Məhkəmə qərarları › İş №e-2(007)-369/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-369/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-369/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən 3 saylı Xüsusi Təyinatlı MKTB müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki,hüquqlarını müdafiə etdiyim şəxs Cavabdeh ilə 2011-ci ildə ailə həyatı qurub, rəsmi nikahları isə Bakı Nikah Evi tərəfindən xx.xx.2011- ci ildə rəsmi olaraq “2530” nömrə ilə qeydə alınıb.Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X9 anadan olublar.Cavabdeh ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonralar ailələrində münaqişələr baş verirdi. Övladlarına görə bir müddət dözsə də, artıq evdəki münasibətlər dözülməz bir həddə çatıb. Aralarında olan ər-arvadlıq münasibətləri tam pozulub. Bundan sonra da artıq cavabdeh ilə bir ailədə yaşaya bilməyəcəklərini nəzərə alaraq ondan boşanmaq qərarına gəlib. Ona görə də nikahın ləğvi üçün məhkəməyə müraciət etməli olub.İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, aralarında olan Bakı Nikah Evi tərəfindən xx.xx.2011-ci ildə rəsmi olaraq “2530” nömrə ilə qeyd olunan nikahın pozulması, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2012ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 onun himayəsində qalmaları və onların yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən hər ay aliment alınmasını xahiş edib.Eyni zamanda bildirir ki, onlar ailə qurduqları vaxtdan etibarən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 89, mənzil 421-də yaşayıblar.Təhqirlər və təziqlər tab gətirə bilməyib məcburiyyət qarşısında gəlin köçüb yaşadığı evdən çıxmalı olub.Bundan başqa qeyd olunmalıdır ki, istifadə etmək hüquqlarını pozmaqla cavabdehi ər nəinki iddiaçının, hətta azyaşlı övladlarının belə hüquqlarını kobudcasına pozub.“Uşaq hüquqları haqqında “ Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşma çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsi təmin edilməlidir.Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında” Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.İddiaçı indi hal-hazırda bir neçə vaxtdır ki, atasının və yaxın qohumlarının evində qalmalı olur. Ancaq onların evlərində iddiaçının yaşamağı üçün daimi və normal şərait yoxdur.Bütün bunlara görə də hesab edirik ki, iddiaçının cavabdehlə birgə yaşadıqları evdə yaşayış hüququ və həmin mənzildən istifadə qaydaları məhkəmə tərəfindən müəyyən olunmalı və iddiaçı həmin mənzilə köçürülməlidir.Qeyd olunanlara əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 89 saylı evin 421 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, həmin mənzilin cavabdehin mülkiyyətində olması barədə hər hansı bir sənəd yoxdur. Sözü gedən mənzil Dövlət Mənzil Fonduna məxsusdur. Buna görə də, iddia ərizəsinin hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qaldırılması yolverilməzdir. Bundan başqa bildiyinə görə iddiaçı bir il olar ki, həmin yataqxanadan çıxıb. Hazırda Sumqayıt şəhərində yaşayır.Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh da eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs 3 saylı Xüsusi Təyinatlı MKTB məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da öz nümayəndəsini məhkəməyə göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkn hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iiddia təmin olunmamalıdır. İş materiallarında olan: 3 saylı Xüsusi Təyinatlı MKTBnin 506 saylı,xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 89 saylı evin 421 saylı mənzilində həyat yoldaşı Cavabdeh,uşaqları X5,X6 və X7 ilə birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 92.Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. İşin hallarından görünür ki,nə iddiaçının,nə də cavabdehin mübahisəli yaşayış sahəsinə hər hansı hüquqları mövcud deyil.Tərəflər ailə qurduqdan sonra bir müddət həmin yataqxanada qeydiyyatsız yaşamışlar.Sonradan iddiaçı könüllü olaraq uşaqları ilə mənzili tərk edərək daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. İddiaçı cavabdehə qarşı mənzildən istifadə hüqunun tanınması və həmin mənzilə köçürülmə barədə iddia qaldırmışdır.Lakin cavabdeh həmin iddiaya cavab verməli olan şəxs deyil.Belə ki,onun özünün mənzilə istifadə hüquqları tanınmamışdır və mənzilə dair hər hansı bir hüququ mövcud deyil. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsassız olduğundan təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar