Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-338/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızından və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 8718,50 (səkkiz min yeddi yüz on səkkiz manat əlli qəpik) manat əsas, 798,33 (yeddi yüz doxsan səkkiz manat otuz üç qəpik) manat faiz, cəmi 9516,83 (doqquz min beş yüz on altı manat səksən üç qəpik) manat borcun, həmçinin ödənilmiş 115,57 (bir yüz on beş manat əlli yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızına şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 10000 (on min) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı arasında xx.xx.2023-cü il tarixli ******* saylı krеdit müqaviləsi bağlanıb. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2023-cü il tarixli 1148030/35597 saylı zaminlik müqaviləsinə əsasən Babayeva (Mehtiyeva) X1 qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durub. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə, bоrcalan bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək zaminlər, bоrcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürüb. Krеdit müqaviləsinin şərtlərinə əsasən Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı xx.xx.2024-cü il tarixinə əsas borcu 8718,50 (səkkiz min yeddi yüz on səkkiz manat əlli qəpik) manat, faiz borcu 798,33 (yeddi yüz doxsan səkkiz manat otuz üç qəpik) manat, cəmi 9516,83 (doqquz min beş yüz on altı manat səksən üç qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməyib. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalıb. Bununlа dа cavabdehlər, krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməyib və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnıb. Hаzırdа cavabdehlərin, krеdit müqaviləsinə əsаsən “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 9516,83 (doqquz min beş yüz on altı manat səksən üç qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın tələblərinin əsası kimi istinad etdikləri fakt və hallar və onları təsdiq edən sübutların siyahısı aşağıdakılardan ibarətdir. 1. xx.xx.2023-cü il tarixli ******* saylı krеdit müqaviləsi; 2. xx.xx.2023-cü il tarixli 1148030/35597 saylı zaminlik müqaviləsi; 3. Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızının xx.xx.2024-cü il tariхinə оlan bоrcu barədə maliyyə arayışı. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə bütün məhkəmə iclaslarının onların iştirakları olmadan keçirməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli ******* saylı Kredit müqaviləsinə əsasən, İddiaçı ASC Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızına 48 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə, 10000 manat məbləğində Kredit verilmişdir. Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı 48 ay ərzində Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin Kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "Azər-Türk Bank” ASC, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1148030/35597 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklər tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüdür; - "Azər-Türk Bank” ASCnin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda Kredit müqaviləsinə xitam verilməsi və borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - "Azər-Türk Bank” ASC-nin maliyyə arayışından görünür ki, Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızının xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 8718,50 manat əsas borcu, 798,33 manat faiz borcu olmaqla, cəmi 9516,83 manat borcu vardır; - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Azər-Türk Bank” ASC tərəfindən 115,17 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "Azər-Türk Bank” ASC ilə cavabdeh Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızına 48 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə, 10000 manat məbləğində Kredit verilmiş, Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı həmin müddət ərzində Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin Kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2023-cü il tarixdə borcalanla birlikdə iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və Kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər Kreditin ödənilməsi üzrə müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (Kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı iddiaçı "Azər-Türk Bank” ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli ******* saylı Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib Krediti və ona hesablanmış faizləri ödəməməklə və Kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və Kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin Kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin Kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızının "Azər-Türk Bank” ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızı zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə Kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. İddiaçının cavabdehlərə ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərin müqavilə üzrə 219 manat faiz borcu yaranıb. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən kənara çıxmamaq şərtilə qeyd edir ki, kredit müqaviləsi üzrə əsas borc 8718,50 manat, faiz borcu 219 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızından və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 8718,50 manat əsas borc, 219 manat faiz borcu olmaqla, cəmi 8937,5 manat kredit borcu və 108,5 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 115,57 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 115,57 manat dövlət rüsumunun 7,07 manatı iddiaçıya, 108,5 manatı cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Babayeva (Mehtiyeva) Lamiyə Şirin qızından və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 8718,50 manat əsas borc, 219 manat faiz borcu olmaqla, cəmi 8937,5 manat kredit borcu və 108,5 manat ödənilmiş dövlət rüsumu tutulsun. Ödənilmiş dövlət rüsumunun 7,07 manatı iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva