Məhkəmə qərarları › İş №e-2(007)-3033/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3033/2024

19.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3033/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh MMC-nin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 552/K nömrəli əmri ləğv edilməsi, onun əvvəlki işinə, mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona işdən çıxarıldığı tarixdən etibarən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının Cavabdeh MMC tərəfindən ödənilməsi, mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat, hüquqi yardıma görə ödənilmiş 320 manat, cəmi isə 380 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinı onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də baş direktorun köməkçisi vəzifəsinə işə qəbul olunub və xx.xx.2018-ci il tarixədək həmin vəzifədə işləyib. xx.xx.2018-ci il tarixdə isə həmin MMC-də mütəxəssis vəzifəsinə keçirilib və bu vəzifədə xx.xx.2024-cü il tarixədək işləyib. Cavabdeh MMC-nin 552/k saylı, xx.xx.2024-cü il tarixli əmri ilə onunla cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilib. Hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğununa görə ləğv edilməli, işəgötürən tərəfindən onun pozulmuş hüquqları bərpa olunmalıdır. Belə ki, onun qeydiyyatda oluğu ünvana xx.xx.2024-cü il tarixdə poçt vasitəsi göndərilmiş 552/k saylı, xx.xx.2024-cü il tarixli əmrlə onunla işəgötürən Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilib. Həmin əmrdə onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) qeyd olunub. Həmin məktub onun qardaşı tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim olunub. Yuxarıda qeyd olunduğu kimi, o, xx.xx.2018-ci il tarixdən Cavabdeh MMCdə baş direktorun köməkçisi, daha sonra isə mütəxəssis vəzifələrində işləyib, vəzifəsində işlədiyi müddətdə barəsində hər hansı inzibati tənbeh tədbiri tətbiq edilməyib, yerinə yetirdiyi işə qarşı heç bir irad bildirilməyib. O, işçi kimi qəsdən, səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi hallarına yol verməyib, o, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olan hərəkətlərə yol verməyib, onun hər hansı hərəkəti nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməyib. Lakin bütün bunlara baxmayaraq işəgötürən olan Cavabdeh MMC tərəfindən onunla əmək münasibətlərinə heç bir səbəb olmadan xitam verilib. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin hər hansı səbəbinin olmaması 552/K saylı, xx.xx.2024-cü il tarixli əmrdə də öz əksini tapıb. Belə ki, həmin əmrdə onunla əmək münasibətlərinin sonlandırılmasının əsasları açıqlanmayıb, əmr əsaslandırılmayıb. Halbuki, Azərbaycan Respublikası Əmək MəcəlləsininƏmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgbtürən tərəifndən əmək müqaviləsinin ləğv edilir. Yuxarıda qeyd olunduğu kimi, hazırki iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, əmrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilsə də, həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməyib. Bu kimi sənədlərin göstərilməməsinin səbəbi isə onun Cavabdeh MMC-də işlədiyi müddət ərzində heç bir pozuntuya yol verməməsi, intizam tənbehi almaması olub. Onun əmək müqaviləsini ləğv etməzdən əvvəl də ondan hər hansı izahat alınmayıb, işlədiyi müddətdə hansı pozuntuya yol verilməsi diqqətinə çatdırılmayıb. İşlədiyi müddət ərzində barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməyib. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması ilə verilib. Bu baxımdan hesab edir ki, əmr etibarsızdır. Çünki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə görə, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bunlardan başqa, işəgtürən və işçi arasında bağlanmış əmək müqaviləsi, müqavilə tərəflərinin hüquq və vəzifələrinin bərabərlini tələb etsə də, bu bərabərlik formal xarakter daşıyır. Bu münasibətlərdə işəgötürənin mövqeyi həmişə üstün olub. Əmək qanunvericiliyi də əmək münasibətlərinə xitam verilməsi zamanı işəgötürən tərəfindən üstün mövqeyindən suiistifadə etməsinin, habelə işçinin hüquqlarının əsassız pozulmasının qarşısını almaq məqsədilə Əmək Məcəlləsində bir sıra normalar təsbit edib. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd ounan normaların mənasından göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün həmkarlar ittifaqı təşkilatının razılığının alınması vacibdir. İşçinin bu əsasla işdən çıxarılması məsələsi həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunduqda, işçi həmin iclasin yeri və vaxtı barədə məlumatlandırılmalı, iclasda iştirakı üçün müvafiq tədbirlər görülməlidir. Lakin o, işdən azad edilərkən həmkarlar ittifaqının qabaqcadan razılığı alınmayıb, ümumiyyətlə həmin təşkilatın bu məsələ ilə bağlı iclası keçirilməyib. Əks halda, o, Həmkarlar təşkilatının iclasına dəvət edilə və hüquqlarının müdafiə etmək, işəgötürənin dəlillərinə qarşı etirazlarını bildirmək üçün ona imkan yaradılardı. Qeyd edir ki, Həmkarlar təşkilatının iclasına dəvət olunmayıb, ona bu barədə hər hansı vasitə ilə (dövlət poçtu, surətli poçt, elektron məktub və sair) məktub, bildiriş, xəbərdarlıq təqdim olunmayıb. Bundan başqa, onunla əmək müqaviləsinin ləğv edilməsinə dair Həmkarlar təşkilatının razılığı olduğu halda, bu xx.xx.2024-cü il tarixlə əmrdə öz əksini tapmış olardı. Göründüyü kimi, onun işlədiyi Cavabdeh MMC-də həmkarlar Komitəsi fəaliyyət göstərməsinə baxmayaraq, o, işdən çıxarılan zaman həmin təşkilatın razılığı alınmayıb. Göstərilənlərə əsasən hesab edir ki, müzakirə olunan hissədə də cavabdeh "xxxx" MMC Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə də əməl etməyib, bu tələbləri pozub. İşəgötürən tərəfindən yol verilmiş bu pozuntu isə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsaslardan biridir. Bunlardan başqa, hesab edir ki, Cavabdeh MMC tərəfindən, onunla arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli əmr qanunsuz və əsassızdır. Bu səbbədən hesab edir ki, həmin əmr ləğv ediilməli və o, əvvəlki işinə bərpa olunmalıdır. Həmçinin hesab edir ki, əmrin verilməsi nəticəsində ona maddi zərər dəyib, o xx.xx.2024-cü il tarixdən aldığı əmək haqqından əsassız olaraq məhrum olub. Ona görə hesab edir ki, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Onu da qeyd edir ki, o, əmri aldıqdan sonra dərhal mediasiya ilə bağlı təklif göndəriblər, daha sonra isə mediasiya təşkilatına müraciət ediblər, xx.xx.2024-cü il tarixli mediasiya arayışı tərtib olunub. Cavabdeh ilə iddiaçı arasında mediasiya yolu ilə razılıq əldə olunmayıb. Cavabdeh xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh olaraq hazırki yazılı etiraz ilə iddia ərizəsini tam olaraq qəbul etmədiklərini, qeyd edilən xx.xx.2024-cü il tarixli, 552/K nömrəli xitam əmrinin tamamən əsaslı və qanunvericiliyə uyğun olduğunu bildirirlər və iş üzrə iddia tələblərinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Beləki, İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2018-ci il tarixində əmək müqaviləsi əsasında Cavabdeh MMC-də insan resursları mütəxəssisi kimi çalışıb. Lakin məhkəmənin diqqətinə çatdırırlar ki, iddiaçı işəgötürənə (birbaşa rəhbərinə) qabaqcadan xəbər vermədən, müvafiq icazə almadan və qanunvericilikdə nəzərdə tutulmuş hər hansı üzürlü səbəb bildirmədən xx.xx.2024, xx.xx.2024,xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024,xx.xx.2024 və xx.xx.2024 tarixlərində bütün iş günü ərzində işə gəlməyib. Məsələ ilə bağlı iddiaçının ünvanına xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli bildirişlər (əlavə edilir) göndərilib, işə gəlməsi və ya gəlməmə səbəbi barədə məlumat verilməsi xahiş edilsə də, iddiaçı işə gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməyib və işə gəlməməkdə davam edib. Bundan başqa, Cavabdeh MMC tərəfindən iddiaçının ünvanına xx.xx.2024-cü il tarixli bildiriş (əlavə edilir) göndərilib və həmin bildirişdə iddiaçının işə gəlməməsi barədə intizam icraat başladıldığını və iddiaçının xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-nin baş ofisinə yaxınlaşaraq yazılı izahat verməsini və ya sərbəst şəkildə yazılı izahatını poçt vasitəsilə cəmiyyətə göndərməyini xahiş etsələr də, iddiaçı nə cəmiyyətə gələrək izahat verib, nə də poçt vasitəsi ilə yazılı izahatını göndərib. Əlavə olaraq, bildirirlər ki, iddiaçının əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Həmkarlar İttifaqı Komitəsinin də yazılı razılığı alınıb. Belə ki, məsələ ilə bağlı cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə yazılı təqdimat təqdim edilib, təqdimata Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarılaraq baxılarkən işəgötürənlə bərabər iddiaçının da iştirakı üçün tədbirlər görülüb, xx.xx.2024-cü il tarixli məktub (əlavə edilir) iddiaçının ünvanına göndərilib, ondan xx.xx.2024-cü il tarixində saat 11:00-da Həmkarlar İttifaqı Komitəsində müzakirədə iştirak edilməsi xahiş edilib. Buna baxmayaraq, iddiaçı həmin müzakirə iclasına da gəlməyib. Bununla da Həmkarlar İttifaqı Komitəsinin 15 iyul 2024-cü il tarixli protokolu ilə İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilib. Yalnız bundan sonra İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli, 552/K nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Beləliklə, müvafiq qanunvericilik normalarından da aydın olur ki, İddiaçı cavabdehə öncədən məlumat vermədən və heç bir səbəb üzürlü səbəb olmadan günlərlə bütün iş günü işə gəlməməsini nəzərə alaraq əmək vəzifələrini kobud şəkildə pozduğu əsası ilə onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi tamamilə əsaslıdır. Qeyd edilənlərə əsasən iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü ildə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarxdə keçirilmiş məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən iddiaya yazılı etiraz və sənədlər, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 552/k saylı, xx.xx.2024-cü il tarixli əmr, aktlar, bildirişlər, xəbərnamələr məhkəməyə təqdim olunub. Bildirir ki, iddiaya yazılı etirazda göstəilənlər əsassızdır. Belə ki, ilk dəfə verilmiş iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı xx.xx.2010-cu ildən Cavabdeh MMC ilə əlaqəli olan "xxxx" Şirkətinə işə qəbul olunub, elə həmin vaxtdan faktiki olaraq Cavabdeh MMC-nin İdarə Heydətinin sədrinin köməkçisi vəzifəsində işləyib (rəsmi olaraq - baş direktorun köməkçisi), iddiaçının qeyd olunan vəzifəyə keçirilməsi xx.xx.2018-ci il tarixdən rəsmilləşdirilib. İddiaçı daima MMC-nin işgüzar nüfuzunun artmasında, səmərəli fəaliyyət göstərməsində, həm ölkə daxilində, həm də ölkə xaricində nüfuza malik olmasında əlindən gələn qədər səy göstərib, heç bir nöqsanı olmadan əmək fəaliyyətini uzun illər davam etdirib. 2022-ci ilin iyul ayından isə iddiaçı Cavabdeh MMC-də X2 Departamentinə mütəxəssis vəzifəsinə keçirilib, bununla bağlı əmr xx.xx.2022-ci il tarixdə verilib. X2 Departamentinə mütəxəssis vəzifəsinə keçirildikdən sonra, onun vəzifəsinin icrası ilə bağlı Holdinqdə kadr işinin təşkili ilə bağlı sənədlərlə tanış olmaq imkanı yaranıb. Həmin məlumatlara əsasən aşkar olunub ki, MMC-nin kadrlar işində bir çox qanunsuzluqlara yol verilir. Belə ki, MMC-nin rəhbərliyi tərəfindən qanunsuz olaraq əcnəbi vətəndaşlar diplomu olmadan, habelə Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları barədə icazəsi və daimi yaşayış yeri üzrə qeydiyyatı olmadan şirkətdə rəhbər vəzifələrinə təyin edilirlər. Halbuki, həmin rəhbər vəzifələri Azərbaycan Respublikasının yetəri qədər ali savadlı, mütəxəssis vətəndaşları tuta bilər. Buna baxmayaraq, MMC tərəfindən heç bir əsas olmadan bir çox ali savadlı mütəxəssislər işdən kənarlaşdırılıb, əvəzində buna müvafiq təhsili olmayan, ümumiyyətlə təhsili olmayan əcnəbilər həmin şirkətdə yüksək məvacibli işlərlə təmin olunublar, iddiaçı dəfələrlə bununla bağlı MMC-nin rəhbərliyinə şikayət edib və bunların ölkə qanunvericiliyinə zidd olmasını, Azərbaycan Respubikasının vətəndaşlarının konstitusion, o cümlədən əmək hüquqlarının kobud pozuntuları barədə MMC-nin vəzifəli şəxslərini məlumatlandırıb və bu qanunsuzluqlara son qoyulmasını tələb edib. MMC-nin rəhbərliyi tərəfindən isə X11ması Departamentinin müdiri şəxsində iddiaçıya bildirilib ki, rəhbərlik onun ofisdə birbaşa işləməsini istəmir və onu “distansion” iş rejiminə (evdən iş) keçirirlər. Təklif olunan iş rejimi iddiaçının ürəyincə olmasa da, işini itirməmək üçün bununla razılaşıb və həmin vaxtdan “distansion” qaydada işləyib, verilən tapşırıqları vaxtında yerinə yetirib. Qeyd olunan müddətdə cavabdeh MMC tərəfindən iddiaçıya əmək haqqı ödənilib. 2023-cü ilin may ayında cavabdeh MMC-nin X4 Departamentindən iddiaçıya telefon vasitəsilə işdən çıxarılacağı barədə məlumat veriblər. İddiaçı həmin vaxt hamilə olduğuna görə, xx.xx.2023-cü il tarixdə Holdinqin ofisinə gedərək, həkim arayışını X4 Departamentinə təqdim edib. İddiaçı hamilə olmasına və distansion işləməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə özünün “babayevailaha@gmail” poçtundan Departamentin müdiri Bahadur Məmmədova aid “Elektron ünvan 1” mail vasitəsilə məktubla müraciət edərək, aşağıdakıları göstərmişdir: “Salam Bahadur müəllim, 31 may 2023-cü il tarixli hamiləlik arayışımı Azersun Holdinq-ə təqdim etdikdən sonra dəfələrlə işə çıxmağım, əmək fəaliyyətimi davam etdirməyimlə bağlı əməkdaşınız Qənirə xanıma müraciət etmişəm. Mən əmək fəaliyyətimi davam etdirmək iqtidarındayam. X28 tərəfindən mənə yalnız WhatsApp üzərindən xəstəlik haqqında bülleten təqdim etməyim haqda mesajlar yazılıb. Halbuki mən xəstə deyiləm, mən hamiləyəm və indiyədək işə gəlməməyim öz istəyimlə deyil, rəhbərliyin təlimatı ilə baş verib. Zəhmət olmasa, əmək fəaliyyətimi davam etdirmək üçün hansı tarixdən işə çıxmağım haqda mənə məlumat verərdiz. Təşəkkür edirəm. Babayeva İlaha" (elektron məktub əlavə olunur). Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə özünün “babayevailaha@gmail” poçtundan Departamentin müdiri Bahadur Məmmədova aid Elektron ünvan 1 elektron poçt vasitəsilə eyni məzmunlu məktubla müraciət edib. İddiaçının bu müraciətlərindən sonra xx.xx.2023-cü il tarixdə o, X4 Departamentinin Ofisinə dəvət olunub. İddiaçını qəbul edən həmin Departamentin müdiri Bahadur Məmmədov görüş zamanı pul təzminatı verilməsi müqabilində işdən çıxma barədə ərizə yazmağı iddiaçıya təklif edib, həmin təklifin rəhbərlik tərəfindən irəli sürüldüyünü bildirib. İddiaçı təklifin cavablandırılması üçün vaxt istəyib. İddiaçı xx.xx.2023-cü il tarixli təklifə (təzminat ödənilməklə işdən çıxma barədə ərizənin yazılması) xx.xx.2023-cü il tarixdə özünə aid “babayevailaha@gmail” poçtdan X4 Departamentinin müdiri Bahadur Məmnfıədova aid Elektron ünvan 1 poçta cavab məktubu göndərib. İddiaçının həmin məktubunda bildirilir ki, “Salam Bahadur müəllim, ilk öncə qeyd etmək istərdim ki, mənim təkidli yazılı və şifahi müraciətlərimdən sonra görüş üçün təşəkkür edirəm. 04 iyul tarixində, X18 X19 bölməsində tərəfimə etmiş olduğunuz təzminat almaqla işdən ayrılma təklifinizi dəyərləndirərək bildirmək istərdim ki, mənim şəxsi kariyera planım və bu vaxtadək şirkətin fəaliyyətinə verdiyim töhfələri də diqqətə alaraq bu təklifi qəbul etməyi məqsədə uyğun görmürəm. Təəssüf hissi ilə bildirmək istərdim, istər bir il əvvəl heç bir şəkildə araşdırma olunmadan və qətiyyən təsdiqini tapmayan iddialar səbəbi ilə tərəfimə davamlı və məqsədyönlü mənəvi basqılar, cari təkliflə bir daha davam etdirilir. Güman edirəm ki, şirkətin bu sahədə fəaliyyət göstərən əməkdaşları bu əməllərindən əl çəkəcəklər, bu hal davam etdiyi təqdirdə, məsələni şirkətin dissiplin komissiyasında baxılmasını tələb etmək məcburiyyətində qalacağam. Qısa olaraq, hal-hazırda davam edən hamiləlik vəziyyətimə dair təqdim etdiyim tibbi arayışa da toxunmaq istərdim. Arayışda ağır işlərdə işləməməyim, habelə mümkün qədər yüngül rejimə əməl edilməsi, tövsiyyə və ümumi xarakterli göstərişdir. Arayışın bu ifadəsinə istinad olunaraq mənə əmək fəaliyyətimə məhdudiyyətin qoyulması, mənim hüquqlarımın kobud şəkildə pozulması və müvafiq tənzimləyici qanunvericiliyin də tələblərindən kənarlaşma deməkdir. Yuxarıda qeyd etdiyim məqamları da diqqətə alaraq, sizdən xahişim mənə işlədiyim dövrə aid qalıq əmək haqqının ödənilməsinin təmin olunmasında yardım etməyiniz, habelə davam edən əmək müqaviləmiz əsasında vəzifə öhdəliklərimin yerinə yetirilməsinə yaradılan süni maneələrin aradan qaldırılmasına kömək etməyinizdir” (elektron məktub əlavə olunur). İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə də özünə aid mail ünvandan X4 Departamentinin müdiri Bahadur Məmmədova elekron məktublar ünvanlayaraq, onun əvvəlki məktublarının cavablandırılmasını xahiş edib. Yuxarıda qeyd olunan məktublardan da göründüyü kimi, işəgötürənin göstərişi ilə iddiaçı distansion iş rejiminə keçirilsə də, o bilavasitə Ofisdə işləmək istəyib bununla bağı MMC-nin səlahiyyətli vəzifəli şəxslərinə dəfələrlə şifahi və yazılı qaydada müraciətlər edib. Həmin məktublarla həmçinin o da təsdiq olunur ki, işəgötürən iddiaçıya qarşı qərəzli münasibət sərgiləyib, iddiaçının işdən çıxarılması üçün müxtəlif üsul və yollar axtarıb. Qeyd edir ki, 2023-cü ilin dekabr ayında iddiaçının hamiləliyi pozulub, bu hal iddiaçının səhhətində mənfi fəsadlar yaradıb. Həmin fəsadların nəticəsidir ki, iddiaçı 2023-cü ilin dekabr ayının 06-dan 30-dək, 2024-cü ilin yanvar ayının 10-dan 26-dək, 2024-cü ilin mart ayının 05-dən aprel ayının 09dək, may ayının 01-dən iyun ayının 05-dək (xx.xx.2024 də daxil) əmək qabiliyyəti olmaması barədə tibb müəsissəsinin xəstəlik vərəqələrini işəgötürənə təqdim edib. Həmçinin bildirir ki, işəgötürən tərəfindən 2024-cü ilin yanvar ayının 07-dən 09-dək, 2024cü ilin yanvar ayının 29-dan fevral ayının 12-dək, 2024-cü ilin mart ayının 01-dən 04-dək, iddiaçıya əmək məzuniyyəti verilib və iddiaçı əmək məzuniyyətindən istifadə edib. İşəgötürən olan cavabdeh MMC tərəfindən idiaçıya həm məzuniyyətdə olduğu dövrlər üzrə, həm də xəstəliyi ilə bağlı işləmədiyi dövrlər üzrə müvafiq ödənişlər iddiaçının bank kartına köçürülüb. Yuxarıda qeyd olunduğu kimi iddiaçı cari ilin may ayının 01-dən iyun ayının 05-dək (xx.xx.2024 də daxil) əmək qabiliyyəti olmayıb. xx.xx.2024-cü il tarixdə iddiaçı Cavabdeh MMC-nin X4 Departamentində iş yerinə gedib və bilavasitə ofisdə işləmək üçün Departamentin müdiri Emil Ağarzayevlə görüşüb. MMC-nin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən iddiaçıya olan münasibətləri qərəzli olduğu üçün iddiaçı həmin görüş zamanı baş tutmuş danışıqları yazlb. Həmin danışıqlar zamanı Emil Ağarzayev iddiaçıya bildirib ki, MMC-nin rəhbərliyi onu (iddiaçını) işdən çıxarılması barədə müzakirələr aparıb, o (Emin Ağarzayev) X4 Departamentinin müdiri kimi iddiaçını ixtisara salmaqla onunla əmək münasibətlərinin sonlandırılmasına dair fikir bildirib, iddiaçı isə buna cavab olaraq ona 4-5 ay müddət verilməsini, bundan sonra özünün ərizə yazaraq işdən ayrılacağını bildirib. Emil Ağarzayev isə bu barədə rəhbərliklə danışacağını və nəticəsini iddiaçıya bildirəcəyini deyib. Bundan başqa, həmin görüş zamanı Departamentin işçiləri verilmiş məzuniyyətlə bağlı sənədlərə imza etdiriblər, (audioyazı həm CD disk şəklində, həm də kağız daşıyıcıda ərizəyə əlavə olunur). Bundan sonra, iddiaçı xx.xx.2024-cü il tarixdə Departamentin əməkdaşı Abbas Məmmədova aid telefonun (050)-3374014 №-sinə (Whatsappla) mesaj göndərərək, X4 Departamentinin müdiri Emil Ağarzayevlə görüşmək istədiyini bildirib. Abbas Məmmədova cavab olaraq bildirib ki, “danışıb (Emil Ağarzayevi nəzərdə tutulur), iddiaçı sabah gələ bilər”. Lakin xx.xx.2024-cü il tarixdə Abbas Məmmədova iddiaçıya mesaj göndərib və həmin günə razılaşdırılmış görüşün işçilərin yas mərasimində iştirak etmələri səbəbindən baş tutmayacağını bildirib (Whatsapp yazışmaları ərizəyə əlavə olunur). Bunlardan başqa, ərizəyə əlavə olunmuş iddiaçı və Departamentin əməkdaşı Şahin Əsədzadə arasında xx.xx.2024-cü il tarixdə aparılmış Whatsapp yazışmalarından görünür ki, əmək haqqının hesablanması ilə bağlı Şahin Əsədzadə iddiaçıdan hansı tarixdə xəstəlik vərəqəsinin müddətinin bitməsi barədə məlumatın verilməsini soruşur və bu məlumatın əmək haqqının hesablanması üçün lazım olduğunu bildirir. Sözügedən yazışmalarda həmçinin iddiaçı Şahin Əsədzadəyə bildirir ki, o, Ofisdə işləmək üçün iyun ayının 06-dan Emil Ağarzayevə müraciət edib, ona gözləməsi bildirilib, iddiaçı 1-ci gün (yəni xx.xx.2024-cü il) Ofisə danışıq üçün gedəcəkdir (Whatsapp yazışmaları ərizəyə əlavə olunur). xx.xx.2024- cü il tarixdə X5 Departamentinin müdiri Emil Ağarzayev istifadəsində olan ********** telefon №-sindən iddiaçının istifadəsində olan ********** telefon nömrəsinə (Whatsappla) səsli mesaj göndərərək, iddiaçının daha 4 ay (distansion qaydada) iş fəaliyyətinin davam etdirilməsinə dair təklif ilə MMC-nin rəhbərliyinin razılaşması barədə iddiaçıya məlumat verib (səsli mesaj CD diskdə əlavə olunur). xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iddiaçı və Emil Ağarzayev arasında yenidən Whatsappla yazışmalar və danışıqlar baş tutub. xx.xx.2024-cü il tarixdə aparılmış yazışma zamanı iddiaçı iyun ayının əmək haqqının ona ödənilməsi barədə təlimat verməyi, həmçinin iyun ayının əmək haqqı cədvəlini ona göndərilməsini, habelə tabeldən çıxarışla onu tanış etməyi Emil Ağarzayevdən xahiş edib. İddiaçının bu xahişinə cavab olaraq Emil Ağarzayev sözügedən sənədləri iddiaçıya verəcəyini və eyni zamanda görüşməli olduqlarını bildirib və onlar xx.xx.2024-cü il, saat 12-də Ofisdə görüşmələri barədə razılaşıblar. xx.xx.2024-cü il taixdə iddiaçı Departamentin Ofisinə gedib və Emil Ağarzayevlə görüşüb. Həmin görüş zamanı aparılan bütün danışıqlar iddiaçı tərəfindən yazılıb. Qeyd olunan görüş zamanı X4 Departamentinin müdiri Emil Ağarzayev MMC-nin rəhbərliyi ilə danışdığını, rəhbərliyin iddiaçıya 4 ay vaxt verilməsi ilə bağlı sonuncunun təklifini şərtlə qəbul etdiyini, şərtin isə iddiaçı tərəfindən 4 aydan sonra işdən çıxması barədə ərizənin hal-hazırda yazılıb ona təqdim edilməsindən ibarət olub. İddiaçı həmin şərti qəbul etməyib və MMC-də baş vermiş qanunsuzluqlar barədə müvafiq dövlət orqanlarına məlumat verəcəyini bildirib. Bundan sonra iddiaçı Emil Ağarzayevlə xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə yazışmalar aparılıb, iddiaçı əmək haqqının nə vaxt köçəcəyini soruşub, Emil Ağarzayev isə iddiaçının heç bir narahatçılıq keçirməməsini, iyun ayı üzrə iddiaçının əmək haqqının hansı səbəbdən göçürülməməsini yoxlayacağını, daha sonra iyun və iyul ayının əmək haqqının birlikdə avqust ayında köçürüləcəyini, səbəbinin isə Abbas Məmmədovun məzuniyyətdə olması olduğunu, məsələnin həllini gələn kimi ona tapşıracağını bildirib. Göründüyü kimi, iddiaçının MMC-nin göstərişi ilə distansion qaydada (evdən iş) işləməsinin zavam etməsi, bu barədə işəgötürənin məlumatlı olması, bununla bağlı işəgötürənin etirazının olmaması məhkəməyə təqdim olunmuş Whatsapp yazışmaları, audioyazılarla, elektron məktublarla tam təsdiq olunur. İddiaçının işəgötürənin göstərişi ilə distansion işləməsi qaydasında hər hansı dəyişikliyin ediİməsi, o cümlədən iddiaçının bilavasitə Ofisdə işə başlaması barədə işəgötürən tərəfindən iddiaçıya hər hansı məlumat verilməyib. Həmin qaydada ümumiyyətlə dəyişiklik olmayıb. 2024-cü ilin iyun və iyul aylarında iddiaçının cavabdeh MMC-nin X4 Departamentinin müdiri Emil Ağarzayevlə, Departamentin mütəxəssisləri Abbas Məmmədov, Şahin Əsədzadə aparılmış yazışmalarla iddiaçının işə gəlməməsi səbəbləri ilə bağlı hər hansı sual verilməyib, bununla bağlı məsələ ümumiyyətlə müzakirə predmeti olmayıb. Cavabdeh MMC-nin iddiaya yazılı etirazında qeyd olunduğu kimi, əgər iddiaçı 2024-cü ilin iyun və iyul aylarında heç bir üzürlü səbəbdən işə çıxmırdısa, distansion qaydada işləyirdisə, sual yaranır ki, hansı səbəbdən bu məsələ xx.xx.2024-cü il tarixdə X4 Departamentinin müdiri Emil Ağarzayev tərəfindən onun Departamentin Ofisində iddiaçı ilə şəxsən görüşdüyü zaman müzakirəyə çıxarılmayıb, müzakirə olunmayıb, işəçıxmama ilə bağlı iddiaçıdan izahat tələb olunmayıb. Sözügedən görüş zamanı iddiaçının oktyabr ayında öz xahişi ilə işdən çıxma barədə ərizənin yazılması məsələsi müzakirə olunub. İddiaçı və Emil Ağarzayevin daha sonrakı tarixlərdə apardıqları yazışmalar, telefon danışıqları zamanı da iddiaçının işə gəlməməsi müzakirə predmeti olmayıb. Cavabdeh MMC iddiaya yazılı etirazında göstərir ki, guya iddiaçının işə çıxmaması ilə bağlı izahatın verilməsi, habelə barəsində intizam icraatın açılmasını özündə əks etdirən bildirişlər kuryer vasitəsilə (sürətli poçt) iddiaçıya göndərilib, lakin iddiaçı həmin bildirişləri qəbul etməkdən imtina edib. Cavabdeh dəlilinin təsdiqi kimi məhkəməyə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024- cü il, xx.xx.2024-cü il tarixli bildirişləri, “AzeriExpress” poçt daşıma xidmətinin xx.xx.2024-cü il tarixli A6281178 №-li, xx.xx.2024-cü il tarixli A628176 №-li, xx.xx.2024-cü il tarixli A628179 №-li, xx.xx.2024-cü il tarixli A6281175 №-li qəbzləri, habelə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli aktları təqdim edib. Bildirirlər ki, cavabdehin həmin dəlilləri və təqdim etdiyi sənədlərdə göstərilənlər yalandır, həqiqəti əks etdirmir və işdə olan mötəbər sübutlarla təkzib olunur. Belə ki, məhkəməyə təqdim olunmuş və X4 Departamentinin müdiri Emil Ağarzayev və Departamentin mütəxəssisi Şahin Əsədzadə tərəfindən imzalanmış aktlarda qeyd olunur ki, "... işəgötürənə qabaqcadan xəbər vermədən, icazə almadan və hər hansı üzrsüz səbəb olmadan işə gəlməmişdir. Şəxsin işə gəlməməsi nəticəsində onunla hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır..." Halbuki, yuxarıda qeyd etdiyi kimi, 2024-cü ilin iyun-iyul aylarında adıçəkilən şəxslərlə, yəni Emil Ağarzayev və Şahin Əsədzadə ilə distansion qaydada işləyən iddiaçı arasında Whatsapp vasitəsilə yazışmalar aparılıb, telefon danışıqları olub, hətta iddiaçı Emil Ağarzayevlə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Departamentin Ofisində görüşüb və danışıqlar aparıb. Qeyd olunan nə yazışmalar zamanı, nə telefon danışıqları zamanı, nə də ki, iş yerində bilavasitə görüşlər zamanı iddiaçıya aktda göstərilənlər barədə hər hansı məlumat verilməyib. Çünki, bu bildirişlər və aktlar saxtadır, onlar sonradan əvvəlki tarixlərə tərtib edilib, işəgötürən iddiaçıya qarşı etdiyi qanunsuz əməllərinə qanuni görüntü yatarmaq istəyib. Əgər iddiaçının işə çıxmaması, bunun səbəblərini MMC-yə bildirilməsi barədə həqiqətən də xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə bildirişlər göndərilibsə və həmin bildirişəri iddiaçı qəbul etməkdən imtina edibsə, bu hallar xx.xx.2024-cü il tarixdə Emil Ağarzayevlə iddiaçının Departamentin Ofisində baş tutmuş görüş zamanı aradan qaldırıla bilərdi. Təxminən xx.xx.2024-cü il tarixdə 30 dəqiqə ərzində olan həmin görüş zamanı Emil Ağarzayev bildirişlərdə göstərilənləri iddiaçının nəzərinə çatdırmaq, bildirişləri iddiaçıya təqdim etmək, bu barədə bildirişlərə imza etməyi iddiaçıya təklif etmək, bildirişləri iddiaçıya imza etdirərək, onları iddiaçıya təqdim etmək, iddiaçı bildirişləri qəbul etməkdən və imzalamaqdan imtina etdiyi halda, bunu elə həmin vaxt iddiaçının iştirakı ilə aktlaşdırmaq üçün bütün imkanlara malik olub, lakin həmin görüş zamanı bu məsələ barədə Emil Ağarzayev iddiaçıya hər hansı məlumat verməyib. Hətta əksinə iddiaçının payız aylarına kimi işləməsi, sonradan öz ərizəsi ilə işdən çıxacağı barədə iddiaçının təklifinin MMC-nin rəhbərliyi tərəfindən iddiaçının işdən çıxmaq barədə ərizənin əvvəlcədən yazıb verməsi şərti ilə qəbul edildiyi bildirilib, sonrakı bütün danışıqlar bu mövzu ətrafında aparılıb. Emil Ağarzayev bildirişlər və aktlar barədə xx.xx.2024-cü il tarixdə iddiaçıya məlumat verə də bilməzdi. Çünki həmin vaxt iddiaçının işdən çıxarılması ilə bağlı işəgötürən tam qərara gəlməyib, işəgötürən, onun iddiaçı qarşısında qoyduğu şərti (oktyabr ayında iddiaçı özü könüllü işdən çıxır, lakin ərizəni əvvəlcədən yazır) iddiaçının qəbul edib-etməyəcəyini bilmirdi. Müzakirə olunan bildirişlər və aktlar da hələ tərtib olunmayıb. Bütün bunlar onu bir daha təsdiq edir ki, işəgötürənin göstərişi ilə distansion iş rejimində işləyən iddiaçını işdən çıxarmaq üçün cavabdeh MMC saxtakarlığa belə əl atmaqdan çəkinməyib. Cavabdeh MMC-nin yuxarıda qeyd olunan saxtakarlıqları bunlarla bitməyib, sənədləri saxtalaşdırmağa davam ediblər. Belə ki, cavabdeh MMC məhkəməyə sonradan əvvəlki tarixlərə tərtib edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli bildirişləri təqdim edib. Həmin bildirişlərin guya həqiqətən də göstərilən tarixlərdə tərtib edilməsi və iddiaçıya göndərilməsi görüntüsü yaratmaq üçün isə “AzeriExpress” poçt daşıma xidmətinin xx.xx.2024-cü il tarixli A6281178 №-li, xx.xx.2024-cü il tarixli A628176 №-li, xx.xx.2024-cü il tarixli A628179 №-li, xx.xx.2024-cü il tarixli A6281175 №-li qəbzlərini də məhkəməyə təqdim ediblər. Sözügedən qəbzlərin tarix və nömrə ardıcıllıqlarına diqqət yetirilsə müəyyən edilər ki, bu qəbzlər MMC tərəfindən tez-tələsik doldurulub, bu zaman unudularaq qəbzləri nömrə ardıcıllığına əməl olunmayıb. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixdə guya tərtib olunmuş bildirişin göndərmə qəbzinin sıra №-si A6281178-dir. Belə olan halda, xx.xx.2024-cü il tarixdə tərtib olunması iddia edilən bildirişin göndərilmə qəbzinin sıra nömrəsi artma sxeminə uyğun olaraq A6281179, A6281180 və s. olmalıdır. Eyni qayda xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərin göndərmə qəbzlərinə də aiddir. Lakin məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, bu qəbzlər kortəbii doldurulub, qəbzlərin tarixlərimə uyğun olaraq onların nömrə ardıcıllığı pozulub ki, adi qaydada bu pozuntu baş verməməlidir. Göstərilənlər bir daha təsdiq edir ki, MMC-nin iddia etdiyi kimi, iddiaçının ünvanına göndərilməsi bildirilən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlər və poçt qəbzləri həmin tarixlərdə nə tərtib edilmiş və iddiaçıya göndərilib, nə də ki, iddiaçı həmin bildirişləri qəbul etməkdən imtina edib. Həm bildirişlər və həm də poçt qəbzləri saxtadır. Göstərilənlərdən başqa, bildirir ki, xx.xx.2024cü il tarixdə iddiaçı, “Azersun Holdinq" MMC ilə birgə fəaliyyət göstərən ASB Bank tərəfindən ona verilmiş kredit kartı ilə əməliyyat həyata keçirə bilmədiyi üçün (kart bloklandığı üçün) bu barədə məlumat almaq məqsədilə Bankın qaynar xəttinə müraciət edib. Bankın əməkdaşı kartı yoxladıqdan sonra iddiaçıya məlumat verib ki, o işdən azad olunduğu üçün kredit kartı bloklanıb. Bundan dərhal sonra iddiaçı Whatsapp vasitəsilə X4 Departamentinin müdiri Emil Ağarzayevə mesaj göndərərək, Bankdan yuxarıda qeyd olunan məzmunda məlumat aldığını və buna aydınlıq gətirilməsini xahiş edib. İddiaçının mesajına cavab olaraq Emil Ağarzayev, ona rəsmi qaydada (elektron poçt vasitəsilə) müraciət etməyi iddiaçıdan tələb edib. İddiaçı da xx.xx.2024-cü il tarixdə saat 15:45-da özünə aid “Elektron ünvan 2” elektron ünvanından "xxxx" MMC-nin baş direktorunun müavini Fatih İslamoğluna “fatihislamoğluazersun.com və X4 Departamentinin müdiri Emil Ağarzayevə “emil.ağarzayev azersun.com” ünvana aşağıdakı məzmunda müraciət göndərib: “Emil müəllim salam, telefon vasitəsilə Sizə etdiyim müraciəti yazılı şəkildə tələb etdiyiniz üçün aşağıdakı yazını diqqətinizə göndərirəm. Emil müəllim, sonuncu dəfə Sizinlə danışdığımız zaman qeyd etdiz ki, 2024-cü ilin iyun ayının əmək haqqı iyul ayı ilə birlikdə köçürüləcək. Səbəb olaraq Abbas müəllimin məzuniyyətdə olduğunu göstərdiz və qeyd etdiz ki, Abbas müəllim məzuniyyətdən qayıtdıqdan sonra əmək haqqımın ödənilməsini ona tapşıracaqsız. Mən də etirazımı bildirmədim. Əlavə olunmuş sənədşəkildə yazı əks olunmuşdur. Lakin 2 gün öncə ASB bank kredit kartımdan istifadə məhdudiyyətini aşkarladığım zaman banka müraciət edim. Bank mənə kredit kartımın işdən çıxma səbəbi göstərilərək blok olunduğu haqda məlumat verdi. Xahiş edirəm bu məsələ ilə bağlı mənə açıqlama verəsiz. Cari müraciətimə cavab verilmədiyi təqdirdə Sizinlə görüşümüz zamanı qeyd etdiyim məsələlər, mənə və mənim kimi Şirkətdə uzun müddət çalışan yerli mütəxəssislərə edilən qərəzli davranış və münasibətlə bağlı olaraq ictimaiyyətə də açıq şəkildə təqdim olunmaqla başda Ölkə Başçısı olmaqla aidiyyatı Dövlət Qürumlarına müraciət edəcəyəm. Təşəkkür edirəm. Babayeva llaha”. Elə həmin gün də iddiaçının ünvanına “Azərpoçt” vasitəsilə onun işdən çıxarılması barədə “əmrdən çıxarış”, bildiriş və son haqq-hesaba dair cədvəl olan zərf daxil olmuşdur. Göründüyü kimi, iddiaçı işdən çıxarılması barədə yalnız xx.xx.2024-cü il tarixdə məlumatlı olub. Həmin tarixə kimi, iddiaçı ilə əlaqədə olan cavabdeh MMC-nin səlahiyyətli vəzifəli şəxsləri bu barədə iddiaçını məlumatlandırmayıblar. xx.xx.2024-cü il tarixdə isə isan Resurslarının İdarəolunması Departamentinin müdiri Emil Ağarzayev iddiaçının xx.xx.2024-cü il tarixli müraciətini aşağıdakı məzmunda cavablandırıb: “Müraciətiniz araşdırıldı. Məlum oldu ki, iyun ayında işdə olmamasınız. Lakin xəstəlik vərəqəsi təqdim etdiyiniz günlər üçün müvafiq əmək haqqı hesablanaraq, iyul ayında əməkhaqqı kartınıza ödənilmişdir”. Sözügedən məktub iddiaçının elekron poçtunda “spam”a düşdüyü üçün iddiaçı məktubu yalnız xx.xx.2024-cü il tarixdə oxuyub və dərhal "xxxx" MMC-nin baş direktorunun müavini Fatih İslamoğluna və İsan Resurslarının idarəolunması Departamentinin müdiri Emil Ağarzayevə məktublar göndərib. İddiaçı həmin məktubunda bildirib ki, “Hörmətli Emil müəllim, qeyd etmək istərdim ki, göndərdiyiniz elektron məktub spam qutusuna daxil olduğu üçün gec oxuduğumdan indi cavablayıram. Eləcə də nəzərinizə çatdırmaq istəyirəm ki, 2022-ci ildən etibarən səhhətim imkan verdiyi müddət ərzində mən dəfələrlə elektron poçt vasitəsilə 12 il müddət ərzində olduğu kimi iş fəaliyyətimi davam etdirmək istəyim haqqında insan Resursları Şöbəsinə müraciətlər etmişəm. Lakin Şirkət tərəfindən işə buraxılmamışam. Eləcə də 6 iyun 2024-cü il tarixində təkrar iş fəaliyyətimi davam etdirmək istəyimi bildirmək məqsədilə Sizinlə görüş zamanı Sizə işə gəlmək istədiyimi bildirəndə mənə ixtisar olunacağımla bağlı fikrinizi bildirdiyinizdə buna iradımı bildirdim. Siz rəhbərliklə mövcud durumumun davam etdirilməsi ilə bağlı görüşüb, müzakirə edib mənə geri dönəcəyinizi bildirdiz və 5 iyul 2024-cü il tarixində whatsapp vasitəsilə səsli mesaj göndərərək rəhbərlik tərəfindən mövcud durumun daha 4 ay müddətinə uzadılmasına qərar verildiyini bildirdiz. Məlum olduğu kimi işə gəlməməyimin səbəbi Rəhbərlik tərəfindən verilən qərardır. Daha sonra 2024-cü ilin iyul ayında Sizə 2024-cü ilin iyun ayının əmək haqqının köçürülməsi ilə bağlı yazılı mesajlarla müraciətlər etdikdə hər iki ayın əmək haqqının (2024-cü ilin iyun və iyul ayları) avqust ayında birlikdə köçürüləcəyi haqda məlumat yazdız. Eləcə də Sizə 22 iyul 2024-cü il tarixdə ünvanladığım elektron məktubla bağlı Sizdən cavab gözlədiyimi qeyd etmək istəyirəm. Belə ki, məktubda qeyd etdiyim məsələ, Şirkətlər Qrupunda qanunsuz, təhsillərini təsdiqləyən sənədlərin həqiqiliyinin olmadığını qeyd etdiyim əcnəbi əməkdaşlarla bağlı aidiyyəti Dövlət Qürumlarına müraciətimlə yanaşı Sizə də bu məsələ ilə bağlı məlumatlı olub-olmadığınız və X15 kimi mövqeyinizi öyrənmək məqsədilə müraciət edirəm" (elektron məktub əlavə olunur). İddiaçının Fatih İslamoğluna və Emil Ağarzayevə xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubdan dərhal sonra, MMC-nin əməkdaşları iddiaçı arasında aparılan yazışmaları, səsli mesajları silmək və iddiaçının guya üzrlü səbəb olmadan işə çıxmaması, bu barədə onların guya məlumatsız olması görüntüsünü yaratmaq və bununla da öz qanunsuz əməllərini gizlətmək məqsədilə MMC tərəfindən iddiaçının istifadəsinə verilən (502650694 “Korporativ” nömrədə olan Whatsapp qeydlərinin silinməsinə nail olmaq istəyiblər. Bu məqsədlə ********** nömrənin dublikatı çıxarılıb, başqa cihazda həmin nömrədə Whatsapp xidməti aktivləşdirilib. SİM nömrəni aktivləşdirən şəxslər elə zənn edibər ki, iddiaçı ilə bütün yazışmalar silinibvə iddiaçıda onlara qarşı hər hansı sübut qalmayıb. SİM nömrənin dublikatını çıxarmaq və yeni cihazda aktivləşdirməkdə yeganə məqsəd işəgötürənin göstərişi və razılığı ilə iddiaçının distansion qaydada işləməsini, iddiaçının dəfələrlə Ofisdə işləməsi barədə yazılı müraciətlər etməsini, xx.xx.2024-cü il tarixədək iddiaçı ilə MMC-nin rəhbər işçilərinin, o cümlədən X6 Departamentinin müdiri Emil Ağarzayevlə mütəmadi olaraq əlaqədə olmalarını və sair halları gizlətmək olub. Lakin iddiaçının isifadəsində olan cihazda Google və İcloud hesabları aktiv olduğu və Whatsapp xidməti həmin hesaba bağlı olduğu üçün mesajlar iddiaçının Google və İcloud hesablarında qorunub saxlanıb. İddiaçıya qarşı qərəzli münasibətdə olan və iddiaçını işdən çıxarmaq üçün saxtakarlığa əl atan cavabdeh MMC-nin həqiqətə uyğun olmayan, yalan məlumatları MMC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı təqdimatda da öz əksini tapıb. Cavabdeh MMC Məhkəməyə MMC-nin Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağın xx.xx.2024-cü il tarixli 07/24 saylı protokolu təqdim edib. Həmin protokolun məzmunundan görünür ki, ümumi yığıncaqda Komitənin üzvləri ilə yanaşı həm də MMCnin nümayəndəsi kimi X6 Departamentinin müdiri Emil Ağarzayev də iştirak edib və təqdimatda göstərilənlərə uyğun izahat verib. Həmkarlar ittifaqı Komitəsinin həmin ümumi yığıncağının keçirildiyi xx.xx.2024-cü il tarixdə iddiaçının X21 vasitəsilə göndərdiyi “Emil müəllim, salam. Nəzərinizə çatdırıram ki, iyun ayı üçün əmək haqqım hələ də köçürülməyib, iyun, 2024-cü il üçün əmək haqqımın ödənilməsinin təmin edilməsini xahiş edirəm” məzmununda mesajına Emil Ağarzayev həmin gün saat 17:12:37, 17.12:42 və 17:12:50-də də “Salam. Mən yoxlatdıraram. Yardımçı olmağa çalışırlar” məzmununda cavab mesajı göndərib. Göründüyü kimi, X4 Departamentinin müdiri olan Emil Ağarzayev iddiaçının işdən çıxarılması ilə bağlı xx.xx.2024-cü il tarixdə keçirildiyi iddia edilən MMCnin Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağından sonra elə həmin gün iddiaçı ilə əlaqə saxlayıb, lakin nədənsə nə həmin gün, nə də sonrakı əlaqə saxladıqları günlərdə ümumi yığıncaq barədə, yığıncağın qəbul etdiyi qərar barədə iddiaçıya məlumat verməyib. Bu hal bir daha təsdiq edir ki, MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixində ümumi yığıncağı keçirilməyib, bu barədə məhkəməyə təqdim olunmuş protokol sonradan əvvəlki tarixə tərtib olunub, protokol saxtadır. Onu da qeyd etməyi vacib hesab edirəm ki, “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Göründüyü kimi, Həmkarlar İttifaqı Komitəsi müstəqil qurum olmaqla, onun yaradılmasında məqsəd, işəgötürənlə müqayisədə qeyri-bərabər hüquqi vəziyyətdə olan işçinin əmək hüquqlarının qorunmasıdır. MMC-nin Həmkarlar İttifaqı Komitəsinin vəzifələrindən biri də iddiaçının əmək hüquqlarının müdafiəsinin düzgün təşkil olunmasıdır. Bu məqsədlə Həmkarlar İttifaqı Komitəsi xx.xx.2024-cü il tarixdə keçirildiyi iddia edilən ümumi yığıncaqda iddiaçının iştirakını təmin etmək üçün tədbirlər görməli və bu tədbirlər formal xarakter daşımamalı idi. Yuxarıda göstərildiyi kimi iddiaçıya aid elektron ünvan, MMC tərəfindən verilmiş korporativ telefon nömrəsi MMC-də mövcud olub və həmin məlumatların Komitənin üzvləri tərəfindən əldə olunması üçün hər hansı əngəl olmayıb. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixdə keçiriləcəyi ümumi yığıncağın yeri və vaxtı barədə iddiaçıya həmin əlaqə vasitələri ilə məlumat verilməyib. Görünür ki, MMC-də fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsi MMC-nin rəhbərliyindən, onun göstərişlərindən qeyri-rəsmi olaraq asılıdır. Komitə işçi maraqlarını deyil, MMC-nin mövqeyini müdafiə etməklə məşğuldur. Belə olmasaydı, Həmkarlar ittifaqı Komitəsi sonradan, əvvəlki tarixə saxta protokol tərtib etmək əvəzinə iddiaçının müzakirə olunan məsələ ilə bağlı dinləmək, iclasda iştirakını təmin etmək üçün əməli tədbirlər görərdi. Qeyd olunan normaların mənasından göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün həmkarlar ittifaqı təşkilatının razılığının alınması vacibdir. İşçinin bu əsasla işdən çıxarılması məsələsi həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunduqda, işçi həmin iclasin yeri və vaxtı barədə məlumatlandırılmalı, iclasda iştirakı üçün müvafiq tədbirlər görülməlidir. İddiaçının iclasıda iştirakı təmin olunmamışdırsa, iddiaçının mövqeyinə də aydınlıq gətirmək, onu dinləmək üçün Həmkarlar İttifaqı Komitəsinin həmin iclası təxirə salmaq səlahiyyəti vardır. Lakin İddiaçı işdən azad edilərkən həmkarlar ittifaqının qabaqcadan razılığı alınmayıb, ümumiyyətlə həmin təşkilatın bu məsələ ilə bağlı iclası keçirilməyib. Əks halda, iddiaçı Həmkarlar təşkilatınnı iclasına dəvət edilə və hüquqlarının müdafiə etmək, işəgötürənin dəlillərinə qarşı etirazlarını bildirmək üçün ona imkan yaradılardı. Qeyd edirlər ki, Həmkarlar təşkilatının iclasına dəvət olunmayıb, ona bu barədə hər hansı vasitə ilə (dövlə poçtu, sürətli poçt, elektron məktub və sair) məktub, bildiriş, xəbərdarlıq, SMS və s. təqdim olunmayıb. Bundan başqa, İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə dair Həmkarlar təşkilatının razılığı həqiqətən olsaydı, bu xx.xx.2024-cü il tarixli əmrdə öz əksini tapmış olardı. Göründüyü kimi, İddiaçı işlədiyi Cavabdeh MMC-də həmkarlar Komitəsi fəaliyyət göstərməsinə baxmayaraq, iddiaçı işdən çıxarılan zaman həmin təşkilatın razılığı alınmayıb, bu barədə sonradan əvvəlki tarixə saxta protokol tərtib edilərək məhkəməyə təqdim olunub. Göstərilənlərə əsasən hesab edirlər ki, müzakirə olunan hissədə də cavabdeh "xxxx" MMC Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə də əməl etməyib, bu tələbləri pozub. İşəgötürən tərəfindən yol verilmiş bu pozuntu isə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsaslardan biridir. Bunlardan başqa, bildirir ki, İddiaçı vəzifəsində işlədiyi müddətdə barəsində hər hansı inzibati tənbeh tədbiri tətbiq edilməyib, yerinə yetirdiyi işə qarşı heç bir irad bildirilməyib. İddiaçı işçi kimi qəsdən, səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi hallarına yol verməyib, o, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olan hərəkətlərə yol verməyib, onun hər hansı hərəkəti nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməyib. Lakin bütün bunlara baxmayaraq işəgötürən olan Cavabdeh MMC tərəfindən İddiaçı ilə əmək münasibətlərinə heç bir səbəb olmadan xitam verilib. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin hər hansı səbəbinin olmaması 552/K saylı, xx.xx.2024-cü il tarixli əmrdə də öz əksini tapıb. Belə ki, həmin əmrdə İddiaçı ilə əmək münasibətlərinin sonlandırılmasının əsasları açıqlanmayıb, əmr əsaslandırılmayıb. Yuxarıda qeyd olunduğu kimi, hazırki iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, əmrdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilsə də, həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməyib, əmr əsaslandırılmayıbr. Bu kimi əsaslandırmanın və sənədlərin göstərilməməsinin səbəbi isə İddiaçı Cavabdeh MMC-də işlədiyi müddət ərzində heç bir pozuntuya yol verməməsi, intizam tənbehi almaması olub. İddiaçı əmək müqaviləsini ləğv etməzdən əvvəl də iddaçıdan hər hansı zahat alınmayıb, işlədiyi müddətdə hansı pozuntuya yol verilməsi diqqətinə çatdırılmayıb, işlədiyi müddət ərzində iddiaçının barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməyib. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması ilə verilib. Bu baxımdan hesab edirlər ki, əmr etibarsızdır. Çünki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə görə, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Hazırki iş üzrə məhkəmə hazırlıq iclasında cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli əmrinin surətini təqdim edib. İddia ərizəsini alan və həmin ərizədə göstərdikləri dəlillərlə artıq tanış olan cavabdeh yol verdiyi qanun pozuntusunu aradan qaldırıb, əmrdə düzəlişlər etmiş və məhkəməyə artıq əsaslandırılmış əmr təqdim edib. Halbuki, işəgötürən qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış əmri işçinin özünə təqdim etmək vəzifəsi daşıyır. Lakin yuxarıda qeyd etdiyi kimi, cavabdeh MMC-nin iddiaçı barəsində verdiyi xx.xx.2024-cü il tarixli əmr əsaslandırılmamışdır ki, bununla da MMC əmək qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozub. Bu pozuntular isə həmin əmrin məhkəmə qaydasında ləğv olunması üçün əsasdır (iddiaçıya təqdim olunan əmrin surəti hazırki ərizəyə əlavə olunur). Bunlardan başqa, onu da qeyd etməyi vacib hesab edirlər ki, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra onun ünvanına cavabadeh təşkilatın müxtəlif əməkdaşları tərəfindən təhdid, hərə-qorxular səsləndirilib, ərizəsindən imtina etməsi tələb olunub. Hətta xx.xx.2024-cü il tarixdə “Azərsun Holdinq’’ MMC-nin İdarə Heyətinin sədri A.Goozal tərəfindən (051)-4809120 telefon nömrəsindən iddiaçının istifadəsində olan ********** telefon nömrəsinə zəng vurularaq, iddiaçının Əmək Məcəlləsinn 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması barədə məlumatının olmadığını, məhkəməyə verdiyi iddia ərizəsindən imtina etdiyi halda iddiaçının öz ərizəsi ilə işdən çıxması barədə əmrdə düzəlişlər olunmasında ona köməklik göstərəcəyini iddiaçıya bildirib. Həmin telefon danışığın sonunda isə Cavabdeh MMC-nin İdarə Heyətinin sədri idarəyə tapşırdığını və iddiaçının iddia ərizəsindən imtina etmədiyi halda, onu idarəyə aparacaqlarını deyib (telefon danışığının səs yazısı CD diskdə əlavə olunur). Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü ildə iddiaçının iddia ərizəsinə əlavəyə dair etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, cavabdeh olaraq hesab edirlər ki, hazırki vəziyyətdə iddiaçının AR Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad etməsi və heç bir üzrlü səbəb olmadan dəfələrlə gün ərzində işə gəlməyən işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə əmri məhkəmənin işçinin öhdəsində əlil ailə üzvü olmasına əsaslanaraq ləğv etməsi yolverilməzdir. Belə ki, AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi ən mühüm məsələlərdən biridir. Ümumiyyətlə, son dövrlərdə qeyd olunan məsələ, yəni AR Əmək Məcəlləsinin 70, 72 və 79-cu maddələrinin qarşılıqlı surətdə tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsində vahid məhkəmə praktikası formalaşmışdır. Məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən üç ulduz nişanlı qərarlarından biri də Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarıdır. Həmin qərarda kassasiya instansiyası məhkəməsi AR Əmək Məcəlləsinin 70, 72 və 79-cu maddələrinin qarşılılqı surətdə tətbiqi ilə bağlı vahid məhkəmə praktikası formalaşdıraraq aşağıdakıları qeyd etmişdir: 56. İlkin olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. 57. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. 58. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 59. Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. Göründüyü kimi, Ali Məhkmə AR Əmək Məcəlləsinin 70, 72 və 79-cu maddələrinin qarşılıqlı surətdə tətbiqi ilə bağlı vahid məhkəmə praktikası formalaşdıraraq qeyd edib ki, AR Əmək Məcəlləsinin 79-cu maddəsində müəyyənləşdirilən kateqoriyasına daxil olan işçi AR Əmək Məcəlləsinin 70 və ya 72-ci maddələrində nəzərdə tutulmuş pozuntuları törətdikdə törədilən pozuntu halının səbəbi işçinin 79-cu maddədəki sadalanan hallarla əlaqədar olmalıdır, bu cür əlaqə olmadıqda həmi maddənin işəgötürən üçün imperativliyi aradan qalxır və işçi sadəcə həmin maddəyə istinad edərək məhkəmə tərəfindən işə bərpa oluna bilməz. Hazırki halda İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024,xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində bütün iş günü ərzində işə gəlməyib. İddiaçının məhz həmin tarixlərdə işə gəlməməsinin səbəbi 1-ci dərəcəli əlil olan atasına qulluq etməsi və bundan qaynaqlanan digər üzrlü hallar (atasının vəziyyətinin pisləşməsi, xəstəxanaya qaldırılması, müalicə üçün xarici ölkəyə aparılması və s.) olmayıb, çünki iddiaçı məhkəmə iclaslarında işə gəlməməsinin səbəbini atası X10 qulluq etməklə yox, onunla cavabdeh arasında əmək münasibətlərinin distansion (məsafədən) iş rejimində olması ilə əlaqələndirib. Belə olduğu təqdirdə Ali Məhkəmənin vahid məhkəmə praktikasını nəzərə alaraq qeyd edə bilərlər ki, hazırki işdə iddiaçının AR Əmək Məcəlləsinin 79-cu maddəsinin müvafiq müddəasına əsaslanaraq əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin qadağan edilməsini bildirməsi əsassızdır və cavabdeh üçün imperativ bir tələ kimi mövcud deyil və işəgötürən üzrsüz səbəbdən işə gəlməyən, lakin öhdəsində 1-ci dərəcə əlil olan işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verə bilər (Ali Məhkəmənin müvafiq qərarı etiraza əlavə edilir). Ümumiyyətlə, iş materialları və iddiaçı şəxsin məhkəmə iclaslarındakı ifadələri ilə sübut olunub ki, iddiaçı öhdəsində 1-ci dərəcəli ailə üzvünün olması barədə işəgötürənə nə şifahi, nə də yazılı olaraq heç bir məlumat verməmiş, işəgötürən vəkili olaraq mənim vasitəmlə məhkəmə iclasları ərzində öyrənib ki, iddiaçının 1-ci dərəcəli əlil olan ailə üzvü vardır. Cavabdeh müəssisə iddiaçının əmək müqaviləsinə xitam verən zaman iddiaçının bu cür bir statusu mövcud olmayıb. Belə olduğu təqdirdə, tərəflərin bərabərliyi prinsipi əsasında qurulan işəgötürən işçi münasibətlərində öz hüququndan istifadə etməyib 1-ci dərəcəli əlil olan atasını öhdəsində saxlaması barədə işəgötürəninə məlumat verməyən işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı belə bir qadağanın olması işəgötürənə naməlum olduğu üçün işəgötürənin buna riayət etmək vəzifəsi də mövcud olmayıb. Həmçinin, iş materialları və iddiaçı şəxsin məhkəmə iclaslarındakı ifadələri ilə o da sübut olunub ki, iddiaçı 1-ci dərəcəli gözdən əlil olan atasına qulluğa görə 01 avqust 2024-cü il tarixindən (iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən 14 gün sonrakı tarixdən) etibarən təqaüd almaqdadır. Bu vaxta qədər isə bu təqaüdü iddiaçının qardaşı alıb. Göründüyü kimi, iddiaçı işdən çıxarıldığı tarixə qədər 1-ci dərəcəli əlil atası onun qardaşının, işdən çıxarıldıqdan sonra – daha konkret desələr xx.xx.2024-cü il tarixindən isə onun özünün öhdəsində himayəsində olub. Belə olduğu təqdirdə, iddiaçının əmək müqaviləsinə xitam verilərkən öhdəsində 1-ci dərəcəli əlilliyi olan atasının olmadığı, buna görə də cavabdeh işəgötürənin bu cür qadağaya riayət etmək öhdəliyinin olmadığı aydın olur. İddiaçı və onun vəkili bunun əksi ilə bağlı məhkəmə hazırlıq iclaslarında məhkəməyə hər hansı sübut və dəlil təqdim etməyib. Belə olduğu təqdirdə hazırki işdə AR Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi və xitam əmrinin bu əsasla ləğv edilməsi hüquqi cəhətdən doğru deyildir. Araşdırmaları nəticəsində onlara məlum olub ki, İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra o, 1-ci dərəcəli gözdən əlil olan atası X10 qulluq etməsinə istinad edərək əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsini qanunsuz hesab etdirmək üçün hüquqlarından sui-istifadə edərək Neftçala şəhərində yaşayan atasını Bakıya müvəqqəti olaraq dəvət edərək öz himayəsinə götürmüş kimi görüntü yaradaraq ondan notarial təsdiqli ərizə alıb, nəticədə də ona qulluq etmə barədə təqaüd alıb. Lakin müvafiq orqanlarla dəqiqləşdirmələri nəticəsində məlum olub ki, iddiaçının atası N.Babayev Neftçala şəhərində M.Ə.Rəsulzadə küçəsindəki fərdi yaşayış evində tək, heç kimin öhdəsində (himayəsində) olmadan yaşayıb və bugün də həmin ünvanda yaşamaqdadır. Bununla bağlı N.Babayevin həmin ünvanda kommunal borcları, o cümlədən, yerli vergiləri ödəməsi barədə "xxxx" ASC, Azəriqaz İB və "xxxx" ASC-nin regional bölmələrinə, o cümlədən, Neftçala Şəhər Bələdiyyəsinə vəkil sorğuları göndərilib. Sorğulara gələn cavablarla da məlum olur ki, şəxs nə keçmişdə, nə də bugün də Bakı şəhərində yaşayan qızı İddiaçı öhdəsində olmayıb, bugün də Neftçala şəhərində yerləşən həmin ünvanda tək yaşamaqdadır. Cavabdeh olaraq hesab edirlər ki, iddiaçının distansion (məsafədən) iş rejimində çalışması ilə bağlı qeyd etdikləri müdafiə xarakterli çıxışlar olmaqla həqiqəti və reallığı əks etdirmir. Əvvəla, məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, iddiaçı cavabdeh müəssisənin Müşahidə Şurasının sədrinin köməkçisi vəzifəsində çalışıb, lakin əmək funksiyalarını icra etmədiyinə, icra etməyə vicdanlı yanaşmadığına görə tərəflərin razılığı ilə vəzifəsi insan resursları departamentində mütəxəssis vəzifəsinə dəyişdirilib. Lakin təəssüf ki, iddiaçı insan resursları departamentində də əmək fəaliyyəti ilə doğru-dürüst bir şəkildə məşğul olmayıb, əcnəbi işçilərə daha yüksək miqdarda əmək haqqı verildiyini və onun da rəhbər müavini olmasını əsas gətirərək özünün əldə etdiyi əmək haqqısının və digər üstünlüklərinin artırılmasını rəhbərlikdən tələb edib. Bu tələbi təmin edilmədikdə isə iddiaçı rəhbərliyi cavabdehin müəissəsi daxilində əcnəbilərin daha çox əmək haqqı əldə etmələrinə istinad edərək ayrı-seçkilik edildiyini və bunu təsdiq edən kadr sənədlərini (əmək müqaviləsi, əlavə razılaşmalar, iş icazələri, tabellər və s.) müvafiq dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə göndərməklə müəssisənin işgüzar nüfuzunu ləkələyəcəyi və cəzalandıracağı ilə hədələyib. Bu müddət ərzində iddiaçı əlindəki müxtəlif üsullardan istifadə edərək qanunvericiliklə ona tanınmış hüquqlarından sui-istifadə etmiş və işə gəlməyərək, əmək funksiyalarını icra etməyərək faktiki olaraq əmək haqqı əldə edib. Məsələn, sentyabr 2022-iyul 2024-cü il tarixləri arasında tabellərə baxdıqda məlum olur ki, iddiaçı böyük əksəriyyət vaxtlarda o, ya xəstəlik bülleteni əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı icazədə, ya da əmək məzuniyyətində olub. Cavabdeh müəssisə məcbur qalaraq heç bir əmək funksiyası icra etməyən iddiaçını müəssisədə işçi kimi saxlayıb və ona əmək haqqı ödəyib. İddiaçının cavabdehlə distansion (məsafədən) iş rejimində çalışması ilə bağlı qeyd etdikləri aşağıdakılara əsasən tamamilə absurd olmaqla yalandır və sadəcə müdafiə xarakterli bu dəlil məhkəmə tərəfindən nəzərə alınmamalıdır: a. İddiaçı distansion (məsafədən) iş rejimində - yəni evdən işləmək qaydasında insan resursları sahəsində hansı işləri görmüşdür? Məsələn, hansı işçi ilə əmək müqavilə bağlayıb, hansı işçinin əmək müqaviləsini ƏMAS əmək və məşğulluq alt sisteminə yerləşdirib, hansı işçilərin məzuniyyət əmrini tərtib edib, hansı işçilərin davamiyyət tabelini tərtib edib və s.? Təbii ki, heç bir iş görülməyib. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı məhkəmə hazırlıq iclaslarında evdən iş rejimində hansı işləri görməsi və onun nəticələri ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməyib. b. İddiaçı cavabdeh müəssisə ilə distansion (məsafədən) iş rejimində evdən çalışmışdırsa nə üçün sentyabr 2022 - iyul 2024-cü il tarixləri arasında tərtib edilmiş davamiyyət tabelləri sadəcə xəstəlik bülleteni və əmək məzuniyyətlərindən ibarətdir? Yəni tabellərdən və digər iş materiallarından da açıq-aşkar görünür ki, iddiaçı həmin tarixlərdə distansion (məsafədən) iş rejimində çalışmayıb, əksinə xəstəlik bülletenlərinə çıxıb, sağaldıqdan sonra əmək məzuniyyətlərini götürüb, əmək məzuniyyəti müddəti bitdikdə isə növbəti xəstəlik bülleteninə çıxıb və bu beləcə işdən çıxış tarixinə qədər davam edib. İşəgötürən həmin tarixlərdə iddiaçını evdən işləyən şəxs kimi yox, xəstələnən və ya əmək məzuniyyətinə çıxıb istirahət edən işçi kimi qəbul edib. c. Cavabdehin müəssisəsində heç bir işçi distansion (məsafədən) iş rejimində çalışmamaqdadır. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində distansion (məsafədən) iş rejimi ilə bağlı hər hansı müddəa mövcud olmadığı üçün Cavabdeh MMC daxilində bütün işçilər əmək müqaviləsi əsasında öz funksiyalarını AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 134 ünvanında yerləşən Cavabdeh MMC-nin inzibati binasında icra etməkdədirlər. İddiaçının əmək funksiyalarını distansion (məsafədən) iş rejimində yerinə yetirə bilməsi üçün onunla cavabdeh arasında əmək müqaviləsinə yazılı əlavə razılaşma imzalanmalı, həmin müqavilənin 2.2-ci bəndində iş yeri anlayışı dəyişdirilməli və həmin əmək müqaviləsində işçinin öz funksiyalarını distansion (məsafədən) iş rejimində yerinə yetirməsi ilə bağlı müvafiq qeyd razılaşdırılmalı idi. Lakin məhkəmənin diqqətinə çatdırmaq istərdilər ki, iddiaçı məhkəmə hazırlıq iclaslarında distansion (məsafədən) iş rejiminə keçməsi (yazılı əlavə razılaşma və s.) ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməyib. d. İddiaçı cavabdehin müəssisəsində distansion (məsafədən) iş rejimində çalışdığını qeyd etsə də, iş materiallarına əlavə etdiyi “mail” yazışmalarında və səs yazılarında onun distansion (məsafədən) iş rejimində çalışmadığı açıq-aşkar görünür. Göründüyü kimi, yuxarıda qeyd olunanları da nəzərə aldıqda məlum olur ki, iddiaçı cavabdeh müəssisədə distansion (məsafədən) iş rejimində çalışmayıb, sadəcə işəgötürəni hədələdiyi, buna görə də gözləntisi olduğu maddi tələbləri təmin edilmədiyi üçün işəgötürəndən qisas almaq üçün hüquqlarından sui-istifadə edib, müxtəlif vaxtlarda ardıcıl və davamlı olaraq xəstəlik bülleteni və əmək məzuniyyəti hüquqlarından sui-istifadə edərək işəgötürəndən iş yerinə gəlmədən və hər hansı funksiya icra etməyərək asan maddi qazanc mənbəyi kimi istifadə edib. Cavabdeh olaraq hesab edirlər ki, iddiaçının səs yazıları ilə bağlı qeyd etdikləri müdafiə xarakterli çıxışlar olmaqla həqiqəti və reallığı əks etdirmir. Əvvəla məhkəmənin diqqətinə çatdırmaq istərdilər ki, həm apardıqları araşdırmalar nəticəsində səsin sahibi Emil Ağarzayevdən aldıqları məlumatlara əsasən, həm də iddiaçı və onun vəkilinin məhkəmə iclaslarında özlərinin də etiraf etdikləri kimi qeyd olunan səs yazıları Emil Ağarzayevin xəbəri olmadan iddiaçı tərəfindən mobil telefon proqramları vasitəsilə gizli yolla qeydə alınaraq əldə edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.2-ci maddəsinin tələblərinə əsasən, gizli yolla əldə edilmiş səs yazılarından mülki işin baxışında sübut kimi istifadə oluna bilməz. Çünki bu səs yazılarının hansı şəraitdə yazıldığı, danışıqları tam və ya natamam əhatə etdiyi, iddiaçının və cavabdehin real iradə ifadəsini əks etdirib-etdirmədiyi qeyri-müəyyəndir. İddiaçı qeyd edir ki, o, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Emil Ağarzayev ilə görüşüb və həmin görüşlərdə evinə bildiriş göndərilməsi, akt tərtib edilməsi barədə iddiaçıya heç bir məlumat verilməyib. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun hüquqlarından sui-istifadə edərək iş yerinə gəlib əmək funksiyalarını icra etməməsi olub. İşçi distansion (məsafədən) iş rejimində çalışdığını qeyd etsə də, etirazın 2-ci dəlil hissəsində qeyd etdikləriylə də tam aydın olur ki, iddiaçı distansion (məsafədən) iş rejimində çalışmayıb, bu fikir sadəcə iddiaçının hüquqlarından sui-istifadəsinə haqq qazandırmağa çalışdığı manipulyativ bir gedişatdır. İddiaçının əmək vəzifələrini və funksiyalarını pozaraq işə gəlməməsi və funksiyalarını icra etməməsi üzrə onun barəsində başladılmış intizam icraatı cavabdeh müəssisənin İnsan Resursları Departamenti tərəfindən yox, Cəmiyyətin baş direktoru X32 tərəfindən şəxsən və Hüquq Direktorluğu tərəfindən aparıldığı üçün X24 Direktorluğu tərəfindən iddiaçının evinə göndərilən bildirişlər barəsində məlumatının olmaması və ya bu məsələdən görüşdə bəhs etməməsi başa düşüləndir. İddiaçı hər şeydə rəsmiyyətə önəm verən və hüquqlarını yaxşı bilən bir əməkdaş olduğu üçün Emil Ağarzayev tərəfindən də görüşdə onunla bağlı xəbərdarlıqların rəsmi prosedurlar çərçivəsində aparılmasına xüsusi diqqət yetirilib. Bundan başqa, məhkəmə xüsusilə nəzərə almalıdır ki, iddiaçı gizli səs yazısı apardığı və bundan gələcəkdə hüquqi müstəviyə məsələ qalxacağı təqdirdə sübut qismində istifadə etmək üçün o özünün və qarşındakı şəxsin çıxışını süni qaydada yönləndirib, əslində işə çıxmaq niyyəti olmasa da məqsədli şəkildə dəfələrlə işə çıxmaq niyyətinin olması barədə fikirlər səsləndirirək əslində süni qaydada saxta sübut formalaşdırır. Məhz bu cür neqativ hallara görə qanun gizli yolla qeydə alınmış səs yazısının sübut qismində istifadə olunmasına icazə vermir, çünki bu cür səs yazıları manipulyativ çıxışlara və süni iradə ifadələrinə açıq olur. Məhkəmə əgər səs yazısını sübut kimi qiymətləndirəcəkdirsə, o zaman bu səs yazısında səslənənən fikirlərin manipulyativ saxta fikirlər yoxsa real iradə ifadəsi olub-olmamasını iş üzrə digər sübutlarla qarşılıqlı şəkildə müqayisəli təhlil edib qiymətləndirməlidir. Əgər bu cür bir qiymətləndirmə aparılacaqsa açıq-aşkar görünəcək ki, qeyd olunan səs yazısındakı fikirlər manipulyativ fikirlərdir. Xüsusilə, məhkəmə nəzərə almalıdır ki, hansı hüquqi dəyərləndirmə aparılırsa aparılsın, bu iddiaçının hüquqlarından sui-istifadə edərək işə gəlməməsi və əmək funksiyalarının icrasından imtina etməsi faktını dəyişdirmir. Məhkəmənin xüsusilə diqqətinə çatdırılmalıdır ki, səs yazısında iddiaçının işə gəlməsinə qadağa qoyan və işə buraxılmayacağını qeyd edən heç bir ifadə yer almayıb, cavabdeh tərəfindən iddiaçının işə gəlməsinə və əmək fəaliyyəti ilə məşğul olmasına mane olan hərəkətlər törədilməyib, iddiaçı işdən kənarlaşdırılmayıb. Əksinə, iddiaçı hüquqlarından sui-istifadə edərək işə gəlməməkdə və hər hansı iş görmədən sərbəst bir şəkildə əmək haqqı almaqda maraqlı olub. Xəstəlik bülleteni bitdikdən sonra iddiaçı sərbəst bir şəkildə işinə gəlib barmaq izi və ya kart vasitəsilə iş yeri ərazisinə giriş etməli olduğu halda bunu etməməlidir. Əgər bu mərhələdə ona mane olsaydı o zaman iddiaçı mediasiya təşkilatına, dövlət əmək müffəttişliyinə və ya polisə müraciət etməli və əmək müqaviləsi qüvvədə olduğu halda iş yerinə qanunsuz buraxılmaması ilə bağlı şikayət etməli idi. Lakin iddiaçı bu halların heç birini etməyib. Bu da bir daha onu təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçının işə gəlməsinə və əmək fəaliyyəti ilə məşğul olmasına mane olan hər hansı hərəkət törədilməyib, iddiaçı işdən kənarlaşdırılmayıb. Daha sonra məhkəmənin diqqətinə çatdırırlar ki, səs yazısında eşidilən fikirlər insan resursları departamentinin müdiri Emil Ağarzayevin şəxsi fikirləri olub, bu görüşlər barədə Cəmiyyət rəhbərliyinin xəbəri və icazəsi olmayıb, Emil Ağarzayev öz təşəbbüsü ilə bu görüşləri keçirib. Belə ki, şəxsin intizam icraatı çərçivəsində yazılı izahatı alınıb. İşçi E.Ağarzayev izahatında aşağıdakı kimi qeyd edir: “İddiaçı nizam intizama və əmək funksiyalarının icrasına dəvət etmək məqsədilə Cəmiyyət rəhbərliyinin xəbəri və icazəsi olmadan onunla görüş keçirmək qərarı verdim. Görüş mənim təkidimlə Emil Ağarzayevin MMC-nin inzibati binasında baş tutmuşdur. İddiaçı görüşdə əmək haqqısının artırılmalı olmasını qeyd edərək şirkət daxilində Müşahidə Şurası sədrinin müavini kimi çalışdığını əsas gətirərək digər əcnəbi işçilər qədər əmək haqqı almalı olduğunu, əmək haqqısı artırılmadığı təqdirdə isə işə çıxmayacağını, xəstəlik bülleteni və məzuniyyətlərlə evdə oturaraq mövcud əmək haqqısını əldə etmək niyyəti olduğunu, xəstəlik bülletenini mübahisələndirəcəyimiz təqdirdə isə şirkət haqqında kütləvi informasiya vasitələrində işgüzar nüfuzu zədələyən məlumatlar paylaşacağını bildirdi. Bu cür neqativ düşüncələrdən, hədə-qorxu üsulu ilə danışıq tərzindən onu daşındırmaq və maliyyə yükünü azaltmaq üçün ona rəhbərliyin icazə və xəbəri olmadan yüksək məbləğdə kompensasiya ödəməklə yollarımızı ayırmağımızı təklif etdim, İddiaçı da onsuz da payız aylarında şirkətdən ayrılıb Avropaya köçəcəyini bildirib ona ən azı 4 aylıq möhlət verilməsini, yəni 4 ay əmək haqqı almasını və 4 aydan sonra Avropaya köçəcəyi üçün öz xahişi ilə işdən ayrılacağını bildirdi. Lakin sonra məlum oldu ki, İddiaçı nə işə çıxmaq, əmək funksiyalarını icra etmək, nə də işdən ayrılmaq fikri vardır. İddiaçı tək niyyəti işə çıxmadan və əmək funksiyalarını icra etmədən xəstəlik bülleteni və məzuniyyətlərlə evdə oturaraq əmək haqqı əldə etmək olmuşdur”. Göründüyü kimi, əslində görüşdə iddiaçı ilə Emil Ağarzayev arasında söhbətlər tamam başqa istiqamətdə gedib, lakin iddiaçı yuxarıda da qeyd etdiyim kimi özünün və qarşındakı şəxsin çıxışını süni qaydada yönləndirib, əslində işə çıxmaq niyyəti olmasa da məqsədli şəkildə dəfələrlə işə çıxmaq niyyətinin olması barədə fikirlər səsləndirirək əslində süni qaydada saxta sübut formalaşdırıb. Cavabdeh MMC rəhbərliyi tərəfindən insan resursları departamentinin müdiri Emil Ağarzayevə öz səlahiyyətlərini aşaraq işəgötürənin icazəsi və məlumatı olmadan işçi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunsuz danışıqlararaq qeyri-prosessual münasibətlərə daxil olduğuna töhmət intizam tənbehi verilib. Cavabdeh olaraq hesab edirlər ki, iddiaçının qeyd etdikləri müdafiə xarakterli çıxışlar olmaqla həqiqəti və reallığı əks etdirmir. Bununla bağlı məlumat üçün bildirirlər ki, xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasından sonra iddiaçının nümayəndəsinin iddia ərizəsinə əlavəsini tədqiq edərkən qeyd olunan halla rastlaşıb və bu barədə cavabdeh təşkilatın poçt xidmətlərini təşkil edən "xxxx" MMC rəhbəri Ağasəlim Əzməmmədova və konkret olaraq həmin daşımaların rəsmiləşdirilməsini həyata keçirən Murad Orduxanova müraciət edib. "xxxx" MMC-dən ona bildiriblər ki, poçt qəbzlərinin tərtibatında sıra ardıcıllığı sifarişlərin icrasının mütəmadiliyi baxımından bəzən gözlənilmir. Poçt daşıması şirkətinin verdiyi sənədlərlə məktubların həqiqətən iddiaçının ünvanına çatdırıldığı və onun məktubları qəbul etməkdən imtina etdiyi, bu məktublara görə cavabdeh təşkilatın ödəniş etdiyi tam sübut olunur. Bu hallarla bağlı ətraflı məlumat verilməsi üçün "xxxx" MMC-nin işçisi Murad Orduxanovun məhkəmə baxış iclasında şahid qismində ifadə verərək qaranlıq məqamlara aydınlıq gətirəcəkdir. Cavabdeh olaraq hesab edirlər ki, iddiaçının qeyd etdikləri müdafiə xarakterli çıxışlar olmaqla həqiqəti və reallığı əks etdirmir. Bununla bağlı məlumat üçün bildirim ki, həmkarlar ittifaqı komitəsinin sədri Ağasəlim Əzməmmədov tərəfindən İddiaçı ünvanına xx.xx.2024-cü il tarixində məktub göndərilərək xx.xx.2024-cü il tarixində iclas keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və iddiaçının həmin iclasda iştirakı xahiş edilib. Lakin iddiaçı məktubu qəbul etməkdən imtina edib və iclasda iştirak etməyib. Bundan başqa Emil Ağarzayevin həmkarlar ittifaqı komitəsinin iclası barədə həmin gün iddiaçıya məlumat verməməsi protokolun saxta olması anlamına gəlmir. Belə ki, iddiaçının ünvanına məktub göndərildiyinə görə Emil Ağarzayev öz üzərində bu barədə iddiaçını xəbərdar etmək vəzifəsi hiss etməyib. İddiaçı hər şeydə rəsmiyyətə önəm verən və hüquqlarından sui-istifadə edən bir əməkdaş olduğu üçün Emil Ağarzayev tərəfindən də görüşdə onla bağlı xəbərdarlıqların rəsmi prosedurlar çərçivəsində aparılmasına xüsusi diqqət yetirilib. Cavabdeh olaraq hesab edirlər ki, iddiaçının qeyd etdikləri müdafiə xarakterli çıxışlar olmaqla həqiqəti və reallığı əks etdirmir. Belə ki, iddiaçı hüquqlarından sui-istifadə edərək xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024,xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində bütün gün ərzində işə gəlməyib və əmək funksiyalarını icra etməyib. Aydındır ki, bir nəfər işçinin mütəmadi olaraq işə gəlməməsi, işə gəlmək vəzifəsindən xəstəlik və digər səbəblərə görə sui-istifadə etməsi nəticəsində həm işəgötürənin hüquq və qanuni mənafelərinə xələl gələcək, həm də əmək kollektivində əmək və icra intizamının normal ahəngi pozulacaqdır. Çünki şəxs işə gəlmədikdə işçi funksiyalarını icra etməmiş olur ki, bu da işəgötürənin fəaliyyətinin tənzimlənməsinin yarımçıq qalaraq onun mənafeyinə xələl gəlməsi ilə nəticələnir, həmçinin də, işə gəlməyən işçinin işlərini məcbur olaraq iş yoldaşları həyata keçirməli olur ki, bu da kollektiv daxilində narazılığa səbəb olur və əmək intizamının ahəngi pozulur. Hazırki işdə də iddiaçının işə gəlməyərək əmək funksiyalarını icra etməməsi nəticəsində insan resursları departamentinin işləri mütəmadi olaraq ləngimiş və bu ləngimələrin qarşısını almaq üçün iddiaçının iş yükü digər üç işçi (Abbas Məmmədov, Aysel Baxşəliyeva və Şahin Əsədzadə) arasında bərabər bölüşdürülərək onların iş yükününün artmasına və əmək kollektivi daxilində haqlı narazılıqlarının artmasına səbəb olub. Cavabdeh olaraq hesab edirlər ki, iddiaçının qeyd etdikləri müdafiə xarakterli çıxışlar olmaqla həqiqəti və reallığı əks etdirmir. Belə ki, işçi İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən 552/K saylı, xx.xx.2024-cü il tarixli əmr tərtib edilib, lakin iddiaçıya AR Əmək Məcəlləsinin 84.3-cü maddəsində nəzərdə tutulmuş qaydada sadə formada tərtib edilmiş əmrdən çıxarış təqdim edilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84.3-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmənin nəzərinə çatdırırlar ki, cavabdeh tərəfindən iddiaçıya əsaslandırılmamış əmr yox, AR Əmək Məcəlləsinin 84.3-cü maddəsi ilə yolverilən qaydada tərtib edilmiş sadə formada əmrdən çıxarış təqdim edilib, məhkəmə mərhələsində isə əmr iddiaçıya təqdim edilib və həmin məcəllənin 71.3-cü maddəsi əsasən işçi ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırıb. Cavabdeh olaraq hesab edirlər ki, iddiaçının qeyd etdikləri müdafiə xarakterli çıxışlar olmaqla həqiqəti və reallığı əks etdirmir. Belə ki, cavabdeh müəssisə tərəfindən iddiaçının yaşayış ünvanına 12 iyul 2024-cü il tarixli bildiriş göndərilib. Bildirişdə aşağıdakıları qeyd edilmişdir: “Hörmətli İlahə xanım, Nəzərinizə çatdırırıq ki, xx.xx.2024. xx.xx.2024; xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində işəgötürənə (birbaşa rəhbərinizə) qabaqcadan xəbər vermədən, icazə almadan və qanunvericiliklə nəzərdə tutulmuş hər hansı üzrlü səbəb bildirmədən bütün iş günü işə gəlməmisiniz. Hazırki bildirişlə Cavabdeh MMC rəsmi qaydada Sizə bildirir ki, hər hansı üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməniz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən Sizin tərəfinizdən əmək vəzifələrinizin kobud şəkildə pozulması halı kimi qəbul edilmiş və əmək müqavilənizə xitam verilməsi üçün müvafiq təqdimatla Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməniz barədə xx.xx.2024-cü il tarixində Azərsun Holdinq MMC-nin AZ1029, ünvan 3 ünvanında yerləşən baş ofisinə yaxınlaşaraq yazılı izahat verməyinizi və ya yazılı izahatınızı poçt vasitəsilə Cəmiyyətimizə göndərməyinizi Sizdən xahiş edirik. Əksi təqdirdə bu Sizin yazılı izahat verməkdən imtina etməniz kimi qiymətləndiriləcək və barənizdə AR Əmək Məcəlləsinin müvafiq müddəaları ilə nəzərdə tutulmuş qaydada intizam tədbirləri həyata keçiriləcəkdir”. Göründüyü kimi, iddiaçının hansı pozuntunu törətməsi və bunun pozuntunun onun əmək müqaviləsinə xitam verilə bilməsi ilə nəticələnməsi ehtimalı iddiaçının diqqətinə çatdırılıb, o cümlədən, iddiaçının ofisə yaxınlaşaraq izahat verməsi və ya öz yazılı izahatını poçtla göndərməyi tələb edilsə də, iddiaçı izahat verməkdən imtina edib. Belə olduğu təqdirdə, cavabdehin işçinin izahatını almaması barədə iddiası tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü ildə məhkəməyə yazılı mülahizə təqdim edərək qeyd etmişdir ki, Cavabdeh MMC-nin yuxarıda qeyd olunan dəlilləri əsassızdır və hər hansı mötəbər sübuta söykənmir. Həmin dəlillərin əsassızlığı ilə bağlı aşağıdakıları bildirir: İddiaçının atası gözdən 1-ci dərəcəli ömürlük əlildir və görmür. Bu səbəbədən o, kənar şəxsin köiməyi olmadan sərbəst hərəkət edə, qidalana, geyinə və digər ehtiyaclarını qarşılaya bilməz. X12 övladı, hazırki iş üzrə İddiaçı öhdəsindədir. X12 qızı ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Neftçaladakı evi üçün darıxanda isə İddiaçı ya özü, ya da qulluq etmək üçün muzd ödəməklə kənar şəxsin köməyindən istifadə edərək, onu Neftçala rayonuna da göndərir. Cavabdeh məhkəməyə dair fotosurət olan kommunal xidmətlər barədə məlumatlar təqdim edib. İş materiallarından görünür ki, cavabdehin təqdim etdiyi həmin məlumatlar eldə etmə mənbəyi bəlli olmamaqla yanaşı həm do fotosurətdir. Bu sənədlərin həqiqiliyini müəyyən etmək mümkün deyil. Bu səbəbdən bu məlumatlara sübut kimi hüquqi qiymət verilə bilməz və sübutlar sırasından çıxarılmalıdır. Digər tərəfdən bildirir ki, cavabdeh tərəfin təqdim etdiyi həmin məlumatlar Neftçala şəhərindəki həmin evdə məhz gözdən 1-ci qrup əlil olan daimi olaraq yaşamasını təsdiq etmir. Qeyd olunan evdə qeydiyyatsız olaraq X8 Rusiyadan gələn qohumları, o cümlədən bacısı yaşayıb və təbii ki, kommunal xidmətlərdən də istifadə olunun. Həmçinin onu da qeyd etmək istəyir ki, cavabdeh X8 daimi olaraq Neftçala şəhərində yaşamasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməyib. Bunun əksinə tərəflərindən məhkəməyə təqdim olunmuş Suraxanı Rayon İHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1452 saylı arayışında İddiaçı atası ilə birlikdə ünvan 6 ünvanda yaşayırlar. 1-ci qrup əlil olan atası X12 iddiaçıdan daimi və əsas vəsait mənbəyi kimi kömək alıb və almaqda da davam edr. Bir sözlə 1-ci qrup əlil olan atası X12 İddiaçı öhdəsində olan şəxsdir. İddiaçı 1-ci qrup əlilə qulluğa görə prezident təqaüdünün xx.xx.2024-cü il tarixdən alması da X8 həmin tarixədək iddiaçının öhdəsində olmaması anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin hazırda qüvvədə olan “Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” adlı 79cu maddəsinin 7-ci abzasına əsasən, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş" ailə üzvü olan işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. X2 Departamentinə mütəxəssis vəzifəsinə keçirildikdən sonra, onun vəzifəsinin icrası ilə bağlı Holdinqdə kadr işinin təşkili ilə bağlı sənədlərlə tanış olmaq imkanı yaranıb. Həmin məlumatlara əsasən aşkar olunib ki, MMC-nin kadrlar işində bir çox qanunsuzluqlara yol verilir. Belə ki, MMC-nin rəhbərliyi tərəfindən qanunsuz olaraq əcnəbi vətəndaşlar diplomu olmadan, habelə Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları barədə icazəsi və daimi yaşayış yeri üzrə qeydiyyatı olmadan şirkətdə rəhbər vəzifələrinə teyin edilirlər. Halbuki, həmin rəhbər vəzifələri Azərbaycan Respublikasının yetəri qədər ali savadlı, mütəxəssis vətəndaşları tuta bilər. Buna baxmayaraq MMC tərəfindən heç bir əsas olmadan bir çox ali savadlı mütəxəssislər işdən kənarlaşdırılmış, əvəzində buna müvafiq təhsili olmayan, ümumiyyətlə təhsili olmayan əcnəbilər həmin şirkətdə yüksək məvacibli işlərlə təmin olunublar. İddiaçı dəfələrlə bununla bağlı MMC-nin rəhbərliyinə şikayət edib və bunların ölkə qanunvericiliyinə zidd olmasını, Azərbaycan Respubikasının vətəndaşlarının konstitusion, o cümlədən əmək hüquqlarının kobud pozuntuları barədə MMC-nin vəzifəli şəxslərini məlumatlandırıb və bu qanunsuzluqlara son qoyulmasını tələb edib. MMC-nin rəhbərliyi tərəfindən isə X4 Departamentinin müdiri şəxsində iddiaçıya bildirilib ki, rəhbərlik onun ofisdə birbaşa işləməsini istəmir və onu disfansion iş rejiminə ("evdən iş”) keçirirlər. Təklif olunan iş rejimi iddiaçının ürəyincə olmasa da, işini itirməmək üçün bununla razılaşıb və həmin vaxtdan distansion qaydada işləyib, verilən tapşırıqları vaxtında yerinə yetirib. Qeyd olunan müddətdə cavabdeh MMC tərəfindən iddiaçıya əmək haqqı ödənilib. 2022-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək iddiaçının 8 iş saatı ilə işləməsi və bunun müqabilində ona əmək haqqı ödənilməsi, həm cavbadehin təqdim etdiyi tabellərl, həm də idiaçının təqlim etdiyi hesabdan çıxarışla tam təsdiq olunur. Göründüyü kimi, iddiaçının 2022-2023-cü illər ərzində guya işləməməsi, məzuniyyətə çıxması, habelə xəstəlik vərəqələri təqdim etməsi cavabdehin özünün təqdim etdiyi tabellərlə təkzib ounur. İddiaçı həmillər illərdə işləyib, verilən tapşırıqları yerinə yetirib. Bunun müqabilində isə işəgötürən tərəfindən işçiyə (İddiaçı) aylıq əmək haqqı ödənilib. Onu da qeydə etməyi vacib hesab edir ki, məhkəməyə təqdim olunan digər sənədlər, yəni 552/K, xx.xx.2024-cü il tarixli əmr, bildirişlər, aktlar kimi, işə davamiyyət barədə tabellər də sonradan geri tarixə tərtib edilib. Bunun nəticəsidir ki, həmin tabellərdə ayların günləri səhv salınıb, istirahət günləri iş günləri kimi, iş günləri isə istirahət günləri kimi qeyd olunub. Misal üçün 2022-ci ilin sentyabr ayının 7-i, 8-i, 15-ü, 15-i, 22-i, 29-u, 30-u iş günləri olduğu halda, şərti olaraq “İ" hərfi ilə qeyri-iş günlərikimi qeyd olunub. Bu yalnış məlumatlar digər aylar üzrə tabellərdə də müşahidə olunur. Cavabdeh "xxxx" MMC-nin iddiaçının guya 2022-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək işləməməsi barədə dəlili həmçinin 2022-2023-cü illər ərzində iddiaçıya aylıq əmək haqlarının ödənilməsi ilə təkzib olunur. Belə ki, məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan görünür ki. iddiaçıya 2022-ci ilin sentyabr ayından 2023-cü ilini dekabr ayınadək aylıq əmək haqqı ödənilib. Hətta 2023-cü ilin yanvar ayının 30-da və 2024-cü ilin yanvar ayının 10-da “13 əmək haqqı”, mükafat olaraq 4114 manat və 5068 manat məbləğində pul ödənilib. Qüvvədə olan Əmək Məcəlləsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Göründüyü kimi, əmək haqqı, işçinin yerinə yetirdiyi işə görə pul formasında ödənilən məbləğdir. Belə oan halda, iddiaçıya hər ay əmək haqqının ödənilməsi də onu təsdiq edir ki, iddiaçı 2022-ci ilin sentyabr ayından xx.xx.2024-cü il tarixədək distansion iş rejimində işləyib, işəgötürənin tapşırıqların yerinə yetirib. Onu da qeyd etməyi zəruri bilir ki, iddiaçıya aylıq əmək haqqının ödənilməsi faktı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh iddiaya etirazda qeyd edir ki. guya iddiaçı onda olan məlumatlarla cavabdeh MMC-yə hədə qorxu gəlib, şantaj edib. Bildirir ki, cavbadehin bu dəlili də yalandır, həqiqəti əks etdirmir, boş sözdən başqa bir şey deyil. Çünki, biricisi cavabdeh bununla bağlı hər hansı təsdiqedici sübut məhkəməyə təqdim etməyib. İkincisi isə böyük bir şirkət olan Cavabdeh MMC hüquq mühafizə orqanlarına iddia etdiyi hal barədə (hədə-qorxu, şantaj) heç bir şikayət etməyib. Bununla da təsdiq olunur ki, cavabdehin yuxarıda qeyd olunan dəlili uydurmadır. İddiaçı distansion iş rejimində işləyib və buna görə də ona işəgötürən tərəfindən əmək haqqı ödənilib. Cavabdedin etirazının 3cü dəlili məhkəməyə təqdim olunmuş səs yazıları ilə bağlıdır. Cavabdeh hesab edir ki, həmin səs yazılarını gizli yazıldığı üçün sübut kimi qəbul edilməməlidir. Hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 20210-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə olunmuş mövqeyi ondan ibarətdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların məhz həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. İddiaçının məhkəməyə təqdim etdiyi səs yazıları onun işlədiyi müəssisənin X11ması Departamentinin direktoru Emil Ağarzayevdir. Aparılan səs yazılan da məhz Departamentin ofisində işçi ilə işəgötürənin səlahiyyətli nümayəndəsi, işçinin bilavasitə rəhbəri olan şəxsdir. Həmin şəxslər arasında aparılan danışıqlar isə məhz iddiaçının işi ilə bağlıdır. Belə olan halda, Emil Ağarzayevin həmin danışıqlarda bildirdiklərinin guya “şəxsi fikir“ kimi qələmə verilməsi ən azından gülüncdür. Həmçinin, onu da qeyd edir ki, cavabdeh həmin səs yazılarındakı səsin məhz Emil Ağarzayevə aid olmasını mübahisələndirməyib, səslənən fikirlərin “şəxsi fikir" adlandırmaqla, bu səsin Emil Ağarzayevə aid olduğunu, həmin səs yazılarının aparıldığı tarixləri (xx.xx.2024-cü il və xx.xx.2024-cü il) və yeri (MMC-nin X4 Departamentinin ofisi) təsdiq edib. Emil Ağarzayev həmin tarixlərdə X11ması Departamentinin direktoru vəzifəsində olub və kadr işinin təşkili, işçilərlə işə davamiyyət, əmək funksiyasının yerinə yetirilməsi və sair məsələlərlə bağlı tam səlahiyyətli şəxs olub. Həmin səs yazılannda da iddiaçının işə gəlməməsi, və ya işə gəlməməsinin səbəbləri ilə bağlı hər hansı ifadə, fikir, sual səslənməyib. Bu da onu təsdiq edir ki, iddiaçı məhz işəgötürənin göstərişi ilə həqiqətən də distansion iş rejimində işləyib və əmək haqqı alıb. Hazırda isə Emil Ağarzayev barəsində inzibati icraatın açılmasında məqsəd isə sadəcə məhkəmədə yalnış fikir formalaşdırmaqdır. Cavabdehin etirazının 4-cü dəlili “Azəriexspress” sürətli poçt xidmətinin təqdim etdiyi qəbzlərlə bağlıdır. Hesab edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, cavabdeh MMC məhkəməyə sonradan əvvəlki tarixlərə tərtib edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli bildirişləri təqdim edib. Həmin bildirişlərin guya həqiqətən də göstərilən tarixlərdə tərtib edilməsi və iddiaçıya göndərilməsi görüntüsü yaratmaq üçün isə “AzeriExpress" poçt daşıma xidmətinin xx.xx.2024-cü il tarixli A6281178 №-li, xx.xx.2024-cü il tarixli A628176 №-li, xx.xx.2024-cü il tarixli A628179 №-li, xx.xx.2024-cü il tarixli A6281175 №-li qəbzlərini də məhkəməyə təqdim ediblər. Sözügedən qəbzlərin tarix və nömrə ardıcıllıqlarına diqqət yetirsələr müəyyən edilər ki, bu qəbzlər MMC tərəfindən tez-tələsik doldurulub, bu zaman unudularaq qəbzləri nömrə ardıcıllığına əməl olunmayıb. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixdə guya tərtib olunmuş bildirişin göndərmə qəbzinin sıra №-si A6281178-dir. Belə olan halda, xx.xx.2024-cü il tarixdə tərtib olunması iddia edilən bildirişin göndərilmə qəbzinin sıra nömrəsi artma sxeminə uyğun olaraq A6281179, A6281180 və s. olmalıdır. Eyni qayda xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərin göndərmə qəbzlərinə də aiddir. Lakin məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, bu qəbzlər kortəbii doldurulub, qəbzlərin tarixlərinə uyğun olaraq onların nömrə ardıcıllığı pozulub ki, adi qaydada bu pozuntu baş verməməlidir. Bundan başqa, bildirir ki, reyestr kimi məhkəməyə təqdim olunan siyahı heç də həmin məktubların göstərilən tarixdə və ardıcıllıqla göndərilməsini təsdiq etmir. Cavabdehin nümayəndəsinin də məhkəmədən kənar onlara bildirdiyi kassasiya instansiyası məhkəməsi, həmin sənəd sadəcə cavabdehin özünün tərtib etdiyi siyahıdır ki, bu siyahıya istənilən qəbz barədə məlumatları daxil etmək çətin deyil. Göstərilənlər bir daha təsdiq edir ki, MMC-nin iddia etdiyi kimi, iddiaçının ünvanına göndərilməsi bildirilən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlər və poçt qəbzləri həmin tarixlərdə nə tərtib edilib və iddiaçıya göndərilib, nə də ki, iddiaçı həmin bildirişləri qəbul etməkdən imtina edib. Həm bildirişlər və poçt qəbzləri sübutlar sırasından çıxarılmalıdır. Cavabdehin etirazının 5-ci dəlili ondan ibarətdir ki, Həmkarlar İttifaqı Komitəsinin iclasının vaxtı barədə bildirişi İddiaçı qəbul etməkdən imtina edib. İddiaçının ünvanına bildiriş göndərildiyinə görə Emil Ağarzayev bu barədə iddiaçını xəbərdar etmək vəzifəsini hiss etməyib. İddiaçı rəsmiyyətə önəm verdiyi üçün isə Emil Ağarzayev iddiaçı ilə görüşlərdə iddiaçı ilə bağlı xəbərdarlıqdarın rəsmi prosedurlar çərçivəsində aparılmasına xüsusi diqqət yetirib. Bildirir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, cavabdeh MMC məhkəməyə MMC-nin Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağın xx.xx.2024-cü il tarixli 07/24 saylı protokolu təqdim edib. Həmin protokolun məzmunundan görünür ki, ümumi yığıncaqda Komitənin üzvləri ilə yanaşı həm də MMC-nin nümayəndəsi kimi X6 Departamentinin müdiri Emil Ağarzayev də iştirak edib və təqdimatda göstərilənlərə uyğun izahat verib. Həmkarlar İttifaqı Komitəsinin həmin ümumi yığıncağının keçirildiyi xx.xx.2024-cü il tarixdə iddiaçının X21 vasitəsilə göndərdiyi “Emil müəllim, salam. Nəzərinizə çatdırıram ki, iyun ayı üçün əmək haqqım hələ də köçürülməyib. İyun, 2024-cü il üçün əmək haqqımın ödənilməsinin təmin edilməsini xahiş edirəm” məzmununda mesajına Emil Ağarzayev həmin gün saat 17:12:37, 17.12:42 və 17:12:50-də də “Salam. Mən yoxlatdıraram. Yardımçı olmağa çalışırlar” məzmununda cavab mesajı göndərib. Göründüyü kimi, X7 Departamentinin müdiri olan Emil Ağarzayev iddiaçının işdən çıxarılması ilə bağlı xx.xx.2024-cü il tarixdə keçirildiyi iddia edilən MMC-nin Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağından sonra elə həmin gün iddiaçı ilə əlaqə saxlayıb, lakin nədənsə nə həmin gün, nə də sonrakı əlaqə saxladıqları günlərdə ümumi yığıncaq barədə, yığıncağın qəbul etdiyi qərar barədə iddiaçıya məlumat verməyib. Bu hal bir daha təsdiq edir ki, MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixində ümumi yığıncağı keçirilməyib, bu barədə məhkəməyə təqdim olunmuş protokol sonradan əvəlki tarixə tərtib olunub, protokol saxtadır. Onu da qeyd etməyi vacib hesab edir ki, “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Göründüyü kimi, Həmkarlar İttifaqı Komitəsi müstəqil qurum olmaqla, onun yaradılmasında məqsəd, işəgötürənlə müqayisədə qeyri-bərabər hüquqi vəziyyətdə olan işçinin əmək hüquqlarının qorunmasıdır. MMC-nin Həmkarlar İttifaqı Komitəsinin vəzifələrindən biri də iddiaçının əmək hüquqlarının müdafiəsinin düzgün təşkil olunmasıdır. Bu məqsədlə Həmkarlar İttifaqı Komitəsi xx.xx.2024-cü il tarixdə keçirildiyi iddia edilən ümumi yığıncaqda iddiaçının iştirakını təmin etmək üçün tədbirlər görməli və bu tədbirlər formal xarakter daşımamalı idi. Yuxarıda göstərildiyi kimi iddiaçıya aid elektron ünvan, MMC tərəfindən verilmiş korporativ telefon nömrəsi MMC-də mövcud olub və həmin məlumatların Komitənin üzvləri tərəfindən əldə olunması üçün hər hansı əngəl olmayıb. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixdə keçiriləcəyi ümumi yığıncağın yeri və vaxtı barədə iddiaçıya həmin əlaqə vasitələri itə məlumat verilməyib. Görünür ki, MMC-də fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsi MMC-nin rəhbərliyindən, onun göstərişlərindən qeyri-rəsmi olaraq asılıdır. Komitə işçi maraqlarını deyil, MMC-nin mövqeyini müdafiə etməklə məşğuldur. Belə olmasaydı, Həmkarlar İttifaqı Komitəsi sonradan, əvvəlki tarixə saxta protokol tərtib etmək əvəzinə iddiaçının müzakirə olunan məsələ ilə bağlı dinləmək, iclasda iştirakını təmin etmək üçün əməli tədbirlər görərdi. Qeyd olunan normaların mənasından göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün həmkarlar ittifaqı təşkilatının razılığının alınması vacibdir. İşçinin bu əsasla işdən çıxarılması, məsələsi həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunduqda, işçi həmin iclasin yeri və vaxtı barədə məlumatlandırılmalı, iclasda iştirakı üçün müvafiq tədbirlər görülməlidir. İddiaçının iclasıda iştirakı təmin olunmamışdırsa, iddiaçının mövqeyinə də aydınlıq gətirmək, onu dinləmək üçün Həmkarlar İttifaqı Komitəsinin həmin iclası təxirə salmaq səlahiyyəti vardır. Lakin İddiaçı işdən azad edilərkən həmkarlar ittifaqının qabaqcadan razılığı alınmayıb, ümumiyyətlə həmin təşkilatın bu məsələ ilə bağlı iclası keçirilməyib. Əks halda, iddiaçı Həmkarlar təşkilatınnı iclasına dəvət edilə və hüquqlarının müdafiə etmək, işəgötürənin dəlillərinə qarşı etirazlarını bildirmək üçün ona imkan yaradılardı. Qeyd edirlər ki, Həmkarlar təşkilatının iclasına dəvət olunmayıb, ona bu barədə hər hansı vasitə ilə (dövlət poçtu, sürətli poçt, elektron məktub və sair) məktub, bildiriş, xəbərdarlıq, SMS və s. təqdim olunmayıb. Bundan başqa, İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə dair Həmkarlar təşkilatının razılığı həqiqətən olsaydı, bu iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli əmrdə öz əksini tapmış olardı. Göründüyü kimi, İddiaçı işlədiyi “Azərsun Holdinq" MMC-də həmkarlar Komitəsi fəaliyyət göstərməsinə baxmayaraq, iddiaçı işdən çıxarılan zaman həmin təşkilatın razılığı alınmayıb, bu barədə sonradan əvvəlki tarixə saxta protokol tərtib edilərək məhkəməyə təqdim olunmayıb. Onu da bildirməyi əhəmiyyətli hesab edir ki, cavabdeh MMC-nin daşıma işlərini həyata keçirən hüquqi şəxs olaraq dövlət qeydiyyatından keçmiş “ASİR" MMC-nin direktoru və MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri eyni şəxsdir, Ağasəlim Əzməmmədov. Bu isə onun göstəricisidir ki, Ağasəlim Əzməmmədov tərəflər arasında mövcud olan mübahisədə işəgötürən tərəfdən maraqlı şəxsdir. Bu vəzyyətdə nə Həmkarlar İttifaqı Komitəsinin müstəqilliyindən, nə də ki, iddiaçıya guya ünvanlanmış bildirişlərin göstərilən tarixlərdə tərtib olunmasından və həmin bildirişləri ünvan üzrə çatdırılmasının həqiqiliyindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən hesab edirlər ki, müzakirə olunan hissədə də cavabdeh "xxxx" MMC Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə də əməl etməyib, bu tələbləri pozub. İşəgötürən tərəfindən yol verilmiş bu pozuntu isə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsaslardan biridir. Cavabdehin etirazının digər dəliləri iddiaçının işəgötürənə zərər vurması, xx.xx.2024-cü il tarixli əmrin əsaslandırılması və iddiaçının izahat verməkdənə imtina etməsi ilə bağlıdır. Bununla bağlı bildirir ki, İddiaçı vəzifəsində işlədiyi müddətdə barəsində hər hansı inzibati tənbeh tədbiri tətbiq edilməyib, yerinə yetirdiyi işə qarşı heç bir irad bildirilməyib. İddiaçı işçi kimi qəsdən, səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi hallarına yol verməyib, o, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olan hərəkətlərə yol verməyib, onun hər hansı hərəkəti nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməyib. Lakin bütün bunlara baxmayaraq işəgötürən olan Cavabdeh MMC tərəfindən İddiaçı ilə əmək münasibətlərinə heç bir səbəb olmadan xitam verilib. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin hər hansı səbəbinin olmaması 552/K saylı, xx.xx.2024-cü il tarixli əmrdə də öz əksini tapıb. Belə ki, həmin əmrdə İddiaçı ilə əmək münasibətlərinin sonlandırılmasının əsasları açıqlanmayıb, əmr əsaslandırılmayıb. Yuxarıda qeyd olunduğu kimi, hazırki iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, əmrdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi göstərilsə də, həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməyib, əmr əsaslandırılmayıb. Bu kimi əsaslandırmanın və sənədlərin göstərilməməsinin səbəbi isə İddiaçı Cavabdeh MMC-də işlədiyi müddət ərzində heç bir pozuntuya yol verməməsi, intizam tənbehi almaması olub. Bir daha qeyd edir ki, İddiaçı ünvanına “əmrdən çıxarış" göndərilib və həmin sənəddə əmr əsaslandırılmayıb, iddiaçı bu halı iddia ərizəsində mübahisələndirib. İddia ərizəsini aldıqdan sonra cavbadeh MMC yol verdiyi bu səhvi görüb və 2 səhifədən ibarət yeni əmr tərtib edərək, məhkəməyə təqdim edib. İddiaçı əmək müqaviləsini ləğv etməzdən əvvəl də iddaçıdan hər hansı izahat alınmayıb, işlədiyi müddətdə hansı pozuntuya yol verilməsi diqqətinə çatdırılmayıbr. İşlədiyi müddət ərzində iddiaçının barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməyib. Göründüyü kimi, cavabdeh “Azərsun Holdinq" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması ilə verilib. Bu baxımdan hesab edirlər ki, əmr etibarsızdır. Çünki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə görə, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Hazırki iş üzrə məhkəmə hazırlıq iclasında cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə “Azərsun Holdinq" MMC tərəfindən xx.xx.2024-cü il tarixli əmrinin surətini təqdim edib. İddia ərizəsini alan və həmin ərizədə göstərdiyi dəlillərlə artıq tanış olan cavabdeh yol verdiyi qanun pozuntusunu aradan qaldırıb, əmrdə düzəlişlər edib və məhkəməyə artıq əsaslandırılmış əmr təqdim edib. Halbuki, işəgötürən qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış əmri işçinin özünə təqdim etmək vəzifəsi daşıyır. Qeyd olunan maddi hüquq normasının mənasından göründüyü kimi, Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli və həmin əsaslandırılmış əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (göndərməlidir). Lakin yuxarıda qeyd etdiyim kimi, cavabdeh MMC-nin iddiaçı barəsində verdiyi xx.xx.2024-cü il tarixli əmr əsaslandırılmamışdır ki, bununla da MMC əmək qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozub. Bu pozuntular isə həmin əmrin məhkəmə qaydasında ləğv olunması üçün əsasdır. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehin dəlilləri əsassızdır və sübuta yetirilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun evinə məktublar gəlməyib, qapı döyülməyib. Həm də kilometrə fikir verilsə görünür ki, digər dörd məktub aparılarkən Cavabdeh MMC-dən Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsinə gedəndə bir məsafə göstərilib, əmr məktubu gələn günü məsafə başqa göstərilib, yəni sonuncu real məsafəni əks etdirir. Onun bülleteni 2022-ci ilin sentyabr, dekabr aylarında və 2023-cü ilin may ayında olub, qalan vaxtlar o, işləyib, bir də üzürlü səbəbdən işləməyib. 2022-ci ilin təqvimi Cavabdeh MMC-də səhv göstərilib. Cavabdeh tərəf guya qeyd edir ki, o, 2022-ci ildə İnsan resursları şöbəsinə keçdikdən sonra özünü pis aparıb. Amma ona xəbərdarlıq, töhmət, inzibati tənbeh, heç nə verilməyib. O, X13 HR proqramını oxuyaraq serifikat aldığı üçün Abdolbari Gozal öz təşəbbüsü ilə onun işə az gəlməyini bildirib, hansı şöbədə işləmək istədiyini soruşduqda, o,insan resurarı şöbəsində işləmək istədiyini bildirib. Ona görə də, onu həmin şöbəyə keçirdiblər. O, orada qanunsuzluqları görüb şifahi şəkildə dəfələrlə bu barədə bildirib. O, əcnəbilərin saxta diplomlarla, heç bir ali savadı olmadan rəhbər vəzifələrdə çalışdıqları barədə iradını bildirib. Ona evə getməyini, göndərəcəklərini, işləri edəcəyini, həmin dövrdə də təkcə İnsan resursları şöbəsinin deyil, həm də Abdolbari Gozalın işlərini də görüb, ***- ***-**-** nömrəsindən istifadə edib, nömrə onda olan günə qədər hətta bütün Nazirliklər, aparat Abdolbari Gozalın köməkçisi olduğunu biliblər. Ondan başqa 2024-cü ilə qədər Abdolbari Gozalın həyatı ilə bağlı kitabı o redaktə edib və elektron poçt ünvanı ilə göndərib, bu barədə sübutları da var. Çünki kitabda elə məsələlər yazılıb ki, Cavabdeh MMC-nin işçilərinin görmələrini istəməyib. O, şəxsən Abdolbari Gozalla birlikdə işləyib. Həmçinin onu da qeyd edir ki, Cavabdeh MMC-də evdən işləyən təkcə olmayıb. MMC-nin tərcüməçi Cəmilə Qasımova da evdən işləyib. Hər ikisi Abdolbari Gozalın yanında köməkçi işləyiblər. O, dəfələrlə yazıb, hamilə olandan sonra artıq ona qarşı yenə təyziqlər olub, ofisə çağırılıb, hazırda Emil Ağarzayevin vəzifəsində çalışan Bahadur Məmmədov ona pul təklif edib. O, iradını bildirib, ona təyziqlər olub. Sonra xəstələnib, səhhəti bərpa olunandan sonra ofisdə işləmək istədiyibi bildirib. Amma onunla aparılan münaqişə məhz orada işləyən əcnəbilərin diplomsuz və saxta diplomla işləməyi olub. Ona görə də, məhkəmənin qərarından asılı olmayaraq mətbuat açıqlaması verəcək. Bu şantaj deyil, o, Azərbaycan Respublikasının vətəndaşı olaraq şikayəti ictimaiyyətə və xalqa çatdırmaq istəyir. O, ƏMAS üzrə deyil, operativ performans menecment işləyib, o, işlərini noutbukundan şirkətə məxsus elektron poçt ünvanına göndərirdi. Daha sonra noutbukunu ondan alıblar. O, iki il bülletendə ola bilməzdi. Onu çoxdan işdən çıxarardılar. Onun planları var idi, ona görə onlardan xahiş edib ki, oktyabr ayına qədər gözləsinlər, ərizəni yazıb gedəcək. Orada bütün məsrəfləri çəkib, sənədləşmə işlərinin hamısı görülüb, o, “şengen” viza almaq üçün müraciət edəcəkdi. Bu ilin oktyabr ayında təhvil-təslimlə bağlı viza alıb getmək istəyirdi. Lakin gedə bilməyib, işə bərpa olunsa, Cavabdeh MMC-yə qayıtmaq istəyir. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində müvəqqəti işləyir, onlar işə bərpa olunmağı ilə bağlı məhkəmədə iddia qaldırmağından məlumatlıdırlar.13-cü maaş, mükafat plan üzrə idi, hər kəsə eyni məbləğdə verilmirdi. 2018-ci ilə qədər atasına anası baxırdı, anası vəfat etdikdən sonra o çalışdı ki, atasına baxmaq üçün başqa şəxs tutsun, atasını Bakı şəhərinə gətirməsin. Amma sonra görüb ki, çox çətindir. 2020-ci ildə pandemiya olandan sonra yolların bağlanmasına görə atasını yanına gətirdib. O, işdə olduğuna görə çatdırmırdı, baxıcı tutub, bütün məsrəflərini, dərmanlarını o qarşılayıb. Atası evdə müalicə alıb, həkim gətirdib. O, işləyəndə 2750 manat əmək haqqı alırdı, onun 100 manat təqaüdə ehtiyacı yox idi. İşdən çıxdıqdan sonra maddi vəziyyəti çətin olduğuna görə 2024-cü ilin avqust ayının 1-də təqaüdü öz adına keçirdib. Çünki, qardaşı evlidir, arvadı, uşaqları var, qardaşı heç bir maddi köməklik etməyib. Atasının bütün xərcləri demək olar ki, hamısı onun üzərindədir. Atasının onunla yaşaması barədə yaşayış yerindən arayış da təqdim edib. Atasına baxan qadına hər ay 400 manat verir, həmin xanım olmayanda atasına o baxır. O, iyun ayının 6-sı ofisə gedib, şöbə müdiri, həmçinin işçilərin davamiyyətini tənzimləyən rəhbər Emil Ağarzayevlə görüçüb, səhətinin artıq bərpa olunduğunu bildirib. Ofisə getdiyini sübut etmək üçün gizli olaraq səs yazısı yazıb. Çünki o, 2022-2023-cü illərdə ofisə gedəndə mühasibə onu içəri buraxmamağı tapşırılıb. 24 və 28 iyun xəstəliyi ilə əlaqədar işləməyib. Ona iş yerindən heç bir şey gəlməyib, atası, ona baxan qadın da bütün günü evdə olub. Evdə balaca itləri də var, qapı döyülən kimi səs-küy salır. O, nəyə görə üç məktubu almaqdan imtina edib, sonuncu məktubu qəbul edib. Ən son iyul ayının 11-də Cavabdeh MMC-nin binasına gedib. İyun ayının 6-sı Cavabdeh MMC-nin binasına gedib, ona getməsini, evdə gözləməsini, xəbər verəcəklərini bildiriblər. İyul ayının 5-də Emil Ağarzayev ona səsli mesaj göndərib ki, rəhbərlik 4 aya razıdır, o da gözləyib, amma görüb ki, iyun ayının əmək haqqını ödəmirlər, onlarla yazışmağa başlayıb, zəng edib, Şahin və Abbas adlı əməkdaşlardan əmək haqqının niyə ödənilmədiyini soruşurub. Emil Ağarzayev iyul ayının 15-16-sı ona yazıb ki, Abbas adlı əməkdaş məzuniyyətdədir. İyun ayının 6-dan sonra cavabdeh şirkətə müraciət edib, yenə hər dəfə gözləməyini bildiriblər, iyulun ayının 11-də şirkətə gəlməyə icazə veriblər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra, 14 oktyabr 2024-cü ildə "xxxx" MMC-nin İdarə Heyətinin sədri Abdolbari Gozal tərəfindən iddiaçıya telefon zəngi olub. İddiaçı həmin səs yazısını məhkəməyə təqdim edib. Abdolbari Gozal iddiaçıya onun barəsində işdən çıxarılma əmrinin verilməsindən məlumatsız olduğunu bildirir və iddiaçıya əmək kitabçasında qeyd olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dəyişməsini təklif edib. İddiaçı isə vəkili ilə məsləhətləşəcəyini bildirib. Məhkəmə baxış iclasından sonra cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddiaçıya zəng olunub və iddiaçıya dekabr ayının 1-nə kimi əmək haqqının ödənilməsinin təmin olunacağı, əmrin, əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin ləğv olunacağını, iddiaçının könüllü ərizəsinə əsasən əmək müqaviləsinə xitam olunacağını təklif edilib, lakin iddiaçı həmin təkliflə razılaşmayıb. Cavabdehin nümayəndəsi və vəkili yazılı etirazında da İnsan Resursları Departamentinin müdiri Emil Ağarzayevin səlahiyyətli şəxs olaraq iş yerində, işlə bağlı apardığı yazışmalarda səsləndirdiyi fikirləri də şəxsi fikirləri olaraq bildirib. Cavabdehin nümayəndəsi və vəkilinin səsləndirdiyi təklifi öz şəxsi fikri olaraq bildirməsi inandırıcı deyil. İddiaçı 2023-cü ilin dekabr ayından hamiləliyi pozulduğundan və ağır fəsadlara səbəb olduğundan ancaq bülleten və əmək məzuniyyətində olub. Əmək məzuniyyətləri barədə ərizəyə də imza etmək iyunun 6-da Emil Ağarzayevin otağında baş verib, səs yazılarında da var, İnsan Resursları Departamentinin digər işçiləri gələrək iddiaçıya orada imzasının olmadığını bildirib. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına kimi iddiaçıya distansion iş rejimində işlədiyi və tapşırıqlar verildiyi üçün müntəzəm olaraq əmək haqqı ödənilib, hətta 2023-cü ilin yanvar ayının 30-da 4114 manat məbləğində, 2024-cü ilin yanvar ayının 10-da 5068 manat “13-cü maaş”, yəni mükafat verilib. Məhkəməyə təqdim etdiyi hesabdan çıxarışda iddiaçıya ödənilmiş aybaay əmək haqqı əks olunub. Əgər iddiaçı əmək funksiyasını yerinə yetirmirdisə, ona necə əmək haqqı ödənilə bilərdi. Əmək haqqı işçinin yetirdiyi işə görə ödənilən məbləğdir. İddiaçı 2022-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına kimi davamlı olaraq əmək haqqı alıb. Cavabdehin nümayəndəsi və vəkili də 13-cü maaş, mükafatın aktiv əmək müqaviləsi olan hər bir işçiyə verildiyini qeyd edir. İddiaçı distansion iş rejimində işləmirdisə, "xxxx" MMC bir işçi qarşısında nə qədər aciz idi ki, onu intizam məsuliyyətinə cəlb etməyib, xəbərdarlıq belə etməyib. Keçən məhkəmə iclası Murad Orduxanovun şahid qismində dindirilməsinə görə təxir salınıb, lakin qarşı vəkili bu gün fikirləşib, həmin şəxsin iştirakını zəruri hesab etməyib. Qarşı tərəfin nümayəndəsi və vəkili həmin şəxsin iddiaçının təqdim etdiyi dəlili aradan qaldıracaq ifadə verəcəyi barədə məlumat verib, əgər həmin şəxs şahid qismində ifadə verməyəcəkdisə, hansı səbəbdən vəsatət verərək işə baxılmasını uzadıb. Qarşı tərəfin təqdim etdiyi "xxxx" MMC-dən alınmış siyahı var. Bu siyahı adi, kompüterdə özləri tərəfindən tərtib olunmuş siyahıdır. İddia ərizəsində də qeyd etdikləri kimi, poçt qəbzlərinin sıra nömrəsinin sıra nömrəsinin ardıcıllığı pozulmaqla yanaşı, 5-ci sütunda sifarişlərin, orderlərin nömrələri qeyd olunub. Həmin sifariş nömrələrinin pozulması mümkün deyil. İyul ayının 1-dən baxılsa, orderlərin, yəni sifarişçinin işi icra edən şəxsə, yəni "xxxx" MMC-yə verilən sifarişlərin sıra nömrəsidir. O sıra nömrələri hamısı ardıcıllıqla gəlir, nədənsə iddiaçıya sıra çatanda, qarşı tərəfin iddia etdikləri 3, 14 iyun məktublarda həmin sifariş nömrələrinin sıraları tamamilə başqa bir nömrə çıxır. 14 iyun 2022-ci ildə ardıcıllıqla 997-dən başlanır, nədənsə 97-ci sırada iddiaçının sifarişi 1110647-dir. Sıra ardıcıllığı ilə baxsaq hansı ki həmin sifarişlər iyul ayının sonlarına düşür. ******* nömrəli sifariş iyul ayının sonunda qəbul olunmuş sifarişlər sırasına düşməlidir. Cavabdeh MMC guya iddia edir ki, 5 və ya 6 bildirişi göndəriblər, iddiaçı almaqdan imtina edib, onun bildirdikləri ilə tamamilə təkzib olunub. Bir daha bu hal sübut edir ki, iddiaya yazılı etirazda bildirdikləri kimi guya göndərilən qəbz nömrələrində bəzi hallarda ardıcıllığın pozulmasına yol verildiyini qəbul etsələr belə, sifariş nömrələrinin ardıcıllığının pozulması tam təsdiq edir ki, həmin bildirişlər saxta bildirişlərdir, həmin bildirişlər iddiaçının ünvanınına göndərilməyib. Cavabdeh tərəfindən təqdim edilmiş 2022-2023-cü illərin tabellərində ayların günləri səhv salınıb, istirahət günləri iş günləri kimi, iş günləri isə istirahət günləri kimi qeyd olunub. Misal üçün 2022-ci ilin sentyabr ayının 7-i, 8-i, 14-ü, 15-i, 22-i, 29-u, 30-u iş günləri olduğu halda, şərti olaraq “İ" hərfi ilə qeyri-iş günləri kimi qeyd olunub. Bu yalnış məlumatlar digər aydır üzrə tabellərdə də müşahidə olunur. İddiaçının hər dəfə şirkətin inzibati binasına gəlmək istəməsi barədə müraciətləri səs yazıları ilə sübut olunur. Bir nüansı da bildirir ki, hansı ki, cavabdeh tərəf iddiaçının işə gəlmədiyini, işə buraxılmadığını bildirir, halbuki iddiaçı evdən işləyib, iddiaçının distansion iş remində heç bir dəyişiklik etməyiblər, iddiaçıya heç bir göstəriş verməyiblər, bununla bağlı qarşı tərəfdə heç bir sübut da yoxdur. İddiaçıya yazılan mesajlarda hansı ki, tabelləri aparan Abbas adlı şəxs, əmək haqlarını hesablayan Şahin Əsədzadə, Emil Ağarzayevlə yazışmalar var. İddiaçı iyun ayının əmək haqqının gecikdiyini bildirir, Emil Ağarzayev “araşdırıb deyəcəm” bildirir, sonra iddiaçıya geri dönüş edir və deyir ki, “Abbas məzuniyyətdədir, gələndə tapşıracam məsələni həll etsin, sənədləri də sizə təqdim etdirəcəm”. İddiaçı tabelləri istəyib. İşə gəlməyən şəxsə Departamentin müdiri hansı səbəbdən o məzmunda cavab versin ki, iyun ayının əmək haqqısı iyul ayı ilə birlikdə hesablanıb yəqin avqust ayında ödəniləcək. Bu bir danılmaz sübutdur. İddiaçı iyun ayının 6-dan işlədiyi günlərin əmək haqqını ödənilmədiyini deyib, may ayının bülleten pulunun nəyə görə ödənilmədiyini deməyib, Departamentin müdiri də xəstəlik vərəqələrinin pullarının ödəniləcəyini bildirməyib. Cavabdehin nümayəndəsi və vəkili poçt daşımalarının Cavabdeh MMC-dən heç bir asılılığının olmadığını bildirir. Lakin qarşı tərəfin təqdim etdiyi sənədlərdən də görünür ki, Cavabdeh MMC bütün daşıma xidmətlərini "xxxx" MMC-yə tapşırıb. Artıq "xxxx" MMC bilavasitə kuryerlə işləyən hüquqi şəxsdir. "xxxx" MMC-nin direktoru Ağasəlim Əzməmmədov Cavabdeh MMC-nin Həmkarlar Komitəsinin sədridir. Hansı ki guya iclas keçirib, imzası ilə təsdiq edib ki, təqdimatla razıdır, iddiaçının işdən çıxarılmasına etiraz etmir. Ona görə də, Ağasəlim Əzməmmədovun bu işdə maraqlı olmasını və daşıma xidmətini bilvasitə "xxxx" MMC-nin həyata keçirməsini nəzərə alınmasını xahiş edir. Qarşı tərəf səs yazılarının, görüşün olmasına, səs yazılarının Emil Ağarzayevə məxsus olmasına etiraz etməyib, mübahisələndirməyib və təsdiq edib ki, belə bir görüş olub. Qeyd edilən halların da nəzərə alınmasını xahiş edir. Əgər iddiaçıya 2022ci ildə evdən işləməyə buraxılma barədə göstəriş verildikdən sonra iddiaçı Cavabdeh MMC-i şantaj etsəydi, Cavabdeh MMC iddiaçıdan şikayət edərdi. Lakin bu barədə cavabdeh hər hansı bir dövlət orqanına şikayət etməyib və bu barədə sübut təqdim etməyib. İddia ərizəsinin əsaslandırılması ondan ibarətdir ki, qarşı tərəfin təqdim etdiyi bildirişlərin saxta olması, iddiaçının ünvanına hər hansı bildirişin gətirilməməsi, iddiaçının izahatının alınmaması, əmrin əsaslandırılmaması və Həmkarlar İttifaqının həqiqi razılığının olmaması, iclasın həqiqətən keçirilməməsidir. İddiaçı evdən iş rejimində işləyib, bununla bağlı iddiaçıya hər ay əmək haqqı ödənilib, əmək haqqının ödənilməsi ilə bağlı hesabdan çıxarışı məhkəməyə təqdim ediblər. 2023-cü ilin dekabr ayından iddiaçı hamiləliyinin pozulması ilə bağlı bülletenə çıxıb, çünki ağır fəsadlar olub. Elə iddiaçının hamilə qalması ağır prosedurlar keçirməsi nəticəsində olub, çünki iddiaçının neçə illərdir ki, uşağı olmurdu. Arada əmək məzuniyyətləri də verilib. Hansı ki, həmin əmək məzuniyyətləri barədə ərizələri 11 iyulda Emil Ağarzayevin otağında sonradan imza çəkdiriblər. İddiaçının iş rejiminin 6 iyundan sonra dəyişməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib. Bunu təsdiq edən hər hansı bir yazılı, mötəbər sübut məhkəməyə təqdim olunmayıb. Ona görə də, 6 iyunda və ondan əvvəl də təqdim olunmuş yazılı sübutlarla, mail yazışmaları ilə təsdiq olunur ki, iddiaçı Emil Ağarzayevə və Cavabdeh MMC-nin baş direktorunun müavini Fateh adlı şəxsə bilavasitə hamiləyinin onun ofisdə işləməsinin qarşısını almadığını, ofisə işə buraxılması ilə müraciətlər göndərib. Lakin təqdim olunmuş bütün sübutlarla təsdiq olunur ki, iddiaçıya yenə də ofisdə yox, evdə oturmağı, evdən iş rejimində əmək funksiyasını davam etdirməyi bildiriblər. Təsdiq olunur ki, iddiaçı cavabdehin nümayəndəsi ilə 6 iyunda görüş keçirib, həmin görüşdə iddiaçı ona 4 ay müddət verilməsini, oktyabr ayında sənədlərini toplayıb Azrbaycan Respublikasından köçmək istədiyini, Emil Ağarzayev iddiaçının təklifini rəhbəriliyə çatdırıb iddiaçıya məlumat verəcəyini bildirib. 6 iyundan sonra Emil Ağarzayev özü WhatsApp proqramı vasitəsi ilə rəhbərliyin əmək müqaviləsinin 4 ay, oktyabr ayına kimi qüvvədə qalmasına razı olduğu barədə iddiaçıya səs göndərib. İddiaçının həm Emil Ağarzayevlə, həm əmək haqqı hesablayan departamentin işçisi Abbas Məmmədovla, tabelləri tərtib edən Şahid Əsədzadə ilə apardığı WhatsApp yazışmaları ilə təsdiq olunur ki, iddiaçıya həmin vaxt işə gəlməməyi ilə bağlı hər hansı bir fikir bildirilməyib, səbəbi soruşulmayıb. Hansı ki məhkəməyə təqdim olunmuş aktlarda qeyd olunur ki, guya iddiaçının yerini tapa bilməyiblər, iddiaçının işə gəlməməsinin səbəbini öyrənə bilməyiblər. Halbuki, iddiaçı 6 iyunda, 11 iyunda bilavasitə departamentin ofisində olub, görüş keçirib, görüşdə iştirak edib. Həmin görüşlərdə Departamentin məhkəməyə təqdim olunan saxta aktları və bildirişləri iddiaçıya təqdim etmək imkanı olub, lakin iddiaçıya təqdim etməyiblər. Çünki 11 iyula kimi həmin sənədlər də mövcud olmayıb, sonradan tərtib olunub. Həmin sənədlərin sonradan tərtib olunaraq məhkəməyə təqdim olunmuş saxta siyahıya salınması poçt xidmətinə verilən sifarişlərin sıra nömrəsi ilə, həmçinin göndərilən, doldurulan qəbz nömrələrinin ardıcıllığının pozulması ilə təsdiq olunur. Aktlara imza çəkən şəxslər, Emil Ağarzayevlə, Şahid Əsədzadə ilə görüşdə bir ifadə yoxdur ki, iddiaçıya onun barəsində akt tərtib etdiklərini, niyə işə çıxmadığı barədə sual soruşmayıblar, izahat yazmağını bildirməyiblər. İddiaçı 22 iyulda MMC-nin bank kartı ilə əməliyyat keçirmək istəyəndə kartının bloklanlandığını görüb, banka zəng edib, bankın nümayəndəsi iddiaçıya işdən çıxarıldığını bildirib. 22 iyulda iddiaçı Emil Ağarzayevə məsələnin nə olduğu barədə yazıb. X30 iddiaçıya rəsmi qaydada müraciət etməyini xahiş edir. 17 iyulda artıq Emil Ağarzayev iddiaçının əmrinin imzalandığını bilib. İddiaçı yenidən Emil Ağarzayevə müraciət edərək, hansı səbəbdən iyun-iyul aylarının əmək haqqısını avqust ayında verəcəklərini, Abbas Məmmədovun məzuniyyətdə olduğunu bildirildiyini yadına salıb. Ondan sonra gecə saat 01:00-da iddiaçıya verilmiş korporativ nömrənin dublikatını çıxardırlar. Məqsəd isə aparılmış yazışmaların silinməsi idi. Çünki 22 iyulda iddiaçı Emil Ağarzayevə yazdığı mesajların məzmununu, onda sübutların olduğunu bildirib. Həmin sim kart iddiaçının “icloud”una bağlı olub və yazışmalar da saxlanılıb. Təhkim etdiyinə görə WhatsApp, səs yazıları saxlanılıb. İddiaçı rəhbəri olan, MMC-nin ofisində, səlahiyyətli şəxsin kabinetində görüş keçirib, burada şəxsi fikirdən söhbət gedə bilməz. Hər hansı bir dövlət orqanının nümayəndəsi vətəndaş qəbulunda və ya mediyada fikir səsləndirirsə, bu şəxsi fikir sayıla bilməz. Qarşı tərəf bildirir ki, Emil Ağarzayevin bütün görüşlərdə, yazışmalarda səsləndirdiyi fikirlər şəxsi fikirlərdir. İddiaçı rəsmi olaraq iş yerinə, departamentin ofisinə gedib, departamentin rəhbəri ilə görüş keçirib, işinin davamiyyəti ilə bağlı onunla söhbət edib, bu söhbətlər şəxsi fikir ola bilməz. Emil Ağarzayevin barəsində hazırda intizam icraatı başlanması görüntüsü yaratmaq o deməkdir ki, guya ki Emil Ağarzayev həqiqətən şəxsi fikirlər səsləndirib, onu cəzalandırıblar. X27 səsləndirdikləri şəxsi fikirlərdirsə, məhkəmə iclasından sonra cavabdehin nümayəndəsi və vəkilinin barışıq üçün fikirlər səsləndirə bilməzdi. Bunlar şəxsi fikir kimi qəbul oluna bilməz. İddiaçı Emil Ağarzayevin idarədə, ofisdəki kabinetində qəbulunda olub, danışıqları da başqa məsələ ilə deyil, məhz işi ilə bağlı olub. Əmək Məcəlləsində Həmkarlar Komitəsinin üzvlərinin razılığı tələb olunur. Həmin protokoldan görünür ki, Həmkarlar Komitəsinin üzvlərinin hamısı iştirak etməyib. Yəni bu o deməkdir ki, iddiaçının iş yoldaşları onun müqəddəratını həll edən məsələyə münasibət bildirməlidirlər. 15 iyulda Həmkarlar Komitəsinin guya iclası keçirilib, Emil Ağarzayev iddiaçını tapa bilmədiklərini, yerini də bilmədiklərini, məlumat verə bilmədiklərini, iddiaçının işə niyə gəlmədiyini bilmədiklərini bildirib. Həmin gün axşam isə Emil Ağarzayev iddiaçıya mesaj yazaraq əmək haqqını avqust ayında hesablayıb verəcəklərini bildirib. Bu dolayısı ilə iddiaçının evdən işlədiyini təsdiq edir. İddia ərizəsində Əmək Məcəlləsinin 79-cu maddəsini əmrin ləğv olunması əsası kimi qeyd etməyiblər. Sadəcə məlumat xarakterli sənəd təqdim ediblər ki, iddiaçının öhdəsində 1-ci qrup gözdən əlil atası var. İddiaçı atasını maddi cəhətdən təmin edib. 01 avqust 2024-cü il tarixindən 100 manat Prezident təqaüdünün alınması ilə bağlı bildirir ki, həmin meyar öhdədə olmanı müəyyən etmir. Çünki Əmək Məcəlləsində birinci qrup əlil olması barədə norma 79-cu maddənin 8-ci bəndi kimi 2009-cu ildən Əmək Məcəlləsinə əlavə olunub. Prezident təqaüdünün təyin olunması isə 2019-cu ildə, 10 il sonra baş verib. Ona görə də, öhdədə olma şəxsin 100 manat alması ilə ölçülə bilməz. Əmək Məcəlləsində işdən çıxarılan şəxsə əmr təqdim olunur. İddiaçıya isə əmrdən çıxarış göndərilib. Bu qanun pozuntusudur. İddiaçıya göndərilən əmrdə hansı əsasla işdən çıxarılması göstərilməyib. Yəni işçi müdafiəsini təşkil edib-etməməsini bilmir. İddia ərizəsində yazılanlardan sonra cavabdeh MMC iki səhifəlik əmr tərtib edib. İddiaçıda bunun belə olması niyə şübhə yaratmasın. Əgər əmr əsaslandırılmış formada mövcud idisə, o formada iddiaçının ünvanına göndərilməsinin qarşısını nə alırdı? Həmkarlar Komitəsinin sədrinin də Cavabdeh MMCnin poçt daşıma xidmətini həyata keçirən "xxxx" MMC-nin drektoru olmasını nəzərdən qaçırılmamasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının Cavabdeh MMCni şantaj etdiyinə görə əmək haqqı aldığını bildirir. Amma iddiaçının şikayət etməsi, şantaja görə hər ay iddiaçıya 2000-3000 manat əmək haqqı ödəməkdən yaxşıdır. İddiaçı görüşdə layihəsini müzakirə etməyi deyil, bilavasitə işə çıxmağı istəyib. İddiaçı 2022, 2023-cü ildə də yazıb. İş rejimi, ofisə gəlib işləməyi, bununla bağlı sübutları təqdim etməklərinin səbəbi odur ki, təsdiq edirlər ki, iddiaçıya hər hansı bildiriş göndərməyiblər, görüş haqqında məlumat deməyiblər, WhatsAppda, maildə yazmayıblar. Departamentin bütün işçilərində iddiaçının əlaqə vasitələri mövcud olub. İddiaçı hansı ki, 2022-2023-cü illərdə evdən işləyib, əmək haqqı ödənilib, onunla bağlı dəyişiklik iddiaçıya bildirilməyib, təqdim etdikləri sübutlarda bir cümlə belə yoxdur ki, iddiaçıya iyunun 6-dan işə gəlməsi yazılsın. İyun ayının ortasından iyul ayının 16-na kimi iddiaçı Emil Ağarzayevlə yazışma aparıb, Emil Ağarzayev iddiaçıya üzürsüz səbəbdən niyə işə gəlmədiyini demir. Əgər iddiaçının üzürsüz səbəbdən işdə çıxmamağı halları baş veribdirsə, nəyə görə iddiaçıya bu barədə irad bildirilməyib. Çünki belə bir hal yoxdur, iddiaçı 2022-ci ilin sentyabr ayında başlayaraq distansion rejimdə işləyib. Bülletenlər, iyunun 6-na qədər, 24 və 28 iyunda olub. Qalan günlər online işləyib. 2022-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına kimi iddiaçı distansion rejimdə işləyib. Qarşı tərəf iddiaçının ofisdə işləmədiyini təsdiq edib, amma əmək haqqı ödənilib. İddiaçı evdə oturduğu halda 3000 manat əmək haqqı ala bilməzdi. İyun ayının 6-da birinci iş günü, xəstəlik vərəqəsinin müddəti bitəndən sonra, hətta ondan əvvəl də iddiaçı dəfələrlə ofisdə işləmək istədiyini, onu işə buraxmalarını, evdə qalacaq qədər xəstə olmadığını deyib. İyunun 6-da İnsan Resursları Departamentinin müdirinin kabinetində olub, görüş keçiriblər, sonrakı tarixlərdə iyunun 6da iddiaçının işdə olmamasını aktlaşdırıblar. Heç olmasa yazsaydılar ki, İddiaçı iyunun 6da gəlib, bütöv iş günü işdə olmayıb, haradasa inandırıcı olardı. Təqdim etdikləri diskdə olan səs yazısı 2024-cü ilin oktyabr ayının 14-də aparılıb. İddiaçı məhkəməyə müraciət etdikdən sonra təhdidlə bağlı aidiyyəti dövlət orqanlarına müraciət edib. İddiaçının işlədiyi günlər tabeldə 8 rəqəmi ilə qeyd olunub. İddiaçı iyun ayının 6-da iş yerinə gedib. Bu barədə səs yazısı var. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyib etirazın dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, iddiaçıya zəng edərək sözügedən təklifi edib, iddiaçı həmin təkliflə razılaşsaydı, rəhbərlik qarşısında bu barədə təqdimat qaldıracaqdı. İddiaçı əvvəlki məhkəmə iclaslarında işə bərpa olunsa da, cavabdeh müəssisəyə qayıtmayacağını bildirib, lakin sonda təklifi ilə razılaşmayıb. O, iddiaçıya işə qayıtmaq istəmədiyi təqdirdə bu təklifi edib, işə bərpa olunmaqla bağlı təklif etməyib. İddiaçı bu məsələnin onun məsələsi olmadığını, "xxxx" MMC-də hüquqları pozulan bütün Azərbaycanlı işçilərin məsələsidir. Ona görə də, iddiasını geri götürməyəcəyini bildirib. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı abzasında öhdəsində birinci qrup əlil ailə üzvü olan işçi qeyd olunub. Amma Əmək Məcəlləsində “birinci dərəcə ailə üzvü olan işçini işdən çıxarmaq olmaz” müddəası yazılmır. Yəni atası birinci qrup əlil olan işçini işdən çıxarmaq olmaz deyə bir norma yoxdur. Məcəllə öhdəsində olmasını tələb edir. “Öhdəçilik” sözünün izahlı lüğətinə baxdıqda, mənəvi olaraq yox, maddi olaraq öhdədə olmanı göstərir. Atası iddiaçının öhdəsində olmayıb. İddiaçı atasına qulluqla əlaqədar Prezident təqaüdünü avqust ayının 1-dən alır. İddiaçının atası avqust ayının 1-nə qədər iddiaçının qardaşının öhdəsində olub. İddiaçı işdən çıxarılandan sonra bir həftə içərisində təqaüd alır ki, atasının öhdəsində olmasını məhkəmədə sübut edə bilsin. İddiaçı əvvəlki məhkəmə iclasında Covid pandemiyası başlayanda atasını Bakı şəhərinə gətirdiyini bildirib. O, Neftçala rayon İnzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyəsi ilə görüşüb, iddiaçının atasının adını Niyazəli deyil, Niyaz olduğunu, Niyaz müəllimin orada yaşadığını, pandemiyadan getmədiyini bildiriblər. İddiaçı işdən çıxandan sonra Neftçala rayonuna gedib, atasının şəxsiyyət vəsiqəsini və digər sənədləri götürüb, Bakı şəhərində Dost agentliyinə müraciət edib. 100 manat təqaüdü almaq üçün ancaq əlil olan şəxsin notarial ərizəsi lazımdır, birgə, eyni evdə yaşamağı, qulluq etməyi lazım deyil, heç evə də baxmırlar. İddiaçı işdən çıxarkən atası onun öhdəsində olmayıb, bu barədə hər hansı sübut təqdim etməyib. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən üç ulduz nişanlı qərarlarından biri də Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarıdır. Həmin qərarda kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72 və 79-cu maddələrinin qarşılıqlı surətdə tətbiqi ilə bağlı vahid məhkəmə praktikası formalaşdıraraq aşağıdakıları qeyd edir: Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan suiistifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İddiaçı işə gəlməməsini atasına qulluq etməsi ilə deyil, distansion işləməsi ilə əlaqədar olaraq əsaslandırır. Ona görə də, bu halda Əmək Məcəlləsinin 79-cu maddəsi mübahisələndirilə bilməz. İddiaçı distansion işlədiyini bildirsə də, hansı işləri gördüyünü sübut edə bilmir.13-cü maaş ilin sonunda bütün qeydiyyatda olan, aktiv əmək müqaviləsi olan bütün işçilərə, xadimədən tutmuş idarə heyətinin sədrinə qədər, istisnasız olaraq statusuna fərq qoyulmadan bir maaş, yaxud bir maaş yarım miqdarında ödənilən əmək haqqıdır, bu mükafat deyil. İddiaçı iyun ayının 17-nə qədər atasının onun himayəsində olmasını sübut etməlidir. İddiaçı bununla bağlı hazırlıq iclaslarında sübut təqdim etməyib. Poçt daşımalarını həyata keçirən nə "xxxx" MMC-nin işçisidir, nə də "xxxx" MMC-nin təşkilatıdır. Azərbaycan Respublikasında poçtdaşıma fəaliyyəti ilə məşğul olan bir müstəqil hüquqi şəxsdir. Bu poçtdaşıma şirkəti Azərexpress adlanır. "xxxx" MMC sifarişlərini verib, poçtdaşıma şirkəti də sifarişləri aparıb, burada kargüzarlıq məsələlərinə görə "xxxx" MMC məsuliyyət daşıya bilməz. Bu fikir absurddur. Bu bir təşkilatı cinayətdə ittiham etməkdir, yəni məktub aparılıb, qəbz verilməyib. Həmin poçtdaşıma şirkətinin nə iddiaçı ilə, nə də cavabdehlə bir əlaqəsi var, müstəqil məktub aparıb, gəlir əldə edən şirkətdir. Poçt qəbzi məktub göndərməyi sübut edir, məktub göndərməklə iddiaçının işə gəlmədiyi sübut olunur. Emil Ağarzayevin otağında gəlib oturub 15 dəqiqə və ya 1 saat söhbət edib qayıtmaq işə gəlmək deyil. İşə gəlmək, səhər saat 9-da işə gələrək kartı vurub axşam saat 6-da işdən çıxıb getmək işə gəlməkdir. İddiaçı evdən işlədiyini, onlar isə evdən işləmədiyini, işə gəlməli olduğunu bildirirlər. İddiaçı evdən nə iş görüb? İnsan resursları mütəxəssisi nə edir, işçini işə qəbul edir, işçini məzuniyyətə, ezamiyyətə göndərir, bunun kadr sənədləşmələrini həll edir. Son dövrlərdə ƏMAS elektron informasiya sistemi var, bütünlüklə insan resursları mütəxəssislərinə tabedir, əmək müqaviləri də orada bağlanılır, işçi də orada çıxarılır, məzuniyyətə, ezamiyyətə də oradan göndərilir. "xxxx" MMC-nin ƏMAS sistemi bütün insan resursları mütəxəssislərində var. Əgər iddiaçı evdən işlədiyini iddia edirsə, "xxxx" MMC-nin ƏMAS sisteminin parolunu burada deyə bilər? Deyə də bilməz. ƏMAS sisteminə girişi olmayan bir işçi insan resurslarında işlədiyini deyə bilməz. İddiaçı performans menecmentdə işlədiyini bildirir. Əgər iddiaçı performans menecmentdə işləyibsə, niyə Lalə Sərinlə deyil, Emil Ağarzayevlə görüşüb. "xxxx" MMC-nin performans hissəsi Lalə Sərinlə bağlı olub. İddiaçı ofisə buraxılması ilə bağlı elektron poçt ünvanlara yazıb. Birinci aydınlaşdırılmalıdır ki, iddiaçı evdən işləyib yoxsa ümumiyyətlə işə buraxmayıblar. Bunlar başqa məsələlərdir. Evdən işləyən işçi 2022-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayına qədər bülleten, məzuniyyətdə olub. Bildiyi qədəri ilə iddiaçı bütün dövrlər ərzində bülleten və məzuniyyətdə olub. Departamentin müdiri iyun ayının əmək haqqısının iyul ayı ilə birlikdə hesablanıb avqust ayında ödəniləcəyini ona görə bildirib ki, iddiaçı bülletendə olub, onun pulunun hesablanıb iddiaçıya ödəniləcəyini qeyd edib. Abdolbari Gozalla iddiaçının səs yazısını dinləyiblər. Abdolbari Gozal iddiaçıya ərizəsini yazıb işdən çıxmasını, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin düzəldiləcəyini bildirib. İddiaçı isə telefonu açan kimi “Gözəl bəy, mən sizə hər hansı maddi ziyan vurmuşam, sizdən nəsə oğurlamışam, bəlkə şirkətə ziyan vurmuşam, sizə nə etmişəm?” sualını verib. Abdolbari Gozal işğaldan azad olunmuş ərazilərdə, Cəbrayıl rayonunda ölkə Prezidentlə birlikdə içki zavodunun təməlini qoyub. İddiaçı Abdolbari Gozaldan məlumat almaq istəyir və “etiraf edirsiz də, mən sizə ziyan vurmamışam” deyir. Deməli iddiaçı Abdolbari Gozaldan şirkətə zərər vurmadığı barədə məlumat almaq istəyib. 24 oktyabrda Abdolbari Gozal iddiaçıya zəng edib. İddiaçı Abdolbari Gozal “mən işə gəlməmişəm, məni evə işləməyə göndərməmisiniz, mənə niyə yalan deyirsiniz?” deməli idi. O, şirkətlə əlaqə saxlayaraq maraqlanıb, materialları da araşdırıb, Abdolbari Gozalın səsini dinləyib. İddiaçı məhkəmədən sonra ona bildirib ki, “o boyda Cavabdeh MMC-də bir azərbaycanlı yox idi ki, zovxoz (təsərrüfat işləri üzrə müdir) iranlı olsun, 12000 manat əmək haqqı alsın”. Sonra ona məlum olub ki, iddiaçı haqsız yerə deməlidir, o zovxoz dediyi şəxs tərəfindən bəzi ittihamlarla üzləşib ki, burada oğurluq hadisəsi baş verib. Elə bir şey olub, o heç nə demirdi. İddiaçı ilə Abdolbari Gozalın səs yazısını dinlədikdə iddiaçının həmin ittihamlarla üzləşdiyindən əmin olub. İddiaçı mühafizə və zovxoz tərəfindən ittihamlara məruz qalıb. Bu ittihamlar hər hansı bir icraat səviyyəsinə çıxmayıb, sadəcə yəqin ki rəhbərliyə bildirilib. Ondan sonra Abdolbari Gozal iddiaçını öz köməkçisi vəzifəsindən İnsan Resursları şöbəsində mütəxəssis vəzifəsinə keçirib. Bundan sonra özünü vəzifədən vurulmuş şəxs kimi görən iddiaçı İnsan Resursları şöbəsinə gəlib və kompaniyaya başlayıb. İddiaçı Rəsul Əfəndi və Məcid Ağapura qarşı mübarizəyə başlayıb. İddiaçı xeyli müddət işləyib, zovxozun nə qədər əmək haqqı almasını bilərdi. İddiaçı intiqam hissi ilə İnsan Resursları şöbəsinə gələndən sonra kompaniya aparmağa başlayıb. İddiaçı Rəsul Əfəndi və Məcid Ağapurun 10000-12000 manat əmək haqqı aldıqlarını, şikayət edəcəyini, mediada yayımlayacağını, şirkətin işgüzar nüfuzunu ləkələyəcəyini bildirib. Əmr əsaslandırılıb, əsaslandırma ifadəsini burada iki cür başa düşmək olar. Birincisi pozuntunun nədən ibarət olmasının sübut edilməsi, ikincisi əmrə hüquqi əsasın verilməsidir. Əmək Məcəlləsinin 84cü maddəsinin 3-cü hissəsində əmrin sadə formada da tərtib oluna bilməsi qeyd olunub. Əmr tərtib olunub, sadəcə işçiyə çıxarış formasında göndərilib. Bu da əmək qanunvericiliyi ilə qadağan olunmayıb. Əmrin əsaslandırılması ilə bağlı qanunvericliyin tələblərinə tam əməl olunub, əmrdən çıxarış formasında sadə forma təqdim olunub. Bu da Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsi ilə yol verilən bir haldır. Bu əmək müqaviləsinin ləğvi barədə əmrin etibarsız hesab olunmasına səbəb olan hal deyil. Həmkarlar İttifaqı iclas keçirib. Orada X22 İttifaqının işəgötürənin nümayəndəsi kimi çağırılıb və nümayəndə qismində çıxış edib. İddiaçının nümayəndəsi və vəkili elə formada deyir ki, sanki X22 İttifaqının sanki üzvü olduğunu və üzvü kimi çıxış etməli olduğunu bildirir. İşə buraxmırlar demək, ya distansion rejimdə çalışdığını deməlidir, ya da işə buraxılmamağını deməlidir. İddiaçı heç vaxt distansion rejimdə çalışmayıb heç bir iş görməyib. Buna dair heç bir sübut təqdim edə bilməyib. Əmək haqqı ödəmək distansion rejimdə çalışmaq deyil. İddiaçının ofisə daxil olmasına qadağa var idisə, dərhal X23 xidmətinə, polisə şikayət etməli, məhkəmədə müvəqəti təminat tədbiri barədə iddia qaldırmalı idi. Yəni işçini işə buraxmamağa görə hüquqi müdafiə vasitələri bunlardır. İddiaçının üzürlü səbəbdən işə gəlmədiyi günlər olub, bunu nəzərə almayıblar. İş materialları ilə təsdiq olunur ki, iddiaçı iyun-iyul aylarında 22 gün ərzində üzüsüz səbəbdən işə gəlməyib, evinə bildirişlər göndərilib, qanuna müvafiq surətdə işəgötürən addımlarını atıb, iddiaçının əmək müqaviləsinə xitam verilib. Əmrin ləğv olunması üçün əsas yoxdur. Nəzərə alınsa ki, iddiaçının əmək fəaliyyəti, xarakteristikası, işəgötürənə qarşı qoyduğu mövqe, səs yazmalar var. İddiaçı Emil Ağarzayevə işdən çıxarılacağı halda dövlət orqanlarına və mediyaya şikayət edəcəyini bildirib. Əmək Məcəlləsinin işçinin vəzifələri adlı maddəsi var. Birinci maddədə qeyd olunur ki, işçi öz öhdəliklərini vicdanla yerinə yetirməlidir. Bu məsələdə isə işin vicdanla yerinə yetirilməsi yoxdur. O, 2020-ci ilin mart ayından Cavabdeh MMC-də işləyir, ancaq pandemiya dövründə, yəni 2020-ci ilin aprel ayından fasilələrlə həmin ilin sonlarına qədər evdən işləyib. Ümumiyyətlə Cavabdeh MMC-də evdən işləyən işçi yoxdur. O, bu məsələnin bir şahidin, Murad Orduxanovun ifadəsindən asılı olmasını düzgün hesab etməyib. Bir sübutedilmə vasitəsi ilə sübut edilməli olan məsələnin başqa bir sübutedilmə vasitəsi ilə sübut edilməsi prosessual qanunvericliklə qadağandır. Azərexpressin verdiyi poçt qəbzlərini Murad Orduxanovun və ya hansısa bir işçinin ardıcıllığı səhv salmağı ilə əlaqələndirə bilməz. Ona görə də, Murad Orduxanovun şahid qismində dindirilməsinə zərurət görməyib. İddiaçının işə gəlmədiyi günlər üzürsüz olub, bülletendə olmayıb. O, sadəcə Emil Ağarzayevlə danışıb, Emil Ağarzayevin rəhbərlikdən icazə almadan qanunsuz danışıqlar aparmasına görə Cavabdeh MMC-nin rəhbərliyinə təqdimat verib, araşdırma aparılıb, Emil Ağarzayev intizam məsuliyətinə cəlb olunub. O, Emil Ağarzayevlə də şəxsən danışıb, iddiaçının problemli işçi olduğunu, şirkəti dəfələrlə təhdid etdiyini, şantaj vasitəsi ilə şirkətdə qaldığını və əmək haqqı əldə etməyə çalışdığını bildirib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı əmək fəaliyyətinə xx.xx.1999-cu ildən başlamışdır. O, xx.xx.2018-ci ildə Cavabdeh MMC-də baş direktor köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci ildə cəmiyyətin İnzibati təsərrüfat departamentinin Rəhbərlik ofis sahəsinə asistant vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci ildə cəmiyyətin İnsan resursları X3 idarəolunması departamentinə mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü ildə 552/K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72a-xəbərsiz işə gəlməmə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 552/K saylı əmək müqaviləsinin ləvğ edilməsi barədə əmrinin surətindən görünür ki, X25 Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İnsan Resursları X3n idarəolunması Departamentində mütəxəssis vəzifəsində çalışan isçi X16 xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində işəgötürənə (birbaşa rəhbərinə) qabaqcadan xəbər vermədən, müvafiq icazə almadan və qanunvericiliklə nəzərdə tutulmuş hər hansı üzrlü səbəb bildirmədən bütün iş günü ərzində işə gəlməmişdir. İşçi İddiaçı işə gəlmədiyi müddət ərzində əmək funksiyaları digər işçilər tərəfindən yerinə yetirilməyə çalışılmış, bu da X11ması sahəsində bir işçiyə düşən iş yükünün artmasına və işlərin ləngiməsinə səbəb olmuş, nəticədə X4 Departamentində normal iş ahəngi pozulmuşdur. Məsələ ilə bağlı işçi İddiaçı ünvanına xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildirişlər göndərilmiş, işə gəlməsi və ya gəlməmə səbəbi barədə məlumat verilməsini xahiş edilmişdir. Lakin işçi üzrlü səbəblər barədə məlumat vermədən işə gəlməməkdə davam etmişdir. Bununla da belə işçi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərində, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində müəyyənləşdirilmiş əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Aparılan intizam icraatı çərçivəsində yazılı izahat vermək üçün işçi İddiaçı ünvanına bildiriş göndərilsə də, işçi izahat verməkdən imtina etmişdir. İşçi İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə) işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixindən etibarən ləğv edilməsi və işçi həmin tarixdən etibarən işdən çıxarılması, cəmiyyətin Maliyyə Departamentinə işçi tərəfindən xx.xx.2024-cü il tarixədək istifadə olunmamış 5.25 təqvim günü müddətində ona məzuniyyət üçün kompensasiya qismində son haqq-hesab ödənişinin ödənməsinin tapşırılması, bu Əmrin icrasıyla əlaqədar əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş növbəti digər prosessual hərəkətlərin həyata keçirilməsinin Cəmiyyətin insan Resursları Direktorluğuna həvalə edilməsi əmr edilmişdir. - Cavabdeh MMC tərəfindən cəmiyyəti X14 sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Cəmiyyətin İnsan Resursları X3 idarəolunması Departamentində mütəxəssis vəzifəsində çalışan işçi İddiaçı əmək müqaviləsinə işəgötürən Cavabdeh MMC tərəfindən AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozması səbəbi ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə yazılı razılıq verilməsi xahiş edilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı üzrlü səbəb olmadan işə gəlməməsi barədə ofisə yaxınlaşaraq yazılı izahat verməyi və ya yazılı izahatını poçt vasitəsi ilə göndərilməsi xahiş edilmişdir, əks təqdirdə bu yazılı izahat verməkdən imtina kimi qiymətləndiriləcək və onun barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş intizam tədbirləri həyata keçiriləcəkdir. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, ondan işə gəlməyi və ya işə gələ bilməməyinin qanunvericiliklə nəzərdə tutilmuş üzrlü səbəbləri və təsdiqedici sənədləri ən geci 2 iş günü ərzində cəmiyyətə yazılı məlumat verilməsi xahiş edilmiş, əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. - AzəriExsperess tərəfindən təqdim edilmiş A628176, A628179, A628178, A628175 nömrəli qaimərin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış (ünvan 7 edilib. - “Azərsun Holdinq MMC-nin İnsan Resursları X3n idarəolunması Departamentin müdiri Emil Ağarzayev, İnsan Resursları X3 idarəolunması Departamentinin aparıcı mütəxəssisi vəzifəsində işləyən Abbas Məmmədov və İnsan Resursları X3 idarəolunması Departamentinin baş mütəxəssisi vəzifəsində işləyən Aysel Baxşəliyeva tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, cəmiyyətin İnsan Resursları X3 idarəolunması Departamentində mütəxəssis vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində işəgötürənə qabaqcadan xəbər vermədən və icazə almadan hər hansı üzrsüz səbəb olmadan işə gəlməmişdir. Şəxsin işə gəlməməsi nəticəsində onunla hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Şəxsin üzrsüz səbəbdən işə gəlməməsi nəticəsində işin icrasında ləngimələr yaranmış, bu da normal iş ahənginin pozulmasına səbəb olmuşdur. - Cavabdeh MMC-nin İnsan Resursları X3n idarəolunması Departamentin müdiri Emil Ağarzayev, İnsan Resursları X3 idarəolunması Departamentinin aparıcı mütəxəssisi vəzifəsində işləyən Abbas Məmmədov və İnsan Resursları X3 idarəolunması Departamentinin baş mütəxəssisi vəzifəsində işləyən Aysel Baxşəliyeva Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, cəmiyyətin İnsan Resursları X3 idarəolunması Departamentində mütəxəssis vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 (bir) iş həftəsi ərzində işəgötürənə qabaqcadan xəbər vermədən və icazə almadan hər hansı üzrsüz səbəb olmadan işə gəlməmişdir. Şəxsin işə gəlməməsi nəticəsində onunla hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Şəxsin üzrsüz səbəbdən işə gəlməməsi nəticəsində işin icrasında ləngimələr yaranmış, bu da normal iş ahənginin pozulmasına səbəb olmuşdur. - Cavabdeh MMC-nin İnsan Resursları X3n idarəolunması Departamentin müdiri Emil Ağarzayev, İnsan Resursları X3 idarəolunması Departamentinin aparıcı mütəxəssisi vəzifəsində işləyən Abbas Məmmədov və İnsan Resursları X3 idarəolunması Departamentinin baş mütəxəssisi vəzifəsində işləyən Aysel Baxşəliyeva Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, cəmiyyətin İnsan Resursları X3 idarəolunması Departamentində mütəxəssis vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixində işəgötürənə qabaqcadan xəbər vermədən və icazə almadan hər hansı üzrsüz səbəb olmadan işə gəlməmişdir. Şəxsin işə gəlməməsi nəticəsində onunla hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Şəxsin üzrsüz səbəbdən işə gəlməməsi nəticəsində işin icrasında ləngimələr yaranmış, bu da normal iş ahənginin pozulmasına səbəb olmuşdur. - Cavabdeh MMC-nin İnsan Resursları X3n idarəolunması Departamentin müdiri Emil Ağarzayev, İnsan Resursları X3 idarəolunması Departamentinin kiçik mütəxəssisi vəzifəsində işləyən Şahin Əsədzadə və İnsan Resursları X3 idarəolunması Departamentinin baş mütəxəssisi vəzifəsində işləyən Aysel Baxşəliyeva Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, cəmiyyətin İnsan Resursları X3 idarəolunması Departamentində mütəxəssis vəzifəsində çalışan İddiaçı 01,07.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 (bir) iş həftəsi ərzində işəgötürənə qabaqcadan xəbər vermədən, icazə almadan və hər hansı üzrsüz səbəb olmadan işə gəlməmişdir. Şəxsin işə gəlməməsi nəticəsində onunla hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Şəxsin üzrsüz səbəbdən işə gəlməməsi nəticəsində işin icrasında ləngimələr yaranmış, bu da normal iş ahənginin pozulmasına səbəb olmuşdur. - Cavabdeh MMC-nin İnsan Resursları X3n idarəolunması Departamentin müdiri Emil Ağarzayev, İnsan Resursları X3 idarəolunması Departamentinin kiçik mütəxəssisi vəzifəsində işləyən Şahin Əsədzadə və İnsan Resursları X3 idarəolunması Departamentinin baş mütəxəssisi vəzifəsində işləyən Aysel Baxşəliyeva Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, cəmiyyətin İnsan Resursları X3 idarəolunması Departamentində mütəxəssis vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 (bir) iş həftəsi ərzində işəgötürənə qabaqcadan xəbər vennədən, icazə almadan və hər hansı üzrsüz səbəb olmadan işə gəlməmişdir. Şəxsin işə gəlməməsi nəticəsində onunla hər hansı formada əlaqə saxlamaq mümkün olmamışdır. Şəxsin üzrsüz səbəbdən işə gəlməməsi nəticəsində işin icrasında ləngimələr yaranmış, bu da normal iş ahənginin pozulmasına səbəb olmuşdur. - 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-17-7/2-B-45623/2024 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyi olan şəxs X10 qulluğa görə 100 manat Prezident təqaüdü alır. Təyinatın bitmə tarixi: müddətsiz. - Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 03/M saylı əmrindən görünür ki, İnsan Resursları X3n idarəolunması Departamentində mütəxəssis vəzifəsində işləyən İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərindən 3 gün müddətinə əsas məzuniyyətdə olub. İşə başlama vaxtı xx.xx.2024. - Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 060/M saylı əmrindən görünür ki, İnsan Resursları X3n idarəolunması Departamentində mütəxəssis vəzifəsində işləyən İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərindən 15 gün müddətinə əsas məzuniyyətdə olub. İşə başlama vaxtı xx.xx.2024. - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 0214/M saylı əmrindən görünür ki, İnsan Resursları X3n idarəolunması Departamentində mütəxəssis vəzifəsində işləyən İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərindən 4 gün müddətinə əsas məzuniyyətdə olub. İşə başlama vaxtı xx.xx.2024. - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 0323/M saylı əmrindən görünür ki, İnsan Resursları X3n idarəolunması Departamentində mütəxəssis vəzifəsində işləyən İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərindən 2 gün müddətinə əsas məzuniyyətdə olub. İşə başlama vaxtı xx.xx.2024. - Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 247-1/M saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək götürdüyü 21 (iyirmi bir) günlük əmək məzuniyyəti dövründə xx.xx.2024-cü il tarixindən- xx.xx.2024-cü il tarixədək əmək qabiliyyəti olmaması vərəqəsi təqdim etdiyi üçün AR Əmək Məcəlləsinin 137-ci maddəsinin 3-cü bəndinə əsasən, istifadə olunmamış 12 (on iki) məzuniyyət gününə düşən məzuniyyət pulunun məbləğinin geri tutulmaması və məzuniyyətin istifadə edilməmiş günləri xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənişli olmayan əmək məzuniyyəti kimi istifadə edilməsi nəzərə alınması əmr edilmişdir. - SN 00008 № ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək işdən azad edilmişdir, işə başlama tarixi xx.xx.2024-cü ildir. - SN 00006 № 916890 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək işdən azad edilmişdir, işə başlama tarixi xx.xx.2024-cü ildir. - SN 00008 № ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək işdən azad edilmişdir, işə başlama tarixi xx.xx.2024-cü ildir. - Cavabdeh MMC tərəfindən təqdim edilmiş “Çıkış hareketleri X31” haqqında çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixdə əsas əmək məzuniyyətində və xəstəlik icazəsi olduğundan işə gəlməmiş, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində xəbərsiz işə gəlməmiş, xx.xx.2024xx.xx.2024-cü ildə ödənişli xəstəlik icazəsində olmuşdur. - Məhkəməyə Cavabdeh MMC tərəfindən 2022-2023-ci illərin bütün ayları üzrə, 2024-cü ilin yanvar-iyul aylları üzrə İddiaçı iş vaxtının istifadəsi cədvələrindən çıxarışlar təqdim edilmişdir. - Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/13/2024-01248 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - Məhkəməyə iddiaçı tərəfindən səs yazılarının qeyd edildiyi 1 ədəd disk təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh MMC-də baş direktor köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci ildə cəmiyyətin İnzibati təsərrüfat departamentinin Rəhbərlik ofis sahəsinə asistant vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci ildə cəmiyyətin İnsan resursları X3 idarəolunması departamentinə mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü ildə 552/K saylı əmrə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə) işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixindən etibarən ləğv edilməsi və işçi həmin tarixdən etibarən işdən çıxarılması əmr edilmişdir. Hazırda iddiaçı həmin əmri mübahisələndirir və həmin iddiadan irəli gələn digər tələblərlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin “ç” maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllinin 72-ci maddəsində isə hansı konkret hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (a) bəndinin tələbinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir bə ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi anlaşılır. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas yaradır. Qeyd olunan maddədə isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbeh növünü tətbiq edə bilər.Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 552/K saylı əmrə əsasən cəmiyyətinin İnsan Resursları X3n idarəolunması Departamentində mütəxəssis vəzifəsində çalışan isçi İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində işəgötürənə (birbaşa rəhbərinə) qabaqcadan xəbər vermədən, müvafiq icazə almadan və qanunvericiliklə nəzərdə tutulmuş hər hansı üzrlü səbəb bildirmədən bütün iş günü ərzində işə gəlməmişdir. İşçi İddiaçı işə gəlmədiyi müddət ərzində əmək funksiyaları digər işçilər tərəfindən yerinə yetirilməyə çalışılmış, bu da X11ması sahəsində bir işçiyə düşən iş yükünün artmasına və işlərin ləngiməsinə səbəb olmuş, nəticədə X4 Departamentində normal iş ahəngi pozulmuşdur. Məsələ ilə bağlı işçi İddiaçı ünvanına xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildirişlər göndərilmiş, işə gəlməsi və ya gəlməmə səbəbi barədə məlumat verilməsini xahiş edilmişdir. Lakin işçi üzrlü səbəblər barədə məlumat vermədən işə gəlməməkdə davam etmişdir. Bununla da belə işçi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərində, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində müəyyənləşdirilmiş əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Aparılan intizam icraatı çərçivəsində yazılı izahat vermək üçün işçi İddiaçı ünvanına bildiriş göndərilsə də, işçi izahat verməkdən imtina etmişdir. İşçi İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə) işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixindən etibarən ləğv edilib. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq cəmiyyətin Həmkarlar İttifaqının Komitəsinə müvafiq təqdimatla müraciət edilib, zəruri sənədlərin təqdim edilməsi təmin edilib. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsi məsələsi Həmkarlar İttifaqının Komitəsinin Ümumi Yığıncağında xx.xx.2024-cü ildə müzakirə olunub və müvafiq razılıq verilib. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 2022-ci ilin sentyabr ayından 2023cü ilin dekabr ayına kimi iddiaçı distansion rejimdə işlədiyini, xx.xx.2024-cü il tarixdən əmək qabiliyyətinin olmaması və əsas əmək məzuniyyəti ilə əlaqədar olaraq işə gəlmədiyini, bundan sonra işə çıxması barədə işəgötürənə müraciət etdiniyini qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləninə əsasən:

2. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

8. İş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. Belə ki, iddiaçı xx.xx.2018-ci ildə Cavabdeh MMC-də baş direktor köməkçisi vəzifəsinə qəbul edildiyini, xx.xx.2022-ci ildə cəmiyyətin İnzibati təsərrüfat departamentinin rəhbərlik ofis sahəsinə asistant vəzifəsinə keçirildiyini, 2024-cü ilin sentyabr ayından distant rejimdə işlədiyini qeyd etsə də, məhkəməyə tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi, iddiaçının işləri yerinə yetirdiyi yerin dəyişdirilməsini, distant rejimdə işlədiyi təqdirdə gördüyü, yerinə yetirdiyi işlərə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Qeyd edilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı 2024-cü il üzrə xx.xx.2024-xx.xx.2024-cü illərdə əsas əmək məzuniyyətində, xx.xx.2024-xx.xx.2024-cü illərdə xəstəlik icazəsində, xx.xx.2024xx.xx.2024-cü illərdə əmək məzuniyyətində, xx.xx.2024-xx.xx.2024-cü illərdə xəstəlik icazəsində, xx.xx.2024-xx.xx.2024-cü illərdə əsas əmək məzuniyyətində, xx.xx.2024xx.xx.2024-cü illərdə xəstəlik icazəsində, xx.xx.2024-xx.xx.2024-cu illərdə əsas əmək məzuniyyətində, xx.xx.2024-xx.xx.2024-cü illərdə xəstəlik icazəsində olmuşdur. Həmçinin, iddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində işə gəlməmişdir. Həmin müddət ərzində xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə iddiaçıya cavabdeh tərəfindən məktub ünvanlanaraq, üzürlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsi barədə izahat verməsi xahiş olunmuş, əks təqdirdə zəruri tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. Lakin iddiaçı qeyd edilən göndərişləri qəbul etməkdən imtina etmişdir. İddiaçı tərəf göndərişlərin çatdırılmadığını, həmin göndərişlərin saxta olduğunu, qəbzlərin tarixlərinə uyğun olaraq nömrə ardıcıllıqlarının pozulduğunu qeyd etsə də, həmin hallar öz təqsidini tapmamışdır. Belə ki, cavabdeh müvafiq məktubların ünvanı üzrə iddiaçıya çatdırılması üçün "xxxx" MMC-nin xidmətlərindən istifadə etmiş, poçt göndərişlərinin çatdırılması, iddiaçı tərəfindən imtina edilməsi barədə məhkəməyə qaimələr, çıxarışlar təqdim edilmişdir. Həmin sənədlərin mötəbər hesab edilməməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, İddiaçı mübahisələndirilən əmrin qəbul ediməsi üçün əsas olmuş halların əsassız və mövcud olmamasına, 2022-ci ilin sentyabr ayından distant rejimdə işləməsinə, işə gəlməməsi üçün əsas olmuş hallar (əsas əmək məzuniyyəti və əmək qabiliyyətinin müvəqqəti itirilməsi) aradan qalxdıqdan sonra işə gəlməsi, işə çıxmasına cavabdeh tərəfindən maneələr yaradılmasına və ya cavabdehlə arasında hər hansı başqa bir razılıq əldə edilməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı əsaslı sübut təqdim etməmiş, iddia ərizəsində və əlavədə qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəməyə iddia tərəfindən ona məxsus elektron poçt ünvanından mailto:bahadur.memmedov@azersun.comElektron ünvan 1, mailto:emil.agarzayev@azersun.comElektron ünvan 3, mailto:fatih.islamoglu@azersun.comElektron ünvan 4 adlı poçt ünvanlarına göndərilmiş məktublar və Şahin adlı şəxslə aralarında olan yazışmaların (“Whatsapp” adlı proqramda) surətləri təqdim edilmişdir. Belə ki, Şahin adlı şəxslə edilən söhbət əmək qabiliyyətinin olmaması vərəqəsi (bülleten) və əmək haqqı ilə bağlı, elektron poçt ünvanlarına göndərilən müraicətlər isə 2023-cü ildə və 2024-cü idə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra ünvanlanmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş səs yazısında isə Emil Ağarzayev ilə iddia arasında olan söhbət əks olunmuşdur. Həmin səs yazılarına əsasən Emil Ağarzayev tərəfindən iddiaçıya rəhbərlik tərəfindən edilən təklif haqqında məlumat verilmiş, iddiaçı isə bununla razılaşmamışdır. Məhkəmə araşdırması zamanı məlumat olmuşdur ki, cavabdeh tərəfindən Emil Ağarzayev barəsində araşdırma aparılmış və sonuncu izahatında rəhbərliyin icazəsi olmadan iddiaçı ilə görüş zamanı ona təkliflər etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Bunda başqa, məhkəmə iclasında iddiaçının öhdəsində 1-ci qrup əlil atası X1 onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən xitam verilməsinə yol verilmədiyi qeyd edilmişdir. Buna baxmayaraq iddiaçının nümayəndəsi və vəkili hazırkı iddianın həmin əsasla mübahisələndirmədiyini vurğulamışdır. Məhkəmə bununla yanaşı qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 71-ci bəndində qeyd edilib ki, “Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Baxılan iş üzrə isə iddiaçının iş yerində qanunla qadağan olunan hallara yol verməsinin (26 halda ona müraciət edən şəxslərin etibarından suiistifadə etməklə aldatma yolu ilə cəmi 1300 manat məbləğində pulun ələ keçirilməsi), əlilliyi müəyyən edilmişailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Hazırda işdə isə iddiaçının əmrdə göstərilən tarixlərdə işə gəlməməsi ilə iddiaçının öhdəsində 1-ci qrup əlil atası olması arasında səbəbli əlaqə (ona qulluq etməsi, müəyyən ehtiyaclarının qarşılanması və s.) müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işəgötürən işçi (iddiaçı) ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin özündə ehtiva etdiyi yuxarıda göstərilən qanunvericiliyin müəyyən etdiyi qaydalara riayət etmiş və işəgötürən tərəfindən Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edilərkən bu Məcəllənin 71, 80, 84, 187 və 189-cu maddəsinin tələblərinə ciddi əməl edildiyindən, həmçinin iddiaçı barəsində görülən tədbirlər və qəbul edilmiş əmrin ləğv edilməsi üçün əsasların olmaması iddia tələbinin rədd edilməsinə əsasdır. Çünki işəgötürən tərəfindən iddiaçının konkret hansı öhdəliklərini yerinə yetirməməsi müəyyən edilmiş və bu lazımi sənədlərlə təsdiq olunmuşdur. Bu səbəbdən iddiaçı tələbi “Cavabdeh MMC-nin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 552/K nömrəli əmrinin ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Həmçinin “iddiaçının əvvəlki işinə, cəmiyyətinin İnsan Resursları X3n idarəolunması Departamentində mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona işdən çıxarıldığı tarixdən etibarən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının cavabdeh tərəfindən ödənilməsi” tələbi, ilkin tələbdən törəmə tələb olduğundan və ilkin hissədə iddia təmin edilmədiyindən digər hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü madəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri (mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat, hüquqi yardıma görə ödənilmiş 320 manat) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar