Məhkəmə qərarları › İş №e-2(007)-3249/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3249/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3249/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "Bank Respublika” ASC-nin cavabdeh X1rşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- "Bank Respublika” ASC. Cavabdeh- X4. Tərəflər arasında bağlanmış müqavilə- xx.xx.2015-ci il tarixli müqavilə. Müqavilənin predmeti- kompleks bank xidməti müqaviləsi. Tələb olunan məbləğ- 337,54 manat əsas, 247,68 manat faiz borcu olmaqla, cəmi 585,22 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: müqavilə, arayış, çıxarış, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 135.1, 135.2, 439.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələri. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdeh xx.xx.2022-ci il tarixdə aparılan əməliyyatlar nəticəsində 337,54 AZN məbləğində texniki overdraft yaranmışdır. Cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti məxaric edərək və məxaric etdiyi pulu geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 3.4.5-ci bəndinə əsasən texniki overdrafta görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddiaçı əsassız varlanma qaydaların uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. X2 337,54 manat əsas, 247,68 manat faiz borcu olmaqla, cəmi 585,22 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar