Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3613/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi İddiaçı MMC-nin Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı MMC Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən forma və məzmuna riayət edilməmişdir. Belə olan halda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.4-cü maddəsinə əsasən, daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 310.1-ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, ərizəçi ərizəsinə traktor və digər nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən maraqlı şəxsi ərizəsi üzrə cəlb etməli və ərizəsinə qaldırılan məsələ ilə bağlı həmin quruma müraciət etməsi və imtina alması, mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar əlavə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin bildirir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2448/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə ərizənin icraata qəbulundan imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı MMC xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2448/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2448/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmuş və İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsinin icraata qəbulu məsələsinin mümkünlüyü məsələsinə yenidən baxılması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2448/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, nöqsanlar aradan qaldırıldıqdan sonra, müvafiq icraat qaydalarına əməl edilməklə, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının iddiaçıya izah edilməsi qərara alınmışdır. Daha sonra ərizəçi İddiaçı MMC Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə ərizə ilə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3337/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər dövət rüsumu ödənilmədiyindən və ərizədə qaldırılan məsələ ilə bağlı traktor və digər nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən qurumdan imtina almadığından geri qaytarılmışdır. Beləliklə, hesab edirəm ki, yuxarıda müəyyən edilmiş əsaslarla ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra, müvafiq icraat qaydalarına əməl edilməklə, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı MMC-nin Maraqlı şəxs qarşı “daşınar əmlak üzərində mülkiyyət hüququnun tanınması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra, müvafiq icraat qaydalarına əməl edilməklə, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. Qərardad iddiaçı tərəfindən ödənilmiş 100 manat İddiaçı MMC, VÖEN: **********, qəbzin nömrəsi: 931768425, tarix: xx.xx.2022-ci il, saat: 16:01) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-3613/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3613/2022
18.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver