Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-37/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 qarşı “ kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 2015-ci il tarixli **********46715/1 №-li alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 4a nömrəli 34 saylı mənzilə tutmanın yönəldilməsini və 01 sentyabr 2015-ci il tarixli **********46715 №-li kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 54202.84 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 5093.19 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği və xx.xx.2022ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 77.43 ABŞ dolları məbləğində penya, cəmi 59373,46 ABŞ dolları və xx.xx.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə hesablanan penyanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərc ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin qeyd olunan mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə Firudin oğlu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 01 sentyabr 2015-ci il tarixli **********46715/1 №-li Alqı-satqı və İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 4a nömrəli 34 saylı mənzilə tutma yönəldilməsi və 01 sentyabr 2015-ci il tarixli **********46715 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 54 202,84 ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 6 927,06 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği və xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 4 007,13 ABŞ dolları məbləğində penya, cəmi 65 137,03 ABŞ dolları və xx.xx.2023-cü il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə hesablanan penyanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərc ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3, onların ailə üzvlərinin və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin qeyd olunan mənzildən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş (iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla) ümumilikdə 400,73 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X1 Cəmiyyətinin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ərizə verərək bildirmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında iddiaçı ASC "xxxx" Bankının Cavabdeh1 və qeyrilərinə qarşı “01 sentyabr 2015-ci il tarixli **********46715 №-li Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və yaşayış sahəsindən çıxarma haqqında” xx.xx.2022-ci il tarixli iddia ərizəsi mövcuddur. Qeyd edilən iş üzrə borc alan tərəfindən ödənişlər həyata keçirilmiş və iddiaçı ASC "xxxx" Bankı ilə borc alan Cavabdeh1 (Borcalan) arasında borcun növbəti aylarda qrafik üzrə ödənilməsi barədə şifahi razılıq əldə edilmişdir. Bu səbəbdən iddiaçı ASC "xxxx" Bankının Cavabdeh1 və qeyrilərinə qarşı “01 sentyabr 2015-ci il tarixli **********46715 №-li Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və yaşayış sahəsindən çıxarma haqqında” tələbinə dair 2(007)-37/2024 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli iddia ərizəsini qaytarmaqla iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ********* nömrəli mədaxil qəbzindən ("xxxx" Bankı ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 1, büdcə təsnifat kodu: 142211, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: 009İNT**********/009, qəbz nömrəsi: 970797811, tarix: xx.xx.2022, saat: 15:12:53) və ********** nömrəli mədaxil qəbzindən ("xxxx" Bankı ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 1, büdcə təsnifat kodu: 142211, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: 100İNT**********, qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 09:58:02) görünür ki, "xxxx" X1 Cəmiyyəti mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 391 manat və 9.73 manat məbləğində dövlət rüsumları ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 391 manat və 9.73 manat məbləğində dövlət rüsumları iddiaçıya büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə "xxxx" X1 Cəmiyyəti tərəfindən ödənilmiş 391 manat və 9.73 manat ("xxxx" Bankı ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 1, büdcə təsnifat kodu: 142211, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: 009İNT**********/009, qəbz nömrəsi: 970797811, tarix: xx.xx.2022, saat: 15:12:53) və ********** nömrəli mədaxil qəbzindən ("xxxx" Bankı ASC, VÖEN: **********, büdcə səviyyə kodu: 1, büdcə təsnifat kodu: 142211, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: 100İNT**********, qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 09:58:02) dövlət rüsumları dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-37/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-37/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver