Məhkəmə qərarları › İş №e-2(007)-3140/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3140/2022

26.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3140/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “torpaq sahəsindən istifadəyə görə bir dəfəlik kompensasiyanın verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “torpaq sahəsindən istifadəyə görə bir dəfəlik kompensasiyanın verilməsi” tələbinə dair iddia ərizə məhkəməyə daxil olmuşdur. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin iddiaçılara cavabdehin hüquqi ünvanının olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Göründüyü kimi, qanunverici hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. Həmçinin iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsində dairəsi müəyyən edilmiş hallar da aşkar olunmamışdır. Belə olan halda, hesab edirəm ki, iddia ərizəsi aidiyyət qaydalarına əməl edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hüquqi şəxsinin (VÖEN:**********) hüquqi ünvanı AZ1029, ünvan 1 kimi, iddiaçılar cavabdehin hüquqi ünvanı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “torpaq sahəsindən istifadəyə görə bir dəfəlik kompensasiyanın verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçılara izah edilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir (“X1” ödəniş sistemi, "xxxx" ASC Yevlax şəhər filialı, VÖEN: **********, büdcə təsnifat kodu: 14221301, büdcə səviyyəsi kodu: 1, qəbzin nömrəsi: 940572465, xəzinə hesabı: AZ69CTRE********************, tarix: xx.xx.2022, saat: 11:53:10). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “torpaq sahəsindən istifadəyə görə bir dəfəlik kompensasiyanın verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı2 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (“X1” ödəniş sistemi, "xxxx" ASC Yevlax şəhər filialı, VÖEN: **********, büdcə təsnifat kodu: 14221301, büdcə səviyyəsi kodu: 1, qəbzin nömrəsi: 940572465, xəzinə hesabı: AZ69CTRE********************, tarix: xx.xx.2022, saat: 11:53:10)dövlət büdcəsindən qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar