Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(007)-3959/2025 02.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədov (Ağalarov) Loğman Əliheybət oğlundan göstərilmiş tibbi xidmətə görə 1000 manat pulun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq " X1" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ##.##.2024-cü il tarixdə, xəstə İsmayılov Arda Əlzada oğluna tibbi xidmətlərin göstərilməsi üçün "X1 Hospital"-a müraciət etmiş, Məmmədov (Ağalarov) Loğman Əliheybət oğlu ilə "X1" MMC arasında ##.##.2024-cü il tarixli "Tibbi baxım və müalicəyə dair" müqavilə bağlanaraq, həmin müqaviləyə əsasən İsmayılov Arda Əlzada oğluna stasionar şəraitdə müvafiq tibbi xidmətlər göstərilmişdir. Beləliklə xəstə İsmayılov Arda Əlzada oğluna "X1 Hospital"da tibbi xidmətlər göstərilmiş və göstərilmiş tibbi xidmətlərin ümumi məbləği 8100 manat təşkil etmişdir. Göstərilən tibbi xidmətlərə görə ödəniləcək məbləğdən 7100 manat məbləğində ödəniş olunmuş, lakin geri qalan 1000 manat məbləğ rəsmi qaydada xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödənilməmişdir. Onu da nəzərə çatdırırlar ki, "X1 Hospital" son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərilən tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. "X1 Hospital" vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi yardımın qarşılığı olan məbləğin xəstə və xəstə yaxınları tərəfindən vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəb ola bilir. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-üzə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Göründüyü kimi " X1" MMC ilə cavabdeh arasında müqavilə bağlanmış, tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, müqaviləni bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətlərə görə yaranan borc məbləğini " X1" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Nəzərə alınsa ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, " X1" MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, " X1" MMC tibb müəssisəsi kimi sözü gedən müqavilədə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, ## ###### 2024-cü il tarixdə müqavilə bağlanmışdır. Xəstə azyaşlıdır, ## ###### 2024-cü il tarixdə evə buraxılmışdır. 8100 manat dəyərində xidmət göstərilib. 7100 manat ödəniş edilib. 1000 manat isə ödənməmiş qalıb. İddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir və bildirir ki, xəstə uşaq bacısının oğludur, qızılcadan əziyyət çəkirdi. O, sağalandan sonra xəstəxanadan çıxardılmışdır. Xəstəxanaya borcları qalmışdı. Xəstəxana tərəfindən ona təklif olunmuşdur ki, 1000 manat borcdan nəğd olaraq 600 manat ödəsə, 400 manat ona güzəşt edərlər.
5. Cavabdeh Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmişdir.
9. Məmmədov (Ağalarov) Loğman Əliheybət oğlu ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2024-cü il tarixli “Tibbi baxım və müalicəyə dair” müqavilədən görünür ki, “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir.
10. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2024-cü il tarixli xidmət çıxarışından görünür ki, Arda İsmayılov Əlzada oğlunun müalicəsi üçün nəzərdə tutulmuş tibbi və dərman sərfiyyəti, məsləhət, laborator, radioloji və digər xidmətlərin cəmi dəyəri 8100 manat təşkil edir.
11. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Arda İsmayılov Əlzada oğluna ## ###### 2024-cü il tarixli “Tibbi baxım və müalicəyə dair” müqaviləyə əsasən “X1 Hospital”da tibbi xidmətlər göstərilmiş, göstərilən tibbi xidmətlərin cəmi dəyəri 8100 manat təşkil edir, həmin məbləğdən 7100 manat ödənilmiş, maliyyə arayışı verilən tarixə 1000 manat ödənilməmiş borc qalmışdır.
12. Epikrizdən görünür ki, ##.##.2024-cü il təvəllüdlü Arda İsmayılov Əlzada oğlu ##.##.2024-cü il tarixdə xəstəxanaya gəlmiş, ##.##.2024-cü il tarixdə xəstəxanadan çıxmışdır.
13. ##.##.2025-ci il tarixdə cavabdehə çatdırılmış pretenziyadan görünür ki, göstərilmiş tibbi xidmətin qarşılığı olaraq hesablanmış 1000 manat borcun ##.##.2025-ci il tarixədək ödənilməsi tələb edilmişdir. Əks təqdirdə əsas məbləğlə yanaşı ödənişlərin gecikdirilməsinə görə faizlər və hüquqi xidmət xərclərinin də tutulması tələb ediləcəkdir.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə bacısı oğlu İsmayılov Arda Əlzada oğluna tibbi xidmətlərin göstərilməsi üçün "X1 Hospital"-a müraciət etmiş, Cavabdeh ilə " X1" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2024-cü il tarixli "Tibbi baxım və müalicəyə dair" müqavilə bağlanaraq, həmin müqaviləyə əsasən İsmayılov Arda Əlzada oğluna stasionar şəraitdə müvafiq tibbi xidmətlər göstərilmişdir. Göstərilmiş tibbi xidmətlərin ümumi məbləği 8100 manat təşkil etmişdir. Göstərilən tibbi xidmətlərə görə ödəniləcək məbləğdən 7100 manat ödənilmiş, lakin qalan məbləğ ödənilməmiş və buna görə cavabdehin iddiaçıya 1000 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləği bu günə kimi ödənilməmiş qalmışdır. Hazırda iddiaçı cavabdehdən göstərilmiş tibbi xidmətə görə 1000 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq " X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, Cavabdeh ilə " X1" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2024cü il tarixli "Tibbi baxım və müalicəyə dair" müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər müqavilədəki məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. İddiaçı tərəfindən göstərilən tibbi xidmət 8100 manat təşkil etmişdir. İddiaçının vəkili və nümayəndəsi bildirdi ki, cavabdehin xəstəxanaya 7100 manat ödəniş etmiş 1000 manat məbləğində pul isə ödənilməmiş qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək xəstəxanaya 7100 manat ödəniş etdiklərini, 1000 manat isə ödənilməmiş məbləğ qaldığını bildirmişdir.
18. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş xidmətdən çıxarışa əsasən göstərilən xidmətlərin dəyəri 8100 manat müəyyən edildiyindən və cavabdeh tərəfindən xəstəxanaya 7100 manat ödəniş olunduğundan qalan 1000 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
20. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə:
21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı olan 1000 manat məbləğində pul və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh Cavabdeh göstərilmiş tibbi xidmətə görə 1000 manat pul və ödənilmiş 31 manat dövlət rüsumu tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova