Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4130/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4, Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 qarşı “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutma yönəldilmiş yaşayış evindən (mənzildən) məcburi qaydada çıxarılmaları” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4, Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 qarşı “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutma yönəldilmiş yaşayış evindən (mənzildən) məcburi qaydada çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4, Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 0,02 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Nizami rayonu, 8-ci Köndələn küçəsində 2 mərtəbəli 5 otaqlı 76H nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına, onların istifadə hüquqlarına xitam verilməsinə, mənzilin boşaldılması və 10 (on) manat dövlət rüsümunun cavabehdən Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) ASC (bundan sonra mətndə Bank) ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus 0,02 ha torpaq sahəsində yerləşən Bakı ş., Nizami rayonu, 8-ci Köndələn küçəsində 2 mərtəbəli 5 otaqlı 76H nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka kredit müqaviləsi üzrə ümumilikdə 326989,09 manat məbləğində borcu qalmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.12.2016-ci il tarixli 2(008)-10223/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21.02.2014-cü il tarixli 121895-1-10373 saylı “Baş kredit razılaşması”, 121895-1-10373/1 saylı, 21.02.2014-cü il tarixli və 121895-1- 10373/2 saylı, 06.03.2014-cü il tarixli “Kommersiya krediti müqavilələri”nin ləğv olunması, Cavabdeh2, "xxxx" MMC-dən, "xxxx" MMC-dən, X3, X1 müştərək qaydada 280954 manat əsas, 45335,09 manat faiz, 700 manat cərimə, cəmi 326989,09 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus 0,02 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Nizami rayonu, 8-ci Köndələn küçəsində 2 mərtəbəli 5 otaqlı 76H nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cəmi 326989,09 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. «Daşınar və Daşınmz Əmlakların Satışı X8» MMC tərəfindən verilmiş 10.12.2020-ci il tarixli 51/05-1 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) Bank VTB (Azərbaycan) ASC olmuşdur. «Daşınar və Daşınmaz Əmlakların Satışı X8» MMC ilə Bank arasında 10.12.2020-ci il tarixində bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh2 məxsus 0,02 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Nizami rayonu, 8-ci Köndələn küçəsində 2 mərtəbəli 5 otaqlı 76H nömrəli fərdi yaşayış evi Banka satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfində verilmiş daşınmaz əmlakın reyestr nömrəli **********46-10301, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mənzil üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqları tanınmışdır. Məhkəmə iclasında iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4, Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.12.2016-ci il tarixli 2(008)- 10223/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21.02.2014-cü il tarixli 121895-1-10373 saylı “Baş kredit razılaşması”, 121895-1-10373/1 saylı, 21.02.2014-cü il tarixli və 121895-1- 10373/2 saylı, 06.03.2014cü il tarixli “Kommersiya krediti müqavilələri”nin ləğv olunması, Cavabdeh2, "xxxx" MMCdən, "xxxx" MMC-dən, X3, X1 müştərək qaydada 280954 manat əsas, 45335,09 manat faiz, 700 manat cərimə, cəmi 326989,09 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus 0,02 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Nizami rayonu, 8-ci Köndələn küçəsində 2 mərtəbəli 5 otaqlı 76H nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cəmi 326989,09 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10.12.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 məxsus 0,02 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Nizami rayonu, 8-ci Köndələn küçəsində 2 mərtəbəli 5 otaqlı 76H nömrəli fərdi yaşayış evi "Bank VTB (Azərbaycan)" ASC-yə satılmışdır. - «Daşınar və Daşınmaz Əmlakların Satışı X8» MMC tərəfindən verilmiş 10.12.2020ci il tarixli 51/05-1 saylı hərracın nəticələri haqqında protokolundan görünür ki, Cavabdeh2 məxsus mənzilin hərracda satışı keçirilmiş və hərracın qalibi (alıcı) Bank VTB (Azərbaycan) ASC olmuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, 2 76H nömrəli fərdi yaşayış evi "Bank VTB (Azərbaycan)" ASCnin adına xüsusi mülkiyyət hüququ kimi 23.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - 29.09.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Bank VTB (Azərbaycan)" ASC tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus 0,02 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində 2 mərtəbəli 5 otaqlı 76H nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Bank VTB (Azərbaycan) ASC-yə kredit müqaviləsi üzrə ümumilikdə 326989,09 manat məbləğində borcu qalmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.12.2016-ci il tarixli 2(008)-10223/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21.02.2014-cü il tarixli 121895-1-10373 saylı “Baş kredit razılaşması”, 121895-1-10373/1 saylı, 21.02.2014-cü il tarixli və 121895-1- 10373/2 saylı, 06.03.2014-cü il tarixli “Kommersiya krediti müqavilələri”nin ləğv olunması, Cavabdeh2, "xxxx" MMC-dən, "xxxx" MMC-dən, X3, X1 müştərək qaydada 280954 manat əsas, 45335,09 manat faiz, 700 manat cərimə, cəmi 326989,09 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus 0,02 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Nizami rayonu, 8-ci Köndələn küçəsində yerləşən 76H nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cəmi 326989,09 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bank VTB (Azərbaycan) ASC qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. «Daşınar və Daşınmaz Əmlakların Satışı X8» MMC tərəfindən verilmiş 10.12.2020-ci il tarixli 51/05-1 saylı hərracın nəticələri haqqında protokola əsasən hərracın qalibi (alıcı) Bank VTB (Azərbaycan) ASC olmuşdur. «Daşınar və Daşınmaz Əmlakların Satışı X8» MMC ilə Bank arasında 10.12.2020-ci il tarixində bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh2 məxsus 0,02 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Nizami rayonu, 8-ci Köndələn küçəsində 2 mərtəbəli 5 otaqlı 76H nömrəli fərdi yaşayış evi Bank VTB (Azərbaycan) ASC-yə satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfində verilmiş daşınmaz əmlakın reyestr nömrəli **********46-10301, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mənzil üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqları tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun : 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəyə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-ci maddəyə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Mməhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.12.2016-ci il tarixli 2(008)-10223/2016 saylı qanuni qüvvəyə minmiş və icra edilmiş qətnaməsinə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, 76H nömrəli fərdi yaşayış evi açıq hərracda satılmış və evi tələbkar İddiaçı ASC satın almışdır. Bununla əlaqədar olaraq hərrac keçirilmiş və hərracın keçirilməsinə dair protokolla və həmçinin də hərrac nəticəsində satın alınmış mənzilin alqı-satqısı barədə müvafiq müqavilə ilə mübahisəli mənzilin Bank VTB (Azərbaycan)" ASC -nin mülkiyyətinə keçməsi faktı rəsmiləşdirilmişdir. Hazırda mübahisəli mənzil İddiaçı ASC-nin mülkiyyətinə keçmiş olsa da, mənzilin keçmiş mülkiyyətçisinin həmin mənzildən istifadə hüququ qalmaqdadır. Bu hal isə hazırki mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Bu baxımdan iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 və Cavabdeh4 qızına qarşı münasibətdə iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanunun da müddəalarından müəyyən edildiyi kimi ipoteka müqaviləsi rəsmiləşdirilərkən ipoteka qoyulan mənzildən istifadə hüququna malik olan şəxslər mənzili tərk edəcəkləri barədə öhdəlik götürmüşlər və bundan irəli gələrək də məhkəmə hesab edir ki, hazırki halda mübahisəli mənzildən istifadə hüququna malik olan şəxslərin, yəni Cavabdeh2, Cavabdeh1, X4, Cavabdeh4 qızının istifadə hüququnun itirilmiş hesab olunması mənzilin hazırki mülkiyyətçisinin hüquqlarının qorunması baxımından əsaslı olduğundan bu hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, X2, Cavabdeh4 qızının, Cavabdeh2, Cavabdeh1 və onlarla birlikdə yetkinlik yaşına çatmamış Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində yerləşən 46H saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2, Cavabdeh4 qızının, Cavabdeh2, Cavabdeh1 və onlarla birlikdə yetkinlik yaşına çatmamış Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində yerləşən 46H saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, yaşayış sahəsi onlar tərəfindən boşaldılaraq Bank VTB (Azərbaycan)" ASC-yə təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Bank VTB (Azərbaycan)" ASC tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. X2, Cavabdeh4 qızının, Cavabdeh2, Cavabdeh1 və onlarla birlikdə yetkinlik yaşına çatmamış Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində yerləşən 46H saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, yaşayış sahəsi onlar tərəfindən boşaldılaraq Bank VTB (Azərbaycan)" ASC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Bank VTB (Azərbaycan)" ASC tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-4130/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4130/2021
21.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver