Məhkəmə qərarları › İş №e-2(007)-3300/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3300/2025

23.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3300/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün orta aylıq əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün orta aylıq əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən verilmiş onunla bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv olunması, onun işlədiyi “İqtisadiyyat və uçot departamentinin rəisi” vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, eləcə də hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı və 50 manat mediasiya xərclərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 02 aprel 2025-ci il tarixindən Cavabdeh QSC-də (bundan sonra cavabdeh və ya QSC) İqtisadiyyat və uçot departamentinin rəisi vəzifəsində 1 illik əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. O, uzun illər (17 ildən artıq) maliyyə və audit sahəsində peşəkar təcrübəyə malik olmaqla yanaşı, rəhbər vəzifələrdə də çalışmış, maliyyə intizamının təmin olunmasında və iri həcmli dövriyyəsi olan şirkətlərin idarə edilməsində öz səriştəsini sübut etmişdir. İşə başladıqdan qısa müddət sonra QSC-nin əvvəlki baş direktoru dövlət vəzifəsinə təyin olunaraq işdən ayrılmış, onun yerinə yeni rəhbər təyin olunmuşdur. Yeni baş direktor təyin edildikdən bir müddət sonra onun tərəfindən verilən bir sıra tapşırıq və göstərişlərin əsasnamə və vəzifə funksiyalarına zidd olduğu, bəzi hallarda isə qanunvericiliyə uyğun olmadığı səbəbindən, maliyyə sahəsinə cavabdeh şəxs kimi, bu hallara yazılı və şifahi şəkildə etiraz etmiş və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin rəhbəri olduğu departament üzrə onunla heç bir müzakirə aparılmadan və əsaslandırma təqdim edilmədən 3 əməkdaşın ixtisar siyahısına salınmasına qarşı rəy bildirmişdir. Bu və digər iradlarından sonra QSC rəhbərliyi tərəfindən onun çalışdığı vəzifənin guya struktur dəyişikliyi nəticəsində ixtisara salınacağı bildirilmiş və xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xx.xx.2025 tarixindən etibarən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştatın ixtisarı) əsasən xitam veriləcəyi barədə rəsmi bildiriş təqdim edilmişdir. Belə bir mütəxəssisin fəaliyyəti hər bir iri müəssisə üçün vacibdir, çünki maliyyə nizamintizamının, şəffaf uçotun və düzgün idarəetmənin olmaması müəssisənin gələcək fəaliyyətini ciddi risklər qarşısında qoyur. Buna görə də onun ixtisarı həm qanuna, həm də iqtisadi məntiqliliyə zidd olmuşdur. Hal-hazırda isə bu ştatın ixtisar olunması yalnız müəssisənin əsl niyyətini pərdələmək məqsədi daşıyıb, işçinin işdən uzaqlaşdırılmasına nail olmağa hesablanmış addımdır. Çünki müəssisənin fəaliyyət göstərdiyi sahə və dövriyyəsi maliyyə direktorunun olmasını səciyyələndirir və bu ştatın ləğv olunması faktiki olaraq müəssisənin fəaliyyətinin dayandırması ilə birbaşa əlaqədədir. Ona görə də müəssisə fəaliyyət göstərdiyi halda bu ştatın ixtisarı yalnız ona görə aparılır ki, qeyd olunan işçi ilə bağlanmış əmək müqaviləsi 1 bir il müddətinə olduğu üçün əmək müqaviləsinə müddət başa çatmamış başqa əsasla xitam vermək mümkün deyildir. Cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq bildirişində qanunvericiliyə zidd olaraq ştat ixtisarının hansı zərurətdən yarandığı əsaslandırılmamış, müvafiq ştat üzrə əmək funksiyalarının necə həyata keçiriləcəyi göstərilməmişdir Onu vəzifəsi formal olaraq ixtisara salınsa da, faktiki olaraq həmin vəzifənin funksiyaları saxlanılmış, yalnız başqa şəxsə həvalə edilmişdir. Müəssisənin daxili məktubu təsdiq edir ki, maliyyə departamentinin rəhbərlik funksiyaları başqa işçiyə müvəqqəti icraçı qismində tapşırılmışdır. Əgər real ixtisar baş vermiş olsa idi, həmin funksiyalar ləğv edilməli idi. Bu fakt göstərir ki, ixtisar yalnız formal xarakter daşımış, əslində isə onun əmək müqaviləsinə əsassız xitam verilməsi üçün bəhanə kimi istifadə edilmişdir. Ştat ixtisarının əsassız olması ilə birlikdə, ümumilikdə onun işdən çıxarılması qanunsuz və əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, onun peşəkarlıq səviyyəsi yerinə təyin olunan işçidən aşağı deyil ki, yuxarıdır. Belə ki, o, 17 ildən artıq əmək stajına malikdir, 8 ildən artıq isə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışmış, bu sahədə müxtəlif sertifikatlara malik olmuşdur. Bundan əlavə, ixtisar tədbirinin əsaslandırılması üçün şirkətin maliyyə çətinliklərinin də olması zəruri idi ki, maliyyə direktoru olaraq o bildirir ki, müəssisənin maliyyə göstəriciləri sübut edir ki, şirkətin gəlirliliyində azalma deyil, əksinə artım müşahidə olunmuşdur. Belə şəraitdə maliyyə rəhbərinin ixtisarı əsassızdır. Əksinə, iri həcmli dövriyyəsi olan şirkətlərin fəaliyyətində maliyyə departamentinin rəhbərinin rolu daha da əhəmiyyətlidir. Bu vəzifənin ixtisarı müəssisənin maliyyə intizamını və şəffaf idarəçiliyini risk altına qoyur. Ona görə də bu addım nə iqtisadi məntiqlə, nə də idarəetmə praktikası ilə izah oluna bilər. Eyni zamanda, SOCAR Prezidentinin 24 dekabr 2024-cü il tarixli №669/2024 saylı əmrinə görə, törəmə müəssisələrdə maliyyə rəhbərlərinin işdən çıxarılması yalnız Baş ofisin razılığı ilə mümkündür. Onun işdən çıxarılması bu normativ tələbin də pozulması ilə həyata keçirilmişdir. Belə ki, xəbərdarlıq bildirişində bu barədə hər hansısa qeyd mövcud deyildir. O, “Mediasiya haqqında” AR Qanununa əsasən mediasiya üçün müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya prosesində iştirak etməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti və xx.xx.2026-cı il tarixli iclasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbinə qarşı etiraz: Cavabdeh QSC xx.xx.2026-cı il tarixdə elektron qaydada iddia tələbinə etiraz verərək bildirmişdir ki, Cəmiyyətin Direktorlar Şurasının xx.xx.2025-ci il tarixli protokolu ilə Cəmiyyətin yeni strukturu və ştat cədvəli təsdiq edilmişdir. Bu protokolun əsasında Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixdə Cəmiyyətdə restrukturizasiyanın aparılması, istehsalın və idarəçiliyin təkmilləşdirilməsi, işin düzgün təşkil edilməsi, gələcək inkişafın təmin edilməsi, risklərin və artıq məsrəflərin qarşısının alınması məqsədilə işçilərin sayının və ya ştatlarının ixtisarı barədə 308 saylı əmr verilmişdir. Bu struktur dəyişikliklər nəticəsində İqtisadiyat və uçot departamenti ləğv edilmiş, əvəzində Maliyyə departamenti yaradılmışdır. Bundan əlavə iddiaçının rəisi olduğu Departamentin 3 nəfər işçisinin ixtisar siyahısına salınmasına irad bildirməsi hissəsində onun irad bildirməsinə dair heç bir mötəbər sübutu yoxdur və bu səbəbdən də məhkəməyə bununla bağlı sübut təqdim edə bilməmişdir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinin tələblərinin pozulmasına dair iddiaçının dəlilləri əsassızdır. Belə ki, mübahisəli ştatın ixtisarı Cəmiyyətin Direktorlar Şurasının xx.xx.2025-ci il tarixli protokolu və Cəmiyyətin xx.xx.2025-ci il tarixli, 308 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Bunların əsasında xx.xx.2025-ci il tarixdə iddiaçının əmək müqaviləsinə 138/K nömrəli əmrlə xitam verilmişdir. Ştat ixtisarının hansı zərurətdən edilməsinin xəbərdarlıq bildirişində əsaslandırılmamasına dair iddiaçının dəlilinə gəldikdə isə Əmək Məcəlləsinin 77-ci maddəsi işçilərə ixtisarla bağlı bildirişin verilməsini tələb etdiyi halda maddə bildirişin hansı formada (məzmunda) olmasını müəyyən etmir. Eyni zamanda maddədə ixtisar qərarının səbəbinin əsaslandırılması tələbi də yoxdur. Bildirişdə Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə uyğun olaraq, iş stajı nəzərə alınmaqla işdən çıxarılma tarixi, iş axtarmaq hüququnun olduğunu, işdən çıxma haqqının ödənilməsi, iddiaçının razılığı ilə xəbərdarlıq müddətinin pul kompensasiyası ilə əvəz etmək imkanı və s. qeyd olunmuşdur. Ekolun strukturunda ixtisar edilməsi nəzərdə tutulmuş İqtisadiyyat və uçot departamentinin rəisi vəzifəsi yeganədir, bu vəzifədə çalışan işçi, yəni iddiaçı da yeganədir. Buna görə, bu vəziyyətdə ixtisar olunan işçinin üstünlük hüququnu tənzimləyən bu maddə tətbiq edilə bilməz. Əmək Məcəlləsinin 78.2-ci maddəsi işçilərin peşələri və ya peşəkarlıq səviyyələri eyni olduğu halda iki və daha çox 16 yaşına çatmamış uşaqları olan işçiyə üstünlük verir. İddiaçının peşəkarlıq səviyyəsinə gəldikdə isə onun əmək kitabçasındakı qeydlərə əsasən, o, 16 illik əmək fəaliyyəti dövründə hər birində maksimum 1-2 il olmaqla 9 müəssisədə işləmişdir. Yalnız sonuncu iş yerində (Cəmiyyətə qədər olan) 3 il əmək fəaliyyətini davam etdirə bilmişdir. Sual yaranır: Peşəkarlıq səviyyəsi yüksək olan, maliyyə və audit sahəsində peşəkar təcrübəsi olan, özünün qeyd etdiyi kimi "iri həcmli dövriyyəsi olan şirkətlərin idarə edilməsində öz səriştəsini sübut etmiş" işçini görəsən niyə onun işlədiyi müəssisələrdən heç birisi onunla əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmamışdır? Hesab edirlər ki, iddiaçının ştatın ixtisarı ilə əlaqədar işdən çıxarılması istər hüquqi, istərsə də iqtisadi cəhətdən Cəmiyyətə heç bir ziyan vurmamışdır. SOCAR-ın xx.xx.2024-cü il tarixli əmrinin “Vəzifəyə təyin edilməsi, başqa işə keçirilməsi, intizam məsuliyyətinə cəlb olunması və vəzifədən azad edilməsi SOCAR-ın Baş ofisi ilə razılaşdırılan vəzifələrin Siyahısı və razılaşdırma proseduru” 2 N-li Əlavəsinin 4-cü bəndinə görə SOCAR-ın Qrup müəssisələrin rəhbər müavinlərinin (direktor müavini, maliyyə direktoru, əməliyyatlar üzrə direktor, İnsan resursları üzrə direktor və digər bu kategoriyadan olan vəzifələr) vəzifəyə təyin edilməsi, başqa işə keçirilməsi, intizam məsuliyyətinə cəlb olunması və vəzifədən azad edilməsi SOCAR-ın Baş ofisi ilə razılaşdırılmalıdır (İddiaçı Cəmiyyətin İqtisadiyyat və Uçot Departamentinin rəisi vəzifəsində çalışmışdır). Bütün bu qeyd olunanlardan əlavə İddiaçı bu iddia tələbi formal xarakter daşıyır. Belə ki, o, hal-hazırda əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan X9 Tikinti və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışır. Ona görə də mərhəmət hissi yaratmaq üçün üç övlad atası olduğunu qeyd edən iddaçının dolanması ilə bağlı minimum əmək haqqından məhrum olması dəlilinin heç bir əsası yoxdur. Bununla yanaşı onun bərpa edilməsini tələb etdiyi "İqtisadiyyat və Uçot" Departamentinin rəisi vəzifəsi ixtisar olunduğundan artıq həmin ştat Cəmiyyətin ştat cədvəlində mövcud deyil. Yəni onun qeyd olunan vəzifəyə bərpa olunması mümkün deyil. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin əsassız olması səbəbi ilə iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iş təcrübəsi üzrə nüfuzlu şirkətlərdə çalışmış, "xxxx" MMC, "xxxx" QSC, "xxxx" ASC, “Sinerji Group MMC və s. müəssilərdə çalışmış, "xxxx" QSC-də 3 il daxili nəzarət şöbəsinin rəhbəri, daha sonra maliyyə rəhbəri olmuşdur. Karyerasında dəyişikliklər etmişdir. Buranın rəhbəri baş direktor Rəşad Mustafayev olan zaman onunla iş görüşməsi etmiş, təkliflər edilmiş, o da “Socar”a keçmək qərarına gəlmişdir. Cavabdeh şirkətə keçəndən 17-18 gün sonra baş direktor vəzifəsində dəyişiklik edilmiş, onu işəgötürən rəhbər şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nazir müavini keçmişdir. Bunun onun üçün bir sıxıntısı olmamış, çünki işlədiyi yerlərdə sıxıntı olmamış, rəhbərlə münasibətlər normal olmuş, yeni rəhbərlə münasibətlərə professional yanaşmışdır. Əməkdaşlar qeyd edib ki, qeyri-professionallıq olmayıb, sadəcə müəyyən gedişatda o, yeni rəhbərə də bildirmişdir ki, maliyyə rəhbəri vacib vəzifədir, güvən məsələsi ilə bağlı sıxıntı varsa, onunla işləmək istəmirlərsə başdan bu barədə ona desinlər, o da işini bilsin çünki rəhbər vəzifəyə iş tapılması vaxt aparır. Sıxıntı yox idi, normal işlər gedirdi. Ondan şöbədə soruşdu ki, ixtisar olunsa filan işçiçmi azaldılmalıdır? O da əgər ixtisara gedirlərsə öz tərəfindən 2 nəfəri təklif etmişdir. Belə ki, onların şöbəsində maliyyə departamentində 17 nəfər əməkdaş var idi, maliyyə şöbəsinin səlahiyyəti geniş idi, maliyyə şöbəsinə aid olmayan işlər görülürdü, müəyyən gedişatdan sonra əlavə 2 nəfər də orataya çıxmış, 4 nəfər, daha sonra 5 nəfər olmuş, bununla bağlı onunla müzakirələr aparılmamışdır. O şəxslərin çıxarılması mənfi təsir göstərəcəkdir. Əmr gəlmiş, əmrə əsasən əmək haqqı və əlavələr var, ilkin olaraq qərar çıxırb ki, əlavələr ləğv edilsin, həmin əmrə HR departamentinin rəhbəri imza atmamış, çünki o bildirmişdir ki, həmin insanların razılığı olmalıdır, işçilər razı olmalıdır və o da imza atmamışdır. O, bundan xəbər tutanda rəhbərlə görüşmək istəyirdi, çünki bu işin məsuliyyəti onda olmuş, o da viza verməmişdir. Bu rəhbərin xoşuna gəlməmişdir. O, dəfələrlə görüşüb müzakirə etməsini, əsaslı səbəb gətirməsini, daxili nəzarət şöbəsindən bəlkə onun bilmədiyi məqamlar olmasını, işçilərin nöqsanının olmasını soruşmasını bildirmişdir. Çünki işçilərin maliyyə bacarığını, keyfiyyətini ondan başqa biri qeyd edə bilməz, maliyyəçi odur. Çıxarılan əməkdaşlardan eləsi var idi ki, 1 ay qabaq atası rəhmətə gedib, 2 uşağı vardır. Strukturda istənilən ad dəyişikliyini etmək mümkündür, onun əmri işə götürüləndə “SOCAR”-dan verilmişdir, çünki birbaşa direktor təyin edə bilmir. İşə qəbul sorğusunda valideynlərindən tutmuş tərcümeyihalına qədər hər şeyini götürmüşdülər. O, ixtisarla bağlı bildirişə imza çəkmişdir. Onların Departamentindən onunla birlikdə 5 nəfər çıxarılıb, sonra bərpa edilməyib, 2 nəfəri onunla razılaşdırmışdılar, 2 nəfərdən birini çıxardılar, birini çıxara bilmədilər, onunla birlikdə cəmi 4 nəfəri çıxarmışdırlar. Ona başqa iş təklif edilmədi, müşavir onu dəvət etdi ki, ixtisar və struktur dəyişikliyi olur, onun vəzifəsinə müavini qoyurlar. O da bildirmişdir ki, maliyyə funksiyasında ixtisar anlayışı ola bilməz, adını dəyişdirib başqa cür qoya bilərlər, ancaq funskiya olaraq maliyyə şöbəsi mövcuddur, hətta o çıxmamışdan əvvəl 1 həftə əmr verilmişdir ki, onun eyni vəzifələrini müavini icra edəcək, bura da ixtisar anlayışının aidiyyəti yoxdur. Ona bildirmişlər ki, struktur ləğv edildi, faktiki necə ləğv edilir ki, maliyyə funskiyaları qalır, əvvək belə idi ki, əmək haqqı şöbəsi o gələnə kimi maliyyə şöbəsinin tərkibində idi, daha sonra onu HR-a verdilər. Departament içində daxili şöbələrin dəyişikliyi departament funksiyalarına təsiri yoxdur, Bildiyinə görə o, işdən çıxandan sonra əmək haqqı şöbəsi maliyyə şöbəsinə verildi, struktur dəyişikliyi olur, şöbələrin içində sektorlar dəyişir, birləşir, ancaq funksional departamenti maliyyə departamenti və rəhbəri mövcuddur, bu ad dəyişikliyidir. Həmkarlar İttifaqı ilə bağlı səhv etmirsə o, çıxmağa bir həftə qalmış görüş olmuşdur ki, belə bir qərar qəbul edilib, onlara görüşün olması bildirilmiş, müzakirə formasında baş tutmuşdur. Görüşdə daxili nəzarətin rəhbəri, yeni müşavir, insan resurslarından əmək haqqı hesablanması şöbəsinin rəhbəri olmuş, direktor orada olmamışdır. Cavabdehin nümayəndəsi Ruhəngiz xanımın bildirdiyi kimi müqavilələr çox olur, podratçı və subpodratçı bəllidir. Endirimi satan tərəf edir, mexaniki olaraq səhv edilmiş, bunu o tərtib etməmişdir, onu özü yoxlamalı idi. Burada bəllidir ki podratçı və subpodratçı kimdir. Burada mətndə səhv gedib, yeri səhv düşüb, podratçı podratçıya endirim edir, bu mətndə olan mexaniki səhvi ona irad görürlər. Qrammatik səhvlərlə bağlı sənədə baxmış, bunu deyəsən HR hazırlamış, baş mühasib imza atmışdır. Onun işi maliyyə işi olduğu üçün rəqəmlərlə baxılır, qrammatik səhvlərə baxmır, elə sənədlər var ki, şablon sənədlərdir. O, qərəzli mövqe demir, onunla bağlı qərar verilməmişdən əvvəl 2 həftə görüşmək üçün rəhbərə yazmış, çünki onun cari işləri də olmuş, ancaq rəhbər görüşməkdən qaçmışdır. O bildirmişdir ki, əgər onunla işləmək istəmirlərsə bəri başdan desinlər. Ancaq rəhbər bildirmişdir ki, barələrində referans almış, “SOCAR”dan məlumat almış və onunla işləmək istəyir. Bunun da adekvat yolu var, ona bildirsə idi ki, onunla işləmək istəmir, o da iş axtarardı, ancaq gəlib 15 gün qalmış onu ixtisar edir, həmin vaxt hər kəs məzuniyyətdədir. O, indiyə kimi 8 yerdə işləmişdir. Hamısından referans alsalar görər ki, müsbət fikirdədilər, onun təbiətində yoxdur ki, şüvənlik etsin. O, çalışır ki, onun etdiyi hərəkət onun işçilərinə mənfi təsiri olmasın, onlar zərər çəkməsin. Hətta 2 həftə qırağa çəkilmiş və bildirmişdir ki, iddiası olacaqsa hüquqi müstəvidə addım atacaqdır. O, hal-hazırda Təhsil Naziriliyində işləyir, cavabdeh şirkətdə işinə bərpa edilsə bura qayıdacaqdır, burada işləmək, adı dəyişən yerə departament rəhbəri keçmək istəyir. Onun 11, 8 və 4 yaşlı üç uşağı vardır. Bundan əlavə şirkətin nümayəndəsi Rühəngiz xanımın bildirdiyinə münasibətdə bildirir ki, 16 iyun 2025-ci il qeyri-iş günü, bayram günü olub, həmin günü valideynini hava limanında yola salmış ona göstərilən iş təklifində avtomobil, təchizat və yanacaqla təmin edilməsi nəzərdə tutulmuşdur. Bu son ayda texniki baxışa verilməsi istənilmişdir, maşını götürdülər, növbəti gün müşavirə verilmişdir. Əslində o, onun hüququ idi, sosial paketinin tərkibi idi. O, işi dəyərləndirəndə bütün bu faktorları nəzərə alıb bu işə gəlmişdir. Eyni zamanda qeyd etdi ki, 2023-cü ilə nisbətən 2024-cü ildə şirkətdə zərər olmuşdur. Buna səbəb isə törəmə müəssisədə kredit götürülmüş, 4 milyon nə qədər borcun silinməsi olmuşdur. Həmin borc debitor borcudur, debitor borcun silinməsi ilə bağlı qərar vardır. Həmin silinmə olduğu üçün borc kimi, zərər də xərc kimi qəbul edilir, o debitor əvvəlki illərin debitor borcu idi, ala bilmədikləri üçün onu da zərərə silmişlər. Ancaq şirkət 2024-cü ildə mənfəətli çıxmışdır. Onların fəaliyyətinə neftin qiyməti təsir etmirdi, onlar tullantıların emalı ilə məşğul olurlar, bəzi sahələrdə dayanmalar olmuş, ancaq ümumi götürəndə böyük bir dəyişiklik olmamışdır. O, burada vəzifəyə ilin ortasında 2025-ci ilin apreldə gəlmişdir. Maliyyə hesabatını təqdim etmişdir ki, ondan qabaq ki dövrdə yox idi, bunun optimallaşdırılması lazım idi. Gəldiyi aydan keçən ilə münasibətdə böyük dəyişiklik yox idi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçını şəxsən tanıyır. O, hüquqşünas kimi ilk işlədiyi vaxtlardan iddiaçı holdinqdə maliyyə departamentində çalışırdı. İddiaçının işinə qarşı peşəkarlığını və təcrübəli olduğunu da bilir. İddiaçı xx.xx.2025-ci il tarixində 1 illik müqavilə əsasında cavabdeh şirkətdə İqtisadiyyat və Uçot Departamentinin rəisi vəzifəsinə düzəlmiş, ancaq faktiki olaraq onun funksiyası maliyyə departamentinin funksiyası olmuşdur. Daha sonra onu işə götürən direktor işdən çıxmış və yeni direktor vəzifəyə gəlmiş, yeni direktor isə ilk başdan iddiaçıya qarşı neqativ münasibətini bildirmiş, bir neçə qeyri-adekvat qərar qəbul etmiş, onun tabeliyində olan işçiləri onun razılığı olmadan işdən çıxartmış, ştat üzrə ixtisar etmiş, hətta iddiaçıdan bir neçə dəfə şirkəti risklər qarşısında qoyan bir neçə qərarlar qəbul edilməsin xahiş edib, ancaq iddiaçı direktorun dediyi göstəriş və qərarları maliyyə riski hesab etdiyi üçün icra etməmişdir. Belə ki, iddiaçıya müəssisədə tapşırıqlar verilib, ancaq o görüb ki, ona verilən tapşırıqlar qeyriadekvatdır, müəssisənin fəaliyyətinə uyğun deyil və mənfi rəy yarada bilər. Ona görə də iddiaçı sənədlərə imza çəkməmiş, etirazını bildirmişdir. Buna görə də Elmar barəsində ştat üzrə ixtisar faktını icra ediblər. İddiaçı bilirdi ki, növbə ona da gəlib çatacaqdır. İddiaçını ştat ixtisarı ilə işdən azad ediblər, ancaq müəssisə iddiaçını işdən çıxararkən ştat ixtisarı ilə bağlı qaydanı pozmuşdur. Belə ki, ilk növbədə mütləq qaydada müvafiq ixtisarla bağlı “SOCAR”dan razılıq və ya əmr almalı idilər. Nə bildirişdə, nə də əmrdə “SOCAR”dan razılıq alınması barədə qeyd edilməmişdir. Nə Elmara nə başqasına “SOCAR” tərəfindən təsdiq edilmiş əmr təqdim edilməyib. Hətta ona elektron qaydada e-mail də gəlmiş və məlumatdan aydın olmuşdur ki, Elmarın vəzifələrini onun müavininə həvalə ediblər, Elmarın adı isə həmin siyahıda olmayıb, iddiaçının 3 azyaşlı uşağı olmasına görə onun işdə saxlamaq kimi üstünlüyü olmasına baxmayaraq cavabdeh tərəf digər şəxsi işdə saxlayıb, hansı ki, həmin şəxsə həvalə etdikləri vəzifələr Elmana həvalə edilməli idi. İddiaçı işlədiyi halda əgər onun tutduğu vəzifə ixtisar edilən vəzifədirsə nəyə görə Maliyyə Departamentinin rəhbəri vəzifəsi kiməsə həvalə edilir? Belə çıxır ki, bu struktur olaraq adı dəyişdiriblər və həmin vəzifə onun müavininə, hansı ki, ondan vəzifə baxımından aşağı olan bir xanıma həvalə edilib. Hansı ki, həmin xanım bildiyi qədərilə subaydır, himayəsində övladı yoxdur. İddiaçının isə 3 azyaşlı övladı vardır. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən ixtisar zamanı işdə saxlanılmalı olan şəxslərlə bağlı qeyd edilib ki, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan şəxslərə ştat ixtisarı zamanı işdə saxlanılmalı olan şəxs kimi üstünlük verilir. Buna görə də iddiaçı işdə saxlanılmalı idi. İşçi ixtisar olunan zaman ona oxşar vəzifə və ya başqa struktur vəzifəsi təklif edilməli idi, əmək haqqı az və ya çox da ola bilər, ancaq iddiaçıya heç bir təklif edilməyib, baxmayaraq ki, Elmar təhsil və sertifikatlarına görə işdə qalan digər şəxslərdən daha təcrübəli və peşəkardır. Elmar 17 ildən artıq bu sahədə çalışır, bir işçi və rəhbər şəxs olaraq hal hazırda onun vəzifəsini icra edən şəxdən üstün kvalikasiyaya malikdir. Əmək Məcəlləsi daha təcrübəli işçilərin işdə saxlanılması ilə bağlı müddəaları qeyd edir. Peşəkarlıq səviyyəsi əmək fəaliyyəti zamanı göstəriciləri nəzərə alınır, buraya onun sertifikatları, diplomları daxildir. Bu vəziyyətdə Elmardan 10 yaş kiçik olan, ondan stajı və təcrübəsi az şəxsi Elmarın vəzifəsinə təyin edirlər. Elmar həm təhsil, həm sertifikat, həm də staj olaraq hal-hazırda onun yerinə təyin edilən müavinindən üstündür. Hansı meyar deyilirsə o meyara əsasən müqayisə edilsin və görülsün ki, Elmar yoxsa İradə xanım meyar olaraq daha üstündür. İxtisarın arxasında maliyyə səbəbi və əsaslandırılmış qərar olmalıdır, formal şərtlər ilə ixtisar edilməməlidir. Elmar həmin sübutları əldə edə bilməyib, çünki müəssisənin saytı təmirdədir. Elmar da işdən çıxdığı üçün əvvəlki illər üzrə şirkətin maliyyə göstəricilərini təqdim edə bilməmiş, o özü də bu barədə məlumat əldə edə bilməmişdir. Belə ki, şirkətin gəlirliliyində və fəaliyyətində heç bir geriləmə müşahidə edilməyib. Müəssisə kiçik bir müəssisə deyil, şirkətdə heç bir iqtisadi sıxıntı və geriləmə olmadığı üçün maddə qalmadığına görə işəgötürən bu maddə ilə işçiləri əsassız olaraq işdən çıxarmış, əmək müqaviləsinə hüquq pozuntuları edilərək xitam verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən tərtib edilən protokolun məzmunu fərqlidir. Məktubdan görünür ki, sırf Nuriyev Elmarın ixtisarı qeyd edilib. Ramin bəy protokolu imzalasa da özü iddiaçıya bildirib ki, onun ixtisar ilə bağlı mövqeyi mənfi olub. Eyni gündə məktub ünvanlanıb, eyni gündə iclas keçirilib, bunlar hamısı sonradan tərtib edilmiş sənədlər olması şübhəsini doğurur. Elmar bəy bildirib ki, sədr və həmkarların üzvünün ixtisarla bağlı şəxsi razılığı olub. Ayxan müəllim işlədiyi vaxt ərzində Elmara töhmət də verə bilər, belə ki, Elmara qarşı qərəzi olub. Ayxan müəllim Elmar işlədiyi vaxt ərzində onu sıxışdırırdı, onun vəzifə səlahiyyətlərinə aid və lazım olmadan bəzi əsasları tətbiq edib. Ayxan bəyin imzaladığı və ya hansısa qaydada Elmarın peşəkar olmadığına və ya peşəkarlıq səviyyəsinin aşağı olmasına dair verdiyi sənəd sübut qismində qəbul edilə bilməz. Şəxsin mailinə onun vəzifəsinin onun müavininə verilməsi sıxışdırmaq və təhqir hesab edilmir? Niyə görə Elmar hələ də peşəkarlıq səviyyəsi ilə bağlı sənədlə tanış olmayıb? Belə çıxır ki, şəxsin qeyri-peşəkar olması ilə bağlı araşdırma o işdən çıxarılandan sonra aparılıb. Cavabdeh tərəf deyir ki, peşəkarlıq səbiyəsi fərqli olanda azyaşlı övladlarının olub-olmadığına baxılmalıdır. Elmarın heç izahatı da yoxdur, Elmarla bunları dəqiqləşdirmiş, o isə barəsində heç nə olmadığını bildirmişdir. Elmar əvvəl çox yerlərdə işləyib. Əvvəl onunla birlikdə audit departamentində, daha sonra "xxxx" QSC-də işləmiş, hal-hazırda Elm və Təhsil Nazirliyində işləyir. Cavabdeh QSC-də işinə bərpa olunacağı təqdirdə bu işinə geri qayıdacaqdır. Elmar işə bərpa edildiyi təqdirdə analoji vəzifə olan Maliyyə Departamentinin direktoru vəzifəsinə təyin edilməlidir. Milyonluq dövriyyəsi olan bir şirkətin necə ola bilər ki, maliyyə departamenti olmasın? Cavabdeh QSC tərəfindən həm Elmarın tutduğu vəzifə səlahiyyətləri, həm də yeni departmantin vəzifə səlahiyyətləri elektron sistemə yüklənmiş, həmin vəzifələr 60-70 faiz eynidir, çox cüzi vəzifələr üzrə maliyyə ilə bağlı bəzi cümlələrdə fraza dəyişikliyi ola bilər ki, Elmarın vəzifəsində yazılmayıb. Ancaq Elmar o işləri görürdü. Strukturda Elmarın dediyi kimi əmək haqqı şöbəsi başqa Departamentin tərkibində olmuş, sonradan digər şöbənin tərkibinə keçirmişlər. Əvvəl Elmar hansı işçilərin ixtisar edilməsi ilə bağlı təkliflərini bildirib, sonra Elmarın bildirmədiyi və razılıq vermədiyi 3 nəfəri əlavə edib ixtisar ediblər. Bu özü elə qərəzin göstəricisidir, Elmar özü də deyir ki, rəhbər son 1-2 həftə görüşlərdən yayınıb, görüşməyib. İndi gedib müəssisələrə baxılsa hamısında iqtisadiyyat və uçot departamentinin adı getmir, oranın adı birində maliyyə departamenti, birində maliyyə idarəsidir. Maliyyə direktoru anlayışında ümumi olaraq həmin funksiyaları icra edən şəxs nəzərdə tutulur. İddiaçının işlədiyi tarixə İqtisadiyyat və Uçot Departamenti olub, hansı ki maliyyə direktorunun funskiyasını icra edib, verilən əmr vahid bir anlayışda ifadə edilməlidir. Cavabdeh tərəf bildirdi ki, sonuncu hesabat hələ paylaşılmayıb, ixtisar aparılması o halda məntiqli olardı ki, ümumiyyətlə maliyyə departmanenti tamamilə konpaktlaşmış və ya tamamilə ixtisar edilmiş, “SOCAR”ın tabeliyinə verilmişdir. Tutaq ki Elmar bəy 8000 manat alırdı, deyirlər ki, Elmar çox alır, yerinə 4000-5000 minlik işçi qoyacaqlar. İddiaçıya təklif etsə idilər ki, 3 uşaq atasıdır, yayın ortasında işsiz olacaqdır, 5000 manat verirlər, onda bildirərdim ki, cavabdeh müəssisə zəifləyib və iddiaçı da həmin təklifi qəbul etməmişdir. Cavabdeh bildirir ki, Elmar bəyin işlədiyi dövr üzrə səhvlər tapılıb, Elmar bəy barədə ciddi bir araşdırma aparmışlar, sənəd verəcəklər. Sonra gəlib bildirdilər ki, hələ hazır deyil iş gedir, nəticə etibarilə 6 aydır ki, məhkəməyə gedib-gəlirlər, cavabdehin nümayəndəsi sənəd təqdim edir ki, Elmarın avtmobil ilə valideynini düşürməsi məsələsi və sənəddə hərf səhvi məsələsi olub. Həmin səhvlər texniki səhvlərdir, insan səhv edən varlıqdır. Elmar bəyin fəlaiyyətində göstərilən faktlar heç danışılası şeylər deyildir. O, Elmar bəyi ilə 4 il işləmiş, onu şəxsən tanıyır, onun iş qabiliyyətinə insanlığına bələddir, o, pis insan, pis işçi olsa idi onun heç işini götürməzdi, cavabdeh tərəfin təqdim etdiyi sənədlər onun peşəkarlıq səviyyəsinin göstəricisi deyildir. Yeni təyin edilən işçinin karyera, peşəkarlıq və sertifikat, istənilən qiymətləndirmə baxımından heç nə təqdim edilməmişdir. Bu qədər faktdan əlavə də ixtisar formal aparılıb, həmib vəzifə və onu tabeliyində olan struktur qorunub saxlanılmışdır. Bu zaman hüquq normaları pozulub, burada məqsəd maliyyə göstəriciləri və iqtisadi göstəriciyi qənaət deyil, sadəcə düşünüblər ki, Elmarı hansı qaydada işdən çıxara bilərlər. Xəbərdarlıq ilə bağlı bildirişi vaxtında verib, gün təyin edib, şərait yaradıblar, ancaq bunlar formal hissələrdir, ixtisar formal olmalı deyil, ixtisarı arxasında əsaslar dayanmalıdır, heç bir əsas da təqdim edilməyib. İddiaçının yerinə təyin eilən əməkdaşın elə bir xüsusi halı yoxdur ki, ikisi də eyni vəziyyətdə olub ona üstünlük veriblər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 iddia tələbinə dair etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, ixtisarın qaydaların riayət edilmiş, işçiyə hər 2 gündən bir iş tapmaq üçün vaxt verilmişdir. İddiaçı bildirişə sakit şəkildə imza çəkmiş, özünü mədəni aparmışdır, yanına da gəlib-getmiş, problem olmamışdır. Hamı bilir ki, maliyyə şöbəsinin rəhbəri baş direktorla işləyir. O, iddiaçının bildirdiyi ona qarşı qərəzli mövqeni görmür. İddiaçı bildirir ki, baş direktorun ona qərəzi olduğu üçün uçot departamentini ixtisara salmışdır. O, iddiaçı ilə birlikdə işləmiş, ona həmişə hörmətlə yanaşmışdır. İndi də o, onun xətirini çox istəyir, çünki özünü həmişə mədəni aparıb. Ancaq iddiaçı fəaliyyətində kobud səhvlərə yol verib, qərəzli mövqe burada mümkün deyildir. İş vaxtında baş direktor tərəfindən verilən tapşırıqları icra etməmişdir. İddiaçı iddia edir ki, mütəxəssis kimi dəvət edilib. Ondan məsləhət alsa idilər o, iddiaçını məsləhət görməzdi, əmək kitabçasına baxılsa 16 il iş stajında 9 iş yeri dəyişib, bu onu göstərir ki, dinamika davamlı deyildir. Bu hüquqşünas kimi onun subyektiv fikridir. O, Elmarı yaxşı maliyyəçi kimi tanıyır, ancaq yüksək peşəkarlıq səviyyəsi olsa idi, işlədiyi müəssisələr onu buraxmazdı. Şəxsən o, 19 ildir ki, hazırda işlədiyi müəssisədə işləyir, Əmək Məcəlləsinə uyğun struktur dəyişikliyi gedib, uçot və iqtisadiyyat departamenti ləğv edilib. İddiaçının tapşırıqları yerinə yetirməməsi ilə bağlı araşdırmalar aparılıb, sadəcə gənc mütəxəssis olduğundan ekoloji sahədə onun təcrübəsi rəhbərliyi qane etməmişdir. Ola bilər başqa sahələrdə o, özünü yaxşı göstərir və ya göstərib. Bundan başqa bağlanmış müqavilələrdə verilən endirimləri podratçı əvəzinə sbubpodratçı qeyd edib. Bu səbəbdən sonradan rəhbərlik o sənədi dəyişditdirib. Belə bir çox məsələlər, qəbzlər vardır. İddiaçı tərtib edilən sənədi departament rəhbəri olaraq yoxlamalıdır. O, 8000-9000 manat maaş alır ki, bütün bunlara cavab verir, onun birbaşa məsuliyyəti vardır, iddiaçının yoxladığı sənəddə qrammatik səhvlər çoxdur. Onlar seçim edəndə bunları nəzərə alırlar. 16 iyun 2025-ci il tarixində iddiaçı işə çağırılıb, çünki o maliyyə rəisidir, onlar bayram günləri, şənbə günü işləyirlər və onlara ödəniş edilir. Əmək məcəlləsində də bu hal nəzərdə tutulub, onların müəssisəsində də belə hallar olur. İddiaçını iş vaxtı icazə olmadan aeroport yolunda tutublar, bu hal daxili nəzarətdən təsdiqlənib. Dəyişikliyin iddiaçı işdən çıxandan sonra qüvvəyə minməsi barədə bildirir ki, o, maliyyə direktoruna aiddir, onlarda heç vaxt maliyyə direktoru vəzifəsi olmayıb, Elmarın vəzifəsi iqtisadiyyat və uçot departamentinin rəisidir, orada qeyd olunan rəis vəzifəsi həmin kateqoriyaya girmir. Ona görə “SOCAR” razılaşdırılmayıb. Onların nizamnaməsinə diqqət yetiilsə görünür ki, ştat və struktur direktorlar şurası tərəfindən təsdiqlənib. Nizamnamənin digər bölməsində qeyd edilir ki, baş direktor “SOCAR” və onun müşahidə şurası tərəfindən təsdiqlənir. Həmin nizamnamədə maliyyə direktoru və ya müavinləri ümumiyyətlə yoxdur. O, 2006-cı ilin aprel ayının 17-dən yaradılan müəssisənin bütün ştatlarını təqdim edə bilər ki, onlarda maliyyə direktoru heç vaxt olmayıb. Onlarda həmişə iqtisadiyyat uçot idarəsi, baş mühasib vəzifəsi, daha sonra “SOCAR”-ın standartlarına görə İqtisadiyyat Uçot idarəsi olmuşdur. Daha sonra departamentə çevirilmişlər. Keçən dəfəki hüquqşünaslar yenidirlər, o, ətraflı işi araşdırıb cavab verə bilər. Maliyyə direktoru ilə bağlı hissə 24 dekabr 2024-cü ildə təsdiq edilib, bunun departamentlərin rəisinə aididyyəti yoxdur, şəxs maliyyə direktoru olsa idi, ona riayət edərdilər, çünki burada insan resursları direktoru, maliyyə direktoru var. Əgər onun vəzifəsinin adı maliyyə direktoru olsa idi ona şamil olunacaqdı. Onlar birbaşa “SOCAR”-ın strukturu deyil, qrup üzrə müəssisədirlər. Onların direktorlar şurası nizamnamə ilə hərəkət edir. “SOCAR”-ın nizamnaməsində 27 müəssisə birbaşa struktur tabeçiliyidir. İddiaçı işdən çıxanda həmin bənd qüvvədə idi. Ekol səhmdar cəmiyyətidir, hər il mülki məcəllənin tələblərinə əsasən şəffaflığın təmin edilməsi üçün mətbu nəşrdə hesabatlar dərc edilir, 2022-ci ilə kimi müəssisə mənfəətlə işləyib, 2022-ci ildən sonra rəhbərlik dəyişikləri olduğu üçün mühasiblər tez-tez dəyişirdi. Belə hallar hesab edir ki, müəssisəni geriyə salmışdır. Mərkəzi Banka, Qiymətli kağızlara indi isə maliyyə nazirliyinə hər il belə bir illik hesabat verilir. 2024-cü ilin hesabatı 2025-ci ildə təqdim edilib, 2025-ci ilin hesabatı mart ayından sonra təqdim ediləcəkdir. İddiaçı baş mühasib kimi dərinliyə getsə idi görəcəkdi ki, Cavabdeh QSC-nin Heydər Əliyev adına Neft Zavodunun 9 nömrəli sexinin bütün vergi fəaliyyətni həyata keçirmək üçün icarəyə götürməklə neftli çirkli suların təmizlənməsini həyata keçirir. İddiaçının gəldiyi dövr təsadüf edir ki, Heydər Əliyev zavodu faktiki bütün işçilərin əmək haqqısını təımin edir. Cavabdeh QSC-yə ayda 800***-******* manat gəlir gəlirdi. “SOCAR”la Cavabdeh QSC-nin arasında 2006-cı ildən müqavilə vardır, indi əldə edilən gəlir 50000-60000 manatdır, heç sıravi işçilərin əmək haqqısını ödəmir, digər departamentlər, çoxlu sahələr ləğv edildi, bu yaxınlarda da 3 ay qabaq sahələr bağlandı. Müəssisənin 2023-2025-ci illər arasında zərəri olub, bunu müqavilə və layihələr ilə sübut edə bilər. Rəşad Mustafayev gələndə ümumiyyətlə müəssisənin fəlaiyyəti dayanmış, cəmi 3-4 layihə olmuş, iddiaçı da onlarla işləmiş, daha sonra layihələr, iddiaçının isə işlədiyi layihələrin yarısı dayandırılmış, digər layihələrə keçirilmişdir. Bəzən maliyyə axını olmayanda onlar bəzi layihələri çatdıra bilmirlər. İndi də dayandırılma, ixtisarlar davam edir. Təkcə maliyyə yox, digər sahələrdə yeniləşmə beynəlxalq standartların normasına uyğunlaşma olmalıdır. Elə şöbələr yaradılıb ki, onlar 10 il qabaq yox idi, inteqrasiya olmalı, müasir dövrlə ayaqlaşmaq lazımdır, Vergi Məcəlləsinin tələblərinə baxılsa onlar gəlirli sahə deyildirlər daim texnologiyadan istifadə etməlidirlər, digər sahələrdə də eyni şeydir. Müasirləşmə, zərərin əmələ gəlməsi işçilərin peşəkarlıq səviyyəsinə tələbat ixtisarın edilməsinə gəıtirib çıxarır, iqtisadi fəlaiyyətilə bağlı iqtisadçılar cavab verə bilər, gəlirlərində azalma, xərclərdə çoxalma olub, bununla bağlı hesabatları vardır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində olan üstünlük eyni səviyyədə iki şəxs olarsa, müqayisəli qaydada Elmar bəy üstün olardı, ancaq bu yeganə vəzifədir, iddiaçı tərəfin bu maddəyə istinad etməsi kimi bir arqument düzgüb qoyulmayıb və məhkəmə tərəfindən əsaslı sayıla bilməz. Əmək Məcəlləsi struktur dəyişikliyini ixtisar üçün əsaslardan biri hesab edir. Strukturda dəyişiklik var, X5 ilə təsdiqlənib ki, xx.xx.2025-ci ildə hansı struktur dəyişilib, nə qədər dəyişiklər olubsa bunları sistemə yükləmişlər. Burada psixoloji olaraq təsir edib oynamaq lazım deyil, düzgün danışmaq lazımdır. İddiaçının ixtisarla bağlı əsaslandırdıqları düzgün deyildir. İddiaçı ərizəyə imza çəkməkdən imtina edərdi, o zaman nə isə tələb edər, ərizə ilə müraciət edərdi. İddiaçı xəbərdarlıq müddəti ərzində günlərini götürüb özünə iş axtarıb. Hazırda əmək haqqı alır, yeni iş yerində eyni vəzifədə işləyir. Mininum əmək haqqı ilə balalarını təmin edə bilmir fikri psixoloji təsirdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X13 bildirdi ki, iddiya etiraz edirlər və hesab edirlər ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh QSC tərəfindən pozuntuya yol verilməmiş və məktubla bağlı bildirilmişdir ki, “SOCAR” tərəfindən məktub verilib, belə bir fikir formalaşır ki, neft şirkəti və onun strukturuna daxil olan müəssisələr tərəfindən hər hansı işçiyə qərəz var, Dövlət Neft şirkətinin 40000-dən yuxarı əməkdaşı vardır, “SOCAR” qrupa daxil olan o cümlədən cavabdeh şirkət ilə birgə bu siyahı 60000- 70000 nəfəri keçir, Azərbaycan Dövlət Neft Şirkəti hazırda respublikada ən iri işə götürənlərdən biridir, əgər hər bir işçi ilə qərəzli münasibət bəslənilsə ştatları ixtisar edilsə o zaman neft-qaz əməliyyatlarının həyata keçirilməsi təxirə salınır. “SOCAR” və onun strukturuna daxil olan müəssisələrin işçilərlə o cümlədən iddiaçı ilə hər hansı qərəzi yoxdur. Bu sadəcə işçi sayının optimallaşdırılması, xərclərin azaldılması istiqamətində atılan tədbirlərdir. Onlar əmri və ona edilən dəyişikliyi yükləyərlər, ancaq Cavabdeh QSCdə bu var, çünki cavabdehə əmri onlar göndərmişlər. Həmin əmr də onların daxili münasibətlərini tənzimləyir, əmr Əmək Məcəlləsindən üstün hüquqi qüvvəyə malik ola bilməz, “SOCAR”-ın Audit yoxlaması nəticəsində Cavabdeh QSC və ya “SOCAR”-ın qrupuna daxil olan müəssisələr tərəfindən pozuntuya yol veriblərsə müvafiq tədbirlər həyata keçirilməlidir. Cavabdehin bildirdikləri iddiaçının ona qərzəli münasibət bildirməsi ilə bağlıdır. Kənardan baxanda elə təəssürat yaranır ki, iddiaçı sanki ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılıb, Ruhəngiz xanımın bildirdiklərində məqsəd odur ki, işəgötürən tərəfindən iddiaçıya hər hansı qərəzli münasibət olmamışdır. İddiaçının vəkili çıxışında bildirdi ki, vəzifə təlimatları təkrarlanır, sonra bildirdi ki, vəzifə təlimatları 60-70 fazi təkrarlanır, bunlar maliyyəyə aid olan funksiyalardır. Ola bilsin ki, hansısa bənddə təkrarlansın, ancaq eynilik təşkil etmir, burada artıq funksiyalar fərqlənir, layihələrə münasibət bildirmək istəyir, ekologiya sahəsində monitorinqlərin aparılmasında kifayət qədər layihələr azalıb, Dövlət Neft Şirkətinin özünün strukturuna daxil olan hüquqi şəxs statusuna malik olan ekologiya idarəsi var idi, həmin idarə fəaliyyətini dayandırıb və bununla bağlı şirkətin prezidentinin əmri var. Bu irihəcmli layihələrin fəlaiyyət göstərməməsi ilə bağlıdır. Bu məsələyə hüquqi qiymət veriləcəkdir. İddiaçını da başa düşmək olar, öhdəsində azyaşlı uşaqlar var, şükür ki, işləyir, ancaq digər tərəfdən cavabdeh müəssisə də kommersiya qurumudur, o da öz kommersiya maraqları baxımından çxıış edir. O hesab edir ki, işəgötürən tərəfindən aparılan islahatların aparılması qanun çərçivəsində olub, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə dari etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, yalnız ididaçı Elmar bəy ilə bağlı yox, digər ştatlar ilə bağlı da ixtisarlar edilmişdir. Hər bir şəxsə ayrıca məktub ünvanlanır, protokolun da arxasında siyahı olaraq qeyd edilir. Hazırda Ramin müəllim işdən çıxarılıb və o, işdən çıxarılandan sonra çox söz deyə bilər. İddiaçı əmək müqaviləsinin tələblərinə uyğun olaraq işdən çıxarılıb. İddiaçının vəkili SOCAR prezidentinin əmrini təqdim edir, ancaq sübutların tədqiq edilmə qaydası var, MPM-nin tələbinə əsasən ya sübutların əsli, ya da təsdiq edilmiş surətləri təqdim edilməlidir. Qarşı tərəf o rəyin mötəbərliyini necə sübut edir? Socarın törəmə müəssisəsi yoxdur. Onlar işdən çıxaranda səhmlərin 51 faizi SOCAR, 49 faizi isə xarici şirkətin olmuşdur. İşçi ilə əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır. İqtisadiyyat və Uçot Departamenti ləğv edilib və maliyyə departamenti yaradılıb. Eyni peşəkarlıq səviyyəsində olan şəxsləri nəzərdən keçirəndə azyaşlı övladı olan şəxs nəzərə alınır. İqtisadiyyat və Uçot departamenti fəaliyyət göstərmir. Şəxsin 17 il peşə stajının olması onun peşəkar olması demək deyildir. Ona maraqlıdır ki, hər qanuni əsaslarla işdən çıxarılan şəxs onun sıxışdırıldığınİ irəli sürürsə o işə bərpa edilməlidirmi? Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə dari etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilmişdir, ştat ixtisarı da Cavabdeh QSC-nin baş direktorunun səlahiyyətində olan bir məsələ deyildir ki, Cavabdeh QSC-nin müşahidə şurasının qərarı ilə ştat ixtisarı edilmişdir. İddiaçı tərəfin istinad etdiyi odur ki, Cavabdeh QSC-nin təssiçisi “SOCAR”-dır, onun müşahidə şurasının razılığı alınmalıdır, ancaq iddiaçının vəzifəsi üzrə razılığın alınması 4 avqust 2025-ci il tarixində qüvvəyə minmiş, ancaq Elmarın isə 2025-ci ilin avqustun 1-də əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı sənədi “SOCAR”dan əldə edə bilərlər. Elmar ona görə həmin təsir dairəsinə düşmür, əmək qanunvericiliyində işəgötrürənin hüququ var ki, ştat ixtisarı etsin. Bunun üçün də müəssisənin gəlirinin aşağı düşməsi, xərclərin artması, layihələrin icra edilməsi üçün gəlir mənbəyinin aşağı düşməsi kimi əsaslar vardır. “SOCAR”-ın normativ hüquqi akt yaratmaq hüququ məhdud, yəni öz səlahiyyəti çərçivəsindədir, onun qəbul etdiyi hansı qərar Əmək Məcəlləsi ilə təzad təşkil edə bilər? Əmək Məcəlləsi ondan daha üstündür. Neft qiymətlərinin aşağı düşməsi halı var, hamıya məlumdur, əmək qanunvericiliyində işçilərin və iş yerlərinin ştat ixtisarının aparılması işəgötürənin hüququdur, bu halda onların üzərinə sübutetmə yükü düşmür. Onların sifarişçiləri qismində Azərbaycan Respublikası dövlət qurumları var idi, müəssisələrlə, başqa hüquqi şəxslərlə sifarişçilər qismində cəlb edilib, sonra isə iqtisadiyyatın ümumi dünya üzrə neftlə bağlı təsir göstərməsi eyni zamanda “SOCAR” və onun əməkdaşlıq etdiyi və onun təsisçiliyi ilə yaranan hüquqi şəxslərin gəlirinin əhəmiyyətli dərəcədə azalmasıdır, Cavabdeh QSC “SOCAR”-ın təsis etdiyi hüquqi şəxsdir, fəaliyyət istiqaməti neft məhsullarının istehsalından əldə edilən gəlirdir. Ştatların ixtisarı üzrə əmək qanunvericilyində işdə saxlanmaq üçün üstünlüyü olan şəxslər vardır. Şəxsin öhdəsində 3 uşaq olduğu deyilir, ancaq uşağın öhdədə olması belə ola bilər ki, nikah pozularsa uşaq valideynin öhdəsinə verilər və ya fəaliyyət qabiliyyətsiz elan edilən uşağın üzərində qəyyum təyin edilər, ailəli olmaq o demək deyil ki, o uşaq şəxsin öhdəsindədir, öhdəlikdə olmaq anlayışı yüngülləşdirici hal kimi inzibati xətalar və cinayət məcəlləsində nəzərə alınır, ancaq əmək və ailə qanunvericiliyində himayəyə verilmə məhkəmə qərarı ilə olmalldır, bu ona aid deyildir. Şəxs işə təzə təyin edilmişdir, onun qanunvericlikdə işdə saxlamaq üçün müəyyən edilən üstünlük hüququ yoxdur. Onlarda işdə saxlanılan vətən müharibəsi iştirakçısı vardır. İradə xanımı təyin etmək işəgötürənin səlahiyyətinə aid olan bir şeydir, biznes etikası deyilən bir şey vardır. İradə xanımla bağlı məsələ müzakirə mövzusu deyildir. “SOCAR”-ın subyektiv hüququdur ki, təsis etdiyi müəssisələrdə qəbul edilən qərarların icrasına nəzarət etsin, əmək qanunvericiliyinin normaları gözlənilib. Onlarda bu məsələ ilə bağlı məhkəməyə müraciət edən iddiaçıdan əlavə Faiq Vəliyev adlı işçi də olub. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbinə dari etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, “SOCAR” orada iki təsisçidən biridir, bundan əlavə Əmək Məcəlləsində nizamnamədə, qanunvericiliyin digər müddəalarında nəzərdə tutulmamış, sadəcə olaraq daxili tənzimləmə ilə bağlı verilmiş bir əmrə əsasən məsələyə hüquqi qiymət verilməsini istəmirlər. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh QSC ilə xx.xx.2025-ci il tarixdə 1 il 1 ay müddətinə əmək müqaviləsi bağlamış, “İqtisadiyyat və uçot departamentinin rəisi" vəzifəsinə təyin edilmiş, əmək haqqı məbləği 8588 manat, iş saatı müddəti 09:00-18:00 olaraq müəyyən olunmuşdur. - xx.xx.2025-ci il tarixli elektron poçtdan çıxarışdan görünür ki, Ekolun struktur dəyişikliyi ilə əlaqədar rəhbər şəxslərin yeni iş bölgüsünü diqqətə çatdırmışlar: İradə Qasımova – Maliyyə departamentinin rəis vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən. - Cavabdeh QSC-nin direktoru Ayxan Əliyevin Cavabdeh QSC-nin Həmkərlar İttifaqı Komitəsinin sədri Ramin Abbasova ünanladığı xx.xx.2025-ci il tarixli ixtisarla bağlı məktubdan görünür ki, Cavabdeh QSC-də (Ekol) idarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin qarşısının alınması, işin fəaliyyətinin optimallaşdırılması səbəbindən Ekolun əmək normalarının, onların təşkilati strukturunun, xərclər smetasının müəyyən edilməsi, ştat sayının optimallaşdırılması məqsədi ilə ştat vahidlərinin ixtisar edilməsi barədə xx.xx.2025-ci il tarixli 308 nömrəli əmr verilmişdir. X10 Komitəsinin üzvü olan İqtisadiyyat və Uçot departamentinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulub. Bu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən, işəgötürən müəssisədə fəaliyyət göstərən X2baqcadan razılığını almalıdır. İxtisar prosesində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bütün aidiyyəti müddəalarının tələblərinə riayət olunur. İxtisar olunan işçilər qanunla nəzərdə tutulan müddətlərdə və qaydada bu barədə rəsmi xəbərdar olunacaq, eləcə də, işçinin razılığı olduğu halda, xəbərdarlıq müddəti əvəzinə ödəniş verilməsi təmin ediləcəkdir. X10 Komitəsində qeyd olunan məsələləri müzakirə edib, yuxarıda adı qeyd edilən işçinin ixtisara düşməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsini xahiş etmişdir. - Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli X1 görünür ki, qulluqçularının ştat sayı 329 (üç yüz iyirmi doqquz) ştat vahidi, əmək haqqı fondu 604141 (altı yüz dörd min bir yüz qırx bir) manat, fəhlələrinin ştat sayı 405 (dörd yüz beş) ştat vahidi, əmək haqqı fondu 307750 (üç yüz yeddi min yeddi yüz əlli) manat məbləğində, cəmi ştat sayı 734 (yeddi yüz otuz dörd) ştat vahidi, aylıq əmək haqqı fondu 911891 (doqquz yüz on bir min səkkiz yüz doxsan bir) manat təsdiqlənmişdir. Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dəyişiklik xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. - Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixədək qüvvədə olan ştat cədvəlindən və idarəetmə struktrundan görünür ki, həmin vaxt Daxili nəzarət departamenti, Tullantıların emalı departamenti, Torpaqların rekultivasiyası departamenti, Ekoloji monitorinq departamenti, İnzibati və nəqliyyat departamenti, İqtisadi və Uçot departamenti mövcud olmuş, İqtisadi və Uçot departamenti Mühasibatlar uçotu şöbəsi, Maliyyə və vergilər şöbəsi və İqtisadi təhlil və proqnazlaşdırma şöbəsi olmaqla 3 şöbədən ibarətdir. - Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli X5 ilə təsdiq edilmiş və xx.xx.2025-ci il tarixindən qüvvədə olan ştat cədvəlindən və xx.xx.2025-ci il tarixli idarəetmə struktrundan görünür ki, həmin vaxt Tullantıların idarə edilməsi departamenti, Texniki xidmət departamenti, Səhiyyə nəzarət departamenti, Ətraf mühitin monitorinqi departamenti, Yaşıllaşdırma departamenti, Satınalma departamenti, Satış, marketinq və ictimai əlaqələr departamenti, Maliyyə departamenti, Daxili nəzarət departamenti mövcud olmuş, Maliyyə departamenti Mühasibatlar uçotu və vergilər şöbəsi və Büdcə və hesabatlılıq şöbəsi olmaqla 2 şöbədən ibarətdir. - Cavabdeh QSC-nin Həmkarlar İttifaqı Komitəsi və baş direktoru ilə birgə keçirilən yığıncağının 42 saylı, xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, iclasda iştirak etmişlər: Baş direktor Ayxan Əliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Ramin Abbasov, Əmək haqqı şöbəsinin müdiri Şahin Səlimov, Komitə üzvləri: Orxan Ələkbərov, Şahnisə Bağırova, Aynur Bayramova, Yusif Yusubov, Elşad Əhmədov, Gülpəri Əbilli, Əli Dadaşov, Abbas Kazımov, baş direktor Ayxan Əliyev çıxış edərək bildirdi ki, istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə işçilərin sayının ixtisarı ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsi və X6 15 iyul 2025-ci il tarixli protokolu ilə Ekolun idarəetmə strukturu, qulluqçuların və fəhlələrin ştat cədvəlləri təsdiq edilmişdir. “Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin (Ekol) hal-hazırda maliyyə göstəriciləri qənaətbəxş deyildir. Bu nəticə etibarı ilə Ekolun xərclərinin artmasına səbəb olur və işçilərin ixtisar edilməsinə zəmin yaradır. Bütün bunlara əsasən 18 iyul 2025-ci il tarixdən Ekolun işçilərinin sayının ixtisarı ilə əlaqədar olaraq bu prosses aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və Azərbaycan Respublikası əmək qanunvericiliyinə əməl edilməklə aparılması və rəsmiləşdirilməsi, işçilərin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçilərin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanın təmin edilməsi qərara alınmışdır. 48 nəfər ixtisar edilməsi nəzərdə tutluan işçilərin siyahısında 35-ci sırada İqtisadiyyat və uçot departamentinin rəisi İddiaçı qeyd edilmişdir. - Cavabdeh QSC-nin “işçilərin sayının və ştatlarının ixtisarı” barədə xx.xx.2025-ci il tarixli 308 saylı əmrindən görünür ki, xx.xx.2025-ci il tarixdən Ekolun təsdiqlənmiş qulluqçularının ştat sayı 329 (üç yüz iyirmi doqquz) ştat vahidi, əmək haqqı fondu 604141 (altı yüz dörd min bir yüz qırx bir) manat, fəhlələrinin ştat sayı 405 (dörd yüz beş) ştat vahidi, əmək haqqı fondu 307750 (üç yüz yeddi min yeddi yüz əlli) manat məbləğində, cəmi ştat sayı 734 (yeddi yüz otuz dörd) ştat vahidi, aylıq əmək haqqı fondu 911891 (doqquz yüz on bir min səkkiz yüz doxsan bir) manat təşkil etmişdir. - xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıqdan görünür ki, Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 308 nömrəli əmrinə əsasən, iddiaçının işlədiyi departament rəisi ştat vahidi ixtisar edilib. Bu səbəbdən, onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəkdir. Xəbərdarlıq müddəti (bu xəbərdarlığın təqdim olunduğu tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixi arasındakı müddət) ərzində iş axtarmalarına imkan yaradılması məqsədilə, ərizə ilə müraciət etdiyi təqdirdə hər iş həftəsində 1 (bir) iş günü əmək haqqı saxlanılmaqla əmək funksiyalarının icrasından azad ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, ona Cavabdeh QSCdə 0 il 3 ay 17 gün əmək stajı olduğuna görə, 1 orta aylıq əmək haqqının miqdarında işdən çıxarma müavinəti ödəniləcəkdir. Xəbərdarlıq müddətini gözləmədən ümumilikdə orta aylıq əmək haqqının 1,5 misli miqdarında ödəniş edilməklə əmək müqaviləsinə xitam verilə bilər. - İddiaçı xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, İddiaçı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində Əmək Məcəlləsinin 72-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək funksiyasının icrasından azad edilməsini xahiş etmişdir. - Cavabdeh QSC-nin “xəbərdarlıq müddətində işçinin əmək funksiyalarının icrasından azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli 325 saylı əmrindən görünür ki, İqtisadiyyat və uçot departamentinin rəisi İddiaçı 22.07. və xx.xx.2025-ci il tarixlərində əmək haqqı saxlanılmaqla əmək funksiyalarının icrasından azad edilmişdir. - “SOCAR” Prezidentinin 24 dekabr 2024-cü il tarixli, 14-2/3-1K-669/2024 nömrəli əmrinin 2 nömrəli əlavəsindən görünür ki, vəzifəyə təyin edilməsi, başqa işə keçirilməsi, intizam məsuliyyətinə cəlb olunması və vəzifədən azad edilməsi “SOCAR”-ın Baş ofisi ilə razılaşdırılan vəzifələrin Siyahısı və razılaşdırma proseduru zamanı razılaşdırılan vəzifələrin siyahısının 4-cü bəndinə görə “SOCAR” Qrup üzrə maliyyə direktorunun (CFO) yalnız Baş ofisin razılığı ilə vəzifədən azad edilməsi mümkündür. - “SOCAR”-ın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 14-2/2- 5747/2025 saylı məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilən zaman onun işəgötürəni olan “SOCAR”-ın törəmə müəssisəsi Cavabdeh QSC tərəfindən əmək qanunvericiliyin tələbləri pozulmuşdur. Bəzi müəssisələr və vəzifələr üzrə əmək müqaviləsinə xitam verilməsi zamanı “SOCAR”-ın Baş ofisi ilə razılaşdırma aparılması məsələsi “SOCAR”-ın 24 dekabr 2024-cü il tarixli, 14-2/3-1K-669/2024 nömrəli əmri ilə təsdiq edilmiş normativ sənədlə tənzimlənir. Bu sənədə əsasən İddiaçı tutduğu vəzifə həmin sənədlə razılaşdırılma tələb olunan vəzifələr siyahısında yer almamışdır. 14-2/3-1K- 669/2024 nömrəli əmri ilə təsdiq edilmiş normativ sənədə xx.xx.2025-ci il tarixdə dəyişiklik edilmiş və İddiaçı tutduğu vəzifə də razılaşdırılma tələb olunan vəzifələr siyahısına əlavə edilmişdir. həmin dəyişiklik xx.xx.2025-ci il tarixdə icra olunması üçün Cavabdeh QSC-yə göndərilmişdir. Əmək müqaviləsinə xitam haqqında əmr isə xx.xx.2025-ci il tarixdə verildiyindən xitam dövründə müəssisənin “SOCAR”-ın baş ofisi ilə razılaşdırma aparmaq öhdəliyi mövcud olmamışdır. Qeyd edilmiş razılaşmanın mövcud olub-olmaması “SOCAR” ilə həmin sənədin təsir dairəsinə düşən “SOCAR” Qrup müəssisələri arasında olan məsələdir, həmin tələbə əməl edilməsinə nəzarətlə bağlı subyektiv hüquq “SOCAR”-ın Baş ofisinə məxsusdur. - Cavabdeh QSC-nin “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli 138/k saylı əmrindən görünür ki, İddiaçı- İqtisadiyyat və uçot departamentinin rəisi ilə bağlanılmış əmək müqaviləsinə “AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. - Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli X1 görünür ki, qulluqçularının ştat sayı 326 (üç yüz iyirmi altı) ştat vahidi, əmək haqqı fondu 603823 (altı yüz üç min səkkiz yüz iyirmi üç) manat olmaqla ştat cədvəlinə və struktur sxeminə dəyişiklik təsdiqlənmişdir. Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dəyişiklik xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. - Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh QSC-nin xx.xx.2025-ci il-xx.xx.2025-ci il dövrü üzrə maliyyə hesabatları üzrə cəmiyyətin zərəri 888441,26 manat təşkil etmişdir. - Cavabdeh QSC-nin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Cavabdeh QSCnin xx.xx.2024-cü il-xx.xx.2024-cü il maliyyə ilinin hesabatlarına əsasən (o cümlədən konsolidə olunmuş) Cəmiyyət maliyyə ilini 55677,028 manat zərərlə başa vurmuşdur. Maliyyə hesabatı üzrə tərtib olunmuş cədvlədən görünür ki, İddiaçı İqtisadiyyat və uçot departamentinin rəisi vəzifəsində işlədiyi dövr üzrə cəmiyyət mənfəət əldə etməmişdir. Əksinə cəmiyyətin maliyyə hesabatına əsasən həmin dövr üzrə zərəri 888441,26 manat təşkil etmişdir. - Cavabdeh QSC-nin xx.xx.2008-ci il tarixli 316-K saylı əmrindən görünür ki, X14 əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə əsasən xx.xx.2008-ci il tarixindən Maliyyə və uçot departamentinin mühasibat şöbəsinə rəis vəzifəsinə təyin edilmişdir. - Cavabdeh QSC-nin xx.xx.2009-cu il tarixli, 176/K saylı əmrindən görünür ki, Maliyyə və uçot departamentinin mühasibat şöbəsinin rəisi X14 xx.xx.2009-cu il tarixindən Azərbaycan Respublikası ƏM-nin 59-cu maddəsinə və əmək müqaviləsinin şərtlərinə əsasən öz razılığı ilə həmin departamentin rəis müavini vəzifəsinə keçirilmişdir. - Cavabdeh QSC-nin əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli, 239/K saylı əmrindən görünür ki, X3 departamentinin rəis müavini xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 59-cu maddəsinə və əmək müqaviləsinin şərtlərinə əsasən öz razılığı ilə Maliyyə departamentinin rəisi vəzifəsinə keçirilmişdir. - AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X17, xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2022-ci il təvəllüdlü X18 adlı övladları vardır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh QSC-də “İqtisadiyyat və uçot departamentinin rəisi" vəzifəsinə təyin edilmişdir. 18 iyul 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıqdan görünür ki, "Ekol Mühəndislik Xidmətləri” QSC-nin xx.xx.2025-ci il tarixli 308 nömrəli əmri ilə İddiaçı işlədiyi departamentin rəisi ştatı ixtisar edilmiş, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəkdir. xx.xx.2025-ci il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar olaraq xitam verilmişdir. xx.xx.2025-ci il tarixli, 239/K saylı əmr ilə X3 departamentinin rəis müavini xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası ƏMnin 59-cu maddəsinə və əmək müqaviləsinin şərtlərinə əsasən öz razılığı ilə Maliyyə departamentinin rəisi vəzifəsinə keçirilmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək "Ekol Mühəndislik Xidmətləri” QSC-nin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, onun işlədiyi İqtisadiyyat və uçot departamentinin rəisi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin b) bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 74-cü maddənin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1 -ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin X2baqcadan razılığı alınmaqla xitam verilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294-cü maddənin 4-cü hissəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Məhkəmə qeyd edir ki, işçilərin sayının və ya ştatın ixtisarı aşağıdakı şərtlər mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: müəssisədə işçilərin sayı və ya ştatın ixtisar olunmalıdır, işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalıdır, işdə saxlanmaq üçün üstünlük hüququna riayət olunmalıdır, işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyənləşdirilən müddətlərdə rəsmi xəbərdar edilməlidir, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqəsdi ilə işçi azı biri iş günü əmək funksiyasının icrasından azad edilməlidir, işçinin peşəkarlığı, ixtisası (peşə sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır. Əgər işçilərin sayının və ya ştatın ixtisar olunması əsası ilə əmək müqaviləsi ləğv edilməsi nəzərdə tutulan işçi həmin müəssisədə fəaliyyət göstərən X2baqcadan razılığı alınmalıdır. Məhkəmə qeyd olunanlarla bağlı bildirir ki, müəssisə öz struktrunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Yəni konkret müəssisədə struktur dəyişikliyi, işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində göstərilənlərə əsasən işəgötürənə məxsusdur. Buna görə də ştat cədvəli kifayət qədər tez-tez dəyişə bilər. İşçilərin sayının və ya ştatın ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə işəgötürənin əmri (sərəncamı) ilə həyata keçirilir. Cavabdeh QSC tərəfindən iş materiallarına əlavə edilmiş sübutlar ilə struktur dəyişikliyi, işçilərin sayının və ya ştatın ixtisarı müəssisədə əlavə xərclərin qarşısı alınması, onun fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilmişdir. Belə ki, işin mübahisəzi halıdır ki, cavabdeh tərəfindən 2025-ci ilin iyul ayında iddiaçı və onunla birlikdə eyni vaxtda ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisarı ilə əlaqədar digər işçilərin işdən çıxarılması ilə yanaşı həmin ilin noyabr ayında da yenidən ştatların ixtisarı həyata keçirilmişdir. 2025-ci ilin iyul ayında struktur dəyişikliyi, işçilərin sayının və ya ştatın ixtisarı baş verərkən iddiaçıdan əlavə 47 nəfər də ixtisar edilməsi nəzərdə tutulan işçi olmuşdur. Köhnə və yeni ştat cədvəli müqayisə edilərkən də iddiaçının rəis vəzifəsində olduğu departament ilə yanaşı, digər departamentlərin də ləğv edildiyi, bəzi departamenlərin şöbə olması, departmanetlərin şöbələrinin sayının azaldılması müəyyən edilmişdir. Belə ki, İqtisadi və Uçot departamenti Mühasibatlar uçotu şöbəsi, Maliyyə və vergilər şöbəsi və İqtisadi təhlil və proqnazlaşdırma şöbəsi olmaqla 3 şöbədən ibarət olmuşdur, yeni yaradılmış Maliyyə departamenti isə Mühasibatlar uçotu və vergilər şöbəsi və Büdcə və hesabatlılıq şöbəsi olmaqla 2 şöbədən ibarətdir. Cavabdeh QSC-nin nizamnaməsinin 3.4-cü bəndində cəmiyyətin fəaliyyət növləri müəyyən olunmuşdur ki, həmin fəaliyyətin əsas istiqaməti kimi neft və neft məhsullarının, onların tullantılarının və təbi qazın emalı, torpaqların və çirkab suların neft məhsullarından təmizlənməsi və sair müəyyən olunmuşdur. Hamıya məlum olan faktdır ki, dünya bazarında neftin qiymətləri aşağı düşmüş, bu halın isə həmin sahədə fəaliyyət göstərən müəssisənin iqtisadi durumuna təsir etməsi qaçınılmazdır. Belə olan halda cavabdeh şirkətin fəaliyyəti neft və neft məhsulları ilə əlaqəli olduğundan neftin qiymətində baş verən azalma və ya artımlar da həmin şirkətin xərc və gəlir dinamikasında dəyişiklikliyə səbəb olur. Göründüyü kimi struktur dəyişikliyi, işçilərin sayının və ya ştatın ixtisarı cavabdeh müəssisə tərəfindən formal və süni şəkildə yalnız iddiaçıya münasibətdə həyata keçirilməmiş, struktur dəyişikliyi, işçilərin sayının və ya ştatın ixtisarı həyata keçirilərkən iddiaçıya qarşı qərəzli mövqeyin olması məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə araşdırılması ilə müyyən olunmuşdur ki, Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli X1 görünür ki, qulluqçularının ştat sayı 329 (üç yüz iyirmi doqquz) ştat vahidi, əmək haqqı fondu 604141 (altı yüz dörd min bir yüz qırx bir) manat, fəhlələrinin ştat sayı 405 (dörd yüz beş) ştat vahidi, əmək haqqı fondu 307750 (üç yüz yeddi min yeddi yüz əlli) manat məbləğində, cəmi ştat sayı 734 (yeddi yüz otuz dörd) ştat vahidi, aylıq əmək haqqı fondu 911891 (doqquz yüz on bir min səkkiz yüz doxsan bir) manat təsdiqlənmişdir. Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dəyişiklik xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. Həmin protokol əsasında Cavabdeh QSC-nin qulluqçularının 2025-ci il üçün ştat cədvəli təsdiq edilmişdir. Bundan sonra isə Cavabdeh QSC-nin “işçilərin sayının və ştatlarının ixtisarı” barədə xx.xx.2025-ci il tarixli 308 saylı əmri qəbul edilmişdir. Cavabdeh QSC-nin direktoru Ayxan Əliyevin Cavabdeh QSC-nin Həmkərlar İttifaqı Komitəsinin sədri Ramin Abbasova ünanladığı xx.xx.2025-ci il tarixli ixtisarla bağlı məktub ünvanlayaraq Cavabdeh QSC-də (Ekol) idarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin qarşısının alınması, işin fəaliyyətinin optimallaşdırılması səbəbindən Ekolun əmək normalarının, onların təşkilati strukturunun, xərclər smetasının müəyyən edilməsi, ştat sayının optimallaşdırılması məqsədi ilə ştat vahidlərinin ixtisar edilməsi barədə xx.xx.2025ci il tarixli 308 nömrəli əmr verilməsi ilə əlaqədar X10 Komitəsinin üzvü olan İqtisadiyyat və Uçot departamentinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsini xahiş etmişdir. "Ekol Mühəndislik Xidmətləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsi elə həmin gün, yəni 15 iyul 2025-ci il tarixli, 42 saylı protokolla keçirilən yığıncaqda cəmiyyətin maliyyə göstəricilərinin qənaətbəxş olmamasını əsas gətirərək artıq xərclərin qarşısını almaq məqsədilə işçilərin sayının ixtisarına qərar verilmiş və ixtisar olunan 48 nəfərin siyahısı protokola əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçıya ünvanlanılmış rəsmi xəbərdarlıq ilə də Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 308 nömrəli əmrinə əsasən, iddiaçının işlədiyi departament rəisi ştat vahidi ixtisar edildiyindən onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi, xəbərdarlıq müddəti (bu xəbərdarlığın təqdim olunduğu tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixi arasındakı müddət) ərzində iş axtarmalarına imkan yaradılması məqsədilə, ərizə ilə müraciət etdiyi təqdirdə hər iş həftəsində 1 (bir) iş günü əmək haqqı saxlanılmaqla əmək funksiyalarının icrasından azad ediləcəyi göstərilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizələr yazaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində Əmək Məcəlləsinin 72-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək funksiyasının icrasından azad edilməsini xahiş etmiş, Cavabdeh QSC-nin “xəbərdarlıq müddətində işçinin əmək funksiyalarının icrasından azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli 325 saylı əmri ilə İqtisadiyyat və uçot departamentinin rəisi İddiaçı xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində əmək haqqı saxlanılmaqla əmək funksiyalarının icrasından azad edilmiş, iddiaçıya ümumilikdə orta aylıq əmək haqqının 1,5 misli miqdarında müvafiq ödənişlər həyata keçirilmişdir. Bununla da məhkəmə tərəfindən cavabdeh "Ekol Mühəndislik Xidmətləri” QSC-nin struktur dəyişikliyi, işçilərin sayının və ya ştatın ixtisarı həyata keçirilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edilmiş, həmin maddədə göstərilən ardıcıllığa əməl edilmiş və qanunvericiliyin qeyd olunan normaları pozulmamışdır. Məhkəmə iddiaçının ştat ixtisarı zamanı onun işgüzar keyfiyyətlərinin (peşəkarlığı, ixtisasının) və öhdəsində 16 yaşınadək 3 uşağının olması hallarının nəzərə alınmaqla onun işdə saxlanılmasına üstünlük verilməli olması dəlilinə münasibətdə bildiri ki, ştat ixtisarı müəssisənin işinin yaxşılaşdırılması və onun daha ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə tədbirlərdən biri olduğundan bu əsas üzrə daha aşağı ixtisaslı işçilərlə əmək müqaviləsi ləğv olunmalıdır. İxtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. İşçinin ixtisaslığının meyarı qismində onun yerinə yetirdiyi işin keyfiyyəti çıxış edir. Məhkəmə işdən çıxarılmış işçinin işgüzar keyfiyyətlərini, ixtisasını, əmək məhsuldarlığını, habelə həmin vəzifədə (işdə) saxlanmaq üçün üstünlüklərə malik olub-olmamasını aydınlaşdırır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən də işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan şəxslərin işdə saxlanmasına üstünlük verməlidir. Göründüyü kimi əmək qanunvericilik ştat ixtisarı zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olan şəxslərin ştat ixtisarı zamanı üstünlük hüququn tanınmalı olmasını nəzərdə tutumuşdur. İxtisar edilmiş İqtisadiyyat və uçot departamentinin rəisi vəzifəsi yeganə vəzifədir. Bu vəzifədə yalnız iddiaçı çalışmışdır və həmin struktur özü də ləğv olunmuşdur .İddiaçı tərəfindən iş sahəsində uğurları ilə bağlı əldə etdiyi sertifikatlar iş materiallarına əlavə edilsə də, iddiaçı cavabdeh müəssisədə öz vəzifəsində cəmi 4 ay müddət ərzində işləmişdir. Yeni rəhbərliklə işlədiyi müddət ərzində onun peşəkarlıq səviyyəsi işəgötürəni qane etmədiyindən və işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi hüququ işəgötürənə məxsus olduğundan yeni yaradılan Maliyyə departamenti rəisi vəzifəsinə də təyin etməmişdir. İddiaçı ərizəsində yeni baş direktor təyin edildikdən bir müddət sonra onun tərəfindən verilən bir sıra tapşırıq və göstərişlərin əsasnamə və vəzifə funksiyalarına zidd olduğu, bəzi hallarda isə qanunvericiliyə uyğun olmadığı səbəbindən, maliyyə sahəsinə cavabdeh şəxs kimi, bu hallara yazılı və şifahi şəkildə etiraz etməsini və müvafiq sənədləri imzalamaqdan imtina etməsini, cavabdeh təşkilatın nümayəndələri isə iddiaçının öz vəzifə fünksiyalarını yerinə yetirərkən dəfələrlə kobud səhvlərə yol verməsi, verilən tapşırıqlar üzrə vaxtında çağırışı üzrə gəlməməsi bu halların isə onun birbaşa tabe olduğu rəhbərlik tərəfindən mənfi qarşılanması bildirilmişdir. Məhkəmə qeyd edir ki, İqtisadiyyat və uçot departamentinin rəisinin vəzifə təlimatının 1.2-ci və 1.3-cü bəndlərinə görə departamentin rəisi birbaşa baş drektora tabedir. Onun vəzifəyə qəbul edilməsi, vəzifədən azad edilməsi, əmək şəraitinin şərtləri Cavabdeh QSC-nin baş drektoru ilə işçi arasında qarşılıqlı surətdə razılaşdırılmış və bağlanılmış əmək müqaviləsi ilə tənzimlənir və əmrlə rəsmiləşdirilir. Qeyd olunan hallardan görünür ki, iddiaçı ilə cəmiyyətin baş direktoru arasında səmərəli birgə fəaliyyət üzrə qarşılıqlı kordinasiya formalaşa bilməmişdir. Ona görə də yeni yaradılmış Maliyyə departamentin rəisi vəzifəsinə iddiaçıdan fərqli olaraq cavabdeh müəssisədə daha uzun müddət ərzində işləmiş, həmin sahə üzrə daha çox iş təcrübəsi olan X14 təyin olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh QSC-nin əmrlərinə əsasən X8 xx.xx.2008-ci il tarixindən cavabdeh şirkətdə işə düzəlmiş, xx.xx.2009-cu il tarixdən yeni vəzifəyə təyin edilmiş, Cavabdeh QSC-nin əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli, 239/K saylı əmri ilə X3 departamentinin rəis müavini xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 59-cu maddəsinə və əmək müqaviləsinin şərtlərinə əsasən öz razılığı ilə Maliyyə departamentinin rəisi vəzifəsinə keçirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müəssisə yeni yaradılmış departamentə X11 rəis vəzifəsinə təyin edərkən iddiaçının ona üstünlük verilməli olmasına dair hüquqlarının gözlənilməli olmasına dair qanunvericiliyin tələblərini pozmamışdır. Bundan əlavə işin mübahisəsiz halıdır ki, iddiaçı hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin X9 Tikinti və Təchizat İdarəsində şöbə müdiri vəzifəsində işləyir və 1450 manat əmək haqqı alır. Bundan əlavə məhkəmə İqtisadiyyat və uçot departamentinin rəisi və Maliyyə departamentinin rəisi vəzifə təlimatlarını müqayisə edərək bildirir ki, təlimatlara əsasən departamentlərin rəisinin vəzifə funksiyaları oxşar olsa da Maliyyə departmaneti rəisi vəzifəsinin funksiyalarında İqtisadiyyat və uçot departamentinin vəzifə funksiyalarında olan bəzi funksiyalar çıxarılmış, yeni funksiyalar əlavə edilmiş və bu bəndə yeni maliyyə departamentinin rəisinin vəzifə təlimatı hissəsi əlavə olunmuşdur. Məhkəmə həmçinin iddiaçının onun əmək müqaviləsinə xitam verilməsi zamanı “SOCAR”-ın Baş ofisi ilə razılaşdırma aparılmalı olması dəlili ilə bağlı bildirir ki, “SOCAR” Prezidentinin 24 dekabr 2024-cü il tarixli, 14-2/3-1K-669/2024 nömrəli əmrinin 2 nömrəli əlavəsində vəzifəyə təyin edilməsi, başqa işə keçirilməsi, intizam məsuliyyətinə cəlb olunması və vəzifədən azad edilməsi “SOCAR”-ın Baş ofisi ilə razılaşdırılan vəzifələrin Siyahısı və razılaşdırma proseduru zamanı razılaşdırılan vəzifələrin siyahısının 4-cü bəndinə görə “SOCAR” Qrup üzrə maliyyə direktoru (CFO) yalnız Baş ofisin razılığı ilə vəzifədən azad edilə bilər. İddiaçı Cavabdeh QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə müraciəti əsasında “SOCAR” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2025-ci il tarixli, 14-2/2-5747/2025 saylı məktub ünvanlanaraq İddiaçı tutduğu vəzifə “SOCAR”-ın 24 dekabr 2024-cü il tarixli, 14-2/3-1K-669/2024 nömrəli əmri ilə təsdiq edilmiş normativ sənədə xx.xx.2025-ci il tarixdə dəyişiklik edilməsi və İddiaçı tutduğu vəzifə də razılaşdırılma tələb olunan vəzifələr siyahısına əlavə edilməsi, həmin dəyişikliyin xx.xx.2025-ci il tarixdə icra olunması üçün Cavabdeh QSC-yə göndərilməsi, əmək müqaviləsinə xitam haqqında əmrin isə xx.xx.2025-ci il tarixdə verildiyindən xitam dövründə müəssisənin “SOCAR”-ın baş ofisi ilə razılaşdırma aparmaq öhdəliyinin mövcud olmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, İqtisadiyyat və uçot departamentinin rəisi vəzifəsindən işçi azad olunarkən “SOCAR”-ın baş ofisi ilə razılaşdırılmalı olması barədə xx.xx.2025-ci il tarixdə dəyişiklik edilsə də, həmin dəyişiklik xx.xx.2025-ci il tarixdə icra olunması üçün Cavabdeh QSC-yə göndərilmiş, iddiaçının isə vəzifəsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi qeyd olunan dəyişiklik iddiaçının tutduğu vəzifədən azad edilərkən cavabdeh müəssisəyə icra olunması üçün göndərilmədiyindən iddiaçı vəzifədən azad edilərkən cavabdeh “SOCAR”-ın baş ofisi ilə razılaşdırma aparmasına dair məlumatlı olmamışdır. Ona görə də iddiaçının əmək müqaviləsinə xitam verilərkən həmin məsələ “SOCAR”-ın baş ofisi ilə razılaşdırılmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün orta aylıq əmək haqqının ödənilməsi və s.” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Məhkəmə bildirir ki, idia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı və 50 manat mediasiya xərci ona aid edilməli, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə xərcləri qismində 50 manat məbləğində dövlət rüsumu Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cəlb edilməklə “Cavabdeh QSC tərəfindən verilmiş onunla bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv olunması, onun işlədiyi “İqtisadiyyat və uçot departamentinin rəisi” vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, eləcə də hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı və 50 manat mediasiya xərclərinin ona ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri qismində iddiaçının ödəməkdən azad olduğu 50 manat məbləğində dövlət rüsumu Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar