Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-414/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə köçürmə” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın açıq qalan hissəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə daha sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ailə üzvləri ilə birlikdə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan 3 otaqlı, 10 saylı mənzilə köçürülməyi və evdən və ümumi istifadədə olan yardımçı otaqlardan (hamam, tualet və mətbəxt otaqları və s.) istifadə etməklərinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X22 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən qeydiyyatda olduqları və 4/5 hissəsi anaları İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan 3 otaqlı, 10 saylı mənzilinə köçürülməkləri və evdən və ümumi istifadədə olan yardımçı otaqlardan (hamam, tualet və mətbəxt otaqları və s.) istifadə etməklərinə cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu Babək prospekti 67 saylı evin 10 saylı mənzili X4ndan miras qalmışdır. X4 xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra, onun birinci dərəcəli vərəsələri, o İddiaçı, X17, X11 və X12 notariat ofisinə müraciət etmişlər və Bakı şəhəri 11 saylı notariat ofisi xx.xx.2020-ci il tarixində vəfat etmiş X4nın adına vərəsəlik işi açmışdır. 11 saylı Notariat ofisi onlara 15 yanvar 2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişdir. Vərəsəlik Şəhadətnaməsinə əsasən, anaları X5 miras qalmış əmlakdan o, İddiaçı 1/5 pay, X17 1/5 pay, X11 1/5 pay və X12 1/5 pay irs almışlar. Əmlakın qalan 1/5 miras payı isə vəfat etmiş X4nın adına açıq saxlanmışdır. Belə ki, anasının digər vərəsəsi, yəni qardaşı X23 31 avqust 2012-ci ildə vəfat etdiyindən, ona çatacaq pay onun övladları, iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən rəsmi qəbul edilmədiyindən, yəni Notariat ofisinə gəlib Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almadıqları üçün onlara çatacaq 1/5 pay X4nın adına açıq saxlanmışdır. X1, X11 və X12 xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən onların hər birinə çatan 1/5 payı xx.xx.2021-ci il tarixli Miras payın bağışlanması haqqında Müqaviləyə əsasən ona bağışlamışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri Nizami rayonu Babək prospekti 67 saylı evin 10 saylı mənzilinin 4/5 hissəsi onun mülkiyyətindədir. O və övladları mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 saylı evin 10 saylı mənzilində qeydiyyatdadırlar, lakin cavabdehlərin günahı ucbatından onlar öz mənzilində yaşaya bilmirlər və kirayədə yaşayırlar. Dəfələrlə 1/5 pay hüququ ilə mülkiyyətçisi olduğu mənzilə köçmək istəsə də cavabdehlər buna imkan verməmişlər. Ona görə də mülkiyyət hüququnun və mülkiyyətdən istifadə hüququnun təmin edilməsi üçün məhkəməyə müracitə etmək məcburiyyətində qalmışdır.
4. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia qaldıraraq, ailə üzvləri ilə birlikdə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan 3 otaqlı, 10 saylı mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı onların analarıdır və və hər ikisi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 saylı evin 10 saylı mənzilində anadan olmuşlar və anası ilə birlikdə həmin evdə yaşamışlar. X2 ailə qurduqdan sonra onlar nənələrinə məxsus evdən köçmüşlər və kirayədə yaşamışlar. Halhazırda Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 saylı evin 10 saylı mənzilinin 4/5 hissəsi anaları İddiaçı mülkiyyətindədir bə onların qanuni yaşayış yeri olduğu halda cavabdehlərin qanunsuz hərəkətləri və özbaşınalığı ucbatından onlar kirayədə yaşamağa məcbur olmuşlar. Onlar da analrı ilə birlikdə qeydiyyatda olduqları analarına məxsus evə köçmək istəyirlər, lakin cavabdehlər buna imkan vermirlər.
Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :
5. Cavabdeh1 “miras əmlakın açıq qalan hissəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin dəlillərinə qarşı etiraz verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X10 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bundan sonra İddiaçı Bakı Şəhəri 11 Saylı Notariat Ofisinə vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etmiş, vərəsələrin dairəsini gizlədərək X7 vərəsə kimi adını göstərməmiş və nəticədə X5 miras qalmış mübahisəli mənzilə dair 4/5 hissədə pay olması barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almağa müvəffəq olmuşdur. Anası Cavabdeh3 mübahisəsi gedən Bakı şəhəri, Babək prospekti, 67 saylı evin 10-cu mənzilinə gəlin gəlmişdir, o və qardaşı Cavabdeh2 bu mənzildə doğulmuş, miras qoyan nənəsi X6 ailə üzvü kimi onunla birlikdə bu mənzildə yaşamışlar. Nənəsi vəfat edəndən sonra da onlar bu mənzildə yaşamaqda davam etməklə həmin mənzilə faktiki sahiblik etmiş, hal-hazırda da həmin mənzildə yaşamaqla ondan təyinatına görə istifadə edirlər. İddiaçı onlarla birlikdə mübahisəsi gedən mənzildə yaşamamışdır, həmin mənzildən istifadə etməmiş və həmin mənzilə sərəncam vermək hüququna malik olmamışdır. Bundan əlavə, X6 digər vərəsəsi X7 etibarnaməsi təqdim edilmişdir, hansı ki, həmin etibarnamədə vərəsə X13 mübahisəli mənzil ilə əlaqədar bütün hüquqları Cavabdeh3 etibar etmişdir, lakin keçmiş məhkəmələrdə səbəbini bildirmədən həmin etibarnamə və ərizə qəbul edilməmişdir. İddiaçı daşınmaz əmlak üzrə mülkiyyət hüquqları əldə etməyən şəxslərə qarşı iddia tələbi irəli sürməklə qanunvericiliyin münasibətlərin tənzimlənməsinə yönəlik əsas amilini - cavabdehlərin mülkiyyət hüquqlarının olmadığını və paylı mülkiyyətin subyektiv tərkibi olaraq bu hüquqlara malik olmadıqlarını, habelə vərəsəlik münasibətləri üzrə qanunvericiliyin müəyyən etdiyi hüquq və vəzifələrin tam həyata keçirilmədiyini nəzərdən qaçırmışdır. İddiaçıya izah edilməlidir ki, açıq qalmış hissəyə münasibətdə vərəsəlik hüquqlarından irəli gələn bütün hüquq və vəzifələrini həyata keçirmədiyindən, tərəflərə açıq qalan 1/5 hissəsinə miras payı üzrə hüquqlarının təsdiqi üçün müvafiq olaraq notariat orqanına müraciət etmək hüquqları vardır. Cavabdehlərin faktiki mirası qəbul etməkləri bunun rəsmiləşdirilməsi üçün əsas olan dəlildir və hazırkı tələb çərçivəsində müzakirə predmeti ola bilməz. İddianın faktiki halları üzrə sübutlar və hüquqi əsaslar təsdiq edilmədiyindən, habelə vərəsəlik hüquqları ilə bağlı paylar üzrə mübahisə olduğundan, miras payların mülkiyyət payları kimi də nəzərdən keçirilməsi istisna edilir. Belə ki, bundan əvvəl X3 Maqsud Tahir oğlu və Cavabdeh1 qarşı paylı mülkliyyətin bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Ali məhkəmənin yekun qərarı ilə onun iddiası rədd edilmişdir. Belə ki, iddiaçının hazırda qaldırdığı iddia da heç bir hüquqi normaya əsaslanmayaraq yalnız süründürülməçilik üçün qaldırılan iddiadır. Mübahisə predmeti olan mənzil ümumi mülkiyyətdədir və iddiaçının heç bir qanuni əsası yoxdur ki, onların paylarını öz adına rəsmiləşdirsin. Cavabdehlərin payları rəsmi qaydada dövlət qeydiyyatına alınmamışdır. Onların mübahisəli mənzildə payları açıq olaraq qalır. Lakin onların həmin mənzildə vərəsəlik qaydasında payları mövcuddur. Hesab edir ki, hətta həmin paylar qeydiyyatda alındıqdan sonrada ümumi mülkiyyətdə olan əmlakın bölünməsi və hərracdan satılması mümkün olmayacaq çünki, iddiaçı artıq bu iddia tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. Bundan başqa, ən mühüm məsələ ondan ibarətdir ki, həmin mənzilə iddia qaldırarkən iddiaçının bacısı X7 da payı mövcud olduğu halda bunu iddiaçı nəzərə almamışdır. X7 payı müəyyən olunandan sonra payların mütənasibliyi tamamilə dəyişir. Bundan əlavə bu məhkəmənin qəbul etdiyi qərar ilə X7 mülkiyyət hüquq pozulur. X7 mübahisəli mənzili faktiki olaraq qəbul edib. Cavabdehlərin mübahisəli mənzil son yaşayış yeridir. Onların mülkiyyət hüququna xitam verilməsi tam araşdırlmış və ədalətli qaydada həll olunmalıdır. Onların mülkiyyət hüququna xitam verilməsi qanuna ziddir.
İş materialları :
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 67, 10 saylı mənzilin 4/5 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir və1/5 hissəsi açıq qalmışdır.
8. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X6 vərəsələri X17, X14, İddiaçı, X12 miras əmlakından bərabər (1/5 hissədə) irs almışlar və Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X8 verilmiş **********70-05301-093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.5 kv/m olan mənzildən ibarət olmuş, həmçinin miras payının 1/5 hissəsi açıq saxlanılmışdır.
9. X17, X14, X12 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Miras payının bağışlanması” müqaviləsinin surətindən görünür ki, X17, X14 və X12 xx.xx.2021-ci il tarixli, 2V/23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən anaları X5 miras qalmış əmlakdan onlara ayrı-ayrılıqda çatası 1/5 hissədə miras payılarını bacısı İddiaçı bağışlamışlar.
10. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 10 gün müddətində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili üzərindəki 1/5 hissədə paylarının rəsmiləşdirilməsini tələb etmiş, əgər Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili üzərindəki 1/5 hissədə paylarını rəsmiləşdirmədikdə, həmin paya onun qanun üzrə vərəsəlik hüququnun tanınması barədə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-111/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzili açıq hərracda satılması və mənzilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı 4/5 hissədə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1/5 hissədə olmaqla bölünməsi, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin ilkin satış qiyməti 100.800 manat müəyyən olunması qət olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1554/2023 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-111/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddiası rədd edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsi qət olunmuşdur.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2817/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1554/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
15. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, müstəqil tələbi irəli sürən üçüncü şəxs X22 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
16. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, Cavabdeh2 məxsus 050 5653537 nömrəsi ilə əlaqə saxlanılaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə” tələbinə dair mülki iş üzrə məhkəmə iclası barədə məlumat verilmişdir.
Tərəflərin izahatları :
17. Məhkəmə iclasında iştirak edən iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
18. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, mülki işə müvafiq prosessual maraq göstərməmişlər.
19. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını müm
İşin faktiki halı :
20. İşin məhkəmə tərəfindən araşdırılan və mübahisələmndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X5 miras qalmış Bakı şəhəri Nizami rayonu Babək prospekti 67 saylı evin 10 saylı mənzilin 4/5 hissəsi İddiaçı mülkiyyətindədir və digər 1/5 hissə digər vərəsə X23 vəfat etdiyindən, ona çatacaq pay onun övladları, iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən rəsmi qəbul edilmədiyindən, miras qoyan X6 adına açıq saxlanılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras əmlakı faktiki qəbul etmişlər, lakin açıq qalan 1/5 hissəyə münasibətdə miras payı üzrə hüquqlarını rəsmiləşdirməmişlər.
21. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 cəlb edilməklə) Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin naturada bölünməsi, naturada bölünmək mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun payçılar arasında paylara uyğun bölünməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin açıq hərracda satılması və mənzilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı 4/5 hissədə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1/5 hissədə olmaqla bölünməsi, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin 10 saylı mənzilinin ilkin satış qiymətinin 100800 manat müəyyən olunması qət edilmişdir.
22. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1554/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməklə yeni qətnamə qəbul edilməsi qət edimişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 1554/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2817/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1554/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
24. Hazırda cavabdehlər İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 67, 10 saylı mənzilə münasibətdə mülkiyyət hüquqlarını həyəta keçirməsinə maneəçilik törədirlər.
Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
26. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin
8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Məhkəmənin mövqeyi :
30. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
31. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı olan “mənzilə köçürülmə və evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbini 4/5 hissədə pay hüququ ilə mülkiyyətçisi olduğu mənzilə köçməsinə cavabdehlər tərəfindən yaradılan maneə ilə əsaslandırmışdır.
32. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
34. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
35. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci və 215.4-cü maddələri çıxış edir.
36. Belə ki, MM-in 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
37. İşin faktiki hallarından görünür ki, İddiaçı mübahisəli mənzilə 4/5 hissədə pay hüququ vardır və bu hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı, cavabdehə qarşı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa (tələb hüququna) malikdir.
38. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və.s
39. İşin faktiki hallarına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilin 4/5 hissəsinin mülkiyyətçisi olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
40. Cavabdehlər Cavabdeh1 və X20 ilə bağlı məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, cavabdehlər miras əmlakı faktiki qəbul etmişlər. Lakin miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin X6 adına açıq qalan 1/5 hissəsinə münasibətdə vərəsəlik şəhadətnaməsi almamış və miras payı üzrə hüquqlarını rəsmiləşdirməmişlər. Cavabdeh1 məhkəməyə ünvanladığı etiraz ərizəsinə əsasən də müəyyən olunur ki, mübahisəli mənzil hazırda cavabdehlərin faktiki istifadəsi və sahibliyindədir.
41. Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
42. Həmçinin işin faktiki hallarından görünür ki, vərəsələr miras paydan imtina üçün mülki qanunvericiliklə müəyyən edilmiş müddəti itirmişlər.
43. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
45. Həmçinin həmin Plenum Qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.
46. Qeyd edilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakı faktiki qəbul etmələri işin mübahisəsiz halı olduğundan onlar mübahisəli mənzilə gözlənti ilə mülkiyyət hüququna (miras paylarını mülkiyyət payları kimi rəsmiləşdirmə hüququna) sahib olmaqla uzun bir müddət bu hüquqla həmin mənzildən istifadə edirlər.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.
48. Mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
49. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından göründüyü kimi İddiaçı mübahisəli mənzilin 4/5 hissəsinin mülkiyyətçisi olsa da, cavabdehlər Cavabdeh1, X20 və onlarla birlikdə yaşayan anaları Cavabdeh3 hərəkətləri nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına, eləcə də mənzilə dair hüquqlarından da məhrum edilməsinə dəlalət edir.
50. Qeyd etmək lazımdır ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə qüvvədə olan qanunvericilik ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.
51. İşin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilin 4/5 hissəsinin mülkiyyətçisi olaraq onun həmin mübahisəli mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdən yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir.
Müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbi ilə bağlı :
52. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X22 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbini Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzilinin 4/5 hissəsinin anaları İddiaçı mülkiyyətində olması və həmin mənzildə qeydiyyatda olmaları ilə əsaslandırmışlar.
53. Məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X9 cavabdehlərə qarşı olan iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsi çıxış edir.
54. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən mübahisəli hüquq münasibəti 2009-cu il oktyabrın 1-dən sonra yarandıqda mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə həll edilməlidir.
55. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anası İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
56. Mənzil qanunvericiliyinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər (30.2m). Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1m).
57. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyəta keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövculuğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü i Qərarı).
58. İşin faktiki hallarından görünür ki, mübahisəli mənzil müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları – İddiaçı mülkiyyətindədir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər iddiaçının ailə üzvləri olaraq mübahisəli mənzilə köçmək istəyirlər. İddiaçı verdiyi iddia ərizəsinə əsasən müəyyən olunur ki, iddiaçı ailə üzvlərinin, yəni müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X9 mübahisəli mənzilə onunla birlikdə köçürülməsinə razıdır və ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçmək istəyir.
59. İşin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X9 İddiaçı ailə üzvləri olaraq İddiaçı 4/5 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 67 saylı evin, 10 saylı mənzildə yaşamaq hüquqları vardır. Lakin iddiaçının bu hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Ona görə də, müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X9 mübahisəli mənzildə yaşamaq hüququ təmin edilməli, cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və onlar həmin mənzilə köçürülməlidir.
60. Məhkəmə həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X9 iddia tələblərini əsaslandırarkən istinad etdikləri mübahisəli mənzildə qeydiyyatda olmaları məsələsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd edilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
Nəticə :
61. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X22 Bakı şəhəri Nizami rayonu Babək prospekti 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan, 3 otaqlı, 10 saylı mənzilinə köçürülməli və cavabdehlər tərəfindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X15 həmin evdə yaşamasına və istifadəsinə yaradılan hər hansı bir maneə qadağan edilməlidir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X9 iddia tələbi təmin edilsin. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X22 Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan, 3 otaqlı, 10 saylı mənzilinə köçürülsünlər və cavabdehlər tərəfindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X31 və X15 həmin evdə yaşamasına və istifadəsinə yaradılan hər hansı bir maneə qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsmumu onun özünə aid edilsin. Qətnamə İddiaçı Bakı şəhəri Nizami rayonu Babək prospekti 67 saylı evin, ümumi sahəsi 71.5 kv metr olan, 3 otaqlı, 10 saylı mənzilinə köçürülməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva