Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3593/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 20 oktyabr 2020-ci ildə 5 saylı Bakı “ASAN” xidmət mərkəsi Qeydiyyat şöbəsində bağlanmış rəsmi nikahlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 oktyabr 2020-ci ildə kağız üzərində rəsmi nikaha daxil olmuşlar. COVİD-19 virusunun yayılması ilə bağlı toy mərasimi keçirilməmişdir. Nikah bağlanıldıqdan sonra o, Azərbaycan Hava Yolları QSC-də əmək fəaliyyətinə başlamış, bir müddət işlədikdən sonra cavabdehə evlərinə elçilərinin göndərmək istəməsini, nişan mərasiminin yaxın zamanda keçirilməsini təşkil olunmasının bildirmişdir. Cavabdeh onun bu təklifinin rədd etmişdir. Onunla ailə qurmaq niyyətinin olmamasını, onunla Naxcıvan Muxtar Respublikasında yaşamaq istəməməsini, elçi falan göndərməməsini bildirmişdir. Bu səbəbdən də, cavabdehlə aralarında bağladıqları nikah formal olaraq sənəd üzərində qalmışdır. Cavabdehlə ayrı-ayrı ünvanlarda yaşamışlar və yaşayırlar, birgə təsərrüfat aparmamışlar və heç bir əmlak mübahisələri yoxdur, göstərdiyi faktları cavabdeh özü də təsdiq edə bilər. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 yazılı ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı iddiasını etiraf etdiklərini, iddiaçı ilə cavabdehin birgə yaşamamalarını və birgə təsərrüfat aparmamalarını bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 417209 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 20 oktyabr 2020-ci il tarixdə 5 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2462 nömrə ilə qeyd edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahı 5 saylı Bakı ASAN Xİdmət Mərkəzi Qeydiyyat şöbəsində 20 oktyabr 2020-ci il tarixdə 2462 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Hazırda İddiaçı həmin nikahın etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, nikahın etibarsız sayılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsi ilə konkret əsaslar müəyyən edilmişdir və bu əsaslar nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi) və nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1ci maddəsi) kimi əsaslardan ibarətdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə ailə qanunvericiliyinin istinad olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflərin hər ikisinin ailə qurmaq niyyəti olmamışdır. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, onlar formal olaraq rəsmi nikaha daxil olmuş, nikahları formal olaraq davam etmişdir. Rəsmi nikahda olduqları müddətdə birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Bundan başqa Cavabdeh nümayəndəsi X4 ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı iddiasını etiraf etdiklərini, İddiaçı Cavabdeh qarşı iddiasının təmin olunmasını xahiş etmişdir. əbul etdiyini bildirmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasındakı nikah ailə qurmaq niyyəti ilə bağlanmadığı üçün saxta nikah sayılnmaqla etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində 20 oktyabr 2020-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2462 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında arasında 5 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində 20 oktyabr 2020-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2462 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Məhkəmə xərcləri qismində ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-3593/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3593/2021
16.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver