Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3604/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı İB-nin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- İddiaçı İB. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 13/10607 saylı xx.xx.2024-cü il tarixli. Müqavilənin predmeti - alqı-satqı. Tələb olunan məbləğ - 1250 manat debitor borc və 33,02 manat dövlət rüsumu. Sübutlar: “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” barədə müqavilə, abonentin saldosu, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndi. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.3-cü, 5.5-ci, 6.5-ci bəndləri. “Qaz təchizatı haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 11.6-cı, 13.6-cı və 13.10-cu bəndləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci və 448-ci, Mənzil Məcəlləsinin 135.1-ci, 136.4-cü və 139.1-ci maddələri. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2024-cü il tarixli müqavilənin predmetinə əsasən Cavabdeh keyfiyyətli qazla təmin edilməsi və aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəməsi müəyyən edilmişdir. Həmin Müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Hazırda cavabdeh tərəfindən müqavilənin və qanunvericiliyin tələbləri pozulmuş, təbii qazdan istifadə ilə bağlı qaz hesabında yaranmış borc onun tərəfindən ödənilməmişdir. Belə ki, Abonent saldosundan görünür ki, cavabdehin 1250 manat borcu yaranmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1250 manat debitor borc və ödənilmiş 33,02 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1283,02 manat pul tutularaq İddiaçı İB-nin xeyrinə (bank hesabları: ABB, Kod 805153, M/H: AZ03NABZ********************, VÖEN:**********, S.W.İ.F.T. İBAZAZ2X, İddiaçı İB, VÖEN:********** İBAN: AZ95İBAZ**********995500192b2a)nk ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-3604/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3604/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver