Məhkəmə qərarları › İş №e-2(007)-376/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-376/2025

23.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-376/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X14 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı2, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin kompensasiya verilməklə iddiaçıların mülkiyyətinə verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin kompensasiya verilməklə iddiaçıların mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazirki iddia tələbinin əhatə etdiyi 0,055513 ha. torpaq sahəsi, cavabdehin mülkiyyətində olan 0,09842 ha. torpaq sahəsinin bir hissəsidir. Həmin torpaq sahəsi iddiaçıların birgə istifadəsində olmuş, onlar tərəfindən həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikilmişdir. Sonradan həmin torpaq sahəsi digər torpaq sahəsi ilə birləşmiş şəkildə hərracadan cavabdehin mülkiyyətinə keçmiş, tikililər isə iddiaçılarda qalmışdır. Cavabdeh tikililərin altındakı torpaq sahəsinin mülkiyyətçisi olduğundan, yaşayış evi olan tikilidən iddiaçıların çıxarılması, tikililərin sökülməsini və sahənin təmizləyib təhvil verilməsini tələb edir. Bu da iddiaçıların haqlı etirazına, tərəflərin arasında mübahisəyə səbəb olmuşdur. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla Nəsimi küçəsi, ev 95) ünvanında yerləşən ümumi sahəsi 1.200 kv.m. olan fərdi yaşayış evi və köməkçi tikililər iddiaçilara məxsus, birgə sahibləri və birgə istifadələrindədir. Həmin tikililər qeyd olunan ünvanda mövcud 0,055513 ha. torpaq sahəsində tikilmişdir. Daha sonra həmin torpaq sahəsi, yanaşı yerləşən və eyni mülkiyyətçiyə məxsus 0,04329 ha. torpaq sahəsi ilə bir ünvan altında birləşdirilmiş və 0,09842 ha. şəklində daşınmaz əmlakın reyestrdə bir torpaq sahəsi kimi qeydə alınmışdır. Həmin tikililərin yerləşdiyi və bir ünvanda birləşmiş 0,09842 ha. torpaq sahəsi cavabdehin mülkiyyət və nəzarətindədir. Bundan istifadə edən cavabdeh, iddiaçıların özünə məxsus fərdi yaşayış evi və köməkçi tikililərdən ibarət əmlaka sahiblik və istifdəyə imkan vermir. Əslində hazırda iddiaçıların sahiblik və istifadəsində olan fərdi yaşayış evi və köməkçi tikililərdən ibarət əmlakın cavabdehə heç bir aidiyyəti yoxdur və bu hal mübahisə olunmur. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ərarvaddırlar. Adı çəkilən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla Nəsimi küçəsi, ev 95) ünvanında yerləşən onlara məxsus əmlak qohumları Səxavət Məmmədovla birgə istifadələrində olan 0,04329 ha. torpaq sahəsinin yarısı 0,021645 ha. hissəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 597,2 kv.m. olan iki mərtəbəli bir fərdi yaşayış evinə malik olmuşlar. Bağladıqları ipoteka müqaviləsində qoyulmuş ipoteka predmetinə aid edilən əmlak da bundan ibarət olmuşdur. İpoteka müqaviləsininin bağlanılandan bir müddətdən sonra, ipoteka edilmiş əmlakla yanaşı olan daha 0,11503 ha. torpaq sahəsini qonşu X8 ilə birgə əldə edilmişdir. Əvvəl birgə istifadələrində olmuş və yarısının üzərindəki evi ipoteka edilmiş 0,04329 ha. torpaq sahəsi ilə bir yerdə cəmi 0,15832 ha. torpaq sahəsinə dair çıxarışı əldə etmişlər. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquq məhkəmə aktı əsasında Kəramət və Səxavət Məmmədovlann adına birgə mülkiyyət kimi Reyestrdə qeydiyyata alınmışdır. Daha sonra birgə mülkiyyəti bölgü əsasında torpaqdan Səxavət Məmmədova aid olan 0,0599 ha. hissəsi ayrılıb onun fərdi istifadəsində qalmaqla, adına ayrıca çıxarış və ayrıca ünvan verilmişdir. Əlavə əldə etdikləri torpaq sahəsindən iddiaçılara qalmış 0,076775 ha. hissəsinin üzərində ayrıca 2 mərtəbəli fərdi yaşayış evi və əlavə təsərrüfat təyinatlı tikililər inşa etmişlər. Bununla da qeyd olunan Nəsimi küçəsi 95 ünvanında yerləşən 0,09842 ha torpaq sahəsinin 0,021645 ha. hissəsinin üzərində ümumi sahəsi 597,2 kv.m. olan ipoteka qoyulmuş "A"tikilisi, hazırkı iddia predmetinin əhatə etdiyi 0,076775 ha. sərbəst torpaq sahəsinin bir hisəsi olan 0,055513 ha. üzərində isə ayrıca ümumi sahəsi 1200 kv.m. 2 mərtəbəli fərdi yaşayış evi və təsərrüfat təyinatlı əlavə tikililər inşa edilmişdir. Bununla da bir ünvanda hər biri ayrıca hasarla təcrid olunmuş iki ayrı əmlak mövcuddur. Cavabdeh Bankla 2014-cii ildə ipoteka müqaviləsi bağlanılan zaman iddiaçıların malik olduqları əmlak birgə istifadədə olan 0,04329 ha. torpaq sahəsinin yarısı 0,021645 ha. torpaq sahəsi və onun üzərində bir fərdi yaşayış evi var idi. İpoteka müqaviləsi və buna razılıq da həmin əmlakla bağlı olmuşdur. Ondan sonra həmin ünvanda hər hansı əmlakın ipoteka edilməsinə dair ipoteka müqaviləsi bağlanılmamış və razılıq ərizəsi olmamışdır. Kreditin ödənilməməsi ilə bağlı yaranmış mübahisə ilə bağlı qüvvəsində olan məhkəmə aktları, o cümlədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-59/2019 saylı, 29 aprel 2019-cu il tarixli qətnaməsi mövcuddur. Həmin qətnaməyə əsasən "xxxx" QSC-nin cavabdehlər "xxxx" MMC və başqalarına qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi "nə dair iddiası qismən təmin edilərək, bankla bağlanmış ayrı-ayrı kredit müqavilələr üzrə yaranmış cəmi 291.812,26 ABŞ dollar məbləğində borcun müştərək qaydada cavabdehlərdən bankın xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla Nəsimi küçəsi, ev 95) ünvanında yerləşən ipoteka edilmiş əmlaka yönəldilməsi, evin hərracdan ilkin satış dəyərinin 790.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə aktının icrası ilə bağlı keçirilmiş hərracdan sonra torpaq sahəsi tam şəkildə və həmçinin əvvəllcədən mövcud olmuş 2 mərtəbəli, ümumi sahəsi 597,2 kv.m, yaşayış sahəsi 262.5 kv.m., köməkçi sahəsi 334.7 kv.m. olan 9 otaqlı "A" tikili cavabdeh "xxxx" QSC-nin mülkiyyətinə keçmiş, iddiaçılar tərəfindən sonradan inşa edilmiş 0,055513 ha. torpaq sahəsi hisəsində mövcud ümumi sahəsi 1200 kv.m. 2 mərtəbəli fərdi yaşayış evi və təsərrüfat təyinatlı əlavə tikililər isə iddiaçılarda qalmışdır. Buna baxmayaraq cavabdeh torpaq sahəsini ona aid olduğu hüququndan suiistifadə edərək, iddiaçılara məxsus əmlakdan istifadəsinə imkan vermir və həll edilməsi mümkün olan təklifləri rədd edir. Halbuki, torpaq sahəsinin iddiaçılara məsxus tikililərin yerləşdiyi hissə faktiki ayrılmış və ayrıca giriş-şıxışa malikdir. Cavabdehin mülkiyyətində olan tikililrin sərbəst istifadəsinə heç bir maneə yaradılmır. Göründüyü kimi iddiaçılar tərəfindən sonradan inşa edilmiş tikililər dövlət qeydiyyatına alınmasa da, qanuni əsaslarla tikilmişdir. Belə ki, həmin tikililər inşa etdikləri zaman torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Əmlakın inşa edildiyi torpaq sahəsi sonradan hərracdan cavabdehin mülkiyyətinə keçsə də, tikililər ona aid edilməmişdir. Cavabdeh torpaq sahəsini bu şəkildə, üzərində iddiaçılara məxsus əmlak olduğunu bildiyi halda əldə etmişdir. Ona görə də torpaq sahəsinin sonrakı mülkiyyətçisi olan cavabdeh, torpaq sahəsində əvvəllcədən mövcud əmlakın aid olduğu iddiaçılara əmlakın istifadəsinə imkan yaratmalıdır. Lakin iddiaçıların tikilidən çıxarılmasını tələb edir. Yaranmış əmlak asılılıq vəziyyətini aradan qaldırılması üçün iddiaçılara məxsus tikilinin yerləşdiyi 0,055513 ha. torpaq sahəsi üçün kompensasiya müəyyən edib cavabdehə ödənilməklə, torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi, ya da iddiaçıya məxsus tikilinin dəyərləndirilib iddiaçılara ödənilməklə tikintinin cavabdhə təhvil verilməsi iki halından birinin vacibliyi qaçırılmazdır. Bununla bağlı təklifləri cavabdeh qərəzli olaraq qəbul etmir. Ona görə də iddiaçılar hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Nəzərə alınmalıdır ki, adı çəkilən 0,055513 ha. torpaq sahəsi də daxil olmaqla, hərracdan cavabdehə təklif olunmuş 0,09832 ha. torpaq sahəsi cəmi 50.000 manata dəyərləndirilmişdir. İddiaçılar isə həmin ərazidə 0,01 ha. torpaq sahəsinin hazırkı bazarda 10000 - 12000 manat civarında olduğu baxımından, 0,055513 ha. torpaq sahəsinə görə 65.000 manat təklif edirlər. Bu baxımdan ədalətli kompensasiya olaraq 65.000 manat məbləği qəbul edib, balansına götürdüyü torpaq sahəsinin 0,055513 ha. hissəsini onun üzərində tikilisi olan iddiaçılara qaytarılmasını təmin etməsi cavabdehdən tələb olunmalıdır. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla Nəsimi küçəsi, ev 95) ünvanında yerləşən ümumilikdə 0,09832 ha. torpaq sahəsinin 0,055513 ha. hissəsinə görə cavabdeh “AccessBank" QSC-yə 65.000 manat məbləğində kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi və 0,055513 ha. torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh QSC-nin nümayəndəsi Şahin Sadıqov etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC-yə qarşı Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən Cavabdeh QSC-nin mülkiyyətində olan 0.09832 ha torpaq sahəsinin 0.05 ha hissəsinə görə kompensasiya olaraq 65000 manat ödənilməklə həmin hissənin öz mülkiyyətlərinə verilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini qəbul etmir, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. İlk növbədə qeyd edir ki, AccessBank QSC ilə İddiaçı2, İddiaçı1 və iş üzrə digər borclular arasında məhkəmə mübahisələri 2017- ci ildən etibarən davam edir. Bu müddət ərzində bankın borclulara qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi, həm də borcluların banka qarşı hərracın etibarsız hesab edilməsi, bankın adına olan çıxarışın ləğv edilməsi, torpaq sahəsinin naturada bölünməsi tələblərinə dair iddiaları üzrə həm Bakı şəhəri Nizami Rayon Məhkəməsində, həm Bakı İnzibati Məhkəməsində, həm də bu məhkəmələrin qəbul etdiyi qərarlardan verilmiş şikayətlər əsasında yuxarı instansiya məhkəmələrində tam ətraflı və bütün detallarına qədər araşdırmalar aparılmış və tərəflər arasındakı mübahisələrə hüquqi qiymət verilmişdir. Bütün məhkəmə instansiyalarında da İddiaçı2 iddialarının əsassız olması və heç bir mötəbər sübuta söykənməməsi öz təsdiqini tapmış, onun iddia və şikayətləri rədd edilmişdir. Lakin iddiaçı yenə də eyni məzmunlu, əsassız və dəfələrlə baxılaraq hüquqi qiymət verilmiş məsələləri vurğuladığı müraciətləri ilə həm məhkəmələrin, həm də bankın vaxtını almaqda davam edir. İşin faktiki hallan aşağıda qeyd olunan formadadır: İddiaçı2 Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 027L**********06 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (beş milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı2 ilə Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində paylı mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus “A” tikilisi 2 mərtəbəli, ümumi sahəsi 597 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan 9 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı2 götürdüyü kreditləri geri qaytarmadığına görə Cavabdeh QSC tərəfindən borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə Nizami Rayon Məhkəməsinə müraciət edilmiş, iddiada ilkin olaraq tutmanın Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 22 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus 2 mərtəbəli, ümumi sahəsi 597 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan 9 otaqlı “A” tikilisinə yönəldilməsi xahiş olunsa da, sonradan məhkəmənin gedişatında tələbin bu hissəsi dəqiqləşdirilərək tutmanın mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 95 saylı ünvanda yerləşən əmlaka yönəldilməsi xahiş edilmişdir. Tələbin dəqiqləşdirilməsinə səbəb ipoteka predmetinə dair yeni çıxarışın alınması olmuşdur. İddiaçı2 ünvan 4izami rayonu, Nəsimi küçəsi ev 95 ünvanında yerləşən 0.09842 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan 597.2 kv.m olan fərdi yaşayış evinə dair vahid bir çıxarış almışdır. RX seriyalı ******* saylı çıxarışdan görünür ki, çıxarışın seriyası RX, nömrəsi 1304450, daşımaz əmlakın reyestr nömrəsi: **********09-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci ildir. Çıxarışa əsasən ünvan 4izami rayonu, Nəsimi küçəsi ev 95 ünvanında yerləşən 0.09842 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan 597.2 kv.m olan fərdi yaşayış evinə İddiaçı2 mülkiyyətindədir. Həmin əmlak tam mülkiyyət hüququ ilə İddiaçı2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 430 nömrəli reyestr kitabının 40349 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həm torpaq sahəsi, həm də onun üzərində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi bir ünvanda olmaqla bir çıxarışda qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 saylı qətnaməsi ilə Cavabdeh QSC-nin cavabdehlər İddiaçı2, İddiaçı1 qızma və qeyrilərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönədilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, borclulardan müştərək qaydada bankın xeyrinə ümumilikdə cəmi 291812.26 ABŞ dolları (iki yüz doxsan bir min səkkiz yüz on iki ABŞ Dolları 26 sent) məbləğində borcun və məhkəmə xərclərinin tutulması, tutmanın Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinə, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 95 ünvanda yerləşən əmlaka yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 790000 manat müəyyən edilməsi, əmlakın satıldıqdan sonra boşaldılması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)- 59/2019 saylı qətnaməsinin əsaslandırıcı hissəsində yuxarıda qeyd edilmiş hallara qiymət verilmiş və qətnamədə qeyd edilmişdir ki, ipoteka predmeti olan əmlakın yaxşılaşdırılması nəticəsində dəyəri artmış, yeni ünvan almaqla tam olaraq cavabdehin mülkiyyəti kimi qeydiyyat alınmışdır. İddiaçı tələbin yeni qayda ünvanla qeydə alınmış əmlaka yönəldilməsini xahiş etmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin arayışında əmlakın ünvanı ünvan 4izami rayonu, Nəsimi küçəsi ev 95 kimi, həmin ünvanda olan əmlakın tərkibinə 0.09842 ha torpaq sahəsinin və 597.2 kv.m olan fərdi yaşayış evinin daxil edildiyi və ümumi əmlakın dəyərinin 790000 manat olduğu müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2( 103)-9742/2019 saylı qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 saylı qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-699/2020 saylı qərarı ilə İddiaçı2 kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(1031-9742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 22 saylı fərdi yaşayış evi yeni qaydalarla ünvan 6 ünvanında yerləşən “A” tikilisinin ipoteka yüklü edilməsinə razılıq verdiyini, həmin ünvanda ipoteka ilə yüklü olmayan əlavə torpaq sahəsinin və böyük tikilinin olduğunu, məhkəmənin onun mülkiyyət hüququnu pozduğunu, 5 ekspert rəyində yalnız həmin ünvanda olan “A” tikilisinin qiymətləndirildiyini, həmin ünvanda digər böyük tikililər ipoteka predmeti olmadığından ekspertlər tərəfindən qiymətləndirilmədiyini əsas gətirmişdir. Həmin məsələ həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələri tərəfindən araşdırılmaqla qiymət verilmiş və İddiaçı2 qeyd etdiklərinin əsassız olduğu qənaətinə gəlinmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 9742/2019 saylı qətnaməsinin əsaslandıncı hissəsində qeyd edilmişdir ki, cavabdeh ipoteka predmeti olan evə ipoteka müqaviləsi bağlandıqdan sonra əlavələr etdiyini, yerləşdiyi torpaq sahəsini artırdığını, buna dair hüquqlarını qeyd aldırdığını apellyasiya şikayətində vurğulamışdır. Qanunvericiliyin tələblərinə görə fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak təşkil edir. Buna görə də birinci instansiya məhkəməsi tutmanın yönəldiyi daşınmaz əmlakı - Bakı şəhəri, Nizami rayonu. Bəkir Çobanzadə küçəsi 22 saylı fərdi yaşayış evi yeni qaydalarla Bakı şəhəri. Nizami rayonu, Nəsimi küçəsi 95 saylı fərdi yaşayış evi kimi göstərməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi də cavabdeh İddiaçı2 kassasiya şikayəti üzrə işə baxarkən xx.xx.2020-ci il tarixli 2(102)-699/2020 saylı qərarında Bakı Apellyasiya Məhkəməsinin işlə bağlı gəldiyi hüquqi mövqe ilə razılaşmış və qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. Kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamə artıq qanuni qüvvəsini almışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra və probasiya şöbəsi ipoteka predmetinin satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə sifariş verilmiş və sözügedən əmlakın satılması üzrə hərraclar keçirilmiş, hərraclar baş tutmadığından əmlak Cavabdeh QSC-yə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilmişdir. Sözügedən hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixli, 39/02 nömrəli hərracın yekunları barədə protokol tərtib edilmiş, həmçinin sözügedən əmlakla bağlı Cavabdeh QSC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İpoteka predmeti olan əmlakın Cavabdeh QSC-nin adına qeydiyyata alınmasına dair DƏDRX-dən xx.xx.2021-ci il tarixli elektron çıxarış verilmişdir. Həmin çıxarışdan görünür ki, ümumi sahəsi 597 kv.m olan və torpaq sahəsi 0.98420 ha olan ünvan 7 ünvanda yerləşən əmlak mülkiyyət hüququ üzrə tam payda Cavabdeh QSC-nin adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi: **********09-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021-ci ildir. Çıxarışa əsasən ünvan 8 ünvan: Nəsimi küçəsi ev 95, ev 22, yeni qaydalarla AZ 1060 ünvan 7 ünvanında yerləşən 0.09842 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 597.2 kv.m olan fərdi yaşayış evi Cavabdeh QSC-nin mülkiyyətindədir. Həm torpaq sahəsi, həm də onun üzərində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi bir ünvanda olmaqla bir çıxarışda qeydiyyata alınmışdır. Göründüyü kimi həmin ünvandakı əmlakın mülkiyyətçisi Cavabdeh QSC-dir, həmin ünvanın bankın mülkiyyətinə keçməsinə yuxarıda qeyd edilmiş məhkəmə aktları, həmin aktlar əsasında verilmiş icra vərəqəsi, həmin icra vərəqəsi əsasında aparılmış icra işi və hərrac prosesi olmuşdur. Bundan başqa İddiaçı2 tərəfindən hərracın nəticələri mübahisələndirilmiş, onun tərəfindən Cavabdeh QSC-yə, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə və Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95-lə bərabər, eyni zamanda mülkiyyət hüququ əsasında İddiaçı2 məxsus olan 0.0984 kv.m torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında 08 sentyabr 2020-ci il tarixli, 17/71- 11E/27 saylı Protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e- 2(007)-2445/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2445/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-972/2023 saylı qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qüvvəsində saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-972/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2445/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmiş, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı2 cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (AccessBank QSC üçüncü şəxs kimi cəlb edilməklə) fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, ipoteka predmeti olan iddiaçıya məxsus fərdi yaşayış evi müvafiq mülki mübahisə üzrə məhkəmə icraatında 790.000 manat dəyərində qiymətləndirilərkən, həmin qiymətə evin altındakı 0,09842 ha torpaq sahəsi də daxil olmuş və tutma həmin dəyərdə vahid daşınmaz əmlaka (ev və torpaq sahəsi birlikdə) yönəldilmişdir. Bundan başqa, 0,09842 ha torpaq sahəsinin ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olmaması və ipoteka müqaviləsi bağlandıqdan sonra evin həmin əlavə torpaq sahəsi ilə yeni qaydada qeydiyyata alınması hazırkı İddiaçı2 müvafiq mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətində dəlillərdən biri kimi çıxış etmiş və yuxarı instansiya məhkəməsi tərəfindən həmin dəlil əsaslı qiymətləndirilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərrac protokolu əsasında '‘AccessBank” QSC-nin müvafiq ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22 (yeni qaydalarla ünvan 9 ünvanındakı fərdi yaşayış evi, yəni tikili və 0,09852 ha torpaq sahəsi birlikdə vahid daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hərəkətləri qanunsuz sayılmamalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının torpaq sahəsinə hüququn qeydiyyatı ilə bağlı müraciətindən imtinası da qanuna zidd qiymətləndirilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-l(103)- 544/2023 saylı qərarına əsasən İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qüvvəsində saxlanmışdır. Daha sonra İddiaçı2 təkrarən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri. Nizami rayonu, B.Çobanzadə küçəsi, 22 saylı evə (yeni qaydalarla: ünvan 9 və onun yerləşdiyi 0,0984 ha torpaq sahəsinə vahid əmlak kimi '‘AccessBank” QSC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli, **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın qismən, 0,0984 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-10346/2023 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı təkrarən eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. Odur ki, hazırkı iddianın predmetini təşkil edən məsələ barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Bundan sonra İddiaçı2 və İddiaçı1 Əli qızı Cavabdeh QSC-yə qarşı fərdi yaşayış evindən və torpaq sahəsinin bir hissəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(007)-1614/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Göründüyü kimi tərəflər arasındakı mübahisə üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Məhkəmələr tərəfindən iddiaçıların dəlillərinin hər biri araşdırılmış, onların əsassız olduğu qənaətinə gəlinmiş və bu faktlar qanuni qüvvəsini almış məhkəmə aktlarında öz əksini tapmışdır. İddiaçılar tərəfindən həm kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qətnamələri, həm əmlakın açıq hərracdan satılaraq realizə olunması ilə bağlı keçirilmiş hərrac prosesi mübahisələndirilmiş, bütün hallarda onların iddia və şikayətləri rədd edilmişdir. Bundan sonra isə iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiaları növbəti dəfə əsassız sayılaraq rədd edilmişdir. İddiaçılar hazırda mülkiyyət hüququ üzrə banka məxsus olan əmlakdan qanunsuz olaraq istifadə etməkdədirlər. Bank həmin əmlak üzərində iddiaçıların qanunsuz hərəkətləri və əsassız iddiaları ucbatından hazırki tarixədək əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Cavabdeh QSC həmin əmlakı qanuni qüvvəsini almış məhkəmə qərarının icrası mərhələsində həyata keçirilmiş hərracın nəticəsində əldə etmiş, həmin əmlaka dair xx.xx.2021 -ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən çıxarış almış və əmlakı borcun qarşılığında mülkiyyətinə götürmüşdür. Lakin iddiaçıların prosessual hüquqlarından sui-istifadə etməsi nəticəsində AccessBank QSC-nin mülkiyyət hüquqları pozulur, bank artıq 3 ildir ki, mülkiyyətində olan əmlakdan istifadə də bilmir, həmin əmlakdan faydalana bilmir və bu da banka ziyan vurulmasına səbəb olur. Bank kredit borcunun ödənilməməsi müqabilində hərrac yolu ilə mülkiyyətinə götürdüyü əmlakı realizə edə bilmir və yekunda zərərə məruz qalır. Mülki hüquq münasibətlərinin subyektlərinin hüquqlarından (xüsusən prosessual hüquqlarından) sui-istifadə etməsi yolverilməzdir. Hesab edir ki, hazırki halda iddiaçılar prosessual hüquqlarından sui istifadə edirlər. İddiaçı2 və İddiaçı1 əsassız iddiaları və sonu görünməyən məhkəmə mübahisələri Cavabdeh QSC-nin mülkiyyət hüququnun pozulması ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh QSC-yə qarşı Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən Cavabdeh QSC-nin mülkiyyətində olan 0.09832 ha torpaq sahəsinin 0.055513 ha hissəsinə görə kompensasiya olaraq 65000 manat ödənilməklə həmin hissənin öz mülkiyyətlərinə verilməsi barədə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib izahatlarında göstərmişdir ki, preziten çıxışlarında qeyd etmişdir ki, kredit götürülən zaman girov qoyulmuşdursa və hərracdan sonra girov əmlakı bank almışdırsa, satan zaman əmlak birinci növbədə mülkiyyətçiyə təklif edilməlidir. O, banka təklif etmişdir ki, əmlakı dəyərindən dörd-beş dəfə aşağı qiymətləndirərək, pulunu verərək bank alsın və ya ondan 50000 manat alıbsa, dördbeş dəfə baha qiymətə 250000 manata ona satsın. Əgər bank bu təklif ilə razılaşarsa, o, evini 300000 manata sataraq onlara verəcəkdir. Hazırda isə heç kim yaxın gəlmir və onun evidir deyə, real pul verən alıcı yoxdur. O, heç kimə maneə yaratmamışdır və əksinə almaları üçün yalvarmışdır. Təklifi odur ki, ya bank əmlakın altındakı torpağı ona 250.000 manata satsın, ya da üzərindəkilər sökülsün və aparsın. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyib, etirazın dəlillərini müdafiə edib izahatlarında bildirmişdir ki, bank 500000 manat hərrac üçün, 50000 manat isə Kəramət bəy üçün pul ödəmişdir. Bu səbəbdən 550000 manat ödənilməklə əmlakı iddiaçılara verməkdə razılaşa bilərlər. Bu səbəbdən iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır, lakin məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh QSC ilə İddiaçı2 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı2 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki “A” tikilisini - 2 mərtəbəli, ümumi sahəsi 597 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan 9 otaqlı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka qoymuşdur. - Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 597.2 kv.m, yaşayış sahəsi 262.5 kv.m, köməkçi sahəsi 334.7 kv.m olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 22 nömrəli evin “A” tikilisi 06 iyun 2014-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 597.2 kv.m olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 22 nömrəli ev, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95 ünvanında yerləşən əmlak xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 597.2 kv.m olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 22 nömrəli ev, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95 ünvanında yerləşən əmlak xx.xx.2021-ci il tarixdə tam pay ilə, mülkiyyət hüququ üzrə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. -Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə ünvan 10 ünvanında yerləşən obyekt qiymətləndirilərək bazar dəyəri 328000 manat müəyyən edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı2 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli 027L**********06 nömrəli uzunmüddətli kredit müqaviləsinə, 27 oktyabr 2014-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına və 11 fevral 2016-cı il tarixli 027R**********SA nömrəli sazişə xitam verilməsi, 027R********** nömrəli kredit razılaşması üzrə 195.170,3 ABŞ dolları kredit borcu, 79.585,81 ABŞ dolları faiz borcu və 4700,0 ABŞ dolları cərimə olmaqla, cəmi 279.456,11 ABŞ dolları borcun; 027KK**********01 nömrəli kredit müqaviləsi üzrə 9999,0 ABŞ dolları kredit borcu, 2057,15 ABŞ dolları faiz borcu və 300,0 ABŞ dolları cərimə olmaqla, cəmi 12.356,15 ABŞ dolları borcun, ümumilikdə cəmi 291.812,26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun, 21,0 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsinə görə ödənilmiş 300,0 manat pulun əvəzinin İddiaçı2, X4, X5, "xxxx" MMC, "xxxx" MMC və X6 müştərək qaydada Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, evin hərracda ilkin satış qiymətinin 790.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda İddiaçı2 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra İddiaçı2 və İddiaçı1 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95 ünvanının boşaldılaraq, alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh QSC-nin və cavabdeh İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsi mübahisələndirilən- “cavabdehlərdən 79.585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində dəyişdirilmiş, cavabdehlər İddiaçı2, X1, X2, X6, "xxxx" MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı Cavabdeh QSC-nin xeyrinə 027R********** nömrəli razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləğinin 40.056,39 (qırx min əlli altı dollar, otuz doqquz sent) ABŞ dolları, cərimə borcunun məbləğinin 19.000 (on doqquz min) ABŞ dolları məbləğində müəyyən edilməsi və həmin məbləğin ödənilməsinin ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi, qətnamənin ipoteka predmetinin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(102)- 699/2020 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh QSC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nizami Rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(007)-103/2021 saylı qərardadından görünür ki, İddiaçı2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsinə “tələbin mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, Yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95 ünvanına yönəldilməsi” hissəsinə izah verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-2445/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı2 Cavabdeh QSC-yə, Bakı şəhəri Nizami rayon icra şöbəsinə və Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 972/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-2445/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 16(103)-376/2024 saylı qərarından görünür ki, Cavabdeh QSC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(007)- 92/2024 saylı qərardadı ləğv edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-2303/2022 saylı qərarından görünür ki, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh QSC) “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-544/2023 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-2303/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1614/2024 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “fərdi yaşayış yerinə sahiblik və istifadə hüququnun müəyyən edilməsi və əmlakdan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddiaları rədd edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10346/2023 saylı qərardadından görünür ki, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Cavabdeh QSC üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatın qismən ləğvi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. -xx.xx.2024-cü tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan sübutların tədqiqi zamanı müəyyən olundu ki, Cavabdeh QSC ilə İddiaçı2 arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 280.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh QSC ilə İddiaçı2 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı2 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki “A” tikilisini iddiaçının xeyrinə ipoteka qoymuşdur. İddiaçı1 notariat qaydada təsdiq edilmiş ərizə verərək həmin evin Cavabdeh QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və qeydiyyatda olduğu əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçı2 kredit vəsaitini nağd qaydada və plastik kart vasitəsi ilə əldə edərək sərf etmişdir. Lakin cavabdehlər kredit borcunun ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmişlər və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsi ilə, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı2 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli 027L**********06 nömrəli uzunmüddətli kredit müqaviləsinə, 27 oktyabr 2014-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına və 11 fevral 2016-cı il tarixli 027R**********SA nömrəli sazişə xitam verilməsi, 027R********** nömrəli kredit razılaşması üzrə 195.170,3 ABŞ dolları kredit borcu, 79.585,81 ABŞ dolları faiz borcu və 4700,0 ABŞ dolları cərimə olmaqla, cəmi 279.456,11 ABŞ dolları borcun; 027KK**********01 nömrəli kredit müqaviləsi üzrə 9999,0 ABŞ dolları kredit borcu, 2057,15 ABŞ dolları faiz borcu və 300,0 ABŞ dolları cərimə olmaqla, cəmi 12.356,15 ABŞ dolları borcun, ümumilikdə cəmi 291.812,26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun, 21,0 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsinə görə ödənilmiş 300,0 manat pulun əvəzinin İddiaçı2, X4, X5, "xxxx" MMC, "xxxx" MMC və X6 müştərək qaydada Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, evin hərracda ilkin satış qiymətinin 790.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda İddiaçı2 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra İddiaçı2 və İddiaçı1 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95 ünvanının boşaldılaraq, alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)- 9742/2019 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh QSC-nin və cavabdeh İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsi mübahisələndirilən- “cavabdehlərdən 79.585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində dəyişdirilmiş, cavabdehlər İddiaçı2, X1, X2, X6, "xxxx" MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı Cavabdeh QSC-nin xeyrinə 027R********** nömrəli razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləğinin 40.056,39 (qırx min əlli altı dollar, otuz doqquz sent) ABŞ dolları, cərimə borcunun məbləğinin 19.000 (on doqquz min) ABŞ dolları məbləğində müəyyən edilməsi və həmin məbləğin ödənilməsinin ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi, qətnamənin ipoteka predmetinin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda isə iddiaçılar, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla Nəsimi küçəsi, ev 95) ünvanında yerləşən ümumilikdə 0,09832 ha. torpaq sahəsinin 0,055513 ha. hissəsinə görə cavabdeh “AccessBank" QSC-yə 65.000 manat məbləğində kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi və 0,055513 ha. torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin maddəyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 89-cu maddəsinin 5-ci hissəsinə görə bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfimdən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alman torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçıların tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, 0.055513 ha. torpaq sahəsi də daxil olmaqla, hərracdan cavabdehə təklif olunmuş 0.09832 ha. torpaq sahəsi cəmi 50.000 manata dəyərlənmişdir. Lakin iddiaçılar həmin ərazidə 0.01 ha. torpaq sahəsinin hazırkı bazarda 10000-12000 manat civarında olması baxımından, 0.055513 ha. torpaq sahəsinə görə cavabdeh “AccessBank" QSC-yə 65.000 manat məbləğində kompensasiya ödənilməklə, onun mülkiyyət hüququna xitam verilməsi və 0,055513 ha. torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişlər. Bu yerdə məhkəmə vurğulayır ki, tərəflər arasında müxtəlif iddia tələbləri ilə məhkəmə mübahisələri olmuş, bu məsələyə, o cümlədən sonradan tikilmiş tikililər barədə məsələyə müxtəlif məhkəmə qətnamələrində artıq hüquqi qiymət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 06 fevral 2020-ci il tarixli, 2(102)-699/2020 saylı qərarında fərdi yaşayış evinin yalnız bir hissəsinin ipoteka ilə yüklü edilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “apellyasiya məhkəməsinin də istinad etdiyi ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təminetdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.” O cümlədən, məhkəmə qeyd edir ki, istər apellyasiya instansiyası, istərsə də kassasiya instansiyası mərhələsində İddiaçı2 verdiyi şikayətlərdə ipoteka müqaviləsi bağlanandan sonra fərdi yaşayış evində bir çox təmir işləri və əlavə işlər gördüyünü, əlavə torpaq sahəsinin artırılaraq yeni qaydada qeydiyyata alındığını, məhkəmənin isə ümumi olaraq tutmanın yeni ünvana yönəldilməsi barədə qətnamə qəbul etməsini və qətnamənin ləğv edilməsini xahiş etmiş, məhz həmin hissələrdə məhkəmə qətnaməsinə hüquqi qiymət verilməklə, apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Habelə, iddiaçılar tərəfindən həm kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qətnamələri, həm əmlakın açıq hərracdan satılaraq realizə olunması ilə bağlı keçirilmiş hərrac mübahisələndirilmiş və bütün hallarda iddia və şikayətlər təmin edilməmişdir, bundan sonra isə iddiaçı “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddiaları növbəti dəfə əsassız sayılaraq rədd edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı belə əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak hesab olunur və ipoteka predmetinə tutma yönəldiyində həmin vahid əmlak tələbkara təhvil verilməlidir. Bu torpaq sahəsi və ev eyni mülkiyyət sənədi ilə rəsmiləşdirilmişdir və bir-birindən ayrılması mümkün deyildir. Qanuni qüvvəsini almış məhkəmə aktlarına görə həmin ünvan, yəni ev və torpaq sahəsi tamamilə boşaldılmalıdır. Lakin icra məmuru yalnız 597.2 kv.m evi boşaldaraq təhvil vermiş, ünvanda olan digər əmlaklar və torpaq sahəsi isə boşaldılmamışdır. Bununla da Bakı Apellyasiya Məhkəməsinin icra sənədi tam icra edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, sözügedən, ümumi sahəsi 597.2 kv.m olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 22 nömrəli ev, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95 ünvanında yerləşən əmlak xx.xx.2021-ci il tarixdə tam pay hüququ ilə, mülkiyyət hüququ üzrə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin kompensasiya verilməklə iddiaçıların mülkiyyətinə verilməsi” tələbinə dair iddiaları rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin kompensasiya verilməklə iddiaçıların mülkiyyətinə verilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar