Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3018/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında mülki iş vardır. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-234/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “Cavabdeh ünvan 2 ünvanında inşa edilmiş 24 saylı (hazırda yeni ünvanla ünvan 4ququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi” barədə ilkı̇ n ı̇ ddı̇ a tələbinin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı, Orbita MTK-ya, 50 saylı Notariat Kontoruna və X2 qarşı “ünvan 5 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili cavabdeh X3 ilə Cavabdeh birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə, ailənin ümumi qazancı hesabına əldə edilmiş əmlak olaraq tanınmasını və həmin əmlakın onların üzərində bərabər paylarda hüquqlar olan ümumi birgə mülkiyyətlərinin hesab edilməsi, cavabdeh X3 ilə cavabdeh "xxxx" MTK arasında, ünvan 5 ünvanında yerləşən yaşayış binasının sökülməsi səbəbilə həmin binanın 8 nömrəli mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsi, 8 nömrəli mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 nömrəli mənzillərə dair cavabdeh MTK və cavabdeh A.Bayramov arasında bağlanmış müqavilələr və həmin mənzillərdən 20 nömrəli mənzilin digər cavabeh X1 məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, mübahisələndirdiyi Bakı şəh, Nizami ray, B.Çobanzadə küçəsi 17 ünvanında inşa edilmiş binanın 24 nömrəli, bir yaşayış otağından ibarət mənzilinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və həmin əməliyyata əsaslanmaqla, Bakı şəhəri 50 saylı notariat ofisində, X3 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı ı̇ ddia ninibələṫ təmin edilməməsi qət edilmişdir. Daha sonra tərəflər həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3361/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və iş hazırda Ali Məhkəmənin icraatındadır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında 2(102)-5399/2022 saylı mülki iş vardır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-3018/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3018/2022
19.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver