Məhkəmə qərarları › İş №e-2(007)-409/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-409/2021

03.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-409/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvan H.B.ünvan 2rbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, o və ailə üzvləri ilə bərabər həmin mənzildə cavabdehlər də qeydiyyatdadır. Həmin şəxsləri o, ümumiyyətlə tanımır, qeydiyyata hansı əsasla düşməkləri barədə onda məlumat yoxdur. Cavabdehlər qanunsuz olaraq onun mülkiyyətindəki mənzilə pasport qeydiyyatına düşmüşlər. Bu hal isə mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Bu da onun milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Ona görə hesab edir ki, bu məsələ qanunvericiliyin tələblərinə riayət olunmaqla həll edilməlidir. Qanunun tələbindən də göründüyü kimi, mənzilin mükivyətçisi olan iddiaçı ilə cavabdehlər arasında qohumluq münasibətləri, həmçinin mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş razılığı olmadığına görə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yoxdur. Cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsinə müraciət ünvanlasalar da, idarədən bildirmişlər ki, istifadə hüquqlarına xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Ona görə tərəflərindən məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Hesab edirlər ki, iddia tələbləri tam əsaslıdır və təmin olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zəruriyyəti yaranmışdır. Belə ki, hazırkı mülki iş üzrə iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 03.09.2020-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzilin ünvanı yeni qaydalarla ünvan 4. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 104A mənzil 35 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zəruriyyəti yaranmışdır. Belə ki, ilk müraciətdə tərəf olaraq cavabdeh qismində qeyd etdikləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 yetkinlik yaşına çatmadıqları üçün onlara qarşı heç bir tələbləri yoxdur və onları cavabdehlər siyahısından çıxarırlar. Tələbləri yalnız Cavabdeh1 qarşı yönəlmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh1 övladları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 104A mənzil 35 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh1 övladları ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 104A mənzil 35 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzilə istifadə hüquqları olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, 34 saylı Mənzil Kommunal İstismar Sahəsinin məlumatına əsasən, cavabdeh ünvan 10 ünvanında yaşamağı üçün təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh həmin ünvanda yaşamadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin məlum olan axırıncı qeydiyyat yeri üzrə Mənzil Kommunal İstismar Sahəsinin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 09 fevral 2003-cü il tarixli 176036 saylı müqavilədən görünür ki, X1 Bakı şəhəri, Nizami rayonunun M.X.Şərifli küçəsindəki 104A saylı evin 35 saylı mənzilini İddiaçı satmışdır və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya ÖM № 147611 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, H.B.Zərdabi küçəsi, ev 104A, mənzil 35 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə 96 №-li reyestr kitabının 14427 nömrəli vərəqində 30/5432 №-si ilə 22.03.2003-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 09.08.2020-ci il tarixli, ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X2 ünvan 10 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, X3 və İddiaçıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.09.2020-ci il tarixli **********13 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 104a, 35 saylı mənzil Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 09.02.2003-cü il tarixli 4”Ə”-1-114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 22.03.2003-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.09.2020-ci il tarixli **********21 saylı məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.02.1992-ci il tarixli 2/10 nömrəli sərəncamı əsasında Nizami rayonu Həsən bəy Zərdabi küçəsinin adı dəyişdirilərək Məmmədəli Şərifli küçəsi adlandırılmışdır. ünvan 6 ünvanı yeni qaydalarla ünvan 7 müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 22.09.2020-ci il tarixli 087-23679-1220 saylı məktubundan görünür ki, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 104a, mənzil 35 ünvanında qeydiyyata düşməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyindən tərəflərindən qanunvericiliyə uyğun olaraq məhv edilmişdir. Sorğuda göstərilən digər şəxslər ilk dəfə şəxsiyyət vəsiqəsi ilə “ASAN xidmət” mərkəzlərində sənədləşdirildiyi üçün qeydiyyata düşməyə əsas olmuş sənədlərin surətlərini təqdim etmək tərəflərindən mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 10.11.2020-ci il tarixli 28235-1220 saylı məktubundan görünür ki, ünvan 9 ünvanına X4 15.05.2015-ci ildə Səyyar Asan-4 tərəfindən, Cavabdeh4 18.03.2017-ci il tarixdə ASAN-4 tərəfindən, Cavabdeh1 06.03 2002-ci il tarixdə Bakı şəhəri, Nizamı RPİ tərəfindən və Cavabdeh2 18.03.2017-ci il tarixdə ASAN-4 tərəfindən qeydiyyata alınmışlar. Əlavə olaraq bildirirlər ki, Cavabdeh1 həmin ünvana qeydiyyata düşməsinə əsas olmuş sənədlərin saxlama müddəti bittiyi üçün müvafiq qanunvericiliyə uyğun olaraq tərəflərindən yandırılaraq məhv edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 29.12.2020-ci il tarixli 05/2-779513 saylı məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 İbrahin oğlu 15.03.2002-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 01.11.1380-ci il təvəllüdlü Ələkbərova (Nuriyevə) Lalə Adil qızı ilə nikaha daxil olmuş və bu nikahdan doğulmuş 03.10.2002-ci il təvəllüdlü Bəhiyyə Nuriyevanın doğumu 01.11.2002-ci ildə, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh3 doğumu 13.01.2006-cı ildə, 08.04.2009-cu il təvəllüdlü Əli Nuriyevin doğumu 13.05.2009-cu ildə, xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 doğumu 08.02.2011-ci ildə, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh4 doğumu isə 28.08.2012-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alnımışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 11.11.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 06.03.2002-ci il tarixdən, xx.xx.2004-cü il təvəllüdlü X4 15.05.2015-ci il tarixdən, xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh2 18.03.2017-ci il tarixdən, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh4 18.03.2017-ci il tarixdən ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 10 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda cavabdeh və onun ailə üzvləri həmin mənzildə qeydiyyatdadırlar. Həmin şəxsləri o, ümumiyyətlə tanımır, qeydiyyata hansı əsasla düşməkləri barədə onda məlumat yoxdur. Cavabdeh və onun ailə üzvlərinin onun mülkiyyətindəki mənzildə qeydiyyatda olmaları onu mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Bu da onun milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Ona görə tərəflərindən məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Hesab edirlər ki, iddia tələbləri tam əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 104A mənzil 35 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında İddiaçı satmış və həmin mənzil özgəninkiləşdirilərək İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında yaranmış hüquq münasibətləri 2003-cü ildən sonra, yəni iddiaçı mübahisəli mənzili aldıqdan sonra yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərmişdir ki, qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Eyni zamanda qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan (yaşamış) hər bir şəxs deyil, yalnız ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin Cavabdeh1 və onun övladları Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 iddiaçının ailə üzvləri olmadığından onlar qanunverilik tərəfindən müəyyənləşdirilən ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) dairəsinə daxil deyillər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdeh orada yaşamadığından və qeydiyyatı formal olduğundan onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququnun itirilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Məhkəmə qanunvericiliyin müvafiq normalarına istinadən vurğlayır ki, Cavabdeh1 mübahisəli mənzildə yaşamır, formal olaraq pasport qeydiyyatına alınmış və bununla belə hüquqi nəticə etibarı ilə onun mübahisəli mənzilə dair istifadə hüququ yaranmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hərhansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onların həmin mənzildə pasport qeydiyyatında olmaları həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla yanaşı Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Halbuki, “İnsan hüquqlarınm və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Belə ki, məhkəmə cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmamasını, onun İddiaçı ailə üzvü hesab edilmədiyindən və onunla İddiaçı arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında razılaşma olmadığından məhkəmə belə hesab edir ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 104A mənzil 35 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməlidir. MM-in: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 104A mənzil 35 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüquqları olmayan şəxs hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 104A mənzil 35 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüquqları olmayan şəxs hesab edilsinlər. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar