Məhkəmə qərarları › İş №e-2(007)-407/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-407/2024

06.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-407/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı (X7), İddiaçının nümayəndəsi və vəkili və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Vəkil, Cavabdeh Əlı̇ yev Ceyhun Türman oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) X4 və X5 iştirakları ilə, İddiaçı (X7) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X10 cəlb edilməklə cavabdeh Əlı̇ yev Ceyhun Türman oğluna qarşı “cavabdehin qaraj sahəsindən çıxarılması, cavabdehin qaraj sahəsində qanunsuz hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (X13) cavabdeh Əlı̇ yev Ceyhun Türman oğluna qarşı “qaraj sahələrindən cavabdehin istifadəsində olan avtomobillərin çıxarılması, qaraj sahəsinə qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 ədəd maşın üçün 17 və 18 nömrəli qarajdan Cavabdeh istifadəsində olan avtomobilin çıxarılması və qaraj sahəsinə qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyulmasına və ona vurulmuş 600 (altı yüz) manat maddi zərərin, 1000 (bir min) manat mənəvi zərərin, 136 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1736 (bir min yeddi yüz otuz altı) manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən daimi yaşamaq üçün icazə vəsiqəsinə əsasən ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Lakin onun Azərbaycan Respublikasında yaşamağına və əmlakının əlindən alınmasına Cavabdeh tərəfindən qəsd hərəkətləri olunur. Belə ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qarajları alıb. Lakin həmin qarajların sənədlərlə ona məxsus olmasına baxmayaraq, Cavabdeh adlı şəxs xuliqanlıq hərəkətləri edərək 03 sentyabr 2023-cü il tarixdən özgə şəxslərə (tanışlarına) məxsus avtomobilləri gətirib ona məxsus həmin qarajları zəbt edir, onun mülkiyyət hüquqlarına qəsd edir. O, öz əmlakından Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş mülkiyyətdən sərbəst istifadə etmək hüquqlarından məhrum olub. Bu isə həm Azərbaycan Respublikasının daxili qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının pozulması deməkdir. Bununla əlaqədar olaraq, 13 sentyabr 2023-cü il tarixdə Nizami rayon 25-ci polis bölməsinə şikayət etib, lakin bu günədək heç bir tədbir görülməyib, təqsirkar şəxs məsuliyyətə cəlb edilməyib. Hələ bu qədər şikayətlərdən sonra gəlib onun qarajlarını hasara da almaq istəyir. Cavabdehin bu cür hərəkətləri nəticəsində o, hər ay hər qarajın aylıq 150 (bir yüz əlli) manatdan hesablanmaqla icarə haqqına görə ayda 300 (üç yüz) manat icarə haqqı gəlirindən məhrum olur. 2 (iki) ay ərzində (sentyabroktyabr) 600 (altı yüz) manat məbləğində maddi zərər dəyib. Bundan əlavə olaraq, ona bu kimi hərəkətlər nəticəsində 1000 (bir min) manat məbləğində mənəvi zərər dəyib. O, cavabdehdən dəfələrlə bu hərəkətlərinə son qoymasını və onun qarajında saxladığı özgənin avtomobilini çıxarmasını tələb etsə də, yenə də onun dediklərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirir. Bu isə onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də hesab edir ki, Cavabdeh ona məxsus, qaraja qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyulmasına və ona vurulmuş 600 (altı yüz) manat maddi zərərin, mənəvi ziyana görə isə 1000 (bir min) manat pulun tutulmasına dair qətnamə qəbul edilməlidir. Cavabdeh Əlı̇ yev Ceyhun Türman oğlu xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi 17 və 18 saylı qarajlar "xxxx" MMC tərəfindən qanunsuz olsa da belə 01 sentyabr 2023-cü il tarixdə X10 adlı şəxsə satılıb (maliyyə arayışı əlavə edilir). Bu məsələnin başqa bir tərəfidir ki, o, bu barədə əqdlərin etibarsızlığı ilə bağlı məhkəmədə "xxxx" MMC və X6 qarşı iddia qaldıracaq. Bütün Azərbaycana məlumdur ki, MMC-lər tərəfindən eyni əmlaklar bir neçə müxtəlif şəxslərə qanunsuz olaraq satılır. Bu mənfi tendensiya Bakı şəhərində geniş yayılmışdır. Lakin ilk əvvəl iddiaçı bu məsələsini cəmiyyətlə araşdırmalı, əgər sonda qarajların onun adına rəsmiləşdirilməsi, digər şəxsə verilən sənədlərin etibarsız olması halında yenidən ona qarşı belə bir iddia ilə məhkəmədə mübahisə aça bilər. Həmçinin, hazırkı iddia ərizəsi üzrə vəsatətlə məhkəməyə müraciət edərək, əlavə cavabdehləri cəlb edə bilər və müvafiq olaraq digər şəxsə verilmiş müqavilələrin etibarsızlığına dair tələblə iddiasının həcmini artıra və yaxud dəqiqləşdirə bilər. Belə olan halda, o da öz növbəsində əqdlərin etibarsızlığı haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. İndiki halda isə qarşılıqlı iddianın verilməsinə zərurət yaranmır. Göründüyü kimi, hazırkı halda buna onun, yəni iddiaçının səlahiyyəti belə yoxdur. Çünki onun istinad etdiyi əmlaklar başqa şəxsə qanunsuz olsa belə satılıb. Qanunsuz olduğunu ona görə qeyd edir ki, 17, 18 və 23 saylı qarajlar ona verilib və bu günədək tərəfindən istifadə edilməkdədir. "xxxx" MMC-nin ona olan borc pul müqabilində binanın altında yerləşən, 17, 18 və 23 saylı qarajları cəmiyyət tərəfindən sərəncamına və istifadəsinə verilib. Sadəcə o, MMC ilə işlədiyindən rəhbərlikdən hər dəfə qarajlarla bağlı sənədləri istədikdə müxtəlif bəhanələr gətirməklə əmlaklara dair sənədləşməni aparmaqdan yayınıblar. Bu hal hazırkı iddianın predmeti olmadığından etirazının əsası kimi mübahisənin bu hissəsinə toxunmur. İddiaçı həmçinin onun tərəfindən vurulmuş zərər barədə ümumi sözlər yazıb, lakin bunu əsaslandırmayıb. Qanunvericilikdə hər bir tərəfin istinad etdiyi halları sübut etməsini özündə ehtiva etmişdir. Lakin iddiaçı sadəcə həmin məbləğləri sadalayıb, bu vəsaitlərin necə əldən çıxdığını qeyd etməyib. İddiaçının həmçinin mənəvi zərərlə bağlı tələbi də absurddur. Belə ki, mənəvi zərəri Mülki Məcəllənin 21-ci maddəsi əhatə edib. Həmin maddədə zərərin nədən ibarət olması özündə ehtiva edilib. Lakin iddia ərizəsində bu zərərin nədən ibarət olması və haradan yaranması göstərilməyib. İddiaçının tələbində göstərdiklərini sadalayıb və yuxarıda göstərdiklərinə əsasən hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, ərizədəki maddi tələbinin həcmini artıraraq cavabdehdən 2500 manat məbləğində maddi zərər, 1000 manat mənəvi zərərin, 136 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3236 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdeh hazırki mübahisə predmeti olan ona məxsus qarajlara daxil olaraq onun çəkdiyi 1300 manat məbləğində əmlakını məhv edib, bununla bağlı olaraq 102 qaynar xətt vasitəsilə polisə məlumat verib. Həmin tarixdə də polis bölməsi tərəfindən əməkdaşlar gəlib həmin hadisəni canlı görüb və onu bölməyə dəvət edib izahatını alıblar. Toplanmış materiallara hüquqi qiymət verərək Nizami RPİ-nin 25-ci polis bölməsinin 24 noyabr 2014-cü il tarixli qərarı ilə bildirilib ki, iş üzrə cinayət işi rədd edilməli, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməlidir. Həmin qərarla izahatı alınmış şahid ifadələri ilə tam sübuta yetirilibdir ki, onun 1300 manat məbləğində əmlakı cavabdeh tərəfindən qəsdən məhv edilib. Bundan əlavə olaraq 2 avtomobillik qaraj yerinin 4 aydır ki, istifadə edə bilməməyi nəticəsində hər ay üzrə 300 manat icarə haqqı hesablansa, 1200 manat məbləğində əldən çıxmış faydaya görə maddi zərər edir. Belə olan halda isə ona 2500 manat məbləğində maddi zərər, 1000 manat məbləğində mənəvi zərər dəyibdir. Ona görə də, hesab edir ki, Cavabdeh ona məxsus qaraja qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2500 manat maddi zərərin, mənəvi ziyana görə isə 1000 manat pulun tutulmasına dair qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən ona məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksindəki binanın altında yerləşən 2 ədəd maşın üçün 17 və 18 nömrəli qarajdan Cavabdeh istifadəsində olan avtomobilin çıxarılması və qaraj sahəsinə qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2500 manat maddi zərərin, 1000 manat mənəvi zərərin, 136 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3636 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirərək, 17 və 18 saylı qarajdan cavabdehin çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması və ona vurulmuş maddi zərərə görə 2100 manat, mənəvi zərərə görə 1000 manat, 136 manat dövlət rüsumu olmaqla, cəmi 3236 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar iddia tələbinin mübahisə predmeti olan əmlaka vurulmuş 1300 manat zərərin əvəzinin cavabdehdən tutulması hissəsində geri götürüblər. Əmlaka dəymiş ziyan aradan qaldırılıb. Bununla bağlı tələbləri yoxdur. Cavabdeh özü də məhkəmədə izahatında qeyd edib ki, o qarajların hər birini 150-200 manata icarəyə verir. Onların maddi ziyanla bağlı tələbləri isə hər iki qaraj üçün aylıq 300 manatdır. 2023-cü ilin sentyabr ayından qarajlar qanunsuz olaraq cavabdehin istifadəsində olduğundan 7 ay üzrə ümumilikdə 2100 manat icarə haqqı tələb edirlər. Məhkəmə iclasında cavabdeh Əlı̇ yev Ceyhun Türman oğlu etirazın dəlillərinə uyğun izahat verərək bildirdi ki, mübahisəli qarajları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borcun əvəzində ona veribdir. Sonradan qarajlar X3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilə təzə tərtib edilib. Əvvəl belə bir müqavilə olmayıb. O, nə olur-olsun qarajlardan çıxmayacaq. X15 danışıb, Nazim Qəhrəmanov ona demişdir ki, qarajlardan imtina edir, gedib qarajlarla bağlı özü razılıq əldə etsin. Yəni sentyabrda qarajlarla bağlı iddiaçı ilə müqavilə bağlanması mümkün deyil. O, qarajlarda arakəsmə quraşdırıb, sonra isə qarajda başqa əlavə konstruksiyalar quraşdırıldığını görüb və onları atıb. Onun quraşdırdığı arakəsmələr yerindədir. Mübahisəli qarajlardan başqa həmin ünvanda qarajı yoxdur. Cəmiyyətdən dəfələrlə tələb etməsinə baxmayaraq, mübahisəli qarajların sənədləri ona təhvil verilmir. Cəmiyyətdə şifahi qaydada razılaşıblar. Cəmiyyət ona pulun müqabilində 17, 18 və 23 saylı qarajları verib. Qarajlar onundur, icarəyə verərək pul alıb. İddiaçı keçən ilin sentyabr ayından icarə haqqı tələb edir. Əgər müqaviləni aprel ayında bağlayıbsa, niyə icarə haqqını sentyabr ayından başlayaraq tələb edir. Atasının da orada bir çox qaraji var, müvafiq sənəd əsasında atasının müllkiyyətindədir. Binanı inşa edən şəxslərlə qohumluq əlaqələri olduğundan, məhkəməyə pul tələbi ilə bağlı müraciət etməmişdir. Müqavilələri olmasa da, qarajlar ona məxsusdur və qarajları təhvil verməyəcək. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) X8 izahat verərək bildirdi ki, qaraj iddiaçının adına rəsmiləşdirilib. 2023-cü ilin aprel ayında qaraj iddiaçıya satılıb. Ondan əvvəl qaraj şirkətin olub. Cavabdeh qarajın ona məxsus olduğunu iddia edirsə, sənədləri təqdim etsin. O, əvvəllər mübahisəli yeri boş saxlayıb ki, oradan binaya giriş-çıxış olsun. Onu nəzərə alaraq həmin ünvanı heç kimə satmayıb. 2023-cü ilin aprel ayında da Şahin Seyidova satıb. O, həmişə işə gələndə həmin ünvanda avtomobilini saxlayıb, hərdən axşamlar gələndə cavabdehin orada avtomobil saxladığını görüb, ona görə də o da orada avtomobilini saxlayıb və cavabdehin yolunu bağlayıb. Cavabdehə avtomobilini mübahisə predmeti olan ünvandan çıxarmağını deyib. Cavabdeh özü də onlara pul borcludur. O, binada işləyir. Səhər işə gələndə avtomobilini o qarajda saxlayırdı. Cavabdeh mübahisəli qarajların yerləşdiyi binada yaşamır. Əvvəllər borc olub, cavabdehə qarajlar verilib. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək bildirdi ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23 saylı qarajı aldıqdan sonra 17 və 18 saylı qarajları almaq istəyirdi, lakin sonra mübahisə olduğunu görüb, müqaviləyə xitam verdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də təchizatçı işləyir. O, tərəfləri tanıyır. X12 onun qohumudur. O, cavabdehdən pul götürüb, amma bunun hazırki işə aidiyyəti yoxdur. O, cavabdehdən 2021-ci ildə 25000 ABŞ dolları pul götürüb, xx.xx.2021-ci ildə 10000 ABŞ dolları pulu qaytarıb. Qalan pulun əvəzində də cavabdehdə 41 və 42 nömrəli qarajları verib. Cavabdeh 3 il əvvəl qarajı icarəyə verib və icarə pulu götürüb. Cavabdehə 11 ədəd qaraj verib, ona 4 ədəd qaraj borcludur. Cavabdeh ona 214000 manat pul verməyib. Cavabdeh binada olan mənzili 70000 manata satıb, pulu kassaya qoymalı olduğu halda, heç kimə verməyib, cavabdeh özü xərcləyib. Cavabdeh qarajlara görə ona əlavə pul verməyib. Onun cavabdehə verdiyi pulların iddiaçıya məxsus qarajlara aidiyyəti yoxdur. 17 və 18 nömrəli qarajlar iddiaçıya satılıb və alqı-satqı müqaviləsi də var. O, tikinti üçün cavabdehdən pul götürüb və pulun əvəzində cavabdehə 41 və 42 nömrəli qarajları verib. Hər bir qaraj satılanda pulu kassaya ödənilir, qəbz verilir və alqı-satqı müqaviləsi bağlanılır. Həmin işlərlə şirkətin mühasibatlığı məşğul olur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır. O, "xxxx" MMC-də rəsmiləşdirmə olmadan işləyib. Cavabdeh ondan 2-3 ədəd qarajların sənədlərini istəyib, o da baş mühasib Türkana və Rifana deyib. Onlar da sənədləri imzalayıb verəcəklərini bildiriblər. Cavabdehə qarajların sənədlərini verəcəyini bildirib, amma qarajların nömrələrini bilmir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, cavabdeh onun əridir. Şirkətin təsisçiləri onun qohumlarıdır. Əri ona zəng edərək evdə pul olduğunu, Şahid1 evə gələcəyini və həmin pulu götürəcəyini bildirib. O, işin barışıqla həll olunmasını istəyir. Şahid1 25000 ABŞ dolları pul verib. Şahid1 evlərinə gələrək pulu götürüb. O, yay aylarında həmin pulu verib. Pulu hansı səbəbdən Şahid1 verdiyini bilməyib. Şahid1 da onun qohumudur. Ona görə də, bu işə qarışmayıb. Sonradan bilib ki, pulun əvəzində qaraj verilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" MMC ilə X13 arasında bağlanmış KQY-03/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçəslərinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı sahəsini (təmirsiz) binanın tikintisi başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə qaraj sahəsinin ümumi dəyəri olan 29000 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X13 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə 29000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb. -"xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X10 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə 31000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb. -"xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X10 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 1 maşın üçün 23 saylı açıq qaraj sahəsinə görə 21000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissələrində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Republikası İXM-nin 232-1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. -"xxxx" MMC, X13 və X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli müqaviləyə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, Bakı şəhəri, Nizami, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraja dair xx.xx.2023-cü il tarixli 06/2023 nömrəli müqavilə üzrə aşağıdakılar barədə razılığa gəldilər: Tərəflərin qarşılıqlı razılığına əsasən müqavilə üzrə öhdəliklərə həmin qarajlara dair alqı-satqı müqaviləsi X13 ilə bağlanması şərti ilə xitam verilir. 2. Tərəflər razılaşırlar ki, alıcı tərəfindən ödənilən vəsaiti X6 geri qaytarılır. -"xxxx" MMC ilə X13 arasında bağlanmış KQY-03/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçəslərinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı sahəsini əsaslı tikilməsi və təhvil verilməsi haqqında müqavilənin predmetini Satıcının qaraj sahəsinin əsaslı tikintisinin lazımi qaydada apararaq qaraj sahəsinin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırkı müqavilədə göstərilmiş müddətdə təhvil verməsi, Alıcının isə qaraj sahəsinin tərəflər arasında razılaşdırılmış məbləğini Satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşır ki, qaraj sahəsi Alıcıya təmirsiz vəziyyətdə təhvil veriləcək. -"xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X7 Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə "xxxx" MMC-yə heç bir borcu qalmayıb. - xx.xx.2023-cü il tarixli ********** saylı və xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzlərindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə müraciət etmək üçün ümumilikdə 155 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinin alqı-satqı müqaviləsinə əsasən MMC 17 və 18 saylı bağlı sahəsini (təmirsiz) binanın tikintisi başa çatdıqdan sonra iddiaçıya təhvil verməyi, iddiaçı isə qaraj sahəsinin ümumi dəyəri olan 29000 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışlarına əsasən X10 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahəsinə görə 31000 manat ödənilib və 1 maşın üçün 23 saylı açıq qaraj sahəsinə görə 21000 manat ödənilib və "xxxx" MMC-yə heç bir borcu qalmayıb. Bundan sonra isə "xxxx" MMC, X13 və X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli müqaviləyə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılığı əsasən müqavilə üzrə öhdəliklərə həmin qarajlara dair alqı-satqı müqaviləsi X13 ilə bağlanması şərti ilə xitam verilmiş, bundan sonra xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı qarajlar iddiaçıya satılmışdır. Hazırda iddaçı cavabdehin 17 və 18 saylı qarajdan çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması və ona vurulmuş maddi zərərə görə 2100 manat, mənəvi zərərə görə 1000 manat, 136 manat dövlət rüsumu olaqla, cəmi 3236 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Belə ki, hazırda cavabdeh mübahisəli qarajların MMC tərəfindən X1 iddiaçının hazırkı iddia ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququnun olmadığını qeyd etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli əmlak ilkin olaraq, xx.xx.2023-cü il tarixdə iddiaçıya satılmışdır, 17 və 18 saylı qarajların dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi iş materialları ilə öz təsdiqini tapır. Bundan sonra isə həmin qarajlar xx.xx.2023-cü il tarixdə X2. Məhkəmə iclasında dindirilmiş X10 izahatında həmin qarajların ona satıldığını, lakin əmlakla bağlı mübahisə olduğundan onlardan imtina etdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 06/2023 nömrəli müqaviləyə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmadan da görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən müqavilə üzrə öhdəliklərə həmin qarajlara dair alqı-satqı müqaviləsinin X13 ilə bağlanması şərti ilə xitam verilmiş, MMC tərəfindən ödənilən vəsaitin X6 geri qaytarılması müəyyən edilmişdir. Bundan sonra isə razılaşmaya uyğun olaraq həmin tarixdə MMC ilə iddiaçı arasında həmin qarajlara dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə iddia tələbinin “cavabdehin 17 və 18 saylı qarajdan çıxarılması və qanunsuz hərəkətlərinə son qoyulması” hissəsində münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC ilə iddiaçı X13 arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr ilə iddiaçı MMC-dən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələrini almışdır. Qeyd edilənlər işin mübahisəsiz halıdır. Cavabdeh isə izahatında "xxxx" MMC tərəfindən ona pul ödənilməli olduğunu və mübahisəli qarajların ona borcun əvəzində verildiyini bildirmişdir. Məhkəməyə cavabdeh tərəfindən tədqim edilmiş etirazda qeyd edilir ki, MMC tərəfindən 17, 18 və 23 saylı qarajlar ona verilib və qarajlar onun istifadəsindədir. Cavabdeh Nizami RPİ-nin 25-ci Polis Bölməsində iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı isə MMC tərəfindən 16500 ABŞ dolları borcun əvəzində 16, 17 və 18 saylı avtomaşın üçün qaraj verdiyini qeyd edib. İş materialları ilə aydın olur ki, MMC ilə cavabdeh arasında borc münasibətləri olub. Cavabdeh borcun müqabilində ona qarajların verildiyini (yuxarıda göstərildiyi kimi qarajların nömrəli ilə bağlı fərqli fikirlər səsləndirib) qeyd etsə də, göründüyü kimi, mübahisə predmeti olan qarajlar başqa şəxs, iddiaçıya satılıb və cavabdehdə qarajlarla bağlı heç bir müqavilə bağlanılmayıb. Nizami RPİ-nin 25-ci Polis Bölməsində və məhkəmə iclasında izahat verən MMC-nin direktoru X9 17 və 18 saylı qeyri-yaşayış sahələrinin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçıya təhvil verildiyini və iki bağlı qarajlara görə MMC-yə 29000 manat pul ödənildiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələri iddiaçıya məxsus olmaqla hazırda cavabdehin istifadəsində olduğundan iddiaçı öz əmlakına sahiblik etmək hüququndan məhrum olmuşdur. Bu səbəbdən məhkəmə iddianı mübahisələndirilən hissədə əsaslı olması qənaətinə gəlir və hesab edir ki, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qarajlardan (qeyri-yaşayış sahəsindən) çıxarılmalı, iddiaçının sözügedən qarajdan sərbəst istifadə etməsi ilə bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoymalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh pul tələbi ilə bağlı "xxxx" MMC-yə qarşı hazırkı vaxtadək heç bir iddia ilə müvafiq məhkəməyə müraciət etməmişdir. Məhkəmə iddia tələbinin 2100 manat maddi ziyanın, yəni əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, 2023-cü ilin sentyabr ayından başlayaraq, 7 ay üzrə hər ay 300 manat olmaqla, mübahisə predmeti olan qarajın cavabdehin sahibliyində olması nəticəsində əmlakından istifadə edə bilməməsi və bununla da əmlakı hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı 2023-cü ilin sentyabr ayından mübahisə predmeti olan qarajın cavabdehin sahibliyində olması nəticəsində əmlakından istifadə edə bilməməsi və bununla da əmlakı hesabına əldə edə biləcəyi gəlirlərin əldən çıxmasını qeyd etsə də, əks halda əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, hazırkı vaxtadək mübahisəli qeyri-yaşayış sahələri cavabdehin sahibliyində olsa da, müəyyən edildiyi kimi cavabdehlə MMC arasında borc münasibətləri olub və tərəflər arasında olan şifahi razılaşmanın məzmunu məhkəməyə məlum olmasa da, cavabdeh hazırkı vaxtadək əmlakdan vicdanlı sahibkar kimi istifadə etmiş, iddiaçı ilə MMC arasında olan mövcud müqavilələrdən xəbərsiz olmuşdur. Məhkəmə hesab edir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi 2100 manat maddi ziyanın, yəni əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “1000 manat mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “1000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Əlı̇ yev Ceyhun Türman oğlu İddiaçı (X11) məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələrindən çıxarılmalı, cavabdeh Əlı̇ yev Ceyhun Türman oğlunun Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələrinə sahiblik etməsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əlı̇ yev Ceyhun Türman oğlu İddiaçı (X11) məxsus Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələrindən çıxarılsın. Cavabdeh Əlı̇ yev Ceyhun Türman oğlunun Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən “Komfort” yaşayış kompleksinin altında yerləşən 2 maşın üçün 17 və 18 saylı bağlı qaraj sahələrinə sahiblik etməsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulsun. İddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar