlər ki, “gözlə sənin yerinə gəlmiş şəxsi başqa vəzifəyə keçirəcəyik, sənə xəbər edəcəyik”. O, 16 yanvar 2024-cü il tarixində işə bərpa edilməsinə dair əmrlə tanış olmuşdur. Yanvar ayında işlədiyi 5 günün əmək haqqısı ona ödənilmişdir. Həmçinin qeyd etmişdir ki, onu necə işə bərpa ediblər ki, ondan əmək kitabçasını istəməmişdirlər. O fevral ayında əmək kitabçasını icra məmuruna vermişdir ki onun əmək kitabçasında və sistemdə müvafiq qeyd aparılsın. Belə ki, ona fevral ayında məlum olmuşdur ki onun adı portalda görsənmir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Onun əmrin ləğv edilməsinə dair iddia tələbinin əsasını Əmək Məcəlləsinin 83.2-ci maddəsi və xəstəliklə bağlı bülleten təşkil edir. Həmçinin qeyd etmişdir ki, onun qayınatası Yasamal rayonu ərazisində qalır, ambulator müalicəni onun evində almışdır. 23 may 2024-cü il tarixində Qaradağa maşına baxmaq üçün getmişdir. Belə ki. o, turbo.az saytından maşın tapmış, maşına baxmaq üçün Qaradağa getmiş, həmin gün qızdırması qalxmış, halı pis olmuş və həkimə müraciət etmişdir. Bundan əvvəl olan işə bərpa işində xəstəlikə bağlı bülleteni Bakıdan götürmüşdür. Qaradağ Rayon Prokurorluğuna şahid kimi dəvət olunub, onun izahatı alınmışdır.
34. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı konkret əsas müəyyən edə bilmir. İşə buraxılma məsələsi ilə bağlı bildirir ki, İddiaçıya 7 dəfə xəbərdarlıq məktubu göndərilmişdir. Xəstəlik bülleteni ilə bağlı hazırda Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılmışdır. İddiaçı hüquqdan sui-istifadə edir. İşçi öncədən xəbərdarlıq edilmişdir. İddiaçı mayın 23-ü tarixində əmək müqaviləsinin müddətinin bitməsini bilirdi. İddiaçı özünə bülleten açdıra bilirsə, işəgütürənə məlumat vermək imkanının olmaması, ağlabatan deyil. İddiaçı hazırki mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə 52 gün sonra müraciət etmiş və iddia müddətini 21 gün ötürmüşdür. 16 yanvar tarixində iddiaçıya müraciət edilmişdir ki, əmək kitabçasını təqdim etsin ki, işçinin adı sistemə əlavə edilsin.
İşin faktiki halı :
35. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq 6 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək Daxili nəzarət departamenti-Daxili nəzarət şöbəsi-Opertaiv Nəzarət bölməsində monitorinq əməkdaşı vəzifəsi üzrə işə qəbul edilmişdir.
36. xx.xx.2019-cu il tarixdə sistenə daxil edilmiş əmək müqaviləsi bildirişinə AR ƏM-nin 73-cü maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissədi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətə uzadılmış hesab edilməsinə dair qeyd daxil edilmişdir.
37. Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 451 saylı əmr ilə maliyyə departamentinin mühasibatlıq şöbəsinə kassa-inkassator vəzifəsinə keçirilmişdir.
38. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmir ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsiniə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
39. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 451 saylı əmr ləğv edilərək İddiaçı işə bərpa edilmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2713/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 307/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli 07/K nömrəli əmr ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli əmr ləğv edilərək xx.xx.2023-cü il tarixdən Cəmiyyətin Mühasibatlıq şöbəsinin Kassir-inkassator vəzifəsinə işə bərpa edilmişdir.
42. İddiaçı xx.xx.2024-cü il tarixdə əmək fəaliyyətinə başlamış və 1 neçə gün işə çıxdıqdan sonra 4 gün müddətinə-xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətinə çıxmışdır.
43. İddiaçı məzuniyyətin müddəti bitdikdən sonra Cavabdeh MMC tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq işə çıxmamışdır.
44. Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə icra sənədinin borclu tərəfindən tam şəkildə icra edilməsinə görə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir.
45. İddiaçı icra şöbəsinin həmin qərarından şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir.
46. “X12” tərəfindən verilmiş SN 00008 seriyalı ******* nömrəli X5 vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir.
47. İddiaçı Məhir oğlu “X12” tərəfindən X5 vərəqəsinin verildiyi xx.xx.2024-cü il tarixdə Göyçay rayonunda olmuşdur.
48. İddiaçı “kəskin bronxit” xəstəliyindən əziyyət çəkməməsi və xx.xx.2024-cü il tarixdə “X12” publik hüquqi şəxsə müraciətinin olmamasına baxmayaraq iddiaçıya “X12” tərəfindən SN 00008 seriyalı ******* nömrəli X5 vərəqəsi verilmişdir.
Məhkəmə baxışının hədləri:
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
51. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar.
52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :
2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 3.5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır; 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 46.1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 73.2. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
Məhkəmənin mövqeyi :
53. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
54. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbini onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilməsi ilə əsaslandırmışdır. Əmək qanunvericiliyinin tələblərinin pozulmasını isə, cavabdeh tərəfindən onun müddətsiz əmək müqaviləsinə onun ərizəsi ilə xitam verilərək eyni gündə müddətli əmək müqaviləsi bağlanılması və onunla bağlanmış yeni müqavilənin müddətli hesab edilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olmaması ilə əsaslandırmışdır. Həmçinin məhkəməyə X5 vərəqəsini təqdim etməklə onunla əmək müaviləsinə xitam verildiyi zaman onun xəstəliyi ilə əlaqədar işdə olmadığını və bu səbəbdən əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz olduğunu bildirmişdir.
55. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək verilmiş iddia tələbinin 1 aylıq iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.
56. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.
57. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.
58. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
59. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).
60. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
61. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 50-x nömrəli əmrin qanunsuz olması ilə bağlı məhkəməyə bildirdiyi faktiki əsaslardan biri Cavabdeh MMC tərəfindən onun ərizəsi ilə müddətsiz əmək müqaviləsinə xitam verilərək eyni gündə müddətli əmək müqaviləsi bağlanılmasının və onunla bağlanmış yeni müqavilənin müddətli hesab edilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olmamasıdır.
62. İddiaçının məhkəməyə bildirdiyi qeyd edilən əsası ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı istinad etdiyi hallarla bağlı, yəni onunla Cavabdeh MMC arasında müddətsiz əmək müqaviləsi bağlanılması və həmin müqaviləyə onun ərizəsi əsasında xitam verilərək daha sonra müddətli əmək müqaviləsinin bağlanılmasına dair məhkəməyə sübut təqdim etməmişdir.
63. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
65. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq 6 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixədək Daxili nəzarət departamenti-Daxili nəzarət şöbəsi-Opertaiv Nəzarət bölməsində monitorinq əməkdaşı vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Daha sonra işəgötürənin xx.xx.2020-ci il tarixli 451 saylı əmri ilə maliyyə departamentinin mühasibatlıq şöbəsinə kassa-inkassator vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmir ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsiniə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Daha sonra iddiaçının həmin əmrin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən əmr ləğv edilərək iddiaçı işə bərpa edilmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli 07/K nömrəli əmr qəbul edilərək xx.xx.2022-ci il tarixli əmr ləğv edilmiş və İddiaçı xx.xx.2023-cü il tarixdən Cəmiyyətin mühasibatlıq şöbəsinin kassirinkassator vəzifəsinə işə bərpa edilmişdir.
66. Göründüyü kimi tərəflər arasında müddətli əmək müqaviləsi bağlanılmış və hazırda Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müddətin qurtarmasına görə xitam verilmişdir.
67. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsi işəgötürən ilə işçi arasında fərdi qaydada, sərbəst surətdə bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqlarını və vəzifələrini müəyyən edən yazılı müqavilədir. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
68. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
69. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.
70. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.
71. Bu baxımdan məhkəmə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü və bu müddət qurtardıqda ona xitam verilməsini müəyyən edən Əmək Məcəlləsinin 73-cü maddəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
72. Şərh olunan norma müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına həsr olunmuşdur. Həmin normaya əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir.
73. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: -birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; -ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.
74. Birinci əsas ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanılmasını iddia etməsinə baxmayaraq işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olub, 6 ay müddətinə bağlanılmışdır. Cavabdeh MMC İddiaçı işə bərpa olunduqdan sonra tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddətini uzatmamış və əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam vermişdir.
75. İkinci əsas ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə qurtarması və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam veriləcəyinə dair xx.xx.2024-cü il tarixdə teleqram göndərilmişdir.
76. Göründüyü kimi Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddəti qurtarmış və işəgötürən Cavabdeh MMC iddiaçı ilə əmək münasibətləırini davam etdirmək istəməmiş və İddiaçı bununla bağlı iradə ifadəsini bildirmişdir.
77. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 50-x nömrəli əmrin qanunsuz olmasına dair məhkəməyə bildirdiyi faktiki əsaslardan digəri Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən onun xəstəliyi ilə əlaqədar işdə olmamasına baxmayaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsidir.
78. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyində müddətli əmək müqaviləsinə xitam verilərkən işəgötürənin riayət etməli olduğu qaydalar müəyyən edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində işçinin iş yerində olmadığı üzrlü hallar təsbit edilərək göstərilib. Həmin hallara işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallar aid edilir. Bu zaman qanunvericiliklə müəyyən edilmiş aşağıdakı şərtlərə əməl edilməsi zəruridir: a) əmək müqaviləsinə yalnız işçi işə çıxdıqdan sonra xitam verilməsi; b) həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilməsi.
79. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə və ya əsaslandırma aparmasına gərək yoxdur.
80. Hazırda İddiaçı SN 00008 seriyalı ******* nömrəli X5 vərəqəsini məhkəməyə təqdim edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəliyi ilə əlaqədar işdən azad edildiyindən həmin tarixdə onunla bağlanılmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu iddia etmişdir.
81. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarına əsasən məhkəmə cavabdeh tərəfindən məhkəməyə X5 vərəqəsinin təqdim edilərək əmrin ləğv edilməsi tələbinin irəli sürməsini hüquqdan sui-istifadə olaraq qiymətləndirmişdir.
82. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli əmrin məhkəmə tərəfindən ləğv edilərək iddiaçının işə bərpası edilməsi üçün əsas İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X5 vərəqəsi olmuşdur. Məhkəmə həmin vərəqəyə əsasən işçi-iddiaçının xəstəliyi ilə əlaqədar işdə olmadığı dövrdə işəgötüən Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən etmişdir.
83. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, hazırki məhkəmə mübahisəsi üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X5 vərəqəsi saxtadır.
84. Belə ki, məhkəmə iclasında tədqqi edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı “kəskin bronxit” xəstəliyindən əziyyət çəkməməsi və xx.xx.2024-cü il tarixdə “X12” publik hüquqi şəxsə müraciətinin olmamasına baxmayaraq iddiaçıya SN 00008 seriyalı ******* nömrəli X5 vərəqəsi verilmişdir.
85. İşin məhkəmə tərəfindən tədqiq edilən halları onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam veriləcəyinə dair teleqramı aldıqdan sonra xx.xx.2024-cü il tarixdə Bakıya gələrək (işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki xx.xx.2024-cü il tarixdə iddiaçı Göyçay rayonunda olmuşdur) “X12” MMC-yə müraciət edərək hazırki mülki iş üzrə məhkəməyə təqdim etdiyi X5 vərəqəsini almışdır. Əvvəlki məhkəmə münahisəsi zamanı X5 vərəqəsini məhkəməyə təqdim edərək işə bərpa olunduğundan iddiaçı hazırki mülki iş üzrə məhkəməni aldadaraq əmrin ləğv edilməsinə nail olmaq istəmişdir.
86. İddiaçı tərəfindən təqdim edilən X5 vərəqəsinin əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirmək üçün alındığı iddiaçının məhkəmə iclasında verdiyi ziddiyyətli izahatlarla da öz təsdiqini tapmışdır.
87. Belə ki, məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçıya həmin müddətədək əvvəllər də qeyd edilən xəstəlik ilə bağlı müalicə alıb-almaması, bunun üçün xəstəxanaya müraciət edib-etməməsi ilə bağlı verilən suala cavabda isə iddiaçı xəstəxanaya müraciət etmədiyini ev şəraitində müalicə aldığını bildirmiş, həmin gün isə avtomobil bazarına gəldiyindən Bakıda olduğunu və vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya müraciət etdiyini bildirmişdir. O Bakıda qayınatasıgildə qaldığını və onların Yasamal rayonunda yaşadığını bildirmişdir. Belə olan halda məhkəmə nə üçün Qaradağ rayonunda xəstəxanaya müraciət etdiyini bildirdikdə isə evdən çıxdıqda vəziyyəti normal olduğunu, maşına baxmaq üçün Qaradağ rayonuna getdiyini və orda vəziyyəti pisləşdiyindən xəstəxanaya müraciət etdiyini bildirmişdir.
88. Həmçinin məhkəmə qeyd edir ki, əgər iddiaçı xəstə idisə, bu zaman o əmək müqaviləsinin müddətinin qurtardığını bildiyindən Cavabdeh MMC-yə xəstəliyi ilə əlaqədar məlumat verə bilərdi. Belə ki, o əmək müqaviləsinin müddətinin həmin tarixlərdə qurtardığını bildiyini məhkəmə iclasında verdiyi izahatında bildirmişdir.
89. Məhkəmə həmçinin qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş digər faktiki halı isə ondan ibarətdir ki, İddiaçı xəstəliyi ilə əlaqədar işdən azad edilməsinə dair xəstəlik vərəqəsi təqdim etdiyi xx.xx.2024-cü il tarixdən əvvəldə işdə olmamışdır. Belə ki, İddiaçı əmr ləğv edilərək yenidən işə bərpa olunduqdan sonra bir neçə gün işə çıxmış, daha sonra əmək məzuniyyəti hüququndan istifadə edərək 4 gün məzuniyyətə çıxmış və məzuniyyət müddəti qurtardıqdan sonra isə Cavabdeh MMC tərəfindən işə çıxması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq işə çıxmamışdır.
90. İddiaçı işə çıxmaması ilə bağlı qeyd etmişdir ki, o əvvəlki vəzifəsinə bərpa edilmədiyi üçün işə çıxmamışdır və işə çıxmadığı müddət ərzində əmək haqqı almamışdır. Lakin işin müəyyən edilmiş halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC-nin xx.xx.2023cü il tarixli əmri ilə əvvəlki vəzifəsinə, yəni kassir-inkassator vəzifəsinə işə bərpa olunmuş, işə çıxdığı müddətin və 4 gün əmək məzuniyyətinə çıxdığı müddətin əmək haqqısını almışdır.
91. Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə icra sənədinin borclu tərəfindən tam şəkildə icra edilməsinə görə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı icra şöbəsinin həmin qərarından şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, icra sənədi icra edilərək tələbkarın işdən azad edilməsinə dair əmri ləğv edilmiş, tələbkar işə bərpa edilmiş, xx.xx.2024-cü il tarixdə vəzifəsinin icrasına başlamış, məcburi iş buraxmaya görə ödənilməli olan məbləğ də tələbkara ödənilmiş, bununla da icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilərkən icra məmuru haqlı olmuşdur. Həmçinin məhkəmə borclu İddiaçı işə buraxılmaması ilə bağlı şikayətinin dəlillərini əsassız hesab etmişdir.
92. Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. İddaçı İddiaçı tərəfindən X5 vərəqəsi təqdim edilməklə əmrin ləğvinə nail olmaq isə hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir.
93. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012- ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
94. Oxşar mövqe Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
95. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş X5 vərəqəsinin saxta olması, yəni həmin tarixdə İddiaçı “kəskin bronxit” xəstəliyindən əziyyət çəkməməsi və xx.xx.2024-cü il tarixdə “X12” publik hüquqi şəxsə müraciətinin olmamasına baxmayaraq iddiaçıya həmin vərəqənin verilməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları (iş materialları, iddiaçının izahatı) müəyyən edildiyindən, həmçinin iddiaçı tərfindən öz əmək vəzifələrini yerinə yetirməyərək işə çıxmamasına baxmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi xx.xx.2024-cü il tarixli əmrin qanunsuz olduğu üçün ləğvinin tələb edilməsi hüquqdan sui-istifadədir.
96. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, iddiaçının iddia tələbi əsassız olduğundan iddia müddətinin tətbiqi barədə ərizəyə də qiymət verilməsi zərurəti yoxdur.
97. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
Məhkəmə xərcləri:
98. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.2, 124.1-ci maddəsinin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməldir.
Nəticə :
99. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçının Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı”na dair iddia tələbi təmin təmin edilməməlidir.
100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçının Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün əmək haqqı” tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva