Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3380/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 iyun 2016-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 10 «A» saylı evin 30 saylı mənzili Cavabdeh1 alqısatqı müqaviləsi əsasında almışdır. Müqavilə Bakı şəhəri 23 saylı notariat ofisin xüsusi notariusu tərəfindən təsdiq edilərək müvafiq reyestrdə 4Ə-159 nömrə ilə qeydə alınmışdır. Həmin alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən, Satıcı (cavabdeh) daşınmaz əmlakı 70.000 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır. Həmçinin müqavilənin 5ci bəndinə əsasən, tərəflər arasında hesablaşma qaydasına görə alıcı bu müqavilənin 4cü bəndində nəzərdə tutulan qiymətinin 25.000 (iyirmi beş min) manatını notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Satıcıya ödəyir, qalan 45.000 (qırx beş min) manatını isə 09 iyun 2016-cı il müddətə ödəməyi öhdəsinə götürür. Müqavilənin 6-cı bəndinə əsasən, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. O, müqavilə ilə üzərinə düşən öhdəliklərini layiqincə yerinə yetirərək, sözügedən müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş 70.000 manat miqdarında pul vəsaitini tam məbləğdə cavabdehə ödəmişdir. Bunun nəticəsində həmin mənzilə dair mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə aldırdı (Seriya RX № 0869426, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 10 iyun 2016-cı il). Cavabdeh1 ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə xeyli vaxtdır ki, mənzili artıq ona təhvil vermişlər və cavabdehlər mənzildən köçüblər uzun müddətdir ki, orada yaşamırlar. Mənzil artıq cavabdehlərin mülkiyyətlərində, istifadələrində və sahibliklərində deyil və mənzilin onlara heç bir aidiyyəti yoxdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. qeyd olunanlara əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 10 «A» saylı evin 30 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 26 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16.06.2021-ci il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 10A saylı evin 30 saylı mənzilində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeydiyyatdadırlar. İş materiallarında olan 07.06.2016-cı il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 10A saylı evin 30 saylı mənzili nəzərdə tutulan qiymətin 25.000 (iyirmi beş min) manatını notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya yəni İddiaçı ödəməklə, qalan 45.000 (qırx beş min) manatını isə 09 iyun 2016-cı il müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 10A saylı evin 30 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 10.06.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan, Bakı şəhəri 23 saylı Notariat Ofisinin 1858 nömrəli 28.09.2021-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubuna əsasən 07.06.2016-cı il tarixdə 4-Ə-159 reyestr nömrəsi ilə qeydiyyatdan keçərək mülkiyyətçi Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 10A saylı evin 30 saylı mənzilinə dair rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəməyə təqdim olunmuşdur. Notariat işinin materiallarına əlavə edilmiş razılıq ərizələrindən görünür ki, Cavabdeh4 və Cavabdeh3 mənzilin satılmasına etiraz etmirlər və gələcəkdə həmin mənzilə dair heç bir iddiaları olmayacaq, müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Eyni zamanda iş materiallarına əlavə olunmuş 26.05.2016-cı il tarixli ** AB ***3392 seriyalı № 3-1373 reyestri ilə qeydə alınmış Rusiya Federasiyasının Moskva şəhər notariusunun vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən təsdiq olunmuş “Öhdəlik”-dən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 10A saylı evin 30 saylı mənzilinin satılmasına etiraz etmir və müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 10A saylı evin 30 saylı mənzili 07.06.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin keçmiş mülkiyyətçisi və ailə üzvləri mənzildən köçsələr də, formal olaraq mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Bakı şəhəri 23 saylı Dövlət Notariat Ofisinə verilmiş sorğuya cavab olaraq göndərilmiş notariat işinin təsdiq olunmuş surətinə əlavə olunmuş “Elektron notariat” avtomatlaşdırılmış çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 10A saylı evin 30 saylı mənzilində qeydiyyata alınmışlar. Notariat işinin materiallarına əlavə olunmuş ərizələrdən və öhdəlikdən görünür ki, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mənzilin mülkiyyətçisi Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 10A saylı evin 30 saylı mənzilin satılmasına etiraz etməmişlər və müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzilə istifadə hüququnu itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 246.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 10 “A” saylı evin 30 saylı yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 10 “A” saylı evin 30 saylı yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-3380/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3380/2021
01.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver