Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3640/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı "əqdin bağlanmış hesab olunması və pul" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Tələb:
1. İddiaçı Cavabdeh qarşı "əqdin bağlanmış hesab olunması və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2022-ci il tarixli, GK-№0485 saylı, 10 oktyabr 2022-ci il tarixli, GK-№0486 saylı və 10 yanvar 2024-cü il tarixli, GK- №0513 saylı İstiqraz müqavilələrinin etibarsız hesab olunması ilə bağlı yalan əqdin şərtlərinin tətbiq edilməsini və əqdin onunla Cavabdeh arasında bağlanmış hesab olunmasına 310,000 (üç yüz on min) manat 100 000 (yüz min) USD məbləğində pul vəsaitinin Cavabdeh və X1 tutularaq ona ödənilməsi, müqavilə ilə nəzərdə tutulmuş aylıq 2%, üstəgəl özgənin pul vəsaitindən əsassız istifadəyə göra aylıq əlavə 4 faiz məbləğdə vəsait ona qaytarıldığı günədək hesablanmasına və tutularaq ona ödənilməsinə; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 790 AZN dövlət rüsumunun və 1500 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin, ümumilikdə 312290 (üç yüz on iki min iki yüz doxsan) manat və 100 000 (yüz min) USD məbləğində vəsaitin cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Hakimin mövqeyi:
4. İddia ərizəsində cavabdehin ünvanı qeyd edilməmişdir. Lakin iddiaçı Cavabdeh qarşı "əqdin bağlanmış hesab olunması və pul" tələbi ilə məhz Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir.
5. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Qax rayonu, İlisu Ərazi Dairəsi, Ağçay kəndidir.
6. Beləliklə, hazırki tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil, Qax Rayon Məhkəməsində baxılmalıdır.
7. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya, cavabdehin olduğu yer üzrə Qax Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
8. Yuxarıda qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.
9. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
10. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzdən görünür ki, (Hökumət ödəniş portalında və ya “AsanPay” vasitəsilə, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221105, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, tarix: xx.xx.2024, saat 17:36:42) İddiaçı vəkili və nümayəndəsi Vəkil hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 772 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Nəticə:
13. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı "əqdin bağlanmış hesab olunması və pul" tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 772 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
Qərara aldım: İddiaçı Cavabdeh qarşı "əqdin bağlanmış hesab olunması və pul" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən ödənilmiş 772 manat (Hökumət ödəniş portalında və ya “AsanPay” vasitəsilə, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221105, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, tarix: xx.xx.2024, saat 17:36:42) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova